Yumurta (qida məhsulu)
Yumurta – qida məhsulu və həyat mənbəyi.
Dünyanın heç bir mətbəxi qədim zamanlardan yumurtasız deyildir. İnsanlar yumurta ilə qidalanmağa o qədər qədimdən başlayıblar ki, bəlkə də bu onların ilk qida məhsullarından biri olmuşdur. Qədim insanlar bir çox quşların iri və xırda yumurtalarını oğurlayaraq istifadə edirdilər. Qədim Misirdə insanlar qutanın yumurtasını Tanrı yolunda qurban edirdilər. Orta əsr xristianlarında isə növbətçi durduğun müddətdə yumurta yemək qadağan edilmişdir. Çində indiki dövrümüzə qədər qıcqırdılmış yumurtaların resepti saxlanılır, hansı ki, bu qərb insanlarına açıqlanmır.
Tarix
Beləliklə yüz illik, yaxud min illik yumurtalar gilin, duzun, samanın və başqa inqridentlərin də tərkibində uzun müddət qalmaq bacarığına malikdir. Yüz illik yumurtaların sarı hissəsi qara–yaşıl rəngə boyanır, ağı isə qəhvəyi rəngə çevrilir. Bütün bu qarışım ammonyak kimi iy verməsinə baxmayaraq Çinlilər bunu sevir.
Dünyanın bir çox yerlərində yemək hazırlanarkən quş yumurtasından əlavə başqa yumurtalar da istifadə edilir; qara toyuq, kayra (Şimal dənizin quşu), tupik, qağayı, pinqvin, cüllüt, qu quşu, qarabatdaq və s. Quş yumurtalarından əlavə yeməklərə həmçinin tısbağa yumurtası da əlavə edilir, hansı ki, məzə (delikastes) kimi Asiya mətbəxində xüsusən seçilir. Hazırkı dövrdə tısbağaların yumurtalarını yemək qadağan olunmuşdur, bəzi yerlərdə isə müəyyən qədər azaldılmışdır. Bütün bunlara baxmayaraq yerli əhalilər ocaqlarda həmişə bu yumurtalardan bişirirlər.
Zoologiya
Yumurta – bütün ətraf aləmdən seçilən və bir çərçivənin içərisində dünyaya gələn yeni həyatdır. Bu da o deməkdir ki, hər bir yumurtanın içərisində quş üçün lazım olan bütün hissəciklər vardır. Dünyada ən böyük yumurta dəvəquşunun yumurtası hesab olunsa da, siyahıya kolibri liderlik edir. Çünki onun yumurtası öz çəkisindən 6% artıq olur. Lakin dəvəquşunun yumurtası quşun çəkisindən yalnız 1% artıqdır. Onu da qeyd edək ki, balıqların da kürüsü minlərlə yumurta deməkdir.
Mətbəx
Müasir zamanımızda isə heç bir mətbəxi yumurtasız təsəvvür etmək mümkün deyil. Yumurtalar çox vaxt müxtəlif komponentlərin bir–birinə bərkidilməsi üçün istifadə edilir, bunlara misal olaraq su və yağı göstərmək olar. Yumurta o qədər geniş yayılmışdır ki, onun yerinə başqa nemət tapmaq mümkün deyildir. Amma əlbəttə ki, yeni texnologiyalar bunu əvəz etmək üçün tərkibində yumurtanın bütün inqridentləri olan və quru halında hazırlanan yumurta tozunu bizlərə bəxş edir. Yumurta tozu adlanan bu ünsür 1878–ci ildən etibarən hazırlanır, mayonez və bir çox qidaların da tərkibinə əlavə edilir. Bu kimi qidaların tamı yeməklərdən heç də fərqlənmir, həqiqi yumurtalardan ənənəvi texnologiya ilə düzəldilir.
Bütün quşların yumurtalarından mətbəxdə yararlanmaq olmaz. Bunlardan bəziləri olduqca yüksək tərkibə malik olsa da, digərləri üçün bunu demək düzgün deyil. Qaz və ördəklərin yumurtalarını yalnız şirniyyatlarda istifadə etmək məsləhət görürlür, çünki burada onlar çox qaynar odda hazırlanır, lakin bunların da təzə olması vacib ünsürdür. Çünki əks təqdirdə bu insan orqanizmində paratif (qarın yatalağına oxşar yoluxucu mədə xəstəliyi) xəstəliyinin əmələ gəlməsinə yol aça bilər.
Faydaları
Toyuq yumurtaları mətbəxdə ən geniş yayılmış yumurta növüdür, həmçinin zülal, yağ və karbohidrat tərkibinə malikdir. Bir sözlə toyuq yumurtasının tərkibində 74% su, 12–13% zülal, 11–12% yağ, hətta 1% karbohidrat da vardır. Toyuq yumurtasının 100 qr–nın kalorisi 150–160 kkal–dir. Bütövlükdə toyuq yumurtasının kalorisi 40–dan 75-ə qədər dəyişir.
Toyuq yumurtasında, xüsusən sarısında ümumiyyətlə vitamin sayı çoxdur, yəni A, B1, B2, D, E, PP və eyni zamanda ferment, doymamış yağlı sirkə də vardır. Yumurtaının məhz sarısında karotin (yerkökünün, yumurta sarısının, südün və s-nin tərkibində olan narıncı-sarı piqment) hissəciyi vardır ki, bu da insan orqanizminə yalnız qida vasitəsilə daxil ola bilər. Yumurtanın tərkibində yağlılığn olmasından qorxmaq lazım deyil. Bütün bunlardan əlavə yumurtada foliet turşusu, müxtəlif vitaminlər yer alır. Çünki yumurtanın tərkibindəki maddələrdən biri bütün yağlılığı tərkibinə çəkərək mənimsəyir.
Bildirçin yumurtası toyuq yumurtasından olduqca xeyirlidir. Bu yumurtalar təzə olduğu təqdirdə uşaqlar üçün də mikrobsuz və zərərsizdir. Ümumi götürdükdə isə bu növdə olan yumurtalar toyuq yumurtalarından 2 dəfə artıq vitaminə və 5 dəfə artıq fosfor, kalsiuma malikdir. Üstəlik toyuq yumurtasından 4 dəfə artıq dəmir tərkiblidir. Bildirçin yumurtası ilə qidalanaraq immuniteti artırmaq, dözümlülük və ağıl gücünün aktivləşməsi, qarın xəstəliklərinin sağalmasına nail olmaq olar. Bildirçin yumurtası kalsium-karbonat tərkiblidir, hansı ki, insan orqanizminə lazım olan kalsiumun daxil olmasında əvəzsiz rol oynayır.
Uzun müddət saxlanılmış yumurtalar insan orqanizmi üçün xüsusi təhlükə deməkdir, burada onun ağ hissəsi daha da nəzərə çarpan olur. Buna görə də saxlanma şəraiti əhəmiyyətlidir. Bunların arasında əlbəttə kənd toyuqları daha xeyirlidir, çünki onlar təbii məhsullarla qidalanaraq, daha sağlam olurlar. Yumurtaların keyfiyyətini gözlə baxarkən bilmək mümkün deyildir, bunu yalnız işıq effekti ilə tapmaq olar. Yumurtanın tam arxasında hava kamerası vardır, hansı ki, müəyyən müddətlərdən asılı olaraq genişlənir. Təzə yumurtalar balaca hava kamerasına malik olurlar, buna görə də onları suya atarkən tamamilə suya batırlar. Lakin köhnə yumurtalar suyun üzərində qalırlar, hətta suyun üzündə üzən yumurta olursa, bu ümumiyyətlə yemək üçün istifadə edilməməlidir.
Mağazalarda yumurtaları bir çox növə ayırırlar. Pəhriz üçün nəzərdə tutulmuş yumurtalar 7 sutkalıq olur və mənfi temperatur altında qorunur. Təzə yumurtalar 30 sutka, soyuducuda saxlanılanlar isə aylarla, hətta daha uzun müddət qorunur. Pəhriz yumurtalarını hazırlamaq üçün qayğanaqların bişirilməsi daha əhəmiyyətlidir. Lakin soyuducularda saxlanılanların isti, daha qaynar odda hazırlanması məsləhətlidir, yəni şirniyyatlarda.
Yumurtanın üstün dizaynı
Hər varlıqda olduğu kimi, quşlarda da Allahın qüsursuz yaratmasının saysız dəlili vardır. Məsələn, quş yumurtaları fövqaladə dizayn xüsusiyyətlərinə malikdir.Bizə çox sadə görünən toyuq yumurtasının qabığında, qolf topunun girintilərini xatırladan 15 minə qədər deşik olur. Bu girintili-çıxıntılı quruluşlar quş yumurtasında böyük bir elastiklik əmələ gətirir və zərbələrə qarşı müqavimətini artırır.Yumurta tam bir bağlama və ya qablaşdırma möcüzəsidir. İnkişafda olan cücənin ehtiyacı olan bütün qida və suyunu təmin edir. Yumurtanın sarısı özündə zülal, yağ, vitamin və minerallar ehtiva edərkən ağı da bir su anbarı funksiyasını yerinə yetirir.
Yumurtanın içində inkişafda olan cücənin qidaya və suya ehtiyacı olduğu qədər, oksigen alıb karbonoksidi çölə atmağa da ehtiyacı vardır. Cücənin ayrıca sümüklərinin inkişafı üçün kalsiuma, suyunun qorunmasına və mexaniki zərbələrə qarşı bir qoruma sisteminə ehtiyacı vardır. Yumurta qabığı bütün bu ehtiyacları qarşılayar. Cücə qabıq pərdələrinin iç səthində olan bol damarlı bir təbəqə vasitəsi ilə oksigen alır və karbonoksidi atır. Beləcə, qabığın içindəki cücə qabıqdakı kiçik deşiklər vasitəsi ilə hava alıb verir.
Yumurta qabığı təəccüb doğuran dərəcədə möhkəm olmağına qarşı, həm də çox incədir. Bu xüsusiyyət küt toyuğun istiliyinin yumurtanın içinə qədər asan şəkildə çatdırılmasını təmin edir.
Cücənin yumurtadan çıxarkən dimdiyini istifadə edərək özünə bir deşik açdığı ilk mərhələdə çox oksigenə və başını oynadacaq qədər bir boşluğa ehtiyacı vardır. Bu ehtiyaclar yumurtadakı suyun böyümə əsnasında istifadə edilməsi, dolayısı ilə yer açılması və bu açılan yerdə daha çox oksigen saxlanılmasıyla qarşılanar. Küt dövrü əsnasında yumurtadakı suyun orta hesabla 16 faizi deşiklərdən çölə buxarlanıb yox olur.
Yumurtadakı fövqaladə dözümlülük
Bir yumurta qabığının qaz, su və istilik proseduralarını tənzimləməsi üçün lazımi qədər möhkəm də olmalıdır. Qabıq inkişafda olan cücəni xarici zərbələrə qarşı qoruyacaq qədər və kütə yatan ananın ağırlığına tab gətirə biləcək qədər dözümlü olmalıdır.
Necə ki, quş yumurtalarına nəzər saldıqda onların son dərəcə dözümlü olduqları görülür. Allah kiçik və böyük yumurtaları bir-birindən fərqli şəkildə yaratmışdır. Böyük quşların yumurtaları ümumiyyətlə, sərt və kövrək bir quruluşa malikdir. Daha kiçik quşların yumurtaları isə yumşaq və elastikdir.
Toyuq yumurtalarının qabığı sərt və kövrəkdir, ancaq yuvada bir-birinin üzərinə diyirlənəndə qırılmazlar.
Araşdırmalar kiçik quşların yumurta qabığının elastiki və dözümlü olduğunu göstərir. Əgər incə qabıqlı kiçik yumurtaların qabıqları da kövrək olsaydı, çox tez qırılardılar. Müəyyən bir zərbədə əyilməsi onların qırılmasına imkan vermir.
Bir qabığın kövrək ya da elastik quruluşda olması yalnız cücəni qorumaq baxımından deyil, onun dünyaya gəliş forması baxımından da təyin edici rol oynayır. Sərt və kövrək bir qabıqdan çıxacaq cücənin başını və qıçlarını çıxarmadan əvvəl yumurtanın yastı ucunda yalnız bir-iki dəlik açması kifayətdir. Beləcə, dəlikləri birləşdirən bəzi çatlaqlar meydana gələr və cücə şapka formasında bir qapağı qaldırmaqla azadlığına qovuşa bilər. Hamımızın yaxından gördüyü quş yumurtasında da kainatdakı hər canlıda və hər yerdə olduğu kimi, Allahın dəlilləri vardır.
Mənbə
- Yumurtalar haqqında