fbpx
Wikipedia

Rəsul Rza

Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev; 6 [19] may 1910 və ya 19 may 1910(1910-05-19), Göyçay, Bakı quberniyası1 aprel 1981(1981-04-01), Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR xalq şairi (1960), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Stalin mükafatı laureatı (1951).

Rəsul Rza
Rəsul İbrahim oğlu Rzayev
Doğum tarixi
Doğum yeri Göyçay, Göyçay qəzası, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası
AXC
SSRİ
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Nigar Rəfibəyli
Uşağı Anar
Atası İbrahim Rzayev
Anası Məryəm Rzayeva
Təhsili
Fəaliyyəti şair
Əsərlərinin dili azərbaycanca
Janr şeir, teatr pyesi, poema
Mükafatları
rasulrza.musigi-dunya.az
 Vikianbarda əlaqəli mediafayllar

Həyatı

 
Rəsul Rza 12 yaşında

Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Mənşə etibarı ilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır. Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır. "Poeziya zəhmət və ilhamdır" avtobioqrafik qeydlərində R.Rza öz tərcümeyi-halına keçərkən belə qeyd etmişdir:

  Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əlyazması Quranın səhifələrindən birində qeyd edibmiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb.
Rəsul Rza
 

Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun evlinə qəzet və jurnallar gələrdi, "Molla Nəsrəddin", rus dilində çıxan "Niva", "Probujdeniye" nəşrlərini alırdı. Bütün bu faktorlar Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır. Üstəlik, şairin anasının şairlik təbi varmış. Anası Məryəm oxumaq bilirmiş, ancaq yazmağı bacarmayırdı və buna görə də şeirlərini əzbər deyərmiş və yadında saxlayarmış. Şair hələ uşaqlıqdan Məhəmməd Füzulinin, Xurşidbanu Natəvanın, Mirzə Ələkbər Sabirin şeirlərini anasının dilindən eşitdiyini yazır. Uzun illər keçəndən sonra R.Rza yazmışdır:

  İndi yaddaşımın səhifələrini varaqladıqca mən bir daha inanıram ki, mənim könlümə şerə olan məhəbbətimin ilk qığılcımlarını anam atmışdır. Anam məndə klassik poeziya xəzinəsinə, həm də xalq yaradıcılığına dərin hörmət hissi tərbiyə etmişdir.
Rəsul Rza
 

Rəsul Rza altı yaşı olarkən məktəbə getmiş və onun ağır təhsil və iş illəri başlamışdır. On dörd yaşında ikən oxumaqla yanaşı həm də şəhər kitabxanasında işləmişdir. 1925-ci ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra evə, anasının yanına qayıtmışdır. O, 1930-cu ildə Bakıya köçür; o vaxt boyük bacıları şəhərdə yaşayırdılar.

Bakıda Rza məktəb yoldaşı və şair Abdulla Faruqdan başqa heç kimi tanımırdı. Ancaq çox çəkmir o, şair A.Faruq vasitəsi ilə ədəbi aləmdə yaxşı tanınan Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə yaxından tanış olur, onlarla bir cəbhədə yeni ədabiyyatın yaradıcılıq və təşkilati vəzifələrinin həyata keçirilməsində bilavasitə yaxından iştirak edir. R.Rza tərcüməçi vəzifəsinə işə düzəlir. O illərdə "Gənc işçi" ədəbiyyata yenicə gələn şairlərin, yazıçıların toplaşdığı, görüşdükləri əsas yer idi. R.Rza burada bir çox yaşıdları ilə, o cümlədən şair M.Müşfiqlə tanış otmuşdur. Yazıçı dostu Sabit Rəhmana həsr etdiyi "Xatirələr düzümü" poemasında da (1971) R.Rza "Gənc işçi" qəzetinin redaksiyasının, oradakı dostları xatırlayaraq arxada qalmış illər haqqında, itirilmiş dostlar haqqında dərin bir kədər və nisgil hissi ilə yazırdı:

İndi çörək dükanıdır
o ilk tanışlığımız,
ilk həyat məktəbimiz,
ilk mübarizə meydanımız
sevincimiz,
həyəcanımız
olan yer. ...
İndi sən yox,
Müşfiq yox,
Mikayıl yox,
Faruq yox,
Mehdi yoxdu.
Tək necə qayıdım o günlərə
Necə keçim o yolu?..

"Xatirələr düzümü", Rəsul Rza

Bakıda əvvəllər başladığı bədii yaradıcılıq fəaliyyətini daha böyük və ciddi bir inadla, sənət ehtirası ilə davam etdirir. 1927-ci ildə Tiflisdə Gürcüstan Proletar Yazıçılar Assosiasiyasının türk seksiyasının "Qığılcım" almanaxında ilk şeri — "Bu gün" şeri dərc olunmuşdur. Həmin illərdə "Yeni fikir" qəzetində də şeirləri və hekayələri çıxmışdır. "Gənc işçi" redaksiyasında çalışdığı vaxtda isə bu qəzetin səhifələrində "Avropanın ölüm çağı", "Arş", "Bir avqusta", "Qara yelin xəbəri" və s. şeirləri dərc olunur. Yaradıcılıqla yanaşı R.Rza təhsilini də davam etdirir. Təhsil aldığı məktəblər, institutlar sırasında şair Tiflisdəki Zaqafqaziya Kommunist Universitetini, Azərbaycan Tibb İnstitutunun hazırlıq kursunu, Azərbaycan Tibb institutunu, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunu, Moskva Millətlər İnstitutunu, Ümumittifaq Kino Akademiyasını və s. elm və təhsil ocaqlarını qeyd etmişdir.

R.Rza ilk şeirləri ilə mətbuatda çıxış etməyə başlayanda yeni, inqilabi bir ədəbi proses təzəcə formalaşırdı; bir tərəfdə təcrübəli yazıçılar, digər tərəfdə isə yeni yazıçılar nəsli fəaliyyət göstərirdi və qeyd olunmalıdır ki, yeni ədəbiyyat uğrunda mübarizə, bu ədəbiyyatın ideya-bədii prinsiplərini müdafiə və qızğın təbliğ etmək — bu prosesin çox mühüm bir tərəfi idi. R.Rza da ilk şeirləri ilə bu ədəbi mübarizəyə qoşulan şair kimi diqqəti cəlb edirdi. Onun elə ilk şeirlərində bir şairin yaradıcılıq özünəməxsusluğu duyulurdu. Dərc olunan ilk şeri "Bu gün"də bunu hiss elmək mümkündür.

Bu şeirdə şair bu gündən təsirləndiyini bildirirdi, bu günün şairi olduğunu elan edirdi və çox səciyyəvidir ki, elə ilk yaradıcılıq dövrünün yetkin bir çağında yazdığı "Bolşevik yazı" "Bu gün" şerində anlayışı onun poetik prinsipinin əsas tələbi və meyarı olaraq tərəfindən bəyan edilirdi:

Mənim şerim bu günün,
bu gündü mənim şerim,
bu günsüz yarın olmaz,
bu gün yoxsa
yarınlar da qurulmaz.

"Bu gün", Rəsul Rza

1926-cı ildə çap olunan "Qızıl gənc qələmlər" məcmuəsini təşkil edən şeirlər inqilab, qızıl əsgər, yeni cəmiyyət qurucuları mövzusunda yazılmış nəzm əsərlərindən ibarət idi. Bu topludakı şeirlərdə hələ yeni forma, fərdi üslub axtarışları nəzərə çarpmırdı. R.Rzanın "Bolşevik yazı" şeri 1931-ci ildə "İnqilab və mədəniyyət" jurnalının 3–4 sayında çıxmış və dərhal da diqqəti cəlb etmişdir. Belə ki, tənqidçi M.Hüseyn elə jurnalın həmin sayında dərc olunmuş "Yaradıcılıq ixtilaflarımız" məqaləsi üçün R.Rzanın bu şerinin misralarını epiqraf seçirdi:

Mübarizə bu gün də var.
yarın da.
Mən də onun ən ön sıralarında.

"Bolşevik yazı", Rəsul Rza

Məhz bu misraların siyasi və yaradıcılıq əhvali-ruhiyyəsi işığında müasir ədəbiyyatın, ədəbi prosesin mənzərəsini cızaraq tənqidçi R.Rzanın "Tribuna şeri yaratmaq kimi doğru yol tutmuş şair" kimi təqdim edirdi. R.Rza yalnız "Almaniya" poemasında yox, beynəlxalq miqyasda, dünyanın digər regionlarınnda baş verən hadisələrdən təsirlənərək qələmə aldığı "Çapey", "Cəlladları durdur", habelə "Çinar" kitabındakı (1938) "Madrid", "Həbəşistan" və s. şeirlərində eyni dərəcədə lirik idi; hadisaləri sakit, ardıcıl epik planda yox, lirik planda təqdim edir və buda həmin əsərlərin janr-üslub xarakterini müəyyənləşdirirdi.

Müasir poeziyanın novatorluq yolu və prinsiplərinin müdafiəsində şairin mövqeyi kifayət qədər barışmaz və prinsipial bir xarakter daşıyırdı. R.Rzanın bütün sonrakı poeziyasından, daba mürəkkəb və çətin yaradıcılıq vəzifələrinin həllinə yönəlmiş sənətindənn çıxış edərək onun görüşlərində bu mövqeyin dəyişməz olduğunu, lakin bununla belə həm də mərhələdən-mərhələyə inkişaf edib, daha da dərinləşdiyini və büllurlaşdırılıb.

1941-ci ilin axırlarında şair bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır, cəbhə qəzeti "Döyüşən Krım"da işləməyə başlayır. O, müxbir kimi tez-tez ön cəbhə xəttinə gedir, müharibəni bilavasitə müşahidə edir, cəbhə həyatının çətinliklərini mənən yaşayıb, bütün bunları da şeirlərində öz təkrarsız ifadəsini tapırdı. Onun burada yazdığı ilk əsər "Bəxtiyar" şeri idi.

R.Rzanın 1960-cı illər fəlsəfi lirikası bir silsilə təsir bağışlayırdı; bu şeirlər şairin kitablarında bir-biri ilə bağlı, əlaqədar olduğu kimi, həm də bir vəhdət təşkil edirdi. R.Rzanın bu dövr poeziyasında "Rənglər" silsiləsinin ayrıca yeri vardır. Silsilə ilk dəfə 1962-ci ildə "Azərbaycan" jurnalında (№11) dərc olmuşdur. Silsilənin bu nəşri 27 şeirdən ibarət idi və bu həcmdə şairin "Duyğular…düşüncələr" kitabına (S964) daxil edilmişdir. Silsilə dərhal ədəbi tənqiddə kəskin tənqidlə qarşılandı. Lakin şair bu tənqidlərdən geri çəkilmədi; bir daha silsiləyə qayıtdı; onun "Qırmızının ümid çaları", "Firuzəyi", "Qırmızının inam çaları", "Mavinin təsəlli çaları", "Sürməyi", "Saman sarısı" poetik mətnlərini yazdı və bu yeni şeirlər "Dözüm" kitabına (1965) daxil edildi. Bütövlükdə silsilə 33 şeirdən ibarətdir.

Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937–1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938–1939), Bakı kinostudiyasının müdiri (1942–1944), kinematoqrafiya idarəsində rəis (1944–1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946–1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, "Novosti" Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.

1981-ci il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Şəxsi həyatı

Rəsul Rza 1931-ci ildə Azərbaycan ədəbi gəncliyinin toplaşdığı əsas mərkəzlərdən olan "Maarif evi"ndə şairə Nigar Rəfibəyli ilə tanış olub. O zamanlar səhvən özgənin şerini onun adına çıxıb, tənqidçilər ona şiddətli atəş açmışdılar. Həm də bu tənqidi ədəbiyyata dəxli olmayan ayrı-ayrı rütbə sahibləri xeyli qızışdırırdılar. Bu tənqidi məqalələrin birisinin altında Rəfibəylinin başqa yoldaşlarla bərabər Rəsul Rzanın imzası da var idi. Bu hadisə onları yaxınlaşdırdı. 1937-ci il fevralın 11-də Rəsul Rza və Nigar Rəfibəyli evləndilər.

1970-ci ildə Nigar Rəfibəyli "Ulduz" jurnalının "Rəsulun məktubları" məqaləsində yazırdı:

  İnsan yaşa dolduqca xatirələr aləmində yaşamağa başlayır, irəlidən çox geriyə baxır, keçən ömrün uzaq səhifələrini gözdən keçirir. Otuz üç il bərabər ömür sürdüyüm Rəsul Rza ilə keçən günlərimizi vərəqlərkən aydın bir həqiqət cəlb edir: bütün ağır və yüngül, sevincli və sevincsiz, kədərli və bayramlı keçən bir qəmimiz olmamışdır. Xalq həyatı ilə yaşamış, onunla nəfəs almış, ən ağır günlərdə xalqın dərdinə şərik olmuşuq, xalqın həyəcan və arzuları ilə yaşamışıq.
 

Onların oğlu – Anar, 1938-ci il martın 18-də anadan olmuş, yazıçı, dramaturq, scenarist və kinorejissoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü və sədri olub.

Təltif və mükafatları

Rəsul Rza barədə olan fikirlər

Dünyanın və Azərbaycanın ictimai və siyasi xadimlərinin Rəsul Rza barədə dedikləri fikirlər maraqlıdır. Həmin fikirlərin bir necəsi aşağıdakı kimidir:

  • "Rəsul Rza romantik bir qəlblə yazdığı "İntiqam" şeri ilə insanları, yerləri və göyləri, dağları və daşları belə intiqama – faşist cəlladlarının başına od yağdırmağa çağırdı." — Səməd Vurğun
  • "Rəsul Rza böyük humanistdir, onun humanizminin əsasları, qaynaqları şairin xalqla dərin, qırılmaz əlaqəsindədir. Xalqın ağrısı Rəsulun ağrısıdır, xalqın sevinci Rəsulun sevincidir." — Süleyman Rüstəm
  • "Onun şerlərini bir daha qüvvətli göstərən, ümumiyyətlə, Rzanın sağlam siyasi görüşə malik olmasıdır." — Mehdi Hüseyn
  • "Rəsul Rza daha ziyada lirik, xitabətçi və inqilabi romantizmə malikdir. Onun şerlərində real hadisələrdən çox real həyacanlar, canlı xarakter və obrazlar təsvirindən çox canlı təşbeh və məcazlar, canlı, həyati hissiyyat və idrak məfhumları vardır." — Əli Nazim
  • "Mən Rəsul Rzanı axtaran, hey axtaran, bir çox sərvəti dürüst tapan, bəzən də tapa bilməyən, ancaq tapa bilmədikdə də həvəsdən düşməyən, "yoruldum" deməyən bir kəşfiyyatçı kimi, bir şair kimi təsəvvürümə gətirirəm…" — Süleyman Rəhimov
  • "Rəsul Rza Cənubi Azərbaycandakı böyük və unudulmaz xalq hərəkatına həsr etdiyi şerlərində xalqımızın əsrlik həsrətini, azadlıq uğrunda mübarizəsini tərənnüm etmişdir." — Mirzə İbrahimov
  • "O, əks elədiklərini sənətkar təxəyyülündən, sənət süzgəcindən keçirir, özünə lazım olan şəklə salandan sonra ona şer donu geydirir." — Əli Vəliyev
  • "Mən Rəsul Rzanın şerlərini oxuduqdan sonra özümdə qəribə rahatlıq duyuram. Bu şerlər adamı düşündürür, mənəvi cəhətdən təmizləyir, yüksəldir." — Murtuza Nağıyev
  • "Əgər şerimizi göylərə ucalan yaşıl bir çinara bənzətsək, Rəsul Rza onun gözəl, canlı, sağlam budaqlarından biridir." — Məmməd Rahim
  • "Rəsul Rza həyata, həyati hadisələrə şerin gözü ilə baxmağı bacaran, ən adi hadisələri böyük şeriyyətlə təsvir etməyə qadir olan şairdir." — Sabit Rəhman
  • "Rəsul Rza isə dünyaya dedikləri üzərində deyilməyə macal tapmadıqlarının da kölgələri dolaşır, çünki hər bir həqiqi sənətkarların bədii sözü dünənli, bugünlü, sabahlıdır, dərinində millidir, rəngində şəxsidir, ucalığında ümumbəşəridir və həqiqi poeziya həmişə hərəkətdədir." — Ənvər Məmmədxanlı
  • "Onun poeziyasında qılınc kimi kəskin həqiqətlər vardır." — İlyas Əfəndiyev
  • "Onun şəxsiyyətindəki xəlqilik köhnəliyə patriarxal tərəfdarlıq dərəcəsinə qədər çatır. Lakin bununla belə, o, ənənələrə qarşı ən cəsarətli davranan şairdir." — Cəfər Cəfərov
  • "Rəsul Rza poeziyası, sözün əsl mənasında, yeni, çoxçalarlı, musiqi dili ilə desək, polifonik poeziyadır." — Qara Qarayev
  • "Rəsul Rza filosofdur. "İki buruğun söhbəti" şeri ilk baxışda olduqca sadə və adi görünür. Ancaq onlar haqqında, həyat , nəsillər, gələcək haqqında və onların cavabdehliyi barədə nə qədər gözəl deyilmişdir." — Nazim Hikmət
  • "Onun poeziyasının qəhrəmanı müasir dünyanın həyəcanları, qayğı və ehtiyacları ilə yaşayır. Məhz buna görə o, daim narahatdır, qəlbi daim çırpınır…" — Səttar Bəhlulzadə
  • "O, xarakteri etibarilə heç vaxt dəyişməzdi." — Mikayıl Abdullayev
  • "Rəsul Rzanın şerləri bəzən son dərəcə incə, həssas, zərif, bəzən də amansız dərəcədə sərtdir. O, yalnız həyat hadisələrini deyil, rənglərin, səslərin, işığın, suyun, dalğaların ifadə etdiyi sevinci, kədəri duymağı və onları duyğular, düşüncələr, xəyallar və xatirələrlə bağlamağa çalışır." — Əhməd Cəmil
  • " O, yalnız doğma dilində yeni bədii forma yaratdığına görə deyil, həm də yalnız özünəməxsus şəkildə düşündüyü və duyduğuna, dünyanı və hadisələri dərk etdiyinə görə novatordur." — Arseni Tarkovski

İrsi

 
Rəsul Rza və Nigar Rəfibəylinin Bakıda xatirə lövhəsi

Göyçay şəhərində Rəsul Rzanın ev-muzeyi fəaliyyət göstərir. Bakı küçələrindən biri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə aid quru yük gəmisi və Azərbaycanda ədəbiyyat mükafatı onun adını daşıyır.

Filmoqrafiya

Biblioqrafiya

Şeir topluları

 
Rəsul Rzanın "Həyat adaşı" şeirinin əlyazması
  • Mən torpağam
  • Çağımdır mənim
  • Vətən
  • Anamın kitabı
  • Uşaq oyunları
  • İş günü
  • İlqar
  • Etiraf
  • Аnd
  • İtkilər
  • Bir nəsil qocalsam da
  • Çinaraltı
  • Dünyanın dərdi
  • Oxuya bilmədiyim kitab
  • Hər fəslin öz gözəlliyi var
  • İşıqlar üşüyəndə
  • Yuxuma gəlmişdi Ezop
  • Pəncərəmə düşən işıq
  • Dözüm
  • İnsan
  • Aydındır şer dili
  • Damğa
  • Üzüyümün qaşı firuzədəndir
  • Vaxt varikən
  • Çinar ömrü
  • Xəstələr evindən reportaj
  • Torpaq olmuş sümüklər
  • Qarabağ – baba yurdum
  • Mirzə Cəlilin nisgilləri
  • Təyyarədə düşüncələr
  • Küçələr
  • Dəniz haqqında nəğmələr
  • Rəngli yuxular

Poemalar

  • Qız qalası
  • Babək
  • Çapey
  • Son gecə
  • Füzuli
  • Qızıl gül olmayaydı

Pyesləri

  • Vəfa
  • Görüş

Publisistika

  • Poeziya zəhmət və ilhamdır
  • Teleqram
  • O gün – bu gün
  • Əziz xatirələr
  • Ötən günlər
  • Milli şüur və milli iftixar
  • Gözəl dost
  • Uzaq ellərin yaxın töhfələri
  • Müqəddimə
  • Sağ ol, professor

Tərcümələri

İstinadlar

  1. The Fine Art Archive — 2003.
    <a href="https://wikidata.org/wiki/Track:Q10855166"></a>
  2. "TƏRCÜMEYİ-HAL". rasulrza.musigi-dunya.az. İstifadə tarixi: 15 noyabr 2017.
  3. "AVTOBİOQRAFİYA". rasulrza.musigi-dunya.az. İstifadə tarixi: 15 noyabr 2017.
  4. Rəsul Rza. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı: "Öndər nəşriyyat. 2005. 304. ISBN 9952-416-66-X. (#accessdate_missing_url)
  5. "Rəsulun Nigarı". rasulrza.musigi-dunya.az. İstifadə tarixi: 15 noyabr 2017.
  6. "Yol bitməyib. Onlar yenə qoşadırlar, yenə yol gedirlər və birgəlik yollarından biri də bu kitabdan keçir". rasulrza.musigi-dunya.az. İstifadə tarixi: 15 noyabr 2017.
  7. "Gündəlikdən səhifələr". rasulrza.musigi-dunya.az. İstifadə tarixi: 15 noyabr 2017.
  8. Balan, Dumitru (30 Sentyabr 2015). Ideea Europeana (Rumınca). 1678. (#accessdate_missing_url)
  9. "Müasirləri Rəsul Rza və Nigar Rəfibəyli haqqında". rasulrza.musigi-dunya.az. İstifadə tarixi: 15 noyabr 2017.
  10. "Yaxınlardan, uzaqlardan". rasulrza.musigi-dunya.az. İstifadə tarixi: 15 noyabr 2017.
  11. "Səni sevdirən nədir?". rasulrza.musigi-dunya.az. İstifadə tarixi: 15 noyabr 2017.
  12. "Rəsul Rzanın ev-muzeyi yenidən açıldı". www.anl.az. İstifadə tarixi: 16 noyabr 2017.
  13. "Rəsul Rza mükafatı 9 yazara verilib". www.azadliq.org. İstifadə tarixi: 16 noyabr 2017.
  14. "Türkiyədə "Rəsul Rza" gəmisi istifadəyə verilib". musavat.com. İstifadə tarixi: 16 noyabr 2017.
  15. "Vessel details for: RASUL RZA (General Cargo)". www.marinetraffic.com. İstifadə tarixi: 16 noyabr 2017.
  16. "Şeirlər". rasulrza.musigi-dunya.az. İstifadə tarixi: 15 noyabr 2017.
  17. "Poemalar". rasulrza.musigi-dunya.az. İstifadə tarixi: 15 noyabr 2017.
  18. "Pyeslər". rasulrza.musigi-dunya.az. İstifadə tarixi: 15 noyabr 2017.
  19. "Publisistika". rasulrza.musigi-dunya.az. İstifadə tarixi: 15 noyabr 2017.
  20. "Dünya ədəbiyyatından tərcümələr". rasulrza.musigi-dunya.az. İstifadə tarixi: 15 noyabr 2017.

Xarici keçidlər

  • Rəsul Rzanın rəsmi saytı

rəsul, adı, rəsul, ibrahim, oğlu, rzayev, 1910, 1910, 1910, göyçay, bakı, quberniyası, aprel, 1981, 1981, bakı, azərbaycan, şairi, dramaturq, tərcüməçi, ictimai, xadim, 1934, ildən, azərbaycan, nın, üzvü, sosialist, əməyi, qəhrəmanı, 1980, azərbaycan, xalq, şa. Resul Rza tam adi Resul Ibrahim oglu Rzayev 6 19 may 1910 ve ya 19 may 1910 1910 05 19 1 Goycay Baki quberniyasi 1 aprel 1981 1981 04 01 1 Baki Azerbaycan sairi dramaturq tercumeci ictimai xadim 1934 cu ilden Azerbaycan YB nin uzvu Sosialist Emeyi Qehremani 1980 Azerbaycan SSR xalq sairi 1960 Azerbaycan SSR emekdar incesenet xadimi 1943 Stalin mukafati laureati 1951 Resul RzaResul Ibrahim oglu RzayevDogum tarixi 19 may 1910Dogum yeri Goycay Goycay qezasi Baki quberniyasi Rusiya ImperiyasiVefat tarixi 1 aprel 1981 70 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri Fexri xiyabanVetendasligi Rusiya Imperiyasi AXC SSRIMilliyyeti AzerbaycanliHeyat yoldasi Nigar RefibeyliUsagi AnarAtasi Ibrahim RzayevAnasi Meryem RzayevaTehsili Sergey Gerasimov adina Umumrusiya Dovlet Kinematoqrafiya UniversitetiFealiyyeti sairEserlerinin dili azerbaycancaJanr seir teatr pyesi poemaMukafatlari 1960rasulrza musigi dunya az Vikianbarda elaqeli mediafayllar Mundericat 1 Heyati 1 1 Sexsi heyati 2 Teltif ve mukafatlari 3 Resul Rza barede olan fikirler 4 Irsi 5 Filmoqrafiya 6 Biblioqrafiya 6 1 Seir toplulari 6 2 Poemalar 6 3 Pyesleri 6 4 Publisistika 6 5 Tercumeleri 7 Istinadlar 8 Xarici kecidlerHeyati Redakte Resul Rza 12 yasinda Resul Rza 1910 cu il mayin 19 da Azerbaycanin Goycay seherinde maarifperver ailede dogulmusdur 2 Mense etibari ile Memmedxanovlar neslinden olan atasi Ibrahim kendde mirzelik ve xirdavatciliqla dolanmisdir 2 3 Anasi Meryem poetik istedada malik olmus oz serlerini ezber yadda saxlayirmis Atasini erken itirmis anasinin ve yaxin qohumlarinin himayesinde boya basa catmisdir 2 Poeziya zehmet ve ilhamdir avtobioqrafik qeydlerinde R Rza oz tercumeyi halina kecerken bele qeyd etmisdir Deyilene gore men 1910 cu ilde mayin 19 da anadan olmusam Deyilene gore deyirem cunki bu tarix duzgun olmaya biler Anadan oldugum ili ve gunu babam elyazmasi Quranin sehifelerinden birinde qeyd edibmis Babami defn eden zaman menim onda uc dord yasim olardi Quran yoxa cixib 4 Resul Rza Rza oz tercumeyi halinda daha sonra yazirdi ki onun evline qezet ve jurnallar gelerdi Molla Nesreddin rus dilinde cixan Niva Probujdeniye nesrlerini alirdi Butun bu faktorlar Rzanin menevi terbiyesinde muhum rolu olmusdur O usaqliqdan edebi sohbetlerin getdiyi bir ailede terbiye almisdir Ustelik sairin anasinin sairlik tebi varmis Anasi Meryem oxumaq bilirmis ancaq yazmagi bacarmayirdi ve buna gore de seirlerini ezber deyermis ve yadinda saxlayarmis Sair hele usaqliqdan Mehemmed Fuzulinin Xursidbanu Natevanin Mirze Elekber Sabirin seirlerini anasinin dilinden esitdiyini yazir 4 Uzun iller kecenden sonra R Rza yazmisdir Indi yaddasimin sehifelerini varaqladiqca men bir daha inaniram ki menim konlume sere olan mehebbetimin ilk qigilcimlarini anam atmisdir Anam mende klassik poeziya xezinesine hem de xalq yaradiciligina derin hormet hissi terbiye etmisdir 4 Resul Rza Resul Rza alti yasi olarken mektebe getmis ve onun agir tehsil ve is illeri baslamisdir On dord yasinda iken oxumaqla yanasi hem de seher kitabxanasinda islemisdir 1925 ci ilde ise Gence Senaye ve Kend Teserrufati Texnikumuna daxil olmus ancaq tehsili yarimciq qoyub bir nece aydan sonra eve anasinin yanina qayitmisdir O 1930 cu ilde Bakiya kocur o vaxt boyuk bacilari seherde yasayirdilar 4 Bakida Rza mekteb yoldasi ve sair Abdulla Faruqdan basqa hec kimi tanimirdi Ancaq cox cekmir o sair A Faruq vasitesi ile edebi alemde yaxsi taninan Mikayil Musfiq Suleyman Rustem Mehdi Huseyn Semed Vurgun Mikayil Refili Eli Nazim Mirze Ibrahimov ve basqalari ile yaxindan tanis olur onlarla bir cebhede yeni edabiyyatin yaradiciliq ve teskilati vezifelerinin heyata kecirilmesinde bilavasite yaxindan istirak edir R Rza tercumeci vezifesine ise duzelir O illerde Genc isci edebiyyata yenice gelen sairlerin yazicilarin toplasdigi gorusdukleri esas yer idi R Rza burada bir cox yasidlari ile o cumleden sair M Musfiqle tanis otmusdur 4 Yazici dostu Sabit Rehmana hesr etdiyi Xatireler duzumu poemasinda da 1971 R Rza Genc isci qezetinin redaksiyasinin oradaki dostlari xatirlayaraq arxada qalmis iller haqqinda itirilmis dostlar haqqinda derin bir keder ve nisgil hissi ile yazirdi Indi corek dukanidir o ilk tanisligimiz ilk heyat mektebimiz ilk mubarize meydanimiz sevincimiz heyecanimiz olan yer Indi sen yox Musfiq yox Mikayil yox Faruq yox Mehdi yoxdu Tek nece qayidim o gunlere Nece kecim o yolu Xatireler duzumu Resul Rza 4 Bakida evveller basladigi bedii yaradiciliq fealiyyetini daha boyuk ve ciddi bir inadla senet ehtirasi ile davam etdirir 1927 ci ilde Tiflisde Gurcustan Proletar Yazicilar Assosiasiyasinin turk seksiyasinin Qigilcim almanaxinda ilk seri Bu gun seri derc olunmusdur Hemin illerde Yeni fikir qezetinde de seirleri ve hekayeleri cixmisdir Genc isci redaksiyasinda calisdigi vaxtda ise bu qezetin sehifelerinde Avropanin olum cagi Ars Bir avqusta Qara yelin xeberi ve s seirleri derc olunur Yaradiciliqla yanasi R Rza tehsilini de davam etdirir Tehsil aldigi mektebler institutlar sirasinda sair Tiflisdeki Zaqafqaziya Kommunist Universitetini Azerbaycan Tibb Institutunun hazirliq kursunu Azerbaycan Tibb institutunu Azerbaycan Dovlet Elmi Tedqiqat Institutunu Moskva Milletler Institutunu Umumittifaq Kino Akademiyasini ve s elm ve tehsil ocaqlarini qeyd etmisdir 4 R Rza ilk seirleri ile metbuatda cixis etmeye baslayanda yeni inqilabi bir edebi proses tezece formalasirdi bir terefde tecrubeli yazicilar diger terefde ise yeni yazicilar nesli fealiyyet gosterirdi ve qeyd olunmalidir ki yeni edebiyyat ugrunda mubarize bu edebiyyatin ideya bedii prinsiplerini mudafie ve qizgin teblig etmek bu prosesin cox muhum bir terefi idi R Rza da ilk seirleri ile bu edebi mubarizeye qosulan sair kimi diqqeti celb edirdi Onun ele ilk seirlerinde bir sairin yaradiciliq ozunemexsuslugu duyulurdu Derc olunan ilk seri Bu gun de bunu hiss elmek mumkundur 4 Bu seirde sair bu gunden tesirlendiyini bildirirdi bu gunun sairi oldugunu elan edirdi ve cox seciyyevidir ki ele ilk yaradiciliq dovrunun yetkin bir caginda yazdigi Bolsevik yazi Bu gun serinde anlayisi onun poetik prinsipinin esas telebi ve meyari olaraq terefinden beyan edilirdi Menim serim bu gunun bu gundu menim serim bu gunsuz yarin olmaz bu gun yoxsa yarinlar da qurulmaz Bu gun Resul Rza 4 1926 ci ilde cap olunan Qizil genc qelemler mecmuesini teskil eden seirler inqilab qizil esger yeni cemiyyet quruculari movzusunda yazilmis nezm eserlerinden ibaret idi Bu topludaki seirlerde hele yeni forma ferdi uslub axtarislari nezere carpmirdi 4 R Rzanin Bolsevik yazi seri 1931 ci ilde Inqilab ve medeniyyet jurnalinin 3 4 sayinda cixmis ve derhal da diqqeti celb etmisdir Bele ki tenqidci M Huseyn ele jurnalin hemin sayinda derc olunmus Yaradiciliq ixtilaflarimiz meqalesi ucun R Rzanin bu serinin misralarini epiqraf secirdi Mubarize bu gun de var yarin da Men de onun en on siralarinda Bolsevik yazi Resul Rza 4 Mehz bu misralarin siyasi ve yaradiciliq ehvali ruhiyyesi isiginda muasir edebiyyatin edebi prosesin menzeresini cizaraq tenqidci R Rzanin Tribuna seri yaratmaq kimi dogru yol tutmus sair kimi teqdim edirdi R Rza yalniz Almaniya poemasinda yox beynelxalq miqyasda dunyanin diger regionlarinnda bas veren hadiselerden tesirlenerek qeleme aldigi Capey Celladlari durdur habele Cinar kitabindaki 1938 Madrid Hebesistan ve s seirlerinde eyni derecede lirik idi hadisaleri sakit ardicil epik planda yox lirik planda teqdim edir ve buda hemin eserlerin janr uslub xarakterini mueyyenlesdirirdi 4 Muasir poeziyanin novatorluq yolu ve prinsiplerinin mudafiesinde sairin movqeyi kifayet qeder barismaz ve prinsipial bir xarakter dasiyirdi R Rzanin butun sonraki poeziyasindan daba murekkeb ve cetin yaradiciliq vezifelerinin helline yonelmis senetindenn cixis ederek onun goruslerinde bu movqeyin deyismez oldugunu lakin bununla bele hem de merheleden merheleye inkisaf edib daha da derinlesdiyini ve bullurlasdirilib 4 1941 ci ilin axirlarinda sair bir qrup siyasi iscilerle herbi muxbir kimi Krima gedir Azerbaycan diviziyasinda herbi muxbir vezifesinde calisir cebhe qezeti Doyusen Krim da islemeye baslayir O muxbir kimi tez tez on cebhe xettine gedir muharibeni bilavasite musahide edir cebhe heyatinin cetinliklerini menen yasayib butun bunlari da seirlerinde oz tekrarsiz ifadesini tapirdi Onun burada yazdigi ilk eser Bextiyar seri idi 4 R Rzanin 1960 ci iller felsefi lirikasi bir silsile tesir bagislayirdi bu seirler sairin kitablarinda bir biri ile bagli elaqedar oldugu kimi hem de bir vehdet teskil edirdi R Rzanin bu dovr poeziyasinda Rengler silsilesinin ayrica yeri vardir Silsile ilk defe 1962 ci ilde Azerbaycan jurnalinda 11 derc olmusdur Silsilenin bu nesri 27 seirden ibaret idi ve bu hecmde sairin Duygular dusunceler kitabina S964 daxil edilmisdir Silsile derhal edebi tenqidde keskin tenqidle qarsilandi Lakin sair bu tenqidlerden geri cekilmedi bir daha silsileye qayitdi onun Qirmizinin umid calari Firuzeyi Qirmizinin inam calari Mavinin teselli calari Surmeyi Saman sarisi poetik metnlerini yazdi ve bu yeni seirler Dozum kitabina 1965 daxil edildi Butovlukde silsile 33 seirden ibaretdir 4 Baki kinostudiyasinda ssenari sobesinin reisi 1937 1938 Azerbaycan Dovlet Filarmoniyasinin mudiri 1938 Azerbaycan Sovet Yazicilari Ittifaqinin sedri 1938 1939 Baki kinostudiyasinin mudiri 1942 1944 kinematoqrafiya idaresinde reis 1944 1946 Azerbaycan SSR kinematoqrafiya naziri 1946 1949 Azerbaycan Sovet Ensiklopediyasinin bas redaksiyasinin bas redaktoru Umumdunya Sulhu Mudafie Komitesi Reyaset Heyetinin uzvu Afrika ve Asiya Olkeleri Sovet Hemreylik Komitesi reyaset heyetinin uzvu ve respublika uzre sedri SSRI Yazicilar Ittifaqi reyaset heyetinin uzvu Novosti Metbuat Agentliyinin Azerbaycan sobesi idaresinin sedri Azerbaycan Respublikasi Ali Sovetinin VII cagiris deputati Azerbaycan KP teftis komissiyasinin uzvu secilmis Lenin ve SSRI Dovlet mukafatlari komitesinin uzvu olmusdur 2 1981 ci il aprelin 1 de Bakida vefat etmis Fexri Xiyabanda defn olunmusdur Sexsi heyati Redakte Resul Rza 1931 ci ilde Azerbaycan edebi gencliyinin toplasdigi esas merkezlerden olan Maarif evi nde saire Nigar Refibeyli ile tanis olub 5 6 O zamanlar sehven ozgenin serini onun adina cixib tenqidciler ona siddetli ates acmisdilar Hem de bu tenqidi edebiyyata dexli olmayan ayri ayri rutbe sahibleri xeyli qizisdirirdilar Bu tenqidi meqalelerin birisinin altinda Refibeylinin basqa yoldaslarla beraber Resul Rzanin imzasi da var idi Bu hadise onlari yaxinlasdirdi 1937 ci il fevralin 11 de Resul Rza ve Nigar Refibeyli evlendiler 6 1970 ci ilde Nigar Refibeyli Ulduz jurnalinin Resulun mektublari meqalesinde yazirdi Insan yasa dolduqca xatireler aleminde yasamaga baslayir ireliden cox geriye baxir kecen omrun uzaq sehifelerini gozden kecirir Otuz uc il beraber omur surduyum Resul Rza ile kecen gunlerimizi vereqlerken aydin bir heqiqet celb edir butun agir ve yungul sevincli ve sevincsiz kederli ve bayramli kecen bir qemimiz olmamisdir Xalq heyati ile yasamis onunla nefes almis en agir gunlerde xalqin derdine serik olmusuq xalqin heyecan ve arzulari ile yasamisiq 7 Nigar Refibeyli Onlarin oglu Anar 1938 ci il martin 18 de anadan olmus yazici dramaturq scenarist ve kinorejissoru Azerbaycan Yazicilar Birliyinin uzvu ve sedri olub 8 Teltif ve mukafatlari RedakteSosialist Emeyi Qehremani 16 may 1980 Stalin mukafati 3 cu derece 1951 Lenin 1950 poemasina gore Azerbaycan SSR xalq sairi fexri adi 21 may 1960 Azerbaycan SSR emekdar incesenet xadimi fexri adi 17 iyun 1943 Lenin ordeni 25 fevral 1946 28 may 1970 16 may 1980 Seref Nisani ordeni 17 aprel 1938Resul Rza barede olan fikirler RedakteDunyanin ve Azerbaycanin ictimai ve siyasi xadimlerinin Resul Rza barede dedikleri fikirler maraqlidir Hemin fikirlerin bir necesi asagidaki kimidir Resul Rza romantik bir qelble yazdigi Intiqam seri ile insanlari yerleri ve goyleri daglari ve daslari bele intiqama fasist celladlarinin basina od yagdirmaga cagirdi Semed Vurgun 9 Resul Rza boyuk humanistdir onun humanizminin esaslari qaynaqlari sairin xalqla derin qirilmaz elaqesindedir Xalqin agrisi Resulun agrisidir xalqin sevinci Resulun sevincidir Suleyman Rustem 9 Onun serlerini bir daha quvvetli gosteren umumiyyetle Rzanin saglam siyasi goruse malik olmasidir Mehdi Huseyn 9 Resul Rza daha ziyada lirik xitabetci ve inqilabi romantizme malikdir Onun serlerinde real hadiselerden cox real heyacanlar canli xarakter ve obrazlar tesvirinden cox canli tesbeh ve mecazlar canli heyati hissiyyat ve idrak mefhumlari vardir Eli Nazim 9 Men Resul Rzani axtaran hey axtaran bir cox serveti durust tapan bezen de tapa bilmeyen ancaq tapa bilmedikde de hevesden dusmeyen yoruldum demeyen bir kesfiyyatci kimi bir sair kimi tesevvurume getirirem Suleyman Rehimov 9 Resul Rza Cenubi Azerbaycandaki boyuk ve unudulmaz xalq herekatina hesr etdiyi serlerinde xalqimizin esrlik hesretini azadliq ugrunda mubarizesini terennum etmisdir Mirze Ibrahimov 9 O eks elediklerini senetkar texeyyulunden senet suzgecinden kecirir ozune lazim olan sekle salandan sonra ona ser donu geydirir Eli Veliyev 9 Men Resul Rzanin serlerini oxuduqdan sonra ozumde qeribe rahatliq duyuram Bu serler adami dusundurur menevi cehetden temizleyir yukseldir Murtuza Nagiyev 9 Eger serimizi goylere ucalan yasil bir cinara benzetsek Resul Rza onun gozel canli saglam budaqlarindan biridir Memmed Rahim 9 Resul Rza heyata heyati hadiselere serin gozu ile baxmagi bacaran en adi hadiseleri boyuk seriyyetle tesvir etmeye qadir olan sairdir Sabit Rehman 9 Resul Rza ise dunyaya dedikleri uzerinde deyilmeye macal tapmadiqlarinin da kolgeleri dolasir cunki her bir heqiqi senetkarlarin bedii sozu dunenli bugunlu sabahlidir derininde millidir renginde sexsidir ucaliginda umumbeseridir ve heqiqi poeziya hemise hereketdedir Enver Memmedxanli 9 Onun poeziyasinda qilinc kimi keskin heqiqetler vardir Ilyas Efendiyev 9 Onun sexsiyyetindeki xelqilik kohneliye patriarxal terefdarliq derecesine qeder catir Lakin bununla bele o enenelere qarsi en cesaretli davranan sairdir Cefer Ceferov 9 Resul Rza poeziyasi sozun esl menasinda yeni coxcalarli musiqi dili ile desek polifonik poeziyadir Qara Qarayev 9 Resul Rza filosofdur Iki burugun sohbeti seri ilk baxisda olduqca sade ve adi gorunur Ancaq onlar haqqinda heyat nesiller gelecek haqqinda ve onlarin cavabdehliyi barede ne qeder gozel deyilmisdir Nazim Hikmet 10 Onun poeziyasinin qehremani muasir dunyanin heyecanlari qaygi ve ehtiyaclari ile yasayir Mehz buna gore o daim narahatdir qelbi daim cirpinir Settar Behlulzade 11 O xarakteri etibarile hec vaxt deyismezdi Mikayil Abdullayev 11 Resul Rzanin serleri bezen son derece ince hessas zerif bezen de amansiz derecede sertdir O yalniz heyat hadiselerini deyil renglerin seslerin isigin suyun dalgalarin ifade etdiyi sevinci kederi duymagi ve onlari duygular dusunceler xeyallar ve xatirelerle baglamaga calisir Ehmed Cemil 11 O yalniz dogma dilinde yeni bedii forma yaratdigina gore deyil hem de yalniz ozunemexsus sekilde dusunduyu ve duyduguna dunyani ve hadiseleri derk etdiyine gore novatordur Arseni Tarkovski 10 Irsi Redakte Resul Rza ve Nigar Refibeylinin Bakida xatire lovhesi Goycay seherinde Resul Rzanin ev muzeyi fealiyyet gosterir 12 Baki kucelerinden biri Azerbaycan Xezer Deniz Gemiciliyine aid quru yuk gemisi ve Azerbaycanda edebiyyat mukafati onun adini dasiyir 13 14 15 Filmoqrafiya RedakteAg rengin simfoniyasi film 2003 Ana qaz film 2005 Azerbaycan elmi film 1969 Azerbaycan namine film 2004 Bextiyar film 1955 Boyuk omrun anlari film 2006 Decel deste film 1937 Dostluq himni film 1974 Elden sorus film 1980 Goy rengin melodiyasi film 2003 Kendliler film 1939 Kolgeler surunur film 1958 Qirmizi rengin ekspressiyasi film 2002 Qiz qalasi film 1984 Qizil gul olmayaydi film 1965 Qizil gul olmayaydi film 1990 Metbuat fedaisi film 2007 Ordenli Azerbaycan film 1938 Salam Zeyneb film 1982 Tikdim ki izim qala III film film 1998 Togrul Nerimanbeyov film 1966 Uzeyir omru film 1981 Yasil rengin qammasi film 2002 Yuva qurdum soz icinde Memmed Alim film 2007 Biblioqrafiya RedakteSeir toplulari Redakte Resul Rzanin Heyat adasi seirinin elyazmasi Men torpagam 16 Cagimdir menim 16 Veten 16 Anamin kitabi 16 Usaq oyunlari 16 Is gunu 16 Ilqar 16 Etiraf 16 And 16 Itkiler 16 Bir nesil qocalsam da 16 Cinaralti 16 Dunyanin derdi 16 Oxuya bilmediyim kitab 16 Her feslin oz gozelliyi var 16 Isiqlar usuyende 16 Yuxuma gelmisdi Ezop 16 Pencereme dusen isiq 16 Dozum 16 Insan 16 Aydindir ser dili 16 Damga 16 Uzuyumun qasi firuzedendir 16 Vaxt variken 16 Cinar omru 16 Xesteler evinden reportaj 16 Torpaq olmus sumukler 16 Qarabag baba yurdum 16 Mirze Celilin nisgilleri 16 Teyyarede dusunceler 16 Kuceler 16 Deniz haqqinda negmeler 16 Rengli yuxular 16 Poemalar Redakte Qiz qalasi 17 Babek 17 Capey Son gece 17 Fuzuli 17 Qizil gul olmayaydi 17 Pyesleri Redakte Vefa 18 Gorus 18 Publisistika Redakte Poeziya zehmet ve ilhamdir 19 Teleqram 19 O gun bu gun 19 Eziz xatireler 19 Oten gunler 19 Milli suur ve milli iftixar 19 Gozel dost 19 Uzaq ellerin yaxin tohfeleri 19 Muqeddime 19 Sag ol professor 19 Tercumeleri Redakte Esxil Zencirlenmis Prometey 20 Nizami Gencevi Xosrov ve Sirin 20 Fransua Viyon Bogazindan dara cekilmeye mehkum edilmis Viyonun yazdigi dordsetirlik 20 Robert Berno Uzaqda olanlarin sagligina 20 Henrix Heyne Yildizarin lisani 20 Mixail Lermontov Demon 20 Nikolay Nekrasov Rus elinde kimin gunu xos kecir 20 Ivan Turgenev Mensur ser 20 Taras Sevcenko Muzdur qadin 20 Emil Verxarn Belcikaya 20 Henri Lonqfello Hayavata haqqinda negme 20 Volt Vitmen Qartallarin mehebbet oyunu 20 Artur Rembo Heyranliq 20 Vladimir Mayakovski Atlarla yaxsi reftar 20 Marina Svetayeva Yuxusuzluq silsilesinden 20 Pol Elyar Sondurulmus isiqlar 20 Federiko Qarsiya Lorka Gitara 20 Robert Frost Bir defe ne ise olmusdu 20 Rabindranat Taqor Mensur ser 20 Ilya Selvinski Men bunu oz gozlerimle gormusem 20 Yanka Kupala O delen kimdir 20 Irji Volker Epitafiya 20 Eduardas Mejelaytis Urek 20 Kemaledin Kamu Qurbet 20 Necib Fazil Qisakurek Otel otaqlarinda 20 Fazil Husnu Daglarca Gonceli Nizaminin turbesi 20 Istinadlar Redakte 1 2 3 4 The Fine Art Archive 2003 lt a href https wikidata org wiki Track Q10855166 gt lt a gt 1 2 3 4 TERCUMEYI HAL rasulrza musigi dunya az Istifade tarixi 15 noyabr 2017 AVTOBIOQRAFIYA rasulrza musigi dunya az Istifade tarixi 15 noyabr 2017 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Resul Rza Secilmis eserleri Bes cildde I cild Baki Onder nesriyyat 2005 304 ISBN 9952 416 66 X accessdate missing url Resulun Nigari rasulrza musigi dunya az Istifade tarixi 15 noyabr 2017 1 2 Yol bitmeyib Onlar yene qosadirlar yene yol gedirler ve birgelik yollarindan biri de bu kitabdan kecir rasulrza musigi dunya az Istifade tarixi 15 noyabr 2017 Gundelikden sehifeler rasulrza musigi dunya az Istifade tarixi 15 noyabr 2017 Balan Dumitru 30 Sentyabr 2015 Ideea Europeana Ruminca 1678 accessdate missing url 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Muasirleri Resul Rza ve Nigar Refibeyli haqqinda rasulrza musigi dunya az Istifade tarixi 15 noyabr 2017 1 2 Yaxinlardan uzaqlardan rasulrza musigi dunya az Istifade tarixi 15 noyabr 2017 1 2 3 Seni sevdiren nedir rasulrza musigi dunya az Istifade tarixi 15 noyabr 2017 Resul Rzanin ev muzeyi yeniden acildi www anl az Istifade tarixi 16 noyabr 2017 Resul Rza mukafati 9 yazara verilib www azadliq org Istifade tarixi 16 noyabr 2017 Turkiyede Resul Rza gemisi istifadeye verilib musavat com Istifade tarixi 16 noyabr 2017 Vessel details for RASUL RZA General Cargo www marinetraffic com Istifade tarixi 16 noyabr 2017 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 Seirler rasulrza musigi dunya az Istifade tarixi 15 noyabr 2017 1 2 3 4 5 Poemalar rasulrza musigi dunya az Istifade tarixi 15 noyabr 2017 1 2 Pyesler rasulrza musigi dunya az Istifade tarixi 15 noyabr 2017 1 2 3 4 5 6 7 8 9 10 Publisistika rasulrza musigi dunya az Istifade tarixi 15 noyabr 2017 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 Dunya edebiyyatindan tercumeler rasulrza musigi dunya az Istifade tarixi 15 noyabr 2017 Xarici kecidler Redakte Vikisitatda Resul Rza ile elaqedar sitatlar var Resul Rzanin resmi saytiMenbe https az wikipedia org w index php title Resul Rza amp oldid 5965537, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.