fbpx
Wikipedia

Kaspi (qəzet)

"Kaspi" (qəzet) — Bakıda 1881-ci ildən rus dilində nəşr olunmuş qəzet.

"Kaspi"
Redaktor
  • V.V.Kuzmin
  • E.İ.Starsevə
  • V.P.Liçkus - Xomotov
  • P.T.Qordiyevski
  • N.A.Sokalinski
  • S.K.Mixaylov
  • H.Zərdabi
  • M.A.Şahtaxtinski
  • M.A.Uspenski
  • K.M.Karyagin
Yazıçılar
Yaranma tarixi 1881
Dil rus dili
Nəşrini dayandırıb 1919
Ünvan Bakı

Tarixi

Bakıda rus dilində çıxan burjua qəzetləri içərisində "Kaspi" qəzeti daha uzun ömür sürmüşdür. Qəzetin 1881-ci ildən 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxmışdır; ilk 28 nömrəsi həftədə iki dəfə, sonra bir müddət həftədə 3 dəfə çıxmışdır. "Kaspi" 1884-cü ilin yanvarından gündəlik nəşrə çevrildi. Əvvəllər qəzet 400-420 nüsxə tirajla çıxırdısa, 1887-ci ildə bu rəqəm 1000-ə qalxmışdır. Həmin ildən etibarən qəzet müntəzəm çıxmağa başlamışdır. 1897-ci ildə isə qəzetin tirajı 2.400-ə qalxmışdır. "Kaspi" 1919-cu ildə fəaliyyətini dayandırmışdır.

Redaktorlar

Qəzetin ilk redaktoru Viktor Vasilyeviç Kuzmin olmuşdur. O, 1881-ci ildən 1887-ci ilədək qəzeti redaktə etmişdir. 1887-ci ilin yanvarında Kuzmin xəstələndiyi üçün müvəqqəti redaktorluq ehtiyatda olan podpolkovnik Evlampi İvanoviç Starsevə tapşırılır. O, may ayınadək redaktorluq edir, polis departamenti Starsev haqqında pis xasiyyətnamə verdiyi üçün onun redaktorluğunu təsdiq etmək mümkün olmur. Sonra bir müddət qəzetə yerli gimnaziyanın müəllimi V.P.Liçkus - Xomotov (1887-1888), bir müddət "Qafqaz" qəzetinin əməkdaşı Pyotr Trofimoviç Qordiyevski (1888-1889) redaktorluq edir. 1889-cu ildə qəzetin 82-ci nömrəsindən sonra onun redaktoru vəzifəsində Nikolay Aleksandroviç Sokalinskini olur. Əvvəllər hərbi qulluqda olmuş Sokolinski Qafqaza 1878-ci ildə gəlmişdi. 1882-ci ildən jurnalistlik fəaliyyətinə başlamış, "Kavkazskoye obozreniye", "Novoye obozreniye" və "Kaspi" qəzetlərində işləmişdi. O, "Kaspi" qəzeti səhifələrində "Cümə müsahibələri" başlığı altında felyetonlar yazırdı. Sokalinski "Kaspi" qəzetinə 8 il redaktorluq etmişdir (1889-1897). Onun fəaliyyəti dövründə qəzetə müvəqqəti olaraq S.K.Mixaylov (1890), M.A.Şahtaxtinski (1891 - iyun-avqust), M.A.Uspenski (1892), K.M.Karyagin (1894-1897, müxtəlif illərdə) redaktorluq etmişlər.

"Kaspi" nəşrə başlayandan 1897-ci ilə qədər onun redaktorları milliyyətcə ruslar olmuşlar. 1897-ci ildə Sokolinskinin ölümündən sonra "Kaspi" qəzeti redaksiyasında bəzi dəyişikliklər baş verdi. Qəzetin bu dövründən başlayan tarixini "müsəlman Kaspi"si adlandırırlar. Qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürür və redaksiyanı Nikolayevski (indiki Kommunist) küçəsindəki binaya köçürür. Redaktorluq vəzifəsi Əlimərdan bəy Topçubaşova tapşırılır. O, qəzeti 24 iyun 1898-ci ildən 1907-ci ilin oktyabrınadək redaktə edib. Ondan sonra qısa bir müddətdə qəzetin redaktorluğuna Əli bəy Hüseynzadə təyin olunub. 1907-ci ilin axırlarından 1919-cu ilədək qəzetin başında A.Veynberq dayanıb. Bu müddətdə qəzet təkcə Qafqazda deyil, Rusiyanın bir sıra şəhərlərində, xarici ölkələrdə də yayılırdı.

"Kaspi"nin proqramı

Qəzetin ilk redaktoru Viktor Vasilyeviç Kuzminin mətbuat işləri üzrə baş idarəyə 1880-cı ilin 12 oktyabrında göndərdiyi məktubda "Kaspi"nin proqramı belə təsvir olunur:

  • Yerli həyatdan və ümumdövlət həyatından bəhs edən baş məqalələr.
  • Məlumatlar və eskizlər
  • Gündəlik hadisələrin xülasəsi
  • Orijinal və tərcümə olunmuş elmi məqalələr
  • Rusiyada və xarici ölkələrdə neft işi. Neftə aid yeniliklər
  • Son poçt
  • Nəsr əsərləri
  • Məlumat xarakterli xəbərlər
  • Elanlar

Redaksiya bu proqram haqqında ilk məlumatı qəzetin 1881-ci ildə çıxan 1-ci nömrəsində "Oxuculara" sərlövhəli baş məqalədə vermiş və burada məsləkini də şərh etmişdir.

Yazıçılar

Qəzetin səhifələrində H.Zərdabi, S.M.Qənizadə, M.A.Şahtaxtinski, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, N.Nərimanov kimi Azərbaycan ziyalılarıpublisistləri çıxış edirdilər. Onların qaldırdıqları məsələlər qəzetin ümumi məsləki ilə zidd idi. 1905-ci il inqilabı ərəfəsində və inqilab dövründə bolşevik ideyaları özünə möhkəm yer eləmişdi. Bu ideyalar qəzet səhifələrində öz əksini tapırdı. Həsən bəy Zərdabi qəzetin nəşrinin ilk ilindən başlayaraq onun fəal əməkdaşı olmuşdur. H.Zərdabinin "Bizim kənd məktəblərimiz", "Bədii sənaye məktəbxanaları", "Amerikada əqli inkişafla əl əməyini birləşdirən yeni məktəb sistemi" adlı məqalələrində elmin, təhsilin həyatla əlaqəsi məsələsi irəli sürülürdü. Hətta Zərdabi bir müddət "Kaspi"nin redaktoru olmuşdur. H.Zərdabinin "Kaspi"də redaktorluğu dövründə jurnalistlər heyəti demokratik görüşlü ziyalılar hesabına zənginləşmişdi. Hüseyn Minasazov, Eynəli bəy Sultanov, Rəhim bəy Məlikov və başqaları qəzetə tez-tez yazırdılar.

M.Şahtaxtinski "Kaspi" də ictimai-siyasi mövzuda publisist yazılarla çıxış etmişdir. O, bu yazılarda qadın hüquqsuzluğu, mühafizəkarlıq, elmsizlik əleyhinə çıxır, Azərbaycan dilinin saflığı uğrunda mübarizəyə çağırırdı. M.Şahtaxtinskinin məqalələrində məhdud, ziddiyyətli cəhətlər də var idi. Buna baxmayaraq, ümumiyyətlə götürüldükdə, M.Şahtaxtinskinin publisistikası mütərəqqi mahiyyət daşıyırdı. Müxtəlif vaxtlarda "Kaspi" qəzetinin səhifələrində Azərbaycanın məşhur maarifçi-demokratları M.Mahmudbəyov, F.Köçərli, rus müəlliflərindən N.Kozerenko, E.Bondarenko və b. iştirak etmişlər. Firudin bəy Köçərli "Kaspi"nin çap imkanlarından yararlanıb. Mahmudbəy Mahmudbəyov xalq dastanlarını təhlil edib rus oxucularına çatdırırdı. 1902-ci ildə Cəlil Məmmədquluzadə "Dəlmə bağları" haqqındakı ilk məqaləsini "Kaspi" qəzetinə göndərmişdir. Məşhur müəllim və ictimai xadim M.Sidqi qəzetlə sıx əlaqə saxlayırdı. Lənkəran ibtidai məktəbinin müəllimi Teymurbəy Bayraməlibəyov şifahi xalq ədəbiyyatını toplayıb qəzetdə dərc etdirirdi.

Qəzetin nəşrində məqsəd

"Kaspi" qəzeti Bakı burjuaziyasının təşəbbüsü ilə, onun mənafeyini müdafiə etmək üçün yaradılmışdı. Kapitalistlərin, bütün istismarçı siniflərin nöqteyi-nəzərincə mətbuat ancaq onların hakimiyyətini möhkəmləndirməyə xidmət etməlidir. "Kaspi" də belə bir arzunun nəticəsi olaraq meydana çıxmışdı. Qəzet ilk nömrəsindən başlayaraq, süqutu dövrünədək müxtəlif dövrlərdə burjuaziyanın mənafeyini özünəməxsus formalarda və üslubda müdafiə etmişdir.

"Kaspi" təkcə Qafqazda deyil, Rusiyanın müxtəlif bölgələrində, xarici ölkələrdə də oxuyurdular. Çapının ilk ilində qəzet olduqca özünə az oxucu toplamışdı. Qəzetin 10 illiyi münasibəti ilə verilən bir məqalədə deyilir:

  Kütlə yeni mətbuat orqanını şübhə ilə, bir çoxu isə sərt qarşıladı. Bütün ziyalıların içərisində məqalələrini yeni orqanda çap etdirmək qərarına gələn, özü də çox gizli surətdə, bir-iki nəfər adam güc-bəla ilə tapıldı.  

Nəşrinin ilk on ilində "Kaspi" əyalət qəzeti səviyyəsindən yuxarı qalxmamışdı. Neft sənayesindən, sənayenin digər sahələrindən, Zaqafqaziya dəmir yolundan, ticarətdən, kənd təsərrüfatından, mədəniyyət və məişətdən bəhs edən yazılarda geniş ictimai məsələlər qoyulmurdu. Mövcud qayda-qanunlar tənqid edilmirdi. Məzmunca zəif ədəbi-bədii əsərlər çap olunurdu. Zəhmətkeş xalqın həyati mənafeyi qəzet səhifələrində öz əksini tapmırdı. Sonrakı onillikdə qəzetin mövzu dairəsinin xeyli genişlənir. Qəzet öz ətrafına daimi yazan milliyyətcə və əqidəcə müxtəlif olan publisistləri toplayır, həyat hadisələrinə real münasibət bəsləyən bir sıra jurnalistlər qəzet səhifələrinə həqiqətləri çıxarmalı olurdular.

"Teleqramlar", "Xarici xəbərlər", "Mətbuat xülasəsi" rubrikaları altında gedən yazılarda Rusiyanın və xarici ölkələrin həyatından maraqlı əhvalatlar nəşr olunurdu. Qəzetə beynəlxalq fəhlə həyatı mövzusu gəlmişdi. İtaliyada fəhlə və kəndlilərin həyəcanları, İrlandiyada silahlı üsyana hazırlıq, Almaniyada fəhlə tətilləri və s. haqqında olan xəbərlər dərc olunurdu. Lakin qəzetin müəlliflərinin əksəriyyəti çarizm siyasətini müdafiə mövqeyindən çıxış edir, yerli kapitalistlərə xoş gələn sözlər yazır, onların əqidələrinə ictimai don geydirməyə çalışırdılar.

Qərənfil Quliyeva "Kaspi" - Qafqazın və Orta Asiya müsəlmanlarının yeganə rusdilli qəzeti" məqaləsində yazır ki, 1917-ci ildən "Kaspi" daha çox rus və dünya mədəniyyətini, ədəbiyyatını təbliğ edən bir mətbuat orqanına çevrilir:

  Bu, Azərbaucan Xalq Cümhuriyyəti dövründə də belə olur. Bunun üçün qəzetin cəmi bir ay - 1919-cu ildə çap olunan 1-29 yanvar tarixli bütün saylarını gözdən keçirmək yetərlidir. Bu bir ay ərzində mütəmadi çap olunan imzalara diqqət yetirək: Spiridonov, Ferdinand, Anri, Qlaxenqauz, A.M.Fiş, L.Kremeer və A.Veynberq və s. Bu imzalarla verilən yazıların böyük əksəriyyəti rus və dünya mədəniyyətini, ədəbiyyatını, ictimai həyatını təbliğ edirdi. Bu bir ay ərzində qəzetdə bir-iki dəfə "P.Qara-Mirzə" imzası ilə kiçik həcmli yazılar da çap olunub. Həmin bu saylarda çox rast gəldiyimiz "Səyfəciklər" və "Kiçik felyeton" sərlövhəli silsilə şəklində, "İqla" imzası ilə çap olunan yazılardır.  

Azərbaycan mətbuat tarixinin araşdırıcısı, professor Şirməmməd Hüseynov "Əlimərdan bəy Topşubaşi və "Kaspi" qəzeti" məqaləsində yazır ki, "Bakinski listok" (1871-1872), "Bakinskiye izvestiya" (1876-1887) qəzetlərindən sonra Bakıda rus dilində 3-cü mətbuat orqanı sayılan "Kaspi" Azərbaycanın iki əsrin qovşağı və XX əsrin ilk onilliyində ən uzun ömürlü günədlik qəzeti idi. Məhəmməd Tağı Şahtaxtlı "Kaspi" qəzetinin 1891-ci il 93-cü sayında ("Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?") yazırdı:

  Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dinlərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar adlandırmağa başlamışlar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz. Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı.  

Mart hadisələri

1918-ci ilin mart-aprel hadisələri zamanı Rusiya müsəlmanlarının tribunasına çevrilmiş "Kaspi" qəzeti və mətbu orqanın yerləşdiyi bina da ciddi ziyan görüb, qəzetin indiki Sabir heykəlinin yanında yerləşən mətbəəsi yandırılıb. "Kaspi" qəzeti ilə bərabər bu mətbəədə nəşr olunan "Açıq söz" və digər qəzetlərin fəaliyyəti bir müddət dayanıb. Bolşevik-daşnak birləşmələrinin "Kaspi" qəzetini, onun yerləşdiyi mətbəəni hədəf almasının ciddi əsasları var idi: ilk səbəbi müsəlmanlar arasında informasiya qıtlığını yaratmaq, onları baş verənlərdən xəbərdar etməmək. Qəzetdə müsəlmanları maarifləndirən, onların hüquqlarını müdafiə edən yazılara geniş yer verilirdi. Bu kimi səbəblərdən "Kaspi" qəzeti milli maraqlardan çıxış edən rusdilli mətbuat orqanlarından birinə çevrildi. Ona görə də 1918-ci ildə ermənilər Mart qırğınları zamanı "Kaspi" qəzetini, onun mətbəəsini yerləşdiyi ünvanı hədəfə aldılar, binanı yandırdılar. "Kaspi" qəzeti fəaliyyətini 1918-ci ildə yenidən bərpa etdi və 1919-cu ilə qədər nəşr olundu. Bu faktlar sübut edir ki, "Kaspi" qəzeti Azərbaycan tarixini öyrənmək üçün əsas mənbələrdən biridir. Çünki XX əsrin əvvəllərindən Azərbaycan neft sənayesinin inkişafı, ilk dəmir yolunun çəkilişi, 1905-ci erməni-müsəlman qarşıdurması, 1918-ci il Mart qırğınları ilk bağlı faktlar "Kaspi"nin səhifələrində əksini tapıb.

Qəzetin yenidən bərpası

"Kaspi" qəzeti 1999-cu ildə Sona Vəliyevanın təşəbbüsü ilə bərpa olunmuşdur. Sona Vəliyeva qeyd edir:

  1881-ci ildən ilk redaktor Kuzminə "Kaspi" qəzetinin nəşrinə icazə verildiyi gündən Azərbaycanın mütərəqqi fikirli ziyalıları müxtəlif ədəbi, sosial mövzularda yazdıqları məqalələrdə öz düşüncə və ideyalarını əks etdirməyə çalışırdılar.  

Hazırda "Kaspi" 3 dildə: (Azərbaycan, rus, ingilis) nəşr olunur və qəzetin 3 əlavəsi çıxır. 2011-ci ildə qəzetin 130 illik yubileyi keçirilmiş və bu münasibətlə mətbuat araşdırmaçılarının tədqiqat məqalələrinin yer aldığı "Üç əsrin qəzeti" kitabı işıq üzü görmüşdür.

Həmçinin bax

Ədəbiyyat siyahısı

  • "Kaspi", 1897, N-235 (nekroloq).
  • "Kaspi", 1891. N-1.
  • "Kaspi", 1902, N-53
  • "Üç əsrin qəzeti", bakı-2011, səh.7
  • Əli Mərdan bəy Topçubaşinin anadan olmasının 135 illiyi münasibətilə keçirilmiş konfransın materialları, Diplomat kolleci, Bakı-1999

Mənbə

  • N.N.Zeynalov. "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı "ADU", 1973 – səh. 52-55
  • Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875-1920), Bakı "Elm və Təhsil", 2009 – 44-46 səh.
  • Sona Vəliyeva "İşığa gedən yol". Bakı, "Zərdabi LTD", MMC, 2016, 768 səh.

İstinadlar

  1. (PDF). 2020-05-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  2. Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 - 248 səh.

Xarici keçidlər

  • Haqqımızda
  • www.kaspi.az
  • "Kaspi"qəzetinin 135 illiyi qeyd edilib
  • Kaspi və Rusiya müsəlmanları qəzetlərinin arxivi (18811917)
  • “Azərbaycan reallığında heç bir internet saytını qəzetə rəqib görmürəm”

kaspi, qəzet, kaspi, qəzet, bakıda, 1881, ildən, dilində, nəşr, olunmuş, qəzet, kaspi, redaktor, kuzmin, starsevə, liçkus, xomotov, qordiyevski, sokalinski, mixaylov, zərdabi, şahtaxtinski, uspenski, karyaginyazıçılar, zərdabi, qənizadə, şahtaxtinski, ağaoğlu,. Kaspi qezet Bakida 1881 ci ilden rus dilinde nesr olunmus qezet 1 2 Kaspi Redaktor V V Kuzmin E I Starseve V P Lickus Xomotov P T Qordiyevski N A Sokalinski S K Mixaylov H Zerdabi M A Sahtaxtinski M A Uspenski K M KaryaginYazicilar H Zerdabi S M Qenizade M A Sahtaxtinski E Agaoglu E Huseynzade N Nerimanov F Kocerli M Mahmudbeyov C Memmedquluzade T Bayramelibeyov C Hacibeyli N Kozerenko E BondarenkoYaranma tarixi 1881Dil rus diliNesrini dayandirib 1919Unvan Baki Mundericat 1 Tarixi 2 Redaktorlar 3 Kaspi nin proqrami 4 Yazicilar 5 Qezetin nesrinde meqsed 6 Mart hadiseleri 7 Qezetin yeniden berpasi 8 Hemcinin bax 9 Edebiyyat siyahisi 10 Menbe 11 Istinadlar 12 Xarici kecidlerTarixi RedakteBakida rus dilinde cixan burjua qezetleri icerisinde Kaspi qezeti daha uzun omur surmusdur Qezetin 1881 ci ilden 1919 cu iledek muddetde 10 min 65 nomresi cixmisdir ilk 28 nomresi heftede iki defe sonra bir muddet heftede 3 defe cixmisdir Kaspi 1884 cu ilin yanvarindan gundelik nesre cevrildi Evveller qezet 400 420 nusxe tirajla cixirdisa 1887 ci ilde bu reqem 1000 e qalxmisdir Hemin ilden etibaren qezet muntezem cixmaga baslamisdir 1897 ci ilde ise qezetin tiraji 2 400 e qalxmisdir Kaspi 1919 cu ilde fealiyyetini dayandirmisdir 1 2 Redaktorlar RedakteQezetin ilk redaktoru Viktor Vasilyevic Kuzmin olmusdur O 1881 ci ilden 1887 ci iledek qezeti redakte etmisdir 1887 ci ilin yanvarinda Kuzmin xestelendiyi ucun muveqqeti redaktorluq ehtiyatda olan podpolkovnik Evlampi Ivanovic Starseve tapsirilir O may ayinadek redaktorluq edir polis departamenti Starsev haqqinda pis xasiyyetname verdiyi ucun onun redaktorlugunu tesdiq etmek mumkun olmur Sonra bir muddet qezete yerli gimnaziyanin muellimi V P Lickus Xomotov 1887 1888 bir muddet Qafqaz qezetinin emekdasi Pyotr Trofimovic Qordiyevski 1888 1889 redaktorluq edir 1889 cu ilde qezetin 82 ci nomresinden sonra onun redaktoru vezifesinde Nikolay Aleksandrovic Sokalinskini olur Evveller herbi qulluqda olmus Sokolinski Qafqaza 1878 ci ilde gelmisdi 1882 ci ilden jurnalistlik fealiyyetine baslamis Kavkazskoye obozreniye Novoye obozreniye ve Kaspi qezetlerinde islemisdi O Kaspi qezeti sehifelerinde Cume musahibeleri basligi altinda felyetonlar yazirdi Sokalinski Kaspi qezetine 8 il redaktorluq etmisdir 1889 1897 Onun fealiyyeti dovrunde qezete muveqqeti olaraq S K Mixaylov 1890 M A Sahtaxtinski 1891 iyun avqust M A Uspenski 1892 K M Karyagin 1894 1897 muxtelif illerde redaktorluq etmisler Kaspi nesre baslayandan 1897 ci ile qeder onun redaktorlari milliyyetce ruslar olmuslar 1897 ci ilde Sokolinskinin olumunden sonra Kaspi qezeti redaksiyasinda bezi deyisiklikler bas verdi Qezetin bu dovrunden baslayan tarixini muselman Kaspi si adlandirirlar Qezetin nasirliyini Haci Zeynalabdin Tagiyev oz uzerine goturur ve redaksiyani Nikolayevski indiki Kommunist kucesindeki binaya kocurur Redaktorluq vezifesi Elimerdan bey Topcubasova tapsirilir O qezeti 24 iyun 1898 ci ilden 1907 ci ilin oktyabrinadek redakte edib Ondan sonra qisa bir muddetde qezetin redaktorluguna Eli bey Huseynzade teyin olunub 1907 ci ilin axirlarindan 1919 cu iledek qezetin basinda A Veynberq dayanib Bu muddetde qezet tekce Qafqazda deyil Rusiyanin bir sira seherlerinde xarici olkelerde de yayilirdi 1 2 Kaspi nin proqrami RedakteQezetin ilk redaktoru Viktor Vasilyevic Kuzminin metbuat isleri uzre bas idareye 1880 ci ilin 12 oktyabrinda gonderdiyi mektubda Kaspi nin proqrami bele tesvir olunur Yerli heyatdan ve umumdovlet heyatindan behs eden bas meqaleler Melumatlar ve eskizler Gundelik hadiselerin xulasesi Orijinal ve tercume olunmus elmi meqaleler Rusiyada ve xarici olkelerde neft isi Nefte aid yenilikler Son poct Nesr eserleri Melumat xarakterli xeberler ElanlarRedaksiya bu proqram haqqinda ilk melumati qezetin 1881 ci ilde cixan 1 ci nomresinde Oxuculara serlovheli bas meqalede vermis ve burada meslekini de serh etmisdir 2 Yazicilar RedakteQezetin sehifelerinde H Zerdabi S M Qenizade M A Sahtaxtinski E Agaoglu E Huseynzade N Nerimanov kimi Azerbaycan ziyalilari ve publisistleri cixis edirdiler Onlarin qaldirdiqlari meseleler qezetin umumi mesleki ile zidd idi 1905 ci il inqilabi erefesinde ve inqilab dovrunde bolsevik ideyalari ozune mohkem yer elemisdi Bu ideyalar qezet sehifelerinde oz eksini tapirdi Hesen bey Zerdabi qezetin nesrinin ilk ilinden baslayaraq onun feal emekdasi olmusdur H Zerdabinin Bizim kend mekteblerimiz Bedii senaye mektebxanalari Amerikada eqli inkisafla el emeyini birlesdiren yeni mekteb sistemi adli meqalelerinde elmin tehsilin heyatla elaqesi meselesi ireli surulurdu Hetta Zerdabi bir muddet Kaspi nin redaktoru olmusdur H Zerdabinin Kaspi de redaktorlugu dovrunde jurnalistler heyeti demokratik goruslu ziyalilar hesabina zenginlesmisdi Huseyn Minasazov Eyneli bey Sultanov Rehim bey Melikov ve basqalari qezete tez tez yazirdilar M Sahtaxtinski Kaspi de ictimai siyasi movzuda publisist yazilarla cixis etmisdir O bu yazilarda qadin huquqsuzlugu muhafizekarliq elmsizlik eleyhine cixir Azerbaycan dilinin safligi ugrunda mubarizeye cagirirdi M Sahtaxtinskinin meqalelerinde mehdud ziddiyyetli cehetler de var idi Buna baxmayaraq umumiyyetle goturuldukde M Sahtaxtinskinin publisistikasi mutereqqi mahiyyet dasiyirdi Muxtelif vaxtlarda Kaspi qezetinin sehifelerinde Azerbaycanin meshur maarifci demokratlari M Mahmudbeyov F Kocerli rus muelliflerinden N Kozerenko E Bondarenko ve b istirak etmisler Firudin bey Kocerli Kaspi nin cap imkanlarindan yararlanib Mahmudbey Mahmudbeyov xalq dastanlarini tehlil edib rus oxucularina catdirirdi 1902 ci ilde Celil Memmedquluzade Delme baglari haqqindaki ilk meqalesini Kaspi qezetine gondermisdir Meshur muellim ve ictimai xadim M Sidqi qezetle six elaqe saxlayirdi Lenkeran ibtidai mektebinin muellimi Teymurbey Bayramelibeyov sifahi xalq edebiyyatini toplayib qezetde derc etdirirdi 2 Qezetin nesrinde meqsed Redakte Kaspi qezeti Baki burjuaziyasinin tesebbusu ile onun menafeyini mudafie etmek ucun yaradilmisdi Kapitalistlerin butun istismarci siniflerin noqteyi nezerince metbuat ancaq onlarin hakimiyyetini mohkemlendirmeye xidmet etmelidir Kaspi de bele bir arzunun neticesi olaraq meydana cixmisdi Qezet ilk nomresinden baslayaraq suqutu dovrunedek muxtelif dovrlerde burjuaziyanin menafeyini ozunemexsus formalarda ve uslubda mudafie etmisdir 2 Kaspi tekce Qafqazda deyil Rusiyanin muxtelif bolgelerinde xarici olkelerde de oxuyurdular Capinin ilk ilinde qezet olduqca ozune az oxucu toplamisdi Qezetin 10 illiyi munasibeti ile verilen bir meqalede deyilir 2 Kutle yeni metbuat orqanini subhe ile bir coxu ise sert qarsiladi Butun ziyalilarin icerisinde meqalelerini yeni orqanda cap etdirmek qerarina gelen ozu de cox gizli suretde bir iki nefer adam guc bela ile tapildi Nesrinin ilk on ilinde Kaspi eyalet qezeti seviyyesinden yuxari qalxmamisdi Neft senayesinden senayenin diger sahelerinden Zaqafqaziya demir yolundan ticaretden kend teserrufatindan medeniyyet ve meisetden behs eden yazilarda genis ictimai meseleler qoyulmurdu Movcud qayda qanunlar tenqid edilmirdi Mezmunca zeif edebi bedii eserler cap olunurdu Zehmetkes xalqin heyati menafeyi qezet sehifelerinde oz eksini tapmirdi Sonraki onillikde qezetin movzu dairesinin xeyli genislenir Qezet oz etrafina daimi yazan milliyyetce ve eqidece muxtelif olan publisistleri toplayir heyat hadiselerine real munasibet besleyen bir sira jurnalistler qezet sehifelerine heqiqetleri cixarmali olurdular 2 Teleqramlar Xarici xeberler Metbuat xulasesi rubrikalari altinda geden yazilarda Rusiyanin ve xarici olkelerin heyatindan maraqli ehvalatlar nesr olunurdu Qezete beynelxalq fehle heyati movzusu gelmisdi Italiyada fehle ve kendlilerin heyecanlari Irlandiyada silahli usyana hazirliq Almaniyada fehle tetilleri ve s haqqinda olan xeberler derc olunurdu Lakin qezetin muelliflerinin ekseriyyeti carizm siyasetini mudafie movqeyinden cixis edir yerli kapitalistlere xos gelen sozler yazir onlarin eqidelerine ictimai don geydirmeye calisirdilar 2 Qerenfil Quliyeva Kaspi Qafqazin ve Orta Asiya muselmanlarinin yegane rusdilli qezeti meqalesinde yazir ki 1917 ci ilden Kaspi daha cox rus ve dunya medeniyyetini edebiyyatini teblig eden bir metbuat orqanina cevrilir 1 Bu Azerbaucan Xalq Cumhuriyyeti dovrunde de bele olur Bunun ucun qezetin cemi bir ay 1919 cu ilde cap olunan 1 29 yanvar tarixli butun saylarini gozden kecirmek yeterlidir Bu bir ay erzinde mutemadi cap olunan imzalara diqqet yetirek Spiridonov Ferdinand Anri Qlaxenqauz A M Fis L Kremeer ve A Veynberq ve s Bu imzalarla verilen yazilarin boyuk ekseriyyeti rus ve dunya medeniyyetini edebiyyatini ictimai heyatini teblig edirdi Bu bir ay erzinde qezetde bir iki defe P Qara Mirze imzasi ile kicik hecmli yazilar da cap olunub Hemin bu saylarda cox rast geldiyimiz Seyfecikler ve Kicik felyeton serlovheli silsile seklinde Iqla imzasi ile cap olunan yazilardir Azerbaycan metbuat tarixinin arasdiricisi professor Sirmemmed Huseynov Elimerdan bey Topsubasi ve Kaspi qezeti meqalesinde yazir ki Bakinski listok 1871 1872 Bakinskiye izvestiya 1876 1887 qezetlerinden sonra Bakida rus dilinde 3 cu metbuat orqani sayilan Kaspi Azerbaycanin iki esrin qovsagi ve XX esrin ilk onilliyinde en uzun omurlu gunedlik qezeti idi Mehemmed Tagi Sahtaxtli Kaspi qezetinin 1891 ci il 93 cu sayinda Zaqafqaziya muselmanlarini nece adlandirmali yazirdi 1 Son vaxtlar Zaqafqaziya muselmanlarina onlarin dinlerine gore yox xalqlarina gore ad vermeye calisaraq Zaqafqaziya islam ehlini Qafqazda rus dilinde tatar adlandirmaga baslamislar Amma bu yeniliyi hec cur ugurlu hesab etmek olmaz Ona gore de Zaqafqaziya muselmanlarini azerbaycanli Zaqafqaziya turk dilini ise tatar dili evezine Azerbaycan dili adlandirmaq meqsedeuygun olardi Mart hadiseleri Redakte1918 ci ilin mart aprel hadiseleri zamani Rusiya muselmanlarinin tribunasina cevrilmis Kaspi qezeti ve metbu orqanin yerlesdiyi bina da ciddi ziyan gorub qezetin indiki Sabir heykelinin yaninda yerlesen metbeesi yandirilib Kaspi qezeti ile beraber bu metbeede nesr olunan Aciq soz ve diger qezetlerin fealiyyeti bir muddet dayanib Bolsevik dasnak birlesmelerinin Kaspi qezetini onun yerlesdiyi metbeeni hedef almasinin ciddi esaslari var idi ilk sebebi muselmanlar arasinda informasiya qitligini yaratmaq onlari bas verenlerden xeberdar etmemek Qezetde muselmanlari maariflendiren onlarin huquqlarini mudafie eden yazilara genis yer verilirdi Bu kimi sebeblerden Kaspi qezeti milli maraqlardan cixis eden rusdilli metbuat orqanlarindan birine cevrildi Ona gore de 1918 ci ilde ermeniler Mart qirginlari zamani Kaspi qezetini onun metbeesini yerlesdiyi unvani hedefe aldilar binani yandirdilar Kaspi qezeti fealiyyetini 1918 ci ilde yeniden berpa etdi ve 1919 cu ile qeder nesr olundu Bu faktlar subut edir ki Kaspi qezeti Azerbaycan tarixini oyrenmek ucun esas menbelerden biridir Cunki XX esrin evvellerinden Azerbaycan neft senayesinin inkisafi ilk demir yolunun cekilisi 1905 ci ermeni muselman qarsidurmasi 1918 ci il Mart qirginlari ilk bagli faktlar Kaspi nin sehifelerinde eksini tapib 1 Qezetin yeniden berpasi Redakte Kaspi qezeti 1999 cu ilde Sona Veliyevanin tesebbusu ile berpa olunmusdur Sona Veliyeva qeyd edir 1 1881 ci ilden ilk redaktor Kuzmine Kaspi qezetinin nesrine icaze verildiyi gunden Azerbaycanin mutereqqi fikirli ziyalilari muxtelif edebi sosial movzularda yazdiqlari meqalelerde oz dusunce ve ideyalarini eks etdirmeye calisirdilar Hazirda Kaspi 3 dilde Azerbaycan rus ingilis nesr olunur ve qezetin 3 elavesi cixir 2011 ci ilde qezetin 130 illik yubileyi kecirilmis ve bu munasibetle metbuat arasdirmacilarinin tedqiqat meqalelerinin yer aldigi Uc esrin qezeti kitabi isiq uzu gormusdur Hemcinin bax RedakteBakinski listok qezet Bakinskiye izvestiya qezet Edebiyyat siyahisi Redakte Kaspi 1897 N 235 nekroloq Kaspi 1891 N 1 Kaspi 1902 N 53 Uc esrin qezeti baki 2011 seh 7 Eli Merdan bey Topcubasinin anadan olmasinin 135 illiyi munasibetile kecirilmis konfransin materiallari Diplomat kolleci Baki 1999Menbe RedakteN N Zeynalov Azerbaycan metbuat tarixi I hisse Baki ADU 1973 seh 52 55 Veliyev Akif Abdulezim oglu Asirli Azerbaycan metbuati tarixi 1875 1920 Baki Elm ve Tehsil 2009 44 46 seh Sona Veliyeva Isiga geden yol Baki Zerdabi LTD MMC 2016 768 seh Istinadlar Redakte 1 2 3 4 5 6 7 Niyaz Niftiyev Metbuatda multikulturalizm Baki 2017 seh 20 26 PDF 2020 05 26 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2018 06 29 1 2 3 4 5 6 7 8 9 Sahverdiyev A B Azerbaycan metbuati tarixi Tehsil nesriyyati 2006 248 seh Xarici kecidler RedakteHaqqimizda www kaspi az Kaspi qezetinin 135 illiyi qeyd edilib Kaspi ve Rusiya muselmanlari qezetlerinin arxivi 1881 1917 Azerbaycan realliginda hec bir internet saytini qezete reqib gormurem Menbe https az wikipedia org w index php title Kaspi qezet amp oldid 5943891, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.