Wikipedia
4 yanvar
Dekabr – Yanvar – Fevral | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
4 yanvar — Qriqorian təqvimi ilə ilin 4-cü günü.
Əhəmiyyətli hadisələr
- 1493 — Xristofor Kolumb gəmi karvanı ilə ilk dəfə Amerikadan Avropaya səfər edir.
- 1494 — Tsetində (Monteneqro) ilk dəfə cənubi slavyan dövlətlərində kiril qrafikalı əlifba ilə kitab - pravoslav kilsə mahnıları çap edilir.
- 1603 — Hacı Mustafa Sunullah Əfəndi ikinci dəfə Osmanlı imperiyasının şeyxülislamı seçildi.
- 1610 — 6 böyük minarəli və 16 şərəfəli Sultan Əhməd Məscidinin ilk təməli atıldı.
- 1884 — İngiltərədə Fabi cəmiyyəti yaradılıb.
- 1920 — Aleksandr Kolçak "Rusiyanın Ali Hökmdarı" titulundan və "Ali Baş Komandan" rütbəsindən məhrum edilir.
- 1923 — «Pravda» qəzetində Vladimir Lenininin "Gündəlikdən səhifələr" adl yazısı çap edilir. Orada o savadsızlıqla mübarizəni gücləndirməyə çağırır.
- 1943 — Amerika jurnalı «Taym» İosif Stalini 1942-ci ilin İlin adamı elan edir.
- 1948 — Birmanın müstəqilliyi elan edilir.
- 1955 — Sov.İKP MK «V.İ.Leninin xatirəsi haqqında» qərar qəbul edilir. Orada qeyd edilir ki, «məqsədə uyğundur ki, V.İ.Leninin xatirə günü onun vəfat günündə deyil, ad günündə - 22 apreldə qeid edilsin ki, nisgil və kədər yığılmasın».
- 1959 — SSRİ-nin "Luna-1" aparatı Ay ətrafına çatan ilk kosmik aparat olur.
- 1969 — İspaniya və Mərakeş arasında çoxillik danışıqlardan sonra İfni əyaləti Mərakeşə qaytarılır.
- 1970 — «Bitlz qrupu» Let It Be mahnısının yazılışı ilə axırıncı dəfə birgə çıxış edirlər.
- 1985 — London klinikalarının birində Kotton soyadlı qadının surroqat qızı olur.
- 2004 — Mixail Saakaşvili Gürcüstannın prezidenti seçilir.
- 2010 — Birləşmiş Ərəb Əmirliklərində inşa edilən və dünyanın ən böyük göydələni sayılan Bürc Xəlifənin rəsmi açılışı olmuşdur.
Doğumlar
- 1643 — İsaak Nyuton, ingilis fiziki, riyaziyyatçısı, astronomu, filosofu, teoloqu (vəf.ed. 1727).
- 1785 — Yakob Qrimm, alman filoloqu, alman folklorunu qələmə alan qardaşlardan biri (vəf.ed. 1863).
- 1809 — Luis Brayl, fransız müəllimi, ixtiraçı, korlar üçün Brayl əlifbasını ixtira edib (1852]])
- 1934 — Zurab Sereteli, gürcü əsilli Rusiya heykəltəraşı.
- 1954 — Oleq Romantsev, sovet və rus futbolçusu və məşqçisi.
- 1957-Eldar Sabiroğlu,Azərbaycanlı dövlət xadimi.
- 1963 — Till Lindeman, Almaniyalı rok musiqiçi.
- 1990 — Alberto Paloski, italyan futbolçusu
Ölümlər
- 1804 - Cavad xan - Gəncə xanı, Azərbaycanın görkəmli sərkərdəsi.
- 1932 — Cəlil Məmmədquluzadə - azərbaycanlı yazıçı, publisist.
- 1998 – Yusif Yusifov — azərbaycanlı tarixçi, şərqşünas.
- 2000 — Sofa Bəsirzadə - Azərbaycan aktrisası.
- 2010 — Tsutomu Yamaquçi - 1945-ci ilin yayında ABŞ tərəfindən Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombalarından sonra sağ qalmış sonuncu şəxs.
- 2017 — Heybət Hörmət, Azərbaycan aktyoru və rejissoru.
- 2017 — Əliyar Səfərli, Azərbaycanın İrandakı keçmiş səfiri.
- 2017 — Anna Senkoro, Tanzaniyalı siyasətçi.
- 2021 - Nailə Mirməmmədli - bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü.
- 2021 - Li Hunq Kam - Honkonqlu veteran opera müğənnisi və aktrisası.
- 2021 - Melvil Reymond Şunker - Hindistan donanmasının vitse-admiralı, Hindistan Hərbi Dəniz Qüvvələri komandirinin sabiq 6-cı müavini.