Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Eldar Bəhram oğlu Mansurov (28 fevral 1952, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2012).
Eldar Mansurov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | |
Uşaqları |
|
Atası | Bəhram Mansurov |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, tədqiqatçı |
Fəaliyyət illəri | 1981-ci ildən |
Musiqi aləti | piano |
Təhsili | |
Mükafatları | |
eldarmansurov.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib.
1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 28 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə"Şöhrət" ordeni ilə təltif edilib
2022-ci il oktyabrın oktyabrın 2-də Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Sarayında Eldar Mansurovun 70 illik yubileyinə həsr olunmuş təntənəli yaradıcılıq gecəsi keçirilmişdir.
2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007–2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib. Ailəlidir, 2 oğlu var.
Yaradıcılığı
Bayatılar
Bəstəkar Eldar Mansurovun "Bayatılar" mahnısını ilk dəfə 1989-cu ildə о vaxt Azərbaycan estradasının gələcək ulduzu Brilliant Dadaşova ifa etdi. "Bayatılar" dərhal populyarlıq qazandı və artıq 1990-cı ildə "Melodiya" şirkəti tərəfindən val şəklində böyük tirajla çap olunaraq keçmiş sovet məkanında geniş yayıldı. Şair Vahid Əzizin sözlərinə yazılmış "Bayatılar" bu günə kimi ən sevimli mahnılar sırasındadır. O vaxtdan indiyədək bu uzunömürlü mahnı dünyanı gəzir. "Bayatılar"ın musiqisi Türkmənistan, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Fransa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya, ABŞ, İngiltərə, İsveç, Kanada, İsrail, ərəb ölkələri, hətta uzaq Braziliyada da müxtəlif ifaçılar tərəfindən istifadə edilib.
Bu mahnı sözləri şair Nikolay Denisova məxsus olan "Zdravstvuy" adı ilə Rusiya estradasının "şərq" ulduzu sayılan Reno tərəfindən ifa edilmişdi. Braziliyada "Bayatılar" vokaliz şəklində məşhur caz müğənnisi və onu müşayiət edən "" tərəfindən səsləndirilib. Sonralar "Bayatıları" məşhur Braziliya cazmeni, pianoçu və onun qrupu instrumental versiyada ifa etdilər. Almaniyanın "Grinsteins Mischpoche" qrupunun ifasında mahnının nəfəsli alətlərlə instrumental variantı bir növ marşı xatırladır. Türkiyə estradasının "kraliçası" Sezen Aksu "Bayatılar"а yeni ruh və nəfəs verdi. "Zalim" adı ilə Türkiyədə məşhurlaşan bu mahnının sözləri Sezen Aksuya aiddir. ifasında və klip şəklində təqdim etdiyi "Zalim" neçə illərdir ki, Türkiyədə ən çox sevilən mahnılar siyahısındadır. 1995-ci ildə yunan müğənnisi Bayatıları "TAXIDIARIKO BIRD" adlı mahnı kimi ifa etdi. 1997-ci ildə isə digər yunan müğənnisi , şair Nikos Maraitisin "όσες φωτιές" (Bu yanğınlar) adlı mətni ilə "Bayatıları" bir daha ifa etdi. Bir neçə il sonra daha bir yunan müğənnisi Bayatıları – "TAXIDIARIKO BIRD" ifa etdi.
Artıq 30 ildən çoxdur ki, "Bayatılar" müxtəlif interpretasiyalarda səslənir və dünyanın məşhur musiqiçiləri tərəfindən disklərə yazılır. Son illərdə "Bayatı" demək olar ki, Avropanın bir çox ölkələrində remix üslubunda yeni çalarlarla, "hip-hop" ritmində və hər xalqın öz dilində səslənir. Yunanıstanda Keti Qarbinin "Esena mono", Türkiyədə "İçim yanıyor" mahnılarını və başqalarının ifalarını buna misal göstərmək olar. Sonralar Türkiyənin "" qrupu "Bayatılar"ı "Zalim" adı ilə rok üslubunda ifa ediblər. 2006-cı ildə "Bayatılar" mahnısı bir neçə yeni variantda səslənib.
Türkiyənin tanınmış DJ-ləri – və "Bayatılar"ı "Miracles" adı ilə rep üslubunda ifa etdilər. Elə həmin il yunan də "Bayatılar"ı – "I Have A Dream (Extended MIX)" adı ilə ifa etdi. Azərbaycanda isə bu mahnını Aygün Kazımova özünəməxsus şəkildə ifa etmişdir. Sonralar bir çox ölkələrdə, müxtəlif ifaçılar bu mahnını bir-birindən fərqli versiyalarda ifa etməyə başladılar. 2009-cu ildə italiyanın "" qrupu "Bayatıları" fərqli şəkildə ifa etdi. "Bayatılar" İsraildən də yan keçmədi. 2011-ci ildə İsrailin "Babbe Rabbe" qrupu "Bayatılar"ı orijinal versiyasında olduğu kimi ifa etdilər.
Elə həmin ildə rumıniyalı DJ "Bayatılar"dan öz "" (Vika Jigulina vocal version Extended) mahnısında istifadə etdi. Elə həmin il "Stereo love" isveçli PJ feat Velvet, və kanadalı ifasında da səslənərək dünyanı dolaşdı. "Zalim" ilə məşhurlaşan Türkiyəli 2006-cı ildə "0 km" qrupu ilə həmin mahnını rok üslubunda yenidən ifa etdi. 2004-cü ildə bosniyalı Dino Merlin "Subota" adı ilə "Bayatıları" bir daha ifa etdi. 2005-ci ildə Nyu-Yorkda yaranmış "" qrupu "Don’t Stop" kompozisiyasında bir daha Bayatılardan istifadə etdi. 2010-cu ildə "Bayatılar"ı daha bir instrumental qrup – İngiltərənin Bristol şəhərinin "" üçlüyü ifa etdi. Elə həmin il "Bayatılar"ı DJ Brizi və Eusebio Belli ispan dilində səslənən "Moliendo Cafe" (extended version) kompozisiyasına daxil etdilər. 2010-cu ilin daha bir maraqlı versiyası İngiltərənin Hip-Hop, Rep, R&B üslubunda ifa edən populyar "N Dubz" qrupu oldu. Onlar "Bayatılar"ı "Scream my name" adlı kompozisiyasına daxil edib ifa etdilər.
2012-ci ilin əvvəllərində gənc türk müğənniləri , , , "" rok qrupu, 2013–2018-ci illərdə isə digər türk müğənniləri , , və , Bengü, Ferhat Göçer, , , , , , qrupu, , , qrupu və başqaları Bayatıların "Zalim" versiyasını özlərinə məxsus ifa etdilər. 2014-cü ildə İtaliyanın Leççe şəhərindən olan musiqiçilər — "" rock qrupu "Bayatılar"ı çox orijinal şəkildə ifa etmişdir. Daha bir maraqlı fakt odur ki, son bir neçə ildə "O Ses Türkiye" mahnı müsabiqəsində "Zalim" bir çox müğənnilər tərəfindən daim ifa olunur. 2018-ci ilin sentyabrında Finlandiyanın rok qrupu "CYANİDE" kompozisiyasında Bayatılardan istifadə etmişdir. Onların ifa etdikləri bu kompozisiya rok-metal üslubundadır. Həmən bu ildə azərbaycanlı — Dj Roshka və Samir Cavadzadə "Feel the rhythm" adlı kompozisiyasında "Bayatılar" mahnısını yeni versiyada ifa etdilər. 2019 və 2020-ci və sonrakı illərdə "Bayatılar" daha bir neçə yeni versiyada müxtəlif ifaçılar tərəfindən oxundu. Almaniyada Why So Sad — Out Of Time, Drenchill-in ifasında "Never Never", İsrail kamança çalanı Mark Eliyahu — "Alegria" kompozisiyasında, və bir çox DJ-lər "Bayatılar"ı ifa etdilər. Hər zaman olduğu kimi "Bayatılar" Türkiyədə də "Zalim" adı ilə bir çox müğənnilər tərəfindən hələ də oxunmaqdadır. Belə ki, ən sonuncu versiyalar Bergüzar Korel və Tuğba Yurt tərəfindən oxunmuşdur.
Esena Mono
2003-cü ildə yunan müğənnisi [en] tərəfindən ifa olunmuş "Esena Mono" mahnısı "[en]" albomunda Dimitris Kontopulosun bəstəsi kimi yer almışdır. Həmin dövrdən bu mahnı çox populyarlaşmış və bir çox ölkələrdə həm orijinal, həm də kaver versiyalarda ifa edilmişdir. 2008-ci ildə Eldar Mansurov "Bayatılar"ın musiqisini təkrarlayan "Esena Mono" mahnısı barədə məlumat əldə etmiş və bu səbəbdən yunan bəstəkarı Dimitris Kontopulosa və əsərin yayımını həyata keçirən şirkətə məhkəməyəqədər iddia qaydasında bildirmişdir. İddiaya cavab olaraq Kontopulos bunun yanlış olduğunu, mahnının orijinal olduğunu və onun tərəfindən bəstələndiyini vurğulamışdır. 2011-ci ildə Eldar Mansurov öz hüquqlarını müdafiə etmək məqsədilə Afina Çoxtərkibli Birinci İnstansiya Məhkəməsinə Dimitris Kontopulos və yayımlama şirkətinə qarşı müəlliflik hüquqlarının pozulması ilə bağlı iddia ilə müraciət etmişdir. 11 ildə üç instansiyadan keçmiş məhkəmə işi 2023-cü ildə yekunlaşmış və Yunanıstan Ali Məhkəməsinin qərarı ilə "Esena Mono"-nun "Bayatılar" mahnısının musiqisi üzərindəki müəlliflik hüquqlarının pozulmasını tanıyaraq Eldar Mansurovun xeyrinə qərar çıxarmışdır.
Bəhramnamə
Eldar Mansurovun "Bəhramnamə" əsəri onun atası, məşhur tarzən Bəhram Mansurovun əziz xatirəsinə həsr olunub. Zəmanəsinin ən ifaçılarından olan Bəhram Mansurov muğamlarımızı dünyaya tanıtdıran ilk musiqiçidir. 1971 və 1975-ci illərdə UNESCO ilk dəfə məhz onun təkrarsız və virtuoz ifasında Azərbaycan muğamlarını val şəklində çap etmişdi. O vaxt bu fakt Azərbaycan mədəniyyətinin tarixində böyük və mühüm hadisə hesab olunurdu. İllər keçdi və yenə milli musiqimizin tarixində böyük hadisə baş verdi. Və nə yaxşı ki, bu hadisə də böyük tarzənin adı ilə bağlıdır. "Bəhramnamə" layihəsi əvvəlcə albom şəklində musiqisevərlərə təqdim olundu. Sonra layihənin efir ömrü başlandı: bir il ərzində yerli radiostansiyalarda bu ecazkar musiqi səsləndi. Nəhayət, layihə nəhəng konsertlə tamamlandı. 2005-ci ilin dekabrın 1-də Heydər Əliyev adına Sarayda, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə "Bəhramnamə" layihəsinin təqdimatı keçirildi. Musiqiçilər tamaşaçıları yeni janrla tanış etdilər. Onun adı simfo-folk-rokdur. Burada simfoniya, rok, caz və muğam harmonik şəkildə vəhdət təşkil edir. Zala toplaşanlar Eldar Mansurovun yeni yaratdığı orkestrin müşayiətilə "Bəhramnamə"nin canlı ifasını ilk dəfə eşitdilər. Pianoçular Nazim Əhməd və , bas gitarada , gitarada Rafiq Rəsulov, tarla çalan Yaşar Hüseynov və zərb alətləri ifaçısı ibarət olan orkestr "Bəhramnamə"ni yüksək səviyyədə musiqisevərlərə təqdim etdilər. Bəstəkarın qardaşı – tarzən Elxan Mansurov orkestrin müşayiətilə "Mahur-hindi", "Segah", "Şüştər", "Rast", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Çahargah", "Humayun" muğamları əsasında yazılmış kompozisiyaları atasından yadigar qalmış tarda ifa etdi. Bu muğamlar, amma digər interpretasiyada – vokal-instrumental variantda populyar müğənni və xanəndə Elbrus Abdulzadənin ifasında səsləndi. "Bəhramnamə"də Şərq və Qərb görüşüb. Hər iki sivilizasiyanın kəsiyində yerləşən Azərbaycan bu iki qütbü özündə birləşdirir. Eldar Mansurov orijinal sintez yaradıb: о, simfoniya, rok və muğamı birləşdirib və onları cazla daha da rəngarəng edib. "Bəhramnamə"də səslənən hər bir kompozisiya musiqiçilərin ifasında Şərq və Avropa motivlərinin vahid bitmiş formasıdır. Klassik Azərbaycan muğamı təmamilə yeni şəkildə – müasir Avropa ritmlərinin müşayiəti ilə təqdim olunub.
"Bəhramnamə-2" 2005-ci ildə ifa olunmuş "Bəhramnamə" layihəsinin davamıdır. Bəstəkar bu yeni layihədə həm səslənmə, həm də forma etibarilə yenilliklər etmişdir. Birinci layihədən fərqli olaraq Eldar Mansurov burada Azərbaycan milli musiqi aləti olan tardan və rok qrupundan başqa ilk dəfə böyük simfonik orkestrdən istifadə edir. Bu üç müxtəlif janrlara aid olan alətlər bir-biri ilə sintezdə çox gözəl və həmahəng səslənir. "Bəhramnamə-1" layihəsindən fərqli olaraq bu dəfə simfonik orkestr yeni layihəyə səslənmədə xüsusi gözəllik gətirir. Üç janrın sintezi, belə bir səslənmə "Bəhramnamə-2"ni ona bənzər layihələrdən öz orijinallığı ilə tam fərqləndirir. "Bəhramnamə-2" özündən əvvəlki layihə kimi 2 hissədən ibarətdir – instrumental və vokal. Layihənin vokal hissəsində solistlərdən başqa ilk dəfə olaraq kapella xorundan istifadə olunur. İnstrumental hissəsində isə Eldar Mansurov bir sıra yenilliklər edir. Belə ki, bu dəfə tardan başqa, Azərbaycan milli nəfəsli alətlərindən – ney, balaban, tütəkdən istifadə olunur. "Bəhramnamə-2"də "Rast" dəstgahından başqa bəstəkar çalğı praktikasında az ifa olunan "Qafqaz Humayunu", "Nəva-Nişabur", "Çoban bayatı", "Kürdü-Şahnaz" müğamlarına müraciət edir. Ümumiyyətlə, "Bəhramnamə-2" janr, forma və üslubuna görə orijinal və unikal bir layihədir.
Kitab, not və məqalələr
Eldar Mansurov uzun illər təkcə bəstəkarlıq ilə yox, həm də muğamlarımızın tarixi və nəzəriyyəsi ilə də məşğul olub. Hələ konservatoriyada oxuduğu tələbəlik illərində muğamların nəzəriyyəsi haqqında elmi məqalələr yazmağa başlayır. 1987-ci ildə Səmərqənd şəhərində keçirilən Beynəlxalq Muğam simpoziumunda "Muğam adlarının yaranma tarixi" elmi məqaləsi ilə çıxış edir. Sonralar bu yazıların bir çoxu müəllifin "Muğam düşüncələrim" adlı kitabında toplu şəklində çap olunur. Elmi məqalələrlə yanaşı Eldar Mansurov 10 ildən çox atası Bəhram Mansurovun tarda ifasından bütün muğamları, qədim dəraməd, rəng, diringə, təsnif və bir çox el havalarını nota salmışdır. Eldar Mansurov 30 ildən çox nəslinin tarixi ilə də maraqlanıb. Arxivlərdə, muzeylərdə, kitabxanalarda bir çox əlyazmaları və tarixi sənədləri tədqiq edib, XVII əsrin əvvəllərindən bu günümüzə qədər əslən bakılı olan Mansurovlar nəslinin tarixini yazmışdır.
Kitablar
- "Eldar Mansurov. Muğam düşüncələrim" (Bakı, İrşad nəşriyyatı,1995-ci il).
- "Məşədi Süleyman bəy Mansuov. Xatirələr" (Bakı, EQ nəşriyyatı,2005-ci il).
- "Мансуровы. История рода" (Bakı, EQ nəşriyyatı, 2006-cı il).
- "Mansurovlar" (Heydər Əliyev fondu, Bakı, "Çaşıoğlu" Elm-istehsalat firması, 2011-ci il).
Məqalələr (elmi və publisistik)
- "Rast və Mahur-hindi muğamlarının müqayisəli təhlili" ("Qobustan" jurnalı, № 3, 1980-ci il, səh.71–74).
- "Rast və Mahur-hindi muğamlarının keçmişi, bu günü və sabahı" ("Qobustan" jurnalı, № 4 (64), 1984-cü il, səh.18–20).
- "Muğam adlarının yaranması haqqında" ("Qobustan" jurnalı, № 1, 1987-ci il, səh.66–68).
- "Azərbaycan musiqisində Saqinamə janrı" (Azərbaycan SSR Elmlər Akademiyasının Məruzələri, tom XLIII cild, № 8, 1987-ci il).
- "Гусейн Гулу Хан Бакинский" ("İçərişəhər" jurnalı, № 3, зима’ 2008–2009, стр. 10–19).
Notlar
- "Azərbaycan dəraməd və rəngləri" (Bakı, İşıq nəşriyyatı, 1984-cü il).
- "Azərbaycan diringi və rəngləri" (Azad Kərimovla, Bakı, İşıq nəşriyyatı, 1986-cı il).
- "Azərbaycan qədim el havaları" (Bakı, İşıq nəşriyyatı, 1990-cı il).
Əsərlərinin siyahısı
- "12 prelüd" fortepiano üçün (1974)
- "Sonatina" fortepiano üçün (1975)
- "Poema" violin və fortepiano üçün (1976)
- "Simli kvartet № 1" (1977)
- "Konsert" violin ilə simfonik orkestr üçün (1978)
- "Simfoniya № 1" (1979)
- "Simli orkestr üçün pyeslər" (1979)
- "Simli alətlər üçün musiqi" (1980)
- "Pastoral" simli kvartet üçün (1981)
- "Bayatılar" а`kapella xoru üçün (1981)
- "Simfoniya № 2" kamera orkestri üçün (1981)
- "2 romans" bariton səs və fortepiano üçün (1982)
- "Adajio və skertso" fleyta və fortepiano üçün (1982)
- "Simfoniya № 3" (1982)
- "Uşaq xoru üçün 2 mahnı" (1982)
- "Nəfəsli septet üçün 6 pyes" (1983)
- "Saqinamə" tar və simli kvartet üçün (1983)
- "Nəfəsli alətlər orkestri üçün marş" (1983)
- "Kamera orkestri üçün Pastoral" (1984)
- "Violin və fortepiano üçün sonata" (1985)
- "Vətənim mənim" uşaq xoru üçün mahnılar silsiləsi (1985)
- "Kantata – "Ölməzlik" B. Vəziroğlunun sözlərinə (1985)
- "Uşaqlar üçün fortepiano pyesləri" silsiləsi (1986)
- "14 prelüd" fortepiano üçün (1986)
- "Simli kvartet № 2" (1986)
- "6 prelüd" fortepiano üçün (1986)
- "Rubato" klavesin, çelesta və fortepiano üçün (1986)
- "Rübai" Ö. Xəyyam, M. Gəncəvi və S. Şirazinin sözlərinə а`kapella xoru üçün (1987)
- "2 kontrabas üçün pyeslər" (1988)
- "Muğam-dəstgah" orqan üçün (1989)
- "Mahur-Hundi" simfonik muğamı (1990–1991)
- "Simfoniya № 4" (1991)
- "Freskalar" kamera orkestri üçün (1991)
- "Adajio" violin və simfonik orkestr üçün (1991)
- "Passakaliya" simfonik orkestr üçün (1991)
- "Estrada-simfonik orkestri üçün pyeslər" (müxtəlif illər)
- "3000-dən çox mahnılar və instrumental musiqi" (müxtəlif illər)
- "Kleopatra" rok-balet (1998)
- "Olimp" 1 pərdəli rok-balet (2004)
- "Bəhramnamə" tar, simfonik orkestr və rok qrupu üçün musiqi (2004)
- "Yeddi gözəl" rok-opera (2005)
- "Simfonik rəqslər" (2010)
- "Odlar yurdu" simfonik orkestr üçün süita (2012)
- "Bahar oğlu", oratoriya (2013)
- "Simfonik qravürlər - 1" (2017)
- "Simfonik qravürlər - 2" (2023)
Filmoqrafiya
- Aran (film, 1985)
- Əndazədən çıxanda (film, 1988)
- Güzgü (film, 1990)
- Bəxtəvər (film, 1990)
- Almas İldırım (film, 1991)
- Bəxt üzüyü (film, 1991)
- Müqəddəs oda yanaram (film, 1991)
- Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992)
- Dəniz səyahəti (film, 1992)
- Əzablı qurtuluş (film, 1993)
- Qisas günü (film, 1993)
- İşğal (film, 1994)
- Hökm (film, 1994)
- Yük (film, 1995)
- Bala-başa bəla! (film, 1995)
- Türklər (film, 2004)
- Siçan və pişik (film, 2008)
- Bizim paytaxt Bakımız (film, 2008)
- Daşdan tikilmiş şəhər (film, 2008)
- Təhlükəsizliyimizin tarixi (2009)
- Hörümçək toru (film, 2011)
- Babam və mən (film, 2012)
- Tırtılın arzusu (film, 2012)
- Tarın sədaları. Mansurovlar (film, 2013)
Teatr tamaşalarına yazılmış musiqilər
- "Canlı musiqi" (1982)
- "Dar ağacı" (1986)
- "Dərviş və ölüm" (1986)
- "Kürən at" (Divar) (1988)
- "Gecə döyülən qapılar" (1989)
- "Sevgilimin anası" (1989)
- "Çələbi xan" (1990)
- "Bal çəlləyi" (1991)
- "Nəhəng qurbağa balası" (1991)
- "Mənim ağ şəhərim" (1991)
- "Dişi canavar" (1991)
- "Məşuqələr" (1992)
- "Pul dəlisi" (1992)
- "Ah qadınlar qadınlar" (1992)
- "Nəğməli, təbəssümlü səyahət" (1992)
- "Evlənmək istəyirəm" (1993)
- "Aktyor" (1994)
- "Kələkbaz qızlar" (1994)
- "Bu dünyanın adamları" (2000)
- "Misir gecələri" (2004)
- "Şeyda" (2008)
- "Vicdansız" (2009)
- "Bəylik dərsi" (2009)
- "Sonuncu seriya" (2010)
- "Xanışın toyu" (2014)
- "Təzə ilin köhnə nağılları" (2015)
- "Çarəsiz evlənmə" (2015)
- "Şuşada ürəyim qaldı" (2022)
Şəcərəsi
- Məşədi Məlik bəy Mansurovun nəticəsidir.
- Məşədi Süleyman bəy Mansurovun nəvəsidir.
- Tarzən Bəhram Mansurovun oğludur.
- Tarzən Elxan Mansurovun qardaşıdır.
- Kinooperator Aydın Mansurovun qardaşıdır.
- Ülvi və Anar Mansurovun atasıdır.
İstinadlar
- "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2012-ci il tarixli Sərəncamı". president.az (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 14 sentyabr 2012, 18:30. 23 September 2017 tarixində . İstifadə tarixi: 8 may 2016.
- "E. B. Mansurovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-08 tarixində . İstifadə tarixi: 2022-02-28.
- "Xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli bəstəkar Eldar Mansurovun 70 illik yubiley konserti keçirilib". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2022-10-03. İstifadə tarixi: 2023-07-23.[ölü keçid]
- "Yunanıstan məhkəməsi "Esena Mono" mahnısının müəllifliyi ilə bağlı Eldar Mansurovun xeyrinə qərar verib". Apa.az (az.). 2023-07-23. 2023-07-23 tarixində . İstifadə tarixi: 2023-07-23.
- "Yunanıstan Ali Məhkəməsi Eldar Mansurovun müəlliflik hüququna dair qərar verib". "Mədəniyyət" qəzeti (az.). 2023-05-26. 2023-07-23 tarixində . İstifadə tarixi: 2023-07-23.
Həmçinin bax
Xarici keçidlər
- Eldar Mansurovun rəsmi saytı
- Eldar Mansurovun Youtube səhifəsi
- Eldar Mansurovun iTunes-da albomları
- Eldar Mansurovun IMSLP səhifəsi
- Eldar Mansurovun VIAF səhifəsi
Video
- Eldar Mansurovla müsahibə (31 oktyabr 2018)
- Eldar Mansurovun musiqisinə "Qılınclarla rəqs"
- Eldar Mansurovun musiqisinə "Qobustan" rəqsi
- Eldar Mansurovun musiqisinə "Odlar yurdu" rəqsi
- "Tarın sədaları. Mansurovlar" (film, 2013)
- Xalq artisti Eldar Mansurovun doğum günüdür
- Рено – "Здравствуй"
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun meqalenin muzakire sehifesine diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Eldar Behram oglu Mansurov 28 fevral 1952 Baki Azerbaycan bestekari Azerbaycan Respublikasinin xalq artisti 2012 Eldar MansurovUmumi melumatlarDogum tarixi 28 fevral 1952 72 yas Dogum yeri Baki Azerbaycan SSR SSRIVetendasligi AzerbaycanUsaqlari Ulvi Mansurov d Anar Mansurov d Atasi Behram MansurovMusiqici melumatlariFealiyyeti bestekar tedqiqatciFealiyyet illeri 1981 ci ildenMusiqi aleti pianoTehsili Azerbaycan Dovlet KonservatoriyasiMukafatlari 2012 2005 2022eldarmansurov com Vikianbarda elaqeli mediafayllarHeyatiEldar Mansurov 1952 ci il fevralin 28 de Bakida Iceriseherde musiqici ailesinde anadan olub 1968 1972 ci illerde Asef Zeynalli adina orta ixtisas musiqi mektebinin indiki Azerbaycan Milli Konservatoriyasi nezdinde Musiqi Kolleci fortepiano sinfinde 1974 1979 cu illerde Uzeyir Hacibeyov adina Azerbaycan Dovlet Konservatoriyasinin indiki Baki Musiqi Akademiyasi bestekarliq fakultesinde professor Covdet Haciyevin sinfinde tehsil alib Yeddi gozel rok operasi Kleopatra ve Olimp rok baletleri 5 simfoniya Mahur hindi simfonik mugami skripka ve simfonik orkestr ucun konsert bir cox simfonik kamera ve xor eserlerinin muellifidir Bir sira filmlere ve tamasalara musiqiler besteleyib 3000 den artiq mahni ve instrumental musiqinin muellifidir 1983 ve 1987 ci illerde Semerqend seherinde kecirilen Beynelxalq simpoziumda mugamlarin tarixi uzre meruzelerle cixis edib 1981 ci ilden SSRI sonralar ise Azerbaycan Bestekarlar Ittifaqinin 1999 cu ilden Azerbaycan Kinematoqrafcilar Ittifaqinin uzvudur Azerbaycan medeniyyetinin inkisafindaki xidmetlerine gore 2005 ci ilde Emekdar incesenet xadimi 2012 ci ilde Xalq artisti fexri adlarina layiq gorulub 28 fevral 2022 ci ilde Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyev terefinden Azerbaycan musiqi senetinin inkisafinda xidmetlerine gore Sohret ordeni ile teltif edilib 2022 ci il oktyabrin oktyabrin 2 de Medeniyyet Nazirliyi terefinden Heyder Eliyev Sarayinda Eldar Mansurovun 70 illik yubileyine hesr olunmus tenteneli yaradiciliq gecesi kecirilmisdir 2012 ci il fevral ayinin 21 den Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudcusudur 2007 2012 ci illerde Azerbaycan Bestekarlar Ittifaqinin katibi vezifesinde isleyib Ailelidir 2 oglu var YaradiciligiEldar Mansurov 1982 ci il Bayatilar Bestekar Eldar Mansurovun Bayatilar mahnisini ilk defe 1989 cu ilde o vaxt Azerbaycan estradasinin gelecek ulduzu Brilliant Dadasova ifa etdi Bayatilar derhal populyarliq qazandi ve artiq 1990 ci ilde Melodiya sirketi terefinden val seklinde boyuk tirajla cap olunaraq kecmis sovet mekaninda genis yayildi Sair Vahid Ezizin sozlerine yazilmis Bayatilar bu gune kimi en sevimli mahnilar sirasindadir O vaxtdan indiyedek bu uzunomurlu mahni dunyani gezir Bayatilar in musiqisi Turkmenistan Rusiya Turkiye Yunanistan Almaniya Italiya Ispaniya Fransa Ruminiya Bosniya ve Herseqovina Xorvatiya ABS Ingiltere Isvec Kanada Israil ereb olkeleri hetta uzaq Braziliyada da muxtelif ifacilar terefinden istifade edilib Bu mahni sozleri sair Nikolay Denisova mexsus olan Zdravstvuy adi ile Rusiya estradasinin serq ulduzu sayilan Reno terefinden ifa edilmisdi Braziliyada Bayatilar vokaliz seklinde meshur caz mugennisi ve onu musayiet eden terefinden seslendirilib Sonralar Bayatilari meshur Braziliya cazmeni pianocu ve onun qrupu instrumental versiyada ifa etdiler Almaniyanin Grinsteins Mischpoche qrupunun ifasinda mahninin nefesli aletlerle instrumental varianti bir nov marsi xatirladir Turkiye estradasinin kralicasi Sezen Aksu Bayatilar a yeni ruh ve nefes verdi Zalim adi ile Turkiyede meshurlasan bu mahninin sozleri Sezen Aksuya aiddir ifasinda ve klip seklinde teqdim etdiyi Zalim nece illerdir ki Turkiyede en cox sevilen mahnilar siyahisindadir 1995 ci ilde yunan mugennisi Bayatilari TAXIDIARIKO BIRD adli mahni kimi ifa etdi 1997 ci ilde ise diger yunan mugennisi sair Nikos Maraitisin oses fwties Bu yanginlar adli metni ile Bayatilari bir daha ifa etdi Bir nece il sonra daha bir yunan mugennisi Bayatilari TAXIDIARIKO BIRD ifa etdi Artiq 30 ilden coxdur ki Bayatilar muxtelif interpretasiyalarda seslenir ve dunyanin meshur musiqicileri terefinden disklere yazilir Son illerde Bayati demek olar ki Avropanin bir cox olkelerinde remix uslubunda yeni calarlarla hip hop ritminde ve her xalqin oz dilinde seslenir Yunanistanda Keti Qarbinin Esena mono Turkiyede Icim yaniyor mahnilarini ve basqalarinin ifalarini buna misal gostermek olar Sonralar Turkiyenin qrupu Bayatilar i Zalim adi ile rok uslubunda ifa edibler 2006 ci ilde Bayatilar mahnisi bir nece yeni variantda seslenib Turkiyenin taninmis DJ leri ve Bayatilar i Miracles adi ile rep uslubunda ifa etdiler Ele hemin il yunan de Bayatilar i I Have A Dream Extended MIX adi ile ifa etdi Azerbaycanda ise bu mahnini Aygun Kazimova ozunemexsus sekilde ifa etmisdir Sonralar bir cox olkelerde muxtelif ifacilar bu mahnini bir birinden ferqli versiyalarda ifa etmeye basladilar 2009 cu ilde italiyanin qrupu Bayatilari ferqli sekilde ifa etdi Bayatilar Israilden de yan kecmedi 2011 ci ilde Israilin Babbe Rabbe qrupu Bayatilar i orijinal versiyasinda oldugu kimi ifa etdiler Ele hemin ilde ruminiyali DJ Bayatilar dan oz Vika Jigulina vocal version Extended mahnisinda istifade etdi Ele hemin il Stereo love isvecli PJ feat Velvet ve kanadali ifasinda da seslenerek dunyani dolasdi Zalim ile meshurlasan Turkiyeli 2006 ci ilde 0 km qrupu ile hemin mahnini rok uslubunda yeniden ifa etdi 2004 cu ilde bosniyali Dino Merlin Subota adi ile Bayatilari bir daha ifa etdi 2005 ci ilde Nyu Yorkda yaranmis qrupu Don t Stop kompozisiyasinda bir daha Bayatilardan istifade etdi 2010 cu ilde Bayatilar i daha bir instrumental qrup Ingilterenin Bristol seherinin ucluyu ifa etdi Ele hemin il Bayatilar i DJ Brizi ve Eusebio Belli ispan dilinde seslenen Moliendo Cafe extended version kompozisiyasina daxil etdiler 2010 cu ilin daha bir maraqli versiyasi Ingilterenin Hip Hop Rep R amp B uslubunda ifa eden populyar N Dubz qrupu oldu Onlar Bayatilar i Scream my name adli kompozisiyasina daxil edib ifa etdiler 2012 ci ilin evvellerinde genc turk mugennileri rok qrupu 2013 2018 ci illerde ise diger turk mugennileri ve Bengu Ferhat Gocer qrupu qrupu ve basqalari Bayatilarin Zalim versiyasini ozlerine mexsus ifa etdiler 2014 cu ilde Italiyanin Lecce seherinden olan musiqiciler rock qrupu Bayatilar i cox orijinal sekilde ifa etmisdir Daha bir maraqli fakt odur ki son bir nece ilde O Ses Turkiye mahni musabiqesinde Zalim bir cox mugenniler terefinden daim ifa olunur 2018 ci ilin sentyabrinda Finlandiyanin rok qrupu CYANIDE kompozisiyasinda Bayatilardan istifade etmisdir Onlarin ifa etdikleri bu kompozisiya rok metal uslubundadir Hemen bu ilde azerbaycanli Dj Roshka ve Samir Cavadzade Feel the rhythm adli kompozisiyasinda Bayatilar mahnisini yeni versiyada ifa etdiler 2019 ve 2020 ci ve sonraki illerde Bayatilar daha bir nece yeni versiyada muxtelif ifacilar terefinden oxundu Almaniyada Why So Sad Out Of Time Drenchill in ifasinda Never Never Israil kamanca calani Mark Eliyahu Alegria kompozisiyasinda ve bir cox DJ ler Bayatilar i ifa etdiler Her zaman oldugu kimi Bayatilar Turkiyede de Zalim adi ile bir cox mugenniler terefinden hele de oxunmaqdadir Bele ki en sonuncu versiyalar Berguzar Korel ve Tugba Yurt terefinden oxunmusdur Esena Mono 2003 cu ilde yunan mugennisi en terefinden ifa olunmus Esena Mono mahnisi en albomunda Dimitris Kontopulosun bestesi kimi yer almisdir Hemin dovrden bu mahni cox populyarlasmis ve bir cox olkelerde hem orijinal hem de kaver versiyalarda ifa edilmisdir 2008 ci ilde Eldar Mansurov Bayatilar in musiqisini tekrarlayan Esena Mono mahnisi barede melumat elde etmis ve bu sebebden yunan bestekari Dimitris Kontopulosa ve eserin yayimini heyata keciren sirkete mehkemeyeqeder iddia qaydasinda bildirmisdir Iddiaya cavab olaraq Kontopulos bunun yanlis oldugunu mahninin orijinal oldugunu ve onun terefinden bestelendiyini vurgulamisdir 2011 ci ilde Eldar Mansurov oz huquqlarini mudafie etmek meqsedile Afina Coxterkibli Birinci Instansiya Mehkemesine Dimitris Kontopulos ve yayimlama sirketine qarsi muelliflik huquqlarinin pozulmasi ile bagli iddia ile muraciet etmisdir 11 ilde uc instansiyadan kecmis mehkeme isi 2023 cu ilde yekunlasmis ve Yunanistan Ali Mehkemesinin qerari ile Esena Mono nun Bayatilar mahnisinin musiqisi uzerindeki muelliflik huquqlarinin pozulmasini taniyaraq Eldar Mansurovun xeyrine qerar cixarmisdir Behramname Eldar Mansurovun Behramname eseri onun atasi meshur tarzen Behram Mansurovun eziz xatiresine hesr olunub Zemanesinin en ifacilarindan olan Behram Mansurov mugamlarimizi dunyaya tanitdiran ilk musiqicidir 1971 ve 1975 ci illerde UNESCO ilk defe mehz onun tekrarsiz ve virtuoz ifasinda Azerbaycan mugamlarini val seklinde cap etmisdi O vaxt bu fakt Azerbaycan medeniyyetinin tarixinde boyuk ve muhum hadise hesab olunurdu Iller kecdi ve yene milli musiqimizin tarixinde boyuk hadise bas verdi Ve ne yaxsi ki bu hadise de boyuk tarzenin adi ile baglidir Behramname layihesi evvelce albom seklinde musiqiseverlere teqdim olundu Sonra layihenin efir omru baslandi bir il erzinde yerli radiostansiyalarda bu ecazkar musiqi seslendi Nehayet layihe neheng konsertle tamamlandi 2005 ci ilin dekabrin 1 de Heyder Eliyev adina Sarayda UNESCO nun xosmeramli sefiri Mehriban Eliyevanin desteyi ile Behramname layihesinin teqdimati kecirildi Musiqiciler tamasacilari yeni janrla tanis etdiler Onun adi simfo folk rokdur Burada simfoniya rok caz ve mugam harmonik sekilde vehdet teskil edir Zala toplasanlar Eldar Mansurovun yeni yaratdigi orkestrin musayietile Behramname nin canli ifasini ilk defe esitdiler Pianocular Nazim Ehmed ve bas gitarada gitarada Rafiq Resulov tarla calan Yasar Huseynov ve zerb aletleri ifacisi ibaret olan orkestr Behramname ni yuksek seviyyede musiqiseverlere teqdim etdiler Bestekarin qardasi tarzen Elxan Mansurov orkestrin musayietile Mahur hindi Segah Suster Rast Bayati Siraz Bayati kurd Cahargah Humayun mugamlari esasinda yazilmis kompozisiyalari atasindan yadigar qalmis tarda ifa etdi Bu mugamlar amma diger interpretasiyada vokal instrumental variantda populyar mugenni ve xanende Elbrus Abdulzadenin ifasinda seslendi Behramname de Serq ve Qerb gorusub Her iki sivilizasiyanin kesiyinde yerlesen Azerbaycan bu iki qutbu ozunde birlesdirir Eldar Mansurov orijinal sintez yaradib o simfoniya rok ve mugami birlesdirib ve onlari cazla daha da rengareng edib Behramname de seslenen her bir kompozisiya musiqicilerin ifasinda Serq ve Avropa motivlerinin vahid bitmis formasidir Klassik Azerbaycan mugami temamile yeni sekilde muasir Avropa ritmlerinin musayieti ile teqdim olunub Behramname 2 2005 ci ilde ifa olunmus Behramname layihesinin davamidir Bestekar bu yeni layihede hem seslenme hem de forma etibarile yenillikler etmisdir Birinci layiheden ferqli olaraq Eldar Mansurov burada Azerbaycan milli musiqi aleti olan tardan ve rok qrupundan basqa ilk defe boyuk simfonik orkestrden istifade edir Bu uc muxtelif janrlara aid olan aletler bir biri ile sintezde cox gozel ve hemaheng seslenir Behramname 1 layihesinden ferqli olaraq bu defe simfonik orkestr yeni layiheye seslenmede xususi gozellik getirir Uc janrin sintezi bele bir seslenme Behramname 2 ni ona benzer layihelerden oz orijinalligi ile tam ferqlendirir Behramname 2 ozunden evvelki layihe kimi 2 hisseden ibaretdir instrumental ve vokal Layihenin vokal hissesinde solistlerden basqa ilk defe olaraq kapella xorundan istifade olunur Instrumental hissesinde ise Eldar Mansurov bir sira yenillikler edir Bele ki bu defe tardan basqa Azerbaycan milli nefesli aletlerinden ney balaban tutekden istifade olunur Behramname 2 de Rast destgahindan basqa bestekar calgi praktikasinda az ifa olunan Qafqaz Humayunu Neva Nisabur Coban bayati Kurdu Sahnaz mugamlarina muraciet edir Umumiyyetle Behramname 2 janr forma ve uslubuna gore orijinal ve unikal bir layihedir Kitab not ve meqaleler Eldar Mansurov uzun iller tekce bestekarliq ile yox hem de mugamlarimizin tarixi ve nezeriyyesi ile de mesgul olub Hele konservatoriyada oxudugu telebelik illerinde mugamlarin nezeriyyesi haqqinda elmi meqaleler yazmaga baslayir 1987 ci ilde Semerqend seherinde kecirilen Beynelxalq Mugam simpoziumunda Mugam adlarinin yaranma tarixi elmi meqalesi ile cixis edir Sonralar bu yazilarin bir coxu muellifin Mugam dusuncelerim adli kitabinda toplu seklinde cap olunur Elmi meqalelerle yanasi Eldar Mansurov 10 ilden cox atasi Behram Mansurovun tarda ifasindan butun mugamlari qedim deramed reng diringe tesnif ve bir cox el havalarini nota salmisdir Eldar Mansurov 30 ilden cox neslinin tarixi ile de maraqlanib Arxivlerde muzeylerde kitabxanalarda bir cox elyazmalari ve tarixi senedleri tedqiq edib XVII esrin evvellerinden bu gunumuze qeder eslen bakili olan Mansurovlar neslinin tarixini yazmisdir Kitablar Eldar Mansurov Mugam dusuncelerim Baki Irsad nesriyyati 1995 ci il Mesedi Suleyman bey Mansuov Xatireler Baki EQ nesriyyati 2005 ci il Mansurovy Istoriya roda Baki EQ nesriyyati 2006 ci il Mansurovlar Heyder Eliyev fondu Baki Casioglu Elm istehsalat firmasi 2011 ci il Meqaleler elmi ve publisistik Rast ve Mahur hindi mugamlarinin muqayiseli tehlili Qobustan jurnali 3 1980 ci il seh 71 74 Rast ve Mahur hindi mugamlarinin kecmisi bu gunu ve sabahi Qobustan jurnali 4 64 1984 cu il seh 18 20 Mugam adlarinin yaranmasi haqqinda Qobustan jurnali 1 1987 ci il seh 66 68 Azerbaycan musiqisinde Saqiname janri Azerbaycan SSR Elmler Akademiyasinin Meruzeleri tom XLIII cild 8 1987 ci il Gusejn Gulu Han Bakinskij Iceriseher jurnali 3 zima 2008 2009 str 10 19 Notlar Azerbaycan deramed ve rengleri Baki Isiq nesriyyati 1984 cu il Azerbaycan diringi ve rengleri Azad Kerimovla Baki Isiq nesriyyati 1986 ci il Azerbaycan qedim el havalari Baki Isiq nesriyyati 1990 ci il Eserlerinin siyahisi 12 prelud fortepiano ucun 1974 Sonatina fortepiano ucun 1975 Poema violin ve fortepiano ucun 1976 Simli kvartet 1 1977 Konsert violin ile simfonik orkestr ucun 1978 Simfoniya 1 1979 Simli orkestr ucun pyesler 1979 Simli aletler ucun musiqi 1980 Pastoral simli kvartet ucun 1981 Bayatilar a kapella xoru ucun 1981 Simfoniya 2 kamera orkestri ucun 1981 2 romans bariton ses ve fortepiano ucun 1982 Adajio ve skertso fleyta ve fortepiano ucun 1982 Simfoniya 3 1982 Usaq xoru ucun 2 mahni 1982 Nefesli septet ucun 6 pyes 1983 Saqiname tar ve simli kvartet ucun 1983 Nefesli aletler orkestri ucun mars 1983 Kamera orkestri ucun Pastoral 1984 Violin ve fortepiano ucun sonata 1985 Vetenim menim usaq xoru ucun mahnilar silsilesi 1985 Kantata Olmezlik B Veziroglunun sozlerine 1985 Usaqlar ucun fortepiano pyesleri silsilesi 1986 14 prelud fortepiano ucun 1986 Simli kvartet 2 1986 6 prelud fortepiano ucun 1986 Rubato klavesin celesta ve fortepiano ucun 1986 Rubai O Xeyyam M Gencevi ve S Sirazinin sozlerine a kapella xoru ucun 1987 2 kontrabas ucun pyesler 1988 Mugam destgah orqan ucun 1989 Mahur Hundi simfonik mugami 1990 1991 Simfoniya 4 1991 Freskalar kamera orkestri ucun 1991 Adajio violin ve simfonik orkestr ucun 1991 Passakaliya simfonik orkestr ucun 1991 Estrada simfonik orkestri ucun pyesler muxtelif iller 3000 den cox mahnilar ve instrumental musiqi muxtelif iller Kleopatra rok balet 1998 Olimp 1 perdeli rok balet 2004 Behramname tar simfonik orkestr ve rok qrupu ucun musiqi 2004 Yeddi gozel rok opera 2005 Simfonik reqsler 2010 Odlar yurdu simfonik orkestr ucun suita 2012 Bahar oglu oratoriya 2013 Simfonik qravurler 1 2017 Simfonik qravurler 2 2023 FilmoqrafiyaAran film 1985 Neftci 87 film 1987 Endazeden cixanda film 1988 Guzgu film 1990 Bextever film 1990 Almas Ildirim film 1991 Bext uzuyu film 1991 Muqeddes oda yanaram film 1991 Fovqeldunya ve ya qesdsiz mentiqi sehv film 1992 Deniz seyaheti film 1992 Ezabli qurtulus film 1993 Qisas gunu film 1993 Isgal film 1994 Hokm film 1994 Yuk film 1995 Bala basa bela film 1995 Turkler film 2004 Sican ve pisik film 2008 Bizim paytaxt Bakimiz film 2008 Dasdan tikilmis seher film 2008 Tehlukesizliyimizin tarixi 2009 Horumcek toru film 2011 Babam ve men film 2012 Tirtilin arzusu film 2012 Tarin sedalari Mansurovlar film 2013 Teatr tamasalarina yazilmis musiqiler Canli musiqi 1982 Dar agaci 1986 Dervis ve olum 1986 Kuren at Divar 1988 Gece doyulen qapilar 1989 Sevgilimin anasi 1989 Celebi xan 1990 Bal celleyi 1991 Neheng qurbaga balasi 1991 Menim ag seherim 1991 Disi canavar 1991 Mesuqeler 1992 Pul delisi 1992 Ah qadinlar qadinlar 1992 Negmeli tebessumlu seyahet 1992 Evlenmek isteyirem 1993 Aktyor 1994 Kelekbaz qizlar 1994 Bu dunyanin adamlari 2000 Misir geceleri 2004 Seyda 2008 Vicdansiz 2009 Beylik dersi 2009 Sonuncu seriya 2010 Xanisin toyu 2014 Teze ilin kohne nagillari 2015 Caresiz evlenme 2015 Susada ureyim qaldi 2022 SeceresiMesedi Melik bey Mansurovun neticesidir Mesedi Suleyman bey Mansurovun nevesidir Tarzen Behram Mansurovun ogludur Tarzen Elxan Mansurovun qardasidir Kinooperator Aydin Mansurovun qardasidir Ulvi ve Anar Mansurovun atasidir Istinadlar Azerbaycan Respublikasinin medeniyyet xadimlerine fexri adlarin verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin 14 sentyabr 2012 ci il tarixli Serencami president az azerb Azerbaycan Respublikasi Prezidentinin resmi internet sayti 14 sentyabr 2012 18 30 23 September 2017 tarixinde Istifade tarixi 8 may 2016 E B Mansurovun Sohret ordeni ile teltif edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami 2023 07 08 tarixinde Istifade tarixi 2022 02 28 Xalq artisti Prezident teqaudcusu Sohret ordenli bestekar Eldar Mansurovun 70 illik yubiley konserti kecirilib Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi 2022 10 03 Istifade tarixi 2023 07 23 olu kecid Yunanistan mehkemesi Esena Mono mahnisinin muellifliyi ile bagli Eldar Mansurovun xeyrine qerar verib Apa az az 2023 07 23 2023 07 23 tarixinde Istifade tarixi 2023 07 23 Yunanistan Ali Mehkemesi Eldar Mansurovun muelliflik huququna dair qerar verib Medeniyyet qezeti az 2023 05 26 2023 07 23 tarixinde Istifade tarixi 2023 07 23 Hemcinin baxBayatilar mahni MansurovlarXarici kecidlerEldar Mansurovun resmi sayti Eldar Mansurovun Youtube sehifesi Eldar Mansurovun iTunes da albomlari Eldar Mansurovun IMSLP sehifesi Eldar Mansurovun VIAF sehifesi Video Eldar Mansurovla musahibe 31 oktyabr 2018 Eldar Mansurovun musiqisine Qilinclarla reqs Eldar Mansurovun musiqisine Qobustan reqsi Eldar Mansurovun musiqisine Odlar yurdu reqsi Tarin sedalari Mansurovlar film 2013 Xalq artisti Eldar Mansurovun dogum gunudur Reno Zdravstvuj