Razi Nurullayev
Razi Qulaməli oğlu Nurullayev (1 aprel 1971, İmişli rayonu) — azərbaycanlı siyasətçi, Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədri (2012—h.h.); Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrliyinə iddiaçı (2015—2020); Milli Cəbhə Partiyasının sədri;2018-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd; Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı.
Razi Nurullayev | |
---|---|
Razi Qulaməli oğlu Nurullayev | |
Şəxsi məlumatlar | |
Partiya | |
Təhsili | Azərbaycan Dövlət Dillər İnstitutu Cənubi-Rusiya Humanitar İnstitutu Kolumbia Universiteti, Nyu-York; Beynəlxalq və Dövlət Siyasəti Məktəbi |
İxtisası | Hüquqşünas |
Doğum tarixi | |
Doğum yeri | Xəlfəli, İmişli rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Qulaməli Hüseynov |
Uşağı | 2 qız |
İdarəetmə və təşkilatçılıq qabiliyyəti, siyasi və seçkilər sahəsində yerli və beynəlxalq təcrübə ilə əlaqədar olaraq onlarla beynəlxalq sertifikat və diplomlara layiq görülüb. Beynəlxalq standartlara uyğun böyük layihə təkliflərinin və biznes planların hazırlanması, böyük proqramların idarə olunması, beynəlxalq və yerli tədbirlərin yüksək səviyyədə təşklini həyata keçirib, beynəlxalq münasibətlər üzrə təhlillər yazıb.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Həyatı
Razi Qulaməli oğlu Nurullayev 1 aprel 1971-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub.
Təhsili
1978-1988-ci illərdə İmişli rayonu, Xəlfəli kənd məktəbində orta təhsil alıb.
1992-1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-fransız dilləri pedaqoji fakultəsində ali təhsil alıb.
2000-2005-ci illərdə Cənubi-Rusiya Humanitar İnstitutunun Hüquq fakultəsində ali təhsil alıb.
2004-cü ildə Kanadanın Montreal şəhərində John Abbott Collecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-ın Nyu York şəhərində Kolumbiya Universitetində Beynəlxalq və Dövlət Siyasəti Məktəbi (Ford Motor Company International Fellowship of the 92nd Street Y Developing Community Leaders, 2009) ixtisasartırma kursunu bitirib.
Fəaliyyəti
1994-cü ilin yanvar ayından 1995 noyabr ayına qədər “ÇAĞ” qəzetində müxbir işləyib.
Bu qəzetdə beynəlxalq siyasət, mədəniyyət, adət-ənənələr və inkişaf məsələləri ilə bağlı onlarla yazılar yazıb, “The Daily Mail”, “The Times” və “The Guardian” kimi qəzetlərdən onlarla tərcümələr edib.
1995-ci ilin may ayından 1995-ci ilin noyabr ayına qədər Azərbaycanın Bakı şəhərində yerləşən "Hyatt Regency" otelində VİP qonaqlarla iş vəzifəsində çalışıb.
1995-1997-ci illərdə "McDermott Marine Construction"-da tərcüməçi, anbar və alqı-satqıya nəzarət işində işləyib. J.Ray McDermott, Bakı, Azərbaycan. “Çıraq 1” neft platformasında Quruda və dənizdə iş, baş injenerin köməkçisi və gəmi kapitanının tərçüməçisi olub.
1998-ci ilin yanvar ayından 1998-ci ilin may ayına qədər Rusiyanın Həştərxan şəhərində yerləşən "BUE Caspian Ltd." şirkətində ingilis, rus, Azərbaycan dilinə gəmi sənədlərinin və layihələrinin tərcüməçisi olub. Xəzər gəmiçiliyi, banklar və gömrük idarələri arasında danışıqların aparılması işini görüb.
1998-ci ildən 2001-ci ilə qədər "Baku Steel Company"-də menecer köməkçisi və tərcüməçi olub.
Vəzifəsi: subicarəçilər və rəhbərlik arasında əlaqələrə nəzarət. hesabatların, memorandumların hazırlanması və kataloqlaşdırılması. Texniki, hüquqi və digər sənədlərin ingilis dilindən tərcüməsi. Rəsmi görüşlərin və təqdimatların tərcüməsi.
10 sentyabr 1999-cu ildə yaradılmış Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DIUC) 1999-cu ilin sentyabr ayından 2011-ci ilə qədər həmsədri olub.
Fəaliyyət sahələri:
- Demokratikləşmə
- Siyasi bilik və bacarıqların artırılması
- Neft və qaz sahəsində şəffaflıq
1999-cu ildən onlarla böyük və kiçik proqramların həyata keçirilməsinə rəhbərlik edb. Siyasi bilik və bacarıqların artırılması üzrə 2003-cü ildən Niderlandın Liberal və Əmək partiyaları ilə birlikdə onlarla proqramlar həyata keçirib. Layihələrin yazılması, təlim materiallarının hazırlanması, qiymətləndirmə, monitorinq, təlimlərin aparılması, beynəlxalq və yerli tədbirlədə təmsilçilik, danışıqların aparılması, donorlarla əlaqənin qurulması və inkişaf etdirilməsi işlərini həyata keçirib.
2001-ci ilin may ayından 2003-cü ilin oktyabr ayına qədər Böyük Britaniyanın "International Alert" təşkilatının Azərbaycan ölkə konsultantı olub.
Vəzifələri:
- Bakı-Tbilisi-Ceyhan ƏİBK-nin Azərbaycan sərhədləri daxilində münaqişə nöqteyi-nəzərindən təsirlərinin qiymətləndirilməsi.
- Digər QHT-lərlə İnternational Alert arasında əlaqə şəxs kimi çıxış etmək
- Yerli təşkilatlarla görüşlədə tərcüməçi kimi iştirak etmək
- International Alert təşkilatının nümayəndələrini regionlara səfərlədə müşaiyyət etmək.
2001-ci ilin iyun ayından 2002–ci ilin yanvar ayına qədər Belçikanın Brüssel şəhərində yerləşən Beynəlxalq Xəzər Araşdırmaları Mərkəzinin icraçı direktoru olub.
Vəzifələri: beynəlxalq tədbirlərdə təmsilçilik, ümumi rəhbərlik;
2001-ci ildən 2003-cü ilə qədər Azərbaycan Dillər Universitetində İngilis dilinin qramatikasından mühazirələr deyib.
2002-ci ilin fevral ayından AMEA Beynəlxalq Münasibətlər İnstitutunda, 2003-cü ildən 2006-cı ilə qədər isə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun «Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq» şöbəsində elmi işçi kimi fəaliyyət göstərib.
2007-ci ildən 2012-ci ilə qədər Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının kordinatoru olub.
2009-cu ilin sentyabr ayından 2015-ci ilin fevral ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub.
2012-ci ildən Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədridir.
19 avqust 2015-ci ildə AXCP-də Əli Kərimlidən narazı qüvvələr sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər.27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 17 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib.
2020-ci ilin 28 iyul tarixində keçirilən onlayn qurultayda Razi Nurullayev AXCP adından imtina etdi və yeni Milli Cəbhə Partiyasını təsis etdi.
Seçkilərdə iştirakı
2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə III çağırış seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən (SD) namizəd olub. Uğurlu bir seçki kampaniyası aparıb və təbliğat işinin təşkilində Niderland seçki mütəxəssisləri yardımçı olub.
2009-cu il Bələdiyyə seçkilərinə yenə 8 saylı Binəqədi 1-ci SD-dən Binəqədi rayonu Bələdiyyə üzvlüyünə namizəd olub.
2010-cu il Parlament seçkilərində AXCP-Müsavat seçki blokunun 23 saylı Nəsimi-Səbail SD-dən vahid namizədi olub.
2018-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülüb.. Təbliğat-təşviqat prosesində təbliğat materiallarının çapına 1700 manat xərci çıxıb. 11 aprel 2018-ci ildə baş tutmuş seçkidə 29 282 səs toplayaraq 0.74 %-lə 8 namizəd arasında 8-ci, sonuncu olub. Seçkidən 1 gün sonra, 12 aprel tarixində bəyanat verərək İlham Əliyevi qalib olması münasibətilə təbrik edib.
2020-cu il Parlament seçkilərində 79 saylı İmişli SD-dən deputatlığa namizəd olmuş və 21.4 %-lə qalib gələrək Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı seçilib. Parlamentin "Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr" ilə "İnsan Hüquqları" komitəsinə üzv olub.
Keçdiyi təlimlər
- 23-28 iyul 2000-də Gürcüstanın paytaxtı Tiflis şəhərində Budapeşt Konstitutsiya və Hüquq Siyasəti İnstitutunun təşkilatçılığı ilə, "Təmsilçilik və İştirak üzrə Hüquq" təlimi;
- 5–30 mart 2001-də Amsterdam Universiteti, "Mülki Münaqişələrin Transformasiyası" təlimi;
- 13-18 mart 2002-də Türkiyənin İstanbul şəhərində Amerika Sülh İnstitutu (ASİ), Yunanıstan Avropa Siyasətinin Qurulması Fondu və Sabancı Universitetinin birgə təşkil etdiyi “Qara Dəniz Hövzəsi Ölkələrində Davamlı Sülh” seminarı;
- 16-19 may 2002-də Fransanın Strasburq şəhərində, Avropa Şurasının təşkilatçılığı ilə "İnsan Hüquqları" təlimi;
- 19-22 iyul 2002-də Azərbaycanın paytaxtı Bakı şəhərində, Radisson SAS Plaza Hotelində həmin vaxt rəhbərlik etdiyi Demokratik İslahatlar Uğrunda Cəmiyyət (DİUC) və ASİ-nin birgə təşkilatçılığı ilə “Münaqişələrin qarşısının Alınması və Problemlərin Həlli” təlimi. Razi Nurullayein dəvəti ilə Azərbaycana gələn ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və indi isə ASİ-nin Müsəlman Dünyası üzrə Xüsusi Təşəbbüs proqramının direktoru, səfir Riçard Kauzlariç təlimi aparıb;
- 2-5 may 2003 DİUC və Avropa Gənclər Fondunun birgə təşkilatçılığı ilə "Çağırışçıların hüquq və vəzifələri" üzrə Təlimçlərin Təlimi";
- 10-14 aprel 2004-də Bakıda DİUC və Macarıstanda yerləşən Soros Fondunun bir qolu olan Yerli Hökumət və Dövlətçilyin İdarə Olunması Təşəbbüsü Təşkilatının (YHDİOTT) birgə təşkilatçılığı ilə "Qafqaz regionu üçün Təlimçilərin təlimi" kursu, "Yerli hökumətlə vətəndaşlar arasında münaqişələrin idarə edilməsi vasitəsilə körpülərin yaradılması";
- 12 iyun–2 iyul 2004-də Kanadanın Monreal şəhərində Kanadanın İnsan Hüquqları Fondunun təşkilatçılığı ilə John Abbott College-də Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı;
- 5-11 oktyabr 2004-də Rumıniyada Rumıniya Yerli Hökumət Təçəbbüsləri Fondu – Partners Romanianın təşkilatçılığı ilə "Yerli hökumətlə vətəndaşlar arasında münaqişələrin idarə edilməsi vasitəsilə körpülərin yaradılması üzrə" Təlimçlərin Təlimi kursu;
- 22-29 yanvar 2005-də Tiflisdə DİUC, ASİ və Birləşmiş Krallığın Münaqışələrin Öyrənilməsi Elmi-Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə "Cənubi Qafqazda sülhyaratma" kursu;
- 4-10 sentyabr 2005-ci ildə Bakıda DİUC, Moskva İctimai Elmlər Fondu və YHDİOTT-un birgə təşkilatçılığı ilə "Təlimçilərin təlimi" kursu, "Yerli hökumətlə vətəndaşlar arasında İştirakçı planlaşdırma vasitəsilə körpülərin yaradılması";
- 20-24 mart 2006-cı il tarixlərində Tiflisdə Equitas, Beynəlxalq İnsan Hüquqları Təhsili Mərkəzi, Kanadanın keçmiş İnsan Hüquqları Fondunun birgə təşkilatçılığı ilə "Mərkəzi və Şərqi Avropa/MDB üzrə Regional Təlimçilərin Təlimi" kursu;
Bundan başqa, həm Azərbaycanda, həm də müxtəlif dünya ölkələrində yüzlərlə təlim və proqramlar keçib.
İstinadlar
- ↑ Elçin Mehdiyev (2015-02-20). "AXCP-dən istefa verən Razi Nurullayev: "Partiyada hökm sürən diktatura özünü göstərdi"" ( (azərb.)). trend.az. 2017-08-01 tarixində . İstifadə tarixi: 2017-08-01.
- Razi Nurullayev heç cür AXCP-ni qeydiyyatdan keçirə bilmir
- Razi Nurullayev AXCP adından imtina edir? - Partiya sədrindən AÇIQLAMA
- ↑ "Haqqımda" ( (azərb.)). razinurullayev.com. 2017-08-08 tarixində . İstifadə tarixi: 2017-08-08.
- ↑ "Razi Nurullayev" ( (azərb.); (ing.)). blog.razinurullayev.com. 2017-07-30 tarixində . İstifadə tarixi: 2017-07-30.
- ↑ "Razi Nurullayev" ( (ing.)). axcp.biz. 2017-07-30 tarixində . İstifadə tarixi: 2017-07-30.
- İlkin İzzət (2015-02-24). "Razi Nurullayev: "Əli Kərimli mənə dedi ki..." (FOTO)" ( (azərb.)). trend.az. 2017-08-01 tarixində . İstifadə tarixi: 2017-08-01.
- "AXCP EQTK" ( (azərb.)). axcp.biz. 2017-08-01 tarixində . İstifadə tarixi: 2017-08-01.
- "Əli Kərimli AXCP-nin qurultayında yenidən sədr seçilib" ( (azərb.)). Sputnik. 2015-09-27. 2017-08-01 tarixində . İstifadə tarixi: 2017-08-01.
- Cavanşir Abbaslı (2015-09-28). "Əli Kərimli yenidən AXCP sədri seçildi" ( (azərb.)). musavat.com. 2017-08-01 tarixində . İstifadə tarixi: 2017-08-01.
- Elçin Mehdiyev (2015-09-28). "Razi Nurullayev: Əli Kərimli növbəti siyasi şouya əl atdı" ( (azərb.)). trend.az. 2017-08-01 tarixində . İstifadə tarixi: 2017-08-01.
- Röya Rəfiyeva (2015-10-18). "Razi Nurullayev qurultay keçirdi və sədr oldu- FOTOLAR" ( (azərb.)). musavat.com. 2017-08-01 tarixində . İstifadə tarixi: 2017-08-01.
- Razi Nurullayev (2015-10-27). "AXCP Etimad Qurultayı 18 Oktyabr 2015-ci il - Yeni siyasi tarix" ( (azərb.)). YouTube/Razi Nurullayev. İstifadə tarixi: 2017-08-01.
- Prezidentliyə namizədlərin siyahısı təsdiq olundu
- Azərbaycanda seçkilər: Birinci çıxışlarında prezidentliyə namizədlər nə təkliflər ediblər?
- Prezidentliyə namizəd Razi Nurullayev Masallı seçiciləri ilə görüşüb - FOTOLAR
- Növbədənkənar prezident seçkisi: Namizədlər seçkiyə nə qədər pul xərcləyirlər?
- . 2019-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-20.
- Konstitusiya Məhkəməsi Prezident seçkilərinin nəticələrini təsdiqləyib - YENİLƏNİB
- Razi Nurullayev bəyanat verdi
- 79 SAYLI İMİŞLİ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
- DAİRƏLƏR ÜZRƏ SEÇİLMİŞ NAMİZƏDLƏR
- Razi Nurullayev deputat seçildi
- Razi Nurullayev parlamentin iki komitəsinin üzvü oldu
Mənbə
- "Razi Nurullayev" ( (azərb.); (ing.)). blog.razinurullayev.com. 2017-07-30 tarixində . İstifadə tarixi: 2017-07-30.
- "Razi Nurullayev" ( (ing.)). axcp.biz. 2017-07-30 tarixində . İstifadə tarixi: 2017-07-30.
Həmçinin bax
- Region Beynəlxalq Analitik Mərkəzi
- YOX!
Xarici keçidlər
- Rəsmi bloqu
- Rəsmi facebook profili
- Razi Nurullayev — Facebook səhifəsi
- Razi Nurullayev — Twitter səhifəsi
- Razi Nurullayev — Instagram səhifəsi
- Razi Nurullayev kanalı — YouTube
- Rəsmi Linkedin səhifəsi (ing.)
- Sabiq rəsmi saytı (azərb.)
- Joshua Noonan (2014-09-11). ""The party system has been killed." An interview with Azerbaijan's Razi Nurullayev" ( (ing.)). ypfp.org. 2017-08-01 tarixində . İstifadə tarixi: 2017-08-01.
- Muhammed Kutlu (2017-05-30). "Süper güçler Erdoğan'ın liderliğine karşı" ( (türk.)). yeniakit.com.tr. 2017-08-08 tarixində . İstifadə tarixi: 2017-08-08.
- Talk TV (2016-11-05). "Razi Nurullayev: "Türkiyə "Osmanlı" varisi kimi İraq torpaqlarına iddia edə bilər"" ( (azərb.)). YouTube/Talk TV Azerbaijan. İstifadə tarixi: 2017-08-01.
- Səxavət Məmməd (2016-11-07). ""Üst-başı pis gündə gəzərdim, "bomja" oxşayardım..." — AXCP sədri" ( (azərb.)). olke.az. 2019-07-18 tarixində . İstifadə tarixi: 2020-04-13.