Qarabağ FK Avropa yarışlarında
"Qarabağ" Futbol Klubu və ya sadəcə "Qarabağ", Azərbaycan Premyer Liqasında çıxış edən və 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindəm bir qismi işğal olunan Ağdam şəhərini təmsil edən Azərbaycanın Futbol Klubu.
"Qarabağ"-ın ev oyunları, Tofiq Bəhramov Stadionunda baş tutur. 2012-ci ildə yenidən qurulan stadionun tutumu, 31 200 nəfərdir. "Qarabağ"-ın heyətində UEFA yarışlarında, ən çox meydana çıxan futbolçu Rəşad Sadıqov (52), ən çox qol vuran futbolçu isə Reynaldodur (11).
Qısa tarixi
1996—2007-ci illər
"Qarabağ" UEFA səviyyəsində birinci yarışına, 1996/1997-ci illər mövsümündə UEFA Kuboкlar Kuboкu turniri çərçivəsində qatıldı. Avqustun 8-də Tofiq Bəhramov Stadionunda Finlandiyanın "MyuPa" futbolçularına qarşı baş tutan birinci görüşdə "Qarabağ", 83-cü dəqiqədə buraxdığı qolla rəqibinə 0:1 hesabı ilə məğlub oldu. Avqustun 22-də baş tutan cavab görüşündə, "Qarabağ" 1:0 hesabı ilə qalib gəldi. Komandanın yeganə qolunu, 27-ci dəqiqədə Bəxtiyar Musayev vurdu. Əlavə vaxtda isə "Qarabağ", 119-cu dəqiqədə buraxdığı qolla, ümumi nəticədə "MyuPa" futbolçulara 1:2 hesabı ilə məğlub oldu və yarışlarda mübarizəni dayandırdı.
1997/1998-ci illər mövsümündə "Qarabağ", UEFA Kuboкu turnirində mübarizə apardı. İyulun 23-də Çexiyanın "Yablonets" futbolçularına qarşı baş tutan birinci görüşdə "Qarabağ", rəqibinə 0:5 hesabı ilə məğlub oldu. Bir həftə sonra, Tofiq Bəhramov Stadionunun ev sahibliyində baş tutan cavab görüşündə isə "Qarabağ", 0:3 hesabı ilə "Yablonets" futbolçularına məğlub oldu və ümumi nəticədə 8:0 hesablı qələbə qazanan Çexiya təmsilçisi növbəti mərhələyə vəsiqə qazandı.
Növbəti, 1998/1999-cu illər mövsümündə "Qarabağ", UEFA Kuboкlar Kuboкu turnirində çıxış etdi. Turnirin I mərhələsində Danimarkanın "Kopenhagen" futbolçuları ilə üz-üzə gələn və 0:4, 0:6 hesabları ilə rəqibinə məğlub olan Ağdam təmsilçisi, yenədə mübarizəni dayandırdı.
1999/2000-ci illər mövsümü isə "Qarabağ" üçün əhəmiyyətli oldu. Komanda, tarixində birinci dəfə olaraq mərhələ adlamağı bacardı. UEFA İntertoto Kuboкu turnirində debüt edən "Qarabağ", I mərhələdə İsrailin "Makkabi" Hayfa futbolçuları ilə qarşılaşdı. İsraildə baş tutan birinci görüşdə, Müşfiq Hüseynovun 27 və 90-cı dəqiqədə vurduğu qollar sayəsində "Qarabağ" 2:1 hesablı qələbə qazandı. Cavab görüşündə "Qarabağ", rəqibinə 0:1 hesabı ilə məğlub olsada, səfərdə vurulan qolların hesabına məhz "Qarabağ", növbəti mərhələyə vəsiqə qazandı. II mərhələdə isə Ağdam təmsilçisi, Fransanın "Monpelye" futbolçuları ilə üz-üzə gəldi və 0:3, 0:6 hesabları ilə rəqibinə məğlub olaraq turnirdə mübarizəni dayandırdı.
"Qarabağ" növbəti dəfə UEFA səviyyəsində yarışa, 2004-cü ildə qatıldı. Həmin mövsümdə "Qarabağ", UEFA Kuboкu turnirinin I təsnifat mərhələsi çərçivəsində Slovakiyanın "Dukla" futbolçuları ilə qarşılaşdı. Birinci görüşdə 0:1, cavab görüşündə isə 0:3 hesabı ilə rəqibinə məğlub olan "Qarabağ", yarışda mübarizəni dayandırdı.
2006/2007-ci illər mövsümündə də "Qarabağ", Avropada uğurla çıxış edə bilmədi. Komanda, UEFA Kuboкu turnirinin I təsnifat mərhələsi çərçivəsində Moldovanın "Zimbru" Kişinyov futbolçuları ilə üz-üzə gəldi. Həm birinci görüş, həmdə cavab görüşü 1:1 hesabı ilə başa çatdı. Əlavə vaxtın 100-cü dəqiqəsində isə, Moldova təmsilçi qol vurdu və nəticədə, növbəti mərhələyə "Zimbru" Kişinyov futbolçuları adladı.
2009—2017-ci illər
2008-ci ildə "Qarabağ"-ın baş məşqçisi postuna Qurban Qurbanovun gətirilməsi ilə, "Qarabağ" Avropa yarışlarında ciddi uğurlara imza atmağa başladı.
2009-cu il 16 iyulda "Qarabağ", Norveçdə yerli "Rusenborq" futbolçuları ilə üz-üzə gəldi. UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutan görüş, 0:0 hesabı ilə başa çatdı. 23 iyulda baş tutan cavab görüşünün 45+1 dəqiqəsində isə, "Qarabağ"-ın yeni transferi Rəşad Sadıqov, cərimə zərbəsindən uzun müddət yaddaşlarda qalacaq baxımlı qol vurdu. Görüş, "Qarabağ"-ın 1:0 hesablı qələbəsi ilə başa çatdı. III tətəsnifat mərhələsi "Qarabağ", Finlandiyanın "Honka" futbolçuları ilə qarşılaşdı. "Qarabağ", Finlandiyada baş tutan birinci görüşdə 1:0, cavab görüşündə isə 2:1 hesablı qələbə qazandı və tarixində birinci dəfə olaraq UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Həmin mərhələdə isə "Qarabağ", Niderlandın "Tvente" futbolçuları ilə qarşılaşdı. Birinci görüşün 8-ci dəqiqəsində "Qarabağ"-ın heyətidə Vüqar Nadirov hesabı açsada, sonda "Tvente" futbolçuları 3:1 hesablı qələbə qazandı. Cavab görüşün isə 0:0 hesabı ilə başa çatdı və ümumi nəticədə növbəti mərhələyə, "Tvente" futbolçuları adladı.
Növbəti, 2009/2010-cu illər mövsümündə "Qarabağ", yenə UEFA Avropa Liqasında çıxış etdi. I təsnifat mərhələsində "Qarabağ", Makedoniyanın "Metallurq" futbolçuları ilə üz-üzə gəldi. Birinci görüşdə 4:1 hesabı ilə "Qarabağ" qalib gəldi, cavab görüşündə isə 1:1 hesabı qeydə alındı. Növbəti, II təsnifat mərhələsində "Qarabağ", Şimali İrlandiyanın "Portadaun" futbolçuları ilə qarşılaşdı. Eyni adlı şəhərdə baş tutan birinci görüşdə, Əfran İsmayılovun 67 və 87-ci dəqiqələrdə vurduğu qollar sayəsində, "Qarabağ" 2:1 hesablı qələbə qazandı. 1:1 hesabı ilə başa çatan cavab görüşündə də, Əfran İsmayılov fərqləndi və ümumi nəticədə "Qarabağ", 3:2 hesablı qələbə qazandı və III təsnifat mərhələsinə adladı. Həmin mərhələdə "Qarabağ", Polşanın məşhur "Visla" Krakov futbolçuları ilə üz-üzə gəldi. Krakov şəhərində baş tutan görüşdə, Vüqar Nadirovun qolu sayəsində "Qarabağ", minimal hesablı qələbə qazandı. Cavab görüşündə də, "Qarabağ" inamlı təsir bağışladı və 3:2 hesablı qələbə qazanaraq, ardıcıl ikinci dəfə UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Qrup mərhələsinə gedən yolda isə "Qarabağ", Almaniyanın məşhur "Borussiya" Dortmund futbolçularına məğlub oldu. "Qarabağ", Dortmund şəhərində baş tutan birinci görüşdə 0:4, cavab görüşündə isə 0:1 hesabı ilə məğlub oldu və ardıcıl ikinci dəfə, qrup mərhələsinin astanasında mübarizəni dayandırdı.
Nəticələri
Oyunlar
- I t. m. = I təsnifat mərhələsi, II t. m. = II təsnifat mərhələsi, III t. m. = III təsnifat mərhələsi, Qrup m. = Qrup mərhələsi
- I m. = I mərhələ, II m. = II mərhələ, III m. = III mərhələ
- s.q. = Səfərdə vurulan qol hesabına, ə. v. = Əlavə vaxt hesabına
Mövsüm | Turnir | Mərhələ | Rəqib | Ev | Səfər | Nəticə | |
---|---|---|---|---|---|---|---|
1996–97 | UEFA Kuboklar Kuboku | I təsnifat mərhələsi | MyuPa 47 | 0–1 | 1–1 | 1–2 | |
1997–98 | UEFA Kuboku | I təsnifat mərhələsi | Yablonets | 0–3 | 0–5 | 0–8 | |
1998–99 | UEFA Kuboklar Kuboku | I təsnifat mərhələsi | Kopenhagen | 0–4 | 0–6 | 0–10 | |
1999 | UEFA İntertoto Kuboku | I mərhələ | Makkabi Hayfa | 0–1 | 2–1 | 2–2 | |
II mərhələ | Monpelye | 0–3 | 0–6 | 0–9 | |||
2004–05 | UEFA Kuboku | I təsnifat mərhələsi | Dukla | 0–1 | 0–3 | 0–4 | |
2006–07 | UEFA Kuboku | I təsnifat mərhələsi | Zimbru | 1–2 | 1–1 | 2–3 | |
2009–10 | UEFA Avropa Liqası | II təsnifat mərhələsi | Rusenborq | 1–0 | 0–0 | 1–0 | |
III təsnifat mərhələsi | Honka | 2–1 | 1–0 | 3–1 | |||
Pley-off | Tvente | 0–0 | 1–3 | 1–3 | |||
2010–11 | UEFA Avropa Liqası | I təsnifat mərhələsi | Metallurq | 4–1 | 1–1 | 5–2 | |
II təsnifat mərhələsi | Portadaun | 1–1 | 2–1 | 3–2 | |||
III təsnifat mərhələsi | Visla Krakov | 3–2 | 1–0 | 4–2 | |||
Pley-off | Borussiya Dortmund | 0–1 | 0–4 | 0–5 | |||
2011–12 | UEFA Avropa Liqası | I təsnifat mərhələsi | Banqa | 3–0 | 4–0 | 7–0 | |
II təsnifat mərhələsi | EB Streymur | 0–0 | 1–1 | 1–1 | |||
III təsnifat mərhələsi | Brügge | 1–0 | 1–4 | 2–4 | |||
2013–14 | UEFA Avropa Liqası | I təsnifat mərhələsi | Metallurq | 1–0 | 1–0 | 2–0 | |
II təsnifat mərhələsi | Piast | 2–1 | 2–2 | 4–3 | |||
III təsnifat mərhələsi | Gefle | 1–0 | 2–0 | 3–0 | |||
Pley-off | Ayntraxt Frankfurt | 1–2 | 0–2 | 1–4 | |||
2014–15 | UEFA Çempionlar Liqası | II təsnifat mərhələsi | Valletta | 4–0 | 1–0 | 5–0 | |
III təsnifat mərhələsi | Red Bull Salzburq | 2–1 | 0–2 | 2–3 | |||
UEFA Avropa Liqası | Pley-off | Tvente | 0–0 | 1–1 | 1–1 | ||
F qrupu | Sent-Etyen | 0–0 | 1–1 | 3-cü yer | |||
İnter Milan | 0–0 | 0–2 | |||||
Dnepr | 1–2 | 1–0 | |||||
2015–16 | UEFA Çempionlar Liqası | II təsnifat mərhələsi | Rudar | 0–0 | 1–0 | 1–0 | |
III təsnifat mərhələsi | Seltik | 0–0 | 0–1 | 0–1 | |||
UEFA Avropa Liqası | Pley-off | Yanq-Boyz | 3–0 | 1–0 | 4–0 | ||
J qrupu | Tottenhem Hotspur | 0–1 | 1–3 | 4-cü yer | |||
Anderlext | 1–0 | 1–2 | |||||
Monako | 1–1 | 0–1 | |||||
2016–17 | UEFA Çempionlar Liqası | II təsnifat mərhələsi | F91 Düdelanj | 2–0 | 1–1 | 3–1 | |
III təsnifat mərhələsi | Viktoriya Plzen | 1–1 | 0–0 | 1–1 | |||
UEFA Avropa Liqası | Pley-off | Göteborq | 3–0 | 0–1 | 3–1 | ||
J qrupu | Slovan Liberets | 1–1 | 0–3 | 3-cü yer | |||
Fiorentina | 1–2 | 1–5 | |||||
PAOK | 2–0 | 1–0 | |||||
2017–18 | UEFA Çempionlar Liqası | II təsnifat mərhələsi | Samtredia | 5–0 | 1–0 | 6–0 | |
III təsnifat mərhələsi | Şerif Tiraspol | 0–0 | 2–1 | 2–1 | |||
Pley-off | Kopenhagen | 1–0 | 1–2 | 2–2 | |||
C qrupu | Çelsi | 0–4 | 0–6 | 4-cü yer | |||
Roma | 1–2 | 0–1 | |||||
Atletiko Madrid | 0–0 | 1–1 | |||||
2018–19 | UEFA Çempionlar Liqası | I təsnifat mərhələsi | Olimpiya Lyublyana | 0–0 | 1–0 | 1–0 | |
II təsnifat mərhələsi | Kukesi | 3–0 | 0–0 | 3–0 | |||
III təsnifat mərhələsi | BATE Borisov | 0–1 | 1–1 | 1–2 | |||
UEFA Avropa Liqası | Pley-off | Şerif Tiraspol | 3–0 | 0–1 | 3–1 | ||
E qrupu | Arsenal | 0–3 | 0–1 | 4-cü yer | |||
Sportinq Lissabon | 1–6 | 0–2 | |||||
Vorskla Poltava | 0–1 | 1–0 | |||||
2019–20 | UEFA Çempionlar Liqası | I təsnifat mərhələsi | Partizani Tirana | 2–0 | 0–0 | 2–0 | |
II təsnifat mərhələsi | Dandolk | 3–0 | 1–1 | 4–1 | |||
III təsnifat mərhələsi | APOEL | 0–2 | 2–1 | 2–3 | |||
UEFA Avropa Liqası | Pley-off | Linfild | 2–1 | 2–3 | 4–4 | ||
A qrupu | Sevilya | 0–3 | 0–2 | 3-cü yer | |||
APOEL | 2–2 | 1–2 | |||||
Dudelanj | 1–1 | 4–1 | |||||
2020–21 | UEFA Çempionlar Liqası | I təsnifat mərhələsi | Sileks FK | 4–0 | 4–0 | ||
II təsnifat mərhələsi | Şerif Tiraspol | 2–1 | 2–1 | ||||
III təsnifat mərhələsi | Molde | 0–0 (p. 5-6) | 0–0 | ||||
UEFA Avropa Liqası | Pley-off | Legiya Varşava | 3–0 | 3–0 | |||
I qrupu | Vilyarreal | 1-3 | 0-3 | 4-cü yer | |||
Sivasspor | 2-3 | 0-2 | |||||
Makkabi Təl-Əviv | 1-1 | 0-1 | |||||
2021–22 | UEFA Konfrans Liqası | II təsnifat mərhələsi | Aşdod FK | 0–0 | 1-0 | 1–0 | |
III təsnifat mərhələsi | AEL Limasol | 1–0 | 1-1 | 2–1 | |||
Pleyoff mərhələsi | Aberdin | 1–0 | 3-1 | 4–1 |
Yarışlara görə
- O = oyun, Q = qələbə, H = heç-heçə, M = məğlubiyyət, VQ = vurduğu qollar, BQ = buraxdığı qollar, QN = qolların nisbəti
14 sentyabr 2020-ci il tarixinə olan məlumat:
Sıra | Turnir | O | Q | H | M | Qollar |
---|---|---|---|---|---|---|
1 | UEFA Çempionlar Liqası | 39 | 16 | 14 | 9 | 43-30 |
2 | UEFA Kuboku / UEFA Avropa Liqası | 78 | 27 | 17 | 34 | 82-104 |
3 | UEFA Kuboklar Kuboku | 4 | 0 | 1 | 3 | 1-12 |
4 | UEFA İntertoto Kuboku | 4 | 1 | 0 | 3 | 2-11 |
- | Cəmi | 125 | 44 | 32 | 49 | 128-157 |
Ölкələrə görə
- O = oyun, Q = qələbə, H = heç-heçə, M = məğlubiyyət, VQ = vurduğu qollar, BQ = buraxdığı qollar, QN = qolların nisbəti
Ölкə | O | Q | H | M | VQ | BQ | QN | |
---|---|---|---|---|---|---|---|---|
Almaniya | ||||||||
Avstriya | ||||||||
Belçika | ||||||||
Çexiya | ||||||||
Danimarka | ||||||||
Farer adaları | ||||||||
Finlandiya | ||||||||
Fransa | ||||||||
Gürcüstan | ||||||||
İngiltərə | ||||||||
İsrail | ||||||||
İsveç | ||||||||
İsveçrə | ||||||||
İtaliya | ||||||||
Litva | ||||||||
Lüksemburq | ||||||||
Makedoniya | ||||||||
Malta | ||||||||
Moldova | ||||||||
Monteneqro | ||||||||
Niderland | ||||||||
Norveç | ||||||||
Polşa | ||||||||
Slovakiya | ||||||||
Şimali İrlandiya | ||||||||
Şotlandiya | ||||||||
Ukrayna | ||||||||
Yunanıstan | ||||||||
Qrup mərhələsinin nəticələri
UEFA Avropa Liqası 2014/2015 - F qrupu | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Sıra | Komanda | 1 | 2 | 3 | 4 | O | Q | H | M | Qollar | + | X | |
1 | İnter Milan | 2:1 | 2:0 | 0:0 | 6 | 3 | 3 | 6 | 6—2 | +4 | 12 | ||
2 | Dnepr | 0:1 | 0:1 | 1:0 | 6 | 2 | 1 | 3 | 4—5 | -1 | 7 | ||
3 | Qarabağ | 0:0 | 1:2 | 0:0 | 6 | 1 | 3 | 2 | 3—5 | -2 | 6 | ||
4 | Sent-Etyen | 1:1 | 0:0 | 1:1 | 6 | 0 | 5 | 1 | 2—3 | -1 | 5 | ||
UEFA Avropa Liqası 2015/2016 - J qrupu | |||||||||||||
Sıra | Komanda | 1 | 2 | 3 | 4 | O | Q | H | M | Qollar | + | X | |
1 | Tottenhem Hotspur | 2:1 | 4:1 | 3:1 | 6 | 4 | 1 | 1 | 12—6 | +6 | 13 | ||
2 | Anderlext | 2:1 | 1:1 | 2:1 | 6 | 3 | 1 | 2 | 8—6 | +2 | 10 | ||
3 | Monaкo | 1:1 | 0:2 | 1:0 | 6 | 1 | 3 | 2 | 5—9 | -4 | 6 | ||
4 | Qarabağ | 0:1 | 1:0 | 1:1 | 6 | 1 | 1 | 4 | 4—8 | -4 | 4 | ||
UEFA Avropa Liqası 2016/2017 - J qrupu | |||||||||||||
Sıra | Komanda | 1 | 2 | 3 | 4 | O | Q | H | M | Qollar | + | X | |
1 | Fiorentina | 2:3 | 5:1 | 3:0 | 6 | 4 | 1 | 1 | 15—6 | +9 | 13 | ||
2 | PAOK | 0:0 | 0:1 | 2:0 | 6 | 3 | 1 | 2 | 7—6 | +1 | 10 | ||
3 | Qarabağ | 1:2 | 2:0 | 2:2 | 6 | 2 | 1 | 3 | 7—12 | -5 | 7 | ||
4 | Slovan Liberets | 1:3 | 1:2 | 3:0 | 6 | 1 | 1 | 4 | 7—12 | -5 | 4 | ||
UEFA Çempionlar Liqası 2017/2018 - - qrupu | |||||||||||||
Sıra | Komanda | 1 | 2 | 3 | 4 | O | Q | H | M | Qollar | + | X | |
1 | -:- | -:- | -:- | 0 | 0 | 0 | 0 | 0—0 | 0 | 0 | |||
2 | -:- | -:- | -:- | 0 | 0 | 0 | 0 | 0—0 | 0 | 0 | |||
3 | -:- | -:- | -:- | 0 | 0 | 0 | 0 | 0—0 | 0 | 0 | |||
4 | -:- | -:- | -:- | 0 | 0 | 0 | 0 | 0—0 | 0 | 0 |
Ən çox qol vuran futbolçuları
1. | Reynaldo dos Santos Silva | Braziliya | 2013—17 | 11 |
2. | Əfran İsmayılov | Azərbaycan | 2006—13, 2015— | 7 |
3. | Riçard Almeyda | Azərbaycan | 2012— | 7 |
4. | Dino Ndlovu | CAR | 2016— | 5 |
5. | Rəşad Sadıqov | Azərbaycan | 2009—10, 2011— | 5 |
6. | Leroy Corc | Niderland | 2013—15 | 5 |
7. | Vüqar Nadirov | Azərbaycan | 2001—05, 2009—15, 2016—17 | 5 |
8. | Miçel | İspaniya | 2015— | 4 |
9. | Muarem Muarem | Makedoniya | 2012—15, 2016—17 | 4 |
Həmçinin bax
İstinadlar
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;:0
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;:1
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;:2
adlı istinad üçün mətn göstərilməyib - Sitat səhvi: Yanlış
<ref>
teqi;:3
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;:4
adlı istinad üçün mətn göstərilməyib - Sitat səhvi: Yanlış
<ref>
teqi;:5
adlı istinad üçün mətn göstərilməyib
Xarici keçidlər
- "Qarabağ" FK-nun UEFA-nın rəsmi saytında səhifəsi