Kipu (keçua "khipu" -> isp. "quipu" – "düyün", "düyünləmək", "say"; aym. "chino" – "çino" – Andların dağlıq sistemində yaşamış inklərin və onların sələflərinin qədim mnemonik və say sistemidir (say avadanlığı olan yupana ilə birgə). Pambıqdan və ya dəvəkimilər (alpaka və lama) yunundan hazırlanan mürəkkəb ip sarmaşıqları və düyünlərindən ibarət özünəməxsus yazı növüdür. Fərqli sayda sallanan saplara malik ola bilər: bir neçəsindən tutmuş 2500-ə dək. Xüsusi tərzdə salınmış imperiya yolları vasitəsilə çapar çaskilər tərəfindən məlumatların ötürülməsi üçün, həmçinin həyatın müxtəlif aspektlərində (təqvim, topoqrafik sistem, vergilərin və qanunların təsbit edilməsi) istifadə edilirdi. İspan xronistlərindən biri olan Xose de Akosta yazırdı ki, bütün ink imperiyası kipu vasitəsilə idarə edilirdi və heç kim düyünlə hesab aparanlardan qaça bilməzdi.
kipu | |
---|---|
Dillər | keçua, aymara (Kolya krallığı), pukina? |
Yarandığı yer | Mərkəzi Andlar, Karal |
Ərazi | Karal, Parakas, Uari, Kolya (Aymara), İnklər imperiyası |
Yaradan | İnka Mayta Kapaka zəmanəsinin müdriki - əfsanəvi İlya |
Yaranma tarixi | e.ə III-cü minillik |
Dövr | e.ə III-cü minillik - e. XVIII-ci əsri (bəzi növləri indiyədək istifadə olunur) |
Status | rəqəmsal işarələr və rəng anlayışlarının bir hissəsi deşifrə edilib, yazı işarələri - edilməyib |
İşarələri | müəyyən edilməyib |
Mənşəyi | Dəqiq bilinmir |
Vikianbarda əlaqəli mediafayllar |
Ən qədim protokipu 12 sallanan sapdan ibarət idi, həmçinin onlardan bəziləri düyünlü, bəziləri isə taxta çubuğa dolanmış idi. Arxeoloq Rut Marta Şeydi Solis (Ruth Martha Shady Solís) tərəfindən Karal (Supe vadisi) adlı arxeoloji obyektində yerləşən ən iri piramidaların birindəki germetik otağın qazıntısı zamanı aşkar edilmişdi. Stratiqrafik qatı analizi nəticəsində protokipunun e.ə 3-cü minilliyə təsadüf etdiyi müəyyən olunmuşdu. Bu səbəbdən kipu bəşəriyyətin ən qədim (şumer mixi yazıları və misir ieroqliflərindən sonra) yazı növlərindən kimi qəbul edilə bilər. Bu tapıntıdan öncə əldə olan ən qədim kipunun radiokarbon analizi vasitəsilə eramızın 779–981-ci illərə təsadüf etdiyi müəyyən olmuşdu. Bu tarixlər arasındakı belə böyük fasilə hələ də tarixçilər tərəfindən izah edilməyib.
Yazılı mənbələrdə kipu haqda ilk məlumata 1533-cü ildə konkistador Ernando Pisarro tərəfindən yazılmış və kral audiyensiyası üçün Santo-Dominqo şəhərinə göndərilən "Məktubda" rast gəlmək olur. Konkistador məktubunda yazır:
Onlar (hindular) bir neçə ipdə (düyünlənmiş) düyünlərin köməyi ilə sayırdılar...onların odun, qarğıdalı və qalan şeyləri saxlamaq üçün ambarları var; və onlar (hindular) iplərindəki düyünlərin köməyi ilə hər bir qəbilə başçısının gətirdiyinin sayını aparırlar. |
Ernando Pisarro kipu ilə ilk dəfə Ataualpanın həyatı qarşılığında vəd edilən canpulunun bir hissəsini təşkil etmiş Paçakamak məbədinin xəzinəsini götürmək üçün gedəndə rastlaşmışdı. Məhz o, kipunun gəlirlərin və xərclərin hesablanması üçün istifadə edildiyini qeyd etmişdi.
1923-cü ildə amerikalı tarixçi Lesli Lelan Lok "The ancient quipu" kitabında inklərin düyün sarmaşıqlarının həqiqətən də yazı növü olduğunu sübut etmişdi. 2006-cı ildə amerikalı araşdırmaçı Qeri Erton (Gary Urton) kipu düyünlərində, daha çox binar sistemə bənzəyən, hansısa şifrə olduğunu aşkar edir; şifrə 27=128 variyasiyaya imkan verir. Bəşəriyyət tarixində ilk dəfə kipu ikili qeyd kimi mühasibat uçot növünü tətbiq etməyə imkan vermişdi.
Kipuların saxlanma yerləri
"Quipu Database Project" layihəsi çərçivəsində Harvard universitetinin professoru Qeri Erton və həmkarı Kerri Breyzan tərəfindən yaradılan məlumat bazasına istinadən, dünyada Avropadan tutumuş Şimali və Cənubi Amerikayadək 831 dənə kipunun mövcudluğu məlumdur (bunlardan üçdə ikisi rəqəmsal sturktura malik olanlar qismində klassifikasiya edilib). Onların əksəriyyəti And ölkələrinin xaricindəki muzeylərə yerləşdirilib; bəziləri isə öz doğma yerlərində yaradanlarının varislərinin himayəsində bulunur.
Ən böyük kipu kolleksiyası (298 ədəd) Berlinin (Almaniya) "Museum für Völkerkunde"muzeyində saxlanılır. Arxeoloji abidə sayılan Paçakamak (Peru) şəhərində yerləşən "Museo de Pachacamac" və Limanın (Peru) "Museo Nacional de Arqueologia, Antropologia e Historia" muzeylərinin hərəsində 35 kipu saxlanılır. Leymebamba (Peru) şəhərinin "Centro Mallqui" 32, Limanın (Peru) "Museo Radicati" məbədində 26, İka (Peru) şəhərinin "Museo de Ica" muzeyində 25 kipu, Puruçuko (Perunun ATE ilçəsi) arxeoloji qazıntılar ərazisində yerləşən "Museo Puruchuco" muzeyində isə 23 kipu saxlanılır.
Yerli sülalə kolleksiyalarındakı kipular layihənin məlumat bazasına yerləşdirilməyib və onların dəqiq sayı məlum deyil. Belə kolleksiyalarıdan biri də (263 ədəd) Rapaz (Peru) kəndinin tərəfindən saxlanılır və 1994-cü ildə Medisonun (ABŞ) Viskonsin universitetinin əməkdaşı Frenk Salomon tərəfindən araşdırılıb. Santa-Barbarada (ABŞ) yerləşən Kaliforniya universitetinin antropologiya və arxeologiya bölməsində bir kipu saxlanılır.
Araşdırma mərkəzi
Kipu məsələləri ilə bağlı əsas araşdırma mərzkəzi rəhbəri Harvard universitetinin arxeologiya departamentinin professoru Qeri Erton olan "Khipu Database Project" layihəsi sayılır. Kipu haqda məlumat bazasının idarə edilməsi Kerri C. Breyzandadır.
Kipunun saxlanılması problemləri
Kipunun saxlanılması eksponatlara daha az zərərlə uzun müddət qalmağa imkan verən metodikanln tədbiqini tələb edir. Muzeylərdə, arxivlərdə və xüsusi kolleksiyalarda kipunu adi tekstil məmulatları kimi saxlayırlar. Kipu zülal materiallara əsaslanan liflərdən hazırlanır: lama və digər dəvəkimilərin yunundan yaxud sellülozadan (pambiqdan). Adətən kipunun sallanan sapları "mənasının məmurlara bələd olduğu müxtəlif rənglərə boyanan mürəkkəb düyünlənmiş sap sistemi" ilə hazırlanırdı. Təbii və ya süni rəngin qorunub-saxlanılması sonadək həll edilməyən problem kimi qalır – rənglər tədricən dəyişib və gələcəkdə liflərə daha çox zərər vura bilər. Rənglər toz və müəyyən boyaların səbəbindən tündləşir. Bağlara bərkidilmiş müxtəlif bəzəkli (məsələn, çanaq) kipulara rast gəlinirdi; və bu qeyri-tekstil materialların saxlanılması əlavə çətinliklər yaradır.
Bütün tekstil material ultrabənövşəyi şüaların mənfi təsirinə məruz qalır. Materialın rəngliliyi və davamlılığı tədricən azalır. Temperatur, nəmişlik və işıqlandırma avtomatik olaraq istilik, havalandırma və ventilyasiya (HVAC) sistemləri ilə idarə olunur. Havanın nisbi rütubəti 60% və ya daha az olmalıdır. Yüksək temperatur kövrəkliyi artıra və kipunun liflərinin xarab olmasın gətirib çıxara bilər. Rütubətin yüksək səviyyədə olması zülalın kipunun materialında qalması üçün arzuolunmayan şəraitə gətirib çıxara bilər. Hər bir parça növünə aid olduğu kimi, sərin, təmiz, quru və qaranlıq məkan ən arzuolunandır. Sərgilərdə kipu üçün həmçinin xüsusi mühit yaradılır. Kipunu həşərat və onun sürfələrinin olub-olmamasını yəqin etmək üçün yoxlayırlar.
Asılmış vəziyyətdə kipunun lifləri bir-biri ilə sürtünmədən və ya öz çəkisindən zərər görə bilər. Kipunu horizontal vəziyyətədə panellərdə saxlayırlar. Mümkün turşu zərərindən qorunmaq üçün panelləri turşuluq baxımından neytral olan kağızla örtürlər. Kipunun gücləndirilimiş işlənilməsi gələcək zərər təhlükəsini artırır. Qeri Ertona kipuların kövrək olub-olmaması haqda verilən suala professor belə cavab vermişdi:
Bəziləri kövrəkdir. Siz onlara toxuna bilmirsiniz, çünki qırıla və ya toza dönüşə bilərlər. Çoxu yaxşı qalıb; və onları zərər vermədən araşdırmaq olar. Əlbəttə ki, bunun kimi qədim parçaya toxunduqda, az da olsa, ona zərər verirsən, lakin bu saplar ümumi olaraq olduqca uzun müddət qalırlar - internet. |
Rut Şeydi (perulu arxeoloq), ehtimala görə, təxminən 5 min yaşı olan kipu aşkar edib. Tapıntı yerində olduqca yaxşı qalmış "nazik sütunlara dolanmış qəhvəyi pambıq saplı" kipu və "bir sıra qurbanlıqlar, həmçinin tora bükülmüş müxtəlif ölçüdə müəmmalı lif yumaqları və qədim qamış " aşkar edilmişdi. Həmçinin burada tapılan "əsrlər boyunca qəhvəyi çirkli rəng almış yolunmuş və toxum içərən xam pambıq topaları və pambıq saplarından olan yumaq" da yaxşı qalıb. Kipunun və digər eksponatların yaxşı qalmasının səbəbi Karalın quraqlıq iqlimi ilə də bağlı ola bilər.
Kipunun cari durumu
İspaniyanın müstəmləkələrə aid sənədlərində təxminən 15 və ya 20 kipu haqda məlumat keçir. Bu zamandək gəlib çıxan və səndələrdə qeyd edilən kipular arasında tənasüb müəyyən edilmədiyi səbəbindən, hesab edilir ki qeyd edilən kipular bizim dövrə gəlib çıxa bilməyib. İspanlar inkləri fəth etdikdən sonra kipu Perudakı dağlıq ərazidə davam edir. Bəzi tarixçilər inanırlar ki, müəyyən kipuları yalnız onların müəllifləri – kipukamayoklar oxuya bilirdilər. Belə olduğu halda, kipunu yazı forması yox, mnemonik avadanlıq hesab etmək olar. Bir çox tarixçi tarixin inka (ispan yox) versiyasını öyrənmək üçün kipuları deşifrə etməyə çalışıblar; çünki bu inklərin keçmişinə başqa prizmadan baxmaq imkanı verəcəkdi.
1994-cü ildə Frenk Salomon (Frank Salomon) kipunun hələ də həyatın mühüm hissəsi olan Perunun Tupikoça (Tupicocha) kəndində bir araşdırma aparır. 1994-cü ildə bu Kolumbdan öncəki kipunun sahib olduğu strukturlu kipuların yerli idarəetmə orqanları tərəfindən qeydlər aparmaq üçün istifadə edildiyi yeganə kənd idi. Lakin yerli sakinlər öz kipularının inklərin artefaktları ilə hansısa bağlantısı olduğunu təkzib edirdilər. 2005-ci ildə Frenk Salomon Perunun Rapas (Rapaz) kəndində bir çox araşdırma aparır. 2009-cu ilin sentyabrın 12-də Perunun Ankaş bölgəsində yerləşən ucqar Kuspun kəndində Qreqoriya "Likuna" Rivera (Gregoria "Licuna" Rivera) adlı kipu tərtib edən qadından müsahibə götürülür. "Son kipukamayok" adlandırırlan bu qadının yalnız kənd sakinləri öldükdə kipu hazırladığı təsbit edilmişdi. Onun nümayiş etdirdiyi kipu bir neçə metr uzunluğuna malik və çoxlu sayda (göründüyü qədər eyni) ilmələr olmaqla ağ və mavi saplardan hazılranmış idi. Bu kipu ayinlər üçün hazırlanırdı: onu kəmər kimi ölmüş insanın belinə dolayırdılar ki, kipu insanı "başqa dünyaya keçərkən ölülər yolunda qorusun". Əgər bu kipunun rənglərinin (ağ və mavi) mənalarını müəyyənləşdirmək üçün Antonio de la Kalançanın siyahısına müraciəe etsək, aydın olur ki, mavi "Mavi göylərdə yaşayan Tanrını", ağ isə "dünyanı" təcəssüm edir və "axirətdə olan göylərdəki aləm" mətni formalaşdırır.
Berlinin "Museum für Völkerkunde" adlı muzeyində saxlanılan ВА42527 nömrəli kipu Amerikanın Kolumbdan öncəki dövrə aid edilir. 2003-cü ildə Harvard Universitetini təsil edən antropoloq və professor Hari Urton (Gary Urton) tərəfindən araşdırılan bu kipu "Z" və "S" formasında səmtlənmiş 4 xüsusi kvadrantdan ibarətdir. Bu kipu ilə şifrələşdirilən məlumatların statistik təhlilini 2012-ci ildə nəşr edilən işində Alberto Saes Rodriqes (Alberto Sáez-Rodríguez) həyata keçirir.
Təhlil onu göstərir ki, "Z" formasında səmtlənmiş ilməli sapların məlumatları bərabər dərəcədə horizontal ərz, "S" formasında səmtlənmişinkilərin məlumatları isə vertikal ərz boyunca paylanmışdır. İlmələr vasitəsilə şifrələnmiş rəqəmləri düzbucaq koordinat sistemində 7 nöqtənin "x"və "y" koordinatları olduğunu qəbul edərək və qrafik üzərində bu 7 nöqtəni çəkən Alberto Saes Rodriqes iddia edir ki, ВА42527 nömrəli kipuda Pleyadlar ülkərinin xəritəsi şifrələnib. Qrafikin 6 nöqtəsinə Pleyadlar ülkərinin gözlə görünən 6 parlaq ulduzu münasibdir: 7-ci nöqtə isə Yerdəki müşahidəçinin mövqeyindən baxdıqda hər 8 ildən bir Pleyadlar ülkərindən keçən Venera planeti ola bilər. Pleyadlar ülkərinin əsl xəritəsinin Albert Saes Rodriqes tərəfindən hazırlanan qrafikə nə qədər bənzədiyini müəyyən etmək üçün Pirsonun xətti korrelyasiya əmsalını istifadə etmək olar. Bu təqdirdə, əmsalın "x" və "y" rəqəmlərinin sıraları arasında güclü korrelyasiya bağının olduğunu göstərdiyini müşahidə etmək olar: X position r(7) = 0.73 (df = 5; p < 0.0617); Y position r(7) = 0.43 (df = 5; p < 0.3397). Bu da onu göstərir ki, "Həndəsə" (1637-ci ildə nəşr edilib) kitabında Rene Dekart (René Descartes, 1596–1650) tərəfindən tətbiq edilən düzbucaqlı koordinat sistemi Dekartdan uzun illər öncə bəlli olub və qədim inklər tərəfindən istifadə edilib.
Kipunun öyrənilmə tarixi
Kipuya öz diqqətini çoxlu sayda araşdırmaçı yetirib (mötərizədə onların işlərinin nəşr olunduğu tarix qeyd olunub): T. P. Tompson (1829), Svonton (1843), Rivero-i-Ustaris (1857), Bolaert (1864), Peres (1864), Ernst (1871), Sefrey (1876), Larrabure-i-Unanue (1888, 1893), Bastian (1895), Ule (1897, 1907), Qimaraes (1907), Lokk (1912, 1923), Urteaqa (1919), Loaysa (1923), Şau (1923), Nordenskold (1925), Vassen (1931), Lyano Sapata (1933), İmbelloni (1935), C. E. Tompson (1935), Altyeri (1937, 1939, 1941), Şedl (1943), Poznanskiy (1943), Eşli (1944), Porras (1947), Bennet (1949), Karlos Radikati di Prmelyo (1949, 1952, 1965, 1976, 1977, 1984, 1987, 1990, 1991), Nunyes del Prado (1950), Mexiya Ksespe (1952), Espexo Nunyes (1953, 1957), Yakobsen (1963), Molina Munto (1966), Birket-Smit (1966–1967), Dey (1967), Holm (1968), Marsiya və Robert Aşerlər (1969, 1972, 1975, 1978, 1981, 1986, 1997), Makkey (1970, 1990), Kuzmişev (1972), Murra (1973), Konklin (1982, 2001), Robles (1982, 1990), Uilyam Börns (1984), Zuidema (1989), Rostvorovski (1990), Ruis (1990), Pis (1990), Bueni (1990), Parssinen (1992), Erton (1994, 1997, 1998, 2001, 2002, 2003, 2004), Bune (1994), Prada (1995), Pereyra (1996, 1997), Salomon (1997, 2002, 2004), Brokav (1999, 2001, 2002, 2003), Arelyano (1999), Reqalado de Urqado (2002), Kilter (2002).
Kipunun inklərdən əvvəl olması fərziyyəsini ilk dəfə 1893-cü ildə Larrabure-i-Unanue səsləndirir. Bu hipotez 1968-ci ildə öz təsdiqini tapır. Həmin ildə Yösitaro Amano Pampa Blankada aparılan qazıntılar zamanı orta horizonta (inklərdən əvvəlki dövr) aid edilən məzarda kipu qalıqları aşkarlayır, lakin tapıntı haqda məlumat yalnız 1982-ci ildə işıq üzü görür. Həmin illərdə Amerikanın Təbii Tarix Muzeyi eyni arxeoloji horizonta aid edilən bir neçə kipu əldə edir.
Karlos Radikati di Primelyo
Karlos Radikati di Primelyo kipunun fiziki parametrləri, müəyyənedici açarları, sapların fırladılması növləri ilmələrin yerləşməsi, sapların qalınlığı və rəngi barədə əsas bilgiləri istifadəyə verən ilk araşdırmaçıdır. Həmçinin, sərdabələrdəki arxeoloji tapıntıları araşdırdıqdan sonra o, kipu "arxivləri" terminini də istifadəyə verir. Bu isə öz növbəsində inklərin çoxlu sayda nüsxəsi olan kipu şəklində dövlət reyestr qeydlərinə malik olduğunu sübuta yetirmişdi. Araşdırmaçının kipunun öyrənilməsi sahəsinə verdiyi başqa mühüm töhfə isə kipuda "seriación" (söhbətin kipuda rəqəmsal bilgilər, onluq və iyerarxik sturkturdan getmədiyi hallarda oluşan seriyalar) adı alan şifrələşdirmə üsulunun müəyyənləşdirilməsi olub. Radikati bu kipuları narrativ hesab edirdi. Daha sonra bu kəşf digər alimlərin araşdırmalarında davam edir. Radikatinin başqa vacib kəşfi "kanuto" kipusu olur. Burada, adətən, əsas qaytanın üzərində sallanan ilməsiz iplər yerləşir. Qıraqdakı iplər bərk şəkildə çox nazik və rəngbərəng saplarla sarılmışdır; belə kipularda ilmələr təsadüfi qaydada yerləşir, iyerarxiyasızdır və onluq sistemə sahib deyil. Radikatinin irəli sürdüyü fərziyyəyə əsasən, kipu və piktoqrafik "kilka" (keçuaların erkən lüğətlərində "hərf", "kitab", "kağız" mənasını verən termin), yəni ikiboyutlu yastı materiallar üzərində yazılar, arasında bağlantı mövcuddur. Xronikaların araşdırılması bu yazı sistemi üsulunun kipudan öncə mövcud olduğunu təsdiq etmişdir. Qeydlər müxtəlif boyalarla taxta əsa və çubuqların üzərinə edilirdi. Bu yazını işarə bilgilərinə sahib çox az adam bacarırdı. Öz növbəsində, qeyd edilən sistem (Radikatinin fikrincə) inklərdə kipuda, sallanan sapların üst hissəsindəki lent, zolaq və parçalara kartuşların əlavə edilməsi səviyyəsinə qədər inkişaf edir (ola bilsin ki, bu məsələdə Radikatiyə böyük əhəmiyyət verdiyi həmvətənlisinin "La lettera apologetica" adlı kitab təsir etmişdir).
1964-cü ilə təsadüf edən nəşrində Karlos Radikati di Primelyo müəyyən kipu növlərinin yayqınlığı ilə İnka imperiyasının əhalisinin tərəfindən onların tərtib olunması bacarığı arasında uyğunluq olduğunu təsbit etmişdir:
- statistik kipu bilgisi ümumi idi;
- sadə ideoqrafik kipu bilgisi xüsusi təlim keçmiş müəyyən şəxslər qrupuna bəlli idi;
- ən mükəmməl, kübar ideoqrafik kipu bilgisi isə yalnız olduqca azsaylı alim (amauta) və kipukamayok qrupuna bəlli idi.
İstinadlar
- Juan Anello Oliva. Historia Del Reino Y Provincias Del Perú (1631)
- Jude Webber. Pre-Incas kept detailed records too. Reuters with ABC Science Online.
- Churín: Cajatambo; 17 marzo 1725. Archivo Arzobispal de Lima. Legajo VI, N.° 10.
- Juan M. Ossio. Los Indios del Perú
- Милослав Стингл. Государство инков. Слава и смерть "сыновей Солнца". — М.: Прогресс, 1986, страница 188.
- Carlos Radicati di Primeglio, Gary Urton. Estudios sobre los quipus. Lima, UNMSM, 2006 год, страница 100.
- Shady Solís, Ruth Martha. La ciudad sagrada de Caral-Supe en los albores de la civilización en el Perú
- Perú. Descubren quipu con más de 4500 años de antigüedad en Caral
- Unraveling Khipu’s Secrets
- Письмо Эрнандо Писарро Королевской Аудиенции в Санто-Доминго, ноябрь 1533
- Leslie Leland Locke. The ancient quipu, or Peruvian knot record. — New York: The American Museum of Natural History, 1923.
- А. Скромницкий. Подборка документов по кипу и юпане инков
- Dale Buckmaster (1974). "The Incan Quipu and the Jacobsen Hypothesis". Journal of Accounting Research 12 (1): 178–181.
- Khipu Database Project
- Questioning the Inca Paradox
- "Experts 'decipher' Inca strings". BBC. 12.08.2005. 2011-09-17 tarixində .
- "Musem Fünf Kontinente". 2022-09-05 tarixində .
- "Museo de Pachacamac". (#cite_web_url)
- Museo Nacional de Arqueologia, Antropologia e Historia
- Centro Mallqui
- Museo Puruchuco
- Университет Висконсин-Мэдисон. Департамент Антропологии. Фрэнк Саломон
- Университет Висконсин-Мэдисон. Департамент Антропологии. Резюме Фрэнка Саломона
- Bingham Hiram III. Lost City of the Incas, The Story of Machu Picchu and its Builders’. — New York, 1948 год, Duell, Sloan & Pearce.
- Conservation Register
- Piechota Dennis. Storage Containerization Archaeological Textile Collections. // Journal of the American Institute for Conservation. — 1978 год, vol.18, страницы 10–18
- Archeology Archive. "Conversations: String Theorist". November/December 2005. 2021-05-17 tarixində .
- Salomon, 2004
- "The Khipu Patrimony of Rapaz, Perú". 2011-08-18 tarixində arxivləşdirilib.
- "Gregoria "Licuna" Rivera, la última quipucamayoc". 2011-08-18 tarixində arxivləşdirilib.
- А. Скромницкий. = Textos/Peru/A-Skromnitsky-Materiales-sobre-quipu-sacados-de-los-cronicas-del-Peru-al-ruso.pdf "Сведения о кипу в документах (извлечения)" (#bad_url) (PDF). 2011-08-21 tarixində arxivləşdirilib (PDF).
- Alberto Saez-Rodríguez. "An Ethnomathematics Exercise for Analyzing a Khipu Sample from Pachacamac (Perú). Revista Latinoamericana de Etnomatemática". 2012 год. 5(1), страницы 62–88.
- Urton, G. "Signs of the Inka Khipu. Binary Coding in the Andean Knotted-String records". 2003 год. University of Texas Press, Austin.
- Carlos Radicati di Primeglio, Gary Urton. "Estudios sobre los quipus. — Страницы 23-24". 2021-07-09 tarixində . İstifadə tarixi: 2019-11-27.
- Carlos Radicati di Primeglio, Gary Urton. "Estudios sobre los quipus. — Страница 48". 2021-07-09 tarixində . İstifadə tarixi: 2019-11-27.
- Carlos Radicati di Primeglio, Gary Urton. "Estudios sobre los quipus. — Страница 42". 2021-07-09 tarixində . İstifadə tarixi: 2019-11-27.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kipu kecua khipu gt isp quipu duyun duyunlemek say aym chino cino Andlarin dagliq sisteminde yasamis inklerin ve onlarin seleflerinin qedim mnemonik ve say sistemidir say avadanligi olan yupana ile birge Pambiqdan ve ya devekimiler alpaka ve lama yunundan hazirlanan murekkeb ip sarmasiqlari ve duyunlerinden ibaret ozunemexsus yazi novudur Ferqli sayda sallanan saplara malik ola biler bir necesinden tutmus 2500 e dek Xususi terzde salinmis imperiya yollari vasitesile capar caskiler terefinden melumatlarin oturulmesi ucun hemcinin heyatin muxtelif aspektlerinde teqvim topoqrafik sistem vergilerin ve qanunlarin tesbit edilmesi istifade edilirdi Ispan xronistlerinden biri olan Xose de Akosta yazirdi ki butun ink imperiyasi kipu vasitesile idare edilirdi ve hec kim duyunle hesab aparanlardan qaca bilmezdi kipuDiller kecua aymara Kolya kralligi pukina Yarandigi yer Merkezi Andlar KaralErazi Karal Parakas Uari Kolya Aymara Inkler imperiyasiYaradan Inka Mayta Kapaka zemanesinin mudriki efsanevi IlyaYaranma tarixi e e III cu minillikDovr e e III cu minillik e XVIII ci esri bezi novleri indiyedek istifade olunur Status reqemsal isareler ve reng anlayislarinin bir hissesi desifre edilib yazi isareleri edilmeyibIsareleri mueyyen edilmeyibMenseyi Deqiq bilinmir Vikianbarda elaqeli mediafayllar En qedim protokipu 12 sallanan sapdan ibaret idi hemcinin onlardan bezileri duyunlu bezileri ise taxta cubuga dolanmis idi Arxeoloq Rut Marta Seydi Solis Ruth Martha Shady Solis terefinden Karal Supe vadisi adli arxeoloji obyektinde yerlesen en iri piramidalarin birindeki germetik otagin qazintisi zamani askar edilmisdi Stratiqrafik qati analizi neticesinde protokipunun e e 3 cu minilliye tesaduf etdiyi mueyyen olunmusdu Bu sebebden kipu beseriyyetin en qedim sumer mixi yazilari ve misir ieroqliflerinden sonra yazi novlerinden kimi qebul edile biler Bu tapintidan once elde olan en qedim kipunun radiokarbon analizi vasitesile eramizin 779 981 ci illere tesaduf etdiyi mueyyen olmusdu Bu tarixler arasindaki bele boyuk fasile hele de tarixciler terefinden izah edilmeyib Yazili menbelerde kipu haqda ilk melumata 1533 cu ilde konkistador Ernando Pisarro terefinden yazilmis ve kral audiyensiyasi ucun Santo Dominqo seherine gonderilen Mektubda rast gelmek olur Konkistador mektubunda yazir Onlar hindular bir nece ipde duyunlenmis duyunlerin komeyi ile sayirdilar onlarin odun qargidali ve qalan seyleri saxlamaq ucun ambarlari var ve onlar hindular iplerindeki duyunlerin komeyi ile her bir qebile bascisinin getirdiyinin sayini aparirlar Ernando Pisarro kipu ile ilk defe Ataualpanin heyati qarsiliginda ved edilen canpulunun bir hissesini teskil etmis Pacakamak mebedinin xezinesini goturmek ucun gedende rastlasmisdi Mehz o kipunun gelirlerin ve xerclerin hesablanmasi ucun istifade edildiyini qeyd etmisdi 1923 cu ilde amerikali tarixci Lesli Lelan Lok The ancient quipu kitabinda inklerin duyun sarmasiqlarinin heqiqeten de yazi novu oldugunu subut etmisdi 2006 ci ilde amerikali arasdirmaci Qeri Erton Gary Urton kipu duyunlerinde daha cox binar sisteme benzeyen hansisa sifre oldugunu askar edir sifre 27 128 variyasiyaya imkan verir Beseriyyet tarixinde ilk defe kipu ikili qeyd kimi muhasibat ucot novunu tetbiq etmeye imkan vermisdi Kipularin saxlanma yerleri Quipu Database Project layihesi cercivesinde Harvard universitetinin professoru Qeri Erton ve hemkari Kerri Breyzan terefinden yaradilan melumat bazasina istinaden dunyada Avropadan tutumus Simali ve Cenubi Amerikayadek 831 dene kipunun movcudlugu melumdur bunlardan ucde ikisi reqemsal sturktura malik olanlar qisminde klassifikasiya edilib Onlarin ekseriyyeti And olkelerinin xaricindeki muzeylere yerlesdirilib bezileri ise oz dogma yerlerinde yaradanlarinin varislerinin himayesinde bulunur En boyuk kipu kolleksiyasi 298 eded Berlinin Almaniya Museum fur Volkerkunde muzeyinde saxlanilir Arxeoloji abide sayilan Pacakamak Peru seherinde yerlesen Museo de Pachacamac ve Limanin Peru Museo Nacional de Arqueologia Antropologia e Historia muzeylerinin heresinde 35 kipu saxlanilir Leymebamba Peru seherinin Centro Mallqui 32 Limanin Peru Museo Radicati mebedinde 26 Ika Peru seherinin Museo de Ica muzeyinde 25 kipu Purucuko Perunun ATE ilcesi arxeoloji qazintilar erazisinde yerlesen Museo Puruchuco muzeyinde ise 23 kipu saxlanilir Yerli sulale kolleksiyalarindaki kipular layihenin melumat bazasina yerlesdirilmeyib ve onlarin deqiq sayi melum deyil Bele kolleksiyalaridan biri de 263 eded Rapaz Peru kendinin terefinden saxlanilir ve 1994 cu ilde Medisonun ABS Viskonsin universitetinin emekdasi Frenk Salomon terefinden arasdirilib Santa Barbarada ABS yerlesen Kaliforniya universitetinin antropologiya ve arxeologiya bolmesinde bir kipu saxlanilir Arasdirma merkezi Kipu meseleleri ile bagli esas arasdirma merzkezi rehberi Harvard universitetinin arxeologiya departamentinin professoru Qeri Erton olan Khipu Database Project layihesi sayilir Kipu haqda melumat bazasinin idare edilmesi Kerri C Breyzandadir Kipunun saxlanilmasi problemleri Lima Peru seherinin Milli muzeyinde sergilenen kipu Kipunun saxlanilmasi eksponatlara daha az zererle uzun muddet qalmaga imkan veren metodikanln tedbiqini teleb edir Muzeylerde arxivlerde ve xususi kolleksiyalarda kipunu adi tekstil memulatlari kimi saxlayirlar Kipu zulal materiallara esaslanan liflerden hazirlanir lama ve diger devekimilerin yunundan yaxud sellulozadan pambiqdan Adeten kipunun sallanan saplari menasinin memurlara beled oldugu muxtelif renglere boyanan murekkeb duyunlenmis sap sistemi ile hazirlanirdi Tebii ve ya suni rengin qorunub saxlanilmasi sonadek hell edilmeyen problem kimi qalir rengler tedricen deyisib ve gelecekde liflere daha cox zerer vura biler Rengler toz ve mueyyen boyalarin sebebinden tundlesir Baglara berkidilmis muxtelif bezekli meselen canaq kipulara rast gelinirdi ve bu qeyri tekstil materiallarin saxlanilmasi elave cetinlikler yaradir Butun tekstil material ultrabenovseyi sualarin menfi tesirine meruz qalir Materialin rengliliyi ve davamliligi tedricen azalir Temperatur nemislik ve isiqlandirma avtomatik olaraq istilik havalandirma ve ventilyasiya HVAC sistemleri ile idare olunur Havanin nisbi rutubeti 60 ve ya daha az olmalidir Yuksek temperatur kovrekliyi artira ve kipunun liflerinin xarab olmasin getirib cixara biler Rutubetin yuksek seviyyede olmasi zulalin kipunun materialinda qalmasi ucun arzuolunmayan seraite getirib cixara biler Her bir parca novune aid oldugu kimi serin temiz quru ve qaranliq mekan en arzuolunandir Sergilerde kipu ucun hemcinin xususi muhit yaradilir Kipunu heserat ve onun surfelerinin olub olmamasini yeqin etmek ucun yoxlayirlar Asilmis veziyyetde kipunun lifleri bir biri ile surtunmeden ve ya oz cekisinden zerer gore biler Kipunu horizontal veziyyetede panellerde saxlayirlar Mumkun tursu zererinden qorunmaq ucun panelleri tursuluq baximindan neytral olan kagizla orturler Kipunun guclendirilimis islenilmesi gelecek zerer tehlukesini artirir Qeri Ertona kipularin kovrek olub olmamasi haqda verilen suala professor bele cavab vermisdi Bezileri kovrekdir Siz onlara toxuna bilmirsiniz cunki qirila ve ya toza donuse bilerler Coxu yaxsi qalib ve onlari zerer vermeden arasdirmaq olar Elbette ki bunun kimi qedim parcaya toxunduqda az da olsa ona zerer verirsen lakin bu saplar umumi olaraq olduqca uzun muddet qalirlar internet Rut Seydi perulu arxeoloq ehtimala gore texminen 5 min yasi olan kipu askar edib Tapinti yerinde olduqca yaxsi qalmis nazik sutunlara dolanmis qehveyi pambiq sapli kipu ve bir sira qurbanliqlar hemcinin tora bukulmus muxtelif olcude muemmali lif yumaqlari ve qedim qamis askar edilmisdi Hemcinin burada tapilan esrler boyunca qehveyi cirkli reng almis yolunmus ve toxum iceren xam pambiq topalari ve pambiq saplarindan olan yumaq da yaxsi qalib Kipunun ve diger eksponatlarin yaxsi qalmasinin sebebi Karalin quraqliq iqlimi ile de bagli ola biler Kipunun cari durumuIspaniyanin mustemlekelere aid senedlerinde texminen 15 ve ya 20 kipu haqda melumat kecir Bu zamandek gelib cixan ve sendelerde qeyd edilen kipular arasinda tenasub mueyyen edilmediyi sebebinden hesab edilir ki qeyd edilen kipular bizim dovre gelib cixa bilmeyib Ispanlar inkleri feth etdikden sonra kipu Perudaki dagliq erazide davam edir Bezi tarixciler inanirlar ki mueyyen kipulari yalniz onlarin muellifleri kipukamayoklar oxuya bilirdiler Bele oldugu halda kipunu yazi formasi yox mnemonik avadanliq hesab etmek olar Bir cox tarixci tarixin inka ispan yox versiyasini oyrenmek ucun kipulari desifre etmeye calisiblar cunki bu inklerin kecmisine basqa prizmadan baxmaq imkani verecekdi 1994 cu ilde Frenk Salomon Frank Salomon kipunun hele de heyatin muhum hissesi olan Perunun Tupikoca Tupicocha kendinde bir arasdirma aparir 1994 cu ilde bu Kolumbdan onceki kipunun sahib oldugu strukturlu kipularin yerli idareetme orqanlari terefinden qeydler aparmaq ucun istifade edildiyi yegane kend idi Lakin yerli sakinler oz kipularinin inklerin artefaktlari ile hansisa baglantisi oldugunu tekzib edirdiler 2005 ci ilde Frenk Salomon Perunun Rapas Rapaz kendinde bir cox arasdirma aparir 2009 cu ilin sentyabrin 12 de Perunun Ankas bolgesinde yerlesen ucqar Kuspun kendinde Qreqoriya Likuna Rivera Gregoria Licuna Rivera adli kipu tertib eden qadindan musahibe goturulur Son kipukamayok adlandirirlan bu qadinin yalniz kend sakinleri oldukde kipu hazirladigi tesbit edilmisdi Onun numayis etdirdiyi kipu bir nece metr uzunluguna malik ve coxlu sayda gorunduyu qeder eyni ilmeler olmaqla ag ve mavi saplardan hazilranmis idi Bu kipu ayinler ucun hazirlanirdi onu kemer kimi olmus insanin beline dolayirdilar ki kipu insani basqa dunyaya kecerken oluler yolunda qorusun Eger bu kipunun renglerinin ag ve mavi menalarini mueyyenlesdirmek ucun Antonio de la Kalancanin siyahisina muraciee etsek aydin olur ki mavi Mavi goylerde yasayan Tanrini ag ise dunyani tecessum edir ve axiretde olan goylerdeki alem metni formalasdirir Berlinin Museum fur Volkerkunde adli muzeyinde saxlanilan VA42527 nomreli kipu Amerikanin Kolumbdan onceki dovre aid edilir 2003 cu ilde Harvard Universitetini tesil eden antropoloq ve professor Hari Urton Gary Urton terefinden arasdirilan bu kipu Z ve S formasinda semtlenmis 4 xususi kvadrantdan ibaretdir Bu kipu ile sifrelesdirilen melumatlarin statistik tehlilini 2012 ci ilde nesr edilen isinde Alberto Saes Rodriqes Alberto Saez Rodriguez heyata kecirir Tehlil onu gosterir ki Z formasinda semtlenmis ilmeli saplarin melumatlari beraber derecede horizontal erz S formasinda semtlenmisinkilerin melumatlari ise vertikal erz boyunca paylanmisdir Ilmeler vasitesile sifrelenmis reqemleri duzbucaq koordinat sisteminde 7 noqtenin x ve y koordinatlari oldugunu qebul ederek ve qrafik uzerinde bu 7 noqteni ceken Alberto Saes Rodriqes iddia edir ki VA42527 nomreli kipuda Pleyadlar ulkerinin xeritesi sifrelenib Qrafikin 6 noqtesine Pleyadlar ulkerinin gozle gorunen 6 parlaq ulduzu munasibdir 7 ci noqte ise Yerdeki musahidecinin movqeyinden baxdiqda her 8 ilden bir Pleyadlar ulkerinden kecen Venera planeti ola biler Pleyadlar ulkerinin esl xeritesinin Albert Saes Rodriqes terefinden hazirlanan qrafike ne qeder benzediyini mueyyen etmek ucun Pirsonun xetti korrelyasiya emsalini istifade etmek olar Bu teqdirde emsalin x ve y reqemlerinin siralari arasinda guclu korrelyasiya baginin oldugunu gosterdiyini musahide etmek olar X position r 7 0 73 df 5 p lt 0 0617 Y position r 7 0 43 df 5 p lt 0 3397 Bu da onu gosterir ki Hendese 1637 ci ilde nesr edilib kitabinda Rene Dekart Rene Descartes 1596 1650 terefinden tetbiq edilen duzbucaqli koordinat sistemi Dekartdan uzun iller once belli olub ve qedim inkler terefinden istifade edilib Kipunun oyrenilme tarixiKipuya oz diqqetini coxlu sayda arasdirmaci yetirib moterizede onlarin islerinin nesr olundugu tarix qeyd olunub T P Tompson 1829 Svonton 1843 Rivero i Ustaris 1857 Bolaert 1864 Peres 1864 Ernst 1871 Sefrey 1876 Larrabure i Unanue 1888 1893 Bastian 1895 Ule 1897 1907 Qimaraes 1907 Lokk 1912 1923 Urteaqa 1919 Loaysa 1923 Sau 1923 Nordenskold 1925 Vassen 1931 Lyano Sapata 1933 Imbelloni 1935 C E Tompson 1935 Altyeri 1937 1939 1941 Sedl 1943 Poznanskiy 1943 Esli 1944 Porras 1947 Bennet 1949 Karlos Radikati di Prmelyo 1949 1952 1965 1976 1977 1984 1987 1990 1991 Nunyes del Prado 1950 Mexiya Ksespe 1952 Espexo Nunyes 1953 1957 Yakobsen 1963 Molina Munto 1966 Birket Smit 1966 1967 Dey 1967 Holm 1968 Marsiya ve Robert Aserler 1969 1972 1975 1978 1981 1986 1997 Makkey 1970 1990 Kuzmisev 1972 Murra 1973 Konklin 1982 2001 Robles 1982 1990 Uilyam Borns 1984 Zuidema 1989 Rostvorovski 1990 Ruis 1990 Pis 1990 Bueni 1990 Parssinen 1992 Erton 1994 1997 1998 2001 2002 2003 2004 Bune 1994 Prada 1995 Pereyra 1996 1997 Salomon 1997 2002 2004 Brokav 1999 2001 2002 2003 Arelyano 1999 Reqalado de Urqado 2002 Kilter 2002 Kipunun inklerden evvel olmasi ferziyyesini ilk defe 1893 cu ilde Larrabure i Unanue seslendirir Bu hipotez 1968 ci ilde oz tesdiqini tapir Hemin ilde Yositaro Amano Pampa Blankada aparilan qazintilar zamani orta horizonta inklerden evvelki dovr aid edilen mezarda kipu qaliqlari askarlayir lakin tapinti haqda melumat yalniz 1982 ci ilde isiq uzu gorur Hemin illerde Amerikanin Tebii Tarix Muzeyi eyni arxeoloji horizonta aid edilen bir nece kipu elde edir Karlos Radikati di Primelyo Karlos Radikati di Primelyo kipunun fiziki parametrleri mueyyenedici acarlari saplarin firladilmasi novleri ilmelerin yerlesmesi saplarin qalinligi ve rengi barede esas bilgileri istifadeye veren ilk arasdirmacidir Hemcinin serdabelerdeki arxeoloji tapintilari arasdirdiqdan sonra o kipu arxivleri terminini de istifadeye verir Bu ise oz novbesinde inklerin coxlu sayda nusxesi olan kipu seklinde dovlet reyestr qeydlerine malik oldugunu subuta yetirmisdi Arasdirmacinin kipunun oyrenilmesi sahesine verdiyi basqa muhum tohfe ise kipuda seriacion sohbetin kipuda reqemsal bilgiler onluq ve iyerarxik sturkturdan getmediyi hallarda olusan seriyalar adi alan sifrelesdirme usulunun mueyyenlesdirilmesi olub Radikati bu kipulari narrativ hesab edirdi Daha sonra bu kesf diger alimlerin arasdirmalarinda davam edir Radikatinin basqa vacib kesfi kanuto kipusu olur Burada adeten esas qaytanin uzerinde sallanan ilmesiz ipler yerlesir Qiraqdaki ipler berk sekilde cox nazik ve rengbereng saplarla sarilmisdir bele kipularda ilmeler tesadufi qaydada yerlesir iyerarxiyasizdir ve onluq sisteme sahib deyil Radikatinin ireli surduyu ferziyyeye esasen kipu ve piktoqrafik kilka kecualarin erken lugetlerinde herf kitab kagiz menasini veren termin yeni ikiboyutlu yasti materiallar uzerinde yazilar arasinda baglanti movcuddur Xronikalarin arasdirilmasi bu yazi sistemi usulunun kipudan once movcud oldugunu tesdiq etmisdir Qeydler muxtelif boyalarla taxta esa ve cubuqlarin uzerine edilirdi Bu yazini isare bilgilerine sahib cox az adam bacarirdi Oz novbesinde qeyd edilen sistem Radikatinin fikrince inklerde kipuda sallanan saplarin ust hissesindeki lent zolaq ve parcalara kartuslarin elave edilmesi seviyyesine qeder inkisaf edir ola bilsin ki bu meselede Radikatiye boyuk ehemiyyet verdiyi hemvetenlisinin La lettera apologetica adli kitab tesir etmisdir 1964 cu ile tesaduf eden nesrinde Karlos Radikati di Primelyo mueyyen kipu novlerinin yayqinligi ile Inka imperiyasinin ehalisinin terefinden onlarin tertib olunmasi bacarigi arasinda uygunluq oldugunu tesbit etmisdir statistik kipu bilgisi umumi idi sade ideoqrafik kipu bilgisi xususi telim kecmis mueyyen sexsler qrupuna belli idi en mukemmel kubar ideoqrafik kipu bilgisi ise yalniz olduqca azsayli alim amauta ve kipukamayok qrupuna belli idi IstinadlarJuan Anello Oliva Historia Del Reino Y Provincias Del Peru 1631 Jude Webber Pre Incas kept detailed records too Reuters with ABC Science Online Churin Cajatambo 17 marzo 1725 Archivo Arzobispal de Lima Legajo VI N 10 Juan M Ossio Los Indios del Peru Miloslav Stingl Gosudarstvo inkov Slava i smert synovej Solnca M Progress 1986 stranica 188 Carlos Radicati di Primeglio Gary Urton Estudios sobre los quipus Lima UNMSM 2006 god stranica 100 Shady Solis Ruth Martha La ciudad sagrada de Caral Supe en los albores de la civilizacion en el Peru Peru Descubren quipu con mas de 4500 anos de antiguedad en Caral Unraveling Khipu s Secrets Pismo Ernando Pisarro Korolevskoj Audiencii v Santo Domingo noyabr 1533 Leslie Leland Locke The ancient quipu or Peruvian knot record New York The American Museum of Natural History 1923 A Skromnickij Podborka dokumentov po kipu i yupane inkov Dale Buckmaster 1974 The Incan Quipu and the Jacobsen Hypothesis Journal of Accounting Research 12 1 178 181 Khipu Database Project Questioning the Inca Paradox Experts decipher Inca strings BBC 12 08 2005 2011 09 17 tarixinde Musem Funf Kontinente 2022 09 05 tarixinde Museo de Pachacamac cite web url Museo Nacional de Arqueologia Antropologia e Historia Centro Mallqui Museo Puruchuco Universitet Viskonsin Medison Departament Antropologii Frenk Salomon Universitet Viskonsin Medison Departament Antropologii Rezyume Frenka Salomona Bingham Hiram III Lost City of the Incas The Story of Machu Picchu and its Builders New York 1948 god Duell Sloan amp Pearce Conservation Register Piechota Dennis Storage Containerization Archaeological Textile Collections Journal of the American Institute for Conservation 1978 god vol 18 stranicy 10 18 Archeology Archive Conversations String Theorist November December 2005 2021 05 17 tarixinde Salomon 2004 The Khipu Patrimony of Rapaz Peru 2011 08 18 tarixinde arxivlesdirilib Gregoria Licuna Rivera la ultima quipucamayoc 2011 08 18 tarixinde arxivlesdirilib A Skromnickij Textos Peru A Skromnitsky Materiales sobre quipu sacados de los cronicas del Peru al ruso pdf Svedeniya o kipu v dokumentah izvlecheniya bad url PDF 2011 08 21 tarixinde arxivlesdirilib PDF Alberto Saez Rodriguez An Ethnomathematics Exercise for Analyzing a Khipu Sample from Pachacamac Peru Revista Latinoamericana de Etnomatematica 2012 god 5 1 stranicy 62 88 Urton G Signs of the Inka Khipu Binary Coding in the Andean Knotted String records 2003 god University of Texas Press Austin Carlos Radicati di Primeglio Gary Urton Estudios sobre los quipus Stranicy 23 24 2021 07 09 tarixinde Istifade tarixi 2019 11 27 Carlos Radicati di Primeglio Gary Urton Estudios sobre los quipus Stranica 48 2021 07 09 tarixinde Istifade tarixi 2019 11 27 Carlos Radicati di Primeglio Gary Urton Estudios sobre los quipus Stranica 42 2021 07 09 tarixinde Istifade tarixi 2019 11 27