Wikipedia
28 may
Aprel – May – İyun | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
28 May — Qriqorian təqvimi ilə ilin 148-ci (uzun illərdə 149-cu) günü.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1358 — Fransada Jakeriya üsyanı başlamışdır.
- 1812 - Rusiya imperiyası ilə Osmanlı imperiyası arasında Buxarest sülh müqaviləsi imzalandı.
- 1871 — Paris Komunası ləğv edilmişdir.
- 1910 — Halley kometi Yerə çox yaxın məsafədən keçmişdir.
- 1918 — Fətəli xan Xoyskinin başçılığı ilə birinci hökumət kabineti fəaliyyətə başlamışdır.
- 1919 — Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşmüşdür.
- 1941 — Azərbaycan neftçiləri SSRİ-nin neft sənayesi işçilərini Ümumittifaq sosialist yarışına dəvət etmişlər.
- 1945 — SSRİ Dövlət Müdafiə Komitəsi "Bakıda neft hasilatını artırmaq tədbirləri haqqında" qərar qəbul etmişdir.
- 1952 — Yunanıstanda qadınlar seçki hüququ əldə etmişlər.
- 1964 — Fələstin Azadlıq Təşkilatı qurulmuşdur.
- 1992 — Naxçıvanla Türkiyə arasında Sədərək-Dilucu Ümid körpüsü açılmışdır.
- 2008 — Nepalda monarxiya ləğv edilərək federativ respublika təsis edilmişdir.
Azərbaycanda olan hadisələr
- 1918 — Azərbaycan Demokratik Respublikası - Şərqdə ilk demokratik cümhuriyyət elan edilmişdir.
- 2004 — Azərbaycan Respublikası Burkina Faso, Ruanda və Keniya ilə diplomatik əlaqələr qurmuşdur.
Doğumlar
- 1524 — II Səlim, 11. Osmanlı sultanı və 90-cı İslam xəlifəsi (ö. 1574).
- 1779 — Tomas Mur, ingilis şair (ö. 1852).
- 1908 — Yan Fleminq, ingilis yazıçısı
- 1912 — Patrik Vayt, Avstraliya yazıçısı
- 1925 — Bülənt Əcəvit, Türkiyə siyasətçisi (ö. 2006).
- 1927 – Habil Əliyev – Azərbaycanın məşhur kamança ifaçısı.
- 1944 – Gladys Knight
- 1945 – John Fogerty
- 1950 — Akif Abbasov, pedaqoji elmlər doktoru, professor.
- 1963 — Zemfira Meftəhəddinova, Azərbaycan idmançısı.
- 1968 – Kylie Minogue
- 1999 – Cameron Boyce (ö. 2019)
- 1991– Şahin Süleymanov, əməkdar incəsənət xadimi
Ölümlər
Bayramlar və xüsusi günlər
- Respublika Günü (Dövlət bayramı)
İstinadlar
- Bükreş antlaşması