| Salehə Sultan | |
|---|---|
| osman. صالحه سلطان | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 21 mart 1715 |
| Doğum yeri | |
| Vəfat tarixi | 11 oktyabr 1778 (63 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Fəaliyyəti | əsilzadə |
| Atası | III Əhməd |
| Anası | Hatəm Qadınəfəndi |
| Həyat yoldaşları | Sarı Mustafa Paşa Abdipaşazadə Əli Paşa Xətibzadə Yəhya Paşa Qoca Raqif Paşa Ağa Mehmed Paşa |
| Uşaqları | Sultanzadə Əhməd bəy Fatma xanım Sultan Xədicə xanım Sultan Əminə xanım Sultan Ayşə xanım Sultan |
| Ailəsi | Osmanlı xanədanı |
Salehə Sultan (21 mart 1715, Topqapı sarayı, İstanbul – 11 oktyabr 1778, İstanbul) — 23. Osmanlı padşahı III Əhmədin qızlarındandır.
Həyatı
| ]21 mart 1715-ci ildə Topqapı sarayında dünyaya gəldi. Atası Lalə dövrünün məşhur Osmanlı sultanı III Əhməd, anası isə onun xanımlarından Hatəm Qadınəfəndidir. Doğum xəbəri, o əsnada Ədirnədə olan atası Sultan Əhmədə sədrəzəm Şəhid Əli Paşa tərəfindən verildi. Dünyaya gəlişi səbəbilə dönəmin validə sultanı Gülnuş Sultan tərəfindən sarayda şənliklər təşkil edildi və həm anasına, həm də yeni dünyaya gələn Salehə Sultana dəyərli hədiyyələr verildi.
İlk dini təhsilinə atasının nəzarəti altında Topqapı sarayında başlayan Salehə Sultan bununla yanaşı, hüsnxətt dərsləri aldı. Əmisi oğlu I Mahmudun taxta çıxması münasibətiylə yazdığı təbrik məktubundakı əl yazısı və istifadə etdiyi ifadələr bunu bir daha sübut edir. 1728-ci ildə sədrəzəm Nevşəhərli İbrahim Paşanın təklifi və atası Sultan Əhmədin təsdiqiylə Dəli Hüseyn Paşanın nəvəsi olan İrəvan bəylərbəyi Sarı Mustafa Paşayla evlənməsinə qərar verildi. Cütlüyün nigahı 28 may 1728-ci ildə Topqapı sarayında baş tutan toy mərasimi əsnasında dövrün şeyxülislamı Yenişəhərli Abdullah Əfəndi tərəfindən kəsildi. Toy mərasiminin ardından Əyyubsultandakı sahilsaraylarından birində yaşamağa başlayan cütlüyün bu nigahdan 2 övladı - Sultanzadə Əhməd bəy (1729-1736) və Fatma xanım Sultan (1730-1795) dünyaya gəldi.
Ancaq Sarı Mustafa Paşa 1731-ci ildə vəfat etdi. 16 yaşında dul qalan Salehə Sultan isə övladlarıyla birlikdə Əyyubsultandakı öz sarayında yaşamağa davam etdi. İkinci evliliyi isə bundan 9 il sonra - 29 iyun 1740-cı ildə əmisi oğlu I Mahmudun istəyilə o əsnada Belqrad mühafizəsiylə vəzifələndirilən Abdipaşazadə Əli Paşa ilə baş tutdu. Eyni mərasim əsnasında bacısı Aişə Sultan Əhməd Ratib Paşayla, əmisi qızı Safiyə Sultan isə Hacı Əbubəkr Paşayla nigahlandılar. Cütlüyün bu nigahdan Xədicə xanım Sultan (?-?) adlı bir qızı dünyaya gəldi. Ancaq bu evliliyi də Əli Paşanın 1744-cü ilin mayında vəfat etməsiylə başa çatdı.
Salehə Sultanın üçüncü evliliyi isə təxminən 1747-ci ildə Əyyubsultan məscidinin imamı Mustafa Əfəndinin oğlu olan Rumeli valisi Yəhya Paşa ilə baş tutdu. Hətta bu nigahdan bir il sonra, 1748-ci ildə ilk evliliyindən doğulan qızı Fatma xanım Sultanı paşanın kiçik qardaşı İbrahim bəylə evləndirdi. Bu evlilikdən cütlüyün 2 qızı - Əminə xanım Sultan (1750-1823) və Ayşə xanım Sultan (1751-1754) dünyaya gəlsə də, bu qızlar uşaq yaşlarında vəfat etdilər. Ardından Yəhya Paşanın 1755-ci ilin sentyabrında vəfat etməsiylə, Salehə Sultan üçüncü dəfə dul qaldı.
Salehə Sultanın növbəti evliliyi isə taxta yenicə çıxan qardaşı III Mustafanın istəyilə 31 mart 1758-ci ildə sədrəzəm Raqif Paşa ilə baş tutdu. Toy mərasiminin ardından Əyyubsultandakı sahilsarayında yaşamaq istəsə də, sədrəzəm olan ərinin Topqapı sarayına yaxın olmaq arzusu səbəbilə, özü sədrəzəm Raqif Paşanın sarayına gəlin köçmüşdür. Paşanın 8 aprel 1763-cü ildə vəfat etməsiylə dul qalan Salehə Sultan sonuncu dəfə yenə qardaşı Sultan Mustafanın istəyilə kaptan-ı dərya Ağa Mehmed Paşayla nigahlandı. 9 may 1764-cü ildə baş tutan toy mərasiminin ardından cütlük Salehə Sultanın Əyyubsultandakı sahilsarayında yaşamağa davam etdi.
Salehə Sultanın 6 il davam edən son evliliyi boyunca Ağa Mehmed Paşanı qoruduğu və siyasi məsələlərə qarışdığı bilinir. Belə ki, aralarında yaranan siyasi sürtüşmələr səbəbilə sədrəzəm tərəfindən vəzifədən alınan Ağa Mehmed Paşa 1765-ci ilin fevralında paytaxtdan uzaq olan Vidin valiliyinə təyin edildi. Ancaq Salehə Sultanın qardaşı Sultan Mustafanın hüzuruna çıxaraq buna etiraz etməsinin ardından bu təyinat dəyişdirildi və Ağa Mehmed Paşa 2 ay sonra Anadolu bəylərbəyliyinə təyin olunaraq paytaxtda saxlandı. Ancaq bununla kifayətlənməyən Salehə Sultan sədrəzəmə qarşı müxalif cəbhəni dəstəkləməyə başladı və paşanın 30 mart 1765-ci ildə vəzifədən alınaraq sürgün edilməsi və daha sonra edam olunmasında fəal iştirak etdi. Ancaq sonrakı illərdə Ağa Mehmed Paşanın əyalətlərə təyin olunmasına mane ola bilmədi və paşa sırasıyla Hotin sərdarlığı və Hələb valiliyinə təyin olundu. 1771-ci ilin fevralında isə Dunay çayı sahilindəki Yergöyü qalasında aldığı sərt tədbirlər səbəbilə düşmən olduğu yeniçərilər tərəfindən qətlə yetirildi.
Qalan illərini Divanyolundakı sarayında ailə fərdləriylə keçirən Salehə Sultan 1778-ci ilin ortalarında istiska xəstəliyinə (bədənin su toplaması) tutuldu. Saray həkimləri tərəfindən hava dəyişikliyi məsləhət görülən Salehə Sultanın Əyyubsultandakı sahilsarayına aparılması istənilsə də, arabaya minə bilməyəcək vəziyyətdə idi. Bu səbəblə kəcavə vasitəsilə Əyyubsultandakı sahilsarayına aparılan Salehə Sultan elə həmin gecə - 11 oktyabr 1778-ci ildə vəfat etdi. Ölüm xəbəri gecə saatlarında sədrəzəm Kalafat Mehmed Paşaya, sədrəzəm tərəfindən isə səhər saatlarında qardaşı I Əbdülhəmidə çatdırıldı. Əyyubsultan məscidində Anadolu qazəsgəri tərəfindən qılınan cənazə namazının ardından, öz vəsiyyətinə əsasən burada kiçik yaşda itirdiyi övladlarının məzarları yanına dəfn olundu.
Övladları
| ]Salehə Sultanın olduqca geniş vəqfləri olması və ölümünün ardından bu vəqflərə ailə fərdlərinin rəhbərlik etməsi səbəbilə, özündən sonra gələn övladları və nəvələri haqqında ətraflı məlumat tapmaq mümkündür.
- Sultanzadə Əhməd bəy (1729-1736) — uşaq yaşlarında vəfat etmişdir. Əyyubsultanda dəfn olunduğu bilinir.
- Fatma xanım Sultan (1730-1795) — 1748-ci ilin aprelində ögey atası Yəhya Paşanın kiçik qardaşı İbrahim bəylə evləndirildi. Bu nigahdan 2 övladı dünyaya gəldi.
- Əminə xanım (?-12 may 1823) — Əmisi Yəhya Paşanın oğlu Əli bəylə evləndi və 2 qızı dünyaya gəldi. Cənazəsi nənəsi Salehə Sultanın yanına dəfn edildi.
- Xədicə xanım
- Nailə xanım
- Mehmed bəy — Haqqında ətraflı məlumat yoxdur. Övladlarının adları bilinir.
- Mehmed Rəşid bəy
- Nəcibə xanım
- Ləbibə xanım
- Əminə xanım (?-12 may 1823) — Əmisi Yəhya Paşanın oğlu Əli bəylə evləndi və 2 qızı dünyaya gəldi. Cənazəsi nənəsi Salehə Sultanın yanına dəfn edildi.
- Xədicə xanım Sultan (?-?) — Bığlı Mehmed Paşa və Fatma xanım Sultanın (IV Muradın nəvəsi) oğlu Səid Mehmed bəylə evləndi və 1 oğlu dünyaya gəldi.
- Əminə xanım Sultan (1750-12 may 1823) — İsmayıl Zühdü Paşa ilə evləndiyi, Əyyubsultanda dəfn olunduğu bilinir.
- Ayşə xanım Sultan (1751-1754) — Əyyubsultanda dəfn olunduğu bilinir.
İstinadlar
| ]- A. D. Alderson, Osmanlı Hanedanının Yapısı, Türkçesi Şefaettin Severcan, İz Yayıncılık, İstanbul 1998, s. 270
- Ali Akyıldız, Haremin Padişahı Valide Sultan Harem’de Hayat ve Teşkilat, Timaş Yayınları, İstanbul 2017, s. 226-22
- Betül İpşirli Argıt, Rabia Gülnuş Emetullah Sultan (1640-1715), Kitap Yayınları, İstanbul 2014
- Çağatay Uluçay, “İstanbul’da XVIII. ve XIX. Asırlarda Sultanların Doğumlarında Yapılan Törenler ve Şenliklere Dair”, İstanbul Enstitüsü Mecmuası, sayı 4, İstanbul 1958, s. 201-204
- Mehmet Arslan, “Osmanlı Döneminde Padişah Çocuklarının Doğumları Münasebetiyle Yapılan Şenlikler ve Vilâdet-nâme-i Hadîce Sultan”, Osmanlı Edebiyat-Tarih-Kültür Makaleleri, Kitabevi, İstanbul 2000, s. 493-494
- Mehmed Süreyya, Sicill-i Osmânî Yahud Tezkire-i Meşahir-i Osmaniyye, III, haz. Ali Aktan vd., Sebil Yayınları, İstanbul 1997, 504
- Subhi Mehmet Efendi, Subhi Tarihi: Sami ve Şakir Tarihleri ile 1730-1744 (inceleme ve karşılaştırma metin), haz. Mesut Aydıner, Kitapevi, İstanbul 2007, s. 625
- Metin And, Kırk Gün Kırk Gece, Osmanlı Düğünleri ve Şenlikleri Geçit Alayları, Yapı Kredi Yayınları, İstanbul 2020, s. 37
- İzzî Süleyman Efendi, İzzî Tarihi, haz. Ziya Yılmazer, Türkiye Yama Eserler Kurumu, İstanbul 2019, s. 32
- Şemdanizade Fındıklılı Süleyman Efendi, Müirittevarih, haz. M. Münir Aktepe, İstanbul Üniversitesi Edebiyat Fakültesi, İstanbul 1978, s. 140
- Mehmed Hâkim Efendi, Hâkim Efendi Tarihi, haz. Tahir Güngör, I, Türkiye Yazma Eserler Kurumu, İstanbul 2019, s. 645
- Hammer, a.g.e., XVI, s. 17
Mənbə
| ]- "III. Ahmed’in Kızı Saliha Sultan ve Vakıfları (1127-1192/1715-1778)". Mustafa Güler, Rahime Özdamar. Tarih Dergisi - Turkish Journal of History, 75 (2021). İstanbul University Press
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Salehe Sultanosman صالحه سلطانSexsi melumatlarDogum tarixi 21 mart 1715 1715 03 21 Dogum yeri Topqapi sarayi IstanbulVefat tarixi 11 oktyabr 1778 1778 10 11 63 yasinda Vefat yeri Istanbul Osmanli imperiyasiDefn yeri Eyyubsultan qebiristanligiFealiyyeti esilzadeAtasi III EhmedAnasi Hatem QadinefendiHeyat yoldaslari Sari Mustafa Pasa Abdipasazade Eli Pasa Xetibzade Yehya Pasa Qoca Raqif Pasa Aga Mehmed PasaUsaqlari Sultanzade Ehmed bey Fatma xanim Sultan Xedice xanim Sultan Emine xanim Sultan Ayse xanim SultanAilesi Osmanli xanedani Salehe Sultan 21 mart 1715 Topqapi sarayi Istanbul 11 oktyabr 1778 Istanbul 23 Osmanli padsahi III Ehmedin qizlarindandir Heyati span 21 mart 1715 ci ilde Topqapi sarayinda dunyaya geldi Atasi Lale dovrunun meshur Osmanli sultani III Ehmed anasi ise onun xanimlarindan Hatem Qadinefendidir Dogum xeberi o esnada Edirnede olan atasi Sultan Ehmede sedrezem Sehid Eli Pasa terefinden verildi Dunyaya gelisi sebebile donemin valide sultani Gulnus Sultan terefinden sarayda senlikler teskil edildi ve hem anasina hem de yeni dunyaya gelen Salehe Sultana deyerli hediyyeler verildi Ilk dini tehsiline atasinin nezareti altinda Topqapi sarayinda baslayan Salehe Sultan bununla yanasi husnxett dersleri aldi Emisi oglu I Mahmudun taxta cixmasi munasibetiyle yazdigi tebrik mektubundaki el yazisi ve istifade etdiyi ifadeler bunu bir daha subut edir 1728 ci ilde sedrezem Nevseherli Ibrahim Pasanin teklifi ve atasi Sultan Ehmedin tesdiqiyle Deli Huseyn Pasanin nevesi olan Irevan beylerbeyi Sari Mustafa Pasayla evlenmesine qerar verildi Cutluyun nigahi 28 may 1728 ci ilde Topqapi sarayinda bas tutan toy merasimi esnasinda dovrun seyxulislami Yeniseherli Abdullah Efendi terefinden kesildi Toy merasiminin ardindan Eyyubsultandaki sahilsaraylarindan birinde yasamaga baslayan cutluyun bu nigahdan 2 ovladi Sultanzade Ehmed bey 1729 1736 ve Fatma xanim Sultan 1730 1795 dunyaya geldi Ancaq Sari Mustafa Pasa 1731 ci ilde vefat etdi 16 yasinda dul qalan Salehe Sultan ise ovladlariyla birlikde Eyyubsultandaki oz sarayinda yasamaga davam etdi Ikinci evliliyi ise bundan 9 il sonra 29 iyun 1740 ci ilde emisi oglu I Mahmudun isteyile o esnada Belqrad muhafizesiyle vezifelendirilen Abdipasazade Eli Pasa ile bas tutdu Eyni merasim esnasinda bacisi Aise Sultan Ehmed Ratib Pasayla emisi qizi Safiye Sultan ise Haci Ebubekr Pasayla nigahlandilar Cutluyun bu nigahdan Xedice xanim Sultan adli bir qizi dunyaya geldi Ancaq bu evliliyi de Eli Pasanin 1744 cu ilin mayinda vefat etmesiyle basa catdi Salehe Sultanin ucuncu evliliyi ise texminen 1747 ci ilde Eyyubsultan mescidinin imami Mustafa Efendinin oglu olan Rumeli valisi Yehya Pasa ile bas tutdu Hetta bu nigahdan bir il sonra 1748 ci ilde ilk evliliyinden dogulan qizi Fatma xanim Sultani pasanin kicik qardasi Ibrahim beyle evlendirdi Bu evlilikden cutluyun 2 qizi Emine xanim Sultan 1750 1823 ve Ayse xanim Sultan 1751 1754 dunyaya gelse de bu qizlar usaq yaslarinda vefat etdiler Ardindan Yehya Pasanin 1755 ci ilin sentyabrinda vefat etmesiyle Salehe Sultan ucuncu defe dul qaldi Salehe Sultanin novbeti evliliyi ise taxta yenice cixan qardasi III Mustafanin isteyile 31 mart 1758 ci ilde sedrezem Raqif Pasa ile bas tutdu Toy merasiminin ardindan Eyyubsultandaki sahilsarayinda yasamaq istese de sedrezem olan erinin Topqapi sarayina yaxin olmaq arzusu sebebile ozu sedrezem Raqif Pasanin sarayina gelin kocmusdur Pasanin 8 aprel 1763 cu ilde vefat etmesiyle dul qalan Salehe Sultan sonuncu defe yene qardasi Sultan Mustafanin isteyile kaptan i derya Aga Mehmed Pasayla nigahlandi 9 may 1764 cu ilde bas tutan toy merasiminin ardindan cutluk Salehe Sultanin Eyyubsultandaki sahilsarayinda yasamaga davam etdi Salehe Sultanin 6 il davam eden son evliliyi boyunca Aga Mehmed Pasani qorudugu ve siyasi meselelere qarisdigi bilinir Bele ki aralarinda yaranan siyasi surtusmeler sebebile sedrezem terefinden vezifeden alinan Aga Mehmed Pasa 1765 ci ilin fevralinda paytaxtdan uzaq olan Vidin valiliyine teyin edildi Ancaq Salehe Sultanin qardasi Sultan Mustafanin huzuruna cixaraq buna etiraz etmesinin ardindan bu teyinat deyisdirildi ve Aga Mehmed Pasa 2 ay sonra Anadolu beylerbeyliyine teyin olunaraq paytaxtda saxlandi Ancaq bununla kifayetlenmeyen Salehe Sultan sedrezeme qarsi muxalif cebheni desteklemeye basladi ve pasanin 30 mart 1765 ci ilde vezifeden alinaraq surgun edilmesi ve daha sonra edam olunmasinda feal istirak etdi Ancaq sonraki illerde Aga Mehmed Pasanin eyaletlere teyin olunmasina mane ola bilmedi ve pasa sirasiyla Hotin serdarligi ve Heleb valiliyine teyin olundu 1771 ci ilin fevralinda ise Dunay cayi sahilindeki Yergoyu qalasinda aldigi sert tedbirler sebebile dusmen oldugu yeniceriler terefinden qetle yetirildi Qalan illerini Divanyolundaki sarayinda aile ferdleriyle keciren Salehe Sultan 1778 ci ilin ortalarinda istiska xesteliyine bedenin su toplamasi tutuldu Saray hekimleri terefinden hava deyisikliyi meslehet gorulen Salehe Sultanin Eyyubsultandaki sahilsarayina aparilmasi istenilse de arabaya mine bilmeyecek veziyyetde idi Bu sebeble kecave vasitesile Eyyubsultandaki sahilsarayina aparilan Salehe Sultan ele hemin gece 11 oktyabr 1778 ci ilde vefat etdi Olum xeberi gece saatlarinda sedrezem Kalafat Mehmed Pasaya sedrezem terefinden ise seher saatlarinda qardasi I Ebdulhemide catdirildi Eyyubsultan mescidinde Anadolu qazesgeri terefinden qilinan cenaze namazinin ardindan oz vesiyyetine esasen burada kicik yasda itirdiyi ovladlarinin mezarlari yanina defn olundu Ovladlari span Salehe Sultanin olduqca genis veqfleri olmasi ve olumunun ardindan bu veqflere aile ferdlerinin rehberlik etmesi sebebile ozunden sonra gelen ovladlari ve neveleri haqqinda etrafli melumat tapmaq mumkundur Sultanzade Ehmed bey 1729 1736 usaq yaslarinda vefat etmisdir Eyyubsultanda defn olundugu bilinir Fatma xanim Sultan 1730 1795 1748 ci ilin aprelinde ogey atasi Yehya Pasanin kicik qardasi Ibrahim beyle evlendirildi Bu nigahdan 2 ovladi dunyaya geldi Emine xanim 12 may 1823 Emisi Yehya Pasanin oglu Eli beyle evlendi ve 2 qizi dunyaya geldi Cenazesi nenesi Salehe Sultanin yanina defn edildi Xedice xanim Naile xanim Mehmed bey Haqqinda etrafli melumat yoxdur Ovladlarinin adlari bilinir Mehmed Resid bey Necibe xanim Lebibe xanim Xedice xanim Sultan Bigli Mehmed Pasa ve Fatma xanim Sultanin IV Muradin nevesi oglu Seid Mehmed beyle evlendi ve 1 oglu dunyaya geldi Seyid Xelil bey 6 aprel 1782 Emine xanim Sultan 1750 12 may 1823 Ismayil Zuhdu Pasa ile evlendiyi Eyyubsultanda defn olundugu bilinir Ayse xanim Sultan 1751 1754 Eyyubsultanda defn olundugu bilinir Istinadlar span A D Alderson Osmanli Hanedaninin Yapisi Turkcesi Sefaettin Severcan Iz Yayincilik Istanbul 1998 s 270 Ali Akyildiz Haremin Padisahi Valide Sultan Harem de Hayat ve Teskilat Timas Yayinlari Istanbul 2017 s 226 22 Betul Ipsirli Argit Rabia Gulnus Emetullah Sultan 1640 1715 Kitap Yayinlari Istanbul 2014 Cagatay Ulucay Istanbul da XVIII ve XIX Asirlarda Sultanlarin Dogumlarinda Yapilan Torenler ve Senliklere Dair Istanbul Enstitusu Mecmuasi sayi 4 Istanbul 1958 s 201 204 Mehmet Arslan Osmanli Doneminde Padisah Cocuklarinin Dogumlari Munasebetiyle Yapilan Senlikler ve Viladet name i Hadice Sultan Osmanli Edebiyat Tarih Kultur Makaleleri Kitabevi Istanbul 2000 s 493 494 Mehmed Sureyya Sicill i Osmani Yahud Tezkire i Mesahir i Osmaniyye III haz Ali Aktan vd Sebil Yayinlari Istanbul 1997 504 Subhi Mehmet Efendi Subhi Tarihi Sami ve Sakir Tarihleri ile 1730 1744 inceleme ve karsilastirma metin haz Mesut Aydiner Kitapevi Istanbul 2007 s 625 Metin And Kirk Gun Kirk Gece Osmanli Dugunleri ve Senlikleri Gecit Alaylari Yapi Kredi Yayinlari Istanbul 2020 s 37 Izzi Suleyman Efendi Izzi Tarihi haz Ziya Yilmazer Turkiye Yama Eserler Kurumu Istanbul 2019 s 32 Semdanizade Findiklili Suleyman Efendi Muirittevarih haz M Munir Aktepe Istanbul Universitesi Edebiyat Fakultesi Istanbul 1978 s 140 Mehmed Hakim Efendi Hakim Efendi Tarihi haz Tahir Gungor I Turkiye Yazma Eserler Kurumu Istanbul 2019 s 645 Hammer a g e XVI s 17 Menbe span III Ahmed in Kizi Saliha Sultan ve Vakiflari 1127 1192 1715 1778 Mustafa Guler Rahime Ozdamar Tarih Dergisi Turkish Journal of History 75 2021 Istanbul University PressIII EhmedAilesiEmetullah Rabiye Gulnus Sultan Emine Mehrisah Sultan Rabiye Sermi Sultan Xurrem Qadinefendi III Mustafa Sahzade Noman I Ebdulhemid Fatma Sultan Ummugulsum Sultan Aise Sultan Salehe Sultan Zeyneb Sultan Esma Sultan Zubeyde Sultan Xedice Sultan Etiqe SultanSedrezemlerRami Mehmed Pasa Nisanci Ehmed Pasa Kureken Hesen Pasa Haci Ehmed Pasa Baltaci Mehmed Pasa Corlulu Kureken Eli Pasa Korpulu Noman Pasa Gurcu Yusif Pasa Silahdar Suleyman Pasa Xoca Ibrahim Pasa Sehid Eli Pasa Haci Xelil Pasa Nevseherli Kureken Ibrahim Pasa Silahdar Mehmed PasaKaptan i deryalarAsci Mehmed Pasa Kicik Osman Pasa Baltaci Mehmed Pasa Ebdurrehman Pasa Pasazade Mehmed Pasa Kirli Ehmed Pasa Xoca Ibrahim Pasa Silahdar Suleyman Pasa Canim Xoca Mehmed Pasa Ibrahim Pasa Qaymaq Mustafa PasaSeyxulislamlarBasmaqcizade Eli Efendi Imam Mehmed Efendi Sedreddinzade Sadiq Mehmed Efendi Ebezade Abdullah Efendi Mehmed Ataullah Efendi Imam i sehriyari Mahmud Efendi Mirze Mustafa Efendi Menteszade Ebdurrehim Efendi Ebu Ishaq Ismayil Efendi Yeniseherli Abdullah Efendi Mirzezade Seyx Mehmed EfendiOsmanli padsah qizlari1 ci nesilFatma Xatun2 ci nesil1715 ci ilde dogulanlarIstanbulda dogulanlar11 oktyabrda vefat edenler1778 ci ilde vefat edenler63 yasinda vefat edenlerIstanbulda vefat edenlerEyyubsultan qebiristanliginda defn olunanlarOsmanli xanedaniElifba sirasina gore vezifeli sexslerGizli kateqoriyalar Vikipediya Cografi zenciri olan sehifelerVikipediya Ferqli cografi zencirleri olan sehifeler

