Milad Beygi
Milad Beygi və ya tam adı ilə Milad Beygi Hərçigani (farsca: میلاد بیگی d. 1 mart 1991; İsfahan, İran) — İran əsilli Azərbaycan taekvondoçusu. Milad Beygi, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Milad Beygi, 2015-ci ildə baş tutan I Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. O, həmçinin 2017-ci ildə Tayvanın paytaxtı Taybey şəhərində baş tutan Tələbələrin Universiada Oyunlarınında qalibi olub.
Milad Beygi | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Milad Beygi Hərçigani |
Vətəndaşlığı | İran → Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | İsfahan, İran |
Boyu | 200 sm. |
Çəkisi | 80 kq. |
İdman növü | Taekvondo |
O, həmdə 2016-cı ildə Avropa, 2017-ci ildə isə Dünya çempionu olub. Karyerası ərzində qatıldığı 22 yarışın 19-da qızıl, 1-də gümüş, 2-də isə bürünc medal qazanan Milad Beygi, Azərbaycan yığmasının heyətində 2015 və 2016-cı illərdə Komandalar arası Dünya Kubokunun qalibi olub.
Milad Beygi, I Avropa Oyunlarında qazandığı uğura görə "Şöhrət" ordeni ilə, XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilib.
Həyatı
Milad Beygi Hərçigani 1 mart 1991-ci ildə İranın İsfahan şəhərində anadan olub. Şəxsi məşqçisi Reza Mehmandost, millidə məşqçisi Elnur Amanovdur. Orta təhsilini başa vurandan sonra o, 2012-ci ildə Sepahan Universitetinə qəbul oldu və 2015-ci ildə həmin universiteti bitirdi. Milad Beygi, subaydır.
Karyerası
İran yığmasının heyətində
2014
Milad Beygi beynəlxalq səviyyədə birinci yarışına 2014-cü ildə qatıldı. O, İranın paytaxtı Tehran şəhərində baş tutan hərbçilər arasında Dünya Çempionatında uğurla çıxış etdi. Milad Beygi finala gedən yolda Çinli Lonqu 12:3 və Ermənistan idmançısı, 2008-ci ilin Avropa çempionu Arman Yeremyan 17:9 hesabı ilə məğlub etdi. Həlledici, final görüşündə isə o, Qətər nümayəndəsi Mahmud Həmdi Abdul Rəhim üzərində inamlı, 16:4 hesablı qələbə qazandı və hərbçilər arasında Dünya Çempionatının qalibi oldu.
2015
Bir il sonra isə Milad Beygi, yenə İranın paytaxtı Tehran şəhərində baş tutan yarışa qatıldı. "Fajr Open" yarışının yarım-final mərhələsinin görüşündə o, Fransa idmançısı Torann Maizeroini 8:0 hesabı ilə, final görüşündə isə həmyerlisi, 2011-ci ilin Dünya çempionu, İranlı Fərzad Abdullahini 12:0 hesabı ilə məğlub etdi və "Fajr Open" yarışının çempionu oldu.
Daha sonra, Milad Beyginin şəxsi məşqçisi Reza Mehmandost Azərbaycan yığmasının baş məşqçisi postuna gətirildi. Bir müddət sonra isə İran yığmasında, Mehdi Xodabaxşi ilə rəqabətdə məğlub olan və irimiqyaslı yarışlara buraxılmayan Milad Beygi, Azərbaycan vətəndaşlığını qəbul etdi və Azərbaycan yığmasının üzvü oldu.
Azərbaycan yığmasının heyətində
Milad Beygi | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 1 mart 1991 (30 yaş) |
Doğum yeri |
|
Boyu | 197 sm |
Çəkisi | 80 kq |
İdman növü | taekvondo |
Milad Beygi, Azərbaycan bayrağı altında birinci yarışına 2015-ci ildə qatıldı. Ukraynanın Xarkov şəhərində baş tutan "Ukrayna Open" yarışının yarım-final mərhələsinin görüşündə o, yerli, Ukrayna idmançısı Sergey Çayqanı 7:1 hesabı ilə məğlub etsədə, final görüşündə Türkiyəli Yunus Sarıya 13:15 hesabı ilə məğlub oldu və "Ukrayna Open" yarışının gümüş medalına sahib oldu.
Daha sonra Milad Beygi, Azərbaycan yığması ilə birgə Rusiyanın Çelyabinsk şəhərində baş tutan Dünya Çempionatına yollandı. Amma, Milad Beyginin vətəndaşlığı ilə bağlı problemləri həll olunmadığı üçün o, yarışlardan uzaqlaşdırıldı. Həmin "mundial"-ın çempionu isə İran idmançısı, Milad Beyginin prinsipial rəqibi Mehdi Xudabəxşi oldu.
I Avropa Oyunları
2015-ci ilin iyun ayında isə Milad Beygi, mövsümün əsas yarışına qatıldı. Bakı şəhərində baş tutan I Avropa Oyunlarında o, yarışların əsas favoriti olmasa da, sonda I Avropa Oyunlarının qalibi olmağa bacardı. Milad Beygi birinci görüşdə, 1/8 final mərhələsində Serbiya nümayəndəsi Damir Fejziç ilə üz-üzə gəldi. Həmin görüşdə o, 12:0 hesablı inamlı qələbə qazandı. Yarım-final mərhələsinə gedən yolda Milad Beygi, Birləşmiş Krallığ idmançısı, Avropa çempionu və London Olimpiadasının bürünc medalçısı Lutalo Məhəmməd ilə qarşılaşdı. Həmin görüşdə də o, inamlı qələbə qazandı, 17:5. Yarım-final mərhələsində isə Milad Beyginin rəqibi Portuqaliya nümayəndəsi Xulio Ferreyya oldu. Gərgin görüşün sonunda Milad Beygi 6:2 hesablı qələbə qazandı və yarışların həlledici, final qarşılaşmasına vəsiqə qazandı.
Final görüşündə Milad Beygi 2014-cü ilin Avropa çempionu, Rusiya idmançısı Albert Qaun ilə üz-üzə gəldi. Görüş boyu üstün tərəf olan Milad Beygi, sonda 9:4 hesablı qələbə qazandı və I Avropa Oyunlarının çempionu oldu. Təltifetmə mərasimində Milad Beygi Hərçiganiyə I Avropa Oyunlarının qızıl medalını, Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi. Mərasimin sonunda onun, şərəfinə zalda, Azərbaycan bayrağı qaldırıldı və Azərbaycanın dövlət himni səsləndirildi.
I Avropa Oyunlarında qazandığı uğura görə Milad Beygi, Azərbaycan Prezidenti İlham Əliyevin 1299 nömrəli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edildi. Ona, həmdə prezidentin müvafiq sərəncamı ilə 150 000 manat pul məbləği verildi.
I Avropa Oyunlarından sonra Milad Beygi, birinci yarışına Cənubi Koreyanın Çunçeon şəhərində baş tutan "Koreya Open" yarışında qatıldı. O, yarım-final mərhələsinin görüşündə yerli idmançı üzərində 35:13, final görüşündə isə, yenə yerli idmançı üzərində 15:10 hesablı qələbə qazandı və "Koreya Open" yarışının çempionu oldu.
Mövsümün sonunda Milad Beygi, daha üç beynəlxalq yarışda mübarizə apardı. Polşanın paytaxtı Varşava şəhərində baş tutan "Polşa Open" yarışının final görüşündə o, Norveç nümayəndəsi Riçard Andre Ordemanı 21:2 hesabı ilə məğlub etdi və yarışın qalibi oldu. Rusiyanın paytaxtı Moskva şəhərində baş tutan "Rusiya Open" yarışının final görüşündə də o, qələbə qazandı. Almaniya idmançısı, 2013-cü ilin Dünya çempionu Tahir Güləçə qarşı baş tutan həlledici, final görüşündə Milad Beygi, tam üstün qələbə ilə "Rusiya Open" yarışının çempionu oldu.
Mövsümün son yarışına isə Milad Beygi, Meksikanın paytaxtı Mexiko şəhərində baş tutan Komandalar arası Dünya Kuboku çərçivəsində qatıldı. O, Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Səid Quliyev, Sina Bəhrami və Radik İsayev ilə birgə Azərbaycan yığmasının heyətində çıxış etdi və "A" qrupunda, Belçika, İran və Özbəkistan yığmaları ilə mübarizə apardı. Belçika yığmasını 57:31, Özbəkistan yığmasını isə 31:11 hesabı ilə məğlub edən Azərbaycan yığması, 2010-cu il Dünya Kubokunun qalibi olan İran yığmasına 22:31 hesabı ilə məğlub oldu. Bu məğlubiyyətə baxmayaraq, Azərbaycan yığması 6 xal topladı və 4 yığması sırasında 1-ci yeri tutaraq yarım-final mərhələsinə vəsiqə qazandı. Həlledici, final görüşünə gedən yolda Milad Beygi və yığma yoldaşları, güclü Cənubi Koreya yığması üzərində 48:30 hesablı qələbə qazandı və həlledici, final görüşünə vəsiqə qazandı. Bu görüşdə, Reza Mehmandostun yetirmələri, yenə İran yığması ilə qarşılaşdı. Amma, bu səfər Azərbaycan yığması, daha inamla mübarizə apardı və 42:23 hesabı ilə İran yığmasını məğlub etdi. Tarixində birinci dəfə Dünya Kubokunun qalibi olan Azərbaycan yığmasının heyətində Milad Beygi, yarışın ən yaxşı taekvondoçusu seçildi.
2016
2016-cı il, Milad Beygi üçün əsas mövsümlərdə biri oldu. O, yanvar ayında Türkiyənin İstanbul şəhərində baş tutan "Avropa Olimpiya təsnifat" yarışına qatıldı. Rio-de-Janeyro Olimpiadasına lisenziya verən yarışın birinci mərhələsində Milad Beygi, Latviya idmançısı Janis Kauna ilə üz-üzə gəldi. Həmin görüşdə o, 16:0 hesabı ilə rəqibindən üstün oldu və 1/4 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə o, düşmən dövlətin, Ermənistan nümayəndəsi Arman Yeremyan ilə qarşılaşdı. Milad Beygi həmin rəqibini 2 il əvvəl, 2014-cü ildə baş tutan Hərbçilərin Dünya Çempionatında 17:9 hesabı ilə məğlub etmişdi. Bu səfər də Milad Beygi üstün hesablı qələbə qazandı, 11:1. Lisenziyaya gedən yolda o, yerli, Türkiyəli Yunus Sarı ilə üz-üzə gəldi. Yunus Sarıdan 10:1 hesabı ilə üstün olan Milad Beygi, finala vəsiqə qazanmağla Rio-de-Janeyro Olimpiadasına lisenziya qazandı. Final görüşündə isə o, Polşa nümayəndəsi Pyotr Pazinskini 14:2 hesabı ilə məğlub etdi və vəsiqə ilə yanaşı, yarışların qızıl medalınıda qazandı.
Olimpiya Oyunlarına lisenziya qazanan Milad Beygi, növbəti yarışına yenə Türkiyədə qatıldı. Bu səfər o, Antalya şəhərinin ev sahibliyində baş tutan Klublararası Avropa Çempionatında mübarizə apardı. "Gilan" TK-nun üzvü qismində həmin yarışlara qatılan Milad Beygi, Klublararası Avropa Çempionatının bürünc medalına sahib oldu.
XXXI Yay Olimpiya Oyunları
XXXI Yay Olimpiya Oyunlarından əvvəl Avropa çempionu olan Milad Beygi, yarışların əsas favoritlərindən biri hesab olunurdu. O, reytinq cədvəlinə əsasən tərtib edilən sıralanma turunda, 16 idmançı sırasında 9-cu yerdə qərarlaşdı. Bununlada 9-cu yerdə olan Milad Beygi, qaydalara əsasən 8-ci yerdə olan idmançı, yəni Mali nümayəndəsi İsmayıl Koulibali ilə üz-üzə gəldi. Görüşün favoriti olan Milad Beygi, 13:6 hesablı inamlı qələbə qazandı və 1/4 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə o, prinsipial rəqiblərindən biri, Rio-de-Janeyro Olimpiadasında 1-ci sıra nömrəsinə sahib, son Dünya çempionu (2015-ci ildə), İran idmançısı Mehdi Xodabaxşi ilə qarşılaşdı. Hər üç hissəsi gərgin şəraətdə davam edən görüşdə, Milad Beygi 12 xallıq fərq yaratdı və vaxtından əvvəl qələbə qazandı, 17:5.
Yarım-final mərhələsində isə o, London Olimpiadasının bürünc medalçısı, Birləşmiş Krallıq nümayəndəsi Lutalo Məhəmməd ilə qarşı-qarşıya gəldi. Buna qədər, Milad Beydi artıq iki dəfə Məhəmmədi məğlub etmişdi. İlk dəfə, 2015-ci ildə baş tutan I Avropa Oyunlarında 17:5, ikinci dəfə isə 2016-cı ildə baş tutan Avropa Çempionatında isə 13:1 hesabları ilə. Amma, bu səfər o, rəqibinə məğlub oldu. Gərgin davam edən görüşün sonunda, Milad Beygi 5 xallıq fərqlə Lutalo Məhəmmədə məğlub oldu və arzusunda olduğu XXX Yay Olimpiya Oyunlarının qızıl medalı uğrunda mübarizəni başa vurdu. Amma, bu məğlubiyyətə baxmayaraq Milad Beygi, yarışların medalını qazandı. O, bürünc medal uğrunda görüşdə özündən nisbətən zəif hesab olunan Polşa nümayəndəsi Pyotr Pazinski ilə qarşılaşdı. Həmin görüşdə Milad Beygi, rəqibini vaxtından əvvəl 12:0 hesabı ilə məğlub etdi və XXX Yay Olimpiya Oyunlarının bürünc medalına layiq görüldü.
XXX Yay Olimpiya Oyunlarında qazandığı uğura görə Milad Beygi, Azərbaycan Prezidenti İlham Əliyevin 2292 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edildi. Ona, həmdə prezidentin müvafiq sərəncamı ilə 150 000 manat pul məbləği verildi.
2017
IV İslam Həmrəyliyi Oyunları
Milad Beygi, 2017-ci ildə birinci əsas yarışına Bakı şəhərində baş tutan IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qatıldı. 1/4 final mərhələsində Milad Beygi, Səudiyyə Ərəbistanı idmançısı Məcid Almabruq ilə qarşılaşdı. Həmin görüşdə o, inamlı qələbə qazandı, 21:2. Yarım-final mərhələsində isə Milad Beyginin rəqibi İran nümayəndəsi Əlireza Dərvişpur oldu. Həmin görüşün sonunda da, Milad Beygi 24:4 hesablı asan qələbə qazandı və yarışların həlledici, final qarşılaşmasına vəsiqə qazandı.
Final görüşündə Milad Beygi, 2011-ci ilin Dünya Çempionatının gümüş medalçıçı, Türkiyə idmançısı Yunus Sarı ilə üz-üzə gəldi. Buna qədər Yunus Sarı ilə 5 dəfə üz-üzə gələn və həmin görüşlərin 4-də qələbə qazanan Milad Beygi, yenə Türkiyəli rəqibini "dayanq"-dan məğlub yola saldı. Görüş boyu üstün tərəf olan Milad Beygi, sonda 9:5 hesablı qələbə qazandı və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu. Təltifetmə mərasimi zamanı Milad Beygi Hərçiganiyə IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını, Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi. Mərasimin sonunda onun, şərəfinə zalda, Azərbaycan bayrağı qaldırıldı və Azərbaycanın dövlət himni səsləndirildi.
IV İslam Həmrəyliyi Oyunlarında qazandığı uğura görə Milad Beygiyə, prezidentin müvafiq sərəncamı ilə 150 000 manat pul məbləği verildi.
IV İslam Həmrəyliyi Oyunlarından sonra Milad Beygi, növbəti yarışına Cənubi Koreyanın Muju şəhərində baş tutan Dünya Çempionatında qatıldı. O, birinci görüşdə, 1/32 final mərhələsində Niger idmançısı Djibo Kadri Baqna ilə üz-üzə gəldi. Həmin görüşdə Milad Beygi, asan qələbə qazandı, 30:9. Növbəti mərhələnin görüşündə isə o, Yaponiya nümayəndəsi Hidenori Ebata ilə qarşılaşdı. Həmin görüşdə 18:7 hesablı qələbə qazanan Milad Beygi, 1/8 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə o, İspaniya idmançısı Raul Martinezi, gərgin görüşün sonunda 19:13 hesabı ilə məğlub etdi və 1/4 final mərhələsinə adladı.
İnamla Dünya çempionluğuna addımlayan Milad Beygi, yarım-final mərhələsi uğrunda görüşdə Dominikan Respublikası nümayəndəsi Moises Hernandez ilə üz-üzə gəldi. Rəqibini 19:10 hesabı ilə məğlub edən Milad Beygi, yarım-final mərhələsinə vəsiqə qazandı və ən azından "mundial"-ın bürünc medalını təmin etdi. Finala gedən yolda isə o, üç qat Avropa çempionu, Moldova idmançısı Aaron Kook ilə qarşılaşdı. Aaron Kooku buna qədər iki dəfə, 2015-ci ildə 17:5, 2016-cı ildə isə 13:2 hesabların ilə məğlub edən Milad Beygi, bu səfər rəqibini darmadağın etdi, 41:5 və Dünya Çempionatının həlledici, final görüşünə vəsiqə qazandı.
2017 Dünya Çempionatının 30 iyunda baş tutan həlledici, final görüşündə Milad Beygi, Rusiya nümayəndəsi Anton Kotkov ilə üz-üzə gəldi. Görüşün açıq-aydın favoriti hesab olunan Milad Beygi, rəqibini 21:3 hesabı ilə məğlub etdi və 2017-ci ilin Dünya çempionu oldu. 2016 Rio-de-Janeyro Olimpiadasında qazandığı bürünc medalın təsadüf olduğunu sübut edən Milad Beygi, həmdə bu idman növü üzrə Niyaməddin Paşayev və Radik İsayevdən sonra Dünya çempionu olan üçüncü Azərbaycan idmançısı oldu. Onun, şərəfinə təltifetmə mərasimi zamanı Azərbaycan bayrağı qaldırıldı və Azərbaycanın dövlət himni səsləndirildi.
Uğurları
| Fərdi mükafatları
|
Dövlət təltifləri
- "Şöhrət" ordeni (29 iyun 2015) — 12-28 iyun tarixləri arasında Bakı şəhərində baş tutan I Avropa Oyunlarında qazandığı qızıl medala görə.
- "Azərbaycan Respublikası Prezidentinin" Fəxri Diplomu (1 sentyabr 2016) — 5-21 avqust tarixləri arasında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qazandığı bürünc medala görə.
Görüşlərinin siyahısı
Karyerası ərzində Milad Beygi, 54 dəfə "dayanq" üzərinə çıxıb. 54 görüşün 52-də qələbə, 2-də isə məğlub olan Milad Beygi, qatıldığı 22 yarışın 19-da qızıl, 2-də gümüş, 1-də isə bürünc medala layiq görülüb. Milad Beyginin əsasən üç prinsipial rəqibi var: İranlı Mehdi Xodabaxşi, Birləşmiş Krallığ nümayəndəsi Lutalo Məhəmməd və Türkiyəli Yunus Sarı.
Hələ, İran yığmasının heyətində çıxış edən zaman, Milad Beyginin prinsipial rəqiblərindən biri Mehdi Xodabaxşi idi. O, Mehdi Xodabaxşi ilə yalnızca bir dəfə üz-üzə gəldi. 2016 Rio-de-Janeyro Olimpiadasının 1/4 final mərhələsi çərçivəsində baş tutan görüşdə, Milad Beygi 13:6 hesabı ilə qələbə qazandı. Birləşmiş Krallığ nümayəndəsi Lutalo Məhəmməddə, Milad Beyginin prinsipial rəqiblərindən biridir. O, Lutalo Məhəmməd ilə üç dəfə qarşılaşdı. Lutalo Məhəmmədi, I Avropa Oyunlarının 1/4 final mərhələsində 17:5, 2016 Avropa Çempionatının 1/4 final mərhələsində isə 13:1 hesabı ilə məğlub edən Milad Beygi, rəqibinə yalnızca 2016 Rio-de-Janeyro Olimpiadasının 1/2 final mərhələsində məğlub oldu, 7:12.
Türkiyə nümayəndəsi Yunus Sarıda, Milad Beyginin prinsipial rəqiblərindən biridir. O, Yunus Sarı ilə altı dəfə üz-üzə gəldi. Rəqibinə yalnızca bir dəfə məğlub olan Milad Beygi, digər beş görüşün hamısında qələbə qazanıb.
Sıra | İl | Rəqib | Hesab | Yarış | Şəhər | Qeyd |
---|---|---|---|---|---|---|
2014 | Lonq | 12:3 | Hərbçilərin Dünya Çempionatı | Tehran, İran | 1/4 final mərhələsi | |
Arman Yeremyan | 17:9 | Hərbçilərin Dünya Çempionatı | Tehran, İran | 1/2 final mərhələsi | ||
Mahmud Həmdi Abdul Rəhim | 16:4 | Hərbçilərin Dünya Çempionatı | Tehran, İran | qızıl medal qazandı | ||
2015 | Torann Maizeroi | 8:0 | "Fajr Open" yarışı | Tehran, İran | 1/2 final mərhələsi | |
Fərzad Abdullahi | 12:0 | "Fajr Open" yarışı | Tehran, İran | qızıl medal qazandı | ||
2015 | Sergey Çayqa | 7:1 | "Ukrayna Open" yarışı | Xarkov, Ukrayna | 1/2 final mərhələsi | |
Yunus Sarı | 13:15 | "Ukrayna Open" yarışı | Xarkov, Ukrayna | gümüş medal qazandı | ||
Damir Fejziç | 12:0 | Avropa Oyunları | Bakı, Azərbaycan | 1/8 final mərhələsi | ||
Lutalo Məhəmməd | 17:5 | Avropa Oyunları | Bakı, Azərbaycan | 1/4 final mərhələsi | ||
Xulio Ferreyra | 6:2 | Avropa Oyunları | Bakı, Azərbaycan | 1/2 final mərhələsi | ||
Albert Qaun | 9:4 | Avropa Oyunları | Bakı, Azərbaycan | qızıl medal qazandı | ||
??? | 35:13 | "Koreya Open" yarışı | Çunçeon, Cənubi Koreya | 1/2 final mərhələsi | ||
??? | 15:10 | "Koreya Open" yarışı | Çunçeon, Cənubi Koreya | qızıl medal qazandı | ||
Aaron Kook | 17:5 | "Polşa Open" yarışı | Varşava, Polşa | 1/2 final mərhələsi | ||
Riçard Andre Ordeman | 21:2 | "Polşa Open" yarışı | Varşava, Polşa | qızıl medal qazandı | ||
Heydər Şqara | 14:1 | "Rusiya Open" yarışı | Moskva, Rusiya | 1/2 final mərhələsi | ||
Tahir Güləç | +:- | "Rusiya Open" yarışı | Moskva, Rusiya | qızıl medal qazandı | ||
2016 | Janis Kauna | 16:0 | "Avropa Olimpiya təsnifat" yarışı | İstanbul, Türkiyə | 1/8 final mərhələsi | |
Arman Yeremyan | 11:1 | "Avropa Olimpiya təsnifat" yarışı | İstanbul, Türkiyə | 1/4 final mərhələsi | ||
Yunus Sarı | 10:1 | "Avropa Olimpiya təsnifat" yarışı | İstanbul, Türkiyə | 1/2 final mərhələsi | ||
Pyotr Pazinski | 14:2 | "Avropa Olimpiya təsnifat" yarışı | İstanbul, Türkiyə | qızıl medal qazandı | ||
Aaron Kook | 13:2 | "DTF Prezident Kuboku" yarışı | Bonn, Almaniya | 1/2 final mərhələsi | ||
Yunus Sarı | 12:4 | "DTF Prezident Kuboku" yarışı | Bonn, Almaniya | qızıl medal qazandı | ||
İvan Karayloviç | 13:0 | Avropa Çempionatı | Montre, İsveçrə | 1/8 final mərhələsi | ||
Lutalo Məhəmməd | 13:1 | Avropa Çempionatı | Montre, İsveçrə | 1/4 final mərhələsi | ||
Pyotr Pazinski | 16:4 | Avropa Çempionatı | Montre, İsveçrə | 1/2 final mərhələsi | ||
Yunus Sarı | 5:0 | Avropa Çempionatı | Montre, İsveçrə | qızıl medal qazandı | ||
Luka Xorvat | 13:1 | "Lüksemburq Open" yarışı | Lüksemburq, Lüksemburq | qızıl medal qazandı | ||
İsmayıl Koulibali | 13:6 | Olimpiya Oyunları | Rio-de-Janeyro, Braziliya | 1/8 final mərhələsi | ||
Mehdi Xodabaxşi | 13:6 | Olimpiya Oyunları | Rio-de-Janeyro, Braziliya | 1/4 final mərhələsi | ||
Lutalo Məhəmməd | 7:12 | Olimpiya Oyunları | Rio-de-Janeyro, Braziliya | 1/2 final mərhələsi | ||
Pyotr Pazinski | 12:0 | Olimpiya Oyunları | Rio-de-Janeyro, Braziliya | bürünc medal qazandı | ||
İvan Karayloviç | 18:4 | "Xorvatiya Open" yarışı | Zaqreb, Xorvatiya | 1/2 final mərhələsi | ||
Roberto Botta | +:- | "Xorvatiya Open" yarışı | Zaqreb, Xorvatiya | qızıl medal qazandı | ||
Heydər Şqara | 14:0 | "Qran-Pri" yarışı | Bakı, Azərbaycan | 1/8 final mərhələsi | ||
Hun Kim | 24:1 | "Qran-Pri" yarışı | Bakı, Azərbaycan | 1/4 final mərhələsi | ||
Rene Lizarraqa Valenzuela | 18:0 | "Qran-Pri" yarışı | Bakı, Azərbaycan | 1/2 final mərhələsi | ||
Seyf Eyssa | 12:0 | "Qran-Pri" yarışı | Bakı, Azərbaycan | qızıl medal qazandı | ||
2017 | Con Asp | 37:11 | "DTF Prezident Kuboku" yarışı | Afina, Yunanıstan | 1/2 final mərhələsi | |
Yunus Sarı | 10:1 | "DTF Prezident Kuboku" yarışı | Afina, Yunanıstan | qızıl medal qazandı | ||
Məcid Almabruq | 21:2 | İslam Həmrəyliyi Oyunları | Bakı, Azərbaycan | 1/4 final mərhələsi | ||
Əlireza Dəvrişpur | 24:4 | İslam Həmrəyliyi Oyunları | Bakı, Azərbaycan | 1/2 final mərhələsi | ||
Yunus Sarı | 9:5 | İslam Həmrəyliyi Oyunları | Bakı, Azərbaycan | qızıl medal qazandı | ||
Djibo Kadri Baqna | 30:9 | Dünya Çempionatı | Muju, Cənubi Koreya | 1/32 final mərhələsi | ||
Hidenori Ebata | 18:7 | Dünya Çempionatı | Muju, Cənubi Koreya | 1/16 final mərhələsi | ||
Raul Martinez | 19:13 | Dünya Çempionatı | Muju, Cənubi Koreya | 1/8 final mərhələsi | ||
Moises Hernandez | 19:10 | Dünya Çempionatı | Muju, Cənubi Koreya | 1/4 final mərhələsi | ||
Aaron Kook | 41:5 | Dünya Çempionatı | Muju, Cənubi Koreya | 1/2 final mərhələsi | ||
Anton Kotkov | 21:3 | Dünya Çempionatı | Muju, Cənubi Koreya | qızıl medal qazandı | ||
Jean Miçel Fernandes | 29:1 | Universiada Oyunları | Taybey, Tayvan | 1/16 final mərhələsi | ||
Boqdan Qreçkin | 25:8 | Universiada Oyunları | Taybey, Tayvan | 1/8 final mərhələsi | ||
Hidenori Ebata | 32:15 | Universiada Oyunları | Taybey, Tayvan | 1/4 final mərhələsi | ||
Vei-Tinq Liu | 12:4 | Universiada Oyunları | Taybey, Tayvan | 1/2 final mərhələsi | ||
Raul Martinez Qarsiya | 6:3 | Universiada Oyunları | Taybey, Tayvan | qızıl medal qazandı | ||
Seyf Eyssa | 12:13 | Rabat, Mərakeş | bürünc medal qazandı |
Həmçinin bax
Mənbələr
İstinadlar
- ↑ "Milad Beigi Harchegani. (ing.)". www.baku2015.com (I Avropa Oyunlarının rəsmi saytı). 2017-07-03 tarixində . İstifadə tarixi: 3 iyul 2017.
- ↑ "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı. (azərb.)". www.president.az (Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı). 2017-07-03 tarixində . İstifadə tarixi: 29 iyun 2015.
- ↑ "XXXI Yay Olimpiya Oyunları qaliblərinin və Azərbaycan idmanının inkişafında xidmətləri olan şəxslərin "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı. (azərb.)". www.president.az (Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı). 2017-07-03 tarixində . İstifadə tarixi: 1 sentyabr 2016.
- ↑ . www.premyer.az. 2017-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2017.
- ↑ Milad Beyginin www.taekwondodata.com saytında rəsmi profili
- ↑ "Azərbaycan yığması "Ukrayna Open" beynəlxalq yarışında 10 idmançı ilə təmsil olunacaq. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-03 tarixində . İstifadə tarixi: 9 aprel 2015.
- "Azərbaycan yığması "Ukrayna Open" beynəlxalq yarışında 7 medal qazanıb. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-03 tarixində . İstifadə tarixi: 14 aprel 2015.
- ↑ "Damir Fejziç (Serbiya) - Milad Beygi Hərçigani (Azərbaycan). (ing.)". www.baku2015.com (I Avropa Oyunlarının rəsmi saytı). 2017-07-03 tarixində . İstifadə tarixi: 18 iyun 2015.
- ↑ "Lutalo Məhəmməd (Birləşmiş Krallığ) - Milad Beygi Hərçigani (Azərbaycan). (ing.)". www.baku2015.com (I Avropa Oyunlarının rəsmi saytı). 2017-07-03 tarixində . İstifadə tarixi: 18 iyun 2015.
- ↑ "Xulio Ferreyra (Portuqaliya) - Milad Beygi Hərçigani (Azərbaycan). (ing.)". www.baku2015.com (I Avropa Oyunlarının rəsmi saytı). 2017-07-03 tarixində . İstifadə tarixi: 18 iyun 2015.
- ↑ "Milad Beygi Hərçigani (Azərbaycan) - Albert Qaun (Rusiya). (ing.)". www.baku2015.com (I Avropa Oyunlarının rəsmi saytı). 2017-07-03 tarixində . İstifadə tarixi: 18 iyun 2015.
- "Azərbaycan daha bir qızıl medal sevinci yaşadı. Milad Beygi Hərçigani I Avropa Oyunlarının qızıl medalını qazandı. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-05 tarixində . İstifadə tarixi: 18 iyun 2015.
- ↑ "İlham Əliyev I Avropa Oyunlarında Azərbaycanın qazandığı 12-ci qızıl medalı Milad Beygi Hərçiganiyə təqdim etdi . (azərb.)". www.president.az (Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı). 2017-07-05 tarixində . İstifadə tarixi: 18 iyun 2015.
- "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1299 nömrəli Sərəncamı. (azərb.)". www.e-qanun.az. 2017-07-03 tarixində . İstifadə tarixi: 29 iyun 2015.
- ↑ "Azərbaycan yığması "Koreya Open" beynəlxalq yarışında mübarizə aparır. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-05 tarixində . İstifadə tarixi: 25 iyul 2015.
- "Azərbaycan yığması "Koreya Open" beynəlxalq yarışında 3 medal qazanıb. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-05 tarixində . İstifadə tarixi: 28 iyul 2015.
- ↑ "Azərbaycan yığması "Polşa Open" beynəlxalq yarışında 7 medal qazanıb. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-07 tarixində . İstifadə tarixi: 31 avqust 2015.
- ↑ "I Avropa Oyunlarının qalibi Milad Beygi Hərçigani Rusiyada baş tutan beynəlxalq yarışda qızıl medal qazandı. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-07 tarixində . İstifadə tarixi: 27 sentyabr 2015.
- "Azərbaycan yığmasının üzvləri İstanbul şəhərində, Rio-de-Janeyro Olimpiadasına lisenziya qazanmağa çalışacaqlar. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-07 tarixində . İstifadə tarixi: 6 yanvar 2016.
- ↑ "Milad Beygi, erməni idmançıya qalib gəldi və Rio-de-Janeyro Olimpiadasına lisenziya qazandı. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-07 tarixində . İstifadə tarixi: 17 yanvar 2016.
- "XXXI Yay Olimpiya Oyunları qaliblərinin və Azərbaycan idmanının inkişafında xidmətləri olan şəxslərin "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2292 nömrəli Sərəncamı. (azərb.)". www.president.az (Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı). 2017-07-03 tarixində . İstifadə tarixi: 1 sentyabr 2016.
- "Taekvondo üzrə Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında 12 idmançı ilə təmsil olunacaq. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-08 tarixində . İstifadə tarixi: 7 may 2017.
- ↑ "IV İslam Həmrəyliyi Oyunları: Taekvondoçularımız Fəridə Əzizova və Milad Beygi Hərçigani birinci görüşlərində qələbə qazanıb. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-08 tarixində . İstifadə tarixi: 17 may 2017.
- "IV İslam Həmrəyliyi Oyunları: Taekvondoçularımız yarım-final mərhələsində rəqibləri müəyyənləşib. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-08 tarixində . İstifadə tarixi: 17 may 2017.
- "IV İslam Həmrəyliyi Oyunları: Taekvondoçumuz Milad Beygi Hərçigani "İslamiada"-nın finalında. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-08 tarixində . İstifadə tarixi: 17 may 2017.
- ↑ "IV İslam Həmrəyliyi Oyunları: Taekvondoçumuz Milad Beygi Hərçigani IV İslam Həmrəyliyi Oyunlarının çempionudur. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-08 tarixində . İstifadə tarixi: 17 may 2017.
Xarici кeçidlər
- Vikianbarda Milad Beygi ilə əlaqəli mediafayllar var
- Milad Beyginin www.taekwondodata.com saytında rəsmi profili