Azərbaycan Xalq Cəbhəsi Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) — 1989-cu il iyulun 16-da Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi üçün Əbülfəz Elçibəy və 14 nəfər tərəfindən gizli iclasda Azərbaycan Xalq Cəbhəsi adı altında təsis edilən, 1996-ci il sentyabrın 1-də Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Xalq Cəbhəsi Partiyası adı altında rəsmi qeydiyyata alınan siyasi partiya.
Azərbaycan Xalq Cəbhəsi Partiyası | |
---|---|
Qurucu | Əbülfəz Elçibəy |
Sədri | Əli Kərimli |
Sədr müavinləri | Seymur Həzi |
Quruluş tarixi | 16 iyul 1989 |
Qeydiyyat tarixi | 1 sentyabr 1995 |
Baş qərargah | |
İdeologiya | Liberalizm |
Üzv sayı | 50 000 nəfər |
Kabinetdə | 0 / 35 |
Parlamentdə | 0 / 125 |
Bələdiyyədə | 0 / 15.156 |
Saytı | axcp.az |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
1989–1990, 1990–1992 və 1992–1993-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən (xalq hərəkatının genişlənməsi, siyasi uğurlar və parçalanmalar, 20 yanvar faciəsi və dirçəliş, siyasi hakimiyyət və devrilmə) AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqelərdə olub.
AXC-nin varisi 1995-ci ildə yaradılmış, hazırda Əli Kərimlinin sədr olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.
Adında Xalq Cəbhəsi olan daha iki partiya var – Klassik Xalq Cəbhəsi Partiyası (sədri Mirmahmud Mirəlioğlu) və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (sədri Qüdrət Həsənquliyev).
Tarixi
1989-cu il iyulun 16-da Bakı şəhərində baş tutan gizli iclasda 15 nəfər tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi üçün Azərbaycan Xalq Cəbhəsi quruldu. Azərbaycan Xalq Cəbhəsi Əbülfəz Elçibəy, Pənah Hüseynov,Hikmət Hacızadə,Tofiq Qasımov, İsa Qəmbər ,Zərdüşt Əlizadə,Leyla Yunus, Etibar Məmmədov, Rəhim Qazıyev, Nəcəf Nəcəfov, Yusif Səmədoğlu, Sabit Bağırov, Sülhəddin Əkbər, Ələkrəm Hümbətov və Nemət Pənahlı tərəfindən qurulub.
AXCP-nin parçalanması
İslahatçılar və Klassiklər
2000-ci ildə Əbülfəz Elçibəyin ölümündən sonra AXCP 2 qola bölünür: konservativ (Klassik Xalq Cəbhəsi Partiyası) və reformist-proqressiv (Azərbaycan Xalq Cəbhəsi Partiyası). 2000-ci ildən etibarən Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir.
Etimad Qurultayı Təşkilat Komitəsi
19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər.27 sentyabr 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 17 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib.
Razi Nurullayev 2020-ci il 29 iyul tarixində partiyasının qurultayında AXCP adından imtina etmiş və yeni Milli Cəbhə Partiyasını təsis etmişdir.
Birləşmə
2010-cu ildə AXCP və Müsavat birləşmək qərarı almışdı. Lakin daha sonra bu birləşmə gerçəkləşmədi.
Seçkilərdə İştirakı
Parlament Seçkiləri (Azərbaycan)
1995, 2000, 2005, 2010 və 2015-ci illərdə baş tutan Parlament seçimlərində mübarizə aparan Azərbaycan Xalq Cəbhəsi Partiyası, 125 üzvdən ibarət olan Milli Məclisdə, 1995-ci ildə 4 nəfərlə, 2000-ci ildə isə 7 nəfərlə təmsil olunub.
Azərbaycan Xalq Cəbhəsi Partiyası 2005-ci il noyabrın 6-da baş tutan Milli Məclisə III çağırış seçimləri üçün "Azadlıq" İttifaqının həmtəsisçilərindən biri oldu. "Azadlıq" İttifaqına Müsavat Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Azərbaycan Demokrat Partiyası daxil oldu. Avropa Şurası Parlament Assambleyasının rəyinə əsasən seçimlərdə "Azadlıq" İttifaqı qalib gəldi. MSK-nın açıqladığı rəsmi nəticələrə əsasən isə Milli Məclisdə YAP 60 nəfərlə, "Azadlıq" İttifaqı isə 6 nəfərlə təmsil olunmaq hüququ qazandı. Əli Kərimli isə "Azadlıq" İttifaqının 58 üzvünün Milli Məclisdə təmsil olunmaq hüququ qazandığını iddia edirdi.
İl | Sədr | Nəticələri | Mövqe |
---|---|---|---|
Yer | |||
45 / 360 | |||
4 / 125 | |||
7 / 125 | |||
0 / 125 | |||
0 / 125 | |||
0 / 125 | |||
0 / 125 |
Parlament seçkiləri (Naxçıvan)
İl | Sədr | Nəticələri | Mövqe |
---|---|---|---|
Yer | |||
1 / 45 | |||
2 / 45 | |||
1 / 45 | |||
0 / 45 | |||
0 / 45 |
Prezident Seçkiləri
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəy 1992-ci ildə baş tutan Prezident seçimlərində qalib gəlib və 1992–1993-cü illərdə Azərbaycan Prezidenti olub.
İl | Namizəd | Nəticələri | Nəticə | ||
---|---|---|---|---|---|
Səs | % | Yer | |||
Rəhbərlik
Sədrləri
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri 1989–2000-ci illərdə Əbülfəz Elçibəy olub. 2000-ci ildən isə AXCP-nin sədri Əli Kərimlidir.
Sıra | Rəhbər | Müddət | |
---|---|---|---|
Başlama | Bitmə | ||
Təşkilatlar
AXCP Qadınlar Şurası
2002-ci il yanvarın 12-dən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qadınlar Şurası mövcuddur. AXCP Qadınlar Şurasının sədri Solmaz Hüseynovadır.
AXCP Gənclər Komitəsi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsi mövcuddur. AXCP Gənclər Komitəsinin sədri Emil Səlimovdur.
Təltifləri
1990-cı ilin fevral ayında Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi "Məhəmməd Əmin Rəsulzadə mükafatı" təsis edildi. İdarə Heyəti Məhəmməd Əmin Rəsulzadə mükafatını ilk olaraq milli-azadlıq hərəkatındakı xidmətlərinə görə iki şəxsə: görkəmli alim, vətənpərvər Xudu Məmmədova (ölümündən sonra) və "Azadlıq" radiosunun baş redaktoru Mirzə Xəzərə verilməsi qərarını yekdilliklə qəbul etdi. Qərar Əbülfəz Elçibəy tərəfindən imzalandı və eyni gün İdarə Heyətinin üzvü, görkəmli yazıçı və ictimai-xadim Yusif Səmədoğlunun səsi ilə bu xəbər "Azadlıq" radiosundan yayıldı.
Rəmzləri
Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəsmi logosunun təsviri belədir:
Logosu
- Ağ bayrağın ortasında qara rəngdə AHC sözü yazılıb.
- AHC (Azərbaycan Halq Cəbhəsi).
- C hərfinin daxilində isə Azərbaycan bayrağı var.
Qərargahı
AXCP 2006-cı ilə qədər Bakı şəhəri, Xaqani küçəsi 33 ünvanında yerləşən binada fəaliyyət göstərib. 2006-cı ilin noyabrında binanın dövlət tərəfindən Hesablama Palatasının balansına verilməsi nəticəsində 23 noyabr 2006-cı ildən partiya qərargahsız qalıb. Bunun qanunsuz olduğunu iddia edən partiya məsələ ilə əlaqədar məhkəməyə müraciət edib. Dövlət tərəfindən partiyaya Keşlə qəsəbəsində qərargah təklif olunsa da partiya tərəfindən bundan imtina edilib. Partiyanın qərargahsız fəaliyyət göstərdiyi dönəmdə toplantılar digər siyasi partiyaların qərargahlarında keçirilib. 2013-cü ildə Nərimanov rayonu, Tələt Şıxaliyev küçəsi 8 ünvanındakı ikimərtəbəli bina icarəyə götürülərək, partiyanın qərargahına çevrilib. 3 mart 2014-cü ildə partiyanın qərargahı yerləşən binada partlayış baş verib. Bu səbəb əsas gətirilərək 5 mart 2014-cü ildə qərargah dövlət tərəfindən sökülüb.
2016-cı ilin oktyabr ayının 11-də "Şərq" bazarının arxasında, Tələt Şıxəliyev 8 ünvanında yerləşən mənzil icarəyə götürülüb.
AXC bazasında yaradılan siyasi təşkilatlar
Azərbaycanda bir çox tanınan siyasi vaxtilə AXC-nin bazasında yaradılıblar.
Siyahı
- Müsavat Partiyası (Partiyalaşmadan öncə)
- Müasir Müsavat Partiyası
- Vətəndaş Həmrəyliyi Partiyası (P.ö.)
- Ana Vətən Partiyası (P.ö.)
- Milli Dirçəliş Hərəkatı Partiyası
- Vəhdət Partiyası (P.ö.)
- Sosial Demokrat Partiyası (P.ö.)
- Aydınlar Partiyası
- Böyük Quruluş Partiyası
- Ədalət Partiyası
- Azərbaycan Milli İstiqlal Partiyası (P.ö.)
- Klassik Xalq Cəbhəsi Partiyası
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
- Azadlıq Partiyası
- Azərbaycan Xalq Partiyası
- Demokratik İslahatlar Partiyası
- Milli Demokrat Partiyası (Azərbaycan) (P.ö.)
- Azərbaycan İslam Partiyası (P.ö.)
- Milli Dövlətçilik Partiyası
İstinadlar
- "AXCP EQTK" (azərb.). axcp.biz. 2017-08-01 tarixində . İstifadə tarixi: 2017-08-01.
- "Əli Kərimli AXCP-nin qurultayında yenidən sədr seçilib" (azərb.). Sputnik. 2015-09-27. 2017-08-01 tarixində . İstifadə tarixi: 2017-08-01.
- Cavanşir Abbaslı (2015-09-28). "Əli Kərimli yenidən AXCP sədri seçildi" (azərb.). musavat.com. 2017-08-01 tarixində . İstifadə tarixi: 2017-08-01.
- Elçin Mehdiyev (2015-09-28). "Razi Nurullayev: Əli Kərimli növbəti siyasi şouya əl atdı" (azərb.). trend.az. 2017-08-01 tarixində . İstifadə tarixi: 2017-08-01.
- Röya Rəfiyeva (2015-10-18). "Razi Nurullayev qurultay keçirdi və sədr oldu- FOTOLAR" (azərb.). musavat.com. 2017-08-01 tarixində . İstifadə tarixi: 2017-08-01.
- Razi Nurullayev (2015-10-27). "AXCP Etimad Qurultayı 18 Oktyabr 2015-ci il - Yeni siyasi tarix" (azərb.). YouTube/Razi Nurullayev. İstifadə tarixi: 2017-08-01.
- http://azpolitika.info/?p=599119
- . 2020-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
- 1 millətvəkili KXCP-dən seçilsə də, rəsmi qeydiyyatda AXCP deputatı olmuşdur.KXCP 2007-ci ildə qeydiyyatdan keçdi.
- 1 millətvəkili KXCP-dən seçilsə də, Naxçıvan MSK onu AXCP deputatı olaraq elan etmişdir.
- Mehdi Məmmədovun xatirələri[ölü keçid]
- Elnur Məmmədli (2009-12-05). "Partiyaların simvolları – ARAŞDIRMA" ( (azərb.)). lent.az. 2009-12-08 tarixində . İstifadə tarixi: 2019-12-13.
- Elnur Məmmədli (2010-02-04). "Partiyalarımız hara sığınır? – ARAŞDIRMA" ( (azərb.)). lent.az. 2010-02-06 tarixində . İstifadə tarixi: 2014-04-20.
- Natiq Ədilov (2013-11-10). "AXCP: 7 illik həsrətə son!" ( (azərb.)). azadliq.info. 2016-03-14 tarixində . İstifadə tarixi: 2019-12-13.
- "AXCP yeni qərargaha köçüb" ( (azərb.)). azadliq.org. 2013-10-12. 2016-04-01 tarixində . İstifadə tarixi: 2014-04-20.
- Ramin DEKO (2014-03-05). "AXCP-nin partladılmış qərargahını uçurtdular FOTO/VİDEO" ( (azərb.)). azadliq.info. 2019-12-13 tarixində . İstifadə tarixi: 2019-12-13.