Limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü.
Limon | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Citrus limon | |||||||||||||||||
Limon ağacının ümumi görünüşü. | |||||||||||||||||
Elmi təsnifat | |||||||||||||||||
| |||||||||||||||||
Elmi adı | |||||||||||||||||
Citrus limon L., Osbeck | |||||||||||||||||
Ümumi məlumat
Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir.
Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Guman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sozündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu. Keçən əsrdə limonu taun xəstəliyindən qoruyan və ilan zəhəri əleyhinə vasitə hesab edirdilər. Qafqazda belə bir qədim əfsanə var ki, hökmdarın sevimlisi ağılsız hərəkət edərək qəzəbə düçar olur və həbsxanaya düşür. Ona həbsxanada yemək üçün dadına görə yemək seçməyi təklif edirlər. Məhbus limon seçir və hamının təəccübünə səbəb olur. O deyir ki, limonun qoxusu (ətri) şadlandırır, qabığı və toxumları ürəyə faydalıdır, limonun ləti qidadır, şirəsi isə susuzluğu yatırır.
Bütün başqa sitruslar kimi, limonun iç hissəsi qalın qabıqla örtülüb, əti isə nazik ağ pərdə ilə bağlanmış dilimlərə bölünür. Ətin ortası dadsız ağ maddədən ibarətdir.
Limon ağacının meyvələrindən istifadə olunur. Meyvələrini yetişən zaman toplayır, çeşidlərə ayırır, yaxşı yetişənlərini satışa göndərir, vaxtından qabaq ağacdan qopub düşənləri limon zavoduna, həddindən artıq yetişənləri isə efir yağı istehsal edən zavoda verirlər.
Limon meyvəsinin qabıq hissəsində 3-6 %-ə qədər efir yağı olur ki, bunu da limon meyvəsinin qabıqlarından xüsusi aparatda sıxmaq üsulu ilə alırlar. Alınan limon yağı maye halda olub, xoş ətirli iyə malikdir. Onun tərkibinin 90 %-ni terpen-limonen adlı ətirli maddələr, 3-6 %-ni isə son dərəcə xoş ətirli iyi olan sitral aldehidi təşkil edir. Bu maddələr limon yağının ən qiymətli hissəsidir.
Limon yağından ən çox ətriyyat sənayesində, qiymətli ətirlərin tərkibində istifadə edilir. Təbabətdə isə limon yağı bir sıra mürəkkəb dərmanların tərkibində xoş ətirli maddə kimi işlədilir. Son illərdə limon yağından sitral aldehidi də alınır ki, ondan 2-3 %-li spirtli məhlul şəklində hipertoniya xəstəliyinin müalicəsində damcı şəklində qəbul olunur. Limon meyvələrinin şirəsində 8-9 % limon turşusu da vardır. Buna görə bir sıra ölkələrdə (İtaliya, İspaniya və s.) limon meyvələrindən sənaye miqyasında tibb üçün yararlı limon turşusu istehsal edilir. Bu turşudan da "natrium-sitrat" adlı preparat hazırlanır ki, bu da qanköçürmə institutlarının təcrübəsində donor qanını konservləşdirmək məqsədilə işlədilir. Limonun meyvələri eyni zamanda C və P vitaminlərilə də zəngindir. Bu vitaminlər limon meyvələrinin qabıq hissələrində daha çox olur. Odur ki, limonlu çayın çox içilməsinin böyük müalicəvi əhəmiyyəti vardır. Limon həm də çox qüvvətli bakterisid təsirə malikdir. O, angina və avitaminoz xəstəliklərinə qarşı ən effektli vasitədir.
Limon qələvi elementlərlə olduqca zəngindir. Bundan başqa onun tərkibində 8% qədər üzvi turşular, 3% qədər şəkərlər, azotlu maddələr, mineral maddələr (kalium, mis), A, VI, V2, Z, S vitaminləri, fitosidlər və s. limonun qabığı və yarpaqlannda efir yağları mövcuddur. Limonun təzə sixilmiş şirəsi C vitamini ilə zəngindir, lakin onun əksər hissəsi açıq havada tez dağılır. Limonun tərkibində R vitamini var. Insan orqanizmində onun qıtlığı qanaxmalara, ayağ ağrılarına, dərialtı qansızmalara, ümumi zəifliyə gətirib çıxarda bilər. Bu vitamin damar şişməsini, babasil (hemorroy) və trofik yaralarına qarşı dərman kimi 51x15 edə bilər.
Yüngül zərbədən ya da sıxmadan göyərti əmələ gələn halda, bu orqanizmdə limonda çoxlu miqdarda olan S və V vitaminlərin çatmamazlığından xəbər verir. Limon təbiətin ən böyük möcüzələrindəndir. Tibb elminə 500-dən çox virus məlumdur ki, onlardan 45-nə limon təsir edir, o cümlədən xərcəng virusuna. Limon şirəsi virus xəstəlikləri ilə mubarizədə birinci vasitədir.
Daxili xəstəliklərə təsiri
Şərq təbabətində limon qaraciyər və ağciyər xəstəliklərini sağaldan müxtəlif zəhərlənmələrdə zəhər əleyhinə gözəl vasitə hesab edilirdi. İbn Sina ürək xəstəliklərində limonu ən yaxşı vasitə sayırdı, hamilə qadınlara və sarılıq xəstəliyinə tutulmuşlara məsləhət görülürdü. Ürək xəstəliyində, bədənin müəyyən hissələrinin şişməsində, sidikdaşı xəstəliyində, mədə şirəsinin turşuluğu az olanda, avitaminozda, babasildə, vərəmdə, radikulitdə, vodyankada (bədən boşluğunda su yığılması) limon şirəsi məsləhət görülür.
Limon – təbiətin insana bəxş etdiyi ən güclü əridici və zəhərlənmənin qarşısını alan vasitələrdən biridir. Bədənə daxil olduqda, onun şirəsi əvvəlcə xaric ediləsi maddələri əridir, sonra orqanizmin həmin xəstələnmiş hissəsinin bərpasına başlayır. Limondan xaric edilən maddələrin bütün bədən toxumalarına edilən təsiri mustəsnadır.
Bu meyvə hamıya xeyirlidir – qocaya və cavana, xəstəyə və sağlam adama, güclüyə və zəifə. Başqa sitruslar kimi, limon bədəndə və, ilk növbədə, qara ciyərdə əmələ gəlmiş çürümə proseslərinə qarşı yaxşı vasitədir. Çox hallarda, o bədəndən başqa yollarla xaric edilə bilməyən toksik maddələrin xaric edilməsinə imkan verir. Limon insanın immunitetini möhkəmlədir. Mədə turşuluğu normadan artıqdırsa, limon şirəsini qəbul etmək olarmı? Bu təbü sual ondan yaranır ki, onun dadı bəlkə də ən turşu dadlardan biridir. Lakin, limonun turş dadı hələ o demək deyil ki, o orqanizm ücün məhz turşudur. Bizim dilimiz hələ bütün orqanizminimiz deyil, çünki bu dad limonun tərkibində üzvi turşuların olmasını bildirir və onlar hüceyrələrdə qalmırlar. Əksinə suya qatilmiş limon şirəsi ilə yüksək mə’də turşuluğunu neytrallaşdırmaq olar.
Limonun ətri görmə qabiliyyətinə müsbət təsir göstərir. Müxtəlif ölkələrin xalq təbabətində limondan sarılıq, böyrək xəstəliyi, vərəm, ürək döyünməsi, mədə katarları, babasil (hemorroy), kəskin revmatizm, podaqra, lümbaqo və sair xəstəliklərin mualicəsində istifadə olunur.Italiya xalq təbabətində limonun (qabıqla birlikdə) həlimi malyariyaya qarşı yaxşı vasitə sayılır.
Limonun hipo- və avitaminoza qarşı müalicəvi və profilaktik vasitə kimi istifadəsi geniş tətbiq olunur. Limonun meyvələri şəkər xəstəliyi və maddələr mübadiləsi ilə müşayiət edilən digər xəstəliklərin də aradan götürülməsinə yardım göstərir.Limonun tərkibində olan pektin maddələr orqanizmdən ağır metalların xaric edilməsi qabiliyyətinə malikdir.Təzə limonun soyulmuş qabığı bağırsaq qazlarının əmələ gəlməsinin qarşisını alır. Ondan əlavə, o, insanın fiziki canlanmasına, qidaların həzminə də öz təsirini göstərir. Limon həm qanı, həm bağırsaqları yaxşı təmizləyən və iltihab proseslərinin qarşısını alan vasitə kimi çxış edir. Limon qabığı əsəbləri sakitləşdirən dərman kimi də istifadə olunur.Həddən artıq yorğunluqda (üzülmədə) bir qədər limon şirəsinə 1 çay qaşığı bal əlavə edib 0,5 stəkan suda həll edib gecə içmək.
Podaqra (duz yığılması) xəstəliyində orta ölçülü 11 ədəd limonun toxumlarını çıxardıqdan sonra ət maşınından keçirtmək, alınan kütləni 1 kq bal ilə yaxşı qarışdırıb soyuducuya qoymaq və y eməkdən qabaq gündə 3 dəfə 1 xörək qaşığı qəbul etmək tələb olunur.
İnfaktın profilaktikasında 1 limonu qabıqlı sürtkəcdən keçirtmək, 1-2 baş sarımsağı sarımsaqəzəndən keçirtmək, limon və sarımsağı bir bankaya töküb üstünə 0,6 litr su əlavə etmək, qarışdırıb 3-4 gün saxlamaq, süzmək, və səhər acqarına 50 ml qəbul etmək (bir kursa 4 kq limon) tələb olunur.
Diffuzion zobda limon və portağalı toxumsuz qabıqlı sürtkəcdən keçirdib, öz zövqünə görə şəkər qatıb soyuducuda saxlamaq və yeməkdən 30 dəqiqə qabaq gündə 3 dəfə 1 xörək qaşığı qəbul etmək tələb olunur
Qəbizlikdə hər səhər acqarına 1 ç.qaşığı limon şirəsi, 1 çay qaşığı duru bal və 1 xörək qaşığı zeytun yağını qarışdırıb içmək çox faydalıdır.
Ağciyər iltihabında 10 ədəd limon, 6 ədəd ağ qabıqlı yumurta, 300 qr çökə balı və ½ stəkan konyak götürmək, yumurtaları yaxşı yumaq və onları qabıqlı bankaya qoyub üstünə limonların sıxılmış suyunu tökmək lazımdır. Bu halda yumurtanın qabığı həll olana qədər, yəni 6-8 gün saxlamaq məqsədəuyğundur. Bundan sonra əgər bal qatıdırsa, onu durulana qədər qızdırmaq, Duru balı süzmək yumurta və limon şirəsi olan bankaya tökmək və bunların üstünə yarım stəkan konyak əlavə etmək və bütün bu qarışığı yaxşı qarışdırıb tünd (qara) rəngli bankaya tökmək lazımdır. Soyuducuda bir aydan çox olmayaraq saxlamaq olar. Bu qatışıqdan 1 xörək qaşığı gündə 3-4 dəfə yeməkdən sonra qəbul etmək məqsədəuyğundur. Bu mikstura həm müalicə və həm də zəif ciyərlər üçün profilaktika vasitəsidir.
Qripdən qorunmaq üçün 2 limonu sürtkəcdən keçirdib (tumlarını çıxartmaq lazımdır), 2 baş təmizlənmiş və əzilmiş sarımsaqla qatmaq. Alınan bu qarışığa 1 litr qaynanmış su töküb 3 sutka qaranlıq yerdə saxlamaq. Bu həlimi süzmək və soyuducuya qoymaq. Yeməkdən qabaq gündə 3 dəfə 1 x.qaşığı qəbul etmək faydalıdır.
Titrətmə - qızdırma xəstəliyində limon meyvəsi və onun şirəsi susuzluğu yatırmaq üçün qəbul edilir.
Atrosklerozda. 3 ədəd limonun suyunu sıxmaq. 300 qr təmizlənmiş sarımsağı ət maşınından keçirtmək. Bunları bankaya töküb ağzını tənziflə bağlamaq. Bu qatışıqdan 1 ç.qaşığı götürüb 1 stəkan suya töküb içmək. 10-15 gün qəbul etdikdən sonra adam özünü yaxşı hiss edir, yaddaş yaxşılaşır və iş qabiliyyəti yüksəlir. Xalq arasında bu resept orqanizmi ümumi möhkəmləndirən və skleroz əleyhinə vasitə kimi qiymətləndirilir.
Öd daşını həll etmək üçün 0,5 stəkan limon şirəsini 0,5 stəkan zeytun yağı ilə qarışdırıb gecə içmək faydalıdır. Bu əməliyyatı bir ay ərzində azı 5 dəfə etmək məqsədəuyğundur. Öd daşları öd yollarında və öd kisəsində deyil, bağırsaqlarda həll olub nəcislə xaric olur.
Beyin qişalarının iltihabında daim limon şirəsinə bal qatıb içmək.
Dişlərdə daş əmələ gəlməməsi üçün çoxlu limon yemək lazımdır.
Xarici və orta qulaq iltihabında limon şirəsindən hər qulağa 2-5 damcı gündə 2-3 dəfə tökmək lazımdır.
Piyli kök adamlar tez-tez təngənəfəslikdən əziyyət çəkirlər. Təngənəfəslikdə istifadə edilən qədim xalq resepti: 10 limon şirəsini, 10 baş sarımsağın əzilmişini və 1 kq balı yaxşı qarışdırmaq. Ağzı bağlı qabda qaranlıq sərin yerdə 7 gün saxlamaq və tez-tez qarışdırmaq. Gündə 1 dəfə 4 çay qarışığı yavaş-yavaş tələsmədən udmaq. Fasilə etməmək. Bu qatışıq 2 aya çatır. Lazım gəlsə, 1 ay fasilədən sonra kursu təkrar etmək məqsədəuyğun hesab olunur.
Müasir elm sübut edib ki, limon və sarımsaq bir çox xəstəliklərdə xeyirlidir. Belə ki, sarımsaqdakı fitonosidlər vərəm və sairə mikrobları məhv edir.
Resept: 4 ədəd yetişmiş limon (imkan daxilində nazik qabıq) qaynar su gəzdirib şirəsini çıxartmaq, toxumlarını və arakəsmələrini ət maşınından keçirtmək. 4 baş orta sarımsaq götürüb, təmizləyib ət maşınından keçirtmək. Əzilmiş limon və sarımsağı bir qaba töküb üstünə 2 litr qaynanmış soyuq su töküb tənziflə bağlayıb 2 sutka soyuducuya qoymaq. Bundan sonra süzüb 2 litrlik balona töküb kip qapaqla bağlayıb soyuducuda saxlamaq. Səhərlər yeməkdən 30 dəqiqə qabaq isti 50 qr (¼ stəkan) qəbul etmək. Müalicə kursu 40 gündür. Əgər lazım gəlsə, 2 həftə fasilədən sonra yenə qəbul etmək.
Sklerozun profilaktikasında "gənclik eliksiri" məsləhət görülür. Resept: 1 hissə limon şirəsini, 2 hissə bal və ½ hissə günəbaxan yağı ilə qatıb səhər acqarına 1 xörək qaşığı içmək.
Anginada çox miqdarda limonu yumaq və qabıqlı bir-bir yemək faydqalıdır.
Orqanizmi cavanlaşdıran balzam (özbək xalq təbabəti): 10 ədəd limonun qabığını təmizləyib, şirəsini çıxartmaq. 10 baş saımsağı təmizləmək sarımsaqəzəndə əzmək. Bütün bunları 1 kq bal ilə qarışdırmaq, Bu balzamdan gündə 3 dəfə 1 çay qaşığı yeməkdən qabaq qəbul etmək, ağızı və dişləri yumaq məqsədəuyğun hesab olunur.
Eşitməni yaxşılaşdırmaq üçün hər gün ¼ limonu qabıqlı yemək lazımdır.
Damarları təmizləmək üçün: Resept: 4 baş sarımsaq, 4 ədəd limon. Bunları təmizləyib qabıqlı ət maşınından keçirtmək və 3 litr bankaya tökmək, dolana qədər isti qaynanmış su töküb 3 gün dəmləmək (saxlamaq) tez-tez qarışdırmaq, sonra süzüb 75-100 qr. gündə 3 dəfə içmək faydalıdır.
Limfanın tərkibini yaxşılaşdırmaq üçün! 100 ml qliserin (aptekdə olan), 2 limon orta ölçülü, 100 qr. may balı götürmək lazımdır. Limonu qaynar suya salıb qabıqlı sürtkəcdən keçirtmək, sonra bütün bunları balı-qliserini-limonu qarışdırmaq və 3 həftə yeməkdən 1,5 saat sonra 1 xörək qaşığı 3 dəfə qəbul etmək faydalıdır.
Öskürəyə qarşı Amerika xalq təbabətindən bir ədəd limonu 10 dəqiqə sakit odda bişirmək, bişmiş limonu yarı bölüb sıxıb şirəsini çıxartmaq və stəkana tökmək və Limon şirəsinin üzərinə 2 tam dolu xörək qaşığı qliserin əlavə etmək məsləhət bilinir. Stəkanda limon şirəsi ilə qliserini yaxşı qarışdırmaq və stəkan dolana qədər bal tökmək və nadir halda öskürəndə bu siropdan gün ərzində 1 çay qaşığı qəbul etmək məqsədəuyğun hesab olunur. İstifadə etməzdən qabaq bu sirop qarışdırılmalıdır. Əgər öskürək sizi gecə narahat edirsə, onda 1 çay qaşığı gecə yatmamışdan qaban və birini də gecə oyananda qəbul etmək, Əgər siz güclü öskürürsünüzsə, səhər yataqdan duran kimi 1 çay qaşığı, nahara qədər 2-ci çay qaşığı, nahardan sonra 3-cü çay qaşığı, ikindi vaxtı (axşamüstü) 4-cü çay qaşığı, axşam yeməyindən sonra 5-ci çay qaşığı və yatmamışdan qabaq 6-cı çay qaşığı qəbul olunmalıdır. Öskürək azaldıqca siropun qəbulu da azaldılır. Bu öskürəyə qarşı ən səmərəli vasitədir, belə ki, başqa öskürək dərmanları mədəni qıcıqlandırır. Başqa öskürək dərmanları kömək etmədikdə, bunu uşaqlara və böyüklərə məsləhət etmək olar. Orqanizm üçün çox faydalı olan təbii vasitələrdən biri də dondurulmuş limondur. Dondurulandan sonra limonun qabığı daha yumşaq və istifadə üçün yararlı olur. NKPI.AZ tibbi saytlara istinadla xəbər verir ki, ondan mütəmadi istifadə insult riskini azaldır, xərçəngin profilaktikasını təmin edir, immun sistemini gücləndirir, iltihabın müalicəsində tətbiq edilir. Bununla yanaşı, ondan istifadə edilməsi həm də bakteriya əleyhinə təsir göstərir, asmanın əlamətlərini azaldır. Dondurulmuş limon depressiya və həyəcan hissi ilə mübarizədə də yaxşı vasitədir, böyrəkləri və qaraciyəri təmizləyir. Araşdırmalar göstərir ki, limon qabığı kimyaterapiya və şüa terapiyası ilə yanaşı tətbiq ediləndə xərçəngin ondan artıq növü ilə mübarizədə uğurlu nəticəyə səbəb olur.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyaya kömək edə bilərsiniz. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. Bu məqalə sonuncu dəfə 17 gün əvvəl TexnoBot tərəfindən redaktə olunub. (Yenilə) |
== İstinadlar ==
NKPİ.az 2019-03-27
Xarici vasitə kimi
Limon həm də xarici müalicəvi vasitə kimi tanınır. Onun suya qatılmış şirəsi ağız və boğaz boşluqların yaxalanması üçün istifadə olunur. Burun qanaxmalarının qarşısını almaqda, dərinin göbələk və infeksion xəstəliklərin müalicəsində, kosmetikada – xalları və çilləri yox etməkdə yenə də limon öz möcüzəli xüsusiyyatlarını nümayiş edir. Kosmetikada limon geniş istifadə edilir. Yumurtanın ağı, limonun şirəsi, qliserin və odekolon qarışığı üz dərisini yumşaldır, ağardır və ləkələri təmizləyir. Üzün dərisi yağlı olanda 1:1 nisbətində limon şirəsi və odekolon qarışığı məsləhət görülür.
Limonun şirəsi paltar və süfrədəki, çəngəl və bıçaqdakı ləkələri təmizləyir.
Xarici keçidlər
- Limon
İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |