Wikipedia
18 iyun
18 iyun — Qriqorian təqvimi ilə ilin 169-cu (uzun illərdə 170-ci) günü.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1815 - Napoleon Bonapart, Vaterloo döyüşündə İngiltərə və Prussiya ordularına məğlub olmuşdur.
- 1830 - Fransa Əlcəzairi işğal edib.
- 1928 - Pilot Amelia Eirhart (Amelia Earhart) təyyarə ilə Atlantik okeanı üzərindən uçan ilk qadın olmuşdur.
- 1948 - BMT İnsan Hüquqları Haqqında Universal Bəyannamə qəbul etmişdir.
- 1953 - Misirdə 74 illik İngiltərə mustəmləkəçiliyi sona çatmış və respublika elan edilmişdir.
- 1979 - Sovet İttifaqı Kommunist Partiyasının rəhbəri Leonid Brejnev və ABŞ prezidenti Cimmi Karter Vyanada strateji silahların azaldılmasına dair müqavilə imzalamışlar.
- 1988 - Türkiyə prezidenti Turqut Özal Ankara Atatürk İdman Salonunda Qartal Dəmirağ adlı sui-qəsdçinin silahlı hücumuna məruz qalmışdır.
- 2006 - Qazaxıstanın ilk süni peyki olan KazSat kosmosa göndərilmişdir.
Azərbaycanda olan hadisələr
- 1993 - Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Bakını tərk etdi. Heydər Əliyev Azərbaycan prezident oldu.
Doğumlar
- 1917 - Cövdət Hacıyev - bəstəkar, xalq artisti
- 1942 - Tabo Mbeki - Cənubi Afrika Respublikasının prezidenti.
- 1948 - İlhan Şeşen, türk musiqiçi və aktyor.
- 1974 - Kənan İmirzalıoğlu, türk aktyor
- Nihad Qulamzadə, Azərbaycanlı rejissor
Ölümlər
- 1936 - Maksim Qorki, yazıçı
- 2010 - Mübariz İbrahimov, Azərbaycan Milli Qəhrəmanı.
Bayramlar və xüsusi günlər
İstinad
- ↑ Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2007 tarixli, 2231 nömrəli Sərəncamı[ölü keçid]