Wikipedia
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar
Azərbaycanda ümumilikdə 15000-ə qədər həşərat yayıldığı müəyyən olunmuşdur. 2013-ci ildə yeni təşkil edilən Qırmızı kitaba 74 həşərat daxil edillmişdir. Onlardan 40-ı nadir növdür.
Aidliyi | Adı | Arealı | Qorunma statusu | Mənbə | |
---|---|---|---|---|---|
Dəstə Sərtqanadlılar (Coleoptera) | |||||
Alp rozaliyası (Rosalia alpina) | Azərbaycanda Böyük və Kiçik Qafqazda hündürlüyü 1500 m-ə qədər yüksəklikdə enliyarpaqlı meşələrdə rast gəlinir. | ||||
Skovits uzunbığı (Mallosia (Semnosia) scovitzi) | Naxçıvan MR-də (Ordubad, Buzqov, Biçənək) yayılmışdır. | ||||
Tünd qırmızı talış uzunbığı Purpuricenus talyshensis | Azərbaycanın cənub-şərqi. | Nəslikəsilən növ. | |||
Talış kökyeyəni | Azərbaycanın cənub-şərqi (Zuvand) | Nəslikəsilən növ. | |||
Xəzər parandrası (Parandra caspia) | Lənkəran bölgəsinin dağları (dəniz səviyyəsindən 35 m-dən – 1000 m-dək yüksəkliklərdə) və Xəzər sahili boyunadakı ovalıqları. | ||||
Maral böcək (Lucanus cervus) | Azərbaycanda Böyük Qafqazda rast gəlinir | ||||
Salomon qızılböcəyi (Buprestis salomonii= Ancylocheira salomonii) | Azərbayacanda Zaqatala, Qəbələ, Şəki, Göyçay, Yevlax, Naxçıvan MR kimi ərazilərində rast gəlinir. | ||||
Üçpərli talış çapağanı (Carabus talyschensis) | Lənkəran zonasında rast gəlinir | ||||
Qobustan malloziyası (Mallosia galinae) | Azərbaycanda yarımnövü Qobustan rayonunun şərqində, Ceyrankeçməz vadisində və Giləzi ərazisində rast gəlinir | ||||
Qafqaz karabusu (Carabus caucasicus) | Onlar əsasən quru meşə sahələrində xüsusi ilə Palıd meşələrində yayılırlar. Bəzi hallarda isə onlar dağ çöllərində görmək olar. 1800–2000 m yüksəkliklərdə yayıla bilir. | ||||
Kiçik qəşəng böcək (Calosoma inquisitor) | Azərbaycanda isə düzən və dağətəyi meşə sahələrində rast gəlinirlər. | ||||
Qəşəng böcək (Calosoma sycophanta) | Azərbaycanda düzən və dağətəyi meşə sahələrində rast gəlinir. | ||||
Fərat çapağanı (Megacephala euphratica) | Abşeron, Muğan düzü | ||||
Palıd diserkası (Dicerca fritillum) | Azərbaycanın cənub-şərqi, Samux rayonu. | ||||
Böyük qısaqanad uzunbığ (Necydalis major) | Azərbaycanda Quba – Xaçmaz bölgəsinin rayonlarında yayılmışdır. | ||||
Döşüdişli uzunbığ (Rhaesus serricollis) | Azərbaycanda Şəki – Zaqatala, Quba – Xaçmaz, Gəncə, Yevlax, Mingəçevir, Samux, Neftçala və Lənkəran rayonlarında rast gəlinir | ||||
Qara uzunbığ (Morimus asper) | Azərbaycanda Bakı, Abşeron, Zaqatala, Lənkəran, Astara və Yardımlı rayonlarında rast gəlinir. Ölkəmizdə bu böcəyin Morimus vercundus yarımnövü yayılmışdır. | ||||
Labidostomis yarpaqyeyən böcəyi (Labidostomis montana) | Lerik, Yardımlı, Cəlilabad və Ordubad rayonlarında qeydə alınmışdır | ||||
Falsoeksosoma yarpaqyeyəni (Falsoexosoma cyanipenne) | Lənkəran zonası, Böyük Qafqaz | ||||
Dəstə Zərqanadlılar (Coleoptera) | |||||
Dağıstan zolaqlı arısı (Bombus daghestanicus) | |||||
Qüvvətli antofora (Anthophora robusta) | Şamaxı, Lerik, Naxçıvan MR-da rast gəlinir. | ||||
Ağnöqtəli andrena (Andrena albopunctata) | Kür-Araz ovalığında, Talışda (Zuvand), Gəncənin ətraflarında, Abşeronda və Naxçıvan MR-də rast gəlinir. | ||||
Ayıpəncəsi antoforası (Anthophora personata) | Abşeron yarımadası əsas yayılma əraziləridir. | ||||
Mlokoseviç zolaqlı arısı (Bombus mlokosevitschi) | Əsasən subalp və alp qurşağda yayılırlar | ||||
Fars zolaqlı arısı (Bombus persicus) | Azərbaycanda Naxçıvan MR (Zəngəzur sıra dağlarının yüksəklikləri) rast gəlinir | ||||
Porçinski zolaqlı arısı (Bombus portchinski) | . | ||||
Dəstə Pulcuqluqanadlılar (Lepidoptera) | |||||
Adi apollon (Parnassius apollo) | Azərbaycanda – Kiçik və Böyük Qafqazın dağ və dağətəyində (Göygöl, Dərəlyəz, Zəngəzur dağ silsiləsinin cənub yamaclarında, Əsgəran rayonunun Topxana meşəsinin kənarlarında və Zaqatala Dövlət Qoruğunun subalp zonasında) rast gəlinir. | ||||
Nordman apollonu (Parnassius nordmanni) | Böyük Qafqazın alp yüksəklikləri (Şahdağ massivi, Bazardüzü, Babadağ, Quton), dəniz səviyyəsindən 3000 m və daha yuxarı ərazilər. | ||||
Allancastria caucasica (Allancastria caucasica) | Böyük Qafqazın dağ ətəklərinin cənub yamacları (Balakən, Zaqatala, Qax, Şəki) rast gəlinir. | ||||
Şərqi aleksanor yelkənciyi (Papilio alexanor ) | Azərbaycanda Naxçıvan MR ərazisinin Araz çayı vadisindən başlayaraq dəniz səviyyəsindən 1750 m-ə qədər yüksəkliyi olan dağlar | ||||
Avrora (Anthocharis cardamines) | |||||
Eyfema (Zegris eupheme) | Naxçıvan MR və Talışın (Zuvand) dağətəyi və dağlıq yerlərinin kserofil bitkilər yayılan zonaları. | ||||
Kaya ayıcası (Arctia caja) | Quba – Xaçmaz, Şəki – Zaqatala bölgəsi, Lənkəran, Dağlıq Qarabağ və Naxçıvaan MR-da yayılmışdır. | ||||
Müxtəlifrəngli sovka (Euchalcia obscurior) | Böyük və Kiçik Qafqazın 2000 m hündürlükdə dağ – meşə qurşağında, dağətəyinin daşlı yamaclarında rast gəlinir | ||||
Qəşəng yaşıl sovka (Staurophora celsia) | Kiçik Qafqazın dağlıq hissələrində (Daşkəsəndə) rast gəlinir | ||||
Alp sarıcası (Colias thisoa) | Dərəlyəz və Zəngəzur dağ silsiləsi (Kiçik Qafqaz) və Şahdağ (Böyük Qafqaz). | ||||
Dördnöqtəli ayıca (Collimorpha dominula) | Şamaxı – Qobustan, Şəki – Zaqatala, Lənkəran və Dağlıq Qarabağ təbii rayonları. | ||||
Şüalı sovka (Aedophron phlebophora) | Naxçıvan MR-da və Talış dağ – səhra ərazisində məhdud halda təsadüf edilir. | ||||
Gümüşü başlıqlı sovka (Cuculia argentea) | Şirvan düzənliyində təsadüf edilir. | ||||
Torpaq sovkası (Dichagyris musiva) | Böyük və Kiçik Qafqazın dağətəyi və dağlıq meşələri, Lənkəranın dağ – səhralıq yerləri. | ||||
Qafqaz sarıcası (Colias caucasica) | Azərbaycanda Murovdağ silsiləsinin cənub yamacları | ||||
Avrorina sarıcası (Colias aurorina) | Naxçıvan MR (Şahbuz rayonu), Şamaxı rayonu (Astraxanka), Altıağac, Talış (Zuvand). | ||||
Şəfəqsaçan (Anthocharis gruneri) | Kiçik Qafqazın dağ ətəklərində və dağlarında, kserofil yamaclarında rast gəlinir (Laçın rayonu, Naxçıvan MR və Talış (Zuvand)) | ||||
Tarla ayıcası (Arctia villica) | |||||
Tünd qırmızı ayıca (Rhyparia purpurata) | |||||
Kürd sarıcası (Colias chlorocoma) | Azərbaycan (Naxçıvan MR dağları, dəniz səv. 1500 – 1800 m yüksəklikdə). | ||||
Xrizip (Danaus chrysippus) | Azərbaycanda Lənkəran ovalağında yayılmışlar | ||||
Göybaftalı sovka (Catocala fraxini) | Böyük və Kiçik Qafqazın dağlıq və Dağətəyi meşələrində və Lənkəranın Hirkan meşəsində təsadüf olunur | ||||
Talış məxməri kəpənəyi (Pararge adrastoides) | Lerik, Yardımlı rayonlarında | ||||
Hilata (Melanargia hylata) | Azərbaycanın cənub-şərqi (Zuvand). | Azərbaycan Qırmızı Kitabı 1989 | |||
Alp satiri (Pseudochazara alpina) | Şahdağ və Babadağ əraziləri, Qafqazın cənub yamacları. | Azərbaycan Qırmızı Kitabı 1989 | |||
Loniya bərqvuranı (Thaleropis ionia) | Zəngəzur və Dərələyəz silsiləsinin cənub yamaclarında yayılmışlar | Azərbaycan Qırmızı Kitabı 1989 | |||
Aleksandra sədəflisi (Argynnis alexandra) | Talış dağlarının meşələri | Azərbaycan Qırmızı Kitabı 1989 | |||
Romanov tomaresi (Tomares romanovi ) | Naxçıvan MR, Altıağac. | Azərbaycan Qırmızı Kitabı 1989 | |||
Mahmızçiçək sovkası (Chariclea delfinli ) | Azərbaycanda isə lokal şəkildə bütün zonalarda ən çox düzən rayonlarda, qismən dağətəyində və dağ səhralığında rast gəlinir | Azərbaycan Qırmızı Kitabı 1989 | |||
Yaşıl alp sovkası (Isochlora viridis) | |||||
Oxim qızılı kəpənəyi (Lycaena ochimus) | Naxçıvan MR və Talış dağları (Zuvand) rast gəlinir. | Azərbaycan Qırmızı Kitabı 1989 | |||
Qəhvəyi dazı sovkası (Actinotia polyodon) | Böyük Qafqazın dağətəyində rast gəlinir. | Azərbaycan Qırmızı Kitabı 1989 | |||
Acherontia atropos (Acherontia atropos) | |||||
Oleandr hafı (Daphnis nerii) | Abşeron, Lənkəran, Ordubad. | ||||
Komarov hafı (Rethera komarovi ) | Araz çayı vadisi, Talış (Zuvand), Şamaxı (Pirqulu). | ||||
Hippotion celerio (Hippotion celerio) | |||||
Məlikə ayıca (Callimorpha dominula) | |||||
Kristofer brameyası (Brahmaea christophi) | |||||
Xallı dazı sovkası (Actinotia radiosa> | Kiçik Qafqazın cənub yamacları. | ||||
Açıq sarı dən sovkası (Hadena irregularis) | |||||
Dalğaqanad sovka (Glaphyra lacernaria) | |||||
Anaxoreta sovkası (Cyrebia anachoreta) | Qax, Zaqatala, Göygöl, Ordubad, Kəlbəcər rayonlarında rast gəlinir | ||||
Axiopoena maura (Axiopoena maura) | |||||
Tamara alacası (Zygaena tamara) | Zəngəzur və Dərələyəz sıra dağlarının cənub yamacları. | ||||
Dəstə İynəcələr (Odonata) | |||||
İmperator iynəcə (Rosalia alpina) | Qusar, Lənkəran, Masallı rayonlarının ərazisi, Mingəçevir və Varvara su anbarlarının ətraf əraziləri, Araz su anbarı ətrafı ərazilərdə | ||||
Cordulegaster vanbrinkae (Cordulegaster vanbrinkae) | Lerik, Lənkəran, Astara rayonlarında yayılmışdır. |
Mənbə
- Azərbaycanın Qırmızı Kitabı