Wikipedia
13 sentyabr
Avqust – Sentyabr – Oktyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
13 sentyabr — ilin 256-cı günü (uzun illərdə 257-ci). İlin sonuna 109 gün qalır.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- e.ə. 490 — İran ilə Yunanıstan arasında Marafon döyüşü baş vermişdir.
- 1647 — İtalyan alim Torriçeli barometri icad etmişdir.
- 1762 — Rus çarı II Yekaterina taxta çıxmışdır.
- 1788 — Nyu-York ABŞ-ın paytaxtı elan edilmişdir.
- 1899 — ABŞ-da ilk avtoqəza baş vermişdir.
- 1901 — Fransada avtomobillərə məcburi surətdə nömrə nişanları verilməyə başlanmışdır.
- 1902 — İngiltərədə ilk dəfə olaraq maddi sübut kimi barmaq izindən istifadə olunmuşdur.
- 1922 — Yer kürəsində ən yüksək temperatur Əlcəzairdə qeydə alınmışdır (kölgədə + 58 C).
- 1923 — İspaniyada dövlət çevrilişi baş vermişdir.
- 1944 — Çan Kay Şi Çinin prezidenti seçilmişdir.
- 1955 — SSRİ AFR-i tanımışdır.
- 1962 — ABŞ SSRİ-dən Kubadakı raketləri çıxarmağı tələb etmiş, bununla da Karib böhranı dərinləşmişdir.
- 1962 — Albaniya Varşava Müqaviləsi Təşkilatından çıxmışdır.
- 1993 — Yasir Ərəfat və İshak Rabin Fələstin muxtariyyəti haqda tarixi müqavilə imzalamışlar.
Azərbaycanda olan hadisələr
- 1918 — Qafqaz İslam ordusu Bakıya yaxınlaşmışdır.
- 2006 — Azərbaycan səfiri etimadnaməsini İordaniya kralına təqdim etmişdir.
- 2007 — Azərbaycan Prezidenti İlham Əliyev Litvaya rəsmi səfər etmişdir.
Doğumlar
- 1660- Daniel Defo - ingilis yazıçı.
- 1933 — Arif Məlikov – bəstəkar.
- 1941 — Əhməd Necdət Sezər – Türkiyənin eks prezidenti.
- 1944 — Jaklin Bisset – aktrisa.
- 1973 — Fabio Kannavaro – italyan futbolçu.
- 1982 — Soraya Arnelas – müğənni.
- 1993 — Nayl Horan – İrlandiya müğənnisi, One Direction qrupunun üzvü.
Ölümlər
- 1872 — Lüdviq Andreas Feyerbax, Alman filosof
- 1996 — Tupak Şakur, amerikalı reper.
Bayramlar və xüsusi günlər
- Faşizm qurbanlarının xatirə günü.
- Dünya təcili yardım günü.
- Beynəlxalq Proqramçılar günü.