Viktor Bunyakovski
Viktor Yakovleviç Bunyakovski (16.12.1804, Podolsk quberniyası, Mogilyov qəzasının Bar şəhəri, indiki Ukrayna – 12.12. 1889, Sankt-Peterburq) — rus riyaziyyatçısı, Peterburq Elmlər Akademiyasının akademiki. (1830; 1864–89-cu illərdə vitse-prezident).
Viktor Bunyakovski | |
---|---|
ing. Viktor Bunyakovski, rus. Ви́ктор Я́ковлевич Буняко́вский | |
| |
Doğum tarixi | |
Doğum yeri | Bar şəhəri |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq |
Dəfn yeri |
|
Vətəndaşlığı | Rusiya İmperiyası |
Milliyyəti | rus |
Elm sahəsi | riyazi analiz, ədədlər nəzəriyyəsi, ehtimal nəzəriyyəsi |
Elmi dərəcəsi | bakalavr[d] (1824), (1824), elmlər dоktоru[d] (19 may 1825) |
İş yeri | |
Alma-mater | Fransa Politexnik Məktəbi |
Təhsili | |
Elmi rəhbəri | Auqusto Koşi |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Təhsilini Koburqda, Lozannada, Parisdə (1820–25) almışdır. Elmi və pedaqoji fəaliyyətinə Sankt-Peterburqda başlamış (1826), 1846–59-cu illərdə Sank-Peterburq Universitetinin professoru olmuşdur.
Fəaliyyəti
Bunyakovskinin tərtib etdiyi “Sırf riyazi və tətbiqi riyaziyyat leksikonu” (1839) elmi terminologiyanın yaradılmasında böyük əhəmiyyət kəsb etmişdir. Onun “Ehtimal nəzəriyyəsinin riyazi əsasları”nda (1846) həm ehtimal nəzəriyyəsinin, həm də onun sığortaya və demoqrafiyaya tətbiqinin orijinal şərhləri vardır. Riyazi analizdə Bunyakovski bərabərsizliyi məlumdur. Həndəsi tədqiqatlarında Evklidin paralellik haqqında aksiomuna böyük diqqət yetirmişdir. 1878-ci ildə Peterburq Elmlər Akademiyası Bunyakovski adına mükafat təsis etmişdir.
İstinadlar
- ↑ Bunyakovski// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 77. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Xarici keçidlər
- O'Connor, John J.; Robertson, Edmund F., "Viktor Bunyakovsky", MacTutor History of Mathematics archive, University of St Andrews., 2015.