Ləzgilər
Bu məqalə etnik qrup haqqındadır. Digər mənalar üçün Ləzgi (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Ləzgilər (ləzg. лезгияр, лекьер) — əsasən Azərbaycanın şimal-şərqini əhatə edən və Dağıstanın cənub-şərqində yaşayan Qafqaz xalqlardan biri.
Hacı Davud | |||||||||||||||||||||||||||
Ümumi sayı | |||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
881 000 | |||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||
Dili | |||||||||||||||||||||||||||
Dini | |||||||||||||||||||||||||||
Daxildir | |||||||||||||||||||||||||||
Ləzgi xalqlar | |||||||||||||||||||||||||||
Mənşəyi | |||||||||||||||||||||||||||
Qafqaz Albanları | |||||||||||||||||||||||||||
Qohum xalqlar | |||||||||||||||||||||||||||
Ləzgilərin çoxu islam dininin sünni məzhəbinə etiqad edir. Antropoloji cəhətdən Qafqaz irqinə aiddirlər. Ləzgi dilində danışırlar.
Mədəniyyət
Ləzgilərin mədəniyyəti İslam, Ləzgival (mənəvi əxlaq qaydaları), yah-namus (şərəf), sihillər (soylar) və ləzgi dilinin istifadəsinə əsaslanır. Ləzgilərin mədəniyyəti, digər Dağıstan xalqlarında olduğu kimi suvarar (adətlər) və İslamdan ibarətdi, ən önəmli bayramları Ramazan və Qurban bayramlarıdır.
Ləzgival
Ləzgilərin namus, şərəf, qeyrət, əxlaq və ədəb anlayışlarına Ləzgival deyilir. Ləzgival heç kim tərəfindən yazılmamış, ləzgilərin arasında öz-özünə formalaşmış yüksək əxlaq və davranış qaydalarıdır. Uşaqlıqdan bəri cəmiyyətin hər bir üzvünün həyatının bütün sahələrini əhatə edər. Ləzgival, valideynlər və ləzgi cəmiyyəti tərəfindən nəsildən nəsilə ötürülən əxlaq, şərəf və davranış qaydaların bütünüdür. Bu, əxlaqi və etik davranışlar cəmiyyətdə ləzgi qadının namus və şərəfini qorumağa yönəlikdir.
Din
Ləzgilər İslamın dinin Sünni qolunun İmam Şafi məzhəbinə aiddirlər. XIX əsirdə ləzgilərin şeyxi Muhamməd Kuravi Çar Rusiyası ilə mübarizə üçün ləzgilərin arasında Müridizm hərəkətını başladır, daha sonra bu hərəkata digər Dağıstan xalqlarıda qoşulur, şeyxin tələbələrin arasında ən tanınmışı Imam Şamildir. Qafqaz müharibəsindən sonra Çar Rusiyası müridizmə qadağan qoyur, lakin Qafqaz-Rus anlaşmasına əsasən məscidlər fəaliyyətini davam edə bilirlər. 27 aprel 1930-ci ildə ləzgilər Qazi Muhamməd Ştulvi başçılığı altında Çar Rusiyasına yenidən üsyan eliyirlər. Lakin 1930-ci ilin noyabrın 29 bütün üsyancılar edam edilir, məscidlər bağlanır, Quran oxumaq qadağan edilir, dini xadimlər və ailələri isə sürgün edilir. Beləliklə İslamın təsiri ləzgilərin arasında xeyli azaldılır. Lakin 10 il sonra 1940-ci ildə ləzgilər yenidən sürgün edilir, artıq Stalin tərəfindən Mərkəzi Asiyaya. İslamın təbliğinə və Qazi Muhamməd Xuluxvi, Kiri Buba, Qazı Muhamməd Ştulvi kimi Çar Rusiyasına qarşı mübarizə aparmış xalq qəhrəmanların adlarının çəkilməsinə belə tamamilə qadağan qoyulur.
Dil
Ləzgi dili Qafqaz dilləri ailəsinin Çeçen-Dağıstan dilləri qolunun Ləzgi dilləri yarımqrupuna daxildir. 1928-ci ilə kimi Ləzgi dili üçün ərəb qrafikalı əlifbadan istifadə olunub, 1928–1938-ci illərdə latın qrafikalı əlifbadan, 1938-ci ildən başlayaraq isə kiril əlifbasından istifadə edilir. Dünyada Ləzgi dilində 776 min nəfər danışır. Son illərdə yeni nəsil arasında Ləzgicə bilənlərin sayı azaldıqdan UNESCO Ləzgi dilinin yox olma təhlükəsinin olduğundan xəbərdar etdi.
Məskunlaşma
Azərbaycanda
Rayon | 1939-cu il | 1959-cu il | 1970-ci il | 1979-cu il | 1999-cu il | 2009-cu il | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | |
Azərbaycan üzrə | 111 666 | 3.60% | 98 211 | 2.66% | 137 250 | 2.68% | 158 057 | 2.62% | 178 021 | 2.24% | 180 312 | 2.02% |
Qusar | 47 415 | 88.9% | 37 585 | 86.6% | 55 164 | 87.7% | 59 325 | 87.9% | 73 278 | 90.7% | 79 600 | 90.6% |
Bakı | 7 142 | 1.2% | 6 913 | 1.1% | 12 462 | 1.5% | 16 096 | 1.6% | 26 145 | 1.5% | 24 868 | 1.2% |
Xaçmaz | 8 489 | 15.8% | ... | ... | 1 | 0.0% | ... | ... | 0% | 24 688 | 0% | |
Qəbələ | 2 401 | 7.4% | ... | ... | ... | ... | ... | ... | 0.% | 16 020 | 0.25% | |
Quba | 7.3% | ... | ... | 0% | ... | ... | 0.0% | 8 952 | 0.01% | |||
İsmayıllı | 6.0% | ... | ... | 0% | 0.0% | 0.0% | 8 079 | 0.0% | ||||
Oğuz | 300 | 9.8% | 0.11% | 0% | 0% | 0.0% | 4 731 | 0.0% | ||||
Göyçay | 6 683 | 3.8% | 4 038 | % | 3 308 | % | 0% | 0.0% | 396 | 0.% |
Azərbaycanda ləzgilər respublikanın 20-dən çox rayonunda, həmçinin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Göyçay və başqa şəhərlərində yaşayırlar. Quba, Qusar, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəki, Qax və Oğuz ləzgilərin yığcam yaşadıqları rayonlardır.
Ləzgilər Azərbaycan əhalisinin 2,0%-ni təşkil edir (2009). 30-cu illərdə məktəblərdə ana dilinin keçilməsinə baxmayaraq, 1936-cı ildən ləzgi dilində dərslərin keçilməsi ləğv edilmişdir. Bu, ləzgilərin assimilyasiya prosesini gücləndirmiş, xalqı yoxa çıxmaq təhlükəsi qarşısında qoymuşdur. 1993-cü ildən başlayaraq Azərbaycanda ləzgi dilində dərsliklər çap edilir. Hazırda 94 məktəbdə (891 sinif) ləzgi dilində dərslər keçirilir. Həmin məktəblərdə 15 000-ə yaxın şagird təhsil alır. Ləzgilərin sıx yaşadığı Quba-Xaçmaz iqtisadi rayonunun sənayesinin əsasını yüngül və yeyinti sənayesi təşkil edir. Başlıca olaraq meyvə-tərəvəz, şərab və süd məhsulları emal edilir. Rayonun kənd yerlərində xalçaçılıq ənənəvi sənətkarlıq növü kimi inkişaf etməkdədir. Qafqazın qədim xalqlarından olan ləzgilər bu bölgənin iqtisadi inkişafında mühüm rol oynayırlar.
Dağıstanda
Ləzgilər Dağıstan əhalisinin 13,3 %-ni təşkil edir.
Tanınmış şəxsiyyətlər
- Hacı Davud Müşkürvi (1680 - 1735) — Qafqaz tarixin ən görkəmli və böyük şəxsiyyətlərindən biri, ləzgilərin milli və dini istiqlal hərəkatına başçılıq etmiş Şimal Qafqazın birinci imamı.
- Dünyamalı Məmmədov (əmək qəhrəmanı) —Sosialist əməyi qəhrəmanı Lenin, Qırmızı Əmək Bayrağı və Şərəf Nişanı ordenləri laureatı.
- Kiri Buba — Ləzgilərin xalq qəhrəmanı, XIX əsrin 70ci illərdə Azərbaycanda və Dağıstanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı.
Ləzgi əsilli Azərbaycan Milli Qəhrəmanları və Şəhidləri
- Çingiz Qurbanov- Azərbaycanın Milli Qəhrəmanı
- Samir Kaçayev- Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, heykəltəraş. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.
- Əmiraslan Xeyirbəyov- Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.
- Ümüd Xəncəlov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Ləzgi idmançılar
- Nazim Hüseynov - Cüdo üzrə Olimpiya çempionu
- Vahid Rəhimov - yunan - roma güləşçisi.
- Əliəshab Səlimov - boks üzrə Avropa və Dünya çempionu.
- Narvik Sırxayev - futbolçu.
- Rahid Əmirquliyev — futbolçu.
- Rasim Ramaldanov - futbolçu.
- Rüfət Dadaşov — futbolçu.
- Renat Dadaşov - "Ayntraxt Frankfurt FK"-nun futbolçusu.
- Rasim Tahirbəyov - "Anji"nin futbolçusu.
- Sərdar Sərdarov - "Anji"nin futbolçusu.
- Mirzə Həsən Əlqədari- tarixçı-alim,şair
- Əbdürrəhim İsayev-taekvondoçu,
- Ələkbər Məmmədov Əmir oğlu- SSRİ əməkdar idman ustası, futbolçu
- Radik İsayev- Taekwondoçu 2016 Rio Olimpiya çempionu
Ləzgi şairlər
- Mirzə Həsən Əlqədari- tarixçı-alim,şair
- Süleyman Stalski-şair
- Muhəmməd Əmin-şair
- Sədaqət Kərimova- şairə
Ləzgilərin soyqırımı
Ləzgi Digah kəndində baş verən Qanlı dərə soyqırımında ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsaslansaq, qırğın zamanı 12 minədək ləzgi eləcə də 4 mindən çox azərbaycanlı və tat əhalisi qətlə yetirilmişdir. [Mənbə göstərin]
İstinadlar
- Языки и общества/Энциклопедия. — ИЯ РАН, Москва, 2006. — С.253
- https://www.peoplegroups.org/explore/GroupDetails.aspx?peid=24076#topmenu%D0%9D%D0%B0%D1%86%D0%B8%D0%BE%D0%BD%D0%B0%D0%BB%D1%8C%D0%BD%D1%8B%D0%B9
- National composition of population of Russi is estimated to Joshuaproject
- PEOPLE NAME: LEZGHI OF AZERBAIJAN
- National composition of population of Turkmenistan is estimated to Joshuaproject
- The national composition of the population of Kazakhstan is estimated to Joshuaproject
- The national composition of the population of Ukraine is estimated to Joshuaproject
- The national composition of the population of Uzbekistan is estimated to Joshuaproject
- The national composition of the population of Turkey was estimated Joshuaproject
- National composition of population of Kyrgyzstan is estimated to Joshuaproject
- National composition of population of Georgia is estimated to Joshuaproject
- Şablon:İnternet mənbəsi
- Халилрин Шамил (2020-04-20). народа как свод этических правил лезгин.gival/ "Лезгивал" (#bad_url). АЛАМ (rus). İstifadə tarixi: 2021-06-13.
- Şablon:Публикация
- Şablon:Публикация
- П.И. Пучков. "РАЗДЕЛ II. РОССИЙСКИЙ ОПЫТ. СОВРЕМЕННЫЕ РЕАЛИИ" (PDF). www.isras.ru. 2012-02-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-12-10. (#parameter_ignored_suggest) Orijinal mətn (rus.)
Умеренный шафиитский мазхаб преобладает среди дагестанских народов (кроме ногайцев), его придерживаются чеченцы, большинство ингушей, большая часть живущих в России курдов (потомки выходцев из Армении и некоторое число потомков выходцев из Туркмении), небольшая группа обосновавшихся в России талышей.
- Алкадари. «Асари-Дагестан». Цитата: «Один ученый-ширванец по имени Хас-Магомед-эфенди, выучившись наукам сначала у него, вернулся к себе, отправился в Ширване в селение под названием Кюрдамир к шейху Исмаил-эфенди, бывшему муршидом тариката накшбенди, выучился у него тарикату и был посвящен, а потом вторично прибыл в то селение (в Юхари-Яраг), но на этот раз он стал там муршидом тари¬ката и стал ему обучать народ. Даже бывшего своего учителя явных наук, упомянутого Магомед-эфенди он обучил тарикату и дал ему инвеституру на наставничество».
- http://www.vostlit.info/Texts/Dokumenty/Kavkaz/XIX/1840-1860/Orlov_Davydov/brief_samil_02_09_1859.htm
- Данные сводки Курахского РК ВКБ(б) в Дагобком партии
- Х. Махмудов. «Дело» шейха Штульского[ölü keçid]
- "Лезгинский язык". БСЭ. İstifadə tarixi: 2011-12-07. (#parameter_ignored_suggest)
- Лезгинский алфавит и его романизация
- Суммарно согласно данным Ethnologue по Азербайджану и данным российской переписи. Отдельно эти числа отражены в преамбуле статьи (364000 и 402173)
- http://www.unesco.org/languages-atlas/en/atlasmap/language-id-1072.html
- Ethno-Caucasus, Этнодемография Кавказа: Население Исмаиллинского района по переписи 1939-го года — yoxlanılıb: 21.04.2018
- Всесоюзная перепись населения 1939 года. Национальный состав населения районов, городов и крупных сел союзных республик СССР. Азербайджанский ССР >> Исмаиллинский // Источник: РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, Д.Д. 966-1001 ("Национальный состав населения по СССР, республикам, областям, районам"), Д.Д. 256-427 (табл. 26 "Национальный состав населения районов, районных центров, городов и крупных сельских населенных пунктов") — yoxlanılıb: 21.04.2018
- Ethno-Caucasus, Этнодемография Кавказа: Население Исмаиллинского района по переписи 1959-го года — yoxlanılıb: 21.04.2018
- Ethno-Caucasus, Этнодемография Кавказа: Население Исмаиллинского района по переписи 1970-го года — yoxlanılıb: 21.04.2018
- Ethno-Caucasus, Этнодемография Кавказа: Население Исмаиллинского района по переписи 1979-го года — yoxlanılıb: 21.04.2018
- Population statistics of Eastern Europe: Ethnic composition of Azerbaijan by 1999 census — yoxlanılıb: 21.04.2018
- Population statistics of Eastern Europe: Ethnic composition of Azerbaijan by 2009 census — yoxlanılıb: 21.04.2018
- ↑ http://www.samurpress.net/story.php?sid=823
- Azərbaycanın əhalisi — Azərbaycan Dövlət Statistika Komitəsi
- Информационные материалы об окончательных итогах Всероссийской переписи населения 2010 года
- Всероссийская перепись населения 2010 года. Официальные итоги с расширенными перечнями по национальному составу населения и по регионам.: см.
Xarici keçidlər
- Дуьняда авай Лезгияр
- Lezgi Informational Entertainment Port
- Лезгинский этнокультурный портал 2017-06-19 at the Wayback Machine
- Lezgi mp3
- Lezgi National Electronic Library - Ulub.info 2016-10-06 at the Wayback Machine
- The Lezgin people on Azerb.com
- “Suvar“ ləzgi ansamblının konserti keçirilib