Tehran Mənsimov
Tehran Cavid oğlu Mənsimov (24 avqust 1972, Düztahir, Qusar rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş zabiti və Şuşanın azadlığı uğrunda döyüşlərin iştirakçısı.
Tehran Mənsimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 avqust 1972 (48 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1992–2021 |
Rütbə | |
Döyüşlər | Qarabağ müharibəsi Vətən müharibəsi • Füzuli döyüşləri • Xocavənd döyüşləri • Şuşa döyüşləri |
Təltifləri |
Həyatı
Tehran Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olmuşdur. Orta təhsilini Qusar rayonunda almış, 1989-cu ildə məktəbi bitirmişdir. 1990-cı ildən 6 yanvar 1992-ci ilədək Sovet Ordusunun sıralarında hərbi xidmət keçmiş, Azərbaycan Milli Ordusunda xidmətə başlamışdır. Könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanmış və müxtəlif istiqamətlərdə gedən döyüşlərdə fəal iştirak etmişdir. 1992-ci ilin fevralından Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kurs keçmiş, bir il sonra leytenant rütbəsi almışdır. 2011–2013-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsilini davam etdirərək birinci sırada təhsilini tamamlamışdır.
Hərbi xidməti
Birinci Qarabağ müharibəsində könüllü iştirak etdikdən sonra hərbi təhsil alaraq leytenant rütbəsində ordu sıralarında xidmətə başlamışdır. Taqım komandirliyindən briqada komandirliyinə kimi Qarabağ bölgəsində xidmət etmişdir.
2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlamış və Şahbuz rayonundakı hərbi hissənin komandiri kimi xidmət etmişdir. 2021-ci ilin iyun ayınadək Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmətini davam etdirmişdir. Daha sonra, 25 iyun 2021-ci ildən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışmış və 4 gün sonra, 29 iyun 2021-ci ildə narazılıq yaradan hərəkət etdiyi üçün bu vəzifəsindən azad edilmişdir.
İkinci Qarabağ müharibəsində iştirakı
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti olan Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak etmişdir. Ələlxüsus, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşanın azadlığı uğrunda döyüşlərində şəhərə girən ilk zabitlərdən olmuşdur.
Təltifləri
Polkovnik-leytenant Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
Polkovnik Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2017-ci il tarixli 3006 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
- — III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı
- — III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı
- — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- — "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
- — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
- — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- — "Vətən uğrunda" medalı
- — "İgidliyə görə" medalı
- (15.12.2020) — "Azərbaycan Bayrağı" ordeni
- (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı
- (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı
- (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı
İstinadlar
- ""General-leytenant Hikmət Mirzəyev mənə əmr verdi ki..." - Tehran Mənsimov". qaynarinfo.az (azərb.). 31 yanvar 2021. İstifadə tarixi: 31 yanvar 2021.
- ↑ "Naxçıvandan Şuşaya uzanan qələbə yolu". serqqapisi.az (azərb.). Şərq qapısı. 27 yanvar 2021. 31 yanvar 2021 tarixində . İstifadə tarixi: 31 yanvar 2021.
- "Polkovnik Tehran Mənsimovun "Şərq qapısı" qəzetinə müsahibəsi". ordu.az. 28 yanvar 2021. İstifadə tarixi: 16 iyul 2021.
- "Polkovnik Tehran Mənsimova yeni təyinat". news.milli.az. 25 iyun 2021. İstifadə tarixi: 15 iyul 2021.
- "Tehran Mənsimov yeni vəzifəsindən çıxarıldı". news.milli.az. 29 iyun 2021. İstifadə tarixi: 15 iyul 2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 24.06.2005. İstifadə tarixi: 02.12.2020.
- "Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 20 iyun 2017-ci il tarixli 3006 nömrəli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 20.06.2017. İstifadə tarixi: 02.12.2020.
- President.az (15.12.2020). "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2020-12-16.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (azərb.)). 29.12.2020. 2021-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (azərb.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) ( (azərb.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.