İdman TV
'İdman TV' — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan, Azərbaycanın ilk idman kanalı..
İdman TV | |
---|---|
Ölkə | Azərbaycan |
Yayım ərazisi | Azerspace-1 və Eutelsat 7A peyklərinin əhatə dairələri |
Dil | Azərbaycan dili. |
Baş qərargah | Mehdi Hüseyn küçəsi 1, Bakı, Azərbaycan |
Yaranma tarixi | 1 yanvar 2009 (20:00) (test yayımı) 1 fevral 2009 (12:00) (əsas yayım) |
Sahibi | Azərbaycan dövləti |
Rəhbərlik | Rövşən Binnətli |
Keçmiş adları | İdman Azərbaycan (1 fevral 2009 - 15 sentyabr 2019) |
Şüar | Bütün İdman Dünyası (2009-2015) İdmanın Tək Ünvanı (2015-indiyə kimi) |
Qardaş kanallar | AzTV Mədəniyyət TV Azərbaycan Radiosu |
Sayt | idmantv.az |
Tarixçə
İdman TV 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şəxsi təşəbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılmışdı. Kanal 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmişdir. Kanal öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradır.
İdman kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqənin nəticələri 2008-ci il iyulun 18-də açıqlanıb. Müsabiqəyə üç iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti – "AzTV Sport", "Lider" televiziyası – "Olimp TV" və "Rebrandinq" MMC – Sport Kanal Klub (SKC) sənəd təqdim etmişdi.
İdman TV kanalı bu günə kimi Azərbaycan milli futbol komandasının, Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun, İngiltərə Premyer Liqası, La Liqanın, İspaniya Kral Kubokunun, İtaliya A Seriyasının, Bundesliqanın, Ukrayna Premyer Liqasının, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının seçmə və əsas mərhələlərinin, UEFA Superkubokunun, UEFA Avropa Kubokunun, FİFA Dünya Kubokunun, Olimpiya oyunlarının və 2015 Avropa Oyunlarının oyunlarını və qarşılaşmalarını yayımlamışdır.
1 sentyabr 2014-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir.
12 oktyabr 2015-ci il tarixində isə 24 saatlıq yayım rejiminə keçmişdir.
16 sentyabr 2019-cu il tarixində "İdman Azərbaycan" olan telekanalın adı dəyişdirələrək "İdman TV" olmuşdur.
31 may 2021-ci ildən etibarən Azərbaycan Televiziyası, İdman TV və “Mədəniyyət” kanalı HD yayıma başlayıb.
Böyük vəsait tələb edən bu proses Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən həyata keçirilidi.
Tamaşaçı üçün, bəlkə də, sadə görünən televiziyanın modenləşdirilməsi prossesi texniki heyətə yuxusuz gecələr, böyük zəhmət, yüksək peşəkarlıq hesabına başa gəldi.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Texniki İstehsalat Birliyinin Direktoru Elnur Əlizadə bildirib ki, texniki personal bir neçə gün boyunca gərgin çalışıb: “Texniki personal dünən, bu gün, ümumiyyətlə bu prosses boyunca çox gərgin əmək sərf edib. Bundan sonra da hədəflərimiz texniki bazamızı möhkəmlətməkdir”.
Baş mühəndis Yolçu Əliyev qeyd edib ki, bu, hələ başlanğıcdır: “Bizdə 3 kanal olduğu üçün çətin idi. Amma görüləcək işlər bundan sonra başlayır”.
İstinadlar
- Natiq Ağayev (İqtisad elmləri doktoru) (20-06-2014). (azərb.). sportnews.az. 2014-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-21.
- http://aztv.az/az/news/13240/aztv-idman-tv-ve-medeniyyet-kanali-hd-yayima-basladi