Ceyhun Dünyamalıyev
Ceyhun Zeynal oğlu Dünyamalıyev (15 oktyabr 1996; Culfa, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.
Ceyhun Dünyamalıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Culfa, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Dəfn yeri | Culfa, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Murovdağ döyüşləri • Şuşa döyüşləri |
Təltifləri |
Həyatı
Ceyhun Dünyamalıyev 1996-cı il oktyabrın 15-də Culfa şəhərində anadan olub. 2002-2011-ci illərdə Culfa şəhərində 3 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Hərbi xidməti
Ceyhun Dünyamalıyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Ceyhun Dünyamalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Dünyamalıyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Culfa şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Dünyamalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Dünyamalıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Dünyamalıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
- (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- Müdafiə Nazirliyi (22.01.2021). "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində (PDF). İstifadə tarixi: 22.01.2021.
- Azərbaycan Prezidentinin saytı (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Prezidentinin saytı (29.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- Azərbaycan Prezidentinin saytı (29.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (29.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2021-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (29.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2021-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.