| Azərbaycan mədəniyyətinin (tarixi) |
|---|
![]() |
Prometeizm və Azərbaycan — 1918-ci ildən 1935-ci ilə qədər mövcud olmuş İkinci Polşa Respublikasının əsas dövlət xadimi Yuzef Pilsudski tərəfindən başladılmış siyasi layihə. Layihənin əsas məqsədi Rusiya imperiyası və onun varis dövlətlərini zəiflətmək idi. Bu dövlətlər siyahısına Sovet İttifaqı da daxil idi. Layihə Rusiya və Sovet İttifaqı sərhədləri daxilində yaşayan əsas qeyri-rus xalqların millətçilik hərəkatlarını dəstəkləməyi ehtiva edirdi.
"Prometey" hərəkatı yaradılmasının ilk təəssübkeşlərindən biri Başqırdıstan Respublikasının ilk rəhbəri olmuş (1917, noyabr) Əhməd Zəki Validov-Toğan idi. 1923-cü ildə o, Parisə gəldikdə Mustafa Çokayoğlu, Əlimərdan bəy Topçubaşov və Səbri Maqsudi ilə tanış olur. 1924-cü ilin iyununda o, Polşa hökumətinin rəsmi nümayəndəsi olan cənab Stempovski ilə görüşür. Bu görüşdə Fransada "Prometey" jurnalının yaradılması qərara alınır. Jurnalın redaksiya heyəti daimi müəllifləri tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa Çokayoğlu, Miryaqub Mehdiyev və başqaları.
Azərbaycanın hərəkatda fəaliyyəti
| ]"Prometey"in yaradılmasında ilk təşəbbüsçülər sırasında M. Ə. Rəsulzadənin də adı çəkilir. Tədqiqatçı X. İbrahimlinin "Azərbaycan siyasi mühacirəti" kitabında yazılır:
Hələ 1923-cü ilin iyunun 26-da çıxan "Yeni Qafqasiya" məcmuəsinin birinci nömrəsində M. Ə. Rəsulzadə Zevsin Prometeyi Qafqaz dağlarına zəncirlənməsini və qartalın onun ciyərlərini hər gün didməsini, Azərbaycanın, eyni zamanda Qafqazın mövcud siyasi durumu ilə əlaqələndirərək yazırdı: "Qafqasiyanın tarixini, son əsrdəki güzəran edən əhalini və bir xassə indiki vəziyyətini ifadə etmək üçün bu əsatirdən daha gözəl bir rəmz tanımaq mümkün deyil, Azərbaycanı və Qafqazı Prometey adlandıran müəllif onu parçalayıb, qanına qəltan edənin gerbində ikibaşlı qartal həkk edilən Rusiya imperiyasi olduğunu göstərirdi. Bu yazının analoji variantı Birliyin 1926-cı il yanvarın 10-dan çıxmağa başlayan eyniadlı jurnalının birinci sayında da dərc edilmişdi.
1926-cı ildə "Prometey" adlı klub yaradıldıqdan sonra Varşavada Y. Pilsudskinin dəstəyi ilə "Prometey" cəmiyyəti quruldu və azərbaycanlılar da burada təmsil edildilər. Bundan qısa müddət sonra isə, Məhəmməd Əmin Rəsulzadə Varşava qrup başqanlığına təyin edildi.Azərbaycandan əlavə, keçmiş Rusiya imperiyasından gələn xeyli mühacir prometean hərəkatına qatılmışdı.
1955-ci ildə "Dərgi" məcmuəsində dərc etdirdiyi "Rəsulzadə Məhəmməd Əmin" başlıqlı məqaləsində Mirzə Bala Məmmədzadə yazırdı:
Rusiya əleyhdarı olan bütün mühacirləri bir çatı altında birləşdirmək səyləri "Prometey" təşkilatının qurulması ilə nəticələndi.
Rəsulzadə, Məmmədzadə və bir sıra digər azərbaycanlı mühacirlərinbu təşkilatın mətbuat orqanı olan "Prometey" jurnalında məqalələri çıxmışdır. 1926-cı ildən Polşa dövlətinin dəvəti ilə ölkədəki əsas prometean təşkilatında və Azərbaycan Milli Mərkəzi də təmsil olunmağa başlamışdır. Həmçinin, Rəsulzadə bu dönəmdə polyak ordusunda müqavilə ilə xidmət edən hərbçiləri, universitetlərdə təhsil alan azərbaycanlıları bir mərkəzdə toplaya bilmişdi. Məşhur azərbaycanlı mühacirlərdən olan Mirzə Bala Məmmədzadə Varşavada olduğu zaman xeyli sayda məqalələr yazmışdır. Məmmədzadə prometean millətlərin qurultayı ilə bağlə yazısında bildirirdi ki, 31 may — 1 iyun 1936-cı ildə keçirilmiş qurultay rus əsiri olan millətlərin tarixində yaddaqalan hadisələrdən biridir. O, bu iki günlük qurultayı rus əsiri millətlərin birləşə bilməsi üçün mühümaddım adlandırırdı. Azərbaycanın qurultaydakı rolunu xüsusi qiymətləndirən Məmmədzadə mövzunun sovetlərin hakimiyyəti altında yerli xalqların milli dillərinin məhv olması olduğunu yazır.
11 iyul 1927-ci ildə Rəsulzadə Polşa rəsmisi T. Koluvkova məktub yazaraq Azərbaycanla əlaqələrin artmasının əhəmiyyətindən bəhs etmişdir. 6–12 fevral 1930-cu ildə Varşavada prometean hərəkatına daxil olan Azərbaycan, Gürcüstan və Şimali Qafqaz milli təşkilatlarının konfransı keçirilmişdir. Bu konfransa Azərbaycan nümayəndələri olaraq Rəsulzadə və Mustafa Vəkilov qatılmışdı. 1930-cu ilin martında, yəni konfransdan bir qədər sonra Azərbaycan Milli Mərkəzi ilə əlaqələri daimi olaraq qorumaq üçün Rəsulzadə Parisə getmişdir. Rəsulzadə antisovet təbliğatın görə Türkiyədən qovuldu zaman uzun bir müddət Polşada yaşamışdır. Burada olduğu zaman "Odlu Yurd" jurnalının həm rəhbərliyin, həm də yazarlığını etmişdir. O, həmçinin Parisdə nəşr edilən "Prometey" jurnalında Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti", "Bolşeviklərin şərq siyasəti", "Qafqaz Birliyi", "Milli Azərbaycan Hərəkatının Xarakteri", "Siyasətçi tarixçiyə qarşı" adlı məqalələri yayımlanmışdır. Varşavadan başqa, Sluzvsko və Kreyszkoda yaşamışdır. "Prometey" təşkilatına daxil olan Qafqaz birliklərinin növbəti konfransı 16 yanvar — 23 fevral 1935-ci ildə Brüssel şəhərində keçirildi. Azərbaycanı bu konfransda Rəsulzadə, M. Mehdiyev, M. Məhərrəmov, Atamalıbəyov, Ə. Topçubaşov təmsil etmişdi.
Prometean hərəkatın vasitəçiliyi ilə 1924-cü ilin əvvəllərində bir araya gələn qafqazlı mühacirlər Qafqazın sovetlərdən azad edilməsindən dərhal sonra konfederasiyada birləşmək barədə razılığa gəlmişdilər.
"Prometey" jurnalında ən çox "İstiqlaldan" (Berlində çıxırdı və redaktoru Rəsulzadə idi), "Azərbaycan Yurd Bilgisi", "Yeni Qazqaziya", "Yeni Türküstan" və "Odlu Yurddan" yazılar yayımlamaqda idi. 1938-ci ildən etibarən jurnal adında və formatında dəyişiklik etdi. Jurnal artıq "La Revyu de Promete" adı adı ilə yayımlandı. 1939-cu ildə Polşanın alman-bolşevik orduları tərəfindən ələ keçirilmnəsindən sonra bu jurnalın nəşrinə əngəllər törədildi. Buna qarşı çıxılması ilə bağlı edilmiş müraciətlərdən biri də Miryaqub Mehdiyevə aid idi. Müraciətdə vərəm ilə malyariya arasında seçim etmənin mənasız olduğu, əsl lazım olanın isə Finlandiya kimi mübarizə aparmaq olduğu bildirilirdi.
Rəsulzadə 1927-ci ilin avqustunda Polşa rəsmilərinə göndərdiyi başqa bir məktubda qeyd edirdi:
Hakimiyyətin istilaçı siyasəti nəticəsində ən aktiv silahdaşlarımız həbs olunmuşdur. Həbs olunanlardan beşi güllələnmişdir. Onların arasında Müsavat Partiyasının görkəmli nümayəndəsi Dadaş Həsənzadə də olmuşdur. "Yeni Qafqaz" jurnalının növbəti nömrəsi sürgün olunmuş və güllələnmiş silahdaşlarımızın şəkilləri ilə çıxmışdır. Bütün bunlara baxmayaraq, partizan təşkilatları ruhdan düşmür, daha da aktiv fəaliyyət göstərirlər. Biz ədəbiyyata olan yüksək tələbatı hiss edirik: ayrıca broşur və kitabçalar şəklində ideoloji çağırışlar təkidlə tələb olunur. Hesab edirik ki, bu tələbləri təmin etmək üçün ilk növbədə tərəfimizdən təsis olunan "Azərbaycan Milli Nəşriyyat Kitabxanası"nın ayrıca nömrələrinin buraxılışını sürətləndirmək lazımdır. Qeyd olunan mətbuat orqanı bu günə qədər müxtəlif kitabların 5 nömrəsini buraxmışdır.
Kütləvi həbslər və milli ziyalı təbəqəsinin nümayəndələrinin dövlət xidmətindən kənarlaşdırılması nəticəsində ixtisara salınmış bəzi müəllimlər dağlara qaçaraq, partizanlara qoşulmuşlar. Bolşeviklər adətən onları "soyğunçu" və "quldur" adlandırırlar. "Quldurlar" bütün ölkədə vüsət almışlar. Onlar həm Lənkəran dağlarında, həm Şran sərhədi boyu və Araz çayının sahillərində fəaliyyət göstərirlər. Bu yaxınlarda Şəki partizanları ilə komsomol dəstələri arasında toqquşma baş vermiş, nəticədə dörd partizan həlak olmuşdur. Partizanların yeni dəstələri Gəncə rayonunda yerləşən Qarasakkal kanalının ətrafında peyda olmuşlar. Keçmiş müəllim-zabitlərin başçılığı ilə fəaliyyət göstərən partizanlar Bakı qəzasını da əhatə etmişlər.
Təzyiq və repressiyalara baxmayaraq ümumi mübarizə əhval-ruhiyyəsi yüksəkdir. Yeni qurulmuş hakimiyyətin siyasətindən nəinki "Milli müxalifətçilər", hətta yerli kommunistlər də narazıdır. Milli məsələdə "Yayınma" halları azərbaycanlı kommunistlər arasında artmaqdadır, nəticədə isə həmin kommunistlərlə bizimkilər arasında müəyyən əlaqə yaranır. Silahdaşlarımızın gənclər arasında apardığı antisovet təbliğatını xüsusilə vurğulamaq istərdik. Onlar kommunistlərin sıralarına daxil olaraq təbliğat işini aparmaqda belə çəkinmirlər. Xaricdə apardığımız fəaliyyətlə bağlı qeyd edə bilərəm ki, Milli Mərkəz artıq hər yerdə öz bölmələrinə malikdir. Şranda artıq olduqca nüfuzlu və güclü təşkilat fəaliyyət göstərir. Təşkilat mütəmadi olaraq vətənlə əlaqə saxlayır və o, digər şəkildə aparılır. Parislə qarşılıqlı əlaqələrə gəldikdə isə böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, bizim Əli Mərdan bəy Topçubaşovla münasibətlərimiz müəyyən qədər anlaşılmazdır. O, yəni Əli Mərdan bəy Topçubaşov Milli Mərkəzdə təntənəli çıxışına baxmayaraq, köhnə siyasətini davam etdirir, İstanbula, xüsusilə də Qafqaz Müstəqillik Komitəsinə münasibətdə müxalif mövqe tutmaqdadır. Ümumiyyətlə, Parisdəki bəzi elementlər bütün vasitələrlə Konstontinopolda (İstanbul) həyata keçirilən işə təsir göstərməyə çalışır. Sonda qeyd edim ki, təşkilatımızın məsul əməkdaşlarından biri bu yaxınlarda Varşavaya yollanacaqdır. Varşavada o, bizi təmsil edəcək və ölkələrimiz arasında mütəmadi əlaqə saxlayacaqdır. Təbii ki, nümayəndəmiz bütün məsələlərlə bağlı Sizinlə fikir mübadiləsi aparacaqdır. Sizlərə böyük hörmət və səmimi arzularla
M. Ə. Rəsulzadə"
1935-ci il iyunun 24-də Məhəmməd Əmin Rəsulzadə Polşa Baş Qərargahı 2 saylı Ekspoziturasının əməkdaşı, kapitan Edmund Xaraşkeviçə məktubla müraciət etmişdi. Müraciətin səbəbi Prometey proqramı çərçivəsində Polşa tərəfin diqqətini Topçubaşi ailəsinin ağır maddi durumuna yönəltmək idi. Məktubun mətni belə idi:
Çox hörmətli pan kapitan Xaraşkeviç [Edmund]!
Pan mayor Dombrovski Sizin mərhum Əlimərdan bəy Topçubaşovun ailəsinə bundan sonra da təqaüd verilməsini qeyri-mümkün hesab etməyiniz və təqaüdü kəsmək fikrinə düşməyiniz haqqındakı qərarınızı diqqətimizə çatdırdı.
Belə bir qərar bizi çox çətin vəziyyətdə qoyur. Biz milli hərəkatımızda bu qədər görkəmli mövqe tutan, dəfni ümumqafqaz həmrəyliyinin nümayişinə çevrilən mərhumun ailəsinə hər hansı bir şəkildə yardım göstərmək imkanından məhrum oluruq. Digər tərəfdən, təqaüdün dayandırılması faktı bəd niyyətli müxalifətə bizi ictimai fikirdə gözdən salmaq, fitnəkarlığa çəkmək üçün əla fürsət verir. Biz isə bildiyiniz kimi, çıxıb hər şeyi izah etmək durumunda deyilik.
Yaranmış vəziyyəti hərtərəfli müzakirə etdikdən sonra biz pan mayorla belə qərara gəldik: ən yaxşı çıxış yolu mərhumun oğlu Ələkbər Topçubaşini müəyyən işə cəlb etmək olardı. Üstəlik də hər hansı bir vəzifəsinin olmamasına baxmayaraq, Ələkbər Topçubaşi milli fəaliyyətlə bağlı bəzi tapşırıqları yerinə yetirir, ümumi işimizdə bizə bacardığı qədər yardım göstərir.
Biz qərara gəldik ki, onu rus dilində nəşri nəzərdə tutulan jurnala redaktor təyin edək. Əminəm ki, bu məsələlərdən xəbərdarsınız və söhbətin nədən getdiyini yaxşı bilirsiniz. Nəşriyyat işlərindən başqa, bizim ümumqafqaz fəaliyyətimizin bəzi texniki funksiyalarını da gənc Topçubaşiyə həvalə etmək mümkündür.
Redaktor kimi Ələkbər bəyə lazımi maaş verməklə biz mərhum Topçubaşinin ailəsinin maddi təminatı məsələsini xüsusi çətinliklə üzləşmədən həll edə bilərdik.
Ümid edirəm ki, bizim və mərhumun ailəsinin düşdüyü vəziyyəti anlayışla qarşılayaraq təklifimizə tərəfdar çıxacaqsınız. Mənimlə eyni vaxtda dostumuz mayor da bu barədə ayrıca məktub göndərir.
Fürsətdən istifadə edərək Sizə bir daha öz dərin hörmətimi bildirirəm.
M. Ə. Rəsulzadə
Lakin təəssüf ki, Parisdə rus dilində jurnal nəşr etmək, Ələkbər bəy Topçubaşini onun redaktorluğuna gətirmək və bununla da Edmundun qeydlərindən də göründüyü kimi, "dilənçi vəziyyətində yaşayan Topçubaşı ailəsinə" bu yolla yardım göstərmək mümkün olmamışdı. 1936-cı ilin martında Parisdə olan polyak kəşfiyyatçısı Məhəmməd Əmin Rəsulzadə və Mir Yaqub Mehdiyevlə görüşmüşdü. Bu görüş zamanı Əlimərdan bəyin dul xanımının və övladlarının ağır maddi vəziyyəti yenidən müzakirə mövzusuna çevrilmişdi. Ələkbər bəy Topçubaşinin Fransa təbəəsi olmadığından heç yerdə işə götürülməməsi, ailənin sonbeşik övladı Ənvər Topçubaşinin yüksək qabiliyyət nümayiş etdirməsinə baxmayaraq, təhsil haqqı ödəyə bilmədiyi üçün universiteti yarımçıq buraxmaq məcburiyyətində qalması haqda Edmund Xaraşkeviçə məlumat verilmişdi. E. Xaraşkeviç Prometey hərəkatının aparıcı simalarından biri kimi tanınan Əlimərdan bəyin ailəsinə yardım göstərmək üçün bütün mümkün yollara baş vuracağı ilə bağlı onları bir daha əmin etmişdi. Vilayət Quliyev polyakların TOpçubaşı ailəsinin xeyrinə bundan sonra nələrsə edib-etməməsinin qeyri-müəyyən olduğunu yazır.
Prometeizm və Qafqaz birliyi məsələsi
| ]Prometeizm təşkilatları çərçivəsində fəaliyyət göstərən mühacirlərin 1920-ci illərdən Qafqaz birliyi məsələsinə xüsusi önəm verdikləri görülməkdədir. Elə Azərbaycanda olan Polşa tatarlarından Krıçınski qardaşları bu istiqamətdə fəaliyyət göstərmiş, lakin 28 aprel işğalı buna əngəl olmuşdu. 1921-ci ildə Şimali Qafqaz, Azərbaycan, Gürcüstan, Ermənistan nümayəndə heyətləri arasında Parisdə müraciət imzalandı. 1924-cü ilin oktyabr-noyabr aylarında Azərbaycan, Gürcüstan və Şimali Qafqaz təmsilçiləri yenidən Parisdə toplaşır və "Qafqasiya Sovet Rus qüvvətlərindən qurtular-qurtulmaz, yüksək dövlət strukturlarının birləşməsi yolu ilə bir federalist qurum yaratmaq" planlaşdırılır. Hələ 1924-cü ilin iyunun 11-də Azərbaycan, Gürcüstan və şimali Qafqaz nümayəndələrinin imzaladığı protokol əsasında formalaşan Daimi şura öz qarşısına üç respublika adından diplomatik işlər aparmağı və bu xalqların bir konfederativ dövlətdə birləşdirilməsi üçün bütün tədbirləri görməyi qarşısına məqsəd qoyurdu. Bundan əlavə Daimi ġura aşağıdakı vəzifələrin də yerinə yetirilməsini vacib sayırdı: 2) Daimi ġura üç respublikanı maraqlandıran bütün məsələləri müzakirə və həll edir. 3) Daimi şura hər bir milli təmsilçinin bir səsi olduğunu nəzərə almaqla qərarı birlikdə qəbul edir. 4) Daimi şura Gürcüstan, Azərbaycan və şimali Qafqaz ölkələrinin hər birinin üç nümayəndəsi ilə təşkil olunur. Daimi şura öz Rəyasət Heyətini seçir. 5) Rəyasət Heyəti diplomatik danışıqlar aparır. Daimi şuranın qərarlarının düzgün yerinə yetirilməsinə nəzarət edir, özünün iclaslarını keçiri. 6) Daimi şuranın yanında katiblik olur. Katibliyin başlıca vəzifələrindən biri Daimi şuranın protokollarını tərtib etməkdir. 7) Daimi şuranın milli təşkilatlardan toplanmış və digər mənbələrdən əldə edilmiş maliyyə fondu olur. 1924-cü ilin sonlarında qurtuluş mübarizəsini dəstəkləməklə səlahiyyətli bir Qafqaz Komitəsi qurulur. Qafqaz Birliyi ilə bağlı formalaşan bu qurumun fəaliyyətinə Polşa dövləti böyük köməklik edirdi. Eyni zamanda Polşa bu təşkilatın fəaliyyətini də əlaqələndirir, maliyyə işində dəstək göstərirdi. Qafqaz Konfederasiya görüşünü vacib bilən Azərbaycan, Gürcüstan və şimali Qafqazın mühacirətdəki milli təmsilçiləri 1934-cü ilin 14 iyulunda Belçikanın mərkəz şəhəri Brüsseldə toplaşaraq "Qafqaz Konfederasiya sazişi"ni imzaladılar. Ermənistan təmsilçiləri isə sazişi imzalamaqdan imtina etdilər.
Qafqaz Konfederasiya sazişini (misaqini) Azərbaycan, Gürcüstan və şimali Qafqaz təmsilçiləri olaraq aşağıdakı liderlər imzalamışdılar: 1) Azərbaycan adına: Məhəmməd Əmin Rəsulzadə — Azərbaycan Milli Şurasının keçmiş rəisi, Müsavat Partiyası və Azərbaycan Milli Mərkəzi lideri; Əlimərdan bəy Topçubaşov — Azərbaycan parlamentinin keçmiş sədri və Azərbaycan Cümhuriyyəti Nümayəndə Heyəti sədri. 2) Gürcüstan adına: Noy Jordaniya — Gürcüstan Cümhuriyyətinin keçmiş Cümhurbaşqanı və Gürcüstan Milli Mərkəzinin rəisi; Ə. Çxenkeli — Gürcüstan Cümhuriyyətinin Parisdəki keçmiş nümayəndəsi; 3) Şimali Qafqaz adına: Şimali Qafqaz Cümhuriyyətinin keçmiş dövlət adamları -Məhəmməd Girey Sunc, İbrahim Çulik, Tausultan Şakman.
Təmsilçilər imzaladıqları Qafqaz Konfederasiyası sazişinin aşağıdakı əsaslardan ibarət olduğunu bildirmişlər:
- Qafqaz Konfederasyonu, daxildə bir Cümhuriyyətin milli xarakter və tamamiyyəti mülkiyəsini təmin edərək, xaricdə bütün Cümhuriyyətlər adına yüksək dərəcəli beynəlmiləl bir vəhdət kimi hərəkət edəcəkdir. Konfederasiyanın müştərək bir siyasi və gömrük hüdudu olacaqdır.
- Konfederasiyaya daxil olan Cümhuriyyətlərin xarici siyasəti konfederasiyanın səlahiyyətli nümayəndələri tərəfindən idarə ediləcəkdir.
- Konfederasiya hüdudlarının mühafizəsi, konfederasiyaya daxil olan Cümhuriyyətlərin ordularından mütəşəkkil qüvvələr, Konfederasiya ordusuna veriləcək və bu ordu Konfederasyonun əsas nümunələrinə tabe tək bir komanda altında olacaqdır.
- Konfederasiyaya daxil olan Cümhuriyyətlər arasında çıxa biləcək və bilavasitə müzakirə ilə həll edilməyəcək hər türlü ixtilaflar icbari orbitə və
yaxud konfederasiya yüksək məhkəməsinə verilərək həll ediləcəkdir. Konfederasiyaya daxil olan Cümhuriyyətlər bunların bütün qərarlarını tamamən qəbul edir və icra etməyə məcburdurlar.
- Ekspertlər komissiyası yuxarıdakı əsaslardan hərəkətə bu yaxında Qafqaz Konfederasiya Ana Yasasının layihəsini hazırlamaqla məşğul olacaqlar. Bu
layihə hər Cümhuriyyətin toplanacaq ilk məclisi — müəssisan fəaliyyəti üçün bir əsas olacaqdır.
- "Qafqaz Konfederasiyası sazişində Ermənistan Cümhuriyyəti üçün də yer buraxılmışdır".
M. Ə. Rəsulzadə həmin ilin noyabrında dünyasını dəyişən Ə. M. Topçubaşovun dəfn mərasimində demişdi:
Xəstəliyin, qocalığın və mühacirətdəki yoxsulluğun zəif saldığı həyatının son günlərində imzaladığı Qafqasya Konfederasyonu Musaqinin elanından Əlimərdan bəy son dərəcə məmnun idi.
Mirası
| ]Fransada Azərbaycan Cümhuriyyətinin yaradıcılarına həsr edilmiş "Prometey hərəkatı" adlı kitab 2019-cu ildə çapdan çıxmışdır. Tarixçi Georq Mamuliya və Ramiz Abutalıbov tərəfindən hazırlanan kitabda hərəkatın "La defence de Caucasse", yəni Qafqazın müdafiəsi adlı jurnalının da nəşr edildiyi məlum olur. 2019-cu ilə aid məlumatda kitab rus dilində Bakıda da çap ediləcəyi bildirilmişdir. Eyni müəlliflər 2022-ci ildə yenə Parisdə Fransada "Məşəli qoruyub saxlamaq" adlı kitab çap etdirmişdirlər. "Maisonneuve et larose" nəşriyyat evi tərəfindən çap olunan kitab Azərbaycanın Fransadakı səfirliyinin yardımı ilə hazır olmuşdur. Kitabda 1920–1921-ci illərdə Azərbaycanın müstəqilliyinin bərpası uğrunda Tiflisdə aparılmış mübarizədən, vahid Qafqaz dövlətinin yaradılmasının ilk planlarından, 1921–1923-cü illərdə Azərbaycan diplomatik nümayəndə heyətinin Kann, Genuya və Lozanna konfransları dövründə fəaliyyətindən, 1924–1931-ci illərdə "Prometey hərəkatı" çərçivəsində Polşa-Azərbaycan əlaqələrindən, 1931–1935-ci illərdə "Qafqaz Konfederasiyasının Brüssel Paktı" və "Prometey hərəkatı"nın Qafqaz mühacirləri qruplarının yenidən təşkilindən, 1939–1940-cı illərdə Azərbaycan mühacirəti və Qərb dövlətlərinin Qafqaz layihəsindən danışılır.
2018-ci ilin Noyabrın 7-də ADA Universitetində Azərbaycan ilə Polşa arasında əlaqələrin qurulmasının 100 illiyinə həsr edilən "Prometey hərəkatı İkinci Dünya müharibəsindən əvvəl müsəlman xalqlara qarşı — Azərbaycanda və Orta Asiyada Prometey hərəkatı" mövzusunda konfrans keçirilmişdir. olşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə universitetin foyesində Prometey hərəkatına dair sərgi də təşkil edilmişdir. Varşava Universitetinin Şərqi Avropa İnstitutunun professoru Pavel Koval çıxışında bildirib ki, bu, Prometey hərəkatına həsr olunmuş altıncı konfransdır. O, Polşada yaşayan azərbaycanlılarla sıx əməkdaşlıq etdiklərini söyləyib:
Biz istərdik ki, Polşa-Azərbaycan əlaqələri akademik səviyyədə olduğu kimi, bütün sahələrdə dərinləşsin.
2019-cu ildə Bakıda səfərdə olan polşalı nazir müavini səfər etmişdir. Bartoş Çixotski rəhbərliyi ilə danışıqlar aparmış və Avropa ilə Asiyanı birləşdirən marşrut üzrə bu logistika mərkəzinin potensialı ilə tanış olmuşdur. Şərqi Avropa Tədqiqatları və ADA Universitetinin təşkil etdiyi "Müsəlman xalqlarının müstəqilliyinə doğru Prometey Hərəkatının rolu" adlı XII-ci Konfransının açılışını etmişdir.
Qeydlər
| ]- Dombrovski Vlodzimej, 1896-1962, Polşa ordusu Baş Qərargahı yanında Ekspozitura-2 şöbəsinin zabiti, 1933-1937-ci illərdə Polşa kəşfiyyatı Paris rezidenturasının rəhbəri
Həmçinin bax
| ]İstinadlar
| ]- Woytak, 1984. səh. 273-278
- Yaqublu, 2007. səh. 71
- Yaqublu, 2007. səh. 73-74
- Yagublu, 2015. səh. 95
- Sadigli, 2019. səh. 54
- Süleymanlı, 2008. səh. 171-172
- Süleymanlı, 2008. səh. 172
- Süleymanlı, 2008. səh. 174
- Süleymanlı, 2008. səh. 175
- Yagublu, 2015. səh. 32
- Yagublu, 2015. səh. 33
- Yagublu, 2015. səh. 34-35, 92
- Yagublu, 2015. səh. 111
- Yagublu, 2015. səh. 108
- Yaqublu, 2007. səh. 65-66
- Vilayət Quliyev. "Məhəmməd Əmin Rəsulzadənin bir məktubu haqqında". 525-ci qəzet. fevral 2018. 26 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2023.
- Yaqublu, 2007. səh. 74-75
- Yaqublu, 2007. səh. 75-76
- Yaqublu, 2007. səh. 76
- "Fransada Azərbaycan Cümhuriyyətinin yaradıcılarına həsr edilmiş "Prometey hərəkatı" adlı kitab hazırlanır". report.az. 14 fevral 2019. 26 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2023.
- "Fransada Azərbaycanın mühacirət tarixi haqqında kitab nəşr olunub". medeniyyet.az. 26 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2023.
- "ADA Universitetində Azərbaycan-Polşa əlaqələrinin 100 illiyinə həsr edilən konfrans keçirilib". azertag.az. 7 noyabr 2018. 5 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2023.
- "Bakıda Polşa-Azərbaycan məsləhətləşmələri". www.gov.pl. 14 oktyabr 2019. 26 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2023.
Mənbə
| ]- Richard Woytak. The Promethean Movement in Interwar Poland. XVIII. East European Quarterly. 1984.
- Nəsiman Yaqublu. Azərbaycan-Polşa əlaqələrində M. Ə. Rəsulzadənin rolu (PDF). Bakı: Adiloğlu. 2007.
- Mübariz Süleymanlı. Mirza Bala Mehmedzade'nin "Kurtuluş" mecmuesindeki yazıları hakkında. İzmir: Türk Dünyası İncelemeleri Dergisi. 2008.
- Nasiman Yagublu. Mehmet Emin Rezulzade - Ansiklopedi. Ankara: “Azerbaycan Kültür Derneği” Yayınları. 2015.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Azerbaycan medeniyyetinin tarixiOrta esrler ve erken muasir dovrBoyuk ipek yolu irsi Hun ve turk seferleri III X esrler Azerbaycan xalqinin formalasmasi XI XV esrler Qedim turkce elaqeleri Monqol dovru XIII XIV esrler Saray medeniyyeti Naxcivaniler XIII XIV esrler Sufizmin inkisafi Medeni tesir Oguzun bolunmesi XIV XV esrler Maragayiler XIV XVI esrler Nizami tesiri XIV esrden etibaren Cagatay elaqeleri XV XIX esrler Sefevi sielesdirme siyaseti XVI XVIII esrler Muasir dovrMilli oyanis XIX esrin sonu XX esrin evvelleri Cedidizm XIX esrin sonu XX esrin evvelleri Intibah dovru Umumturk kimliyi ve medeniyyeti XX esrin evvellerinden etibaren Cumhuriyyet medeniyyeti 1918 1920 Azerbaycan ali medeniyyeti sovet dovru Repressiya dovru 1920 1950 ci iller Prometeizm 1926 ci ilden sonra Elifba islahatlari 1929 1992 Soyadlarin millilesdirilmesi 1993 cu ilden etibaren Umumi movzularXronologiya Assimilyasiya Linqvistik ve medeni muhitbr Prometeizm ve Azerbaycan 1918 ci ilden 1935 ci ile qeder movcud olmus Ikinci Polsa Respublikasinin esas dovlet xadimi Yuzef Pilsudski terefinden basladilmis siyasi layihe Layihenin esas meqsedi Rusiya imperiyasi ve onun varis dovletlerini zeifletmek idi Bu dovletler siyahisina Sovet Ittifaqi da daxil idi Layihe Rusiya ve Sovet Ittifaqi serhedleri daxilinde yasayan esas qeyri rus xalqlarin milletcilik herekatlarini desteklemeyi ehtiva edirdi Prometey herekati yaradilmasinin ilk teessubkeslerinden biri Basqirdistan Respublikasinin ilk rehberi olmus 1917 noyabr Ehmed Zeki Validov Togan idi 1923 cu ilde o Parise geldikde Mustafa Cokayoglu Elimerdan bey Topcubasov ve Sebri Maqsudi ile tanis olur 1924 cu ilin iyununda o Polsa hokumetinin resmi numayendesi olan cenab Stempovski ile gorusur Bu gorusde Fransada Prometey jurnalinin yaradilmasi qerara alinir Jurnalin redaksiya heyeti daimi muellifleri terkibine Qafqazin Turkustanin ve Ukraynanin asagidaki gorkemli xadimleri daxil oldular Mehemmed Emin Resulzade Noy Jordaniya Aleksandr Sulqin Ayaz Ishaqi Mustafa Cokayoglu Miryaqub Mehdiyev ve basqalari Azerbaycanin herekatda fealiyyeti span Prometey in yaradilmasinda ilk tesebbusculer sirasinda M E Resulzadenin de adi cekilir Tedqiqatci X Ibrahimlinin Azerbaycan siyasi muhacireti kitabinda yazilir Hele 1923 cu ilin iyunun 26 da cixan Yeni Qafqasiya mecmuesinin birinci nomresinde M E Resulzade Zevsin Prometeyi Qafqaz daglarina zencirlenmesini ve qartalin onun ciyerlerini her gun didmesini Azerbaycanin eyni zamanda Qafqazin movcud siyasi durumu ile elaqelendirerek yazirdi Qafqasiyanin tarixini son esrdeki guzeran eden ehalini ve bir xasse indiki veziyyetini ifade etmek ucun bu esatirden daha gozel bir remz tanimaq mumkun deyil Azerbaycani ve Qafqazi Prometey adlandiran muellif onu parcalayib qanina qeltan edenin gerbinde ikibasli qartal hekk edilen Rusiya imperiyasi oldugunu gosterirdi Bu yazinin analoji varianti Birliyin 1926 ci il yanvarin 10 dan cixmaga baslayan eyniadli jurnalinin birinci sayinda da derc edilmisdi 1926 ci ilde Prometey adli klub yaradildiqdan sonra Varsavada Y Pilsudskinin desteyi ile Prometey cemiyyeti quruldu ve azerbaycanlilar da burada temsil edildiler Bundan qisa muddet sonra ise Mehemmed Emin Resulzade Varsava qrup basqanligina teyin edildi Azerbaycandan elave kecmis Rusiya imperiyasindan gelen xeyli muhacir prometean herekatina qatilmisdi 1955 ci ilde Dergi mecmuesinde derc etdirdiyi Resulzade Mehemmed Emin basliqli meqalesinde Mirze Bala Memmedzade yazirdi Rusiya eleyhdari olan butun muhacirleri bir cati altinda birlesdirmek seyleri Prometey teskilatinin qurulmasi ile neticelendi Resulzade Memmedzade ve bir sira diger azerbaycanli muhacirlerinbu teskilatin metbuat orqani olan Prometey jurnalinda meqaleleri cixmisdir 1926 ci ilden Polsa dovletinin deveti ile olkedeki esas prometean teskilatinda ve Azerbaycan Milli Merkezi de temsil olunmaga baslamisdir Hemcinin Resulzade bu donemde polyak ordusunda muqavile ile xidmet eden herbcileri universitetlerde tehsil alan azerbaycanlilari bir merkezde toplaya bilmisdi Meshur azerbaycanli muhacirlerden olan Mirze Bala Memmedzade Varsavada oldugu zaman xeyli sayda meqaleler yazmisdir Memmedzade prometean milletlerin qurultayi ile bagle yazisinda bildirirdi ki 31 may 1 iyun 1936 ci ilde kecirilmis qurultay rus esiri olan milletlerin tarixinde yaddaqalan hadiselerden biridir O bu iki gunluk qurultayi rus esiri milletlerin birlese bilmesi ucun muhumaddim adlandirirdi Azerbaycanin qurultaydaki rolunu xususi qiymetlendiren Memmedzade movzunun sovetlerin hakimiyyeti altinda yerli xalqlarin milli dillerinin mehv olmasi oldugunu yazir 11 iyul 1927 ci ilde Resulzade Polsa resmisi T Koluvkova mektub yazaraq Azerbaycanla elaqelerin artmasinin ehemiyyetinden behs etmisdir 6 12 fevral 1930 cu ilde Varsavada prometean herekatina daxil olan Azerbaycan Gurcustan ve Simali Qafqaz milli teskilatlarinin konfransi kecirilmisdir Bu konfransa Azerbaycan numayendeleri olaraq Resulzade ve Mustafa Vekilov qatilmisdi 1930 cu ilin martinda yeni konfransdan bir qeder sonra Azerbaycan Milli Merkezi ile elaqeleri daimi olaraq qorumaq ucun Resulzade Parise getmisdir Resulzade antisovet tebligatin gore Turkiyeden qovuldu zaman uzun bir muddet Polsada yasamisdir Burada oldugu zaman Odlu Yurd jurnalinin hem rehberliyin hem de yazarligini etmisdir O hemcinin Parisde nesr edilen Prometey jurnalinda Resulzadenin Azerbaycan Cumhuriyyeti Bolseviklerin serq siyaseti Qafqaz Birliyi Milli Azerbaycan Herekatinin Xarakteri Siyasetci tarixciye qarsi adli meqaleleri yayimlanmisdir Varsavadan basqa Sluzvsko ve Kreyszkoda yasamisdir Prometey teskilatina daxil olan Qafqaz birliklerinin novbeti konfransi 16 yanvar 23 fevral 1935 ci ilde Brussel seherinde kecirildi Azerbaycani bu konfransda Resulzade M Mehdiyev M Meherremov Atamalibeyov E Topcubasov temsil etmisdi Prometean herekatin vasiteciliyi ile 1924 cu ilin evvellerinde bir araya gelen qafqazli muhacirler Qafqazin sovetlerden azad edilmesinden derhal sonra konfederasiyada birlesmek barede raziliga gelmisdiler Prometey jurnalinda en cox Istiqlaldan Berlinde cixirdi ve redaktoru Resulzade idi Azerbaycan Yurd Bilgisi Yeni Qazqaziya Yeni Turkustan ve Odlu Yurddan yazilar yayimlamaqda idi 1938 ci ilden etibaren jurnal adinda ve formatinda deyisiklik etdi Jurnal artiq La Revyu de Promete adi adi ile yayimlandi 1939 cu ilde Polsanin alman bolsevik ordulari terefinden ele kecirilmnesinden sonra bu jurnalin nesrine engeller toredildi Buna qarsi cixilmasi ile bagli edilmis muracietlerden biri de Miryaqub Mehdiyeve aid idi Muracietde verem ile malyariya arasinda secim etmenin menasiz oldugu esl lazim olanin ise Finlandiya kimi mubarize aparmaq oldugu bildirilirdi Resulzade 1927 ci ilin avqustunda Polsa resmilerine gonderdiyi basqa bir mektubda qeyd edirdi Hakimiyyetin istilaci siyaseti neticesinde en aktiv silahdaslarimiz hebs olunmusdur Hebs olunanlardan besi gullelenmisdir Onlarin arasinda Musavat Partiyasinin gorkemli numayendesi Dadas Hesenzade de olmusdur Yeni Qafqaz jurnalinin novbeti nomresi surgun olunmus ve gullelenmis silahdaslarimizin sekilleri ile cixmisdir Butun bunlara baxmayaraq partizan teskilatlari ruhdan dusmur daha da aktiv fealiyyet gosterirler Biz edebiyyata olan yuksek telebati hiss edirik ayrica brosur ve kitabcalar seklinde ideoloji cagirislar tekidle teleb olunur Hesab edirik ki bu telebleri temin etmek ucun ilk novbede terefimizden tesis olunan Azerbaycan Milli Nesriyyat Kitabxanasi nin ayrica nomrelerinin buraxilisini suretlendirmek lazimdir Qeyd olunan metbuat orqani bu gune qeder muxtelif kitablarin 5 nomresini buraxmisdir Kutlevi hebsler ve milli ziyali tebeqesinin numayendelerinin dovlet xidmetinden kenarlasdirilmasi neticesinde ixtisara salinmis bezi muellimler daglara qacaraq partizanlara qosulmuslar Bolsevikler adeten onlari soyguncu ve quldur adlandirirlar Quldurlar butun olkede vuset almislar Onlar hem Lenkeran daglarinda hem Sran serhedi boyu ve Araz cayinin sahillerinde fealiyyet gosterirler Bu yaxinlarda Seki partizanlari ile komsomol desteleri arasinda toqqusma bas vermis neticede dord partizan helak olmusdur Partizanlarin yeni desteleri Gence rayonunda yerlesen Qarasakkal kanalinin etrafinda peyda olmuslar Kecmis muellim zabitlerin basciligi ile fealiyyet gosteren partizanlar Baki qezasini da ehate etmisler Tezyiq ve repressiyalara baxmayaraq umumi mubarize ehval ruhiyyesi yuksekdir Yeni qurulmus hakimiyyetin siyasetinden neinki Milli muxalifetciler hetta yerli kommunistler de narazidir Milli meselede Yayinma hallari azerbaycanli kommunistler arasinda artmaqdadir neticede ise hemin kommunistlerle bizimkiler arasinda mueyyen elaqe yaranir Silahdaslarimizin gencler arasinda apardigi antisovet tebligatini xususile vurgulamaq isterdik Onlar kommunistlerin siralarina daxil olaraq tebligat isini aparmaqda bele cekinmirler Xaricde apardigimiz fealiyyetle bagli qeyd ede bilerem ki Milli Merkez artiq her yerde oz bolmelerine malikdir Sranda artiq olduqca nufuzlu ve guclu teskilat fealiyyet gosterir Teskilat mutemadi olaraq vetenle elaqe saxlayir ve o diger sekilde aparilir Parisle qarsiliqli elaqelere geldikde ise boyuk teessuf hissi ile qeyd etmeliyem ki bizim Eli Merdan bey Topcubasovla munasibetlerimiz mueyyen qeder anlasilmazdir O yeni Eli Merdan bey Topcubasov Milli Merkezde tenteneli cixisina baxmayaraq kohne siyasetini davam etdirir Istanbula xususile de Qafqaz Musteqillik Komitesine munasibetde muxalif movqe tutmaqdadir Umumiyyetle Parisdeki bezi elementler butun vasitelerle Konstontinopolda Istanbul heyata kecirilen ise tesir gostermeye calisir Sonda qeyd edim ki teskilatimizin mesul emekdaslarindan biri bu yaxinlarda Varsavaya yollanacaqdir Varsavada o bizi temsil edecek ve olkelerimiz arasinda mutemadi elaqe saxlayacaqdir Tebii ki numayendemiz butun meselelerle bagli Sizinle fikir mubadilesi aparacaqdir Sizlere boyuk hormet ve semimi arzularla M E Resulzade 1935 ci il iyunun 24 de Mehemmed Emin Resulzade Polsa Bas Qerargahi 2 sayli Ekspoziturasinin emekdasi kapitan Edmund Xaraskevice mektubla muraciet etmisdi Muracietin sebebi Prometey proqrami cercivesinde Polsa terefin diqqetini Topcubasi ailesinin agir maddi durumuna yoneltmek idi Mektubun metni bele idi Cox hormetli pan kapitan Xaraskevic Edmund Pan mayor Dombrovski Sizin merhum Elimerdan bey Topcubasovun ailesine bundan sonra da teqaud verilmesini qeyri mumkun hesab etmeyiniz ve teqaudu kesmek fikrine dusmeyiniz haqqindaki qerarinizi diqqetimize catdirdi Bele bir qerar bizi cox cetin veziyyetde qoyur Biz milli herekatimizda bu qeder gorkemli movqe tutan defni umumqafqaz hemreyliyinin numayisine cevrilen merhumun ailesine her hansi bir sekilde yardim gostermek imkanindan mehrum oluruq Diger terefden teqaudun dayandirilmasi fakti bed niyyetli muxalifete bizi ictimai fikirde gozden salmaq fitnekarliga cekmek ucun ela furset verir Biz ise bildiyiniz kimi cixib her seyi izah etmek durumunda deyilik Yaranmis veziyyeti herterefli muzakire etdikden sonra biz pan mayorla bele qerara geldik en yaxsi cixis yolu merhumun oglu Elekber Topcubasini mueyyen ise celb etmek olardi Ustelik de her hansi bir vezifesinin olmamasina baxmayaraq Elekber Topcubasi milli fealiyyetle bagli bezi tapsiriqlari yerine yetirir umumi isimizde bize bacardigi qeder yardim gosterir Biz qerara geldik ki onu rus dilinde nesri nezerde tutulan jurnala redaktor teyin edek Eminem ki bu meselelerden xeberdarsiniz ve sohbetin neden getdiyini yaxsi bilirsiniz Nesriyyat islerinden basqa bizim umumqafqaz fealiyyetimizin bezi texniki funksiyalarini da genc Topcubasiye hevale etmek mumkundur Redaktor kimi Elekber beye lazimi maas vermekle biz merhum Topcubasinin ailesinin maddi teminati meselesini xususi cetinlikle uzlesmeden hell ede bilerdik Umid edirem ki bizim ve merhumun ailesinin dusduyu veziyyeti anlayisla qarsilayaraq teklifimize terefdar cixacaqsiniz Menimle eyni vaxtda dostumuz mayor da bu barede ayrica mektub gonderir Fursetden istifade ederek Size bir daha oz derin hormetimi bildirirem M E Resulzade Lakin teessuf ki Parisde rus dilinde jurnal nesr etmek Elekber bey Topcubasini onun redaktorluguna getirmek ve bununla da Edmundun qeydlerinden de gorunduyu kimi dilenci veziyyetinde yasayan Topcubasi ailesine bu yolla yardim gostermek mumkun olmamisdi 1936 ci ilin martinda Parisde olan polyak kesfiyyatcisi Mehemmed Emin Resulzade ve Mir Yaqub Mehdiyevle gorusmusdu Bu gorus zamani Elimerdan beyin dul xaniminin ve ovladlarinin agir maddi veziyyeti yeniden muzakire movzusuna cevrilmisdi Elekber bey Topcubasinin Fransa tebeesi olmadigindan hec yerde ise goturulmemesi ailenin sonbesik ovladi Enver Topcubasinin yuksek qabiliyyet numayis etdirmesine baxmayaraq tehsil haqqi odeye bilmediyi ucun universiteti yarimciq buraxmaq mecburiyyetinde qalmasi haqda Edmund Xaraskevice melumat verilmisdi E Xaraskevic Prometey herekatinin aparici simalarindan biri kimi taninan Elimerdan beyin ailesine yardim gostermek ucun butun mumkun yollara bas vuracagi ile bagli onlari bir daha emin etmisdi Vilayet Quliyev polyaklarin TOpcubasi ailesinin xeyrine bundan sonra nelerse edib etmemesinin qeyri mueyyen oldugunu yazir Prometeizm ve Qafqaz birliyi meselesi span Prometeizm teskilatlari cercivesinde fealiyyet gosteren muhacirlerin 1920 ci illerden Qafqaz birliyi meselesine xususi onem verdikleri gorulmekdedir Ele Azerbaycanda olan Polsa tatarlarindan Kricinski qardaslari bu istiqametde fealiyyet gostermis lakin 28 aprel isgali buna engel olmusdu 1921 ci ilde Simali Qafqaz Azerbaycan Gurcustan Ermenistan numayende heyetleri arasinda Parisde muraciet imzalandi 1924 cu ilin oktyabr noyabr aylarinda Azerbaycan Gurcustan ve Simali Qafqaz temsilcileri yeniden Parisde toplasir ve Qafqasiya Sovet Rus quvvetlerinden qurtular qurtulmaz yuksek dovlet strukturlarinin birlesmesi yolu ile bir federalist qurum yaratmaq planlasdirilir Hele 1924 cu ilin iyunun 11 de Azerbaycan Gurcustan ve simali Qafqaz numayendelerinin imzaladigi protokol esasinda formalasan Daimi sura oz qarsisina uc respublika adindan diplomatik isler aparmagi ve bu xalqlarin bir konfederativ dovletde birlesdirilmesi ucun butun tedbirleri gormeyi qarsisina meqsed qoyurdu Bundan elave Daimi ġura asagidaki vezifelerin de yerine yetirilmesini vacib sayirdi 2 Daimi ġura uc respublikani maraqlandiran butun meseleleri muzakire ve hell edir 3 Daimi sura her bir milli temsilcinin bir sesi oldugunu nezere almaqla qerari birlikde qebul edir 4 Daimi sura Gurcustan Azerbaycan ve simali Qafqaz olkelerinin her birinin uc numayendesi ile teskil olunur Daimi sura oz Reyaset Heyetini secir 5 Reyaset Heyeti diplomatik danisiqlar aparir Daimi suranin qerarlarinin duzgun yerine yetirilmesine nezaret edir ozunun iclaslarini keciri 6 Daimi suranin yaninda katiblik olur Katibliyin baslica vezifelerinden biri Daimi suranin protokollarini tertib etmekdir 7 Daimi suranin milli teskilatlardan toplanmis ve diger menbelerden elde edilmis maliyye fondu olur 1924 cu ilin sonlarinda qurtulus mubarizesini desteklemekle selahiyyetli bir Qafqaz Komitesi qurulur Qafqaz Birliyi ile bagli formalasan bu qurumun fealiyyetine Polsa dovleti boyuk komeklik edirdi Eyni zamanda Polsa bu teskilatin fealiyyetini de elaqelendirir maliyye isinde destek gosterirdi Qafqaz Konfederasiya gorusunu vacib bilen Azerbaycan Gurcustan ve simali Qafqazin muhaciretdeki milli temsilcileri 1934 cu ilin 14 iyulunda Belcikanin merkez seheri Brusselde toplasaraq Qafqaz Konfederasiya sazisi ni imzaladilar Ermenistan temsilcileri ise sazisi imzalamaqdan imtina etdiler Qafqaz Konfederasiya sazisini misaqini Azerbaycan Gurcustan ve simali Qafqaz temsilcileri olaraq asagidaki liderler imzalamisdilar 1 Azerbaycan adina Mehemmed Emin Resulzade Azerbaycan Milli Surasinin kecmis reisi Musavat Partiyasi ve Azerbaycan Milli Merkezi lideri Elimerdan bey Topcubasov Azerbaycan parlamentinin kecmis sedri ve Azerbaycan Cumhuriyyeti Numayende Heyeti sedri 2 Gurcustan adina Noy Jordaniya Gurcustan Cumhuriyyetinin kecmis Cumhurbasqani ve Gurcustan Milli Merkezinin reisi E Cxenkeli Gurcustan Cumhuriyyetinin Parisdeki kecmis numayendesi 3 Simali Qafqaz adina Simali Qafqaz Cumhuriyyetinin kecmis dovlet adamlari Mehemmed Girey Sunc Ibrahim Culik Tausultan Sakman Temsilciler imzaladiqlari Qafqaz Konfederasiyasi sazisinin asagidaki esaslardan ibaret oldugunu bildirmisler Qafqaz Konfederasyonu daxilde bir Cumhuriyyetin milli xarakter ve tamamiyyeti mulkiyesini temin ederek xaricde butun Cumhuriyyetler adina yuksek dereceli beynelmilel bir vehdet kimi hereket edecekdir Konfederasiyanin musterek bir siyasi ve gomruk hududu olacaqdir Konfederasiyaya daxil olan Cumhuriyyetlerin xarici siyaseti konfederasiyanin selahiyyetli numayendeleri terefinden idare edilecekdir Konfederasiya hududlarinin muhafizesi konfederasiyaya daxil olan Cumhuriyyetlerin ordularindan mutesekkil quvveler Konfederasiya ordusuna verilecek ve bu ordu Konfederasyonun esas numunelerine tabe tek bir komanda altinda olacaqdir Konfederasiyaya daxil olan Cumhuriyyetler arasinda cixa bilecek ve bilavasite muzakire ile hell edilmeyecek her turlu ixtilaflar icbari orbite ve yaxud konfederasiya yuksek mehkemesine verilerek hell edilecekdir Konfederasiyaya daxil olan Cumhuriyyetler bunlarin butun qerarlarini tamamen qebul edir ve icra etmeye mecburdurlar Ekspertler komissiyasi yuxaridaki esaslardan herekete bu yaxinda Qafqaz Konfederasiya Ana Yasasinin layihesini hazirlamaqla mesgul olacaqlar Bu layihe her Cumhuriyyetin toplanacaq ilk meclisi muessisan fealiyyeti ucun bir esas olacaqdir Qafqaz Konfederasiyasi sazisinde Ermenistan Cumhuriyyeti ucun de yer buraxilmisdir M E Resulzade hemin ilin noyabrinda dunyasini deyisen E M Topcubasovun defn merasiminde demisdi Xesteliyin qocaligin ve muhaciretdeki yoxsullugun zeif saldigi heyatinin son gunlerinde imzaladigi Qafqasya Konfederasyonu Musaqinin elanindan Elimerdan bey son derece memnun idi Mirasi span Fransada Azerbaycan Cumhuriyyetinin yaradicilarina hesr edilmis Prometey herekati adli kitab 2019 cu ilde capdan cixmisdir Tarixci Georq Mamuliya ve Ramiz Abutalibov terefinden hazirlanan kitabda herekatin La defence de Caucasse yeni Qafqazin mudafiesi adli jurnalinin da nesr edildiyi melum olur 2019 cu ile aid melumatda kitab rus dilinde Bakida da cap edileceyi bildirilmisdir Eyni muellifler 2022 ci ilde yene Parisde Fransada Meseli qoruyub saxlamaq adli kitab cap etdirmisdirler Maisonneuve et larose nesriyyat evi terefinden cap olunan kitab Azerbaycanin Fransadaki sefirliyinin yardimi ile hazir olmusdur Kitabda 1920 1921 ci illerde Azerbaycanin musteqilliyinin berpasi ugrunda Tiflisde aparilmis mubarizeden vahid Qafqaz dovletinin yaradilmasinin ilk planlarindan 1921 1923 cu illerde Azerbaycan diplomatik numayende heyetinin Kann Genuya ve Lozanna konfranslari dovrunde fealiyyetinden 1924 1931 ci illerde Prometey herekati cercivesinde Polsa Azerbaycan elaqelerinden 1931 1935 ci illerde Qafqaz Konfederasiyasinin Brussel Pakti ve Prometey herekati nin Qafqaz muhacirleri qruplarinin yeniden teskilinden 1939 1940 ci illerde Azerbaycan muhacireti ve Qerb dovletlerinin Qafqaz layihesinden danisilir 2018 ci ilin Noyabrin 7 de ADA Universitetinde Azerbaycan ile Polsa arasinda elaqelerin qurulmasinin 100 illiyine hesr edilen Prometey herekati Ikinci Dunya muharibesinden evvel muselman xalqlara qarsi Azerbaycanda ve Orta Asiyada Prometey herekati movzusunda konfrans kecirilmisdir olsanin Azerbaycandaki sefirliyinin teskilatciligi ile kecirilen konfransin istirakcilari evvelce universitetin foyesinde Prometey herekatina dair sergi de teskil edilmisdir Varsava Universitetinin Serqi Avropa Institutunun professoru Pavel Koval cixisinda bildirib ki bu Prometey herekatina hesr olunmus altinci konfransdir O Polsada yasayan azerbaycanlilarla six emekdasliq etdiklerini soyleyib Biz isterdik ki Polsa Azerbaycan elaqeleri akademik seviyyede oldugu kimi butun sahelerde derinlessin 2019 cu ilde Bakida seferde olan polsali nazir muavini sefer etmisdir Bartos Cixotski rehberliyi ile danisiqlar aparmis ve Avropa ile Asiyani birlesdiren marsrut uzre bu logistika merkezinin potensiali ile tanis olmusdur Serqi Avropa Tedqiqatlari ve ADA Universitetinin teskil etdiyi Muselman xalqlarinin musteqilliyine dogru Prometey Herekatinin rolu adli XII ci Konfransinin acilisini etmisdir Qeydler span Dombrovski Vlodzimej 1896 1962 Polsa ordusu Bas Qerargahi yaninda Ekspozitura 2 sobesinin zabiti 1933 1937 ci illerde Polsa kesfiyyati Paris rezidenturasinin rehberi Hemcinin bax span PrometeizmIstinadlar span Woytak 1984 seh 273 278 Yaqublu 2007 seh 71 Yaqublu 2007 seh 73 74 Yagublu 2015 seh 95 Sadigli 2019 seh 54 Suleymanli 2008 seh 171 172 Suleymanli 2008 seh 172 Suleymanli 2008 seh 174 Suleymanli 2008 seh 175 Yagublu 2015 seh 32 Yagublu 2015 seh 33 Yagublu 2015 seh 34 35 92 Yagublu 2015 seh 111 Yagublu 2015 seh 108 Yaqublu 2007 seh 65 66 Vilayet Quliyev Mehemmed Emin Resulzadenin bir mektubu haqqinda 525 ci qezet fevral 2018 26 iyul 2023 tarixinde arxivlesdirilib Istifade tarixi 31 iyul 2023 Yaqublu 2007 seh 74 75 Yaqublu 2007 seh 75 76 Yaqublu 2007 seh 76 Fransada Azerbaycan Cumhuriyyetinin yaradicilarina hesr edilmis Prometey herekati adli kitab hazirlanir report az 14 fevral 2019 26 iyul 2023 tarixinde arxivlesdirilib Istifade tarixi 29 iyul 2023 Fransada Azerbaycanin muhaciret tarixi haqqinda kitab nesr olunub medeniyyet az 26 iyul 2023 tarixinde arxivlesdirilib Istifade tarixi 31 iyul 2023 ADA Universitetinde Azerbaycan Polsa elaqelerinin 100 illiyine hesr edilen konfrans kecirilib azertag az 7 noyabr 2018 5 may 2020 tarixinde arxivlesdirilib Istifade tarixi 29 iyul 2023 Bakida Polsa Azerbaycan meslehetlesmeleri www gov pl 14 oktyabr 2019 26 iyul 2023 tarixinde arxivlesdirilib Istifade tarixi 31 iyul 2023 Menbe span Richard Woytak The Promethean Movement in Interwar Poland XVIII East European Quarterly 1984 Nesiman Yaqublu Azerbaycan Polsa elaqelerinde M E Resulzadenin rolu PDF Baki Adiloglu 2007 Mubariz Suleymanli Mirza Bala Mehmedzade nin Kurtulus mecmuesindeki yazilari hakkinda Izmir Turk Dunyasi Incelemeleri Dergisi 2008 Nasiman Yagublu Mehmet Emin Rezulzade Ansiklopedi Ankara Azerbaycan Kultur Dernegi Yayinlari 2015 Kateqoriyalar Azerbaycan tarixiAzerbaycan muhaciret edebiyyati
