Səfəvilər sülaləsi
Səfəvilər (Farsca. صفویان - Səfəviyan; Ərəb əilfbası ilə Azərbaycanca. صفویلر - Səfəvilər) — indiki İran ərazisində olan Cənubi Azərbaycanda Şah sülaləsi, Səfəvi dövlətinin hökmdarları. XIV əsrin əvvəllərindən etibarən indiki İranın şimalındakı Ərdəbil bölgəsini və 1501-1722 və 1729-1736-cı illərdə indiki İranın bütün ərazisini idarə etdilər.
Səfəvilər sülaləsi | |
---|---|
fars. صفویان | |
| |
Ölkə | |
Banisi | Şeyx Səfiəddin |
Sonuncu hökmdar | Şah III Abbas |
Əsası qoyulub | 1501 |
Milliyyət | azərbaycan türkü |
Titullar | |
Şeyx , Şah | |
Vikianbarda əlaqəli mediafayllar |
İndiki İran, Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq hissəsindəki varlığını qoruyub saxlayan tarixdə ilk dəfə Şiə Onikiciliyi Azərbaycanın rəsmi inancı və İranın varisi olduğu dövlətin hakim sülalələri olaraq qəbul etdi.
Bu sülalənin ilk hökmdarı Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olan I İsmayıl (1501-1524) idi. Şərur yaxınlığında (Naxçıvanda) Türkmənlər Ağqoyunlu dövlətinin hökmdarı Əlvənd Xanı məğlub etdikdən sonra İsmayıl zəfərlə Təbrizə girdi və 1501-ci ilin iyulunda özünü şah elan etdi. Əvvəlcə onun nəzarətində olan ərazilər yalnız Azərbaycanla məhdudlaşsa da, sonrakı 10 il ərzində indiki İranın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi və qonşu İraq vilayətləri Bağdad və Mosulu da öz dövlətinə qoşdu.
Yaradılan dövlətə ən çox Dövlət-i Qızılbaş (Qızılbaş dövləti) deyilirdi. Qızılbaş səltənəti və Qızılbaş mülkiyyəti adları da istifadə edilmişdir və şah Qızılbaş, padişah titulunu daşıyırdı.
Təbriz şəhəri Səfəvi dövlətinin paytaxtı oldu; daha sonra paytaxt Qəzvinə, oradan da İsfahana köçürüldü.
Səfəvilər özlərini “şahənşah” (krallar kralı) adlandırırdılar. Bununla yanaşı, şiəliyi dövlət dini elan edərək ön plana çıxardılar. Səfəvi dövründə şiəlik hakim cərəyan kimi quruldu.
Səfəvi dövlətinin qurulmasını dəstəkləyən türkmən tayfaları bunlar; Şadlı eli, Şamlı, Əfşar, Qaçar, Çağırqanlı, Qaramustafalu, Təkəli, Bəydili, Humuslu, Ustaclu, Dulqədirlu, Varsak.
Səfəvi Sülaləsi
Vasili Bartold, Səfəvilərin Fars mənşəli deyil Türk mənşəli olduğu qənaətindədir. Rus tarixçisi Petruşevski də buna bənzər bir fikirdədir; "İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamış və ana dili Azərbaycan dilidir (yəni Türkcə)" deyir.
İsmail Haqqı Uzunçarşılı, Səfəvilərin soyu ilə ilgili Yazır ki, " xalis bir Türk olan bu ailənin siyasətləri üçün özlərini Sadat-i Hüseyniyyədən göstərdilər."
Bu mövzuda bənzər məlumatlar Saffətü-Səfa'daki verilere əsaslanaraq Şeyx Səfiyəddin Ardebilinin "Türk piri" adlandırılırdı və şeyxin "Türk köyü"ndə yaşadığı və Türk şagirdlərinə xidmət edmək üçün onlara ağ çörək və bal təqdim edirdi və Səfi'nin Fars olan bir çox müasirindəkilər 1272-ci ildə onu Türk Piri olaraq da adlandırırdılar.
Sərkərdələr və hökmdarlar
Ərdəbil hökmdarı
- Şeyx Səfi (1300-1334)
- Şeyx Sədrəddin Ərdəbili (1334-1391)
- Şeyx Xacə Əlaəddin Əli (1391-1424)
- Şeyx İbrahim (1424-1447)
- Şeyx Cüneyd (1447-1460)
- Şeyx Heydər (1460-1488)
- Şeyx Sultan Əli (1488-1494)
- Şah İsmayıl Xətai (1494-1501)
Səfəvi dövləti hökmdarı
- Şah İsmayıl Xətai (1501-1524 )
- I Şah Təhmasib (1524-1576 )
- II Şah İsmayıl (1576-1577 )
- Məhəmməd şah Xudabəndə (1578-1587 )
- I Şah Abbas (1587-1629 )
- I Şah Səfi (1629-1642 )
- II Şah Abbas (1642-1667 )
- Şah Süleyman Səfəvi (1667-1694 )
- Sultan Hüseyn (1694-1722 )
- II Şah Təhmasib (1722-1732 )
- III Şah Abbas (Abbas Mirzə) (1732-1736 )
Səfəvilər sülaləsinin şəcərəsi
Firuz şah Zərrin Koulə | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Avaad | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qütbəddin Məhəmməd | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səlahəddin Rəşid | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qütbəddin Əbu Bəkr | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Basil of Trebizond | İrene | Şeyx Zahid Gilani | Əminəddin Cəbrail | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
III Aleksios | Teodora Kantakouzen | Bibi Fatimə | Şeyx Səfi 1252–1334 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
I Konstantin (Gürcüstan) 1369–1412 | III Manuel 1364–1417 | Şeyx Sədrəddin Ərdəbili | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
I Aleksandr (Gürcüstan) 1386–1446 | IV Aleksios 1382–1429 | Qara Yuluq Osman bəy | Şeyx Xacə Əlaəddin Əli | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Baqrationi şəhzadəsi 1415–1438 | IV İohan 1403–1459 | Cəlaləddin Əli bəy | Şeyx İbrahim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Aleksios 1455–1463 | Teodora | Uzun Həsən 1423–1378 | Xədicə Xatun | Şeyx Cüneyd | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Aləmşah bəyim Əli Mirzə Səfəvinin anası & Həlimə - Marta/Katerina Şah İsmayılın anası | Şeyx Heydər | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şeyx Sultan Əli Hakimiyyəti: 1488–1494 & Şah İsmayıl 17 iyul 1487 – 23 may 1524 R. 1502–1524 | İbrahim ya da Şah İsmayıl | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
I Şah Təhmasib 22 February 1514 – 14 May 1576 R. 1524–1576 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
II Şah İsmayıl 1537–1577 R. 1576–1577 | Məhəmməd Xudabəndə 1532–1595 R. 1577–1587 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
I Şah Abbas January 27 1571 – January 19 1629 R. 1587–1629 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səfi Mirzə doğ. 1587 öld. 1615 Vəliəhd şəhzadə 1587–1615 | İmamqulu Mirzə Vəliəhd şəhzadə 1627 öld. 1627 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
I Şah Səfi 1611 – 12 May 1624 R. 1629–1642 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
II Şah Abbas 31 dekabr 1632 – 25 oktyabr 1666 R. 1642–1666 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
I Süleyman (II Şah Səfi) 1659 – 29 iyul 1694 R. 1666–1694 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Sultan Hüseyn 1669 – 25 aprel 1726 R. 1694–1722 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
II Şah Süleyman R. 1749–1750 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
II Şah Təhmasib 1704–1740 R. 1722–1732 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
III Şah Abbas 1731–1740 R. 1732–1736 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmçinin bax
İstinadlar
- ↑ https://www.britannica.com/topic/Safavid-dynasty Ṣafavid dynasty
- книга BLACK SHEEP, WHITE SHEEP AND RED-HEADS. A historical sketch of the Shahsavan of Azarbaijan Richard Tapper. Iran. Journal of the British Institute of Persian Studies London The British Academy 1966 IV 63
- 2000 III 100
- История Ирана с древнейших времён до конца 18 в. Н.В.Пигулевская Л. 1958 255
- Roger Savory Iran Under the Safavids 34
- R.M. Savory, Safavids, Encyclopedia of Islam, 2nd edition
- R.M. Savory, Safavids, Encyclopedia of Islam, 2nd edition
- Andrew J. Newman, Safavid Iran: Rebirth of a Persian Empire, I. B. Tauris (Mart 30, 2006)
- BLACK SHEEP, WHITE SHEEP AND RED-HEADS. A historical sketch of the Shahsavan of Azarbaijan Richard Tapper. Iran. Journal of the British Institute of Persian Studies| London The British Academy 1966 IV 63
- История Востока Восточная Литература 2000 III 100
- История Ирана с древнейших времён до конца 18 в. Н.В.Пигулевская Л. 1958 255
- ↑ Roger Savory, Iran Under the Safavids, 34
- Golden,Türk halkları Tar. Giriş. Çeviren, Osman Karatay Ankara 2002, s. 321
- W. Barthold, Soçineniya, C. II, bölüm I, Moskova, 1963, s. 748.
- Petruşevski’den naklen, Efendiyev, s. 33
- İsmail Hakkı Uzunçarşılı, Osmanlı Tarihi, C. II, Ankara, 1998, s. 225
- Âlem-i Ârâ-yi Safevî, s. 11.
- Heyyət, C. “Azərbaycanın Türkləşməsi və Azəri Türkçəsinin Təşəkkülü”, Varlıq, Tehran 1992, s. 9-12.