Cordan Piterson
Cordan Bernt Piterson (12 iyun 1962, Alberta) — psixologiya üzrə Kanadalı professor. Toronto Universitetində fəaliyyət göstərir. O, eyni zamanda təcrübəli klinik psixoloq və ictimai ziyalıdır. Onun əsas işləri anormal psixologiyanı, sosial, şəxsiyyət, dini və ideoloji inam psixologiyasını, şəxsiyyət və fəaliyyətin qiymətləndirilməsini və təkmilləşdirilməsini əhatə edir.
Cordan Piterson | |
---|---|
ing. Jordan Bernt Peterson | |
Doğum tarixi | 12 iyun 1962 (59 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Elm sahəsi | psixologiya |
Elmi dərəcəsi | psixologiya elmləri doktoru |
İş yeri | |
Təhsili | |
jordanbpeterson.com (ing.) | |
Vikianbarda əlaqəli mediafayllar |
O, Alberta Universiteti və MakGill Universitetində təhsil almışdır. MakGilldə 1991-ci ildən 1993-cü ilə qədər post-doktoral araşdırmaçı kimi qaldıqdan sonra Harvard Universitetinin psixologiya kafedrasında əvvəlcə assistent, sonra isə dosent kimi işləmişdir. 1998-ci ildə Kanadaya, Toronto Universitetinin psixologiya kafedrasına köçmüşdür. Hal-hazırda da orada professor kimi işləyir.
Piterson 1999-cu ildə nəşr olunan "Mənanın Xəritəsi: İnancın Arxitekturası" adlı ilk kitabında inanc və mif sistemlərinin strukturunu, onların duyğu tənzimlənməsində rolunu, mənanın yaranışını və bir çox başqa mövzuları təsvir etmək üçün bir sıra akademik sahələri araşdırmışdır. Onun "Həyatın 12 qaydası: Xaos üçün antidot" adlı ikinci kitabı isə 2018-ci ilin yanvar ayında dərc edilmişdir.
2016-cı ildə Cordan Piterson YouTubeda siyasi dürüstlüyü və Kanada hökumətinin Bill C-16-nı ( Kanada İnsan Haqları Aktına və Cinayət Məcəlləsinə dəyişiklik edilməsi aktı) tənqid edən bir sıra videolar yayınlamış, həm dəstək, həm də tənqid hədəfi olaraq medianı əhəmiyyətli dərəcədə özünə cəlb edə bilmişdir. O, "İntellektual Qaranlıq Web" kimi bilinən cərəyan ilə geniş şəkildə təmasda olmuşdur.
Erkən həyatı
Cordan Piterson 1962-ci il iyunun 12-də anadan olmuş, Kanadada, Edmonton şəhərinin şimal-qərbindəki kiçik bir qəsəbə olan Feyrvyuda böyümüşdür. Üç uşaqdan ən böyüyü olan Cordanın valideynləri Beverli və Volter Pitersondur. Bernt adı onun norveçli babasının şərəfinə qoyulmuşdur.
O, 13 yaşında olarkən məktəb kitabxanaçısı Sendi Notlinin yardımı ilə Corc Oruell, Oldos Haksli, Aleksandr Soljenitsın və Ayn Rand kimi yazıçıların əsərləri ilə yaxından tanış olmuşdur. Yeniyetməlik illərində Yeni Demokrat Partiyası (NDP) üçün işləmiş, ancaq zamanla onların idealarına qarşı rəğbəti azalmış və 18 yaşı olanda partiyanı tərk etmişdir.
Təhsili
Feyrvyu orta məktəbini bitirdikdən sonra siyasi elm və ingilis ədəbiyyatı təhsili almaq üçün 1979-cu ildə Qrande Preriya Regional Universitetinə daxil olmuşdur. Daha sonra Alberta Universitetinə transfer olmuş, 1982-ci ildə siyasi elm ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Bir il fasilə verib Avropaya səyahət etdikdən sonra Soyuq müharibənin psixoloji mənşəyini, 20-ci əsr Avropa totalitarizmini, Karl Qustav Yunqun, Fridrix Nitsşenin, Aleksandr Soljenitsın və Fyodor Dostoyevskinin əsərlərini araşdırmağa başlamışdır. Sonra Alberta Universitetinə qayıtmış, 1984-cü ildə psixologiya üzrə bakalavr dərəcəsi almışdır. 1985-ci ildə MakGill Universitetinə getmək üçün Monreala köçmüşdür. 1991-ci ildə klinik psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, 1993-cü ilin iyununa kimi MakGillin Duqlas xəstəxanasında post-doktoral araşdırmaçı kimi qalmışdır.
Karyerası
1993-cü ilin iyulundan 1998-ci ilin iyununa kimi Arlinqton, Massaçusetsdə yaşamış, Harvard Universitetinin psixologiya kafedrasında assistent professor kimi dərs demiş və tədqiqat aparmışdır. Harvardda olduğu müddət ərzində narkotik maddə və spirtli içkidən istifadənin yaratdığı aqressiyanı araşdırmış, bir sıra qeyri-ənənəvi tezis təkliflərinə nəzarət etmişdir. 1998-ci ilin iyulunda Kanadaya qayıtmış və nəhayət, Toronto Universitetində professor olmuşdur.
Pitersonun araşdırma və tədqiqat sahələri psixofarmakologiya, anormal, neyro, klinik, sosial, təşkilati, dini, ideoloji, siyasi psixologiyanı, şəxsiyyət, sənaye və yaradıcılıq psixologiyasını əhatə edir. Piterson 100-dən çox akademik məqalənin müəllifi və ya həmmüəllifidir.
Karyerasının böyük hissəsində aktiv klinik fəaliyyəti olmuş, həftə ərzində təxminən 20 insanla görüşmüşdür. Yeni layihələrə görə, 2017-ci ildə klinik fəaliyyətini kənara qoymuş, 2018-ci ildə müəllimlik fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.
2019-cu ildə Torontoda professor Slavoy Jijeklə "Kapitalizm dövründəki xoşbəxtliyə qarşı Marksizm" mövzusunu müzakirə etmişdir.
Əsərləri
"Mənanın Xəritəsi: İnancın Arxitekturası" 1999-cu ildə çap olunmuş, kitabı tamamlamaq Pitersonun 13 ilini almışdır. Kitab insanların mənanı necə idarə etməsi, mifologiya, din, ədəbiyyat, fəlsəfə, beynin necə işlədiyinə dair müasir elmi anlayışa əsaslanan psixologiya da daxil olmaqla müxtəlif sahələrin ideyalarından istifadə edərək inam formalaşdırması, hekayələr yaratması haqqındakı hərtərəfli nəzəriyyədən ibarətdir.
Pitersonun dediyinə görə, onun əsas məqsədi fərdlərin, qrupların sosial münaqişələrdə niyə iştirak etməsini araşdırmaq, fərdlərin sonda ölüm və QULAQ, Auşvitz həbs düşərgəsi və Ruanda soyqırımı kimi patoloji amansızlıqlarla nəticələnən inanc sistemlərini dəstəkləmə səbəblərini üzə çıxarmaq idi. Yunqun arxetipləri kitabda mühüm rol oynayır.
2004-cü ildə TV Ontarioda Pitersonun "Mənanın Xəritəsi: İnancın Arxitekturası" kitabına əsaslanan 13 hissəlik televiziya seriyası yayınlanmışdır.
Pitersonun ikinci kitabı olan "Həyatın 12 qaydası: Xaos üçün antidot" 2018-ci ilin yanvarında nəşr olunmuşdur. Əsər həyata dair abstrakt əxlaqi prinsiplərdən ibarətdir. Diqqətləri kitab üzərinə çəkmək üçün Piterson dünya turuna çıxır. Turun bir parçası kimi, "Kanal 4 xəbərləri" proqramında Ketrin Nyumana müsahibə vermiş, bu da kitaba populyarlıq qazandırmışdır. Kitab Kanadada, Amerika Birləşmiş Ştatlarında və Birləşmiş Krallıqda ən çox satılanlar siyahısında zirvəyə qalxmışdır. 2019-cu ilin yanvarından etibarən, Piterson kitabın ikinci hissəsi üzərində işləyir.
Siyasi görüşləri
Piterson özünü "klassik britaniyalı liberal" və "ənənəpərəst" kimi xarakterizə edir. O, çox zaman səhvən sağçı kimi təqdim olunduğunu bildirib. Məsələn, "Nyu York Tayms" onu "mühafizəkarlığa meylli", "Vaşinqton Post" isə "mühafizəkar" biri kimi təsvir etmişdir. Görkəmli libertar sosialist Noam Çomski də Pitersonun daha çox "sağ tərəf"də olduğunu demişdir.
Akademiya və siyasi dürüstlük
Pitersonun siyasi dürüstlüyü tənqid edən yazıları postmodernizm, postmodern feminizm, ağların üstünlüyü, mədəni mənimsəmə, ətraf mühitin mühafizəsi kimi məsələləri əhatə edir.
Tələbələrindən biri olan Kristin Brofi ilə birgə siyasi etiqadla şəxsiyyət arasındakı əlaqə haqda apardığı araşdırmaya əsasən, siyasi düzgünlüyün iki növü olduğunu demişdir: bərabərçilik (eqalitarianizm) və avtoritarizm.
Pitersonun fikrincə, Şimali Amerika və Avropada siyasi dürüstlük dalğasının meydana gəlməsində ən çox universitetlər məsuliyyət daşımalıdır. O, 1990-cı illərin əvvəllərindən bəri kampuslarda siyasi dürüstlüyün yüksəlişini izlədiyini, humanitar elmlərin korlandığını, elmlə daha az əlaqəli hala gəldiyini bildirmişdir. "İntellektual söhbətlər əvəzinə ideoloji söhbətlər" edirik. Bir professor kimi, öz təcrübəsinə əsasən, dərslərində iştirak edən tələbələrin kommunist rejimi altında baş verən kütləvi ölümlər, Stalinizm və Maoizm tərəfindən insanlığa qarşı törədilmiş cinayətlər haqda məlumatsız olduğunu açıqlamışdır.
Postmodernizm və şəxsiyyət siyasəti
Piterson deyir ki, 1960-cı illərdən bəri postmodern filosoflar və sosioloqlar Marksizm və kommunizmi rədd etmiş kimi görünsələr də, eyni zamanda, hər iki ideologiyanın təməl prinsiplərini yaratmış və genişləndirmişlər. O, həmçinin Yel Universitetinin ingilis kafedrası vasitəsilə Fransadan Amerika Birləşmiş Ştatlarına gəlib çıxmış postmodern düşüncənin təsiri olmadan müasir qərb cəmiyyətini anlamağın çətin olduğunu bildirir.
Pitersonun postmodernizmin Şimali Amerika humanitar elmlərinə təsiri haqqında düşüncəsi Mədəni Marksist konspirasiya nəzəriyyələri ilə müqayisə olunmuşdur.
Piterson birinci kurs tələbələrinə sosiologiya, antropologiya, ingilis ədəbiyyatı, etnik araşdırmalar və neo-Marksist ideologiya tərəfindən korlandığını düşündüyü digər sahələrdən uzaq durmağı məsləhət görmüşdür. Onun fikrincə, bu sahələr akademik araşdırma adı altında elmdən uzaq metodları, radikal solçuluğu təbliğ edir, nəşrləri istinadlara əsaslanmır.
Şəxsi həyatı
Piterson 1989-cu ildə Temmi Roberts ilə evləndi. Onların bir oğlu, bir qızı var.
Piterson fəlsəfi praqmatistdir. 2017-ci ildə bir müsahibədə ondan xristian olub-olmadığı soruşulanda belə cavab vermişdir: "Düşünürəm ki, bunun ən düz cavabı "bəli"dir". Tanrının varlığına inanıb inanmadığı soruşulanda isə "Düşünürəm ki, düzgün cavab "xeyr"dir, amma Onun var ola biləcəyindən qorxuram" deyə cavab vermişdir. "Spectator" jurnalı üçün yazan Tim Lott Pitersonun Yunqun din fəlsəfəsindən ilham aldığını, Sorn Kyerkeqor və Pol Tilliçin xristian ekzistensializminə i oxşar fikirlərə sahib olduğunu, Taosizmə hörmət etdiyini, təbiəti nizam və xaos arasındakı mübarizə olaraq gördüyünü və bu ikilik olmadan həyatın mənasız olacağını düşündüyünü söyləmişdir.
Həmçinin bax
İstinadlar
- ↑ Catalogue of the Library of the Pontifical University of the Holy Cross
- ↑ https://www.thestar.com/news/insight/2018/03/16/jordan-peterson-is-trying-to-make-sense-of-the-world-including-his-own-strange-journey.html
- Livingstone Smith, David & Kaag, John (2018), Thus Spoke Jordan Peterson, Foreign Policy. Retrieved November 28, 2018: "Pundits including Tyler Cowen and David Brooks call Peterson the public intellectual of the moment."
- Robinson., Nathan J (2018), The Intellectual We Deserve, Current Affairs. Retrieved November 28, 2018: "David Brooks thinks Peterson might be "the most influential public intellectual in the Western world right now.""
- Lewis, Helen (2018), Jordan Peterson and the rise of the cargo cult intellectual, New Statesman. Retrieved November 28, 2018: "There’s a new public intellectual in town…His name is Jordan Peterson."
- ↑ Tucker, Jason; VandenBeukel, Jason (December 1, 2016). "'We're teaching university students lies' – An interview with Dr Jordan Peterson". C2C Journal.
- "Meaning Conference".
- ↑ Kreq Lambert (Sentyabr, 1998). "Xaos, Mədəniyyət, Maraq"
- McCord, Joan (2004). Beyond Empiricism: Institutions and Intentions in the Study of Crime. Transaction Publishers. səh. 178. ISBN 978-1-4128-1806-3.
- Ellens, J. Harold (2004). The Destructive Power of Religion: Models and cases of violence in religion. Praeger. səh. 346. ISBN 978-0-275-97974-4.
- Gregory, Erik M.; Rutledge, Pamela B. (2016). Exploring Positive Psychology: The Science of Happiness and Well-Being. ABC-CLIO. səh. 154. ISBN 978-1-61069-940-2.
- ↑ Bartlett, Tom (January 17, 2018). "What's So Dangerous About Jordan Peterson?". The Chronicle of Higher Education. İstifadə tarixi: 19 yanvar, 2018.
- ↑ Blatchford, Christie (January 19, 2018). "Christie Blatchford sits down with "warrior for common sense" Jordan Peterson". National Post. İstifadə tarixi: January 19, 2018.
- ↑ Lott, Tim (January 21, 2018). "Jordan Peterson: 'The pursuit of happiness is a pointless goal'". The Observer. İstifadə tarixi: 21 yanvar, 2018.
- Birinci hissə: Qorxu və Hüquq. YouTube. 27 sentyabr, 2016.
- Weiss, Bari & Winter, Damon (2018), the Renegades of the Intellectual Dark Web, The New York Times. Retrieved November 27, 2018: "The closest thing to a phone book for the I.D.W. is a sleek website that lists the dramatis personae of the network, including Mr. Harris; Mr. Weinstein and his brother and sister-in-law, the evolutionary biologists Bret Weinstein and Heather Heying; Jordan Peterson…"
- Farrell, Henry (2018), The "Intellectual Dark Web," explained: what Jordan Peterson and Ben Shapiro have in common with the alt-right, Vox. Retrieved November 27, 2018: "The thinkers profiled included the neuroscientist and prominent atheist writer Sam Harris, the podcaster Dave Rubin, and University of Toronto psychologist and Chaos Dragon maven Jordan Peterson."
- Malik, Nesrine (2018),If the "Intellectual Dark Web" are being silenced, why must we keep hearing about them?, New Statesman. Retrieved November 27, 2018: "If you had struggled to come up with a collective noun for that disparate group of people that ranges from Milo Yiannopoulos to Sam Harris and includes Jordan Peterson…the New York Times has baptised them.They now have a name. The "Intellectual Dark Web" or "IDW"…"
- "Haqqında", Pitersonun rəsimi Facebook səhifəsi
- Bowles, Nellie (May 18, 2018). "Jordan Peterson, Custodian of the Patriarchy", The New York Times. Retrieved August 29, 2018.
- ↑ McBride, Jason (January 25, 2017). . Toronto Life. December 10, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 9, 2018.
- Menon, Vinay (March 16, 2018). "Jordan Peterson is trying to make sense of the world — including his own strange journey". Toronto Star. İstifadə tarixi: May 22, 2018.
- Brown, Louise (April 17, 2007). "Schools a soft target for revenge-seekers". Toronto Star.
Jordan Bernt Peterson of the University of Toronto.
- ↑ Winsa, Patty (January 15, 2017). "He says freedom, they say hate. The pronoun fight is back". Toronto Star.
- ↑ Krendl, Anne C. (26 aprel, 1995). "Cordan Piterson: mifologiyanı psixologiya ilə əlaqələndirmə"
- ↑ Lott, Tim (20 sentyabr, 2017). "Jordan Peterson and the transgender wars". The Spectator. Retrieved November 11, 2017.[1]
- ↑ . Fairview Post. January 27, 2004. 22 aprel 2017-ci ildə orijinalından arxivləşdirilib. İstifadə tarixi, 6 iyun, 2017.
- "Bioqrafiya: Cordan Piterson". Toronto Universiteti. 14 avqust, 2016.
- ↑ "Jordan B Peterson". ResearchGate. Retrieved November 11, 2017.
- "Meaning Conference". International Network on Personal Meaning. July 2016. November 13, 2017 tarixində .
- McCamon, Brent (28 mart, 2017). "Wherefore Art Thou Peterson?". Convivium.
- Menon, Vinay (March 16, 2018). "Jordan Peterson is trying to make sense of the world — including his own strange journey". Toronto Star. 22 may 2018-ci ildə istifadə olunub.
- Mudhar, Raju; Kennedy, Brendan (April 19, 2019). "Jordan Peterson, Slavoj Zizek each draw fans at sold-out debate". Toronto Star. Retrieved April 20, 2019.
- Mudhar, Raju; Kennedy, Brendan (April 19, 2019). "Jordan Peterson, Slavoj Zizek each draw fans at sold-out debate". Toronto Star. İstifadə tarixi: 20 aprel, 2019.
- Marche, Stephen (April 20, 2019). "The 'debate of the century': What happened when Jordan Peterson debated Slavoj Žižek". The Guardian. İstifadə tarixi: 20 aprel, 2019.
- ↑ . 2017-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-09.
- ↑ Cordan Piterson (Avqust, 2015), "Cordan Pitersonun "Mənanın Xəritəsi"nin məzmunu və nümunələri: İnancın Arxitekturası", Scribd, səh. 2–3
- "Arxiv: Mənanın xəritəsi". TVO.org. TVOntario.
- Law, Katie (January 20, 2018). "Canadian psychologist Jordan Peterson: the 'anti-snowflake' crusader speaks out". London Evening Standard. İstifadə tarixi: 20 yanvar, 2018.
- Murray, Douglas (January 20, 2018). "The curious star appeal of Jordan Peterson". The Spectator. İstifadə tarixi: 20 yanvar, 2018.
- Heidenreich, Phil (January 20, 2018). "Edmonton's Citadel Theatre apologizes over how it handled Jordan Peterson event". Global News. İstifadə tarixi: 20 yanvar, 2018.
- Doward, Jamie (January 21, 2018). "'Back off', controversial professor urges critics of C4 interviewer". The Observer. İstifadə tarixi: 21 yanvar, 2018.
- Brooks, David (January 25, 2018). "The Jordan Peterson Moment". The New York Times. İstifadə tarixi: 31 avqust, 2018.
- Dundas, Deborah (February 9, 2018). "Jordan Peterson's book is a bestseller – except where it matters most". Toronto Star. İstifadə tarixi: 3 mart, 2018.
- Reyna, Xavier Austin (February 23, 2018). "Why Jordan Peterson Is Such a Crucial Figure for the Community". EStudy Breaks. İstifadə tarixi: 3 mart, 2018.
- https://www.jordanbpeterson.com/podcast/episode-61/
- Robertson, Derek (June 16, 2018). "Why the 'Classical Liberal' is Making a Comeback". POLITICO Magazine. İstifadə tarixi: 30 yanvar, 2019.
- Kovach, Steve (August 12, 2017). "Silicon Valley's liberal bubble has burst, and the culture war has arrived". Business Insider. İstifadə tarixi: 11 noyabr, 2017.
- "Jordan Peterson: 'One thing I'm not is naive". Financial Times. İstifadə tarixi: 30 yanvar, 2019.
- Callagahan, Greg (April 19, 2018). "Right-winger? Not me, says alt-right darling Jordan Peterson". The Sunday Morning Herald. İstifadə tarixi: 22 may, 2018.
- Bowles, Nellie (December 24, 2018). "Patreon Bars Anti-Feminist for Racist Speech, Inciting Revolt". The New York Times.
- "Jordan Peterson is on a crusade to toughen up young men. It's landed him on our cultural divide". The Washington Post.
- Better Left Unsaid The Film. "Noam Chomsky on Jordan Peterson, Post-Modernism, Foucault and Ali G". Youtube.
- Ziai, Reza (September 17, 2017). "The Curious Case of Jordan Peterson". Areo Magazine.
- ↑ Bandler, Aaron (November 4, 2016). "Q&A with Prof. Jordan Peterson on Genderless Pronouns and the Left's 'PC Game'". The Daily Wire.
- Kaufman, Scott Barry (November 20, 2016). "The Personality of Political Correctness". Scientific American.
- Chiose, Simona (June 3, 2017). "Jordan Peterson and the trolls in the ivory tower". The Globe and Mail.
- Philipp, Joshua (June 21, 2017). "Jordan Peterson Exposes the Postmodernist Agenda". Epoch Times.
- Lynskey, Dorian (February 7, 2018). "How dangerous is Jordan B Peterson, the rightwing professor who 'hit a hornets' nest'?". The Guardian.
- Berlatsky, Noah (June 12, 2018). "How Anti-Leftism Has Made Jordan Peterson a Mark for Fascist Propaganda". Pacific Standard.
- Beauchamp, Zack (May 21, 2018). "Jordan Peterson, the obscure Canadian psychologist turned right-wing celebrity, explained". Vox.
- Kraychik, Robert (May 28, 2017). "Dissident Professor Explains Neo-Marxism; 'Women's Studies Should Be Defunded'". The Daily Wire.
- Sixsmith, Ben (November 12, 2017). "Why Are Non-Believers Turning to Their Bibles?". Quillette.
- https://www.youtube.com/watch?v=RIB05YeMiW8