Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Azərbaycanda kosmetika Azərbaycanda üzə və bədənə gözəllik və təravət vermək üçün tətbiq edilən tədbir və vasitələrin mə

Azərbaycanda kosmetika

Azərbaycanda kosmetika
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Azərbaycanda kosmetika — Azərbaycanda üzə və bədənə gözəllik və təravət vermək üçün tətbiq edilən tədbir və vasitələrin məcmusunun inkişafı və vəziyyəti. Tarixən istifadə edilmiş kosmetik boyalara ənlik, kirşan, vəsmə, sürmə, xına, rüşül daxildir. Ətir olaraq gülab, ənbər və müşk tətbiq edilmişdir. Kosmetik vasitələr həm "məşşatə" və ya "bəzəkçi" adlandırılan ustalar tərəfindən, həm də ev şəraitində qadınların özü tərəfindən vurulurdu. Azərbaycanda "əttar" adlandırılan ətir satıcıları həm tibbi, həm kosmetik cəhətdən istifadə edilən mallar istehsal edirdilər.image

image
Şamaxı rəqqasəsi. Qriqori Qaqarin

Azərbaycan kosmetik vasitələri və bunlarla bağlı peşələr mədəni irs kimi ölkə səviyyəsində qeydiyyata alınmışdır.image Orta əsr Azərbaycan şairləri və həkimləri, həmçinin xarici dövlətlərdən gələn ziyarətçilər öz əsərlərində kosmetik vasitələri qeyd etmişdilər. Kosmetik vasitələrin istifadə edildiyi mərasimlər xınayaxdı, Gülab bayramı və Çömçəxatun yağış ayinidir.image

Tarixi

image
Aşıq Pəri. Rəssam Altay Hacıyev

Azərbaycanda kosmetik vasitələr tarixən qadın bəzəklərinin xüsusi bir qrupunu təşkil edib. Bu qrupa yanağa, qaşa və gözə çəkilən boyalar, və ya əl və ayaq barmaqlarına sürtülən xına daxil idi. Keçmişdə "məşşatə", "bəzəkçi", "bəzəməçi", "bəzəkvuran", "düzgünçü", "zinətçi", "yazıcı", "pirayəbəxş", "üzalan" və s. adlandırılan bəzək ustaları toy günü gəlin gedən qızları, və ya varlı evlərin kübar qadınlarını bəzəyərdilər. Azərbaycanda istifadə edilmiş kosmetik boyalara ənlik, kirşan, vəsmə, sürmə, xına, rüşül daxil idi. Saçlar darandıqdan sonra rayihələndirmək üçün gülab, ənbər və digər maye ətirlər saça vurulurdu. Kosmetik vasitələrin bir qismi, o cümlədən rüşül, daban daşı və xına satın alınaraq qadınların özü tərəfindən də istifadə edilirdi. Kosmetik vasitələrin satın alındığı yerlərə əttar dükanlar, əczaxanalar, çərçi və camaşırxanalar daxil idi. Orucluq dövründə qadınlar sürmə və müşk vurmurdular.

Kosmetik vasitələrin saxlanması və tətbiq edilməsi üçün istifadə edilən qablara və alətlərə sürmədan (sürmə qabı), sürmə mili, daraqqabı, xınabənd (xına yaylığı, gəlinlər üçün xüsusi qırmızı parçadan hazırlanırdı), zirpayı (ayağa xına qoyarkən ayaqaltı taxta, yaxud mis əşya), sefidab qutusu, ətir qabı, vəsməcuş (vəsmə qaynadılan mis və ya gümüş qab) daxil idi. Qızlar cehizliklərini sürmədan, ətir qabı və qələmdan kisəsini bəzəyən tikmələrlə zənginləşdirirdilər.

Tarixən Azərbaycanda loğmanlıq ilə məşğul olan mütəxəssislər ətirli maddələr (mayelər, ətriyyatlar, sular, yağlar və s.) düzəldərək ətirçi (əttar, kosmetoloq, parfümer) işini də görürdülər. Hazırlanan ətirlər bir neçə hallarda tibbi istifadə üçün də nəzərdə tutulmuş, vaxt keçdikcə və tərkibi dəyişdikcə yalnızca kosmetika vasitəsi kimi istifadə olunmağa başlanmışdır. İtaliyalı səyyah Cenkinsonun "Səyahətnamə"sində və fransız yazıçısı Aleksandr Dümanın "Qafqaz səyahəti" əsərində Azərbaycandakı əttarlarının sənəti və hazırladıqları kosmetik vasitələr qeyd edilmişdir.

Müstəqillik dövründə Azərbaycan xalq təbabətini yaşatmaq üçün bir sıra kitablar nəşr edilmişdir. Fərəcov F. H., Hüseynov V. H. və Məmmədov T. M. tərəfindən ərsəyə gətirilən "1001 faydalı məsləhət" əsərinə kosmetika ilə bağlı olaraq da xüsusi məsləhətlər daxildir. Mayis Qasımov və Tofiq Məmmədovun "Fitoterapiya" adlı monoqrafiyası isə giləmeyvələrdən hazırlanan kosmetik vasitələrdən, cavanlaşmanın yeni metod və üsullarından, aromaterapiya və rəng terapiyası ilə bağlı elmi anlayışlardan bəhs edir.

Kosmetik vasitələr

Boyalar

  • Basma. Saçı boyamaq üçün istifadə olunur, tünd göy və ya yaşıl rəngdə olur. Basma xına ilə qarışdırılaraq istifadə edilir, müxtəlif rəng çalarlarını əldə etmək üçün xına və basmanın qarışıqdakı miqdarı dəyişdirilir. Bu kosmetik vasitədən daha çox yaşlı qadınlar istifadə edir. Müasir dövrdə basma qədim saç boyası kimi unudulmaqdadır.
  • Ənlik və Kirşan. Bu kosmetik vasitələr qadının üz-gözünə, dodaqlarına və yanağına sürtülən təbii boyalardır. Ot, bitki yağı və boya tozundan hazırlanan bu ətirli maddələr Azərbaycanda xalq arasında "allıq/ağlıq" da adlandılır. Qalaydan hazırlanmış kirşan isə "qəleyi-kirşan" adlanır.
image
Azərbaycanda Xınayaxdı mərasimi
  • Xına. Saç-saqqal, əl-ayaq və barmaqları boyamaq üçün istifadə edilir. Xınalanmış gəlinin yorğan-döşəyi və paltarları bulanmasın deyə ona xınalıq donu verilir. Xına azərbaycanlılarda xoşbəxtlik və gəlinlik rəmzi sayılır. Xına yaxılması adətinin Fatimeyi-Zəhradan qaldığı düşünülür. Xınaya saçların yaxşı boyanması üçün yetişməmiş cəvizin əzilmiş yaşıl qabığı, qənd və neft, saçların parlaqlığı üçün isə bir neçə damcı limon suyu əlavə edilir. Xına revmatizm, ayaq ağrıları və qoxusuna qarşı da istifadə edilir.
  • Rasıx. Naxçıvanda Xınayaxdı mərasimində mazı adlandırılan bitkidən düzəldilən qatı mayedir. Bu boyanı balaca qablara töküb xüsusi çöplərlə gəlinin qaşlarına sürtürlər. Quruduqdan sonra qaşlar yuyulur və rəng 10 günə qədər qaşda qalır.
  • Sürmə. Sürmə qaşa, kirpiklərə və kirpiklərin ət hissəsinə çəkilən qara rəngli maddədir. Sürməni əsasən qadınlar çəkirdi. Azərbaycanda bu kosmetik vasitə başlıca olaraq Gəncə bölgəsində təbii yolla düzəldilirdi. Sürmənin saxlandığı qab sürmədan, gözə çəkilməsi üçün istifadə edilən alət isə milçəm adlanırdı. Parçadan hazırlanmış sürmədanlar məxmər və tirmədən kiçik kisə şəklində olur, üzəri məliləduz, nəqədəduz, mirvari kimi tikmələrlə, gümüşü və qızılı sapla bəzədilirdi. Azərbaycan Tarix Muzeyində XIX əsrə aid sürmədan saxlanılır.
  • Vəsmə. Qaşa çəkilən qara boyadır. Nil bitkisinin yarpaqları vəsməcuşda isladılır və ya qaynadılır. Xalq arasında bu boya "Qara xına" və ya "Məcnun xına" adlanır. Nil yarpağı tapılmayanda isə qara daş üyüdülüb vəsmə kimi istifadə edilirdi. Vəsmə Saib Təbrizi, Məhəmməd Füzuli və Molla Pənah Vaqifin şeirlərində qeyd edilir.

Dəri qulluğu vasitələri

image
Naftalan nefti vannası
  • Naftalan nefti. Bu gözəllik vasitəsi dəri xəstəliklərinin müalicəsində istifadə olunur. Onun tərkibindəki aşağı molekul kütləsinə malik aromatik karbohidrogenlər xarici istifadə (dərinin yağlanması) üçün məsləhət görünür. Naftalan nefti dəridəki ağrıları və tarımlılığı azaldır, onun yumşalmasına və təzələnməsinə səbəb olur.

Ətirlər

  • Gülab. Saça vurulan ətirdir, qızılgüldən xüsusi üsullarla alınır. Şəhər yerlərində yeməkdən sonra əlləri yumaq üçün gülablı su ayrıca bir kasada qoyulurdu.
  • Ənbər. Saça vurulan ətirdir. Azərbaycanda tarixən güllərdən hazırlanırdı. İndi isə daha çox dindarlar tərəfindən istifadə edilir. Bundan başqa Məhəmməd Yusif Şirvani və Həsən İbn Rza Şirvani öz əsərlərində ənbərin müalicəvi əhəmiyyətini qeyd etmişdilər. Azərbaycan xalq təbabətində ənbər sümük revmatizmi, süstlük, öskürək və ürəkbulanmasının qarşısını almaq üçün istifadə edilir.
  • Müşk. Ətir kimi istifadə olunan qırmızı qonur maddədir. Həmçinin müalicəvi əhəmiyyətə malikdir.

Mərasimlər

Novruz bayramında keçirilən yumurta döyüşdürmə festivalı (Qızıl Yumurta bayramı) şərəfinə bütün insanlar əllərini, saçlarını və saqqallarını, qızlar isə ayaqlarının altını xına ilə boyayırlar və bayram paltarlarını geyinirlər. Məqsəd icmanın din xadiminin, sonra isə digər ailələrin evini ziyarət etməkdir.

Yaz fəslinin qızılgül çağında gülab bayramı qeyd edilirdi. Bu vaxt insanlar şadyanalıq edir, bir-birlərin göz aydınlığı verir, alın və yanaqlarına gülab sürtür, ətiri paylayırdılar. İnsanlar kiçik ətir qablarında bir-birinə gülab hədiyyə edir, ayin və oxuma oyunları ilə şənlənirdilər.

Bundan başqa Naxçıvanın Culfa rayonunun kəndlərində yağışı çağırmaq məqsədilə keçirilən mərasimdə 14–15 yaşlı qız uşağının tanınmaması üçün üzü boyanır və o, Çömçəxatun adlandırılaraq bütün kənddə gəzdirilir. "Kos-Kosa" oyununda isə Kosa tanınmamaq üçün üzünü boyayır.

Xına ilə bağlı mərasimlər

image Əsas məqalə: Xınayaxdı

Xına toydan əvvəl keçirilən xınayaxdı mərasimi üçün bəy evindən eyniadlı tabaqda gətirilir. Xına gecəsində boyanı yaxan qadına (bəyin bacısı, xalası, bibisi və s.) pul verilir və bu pullar gecənin sonunda onun olur. Qız evinin oğlan evinin gətirdiyi xınanın qarşılığı olaraq eyni boyanı göndərməsi adəti vardır. Oğlan və dostları xınanı kiçik barmaqlarına sürtərlər. Qız isə oğlanın və özünün baş hərflərini xına vasitəsilə barmağına yazar.

Xına ilə əl-ayaq naxışlamanın bir neçə növü var: sıvama, üskük (və ya biçək), fındıqça, pişik pəncəsi, dilbər duvağı, balıqlı və quşgözü. Ənənəvi olaraq Azərbaycanda xına günəş şəklində gəlinin əlinə çəkilir, gənc qızlar isə barmaqlarını xınaya basırlar. Günəş şəklində xınanın çəkilməsi günəş kultu ilə, həm də pis ruhların qovulması ilə əlaqələndirilir. XX əsrin 90-cı illərindən etibarən xınanın gül şəklində çəkilməsinə rast gəlinir.

Bundan başqa xına yaxını ölən qoca kişilərin saçlarına yaxılır. Naxçıvanın adətinə görə, qadın 4 ay 10 gün ölmüş ərinin yasını saxlayandan sonra qohum-əqrəba gəlib onun başına xına qoyardı. Azərbaycanda Novruz bayramında bəzənmək üçün də bu boya işlədilir. Həmçinin qurbanlıq heyvanın da belinə xına çəkilir.

Azərbaycanın bir çox bölgəsində ölümü düşünən qocalara xına yaxılmasının və Naxçıvanda əsgərə gedənlərin əllərinə xına yaxılmasının təsəvvüf baxımından mahiyyəti Allahın hüzuruna xınalı gedilməsidir.

Qeyri-maddi mədəni irs qeydiyyatı

Bu cədvəldə Azərbaycanda tarixən mövcud olmuş kosmetik vasitələrinin və bununla bağlı peşələrin ölkə səviyyəsində qeyri-maddi mədəni irs nümunəsi kimi qeydiyyat nömrəsi verilmişdir. Siyahıya həmçinin kosmetik vasitələr üçün istifadə olunan ləvazimatlar və bu vasitələrlə bağlı mərasimlər qeyd edilmişdir.

№ Mədəni irs adı Ləvazimat adı Mərasim adı Qeydiyyat nömrəsi
Peşələr —
1 Əttar/Ətirçi DA0104000071
2 Məşşatə/Bəzəkçi DA0104000061
Kosmetik vasitələr SD0200000001
1 Basma SD0200000008
2 Ənlik SD0200000002
3 Kirşan SD0200000003
4 Xına Xınabənd, zirpayı
  • bayramlar
  • toy
    • xınayaxdı
  • yas mərasimi sonrası
qeydiyyata alınmamışdır
5 Rasıx Xınayaxdı
6 Rüşül
7 Sürmə Sürmədan, sürmə mili (milçəm) SD0200000006
8 Vəsmə Vəsməçuş SD0200000007
9 Naftalan nefti qeydiyyata alınmamışdır
10 Ənbər Ətir qabı SD0200000004
11 Gülab Gülab bayramı qeydiyyata alınmamışdır
12 Müşk SD0200000005

Mədəniyyətdə

Bədii ədəbiyyatda

image
Mikayıl Abdullayev — Füzulinin "Leyli və Məcnun" poemasına illüstrasiya

Məhəmməd Füzulinin "Leyli və Məcnun" məsnəvisində şairin təxəyyülünə görə, sevgilinin yoluna gül suyu tökülər və ya eşq dərdi ilə xəstələnən bir kəsi sağaltmaq üçün gül suyundan istifadə edilərdi. Digər bir beytində isə boyaq rəngotundan hazırlanmış nilin xal şəklində qadınların üzlərinə çəkildiyi, Leylinin isə yas saxladığı üçün bunu etmədiyi qeyd edilir.

Füzuli bir şeirində sevgilinin ayağına gül yarpağı kimi xına yaxdığını qeyd edərək "nigar" sözünü xına mənasında istifadə etmişdir. Digər bir şeirində isə Çin qızlarının göbəklərindən çıxan qandan əldə edilən müşkün gözəl qoxu olaraq digər ölkələrə göndərilməsini özünün bir gözəlin saçları uğruna vətənini tərk etməsinə bənzətmişdir.

Nümunələr

Məşşatə bana müşk ilə bir şanə gətürməz,
Bənüm kibi bu dünyaya divanə gətürməz
                              Qazi Bürhanəddin

Qılıb təğyiri-surət vəsmədən yəğma qılırlar dil,
Hərami qaşların rəsmü rəhi-neyrəng tutmuşlar.
                              Məhəmməd Füzuli

Boyu mina gərək, sinəsi mərmər,
Bəyaz ola gül əndamı sərasər,
Əlində al həna, zülfündə ənbər,
Qaşında, gözündə sürmə gərəkdir
                              Molla Pənah Vaqif

Avçısı olmuşam sən tək maralın, Xəyalımdan çıxmaz hərgiz xəyalın.
Ənliyi, kirşanı neylər camalın, Sən elə gözəlsən binadan, Pəri!
                              Molla Pənah Vaqif

Musiqidə

Azərbaycan mahnılarında kosmetika ilə bağlı 5 vasitənin (sürmə, vəsmə, xına, ənlik və kirşan) adı çəkilir:

  • Təzəcə dolub on beş yaşına / Sürmə çəkibdir qələm qaşına.
  • Vəsmə qaşda, sürməsi var gözündə.
  • Yaşıl çəmənə döşənib xalı / Qızlar oynayır əli xınalı."

Həmçinin bax

  • Əttarlar məhəlləsi

İstinadlar

  1. Aslanov, 2003. səh. 39
  2. Mustafayev, 2009. səh. 157
  3. Azərbaycan etnoqrafiyası, III, 2007. səh. 55
  4. Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Kosmetik vasitələr" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində .
  5. Mustafayev, 2009. səh. 88
  6. Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Əttar" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində .
  7. Seyidbəyli M. H, Quliyev B. N. Namazova S. N. Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı. Bakı, 2019, 298 səh.
  8. Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Basma" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində .
  9. Aslanov, 2003. səh. 68-69
  10. Aslanov, 2003. səh. 107-108
  11. Mehmedova, M. (2017). AZERBAYCAN VE ANADOLU KINA GECESİ . Motif Akademi Halkbilimi Dergisi , 10 (19) , 149–159 . Retrieved from https://dergipark.org.tr/tr/pub/mahder/issue/34094/377243 2022-09-24 at the Wayback Machine
  12. Nuruzade, S. (2018). HALKIN MILLI MANEVI DEGERI OLARAK AZERBAYCANLILARIN GELENEKSEL DÜĞÜN TÖRENI. Kültür Evreni, 35-ci sayı.
  13. Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Sürmə" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində .
  14. Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Vəsmə" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində .
  15. Composition and Properties of the Unique Oil from Azerbaijan's Naftalan Oilfield. Adigozalova, V. A.; Hashimova, U. F.; Polyakova, L. P. Russian Journal of General Chemistry. 2019
  16. Nazim Badalov. "Naftalan – a magical gift of nature" (PDF). İrs. 2011. 2022-07-08 tarixində (PDF). İstifadə tarixi: 2022-07-08.
  17. Azərbaycan etnoqrafiyası, II, 2007. səh. 243
  18. Azərbaycan etnoqrafiyası, III, 2007. səh. 429-430
  19. Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Ənbər" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində .
  20. Fərid Ələkbərli. Azərbaycan fenomeni: tarix və müasirlik. Bakı, "Nurlan", 2008, 164 °C.
  21. I. Lassy, The Muharram Mysteries among the Azerbaijan Turks of Caucasia, Helsingfors, 1916. page 221.
  22. Türkan ARIK. "Azerbaycan'in Nahçivan Bölgesi̇nde Yağmurla İlgi̇li̇ İnanişlar ve Yağmur Çağirma Merasi̇mleri̇". Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi. 2018. 2023-06-29 tarixində . İstifadə tarixi: 2022-04-06.
  23. Arık, Türkan . "AZERBAYCAN TÜRK KÜLTÜRÜNDE İLKBAHAR BAYRAMI". Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi / 89 (Mart 2019): 169–186 .
  24. Azərbaycan etnoqrafiyası, III, 2007. səh. 354
  25. Azərbaycan etnoqrafiyası, III, 2007. səh. 51
  26. Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Məşşatə" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində .
  27. Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Ənlik" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində .
  28. Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Kirşan" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində .
  29. Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Müşk" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində .
  30. Turan, S. , Akgül, A. & Çetin, K. (2013). FUZÛLÎ’NİN LEYLÂ VÜ MECNÛN MESNEVİSİNDE GÜL VE GÜL BAHÇESİ . Süleyman Demirel Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi , GÜL ÖZEL SAYISI , 75–94 . Retrieved from https://dergipark.org.tr/tr/pub/sbe/issue/23167/247447 2023-02-19 at the Wayback Machine
  31. Çetinkaya Karakoyun, Ü. (2010). Osmanlı Kültüründe Kadın Süs Malzemelerinin Edebiyata Yansımaları . Hacettepe Üniversitesi Türkiyat Araştırmaları (HÜTAD) , 12 (12) , 89–126 . Retrieved from https://dergipark.org.tr/tr/pub/turkiyat/issue/16656/521373 2023-02-19 at the Wayback Machine
  32. Baldane, O. (2019). TÜRK GİYİM-KUŞAM VE SÜSLENME KÜLTÜRÜNÜN TÜRKÜ VE MAHNI METİNLERİNDEKİ YANSIMALARI . Türkoloji , (95) , 79–94 . Retrieved from https://dergipark.org.tr/tr/pub/ayt/issue/69400/1102810 2023-05-18 at the Wayback Machine

Ədəbiyyat

  • Azərbaycan etnoqrafiyası, Üç cilddə II cild., Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb, 2007, ISBN
  • Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb
  • A. H. Mustafayev. Azərbaycanın maddi mədəniyyət tarixi (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2009, 420 səh
  • Elçin Aslanov. Azərbaycan toyu. Bakı, "Tutu" nəşriyyatı, 2003.

Əlavə ədəbiyyat

  • Bozkurt, K. (2018). FUZÛLÎ’NİN ŞİİR ESTETİĞİNDE GÜZELLİĞİN PROTOTİPLERİ . Selçuk Üniversitesi Türkiyat Araştırmaları Dergisi , (43) , 249–274 . DOI: 10.21563/sutad.510508
  • Uludağ, E. (2016). FUZÛLÎ’NİN GAZELLERİNDE BİR GÜZELLİK UNSURU OLARAK YANAK . Erzincan Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi , TÜRK DİLİ ve EDEBİYATI (TURGUT KARABEY ARMAĞANI) ÖZEL SAYI , 15–68 . Retrieved from https://dergipark.org.tr/tr/pub/erzisosbil/issue/26571/280301

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Azerbaycanda kosmetika Azerbaycanda uze ve bedene gozellik ve teravet vermek ucun tetbiq edilen tedbir ve vasitelerin mecmusunun inkisafi ve veziyyeti Tarixen istifade edilmis kosmetik boyalara enlik kirsan vesme surme xina rusul daxildir Etir olaraq gulab enber ve musk tetbiq edilmisdir Kosmetik vasiteler hem messate ve ya bezekci adlandirilan ustalar terefinden hem de ev seraitinde qadinlarin ozu terefinden vurulurdu Azerbaycanda ettar adlandirilan etir saticilari hem tibbi hem kosmetik cehetden istifade edilen mallar istehsal edirdiler Samaxi reqqasesi Qriqori Qaqarin Azerbaycan kosmetik vasiteleri ve bunlarla bagli peseler medeni irs kimi olke seviyyesinde qeydiyyata alinmisdir Orta esr Azerbaycan sairleri ve hekimleri hemcinin xarici dovletlerden gelen ziyaretciler oz eserlerinde kosmetik vasiteleri qeyd etmisdiler Kosmetik vasitelerin istifade edildiyi merasimler xinayaxdi Gulab bayrami ve Comcexatun yagis ayinidir TarixiAsiq Peri Ressam Altay Haciyev Azerbaycanda kosmetik vasiteler tarixen qadin bezeklerinin xususi bir qrupunu teskil edib Bu qrupa yanaga qasa ve goze cekilen boyalar ve ya el ve ayaq barmaqlarina surtulen xina daxil idi Kecmisde messate bezekci bezemeci bezekvuran duzguncu zinetci yazici pirayebexs uzalan ve s adlandirilan bezek ustalari toy gunu gelin geden qizlari ve ya varli evlerin kubar qadinlarini bezeyerdiler Azerbaycanda istifade edilmis kosmetik boyalara enlik kirsan vesme surme xina rusul daxil idi Saclar darandiqdan sonra rayihelendirmek ucun gulab enber ve diger maye etirler saca vurulurdu Kosmetik vasitelerin bir qismi o cumleden rusul daban dasi ve xina satin alinaraq qadinlarin ozu terefinden de istifade edilirdi Kosmetik vasitelerin satin alindigi yerlere ettar dukanlar eczaxanalar cerci ve camasirxanalar daxil idi Orucluq dovrunde qadinlar surme ve musk vurmurdular Kosmetik vasitelerin saxlanmasi ve tetbiq edilmesi ucun istifade edilen qablara ve aletlere surmedan surme qabi surme mili daraqqabi xinabend xina yayligi gelinler ucun xususi qirmizi parcadan hazirlanirdi zirpayi ayaga xina qoyarken ayaqalti taxta yaxud mis esya sefidab qutusu etir qabi vesmecus vesme qaynadilan mis ve ya gumus qab daxil idi Qizlar cehizliklerini surmedan etir qabi ve qelemdan kisesini bezeyen tikmelerle zenginlesdirirdiler Tarixen Azerbaycanda logmanliq ile mesgul olan mutexessisler etirli maddeler mayeler etriyyatlar sular yaglar ve s duzelderek etirci ettar kosmetoloq parfumer isini de gorurduler Hazirlanan etirler bir nece hallarda tibbi istifade ucun de nezerde tutulmus vaxt kecdikce ve terkibi deyisdikce yalnizca kosmetika vasitesi kimi istifade olunmaga baslanmisdir Italiyali seyyah Cenkinsonun Seyahetname sinde ve fransiz yazicisi Aleksandr Dumanin Qafqaz seyaheti eserinde Azerbaycandaki ettarlarinin seneti ve hazirladiqlari kosmetik vasiteler qeyd edilmisdir Musteqillik dovrunde Azerbaycan xalq tebabetini yasatmaq ucun bir sira kitablar nesr edilmisdir Ferecov F H Huseynov V H ve Memmedov T M terefinden erseye getirilen 1001 faydali meslehet eserine kosmetika ile bagli olaraq da xususi meslehetler daxildir Mayis Qasimov ve Tofiq Memmedovun Fitoterapiya adli monoqrafiyasi ise gilemeyvelerden hazirlanan kosmetik vasitelerden cavanlasmanin yeni metod ve usullarindan aromaterapiya ve reng terapiyasi ile bagli elmi anlayislardan behs edir Kosmetik vasitelerBoyalar Basma Saci boyamaq ucun istifade olunur tund goy ve ya yasil rengde olur Basma xina ile qarisdirilaraq istifade edilir muxtelif reng calarlarini elde etmek ucun xina ve basmanin qarisiqdaki miqdari deyisdirilir Bu kosmetik vasiteden daha cox yasli qadinlar istifade edir Muasir dovrde basma qedim sac boyasi kimi unudulmaqdadir Enlik ve Kirsan Bu kosmetik vasiteler qadinin uz gozune dodaqlarina ve yanagina surtulen tebii boyalardir Ot bitki yagi ve boya tozundan hazirlanan bu etirli maddeler Azerbaycanda xalq arasinda alliq agliq da adlandilir Qalaydan hazirlanmis kirsan ise qeleyi kirsan adlanir Azerbaycanda Xinayaxdi merasimiXina Sac saqqal el ayaq ve barmaqlari boyamaq ucun istifade edilir Xinalanmis gelinin yorgan doseyi ve paltarlari bulanmasin deye ona xinaliq donu verilir Xina azerbaycanlilarda xosbextlik ve gelinlik remzi sayilir Xina yaxilmasi adetinin Fatimeyi Zehradan qaldigi dusunulur Xinaya saclarin yaxsi boyanmasi ucun yetismemis cevizin ezilmis yasil qabigi qend ve neft saclarin parlaqligi ucun ise bir nece damci limon suyu elave edilir Xina revmatizm ayaq agrilari ve qoxusuna qarsi da istifade edilir Rasix Naxcivanda Xinayaxdi merasiminde mazi adlandirilan bitkiden duzeldilen qati mayedir Bu boyani balaca qablara tokub xususi coplerle gelinin qaslarina surturler Quruduqdan sonra qaslar yuyulur ve reng 10 gune qeder qasda qalir Surme Surme qasa kirpiklere ve kirpiklerin et hissesine cekilen qara rengli maddedir Surmeni esasen qadinlar cekirdi Azerbaycanda bu kosmetik vasite baslica olaraq Gence bolgesinde tebii yolla duzeldilirdi Surmenin saxlandigi qab surmedan goze cekilmesi ucun istifade edilen alet ise milcem adlanirdi Parcadan hazirlanmis surmedanlar mexmer ve tirmeden kicik kise seklinde olur uzeri melileduz neqededuz mirvari kimi tikmelerle gumusu ve qizili sapla bezedilirdi Azerbaycan Tarix Muzeyinde XIX esre aid surmedan saxlanilir Vesme Qasa cekilen qara boyadir Nil bitkisinin yarpaqlari vesmecusda isladilir ve ya qaynadilir Xalq arasinda bu boya Qara xina ve ya Mecnun xina adlanir Nil yarpagi tapilmayanda ise qara das uyudulub vesme kimi istifade edilirdi Vesme Saib Tebrizi Mehemmed Fuzuli ve Molla Penah Vaqifin seirlerinde qeyd edilir Deri qullugu vasiteleri Naftalan nefti vannasiNaftalan nefti Bu gozellik vasitesi deri xesteliklerinin mualicesinde istifade olunur Onun terkibindeki asagi molekul kutlesine malik aromatik karbohidrogenler xarici istifade derinin yaglanmasi ucun meslehet gorunur Naftalan nefti derideki agrilari ve tarimliligi azaldir onun yumsalmasina ve tezelenmesine sebeb olur Etirler Gulab Saca vurulan etirdir qizilgulden xususi usullarla alinir Seher yerlerinde yemekden sonra elleri yumaq ucun gulabli su ayrica bir kasada qoyulurdu Enber Saca vurulan etirdir Azerbaycanda tarixen gullerden hazirlanirdi Indi ise daha cox dindarlar terefinden istifade edilir Bundan basqa Mehemmed Yusif Sirvani ve Hesen Ibn Rza Sirvani oz eserlerinde enberin mualicevi ehemiyyetini qeyd etmisdiler Azerbaycan xalq tebabetinde enber sumuk revmatizmi sustluk oskurek ve urekbulanmasinin qarsisini almaq ucun istifade edilir Musk Etir kimi istifade olunan qirmizi qonur maddedir Hemcinin mualicevi ehemiyyete malikdir MerasimlerNovruz bayraminda kecirilen yumurta doyusdurme festivali Qizil Yumurta bayrami serefine butun insanlar ellerini saclarini ve saqqallarini qizlar ise ayaqlarinin altini xina ile boyayirlar ve bayram paltarlarini geyinirler Meqsed icmanin din xadiminin sonra ise diger ailelerin evini ziyaret etmekdir Yaz feslinin qizilgul caginda gulab bayrami qeyd edilirdi Bu vaxt insanlar sadyanaliq edir bir birlerin goz aydinligi verir alin ve yanaqlarina gulab surtur etiri paylayirdilar Insanlar kicik etir qablarinda bir birine gulab hediyye edir ayin ve oxuma oyunlari ile senlenirdiler Bundan basqa Naxcivanin Culfa rayonunun kendlerinde yagisi cagirmaq meqsedile kecirilen merasimde 14 15 yasli qiz usaginin taninmamasi ucun uzu boyanir ve o Comcexatun adlandirilaraq butun kendde gezdirilir Kos Kosa oyununda ise Kosa taninmamaq ucun uzunu boyayir Xina ile bagli merasimler Esas meqale Xinayaxdi Xina toydan evvel kecirilen xinayaxdi merasimi ucun bey evinden eyniadli tabaqda getirilir Xina gecesinde boyani yaxan qadina beyin bacisi xalasi bibisi ve s pul verilir ve bu pullar gecenin sonunda onun olur Qiz evinin oglan evinin getirdiyi xinanin qarsiligi olaraq eyni boyani gondermesi adeti vardir Oglan ve dostlari xinani kicik barmaqlarina surterler Qiz ise oglanin ve ozunun bas herflerini xina vasitesile barmagina yazar Xina ile el ayaq naxislamanin bir nece novu var sivama uskuk ve ya bicek findiqca pisik pencesi dilber duvagi baliqli ve qusgozu Enenevi olaraq Azerbaycanda xina gunes seklinde gelinin eline cekilir genc qizlar ise barmaqlarini xinaya basirlar Gunes seklinde xinanin cekilmesi gunes kultu ile hem de pis ruhlarin qovulmasi ile elaqelendirilir XX esrin 90 ci illerinden etibaren xinanin gul seklinde cekilmesine rast gelinir Bundan basqa xina yaxini olen qoca kisilerin saclarina yaxilir Naxcivanin adetine gore qadin 4 ay 10 gun olmus erinin yasini saxlayandan sonra qohum eqreba gelib onun basina xina qoyardi Azerbaycanda Novruz bayraminda bezenmek ucun de bu boya isledilir Hemcinin qurbanliq heyvanin da beline xina cekilir Azerbaycanin bir cox bolgesinde olumu dusunen qocalara xina yaxilmasinin ve Naxcivanda esgere gedenlerin ellerine xina yaxilmasinin tesevvuf baximindan mahiyyeti Allahin huzuruna xinali gedilmesidir Qeyri maddi medeni irs qeydiyyatiBu cedvelde Azerbaycanda tarixen movcud olmus kosmetik vasitelerinin ve bununla bagli peselerin olke seviyyesinde qeyri maddi medeni irs numunesi kimi qeydiyyat nomresi verilmisdir Siyahiya hemcinin kosmetik vasiteler ucun istifade olunan levazimatlar ve bu vasitelerle bagli merasimler qeyd edilmisdir Medeni irs adi Levazimat adi Merasim adi Qeydiyyat nomresiPeseler 1 Ettar Etirci DA01040000712 Messate Bezekci DA0104000061Kosmetik vasiteler SD02000000011 Basma SD02000000082 Enlik SD02000000023 Kirsan SD02000000034 Xina Xinabend zirpayi bayramlar toy xinayaxdi yas merasimi sonrasi qeydiyyata alinmamisdir5 Rasix Xinayaxdi6 Rusul7 Surme Surmedan surme mili milcem SD02000000068 Vesme Vesmecus SD02000000079 Naftalan nefti qeydiyyata alinmamisdir10 Enber Etir qabi SD020000000411 Gulab Gulab bayrami qeydiyyata alinmamisdir12 Musk SD0200000005MedeniyyetdeBedii edebiyyatda Mikayil Abdullayev Fuzulinin Leyli ve Mecnun poemasina illustrasiya Mehemmed Fuzulinin Leyli ve Mecnun mesnevisinde sairin texeyyulune gore sevgilinin yoluna gul suyu tokuler ve ya esq derdi ile xestelenen bir kesi sagaltmaq ucun gul suyundan istifade edilerdi Diger bir beytinde ise boyaq rengotundan hazirlanmis nilin xal seklinde qadinlarin uzlerine cekildiyi Leylinin ise yas saxladigi ucun bunu etmediyi qeyd edilir Fuzuli bir seirinde sevgilinin ayagina gul yarpagi kimi xina yaxdigini qeyd ederek nigar sozunu xina menasinda istifade etmisdir Diger bir seirinde ise Cin qizlarinin gobeklerinden cixan qandan elde edilen muskun gozel qoxu olaraq diger olkelere gonderilmesini ozunun bir gozelin saclari ugruna vetenini terk etmesine benzetmisdir Numuneler Messate bana musk ile bir sane geturmez Benum kibi bu dunyaya divane geturmez Qazi Burhaneddin Qilib tegyiri suret vesmeden yegma qilirlar dil Herami qaslarin resmu rehi neyreng tutmuslar Mehemmed Fuzuli Boyu mina gerek sinesi mermer Beyaz ola gul endami seraser Elinde al hena zulfunde enber Qasinda gozunde surme gerekdir Molla Penah Vaqif Avcisi olmusam sen tek maralin Xeyalimdan cixmaz hergiz xeyalin Enliyi kirsani neyler camalin Sen ele gozelsen binadan Peri Molla Penah Vaqif Musiqide Azerbaycan mahnilarinda kosmetika ile bagli 5 vasitenin surme vesme xina enlik ve kirsan adi cekilir Tezece dolub on bes yasina Surme cekibdir qelem qasina Vesme qasda surmesi var gozunde Yasil cemene dosenib xali Qizlar oynayir eli xinali Hemcinin baxEttarlar mehellesiIstinadlarAslanov 2003 seh 39 Mustafayev 2009 seh 157 Azerbaycan etnoqrafiyasi III 2007 seh 55 Azerbaycan qeyri maddi medeni irs numunelerinin dovlet reyestri Kosmetik vasiteler az Azerbaycan Medeniyyet Nazirliyi 2022 07 08 tarixinde Mustafayev 2009 seh 88 Azerbaycan qeyri maddi medeni irs numunelerinin dovlet reyestri Ettar az Azerbaycan Medeniyyet Nazirliyi 2022 07 08 tarixinde Seyidbeyli M H Quliyev B N Namazova S N Azerbaycan tibb tarixinin qaynaqlari ve tarixsunasligi Baki 2019 298 seh Azerbaycan qeyri maddi medeni irs numunelerinin dovlet reyestri Basma az Azerbaycan Medeniyyet Nazirliyi 2022 07 08 tarixinde Aslanov 2003 seh 68 69 Aslanov 2003 seh 107 108 Mehmedova M 2017 AZERBAYCAN VE ANADOLU KINA GECESI Motif Akademi Halkbilimi Dergisi 10 19 149 159 Retrieved from https dergipark org tr tr pub mahder issue 34094 377243 2022 09 24 at the Wayback Machine Nuruzade S 2018 HALKIN MILLI MANEVI DEGERI OLARAK AZERBAYCANLILARIN GELENEKSEL DUGUN TORENI Kultur Evreni 35 ci sayi Azerbaycan qeyri maddi medeni irs numunelerinin dovlet reyestri Surme az Azerbaycan Medeniyyet Nazirliyi 2022 07 08 tarixinde Azerbaycan qeyri maddi medeni irs numunelerinin dovlet reyestri Vesme az Azerbaycan Medeniyyet Nazirliyi 2022 07 08 tarixinde Composition and Properties of the Unique Oil from Azerbaijan s Naftalan Oilfield Adigozalova V A Hashimova U F Polyakova L P Russian Journal of General Chemistry 2019 Nazim Badalov Naftalan a magical gift of nature PDF Irs 2011 2022 07 08 tarixinde PDF Istifade tarixi 2022 07 08 Azerbaycan etnoqrafiyasi II 2007 seh 243 Azerbaycan etnoqrafiyasi III 2007 seh 429 430 Azerbaycan qeyri maddi medeni irs numunelerinin dovlet reyestri Enber az Azerbaycan Medeniyyet Nazirliyi 2022 07 08 tarixinde Ferid Elekberli Azerbaycan fenomeni tarix ve muasirlik Baki Nurlan 2008 164 C I Lassy The Muharram Mysteries among the Azerbaijan Turks of Caucasia Helsingfors 1916 page 221 Turkan ARIK Azerbaycan in Nahcivan Bolgesi nde Yagmurla Ilgi li Inanislar ve Yagmur Cagirma Merasi mleri Turk Kulturu ve Haci Bektas Veli Arastirma Dergisi 2018 2023 06 29 tarixinde Istifade tarixi 2022 04 06 Arik Turkan AZERBAYCAN TURK KULTURUNDE ILKBAHAR BAYRAMI Turk Kulturu ve Haci Bektas Veli Arastirma Dergisi 89 Mart 2019 169 186 Azerbaycan etnoqrafiyasi III 2007 seh 354 Azerbaycan etnoqrafiyasi III 2007 seh 51 Azerbaycan qeyri maddi medeni irs numunelerinin dovlet reyestri Messate az Azerbaycan Medeniyyet Nazirliyi 2022 07 08 tarixinde Azerbaycan qeyri maddi medeni irs numunelerinin dovlet reyestri Enlik az Azerbaycan Medeniyyet Nazirliyi 2022 07 08 tarixinde Azerbaycan qeyri maddi medeni irs numunelerinin dovlet reyestri Kirsan az Azerbaycan Medeniyyet Nazirliyi 2022 07 08 tarixinde Azerbaycan qeyri maddi medeni irs numunelerinin dovlet reyestri Musk az Azerbaycan Medeniyyet Nazirliyi 2022 07 08 tarixinde Turan S Akgul A amp Cetin K 2013 FUZULI NIN LEYLA VU MECNUN MESNEVISINDE GUL VE GUL BAHCESI Suleyman Demirel Universitesi Sosyal Bilimler Enstitusu Dergisi GUL OZEL SAYISI 75 94 Retrieved from https dergipark org tr tr pub sbe issue 23167 247447 2023 02 19 at the Wayback Machine Cetinkaya Karakoyun U 2010 Osmanli Kulturunde Kadin Sus Malzemelerinin Edebiyata Yansimalari Hacettepe Universitesi Turkiyat Arastirmalari HUTAD 12 12 89 126 Retrieved from https dergipark org tr tr pub turkiyat issue 16656 521373 2023 02 19 at the Wayback Machine Baldane O 2019 TURK GIYIM KUSAM VE SUSLENME KULTURUNUN TURKU VE MAHNI METINLERINDEKI YANSIMALARI Turkoloji 95 79 94 Retrieved from https dergipark org tr tr pub ayt issue 69400 1102810 2023 05 18 at the Wayback MachineEdebiyyatAzerbaycan etnoqrafiyasi Uc cildde II cild Azerbaycan Milli Elmler Akademiyasi Arxeologiya ve Etnoqrafiya Institutu Baki Serq Qerb 2007 ISBN ISBN 5 17 033764 7 Azerbaycan etnoqrafiyasi Uc cildde III cild 2007 Azerbaycan Milli Elmler Akademiyasi Arxeologiya ve Etnoqrafiya Institutu Baki Serq Qerb A H Mustafayev Azerbaycanin maddi medeniyyet tarixi etnoqrafik materiallar esasinda tipoloji tedqiqat Baki Baki Universiteti nesriyyati 2009 420 seh Elcin Aslanov Azerbaycan toyu Baki Tutu nesriyyati 2003 Elave edebiyyatBozkurt K 2018 FUZULI NIN SIIR ESTETIGINDE GUZELLIGIN PROTOTIPLERI Selcuk Universitesi Turkiyat Arastirmalari Dergisi 43 249 274 DOI 10 21563 sutad 510508 Uludag E 2016 FUZULI NIN GAZELLERINDE BIR GUZELLIK UNSURU OLARAK YANAK Erzincan Universitesi Sosyal Bilimler Enstitusu Dergisi TURK DILI ve EDEBIYATI TURGUT KARABEY ARMAGANI OZEL SAYI 15 68 Retrieved from https dergipark org tr tr pub erzisosbil issue 26571 280301

Nəşr tarixi: İyun 27, 2024, 02:41 am
Ən çox oxunan
  • İyul 14, 2025

    Maqan padşahlığı

  • İyul 15, 2025

    Maluf

  • İyul 15, 2025

    Makrofaq

  • İyul 19, 2025

    Madonna (albom)

  • İyul 19, 2025

    Madaqaskar dəniz qartalı

Gündəlik
  • Azərbaycan Olimpiya Oyunlarında

  • Arqument

  • Roman Starovoyt

  • Gəncədə Yak-40 qəzası

  • II Kambiz

  • Şimali Koreya

  • İsveç–Şimali Koreya münasibətləri

  • Adolf Hitler

  • 17 iyul

  • 18 iyul

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı