Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Braziliya Cənubi Amerikada dövlət Cənubi Amerika materikinin mərkəzi və şərq hissəsindədir şimalda Venesuela Qayana Suri

Braziliya coğrafiyası

Braziliya coğrafiyası
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Braziliya — Cənubi Amerikada dövlət. Cənubi Amerika materikinin mərkəzi və şərq hissəsindədir. Şimalda Venesuela, Qayana, Surinam, Fransa Qvianası, şimal-qərbdə Kolumbiya, qərbdə Peru və Boliviya, cənub-qərbdə Paraqvay və Argentina, cənubda Uruqvay ilə həmsərhəddir; quru sərhədinin uzunluğu 16 145 km-dir. Şərqdə Atlantika okeanı (bir neçə adası Braziliyanın ərazisinə aiddir, ən mühümləri – Fernandu-di-Noronya, San-Paulu, Trindadi) ilə əhatələnir; sahil xəttinin uzunluğu isə 7491 km-dir. Ərazisinə və əhalisinin sayına görə Braziliya dünyada 5-ci, Latın Amerikasında isə ən böyük dövlətdir. Sahəsi (adalarla birlikdə) 8,5 mln. km². Əhalisi 190,8 mln. (2010). Paytaxtı Brazilia şəhəridir. Rəsmi dil portuqal dili, pul vahidi realdır. İnzibati cəhətdən 26 ştata və 1 Federal dairəyə bölünür.

Braziliya coğrafiyası
Qitə Amerika
Region Cənubi Amerika
Koordinatlar
Sahə
  • 5 (sahəsinə görə yeri)
  • 8 514 877 km²
  • 8 459 417 (99,34%)
  • su: 55 460 0,66%
Sahil xəttinin uzunluğu 7 491 km
Sərhədlər

16 145 км
Argentina: 1 263 km
Boliviya: 3 403км
Kolumbiya: 1 644км
Fransa Qvianası: 649 км
Qayana: 1 308 км
Paraqvay: 1 371 км
Peru: 2 659 км
Surinam: 515 км
Uruqvay: 1 050 км

Venesuela: 2 137км
Ən yüksək nöqtə 2 994 м (Neblina dağı)
Ən alçaq nöqtə 0 m (Atlantik okeanı)
Ən böyük çay Amazonka(6 992 km)
Ən böyük göl Patus gölü (850 km²)
image
image Vikianbarda əlaqəli mediafayllar

Geoloji quruluşu və faydalı qazıntıları

Braziliya ərazisi, əsasən, Cənubi Amerika platformasındadır. Platformanın Kembriyə qədərki bünövrəsi ölkənin şimalında, cənub-şərqində və mərkəzi hissəsində səthə çıxır və Qviana, Atlantikayanı, Mərkəzi Braziliya qalxanlarını, kiçik San-Fransisku, San- Luis və s. massivlərini əmələ gətirir. Bünövrəni təşkil edən süxurlar (qneys, şist, mərmər, kvarsit və s.) intensiv deformasiyaya və metamorfizmə məruz qalmışdır.

Mərkəzi Braziliya qalxanının qırışıqlıq-metamorfik kompleksləri Orta və Üst Proterozoyun çökmə-vulkanogen örtüyü ilə qismən örtülmüşdür. San-Fransisku massivinin cənubunda Erkən Proterozoyun deformasiyaya və metamorfizmə uğramış, dəmirli kvarsitlərlə zəngin terrigen çöküntüləri intişar tapmışdır. Atlantikayanı qalxanın Erkən Kembri yə qədərki kompleksləri Son Proterozoy– Kembridə intensiv tektonomaqmatik təsirə məruz qalmışdır (Braziliya qırışıqlığı). Cənubi Amerika platformasının bü növrəsi Braziliyanın qərbində perikraton çökmə zonasında daha dərinə gömülmüşdür. Burada çöküntü qatın qalınlığı 6 km-dən çoxdur. Atlantika okeanı sahili, şelf zonası və kontinent yamacı boyu Üst mezozoy və kaynozoy çökmələri ilə dolmuş rift çökəkliyi zolağı uzanır. Ölkə ərazisində Son təbaşir və paleogen yaşlı qələvi-ultraəsasi süxurların çoxsaylı plutonları yayılmışdır. Braziliyanın əsas faydalı qazıntıları dəmir, beril, niobium filizləri, boksitlər və bitumlu şistlərdir. Həmçinin uran, volfram, nikel, qalay, mis, neft, qaz, qızıl, manqan filizi, polimetal, nadir metallar, duz və s. faydalı qazıntıları da var.

Relyefi

Braziliya əsasən 5 fiziki-coğrafi zonaya ayrıd edilir:

  • Atlantik okeanı sahil zonası
  • Amazon ovalığı
  • Qviana yaylası
  • Pantanal
image
Neblina zirvəsi

Ölkə ərazisinin böyük hissəsini Braziliya yaylasıı tutur; orta yüksəkliyi şimal və şimal-qərb hissələrində 200–400 m, mərkəzi hissədə (Mərkəzi plato) 700–800 metrədək və şimal-şərqdə 900 metrədəkdir (). Mərkəzi və şimal hissələri üçün tava platolar (şapada) xarakterikdir. Şərqdə struktur-denudasion Serra-du-Espinyasu sıra təpəlikləri (hündürlüyü 2107 metrədək) və Şapada Diamantina platosu (hündürlüyü 1500–1700 m) yerləşir. Yaylanın şərq yamacı təqribən 800 m hündürlükdən pilləli çıxıntılarla Atlantikayanı ovalığa doğru uçurum əmələ gətirir. Ensiz zolaqdan ibarət terraslı Atlantikayanı ovalığın akkumulyativ sahilləri qismən mərcan rifləri ilə əhatələnmişdir.

Braziliya yaylasının cənub-şərq kənarı boyunca Serra-du-Mar, Serra-du-Paranapiakaba, Serra-da-Mantikeyra və s. qaymalı ortadağlıq silsiləəri uzanır. Silsilələr Atlantika okeanına doğru dik uçurumlarla düşərək dərin körfəzlərlə (o cümlədən Rio-de-Janeyro şəhəri yaxınlığındakı ) parçalanmış qayalı abrazion sahillər yaradır. Silsilələrdən qərbə və cənub-qərbə hündürlüyü 300–500 metr olan təpəli düzənliklər (Parana çayının yuxarı axını hövzəsi) və kuest tipli çoxsaylı çıxıntıları (məsələn: Serra-Jeral) olan Parana platosu uzanır.

image
Amazon çayı və Amazon ovalığının tropik meşələri

Ölkənin qərbində Braziliya yaylası bataqlıqlaşmış akkumulyativ Pantanal ovalığından alçaq çıxıntılarla ayrılır. Braziliyanın ucqar cənubunda hündürlüü 200–300 metr olan təpəli yüksəkliklər və Atlantik okeanından geniş qum sayları ilə ayrılan iri laqun gölləri (Patus, Laqoa-Mirin, Mangeyra) olan dənizyanı akkumulyativ ovalıqlar yayılmışdır. Braziliya yaylasından şimalda Amazon ovalığı yerləşir. Amazon ovalığı qərbdə geniş və yastı, şərqdə isə nisbətən yüksəkdir (hündürlüyü 350 metrədək) və çox parçalanmışdır. Şimalda Amazon ovalığı tədricən Qviana yaylasının ayrı-ayrı dağlarla (Neblina d., 2994 m ölkənin ən yüksək nöqtəsi) əhatələnmiş yüksək təpəli düzənliklərinə keçir. Şimal-qərb hissəsində yaylanın digər yüksək zirvəsi Rorayma dağı Venesuela ilə olan sərhəddə yerləşir.

İqlimi

image
Braziliyanın iqlim xəritəsi

Braziliyanın ərazisi şimal-qərbdən cənub-şərqə bir neçə iqlim qurşağında yerləşir: şimal hissəsində, əsasən, ekvatorial, mərkəzi və cənubunda subekvatorial və tropik, ucqar cənub-şərqində subtropik iqlim hakimdir. Ərazisinin böyük hissəsi üçün isti iqlim xarakterikdir. Orta temperatur yanvarda 21–27 °C (şimal-şərq.hissəsində 30 °C-yədək), iyulda 15–26 °C-dir (şərq hissəsinin ortadağlıqlarında və cənub hissəsinin yüksəkliklərində 12 °C-yədək enir). Amazon ovalığının qərb hissəsində və Qviana yaylasının ona bitişik cənub yamaclarında iqlim ekvatorial rütubətlidir.

Yağıntının illik miqdarı 2400–3300 mm, orta aylıq temperatur 24–26 °C-dir. Ovalığın şərq hissəsində və Braziliya və Qviana yaylalarının ona bitişik yamaclarında isə iqlim subekvatorialdır. Yağıntının illik miqdarı 1200–2400 mm, sahil zonalarında 3000 mm-ədəkdir. Orta aylıq temperatur yanvarda 27 °C, iyulda 24 °C-dir. Braziliya yaylasının mərkəzi hissəsində, Pantanal ovalığında və ölkənin şimal-şərqində də iqlim subekvatorialdır. Yağıntının illik miqdarı 1200–2000 mm (şm.-ş.-də 1100–400 mm- ədək azalır), orta aylıq temperatur yanvarda 27 °C (bəzi yerlərdə 30 °C-yədək), iyulda 22–25 °C-yədəkdir. Braziliyanın şərq hissəsinin iqlimi tropik passat, rütubətli və istidir. Yağıntının illik miqdarı 1500 mm-dən (şm.-da) 4500 mm-ədəkdir (cənubda). Orta aylıq temperatur yanvarda 28 °C (şimalda), 26 °C (cənubda), iyulda uyğun olaraq 25 °C və 20 °C-dir.

Parana platosunun iqlimi tropik rütubətlidir. Yağıntının illik miqdarı 1200–1800 mm, orta aylıq temperatur yanvarda 24–26 °C, iyulda 18–21 °C-dir. 24°Cənub enliklərndən cənubda iqlim subtropikdir. Yağıntının illik miqdarı 1000–1400 mm, orta aylıq temperatur yanvarda 21–24 °C, iyul da 12–14 °C-dir. 

Daxili suları

image
Braziliyanın hidroqrafik şəbəkəsi
image
İquasu şəlaləsinin havadan görünüşü

Braziliya ərazisində çay şəbəkəsi olduqca sıxdır. Çaylarının ümumi uzunluğu 27,5 min km-dən çoxdur; hamısı Atlantika okeanı hövzəsinə aiddir. Ölkə ərazisinin 56%-i (Amazon ovalığı, Qviana yaylasının cənubu və Braziliya yaylasının şimalı) Amazon çayı və onun qolları (sağdan: Jurua, Purus, Madeyra, Tapajos, Şinqu, Tokantins; soldan: İsa, Japura, Riu-Neqru) ilə qidalanır. Braziliya yaylasının şərqi San-Fransisku çayı hövzəsinə, şimal-şərqii isə Parnaiba çayı və digər xırda çayların hövzəsinə aiddir. Braziliyanın digər çaylarından Parana və Uruqvay hövzələri ölkənin cənubunu, Paraqvay hövzəsi isə qərbini əhatə edir.

Amazon, Parnaiba və San-Fransisku çayları gəmiçiliyə yararlıdır. Çaylarında çoxlu astanalar və şəlalələr (Parananın qolu İquasu çayında İquasu şəlaləsi, San-Fransisku çayında Paulu-Afonsu şəlaləsi və s.) var. Braziliyanın çayları böyük hidroenerji potensialına malikdir; SES-lər və su anbarları var. Braziliya illik daxili su ehtiyatına görə (8,2 min km³) dünyada 1-ci yerdədir. Bunun yalnız 1%-i təsərrüfat məqsədlərinə (61%-i kənd təsərrüfatına, 21%-i kommunal-məişət təsərrüfatına, 18%-i sənaye müəssisələrinə) sərf olunur. Adam başına illik su təminatı 47 min m³-dir. Ölkə ərazisində 12 hidroqrafik hövzə mövcuddur.

Torpaqlar, bitki örtüyü və heyvanat aləmi

image
Braziliyanın bitki örtüyü xəritəsi

Braziliya üçün olduqca zəngin fauna və flora müxtəlifliyi səciyyəvidir. Braziliyanın ekosistemlərində, müxtəlif hesablamalara görə, dünyada məlum olan bitki və heyvan növlərinin 10%-dən 20%-ə qədəri, o cümlədən 55–56 min ali bitki növü vardır. Ölkə ərazisində yaşayan məməli və şirinsu balıqları növlərinin miqdarına görə Braziliya dünyada birinci yeri tutur. Braziliyada rast gələn suda-quruda yaşayanlar, sürünənlər və quşların endemizm səviyyəsi çox yüksəkdir. Braziliya ərazisinin 60%-indən çoxu meşələrlə örtülüdür. Meşə sahəsinə (5195200 km²) və oduncağın ümumi ehtiyatına görə (təqribən 71 mlrd. m³) Braziliya dünyada əsas yerlərdən birini tutur; evkalipt, şamağacı və Braziliya araukariyası plantasiyalarından ibarət süni əkinlərin sahəsinə (təqribən 5 mln. ha) görə Latın Amerikasında birinci yerdədir. Braziliyada ən kəskin ekoloji problemlərdən biri meşəsizləşmədir; meşələrin qırılma sürəti ildə təqribən 2,3 mln. ha-dır (1990–2000). Meşəsizləşmənin yüksək tempinə baxmayaraq, dünyanın ən iri daimi rütubətli ekvatorial həmişəyaşıl meşələr massivi – hileylər (selvas) Braziliyanın Amazon ovalığının qərb hissəsində yerləşir. Hileylər altında qırmızı-sarı və sarı ferrallitli, çox vaxt qleyləşmiş torpaqlarla yanaşı podzol və bataqlıq torpaqları yayılmışdır. Flora və faunasının növ tərkibinin müstəsna zənginliyi ilə fərqlənən Braziliya hileyləri üçün lianaların, epifitlərin, orxideylərin bol olduğu sıx və çoxyaruslu bitki örtüyü səciyyəvidir. Burada 600-ü təsərrüfat əhəmiyyətli olan 4 min növdən artıq ağac bitir. Bunların arasında Braziliya heveyası və kauçuk kastillası kimi kauçuklu bitkilər, qiymətli oduncağı olan sedrela, sviteniya və s. ağac növləri vardır; şokolad ağacı (kakao), Braziliya qozu, assai kələm palması və s. mühüm qida əhəmiyyətinə malikdir. Amazon ovalığının şərqində və ona bitişik olan Braziliya yaylasının hündür olmayan şimal yamaclarında qırmızı ferrallitli torpaqlarda yarpağınıtökən həmişəyaşıl meşələrlə yanaşı çaylar boyunca seyrək meşəlik və savannalar, qalereyalı meşələr yayılmışdır; Parnaiba çayı hövzəsində seyrək palma meşələri (o cümlədən babassu yağ palması ilə qarışıq) inkişaf etmişdir. Braziliya yaylasının küləktutan kənar dağ massivlərinin şərq yamaclarında və Atlantikayanı ovalıqda yerli bitki örtüyü çox böyük müxtəlifliyi və florasının yüksək endemizmi ilə fərqlənən daim rütubətli həmişəyaşıl tropik meşələrlə təmsil olunur. Tərkibində qiymətli oduncaqlı çoxlu ağac cinsləri (o cümlədən tikanlı sezalpiniya, yaxud paubrazil) olan bu meşələr müasir bitki örtüyündə, vaxtilə geniş təbii areal olmuş ərazinin 5%-dən az hissəsini tutur və əsasən, mühafizə edilən təbiət əraziləri hüdudlarında kiçik sahələr şəklində qalmışdır. Şərqi ("kəşflər sahili") və cənu-şərqi Atlantik okeanının şərq və cənub-şərq sahil boyu ərazilərinin meşə ehtiyatlarıı Ümum dünya irsi siyahısına daxil edilmişdir.

image
Opssium

Braziliyanın şərq hissəsindəki ən yüksək silsilələr üçün yüksəklik qurşaqlığı səciyyəvidir: 600–1200 m yüksəklikdə ağaca bənzər qıjılar və bambuklar üstünlük təşkil edir, epifitlər boldur, daha yuxarıda – ağaclıq yarusunda yarpağınıtökən növlər bitir, torpaqüstü örtük sıxlaşır; 2100–2300 m yüksəklikdən silsilələrin zirvələrini dağ çəmənləri örtür. Silsilələrin külək tutmayan qərb yamacları üçün mövsümi-rütubətli, əsasən, yarpağınıtökən meşələr səciyyəvidir. Parana platosunda 24°Cənub enliyidən cənuba doğru humusla zəngin tünd qırmızı ferrallitli torpaqlarda rast gəlinən subtropik həmişəyaşıl enliyarpaqlı meşələr 500 m yüksəklikdə Braziliya araukariyası və bəzi yerlərdə təmiz əkinlər əmələ gətirən həmişəyaşıl Paraqvay pırkalının üstünlük təşkil etdiyi seyrək iynəyarpaqlı-enliyarpaqlı "pinerayya" meşələri ilə əvəz olunur. Subtropik meşə massivlərinin xeyli hissəsində kənd təsərrüfatı bitkiləri əkilən plantasiyalar salınmışdır. Braziliya yaylasının mərkəzi hissəsində savannalar (kampos) yayılmışdır; torpaq örtüyünün bəzi yerlərində dəmirli konkresiyaların əmələ gətirdiyi bərk qabığı (kanqalı) olan dəmirli torpaqlar daha çoxdur. Çox vaxt otlaq kimi istifadə edilən, kuratella, birsonima, kvaleya cinslərindən alçaqboylu ağaclar olan kolluqlu-xırdaağaclı savannalar (serrados kamposu) üstünlük təşkil edir; bəzi yerlərdə çimli taxıl otları (daşdayan, paspalum növləri və s.) inkişaf etmişdir; çay dərələri boyunca qalereyalı meşələr uzanır, bunlarda kitrəli karnauba palması xüsusilə qiymətlidir. Braziliya yaylasının quraq şimal-sərq hissəsi üçün çınqıllı qırmızıqəhvəyi və qırmızı-qonur yuxa torpaqlarda bitən və alçaqboylu kserofit ağaclardan, tikanlı və sukkulent kolluqlardan ibarət kaatinqa seyrək meşəlikləri səciyyəvidir. Kaatinqada bombakskimilər fəsiləsinin bir neçə növü ilə təmsil edilən butulka ağacları, olduqca çoxdur; sereus və digər cinslərdən olan qəndilvarı və sütunlu kaktuslar, ağacabənzər südləyənkimilər səciyyəvidir. Braziliyanın cənub ovalıqları hüdudlarında və Parana platosunun alçaq sahələrində qırmızımtıl-qara torpaqlarda qiymətli otlaqlar – ağacsız otlu savannalar (limpos kamposu) yayılmışdır. Yağışlı mövsümdə, demək olar ki, tamamilə su altında qalan Pantanal ovalığında tərkibində uzun müddətli subasmanı əvəzləyən hidromorf qleyli torpaqların quruması şəraitinə uyğunlaşmış növlərdən ibarət ot qruplaşmaları ilə yanaşı bataqlıqlar, kol cəngəllikləri, palma meşəlikləri, yarpağınıtökən – həmişəyaşıl meşə adacıqları yerləşir. Brazilyanın Atlantika sahillərinin xeyli hissəsi manqr cəngəllikləri ilə əhatələnmişdir.

Braziliya hileylərində ərincək, kiçik qarışqa yeyən, nəhəng zirehli, tapir, pekarlar, enli burun meymunlar, yaquar; çoxlu sayda quşlar (tutuquşular, tukanlar, Amazon kəkillisi və s.) yaşayır; müxtəlif sürünənlər, suda-quruda yaşayanlar və həşəratlar var. Amazon sularında çoxlu sayda balıq növləri, o cümlədən piranya və uzunluğu 5 metrə çatan Braziliya arapaiması (piraruku), şirinsu delfiniiniya yaşayır, nəhəng susamuruna rast gəlinir. Braziliya yaylasının mərkəzi və şimal rayonları, Amazon ovalığının şərq hissəsi üçün qısaquyruq opossumlar, qarışqayeyənlər, zirehlilər, gəmiricilər (o cümlədən çəltik dağsiçanları), mazama maralları, yırtıcılardan puma, yallı canavar, burun-yenot səciyyəvidir; ornitofauna zəngindir; həşəratlar, xüsusilə kəpənəklər və itarıları çox və müxtəlifdir, termit yuvaları yayılmışdır. Braziliyanın şərqində və cənubunda, insanın daha çox dəyişdirdiyi landşaftda heyvanlar aləmi xeyli kasaddır; Braziliyada nadir və nəsli kəsilməkdə olan 395 növ heyvan vardır (2003). Ümumdünya irsi siyahısına daxil edilmiş Fernandu-di-Noronya adalarında və Rokas mərcan adasında dəniz quşlarının iri koloniyaları yaşayır; sahil suları zəngin ixtiofaunası, dəniz tısbağalarının və dəniz məməlilərinin bolluğu ilə fərqlənir. Pantanal ovalığı üçün olduqca böyük sayda suya yaxın və su quşlarının toplanması səciyyəvidir. Braziliyada ümumi sahəsi 52,6 mln. ha olan 363 mühafizə edilən təbii ərazi, o cümlədən ümumi sahəsi 14,2 mln. ha olan 105 milli park vardır; ən iriləri Jau, Piku-da-Neblinadır. Mərkəzi Amazoniyanın rezervatlar kompleksi, mühafizə edilən Pantanal ovalığı, İquasu, Şapada-dus- Veadeyrus və Emas, Serra-da-Kapivara milli parkları Ümumdünya irsi siyahısına daxil edilmişdir. 

Həmçinin bax

  • Braziliya
  • Braziliyada turizm

Mənbə

Braziliya // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 515–518. ISBN .

Xarici keçidlər

  • География Бразилии
  • Природные условия и ресурсы Бразилии

İstinadlar

  1. «Geography of Brazil» 2015-12-22 at the Wayback MachineCentral Intelligence Agency: The World Factbook. 2008. Consultado em 3 de junho de 2008
  2. Jurandyr Ross. Editora da Universidade de São Paulo. 2005. 5. São Paulo. .Geografia do Brasil [ölü keçid]
  3. Edison Lobão; Fernando César de Moreira Mesquita, Decreto nº 11.902 de 11 de Junho de 1991 (PDF) (Portuguese), State of Maranhão, 11 June 1991, 2019-10-21 tarixində (PDF), İstifadə tarixi: 2016-08-03
  4. "Brasil: Recursos Naturais". Enciclopédia Delta Universal. 3. Rio de Janeiro: Delta. 1982. pp. p. 1451
  5. Principais bacias hidrográficas brasileiras 2014-06-30 at the Wayback Machine Brazilian Environmental Mall. 1996. 15 de dezembro de 2014
  6. Implementation of a convention on biological diversity in Brazil 2021-09-20 at the Wayback Machine Sarita Albagli. Inglês. Encyclopedia of Life Support Systems
  7. "Животные и растения Бразилии: описание, фото бразильской природы". 2020-02-28 tarixində . İstifadə tarixi: 2017-10-28.
  8. "Площадь лесных земель". 2022-03-13 tarixində . İstifadə tarixi: 2017-10-28.
  9. "Исчезающие тропические леса Амазонки". 2021-07-17 tarixində . İstifadə tarixi: 2017-10-28.
  10. Quais são as espécies mais ameaçadas de extinção no Brasil?. 2021-05-14 at the Wayback Machine Angela Joenck

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Braziliya Cenubi Amerikada dovlet Cenubi Amerika materikinin merkezi ve serq hissesindedir Simalda Venesuela Qayana Surinam Fransa Qvianasi simal qerbde Kolumbiya qerbde Peru ve Boliviya cenub qerbde Paraqvay ve Argentina cenubda Uruqvay ile hemserheddir quru serhedinin uzunlugu 16 145 km dir Serqde Atlantika okeani bir nece adasi Braziliyanin erazisine aiddir en muhumleri Fernandu di Noronya San Paulu Trindadi ile ehatelenir sahil xettinin uzunlugu ise 7491 km dir Erazisine ve ehalisinin sayina gore Braziliya dunyada 5 ci Latin Amerikasinda ise en boyuk dovletdir Sahesi adalarla birlikde 8 5 mln km Ehalisi 190 8 mln 2010 Paytaxti Brazilia seheridir Resmi dil portuqal dili pul vahidi realdir Inzibati cehetden 26 stata ve 1 Federal daireye bolunur Braziliya cografiyasiQite AmerikaRegion Cenubi AmerikaKoordinatlar 10 c e 55 q u Sahe 5 sahesine gore yeri 8 514 877 km 8 459 417 99 34 su 55 460 0 66 Sahil xettinin uzunlugu 7 491 kmSerhedler 16 145 km Argentina 1 263 km Boliviya 3 403km Kolumbiya 1 644km Fransa Qvianasi 649 km Qayana 1 308 km Paraqvay 1 371 km Peru 2 659 km Surinam 515 km Uruqvay 1 050 km Venesuela 2 137kmEn yuksek noqte 2 994 m Neblina dagi En alcaq noqte 0 m Atlantik okeani En boyuk cay Amazonka 6 992 km En boyuk gol Patus golu 850 km Vikianbarda elaqeli mediafayllarGeoloji qurulusu ve faydali qazintilariBraziliya erazisi esasen Cenubi Amerika platformasindadir Platformanin Kembriye qederki bunovresi olkenin simalinda cenub serqinde ve merkezi hissesinde sethe cixir ve Qviana Atlantikayani Merkezi Braziliya qalxanlarini kicik San Fransisku San Luis ve s massivlerini emele getirir Bunovreni teskil eden suxurlar qneys sist mermer kvarsit ve s intensiv deformasiyaya ve metamorfizme meruz qalmisdir Merkezi Braziliya qalxaninin qirisiqliq metamorfik kompleksleri Orta ve Ust Proterozoyun cokme vulkanogen ortuyu ile qismen ortulmusdur San Fransisku massivinin cenubunda Erken Proterozoyun deformasiyaya ve metamorfizme ugramis demirli kvarsitlerle zengin terrigen cokuntuleri intisar tapmisdir Atlantikayani qalxanin Erken Kembri ye qederki kompleksleri Son Proterozoy Kembride intensiv tektonomaqmatik tesire meruz qalmisdir Braziliya qirisiqligi Cenubi Amerika platformasinin bu novresi Braziliyanin qerbinde perikraton cokme zonasinda daha derine gomulmusdur Burada cokuntu qatin qalinligi 6 km den coxdur Atlantika okeani sahili self zonasi ve kontinent yamaci boyu Ust mezozoy ve kaynozoy cokmeleri ile dolmus rift cokekliyi zolagi uzanir Olke erazisinde Son tebasir ve paleogen yasli qelevi ultraesasi suxurlarin coxsayli plutonlari yayilmisdir Braziliyanin esas faydali qazintilari demir beril niobium filizleri boksitler ve bitumlu sistlerdir Hemcinin uran volfram nikel qalay mis neft qaz qizil manqan filizi polimetal nadir metallar duz ve s faydali qazintilari da var RelyefiBraziliya esasen 5 fiziki cografi zonaya ayrid edilir Atlantik okeani sahil zonasi Amazon ovaligi Qviana yaylasi PantanalNeblina zirvesi Olke erazisinin boyuk hissesini Braziliya yaylasii tutur orta yuksekliyi simal ve simal qerb hisselerinde 200 400 m merkezi hissede Merkezi plato 700 800 metredek ve simal serqde 900 metredekdir Merkezi ve simal hisseleri ucun tava platolar sapada xarakterikdir Serqde struktur denudasion Serra du Espinyasu sira tepelikleri hundurluyu 2107 metredek ve Sapada Diamantina platosu hundurluyu 1500 1700 m yerlesir Yaylanin serq yamaci teqriben 800 m hundurlukden pilleli cixintilarla Atlantikayani ovaliga dogru ucurum emele getirir Ensiz zolaqdan ibaret terrasli Atlantikayani ovaligin akkumulyativ sahilleri qismen mercan rifleri ile ehatelenmisdir Braziliya yaylasinin cenub serq kenari boyunca Serra du Mar Serra du Paranapiakaba Serra da Mantikeyra ve s qaymali ortadagliq silsileeri uzanir Silsileler Atlantika okeanina dogru dik ucurumlarla duserek derin korfezlerle o cumleden Rio de Janeyro seheri yaxinligindaki parcalanmis qayali abrazion sahiller yaradir Silsilelerden qerbe ve cenub qerbe hundurluyu 300 500 metr olan tepeli duzenlikler Parana cayinin yuxari axini hovzesi ve kuest tipli coxsayli cixintilari meselen Serra Jeral olan Parana platosu uzanir Amazon cayi ve Amazon ovaliginin tropik meseleri Olkenin qerbinde Braziliya yaylasi bataqliqlasmis akkumulyativ Pantanal ovaligindan alcaq cixintilarla ayrilir Braziliyanin ucqar cenubunda hundurluu 200 300 metr olan tepeli yukseklikler ve Atlantik okeanindan genis qum saylari ile ayrilan iri laqun golleri Patus Laqoa Mirin Mangeyra olan denizyani akkumulyativ ovaliqlar yayilmisdir Braziliya yaylasindan simalda Amazon ovaligi yerlesir Amazon ovaligi qerbde genis ve yasti serqde ise nisbeten yuksekdir hundurluyu 350 metredek ve cox parcalanmisdir Simalda Amazon ovaligi tedricen Qviana yaylasinin ayri ayri daglarla Neblina d 2994 m olkenin en yuksek noqtesi ehatelenmis yuksek tepeli duzenliklerine kecir Simal qerb hissesinde yaylanin diger yuksek zirvesi Rorayma dagi Venesuela ile olan serhedde yerlesir IqlimiBraziliyanin iqlim xeritesi Braziliyanin erazisi simal qerbden cenub serqe bir nece iqlim qursaginda yerlesir simal hissesinde esasen ekvatorial merkezi ve cenubunda subekvatorial ve tropik ucqar cenub serqinde subtropik iqlim hakimdir Erazisinin boyuk hissesi ucun isti iqlim xarakterikdir Orta temperatur yanvarda 21 27 C simal serq hissesinde 30 C yedek iyulda 15 26 C dir serq hissesinin ortadagliqlarinda ve cenub hissesinin yuksekliklerinde 12 C yedek enir Amazon ovaliginin qerb hissesinde ve Qviana yaylasinin ona bitisik cenub yamaclarinda iqlim ekvatorial rutubetlidir Yagintinin illik miqdari 2400 3300 mm orta ayliq temperatur 24 26 C dir Ovaligin serq hissesinde ve Braziliya ve Qviana yaylalarinin ona bitisik yamaclarinda ise iqlim subekvatorialdir Yagintinin illik miqdari 1200 2400 mm sahil zonalarinda 3000 mm edekdir Orta ayliq temperatur yanvarda 27 C iyulda 24 C dir Braziliya yaylasinin merkezi hissesinde Pantanal ovaliginda ve olkenin simal serqinde de iqlim subekvatorialdir Yagintinin illik miqdari 1200 2000 mm sm s de 1100 400 mm edek azalir orta ayliq temperatur yanvarda 27 C bezi yerlerde 30 C yedek iyulda 22 25 C yedekdir Braziliyanin serq hissesinin iqlimi tropik passat rutubetli ve istidir Yagintinin illik miqdari 1500 mm den sm da 4500 mm edekdir cenubda Orta ayliq temperatur yanvarda 28 C simalda 26 C cenubda iyulda uygun olaraq 25 C ve 20 C dir Parana platosunun iqlimi tropik rutubetlidir Yagintinin illik miqdari 1200 1800 mm orta ayliq temperatur yanvarda 24 26 C iyulda 18 21 C dir 24 Cenub enliklernden cenubda iqlim subtropikdir Yagintinin illik miqdari 1000 1400 mm orta ayliq temperatur yanvarda 21 24 C iyul da 12 14 C dir Daxili sulariBraziliyanin hidroqrafik sebekesiIquasu selalesinin havadan gorunusu Braziliya erazisinde cay sebekesi olduqca sixdir Caylarinin umumi uzunlugu 27 5 min km den coxdur hamisi Atlantika okeani hovzesine aiddir Olke erazisinin 56 i Amazon ovaligi Qviana yaylasinin cenubu ve Braziliya yaylasinin simali Amazon cayi ve onun qollari sagdan Jurua Purus Madeyra Tapajos Sinqu Tokantins soldan Isa Japura Riu Neqru ile qidalanir Braziliya yaylasinin serqi San Fransisku cayi hovzesine simal serqii ise Parnaiba cayi ve diger xirda caylarin hovzesine aiddir Braziliyanin diger caylarindan Parana ve Uruqvay hovzeleri olkenin cenubunu Paraqvay hovzesi ise qerbini ehate edir Amazon Parnaiba ve San Fransisku caylari gemiciliye yararlidir Caylarinda coxlu astanalar ve selaleler Parananin qolu Iquasu cayinda Iquasu selalesi San Fransisku cayinda Paulu Afonsu selalesi ve s var Braziliyanin caylari boyuk hidroenerji potensialina malikdir SES ler ve su anbarlari var Braziliya illik daxili su ehtiyatina gore 8 2 min km dunyada 1 ci yerdedir Bunun yalniz 1 i teserrufat meqsedlerine 61 i kend teserrufatina 21 i kommunal meiset teserrufatina 18 i senaye muessiselerine serf olunur Adam basina illik su teminati 47 min m dir Olke erazisinde 12 hidroqrafik hovze movcuddur Torpaqlar bitki ortuyu ve heyvanat alemiBraziliyanin bitki ortuyu xeritesi Braziliya ucun olduqca zengin fauna ve flora muxtelifliyi seciyyevidir Braziliyanin ekosistemlerinde muxtelif hesablamalara gore dunyada melum olan bitki ve heyvan novlerinin 10 den 20 e qederi o cumleden 55 56 min ali bitki novu vardir Olke erazisinde yasayan memeli ve sirinsu baliqlari novlerinin miqdarina gore Braziliya dunyada birinci yeri tutur Braziliyada rast gelen suda quruda yasayanlar surunenler ve quslarin endemizm seviyyesi cox yuksekdir Braziliya erazisinin 60 inden coxu meselerle ortuludur Mese sahesine 5195200 km ve oduncagin umumi ehtiyatina gore teqriben 71 mlrd m Braziliya dunyada esas yerlerden birini tutur evkalipt samagaci ve Braziliya araukariyasi plantasiyalarindan ibaret suni ekinlerin sahesine teqriben 5 mln ha gore Latin Amerikasinda birinci yerdedir Braziliyada en keskin ekoloji problemlerden biri mesesizlesmedir meselerin qirilma sureti ilde teqriben 2 3 mln ha dir 1990 2000 Mesesizlesmenin yuksek tempine baxmayaraq dunyanin en iri daimi rutubetli ekvatorial hemiseyasil meseler massivi hileyler selvas Braziliyanin Amazon ovaliginin qerb hissesinde yerlesir Hileyler altinda qirmizi sari ve sari ferrallitli cox vaxt qleylesmis torpaqlarla yanasi podzol ve bataqliq torpaqlari yayilmisdir Flora ve faunasinin nov terkibinin mustesna zenginliyi ile ferqlenen Braziliya hileyleri ucun lianalarin epifitlerin orxideylerin bol oldugu six ve coxyaruslu bitki ortuyu seciyyevidir Burada 600 u teserrufat ehemiyyetli olan 4 min novden artiq agac bitir Bunlarin arasinda Braziliya heveyasi ve kaucuk kastillasi kimi kaucuklu bitkiler qiymetli oduncagi olan sedrela sviteniya ve s agac novleri vardir sokolad agaci kakao Braziliya qozu assai kelem palmasi ve s muhum qida ehemiyyetine malikdir Amazon ovaliginin serqinde ve ona bitisik olan Braziliya yaylasinin hundur olmayan simal yamaclarinda qirmizi ferrallitli torpaqlarda yarpaginitoken hemiseyasil meselerle yanasi caylar boyunca seyrek meselik ve savannalar qalereyali meseler yayilmisdir Parnaiba cayi hovzesinde seyrek palma meseleri o cumleden babassu yag palmasi ile qarisiq inkisaf etmisdir Braziliya yaylasinin kulektutan kenar dag massivlerinin serq yamaclarinda ve Atlantikayani ovaliqda yerli bitki ortuyu cox boyuk muxtelifliyi ve florasinin yuksek endemizmi ile ferqlenen daim rutubetli hemiseyasil tropik meselerle temsil olunur Terkibinde qiymetli oduncaqli coxlu agac cinsleri o cumleden tikanli sezalpiniya yaxud paubrazil olan bu meseler muasir bitki ortuyunde vaxtile genis tebii areal olmus erazinin 5 den az hissesini tutur ve esasen muhafize edilen tebiet erazileri hududlarinda kicik saheler seklinde qalmisdir Serqi kesfler sahili ve cenu serqi Atlantik okeaninin serq ve cenub serq sahil boyu erazilerinin mese ehtiyatlarii Umum dunya irsi siyahisina daxil edilmisdir Opssium Braziliyanin serq hissesindeki en yuksek silsileler ucun yukseklik qursaqligi seciyyevidir 600 1200 m yukseklikde agaca benzer qijilar ve bambuklar ustunluk teskil edir epifitler boldur daha yuxarida agacliq yarusunda yarpaginitoken novler bitir torpaqustu ortuk sixlasir 2100 2300 m yukseklikden silsilelerin zirvelerini dag cemenleri ortur Silsilelerin kulek tutmayan qerb yamaclari ucun movsumi rutubetli esasen yarpaginitoken meseler seciyyevidir Parana platosunda 24 Cenub enliyiden cenuba dogru humusla zengin tund qirmizi ferrallitli torpaqlarda rast gelinen subtropik hemiseyasil enliyarpaqli meseler 500 m yukseklikde Braziliya araukariyasi ve bezi yerlerde temiz ekinler emele getiren hemiseyasil Paraqvay pirkalinin ustunluk teskil etdiyi seyrek iyneyarpaqli enliyarpaqli pinerayya meseleri ile evez olunur Subtropik mese massivlerinin xeyli hissesinde kend teserrufati bitkileri ekilen plantasiyalar salinmisdir Braziliya yaylasinin merkezi hissesinde savannalar kampos yayilmisdir torpaq ortuyunun bezi yerlerinde demirli konkresiyalarin emele getirdiyi berk qabigi kanqali olan demirli torpaqlar daha coxdur Cox vaxt otlaq kimi istifade edilen kuratella birsonima kvaleya cinslerinden alcaqboylu agaclar olan kolluqlu xirdaagacli savannalar serrados kamposu ustunluk teskil edir bezi yerlerde cimli taxil otlari dasdayan paspalum novleri ve s inkisaf etmisdir cay dereleri boyunca qalereyali meseler uzanir bunlarda kitreli karnauba palmasi xususile qiymetlidir Braziliya yaylasinin quraq simal serq hissesi ucun cinqilli qirmiziqehveyi ve qirmizi qonur yuxa torpaqlarda biten ve alcaqboylu kserofit agaclardan tikanli ve sukkulent kolluqlardan ibaret kaatinqa seyrek meselikleri seciyyevidir Kaatinqada bombakskimiler fesilesinin bir nece novu ile temsil edilen butulka agaclari olduqca coxdur sereus ve diger cinslerden olan qendilvari ve sutunlu kaktuslar agacabenzer sudleyenkimiler seciyyevidir Braziliyanin cenub ovaliqlari hududlarinda ve Parana platosunun alcaq sahelerinde qirmizimtil qara torpaqlarda qiymetli otlaqlar agacsiz otlu savannalar limpos kamposu yayilmisdir Yagisli movsumde demek olar ki tamamile su altinda qalan Pantanal ovaliginda terkibinde uzun muddetli subasmani evezleyen hidromorf qleyli torpaqlarin qurumasi seraitine uygunlasmis novlerden ibaret ot qruplasmalari ile yanasi bataqliqlar kol cengellikleri palma meselikleri yarpaginitoken hemiseyasil mese adaciqlari yerlesir Brazilyanin Atlantika sahillerinin xeyli hissesi manqr cengellikleri ile ehatelenmisdir Braziliya hileylerinde erincek kicik qarisqa yeyen neheng zirehli tapir pekarlar enli burun meymunlar yaquar coxlu sayda quslar tutuqusular tukanlar Amazon kekillisi ve s yasayir muxtelif surunenler suda quruda yasayanlar ve heseratlar var Amazon sularinda coxlu sayda baliq novleri o cumleden piranya ve uzunlugu 5 metre catan Braziliya arapaimasi piraruku sirinsu delfiniiniya yasayir neheng susamuruna rast gelinir Braziliya yaylasinin merkezi ve simal rayonlari Amazon ovaliginin serq hissesi ucun qisaquyruq opossumlar qarisqayeyenler zirehliler gemiriciler o cumleden celtik dagsicanlari mazama marallari yirticilardan puma yalli canavar burun yenot seciyyevidir ornitofauna zengindir heseratlar xususile kepenekler ve itarilari cox ve muxtelifdir termit yuvalari yayilmisdir Braziliyanin serqinde ve cenubunda insanin daha cox deyisdirdiyi landsaftda heyvanlar alemi xeyli kasaddir Braziliyada nadir ve nesli kesilmekde olan 395 nov heyvan vardir 2003 Umumdunya irsi siyahisina daxil edilmis Fernandu di Noronya adalarinda ve Rokas mercan adasinda deniz quslarinin iri koloniyalari yasayir sahil sulari zengin ixtiofaunasi deniz tisbagalarinin ve deniz memelilerinin bollugu ile ferqlenir Pantanal ovaligi ucun olduqca boyuk sayda suya yaxin ve su quslarinin toplanmasi seciyyevidir Braziliyada umumi sahesi 52 6 mln ha olan 363 muhafize edilen tebii erazi o cumleden umumi sahesi 14 2 mln ha olan 105 milli park vardir en irileri Jau Piku da Neblinadir Merkezi Amazoniyanin rezervatlar kompleksi muhafize edilen Pantanal ovaligi Iquasu Sapada dus Veadeyrus ve Emas Serra da Kapivara milli parklari Umumdunya irsi siyahisina daxil edilmisdir Hemcinin baxBraziliya Braziliyada turizmMenbeBraziliya Azerbaycan Milli Ensiklopediyasi 25 cildde 4 cu cild Bezirxana Brunel 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2013 seh 515 518 ISBN 978 9952 441 03 1 Xarici kecidlerGeografiya Brazilii Prirodnye usloviya i resursy BraziliiIstinadlar Geography of Brazil 2015 12 22 at the Wayback MachineCentral Intelligence Agency The World Factbook 2008 Consultado em 3 de junho de 2008 Jurandyr Ross Editora da Universidade de Sao Paulo 2005 5 Sao Paulo ISBN 85 314 0245 5 Geografia do Brasil olu kecid Edison Lobao Fernando Cesar de Moreira Mesquita Decreto nº 11 902 de 11 de Junho de 1991 PDF Portuguese State of Maranhao 11 June 1991 2019 10 21 tarixinde PDF Istifade tarixi 2016 08 03 Brasil Recursos Naturais Enciclopedia Delta Universal 3 Rio de Janeiro Delta 1982 pp p 1451 Principais bacias hidrograficas brasileiras 2014 06 30 at the Wayback Machine Brazilian Environmental Mall 1996 15 de dezembro de 2014 Implementation of a convention on biological diversity in Brazil 2021 09 20 at the Wayback Machine Sarita Albagli Ingles Encyclopedia of Life Support Systems Zhivotnye i rasteniya Brazilii opisanie foto brazilskoj prirody 2020 02 28 tarixinde Istifade tarixi 2017 10 28 Ploshad lesnyh zemel 2022 03 13 tarixinde Istifade tarixi 2017 10 28 Ischezayushie tropicheskie lesa Amazonki 2021 07 17 tarixinde Istifade tarixi 2017 10 28 Quais sao as especies mais ameacadas de extincao no Brasil 2021 05 14 at the Wayback Machine Angela Joenck

Nəşr tarixi: İyun 26, 2024, 02:00 am
Ən çox oxunan
  • Mart 22, 2025

    I İsaak Komnenos

  • Aprel 28, 2025

    II Əbubəkr

  • Mart 14, 2025

    II Şahnəzər

  • Fevral 16, 2025

    II İlham Əliyev hökuməti

  • Aprel 28, 2025

    II Vinçenzo Qonzaqa (Mantuya hersoqu)

Gündəlik
  • Vikipediya

  • Filosof

  • Fəlsəfə

  • Avropa ölkələrinin siyahısı

  • Sudanda vətəndaş müharibəsi (2023–hal-hazırda)

  • Berlin (İspaniya teleserialı)

  • Napoleon Bonapart

  • İsveçrə

  • İtaliya

  • 2002

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı