Cavanşirlər
Cavanşirlər — Azərbaycanın qədim soylarından biri. Qarabağda, qismən də İranda yaşayırlar. Bu soyun nümayəndələri 1747-ci ildən 1822-ci ilədək Qarabağda xanlıq ediblər.
Cavanşirlər | |
---|---|
Titul | Xan |
Əcdadı | Arqun xan |
Qohum soylar | Sarıcalinskilər, Behbudovlar |
Mənşəyi | türk |
Təbəəliyi | Səfəvilər dövləti, Əfşarlar dövləti, Rusiya İmperiyası |
Soyun yaranması
Əski monqol qurumlarında goran və orun adlı düzülüş sistemi vardı. Goranda və orunda xandan, xaqandan solda ən hörmətlilər dururdular. Bu sistem orduda da gözlənilirdi. Ordunun sol cinahında döyüşənlər "caban qar"—sol qol, sağ cinahında döyüşənlər isə "baran qar"—sağ qol adlanırdı. Savaşa həmişə sol qol başladığından bu qolda seçkin bahadırlar dayanırdılar. Azərbaycanda iqtidarda olmuş Elxanlılar, Çobanlılar, Cəlayırlar, Barlaslar (Teymurlular) və digər qurumların ağalıq dönəmlərində ordunun aparıcı qolu caban qar idi. Cabanqar adı get-gedə deyiliş nəticəsində ilkin biçimini dəyişərək Cavanşir şəklinə düşdü.
Cavanşir elinin Sarıcalı oymağının başçıları XVIII yüzildə xanlıq yaratdıqdan sonra Sarıcalı-Cavanşir kimi tanındılar. Rus üsul-idarəsı dönəmində familiya qəbul edən aristokratlar öz tayfa, kənd, oba adlarını soyadı kimi götürdülər. Sarıcalı-Cavanşir oymağının zadəganlarının çoxu Cavanşir soyadını qəbul etdilər.
Bu soy Azərbaycan xalqına onlarla sərkərdə, şair, yazıçı, musiqışünas bəxş edib.
Cavanşirlər sülaləsi
İbrahimxəlil ağa | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Pənahəli xan (1693—1763) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İbrahimxəlil xan (1732—1806) | Mehrəli bəy (1735—1785) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məhəmmədhəsən ağa (1755—1806) | Cavad ağa (1757—1779) | Mehdiqulu xan | Əbülfət xan Tuti (1766—1839) | Ağabəyim ağa (1782—1831) | Xanlar ağa (1785—1832) | Məmməd Qasım ağa (?—1843) | Gövhər ağa (1796—1844) | Məhəmməd bəy (1762—1797) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cəfərqulu xan Nəva (1785—1867) | Xəncan ağa (ок.1793—до 1844) | Xurşidbanu Natəvan (1832—1897) | Paşa ağa | Cəfərqulu bəy | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ata xan | Mahmud ağa | Mehdiqulu xan Vəfa (1855—1900) | Xanbikə | Azad xan | Əhməd bəy (1823—1903) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qəmər bəyim Şeyda (1881—1933) | Aslan | Bəhram xan Naxçıvanski | Əkbər xan Naxçıvanski (1873—1961) | Behbud xan (1877—1921) | Həmidə Məmmədquluzadə (1873—1955) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Xan Şuşinski (1901—1979) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cavanşirlər soyu Qarabağ xanlığını idarə etmişlər. bu soyun sülaləsi:
Titul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Xan | Pənahəli xan Sarıcalı-Cavanşir | 1747 | 1762 |
Xan | Mehrəli bəy Sarıcalı-Cavanşir | 1762 | 1763 |
Xan | İbrahimxəlil xan Cavanşir | 1763 | 1806 |
Xan | Mehdiqulu xan Cavanşir | 1806 | 1822 |
Soyun məşhur nümayəndələri
- Pənahəli xan Sarıcalı-Cavanşir — Qarabağ xanı (1747–1762), xanlığın yaradıcısı
- İbrahimxəlil xan Cavanşir — Qarabağ xanı (1763–1806), general-leytenant
- Mehrəli bəy Sarıcalı-Cavanşir (1735—1785)
- Mehdiqulu xan Cavanşir — Qarabağ xanı (1806–1822), general-mayor
- Əbülfət xan Tuti — şair, general-mayor
- Əhməd bəy Cavanşir — tarixçi
- Cəfərqulu xan Nəva — şair, general-mayor
- Baba bəy Şakir — şair
- Məhəmməd bəy Sarıcalı-Cavanşir — xanlığın sərkərdəsi, müvəqqəti xanlığı icra etmiş şəxs
- Məhəmməd bəy Aşiq — şair
- Məhəmmədəli xan Cavanşir — diviziya generalı
- Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir — xanlığın vəliəhdi, general-mayor
- Mirzə Mehdi Sarıcalinski — şair, praporşik
- Molla Abbas Cavanşir — şair, riyaziyyatçı, axund
- Ağabəyim ağa (Ağabacı) — şair, Fətəli şah Qacarın şahbanusu
- Hacı Ağalar xan Cavanşir — Qarabağ xanlığının sərkərdəsi, kapitan
- Gövhərbəyim ağa Sarıcalı-Cavanşir (1796–1888) — şairə, mesanat
- Xurşidbanu Natəvan — şairə
- Qasım bəy Zakir — şair
- Kərim ağa Cavanşir — polkovnik
- İbrahim bəy Azər — şair
- Xan Şuşinski — xanəndə
- Xanlar ağa Sarıcalı-Cavanşir — Qarabağ xanlığının sərkərdəsi,polkovnik
- Allahyar Cavanşirov — tarzən
- Əfsər Cavanşirov — bəstəkar
- Əbdüssəməd bəy Aşiq — şair
- Həmidə Məmmədquluzadə — Həmidə xanım Cavanşir xeyriyyəçi, yazıçı
- Zaur Cavanşir — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Vətən Müharibəsi Qəhrəmanı
Mənbə
- Ənvər Çingizoğlu. Səfiqulu ağanın soyu. "Soy" dərgisi, 1(1), 2003, səh.3–9.
- Ənvər Çingizoğlu. Mehrəli xanın soy ağacından bir budaq. "Soy" dərgisi, 1(1), 2003, səh.9–14.
- Ənvər Çingizoğlu. Məhəmmədhəsən ağanın soy kötüyü. "Soy" dərgisi, 2(2), 2003, səh.3–13.
- Ənvər Çingizoğlu. Əbülfət xan Qarabağlınım törəməsi. ATŞS-nin xəbərləri, VI buraxılış, Bakı: "Adiloğlu", 2007, səh.3
- Ənvər Çingizoğlu. Xancan ağa Cavanşirin törəmələri. "Soy" dərgisi, 5(26), 2009, səh.3–12.
- Ənvər Çingizoğlu. Məhəmmədqasım ağa Sarıcalı-Cavanşir və törəmələri. Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin xəbərləri, 7-cı buraxılış, səh.48–56.
- Ənvər Çingizoğlu. Cəfərqulu xan Sarıcalı-Cavanşir. Bakı: Mütərcim, 2011, 72 səh.
- Ənvər Çingizoğlu. Cavanşir eli: Sarıcalılar. Tarixi və genealoji tədqiqat. Bakı: Mütərcim, 2015, 352 səh.
- M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı. Bakı: Mütərcim, 2008, 220.səh.
- Элдарь Исмаилов. Ханы Карабахские и их потомки. Генеалогический вестник. Вып.12. Санкт-Петербург: стр.40–55
- Рыжов К. В. Все монархи мира. Мусульманский Восток VII–XV вв.[ölü keçid]
- Мирза Джамал Джаваншир Карабаги. История Карабаха. 2007-01-27 at the Wayback Machine
İstinadlar
- http://zerrspiegel.orientphil.uni-halle.de/t1154.html Мирза Джамал Джеваншир Карабагский. «История Карабага». Баку, 1959 г.