Wikipedia
7 noyabr
Oktyabr – Noyabr – Dekabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
7 noyabr — Qriqorian təqvimi ilə ilin 311-ci günü (uzun illərdə 312-ci). İlin sonuna 54 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1604 — Londonda Şeksprin "Otello" faciəsi ilk dəfə tamaşaya qoyulmuşdur.
- 1605 — Təbriz yaxınlığındakı Sufian döyüşündə Şah Abbasın qoşunu Osmanlı qoşununu məğlub etmişdir.
- 1665 — İngiltərədə "The London Gazette"-in ilk sayı buraxılır.
- 1917 — Rusiyada Böyük Oktyabr Sosialist İnqilabı baş verib. Sonradan digər respublikalarda da sosialist inqilabları baş verib və 1924-cü ildə SSRİ yaranıb. Tarixdə ilk fəhlə-kəndli dövləti 74 il yaşayıb.
- 1920 — Osmanlı qoşunu Gümrünü tutmuşdur.
- 1922 — Bakıda Mirzə Ələkbər Sabirin heykəlinin açılışı olmuşdur.
- 1922 — Osmanlı İmperiyası süqut etmişdir.
- 1923 — DQMV-nin I Sovetlər Qurultayı başa çatmışdır. Qurultayda DQMV Mərkəzi İcraiyyə Komitəsi (MİK) seçilmişdir. ( Karakozovun rəhbərlik etdiyi MİK-in tərkibində ermənilər əksəriyyət təşkil edir. Qurultaydakı 132 nümayəndənin 116-sı erməni idi.
- 1931 — Nyu-Yorkda ilk infraqırmızı foto çəkiliş aparılır.
- 1941 — Faşist Almaniya qüvvələri SSRİ-yə məxsus teploxodu Qara dənizdə batırırlar. Hadisə nəticəsində 7000-dən çox insan həlak olur. [Mənbə göstərin].
- 1944 — Franklin Ruzvelt dördüncü dəfə Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilir.
- 1944 — Bakılı kəşfiyyatçı Rixard Zorge barəsində çıxarılan ölüm hökmü icra olunur.
- 1949 — Dünyanın ilk neft dəniz platforması olan Neft Daşlarında ilk neft quyusu fontan vurur.
- 1952 — ABŞ Silahlı Qüvvələri Sakit okeandakı Marşall adaları üzərində ilk hidrogen bombasını sınaqdan keçirirlər.
- 1982 — Türkiyədə referendum yolu ilə yeni Konstitusiya qəbul edilir.
- 1987 — Tunisdə "Yasəmən İnqilabı" baş verir və Zeynalabdin ben Əli hakimiyyətə gəlir.
- 1989 — Yeni Müsavat qəzeti yaradılır.
- 1996 — Nigeriyaya məxsus "Boeing" təyyarəsinin okeana düşməsi nəticəsində 143 nəfər həlak olmur.
- 1999 — Türkiyə üzgüçü Yasemin Dalkılıc qoruyucu vasitələr olmadan 68 metr dərinliyə enərək dünya rekordunu təzələyir.
- 2000 — Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında (7-9 noyabr) "Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi" adlı 14 saylı Qətnamə qəbul edilmişdir.
- 2007 — Türkiyə prezidenti Abdulla Gül ün iştirakı ilə Qafqaz universitetinin yeni binasının təməli qoyulmuşdur.
- 2008 — İNALCO-da (Fransanın Şərq dilləri və Mədəniyyətləri İnstitutu) Azərbaycan dili fakültəsi təsis edilmişdir.
Ad günləri
- 1680 — II Teymuraz — müstəqil Kartlinin son kralı.
- 1867 — Mariya Küri – Polyak əsilli fransız fiziki və kimyaçısı.
- 1879 — Lev Trotski – Sovet siyasi xadimi (ö. 1939).
- 1908 — Məqsud Şeyxzadə — Azərbaycanlı Özbəkistan şairi.
- 1917 — Tofiq Quliyev – azərbaycanlı bəstəkar, xalq artisti (ö. 2000).
- 1918 — İbrahim Topçubaşov — Azərbaycan görkəmli alimi, tibb elmləri doktoru, professor.
- 1929 — Nəriman Şirinov - baytarlıq elmlər doktoru, professor, Dövlət Mükafatı laureatı, AMEA-nın və Rusiya KTEA-nin müxbir üzvü, "Şərəf nişanı" ordenli, əməkdar elm xadimi.
- 1934 — Oqtay Ağayev (müğənni) - azərbaycanlı müğənni, Azərbaycan Respublikasının xalq artisti (2000).
- 1940 — Baba Mahmudoğlu - müğənni, Azərbaycan Respublikasının xalq artisti (1992).
- 1971 - Kazım Koyuncu - laz mənşəli Türkiyə musiqiçisi (ö. 2005).
Vəfat edənlər
- 1910 — Lev Tolstoy – rus yazıçısı.
- 1989 — Zərifə Budaqova – AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor.
- 1992 — Aleksandr Dubçek - slovak dövlət xadimi
Bayramlar və xüsusi günlər
- Qırğızıstanda Mətbuat və İnformasiya Günü .