Zeynəddin Əhməd Qaraca bəy Zülqədər oğlu (osman. زین الدین قراجه بك, türk. Zeyneddin Karaca Bey) və ya Zülqədəroğlu Zeynəddin Qaraca Türkmani (ərəb. ذولكاديروعلو زاينألءدين قاراجا اتءتوركماني; v. 11 dekabr 1353, Qahirə) — Anadolunun cənubunda və Suriyanın şimalında hökmranlıq etmiş Zülqədəroğulları bəyliyinin və eyniadlı sülalənin banisi, 1337–1353-cü illərdə hökmdarı, lokal türkman tayfa başçısı.
Zeynəddin Qaraca bəy Zülqədər | |
---|---|
osman. زین الدین قراجه بك | |
1337 – 1353 | |
Əvvəlki | vəzifə ləğv olunub |
Sonrakı | Qarsəddin Xəlil bəy |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 11 dekabr 1353 |
Vəfat yeri | |
Atası | Zülqədər |
Uşaqları | Xəlil İbrahim İsa Sülü Osman Davud |
Hakimiyyətə gəlməzdən əvvəl Qaraca bəy Məmlüklərin şimal sərhədinin idarəçiliyi üzərində digər yerli türkman sərkərdəsi Taraqlı Xəlil bəy ilə rəqabət aparırdı. O, 1335-ci ildə Hülakülər dövlətinin dağılmasından istifadə edərək Kilikiya regionunda yerləşən əraziləri ələ keçirməyə başlamışdır. Qaraca bəy Məmlük sultanı Nəsrəddin Məhəmməd tərəfindən tanındıqdan sonra Məmlük sultanlığının Anadolu uclarında vassal dövlətin başçısı olmuşdur. Hökmranlığı dövründə Qaraca bəy iddialı olmuş və təsirini genişləndirməsinə qarşı olan müxtəlif Məmlük ilə toqquşmuşdur. Qaraca bəy Məmlüklər daxilində baş tutan siyasi qarışıqlıqdan istifadə edərək 1348-ci ildə müstəqilliyini elan etmişdir, lakin bu onun həbs edilməsinə və 1353-cü ildə edam olunmasına səbəb olmuşdur.
Erkən həyatı
XIII əsrdə Anadolunun cənubunda yerləşən Maraş regionu Kilikiya çarlığı tərəfindən idarə olunurdu. Bu region 1298-ci ildə mərkəzi Misirdə olan Məmlük sultanlığının hakimiyyəti altına keçmişdir. Qaraca bəy Məmlüklər tərəfindən regionun bir hissəsini idarə etmək hüququ verilmiş yerli türkman bəylərindən biri idi. Qaraca bəy Elxanlılar dövlətindən ayrılaraq türk-monqol zabiti Ərətna tərəfindən idarə olunan Ərətna bəyliyinin Mərkəzi və Şərqi Anadoluda ortaya çıxdığı dövrdə Zülqədəroğulları bəyliyini qurmuşdur.
Tarixçilər Qaraca bəyin Bayat tayfasından olduğunu güman edirlər. Tayfanın yay otlaqları Tavr dağlarının şərqində yerləşirdi.Osmanlı tarixi üzrə ixtisaslaşmış Türkiyə tarixçisi Yınançın yazdığına görə, Zülqədəroğulları camaatının təşkil etdiyi icmalar Bayat, Əfşar və Bəydili tayfalarından ibarət idi, lakin Zülqədəroğulları bəylərinin hansına mənsub olduğu naməlumdur. Zülqədəroğulları arasında Bayat tayfasının nümayəndələri çoxluq təşkil etdiyinə görə bəylərin də Bayat tayfasından olması mümkündür. Zamanta qalası yaxınlığında yerləşən Süleyman bəy məscidində ailənin köklərinin Xorasandan olduğunu bildirən kitabə var. Atası 1310-cu və ya 1311-ci ildə vəfat etdikdən sonra Qaraca bəy Suriyanın şimalında Bozox tayfa konfederasiyasının lideri olmuşdur. Onun haqqında mənbələrdə ilk dəfə 1317-ci ildə bəhs edildiyi güman edilir. O zaman Məmlük sultanı Nəsrəddin Məhəmməd Birqada yaşayan bir türkman bəyinə əmir titulu vermişdi.
Qaraca bəyin adının Qaraca ibn Zülqədər olması səbəbilə onun atasının adının Zülqədər olduğu qənaətinə gəlinir. Zülqədər adının və ya ləqəbinin mənası və mənşəyi dəqiq məlum deyil, lakin onun türkmənşəli olduğu güman edilir. Başqa bir varianta görə, bu, Əbdülqədir adının təhrif olunmuş halıdır. Annemari fon Qabayn adın təfsirinin başqa variantını təklif etmişdir: tulqa + dar = dəbilqə taxan. Sonradan bu ad və təhrif edilmişdir. "Zülqədər" ərəb dilində "qüdrətli" deməkdir və bu variant sonrakı Osmanlı mənbələrində rast gəlinir.
Hakimiyyəti
Bəyliyin qurulması
Məhəmməd Olcaytunun oğlu Əbu Səid Bahadur xan 1335-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra Hülakülər dövlətinin parçalanması başlamışdır. Bu, Anadoluda bir çox kiçik dövlətlərin müstəqillik qazandığı bir qarışıqlıq dövrü idi. 1335-ci ilin mayında Zeynəddin Qaraca bəy 5 min atlı ilə ilk dəfə Kilikiya çarlığının ərazisini işğal etmişdir.
Başqa bir lokal hökmdar – Taraqlı Xəlil bəy ibn Tarafi, daha əvvəl Ərətna bəyliyindən Əlbistanı ələ keçirmişdi.Məmlük sultanlığına sədaqət andı içərək bölgədəki nüfuzunu genişləndirmək üçün Taraqlı Hələb əmiri Altunboğaya 100 at hədiyyə göndərmiş və Qahirədə sultanı ziyarət etmişdi. Bu Qaraca bəyin siyasi mövcudluğuna təhdid yaratdığına görə Qaraca bəy öz oğlu Qarsəddin Xəlil bəyi ordu ilə Taraqlı Xəlil bəyə qarşı göndərmişdi. 1335-1337-ci illərdə Taraqlı Xəlil bəyi məğlub edən Zülqədəroğulları bəyliyi Əlbistanı ələ keçirdi. Taraqlı Xəlil bəyin müttəfiqi Altunboğa Qaraca bəyi təhdid edərək Hələbə gəlməsini tələb etmişdir. Bu səbəbdən Qaraca bəy Altunboğanın rəqibi və Dəməşqin ilə ittifaq qurmuşdur.
Sultan sonda valilər Taraqlı bəyi və Qaraca bəyi Qahirəyə çağırmışdır. Dəniz Qaraca bəyi müdafiə edərək sultana onun regionda Məmlük hakimiyyətini daha yaxşı qoruya biləcəyini tövsiyə etmiş və Taraqlı Xəlil bəyin min atlıdan artıq qüvvəyə malik olmadığını vurğulamışdır. Bu səbəbdən Nəsrəddin Məhəmməd 1337-ci ildə Qaraca bəyi "Türkmanların əmiri" və Maraşdan Əlbistana qədər uzanan torpaqların kimi tanımışdır.
Sərhədlərin genişləndirilməsi
Anadoluda monqol hakimiyyətinin süqut etməsi Qaraca bəyin regionda irəliləməsinə şərait yaratmışdı. Növbəti il Qaraca bəy Ərətna bəyliyindən Harput, Gəmərək və Gürünü də ələ keçirmişdir. 1338-ci ilin avqustunda vəlisi Mərcan Xəsim Ərətna bəy ilə məsləhətləşmək üçün Sivas şəhərinə getmişdi. Bundan istifadə edən Qaraca bəy şəhərə hücum etmişdir. Gecə saatlarında Zülqədəroğulları bəyliyinə tabe döyüşçülər qala mühafizəçilərindən birinin onlara endirdiyi kəndirlərdən istifadə edərək şəhər divarlarına dırmaşmışdılar. Qısamüddətli və qanlı döyüşdən sonra mühafizəçilər öldürülmüş, qala Qaraca bəyin əlinə keçmişdir. Qaraca bəy bunu dərhal Dəməşq validi Dənizə bildirmiş və ondan Darəndəni nəzarətə götürmək üçün qoşun göndərməsini istəmişdir. Fəth edilən şəhəri qəbul edən Məmlük sultanı Qaraca bəyə xələt göndərərək minnətdarlığını bildirmişdir.
Ərətna bəyi bu hücumdan qəzəblənmiş və 1339-cu ildə onunla Qaraca bəy arasında döyüş baş tutmuşdur. Hər iki tərəfdən 500 nəfər itki olmuşdur. Ələddin Ərətna bəy döyüş meydanını tərk edə bilmişdi, lakin Qaraca bəy onun hər iki oğlunu və qəniməti ələ keçirmişdi. Tezliklə sultan Nəsrəddin Məhəmmədin vasitəçiliyi ilə Zülqədəroğulları Ərətna bəyliyindən qəsb olunmuş 20,000 baş iribuynuzlu mal-qaranın bir hissəsini qaytarmağa məcbur olmuşdular.
Qaraca bəyin Ərətna torpaqlarına basqını zamanı türkman əmirinin oğlu Daşqın Zülqədəroğulları bəyliyinə hücum etmişdir. Daşqın Hələbin valisi Altunboğanın dəstəyini almışdı, çünki Altunboğa öz himayəsindəki Taraqlı Xəlil bəyin nəzarətində olmuş Əlbistanın Qaraca bəy tərəfindən alınmasından qəzəblənmişdi. Daşqın ilə mübarizə aparmaq üçün Qaraca bəy Dəməşqin valisi Dənizdən kömək istəməli olmuşdur. Dəniz Altunboğaya təzyiq göstərərək Daşqını cəzalandırmış və nəticədə Daşqın həbs edilmişdir. Dəniz 1340-cı ildə Çukurovaya ekspedisiyasından qayıdan zaman Daşqını öldürməyə cəhd etmişdi, lakin Daşqın ona sadiq döyüşçülərin köməyi ilə həbsdən qaçmışdır.
Qaraca bəy ilə Ərətna bəy arasında sülh uzun sürməmişdi. 1340-cı ildə Qaraca bəy yenidən qonşu əraziyə hücum etmişdir. Tarixçi Yınança görə, bu hücum Məmlük sultanı tərəfindən əmr edilmişdi. Ərətna bəyin elçisi Qahirəyə Zülqədəroğullarının qarətçiliyindən şikayət etmək üçün gələn zaman ona Ərətna bəyliyində xütbədə Məmlük sultanı adının oxunmaması və pulların sultanın adına sikkə edilməməsi günah kimi qoyulmuşdu. Cəzasızlıqdan istifadə edən Qaraca bəy Ərətna bəyliyi ərazisinə basqınlarını davam edirmiş və Dəniz Qaraca bəyin hərəkətlərini dəstəkləməyə davam etmişdir. Ərətna bəy Qahirəyə getmək üçün hazırlaşan zaman Dəməşqin valisi Dəniz ona öz ərazisindən keçməyə icazə verməmişdir. Bu dostluq münasibətləri sultan Nəsrəddin Məhəmməddə Dənizin Qaraca ilə birləşərək üsyan qaldıracağı qorxusunu oyatmışdı. Sultan Dənizi İsgəndəriyyə şəhərinə çağırmış və orada həbs etmişdir. Bir az sonra, 1341-ci ildə Dəniz edam olunmuşdur.
Qarışıqlıq dövrü
Dostu və himayədarı Dənizin öldürülməsi Qaraca bəyi qəzəbləndirmişdi və o, Məmlük sultanlığı ilə əlaqələri kəsmişdir. Qaraca bəyin müstəqil hökmdar olmaq iddiası Məmlük sultanı Nəsrəddin Məhəmmədin 1341-ci ildə vəfat etməsindən və Misirdə bu səbəblə baş vermiş qarışıqlıqlardan sonra üzə çıxmışdır. O, Hələbi ələ keçirmək üçün birgə kampaniya təşkil etmək məqsədilə Ərətna bəyin etibarını qazanmağa çalışmışdır. Hələbin əmiri Daşteymur Misirdən kömək istəmiş, lakin Qahirədə saray daxilində hakimiyyət uğrunda davam edən mübarizələr səbəbindən bu istək nəticəsiz qalmışdır. Məmlük əmiri devirərək üçün Əbu Bəkrin yeddi yaşlı qardaşı Məmlük taxtına oturtmuşdur. Bu, Daşteymurun üsyan qaldırmağına səbəb olmuş və o, artıq ümumi vəziyyətin dəyişdiyini görüb Məmlüklərdən qaçaraq Qaraca bəyin himayəsi ilə şimalda Ərətna bəyə sığınmışdır. Dəməşq valisi Altunboğa Daşteymuru və onun müttəfiqi Qaraca bəyi Antep şəhərinə qədər təqib etmişdir. Bu əsnada bəzi Məmlük sərkərdələri Altunboğanın Dəməşqdə olmamasından istifadə edərək şəhəri ələ keçirmiş və Nəsrəddin Məhəmmədin digər oğlu sultan elan etmiş, Əmir Qavsunun bütün tərəfdarlarını öldürmüşdülər. Şihabəddin Əhməd Daşteymuru yeni vəzifə üçün Qahirəyə dəvət edən zaman Qaraca bəy ona Qahirəyə qədər yoldaşlıq etmişdir, lakin Daşteymur naməlum səbəblərə görə həbs olunmuş və edam edilmişdir, Qaraca bəy isə tezliklə şimala, Maraş şəhərinə qayıtmışdır.
1343-cü ilin əvvəlində Ərətna bəy Qarambukada Şeyx Həsəni məğlub etmişdir. O, qənimətin bir hissəsini Hələb valisi hədiyyə olaraq Hələbə göndərmişdi. Qaraca bəyin Məmlüklərlə münasibətləri 1343-cü ildə, Zülqədəroğulları türkmanlarının Ərətna bəyin Yalbuğaya göndərdiyi hədiyyələri daşıyan karvanı qarət etməsindən sonra daha da pisləşmişdi. Yalbuğa bunu quldurluq kimi qiymətləndirmiş və 1343-cü ilin martında Qaraca bəyi cəzalandırmaq üçün ordu göndərmiş, lakin Zülqədəroğulları bəyliyinə tabe qüvvələr Məmlük ordusunu məğlub etmiş və onlar geri çəkilməyə məcbur qalmışdılar. Bu məğlubiyyət Yalbuğanı növbəti yürüşü daha ciddi təşkil etməyə vadar etmişdir. Qaraca belə bir qüvvəyə qarşı dura bilməyəcəyini anlayaraq tələsik Düldül dağında sığınacaq tapmışdır, lakin o, ərzaqla dolu karvanı dağa qaldırmağa vaxt tapa bilməmişdir. Yalbuğa karvanı ələ keçirərək Zülqədəroğulları ordusunun bütün ərzaqlarını, eləcə də qadın və uşaqları ələ keçirmişdir.
Bu uğurdan sonra Yalbuğa ehtiyatını itirmiş və məsləhətçilərinin etirazına baxmayaraq, dağda gizlənmiş türkmanlara hücum etmişdir. Məmlük qoşunları yamaclara qalxmağa başlayanda Zülqədəroğulları pusqudan hücum edərək onları məğlub etmişdilər. Yalbuğanın atı oxla vurulmuş və o, bayrağını itirərək çətinliklə canını qurtarmışdır, lakin Qaraca daha ehtiyatlı davranmışdır. Qisasdan çəkinən Qaraca bəy Qahirəyə üzr məktubu göndərmuş və münaqişəyə görə məsuliyyəti Hələb valisinin boynuna armışdır. Sultanın qəzəbini cəlb etməmək üçün həmçinin, əsir götürülmüş Məmlük qoşunlarını və karvana hücum etmiş quldurları Qahirəyə göndərmişdir. Qaraca bəy nəticədə Məmlük sultanı tərəfindən əfv edilmişdir.
Kilikiyaya yürüşləri
üzərindəki bu qələbə Qaraca bəyin nüfuzunu yüksəltmişdir. Bir çox türkman onun təbəəsi olmaq istəyirdi, nəticədə isə Qaraca bəyin və onun bəyliyinin mövqeyi möhkəmlənmişdi. Bu səbəblə Məmlük sultanı Zülqədəroğulları bəyliyinin müstəqilliyini tanıdığını təsdiq etməyə məcbur qalmışdır. Qaraca bəy Kilikiya çarlığına bir neçə basqın keçirmiş, orada baş tutan qarışılıqdan istifadə edərək 1345-ci ildə regionu talan etmiş, həmçinin və işğal etmişdir. Kilikiya çarı şəhəri geri almağa cəhd etmiş, lakin məğlubiyyətə uğramışdır. Vassalı olaraq Qaraca bəy sultana yeni fəth haqqında məlumat vermişdir, lakin o, Hələbin yeni vəlisi Əriktayın müdaxiləsi ilə üzləşmişdir. Əriktay hər yeni fəthin sultanlığa aid olmasını əsas gətirərək əsgərlərini Qeben qalasında yerləşdirmək istəyirdi. Qaraca bəyin müqaviməti ilə qarşılaşan Arıktay qalanı ələ keçirməyə cəhd etmişdir və bu, onunla Qaraca bəyi arasında böhrana səbəb olmuşdur. Qaraca bəy Qeben qalasını cəmi il bir əlində saxlaya bilmişdi, çünki III Konstantin bu münaqişədən istifadə edərək 1346-cı ilin oktyabrında qalanı geri almağa müvəffəq olmuşdur.
Zülqədəroğulları–Məmlüklər münasibətləri Qaraca bəyin Hələb valisi ilə əlaqələri ilə sıx bağlı idi. Hələb valisi vəzifəsinə Əriktayın yerinə Arqunşahın təyin edilməsi vəziyyəti düzəltmişdi. Arqunşahın Məmlük əmiri Yağmuroğlu Səriməddin İbrahim Qaraca bəyin itaətini təmin etməli idi. O, Maraşda yaşayır və aylıq vergi yığırdı. Buna baxmayaraq, bir il sonra Qaraca bəyin Məmlüklərlə münasibətləri yenidən pisləşmişdi. 1347-ci ildə Qahirədə Əbu Məali Həsən hakimiyyətə gəlmiş və 1348-ci ilin martında Qaraca bəyin rəqibi Əriktayı yenidən Hələb valisi təyin etmişdir. Qaraca bəy bunu sultanın düşmənçilik əlaməti kimi qiymətləndirmişdi. Qaraca bəy Məmlük sultanlığında tez-tez hakimiyyət dəyişikliyi və çevrilişlər səbəbindən yaranan qeyri-sabitlikdən istifadə edərək əsl müstəqilliyə nail olmaq üçün yaxşı fürsət əldə etmişdir. O, bu zaman Kilikiya çarından Qahirənin aldığı xəracı ona ödəməsini tələb etmişdir.
Baybuğa üsyanı
1348-ci ildə Qaraca özünü məktublarında özünü "Məlik əz-Zahir" adlandırırdı. Həmçinin, həmin il qələbələrindən cəsarət alan Qaraca bəy "Məlik əl-Qahir" kimi öz müstəqilliyini elan etmişdir. 1349-cu ildə Arqunşahın öldürülməsi Qaraca bəyin Məmlüklərə qarşı nifrətini daha da artırmışdı. O, tərəddüd etmədən Suriyada Qahirəyə qarşı bütün üsyanlara qoşulmağa başlamışdır.
1351-ci ildə Əmir Taz əl-Həsəni taxtdan saldı və Nəsrəddin Məhəmmədim digər oğlu taxta oturtmuşdur. Bu, həm Qahirədə, həm də Suriyada qanlı iğtişaşlara səbəb olmuşdur. 1352-ci ilin avqustunda Suriyada özünü sultan elan etmişdir. Ona Həma və Tripoli valiləri dəstək vermiş, Qaraca bəy də bu üsyana qatılmışdır. O, Yalbuğanı məğlub etmiş, fürsətdən istifadə edərək Dəməşqə gedib şəhəri və bölgəni talan etmişdir. Dəməşqin valisi Arqun Kamil Qəzzəyə sultanın yanına qaçməş və sultana üsyanı şəxsən yatırmalı olduğunu bildirmişdir. Sultan Saləh xəlifə Mötəzid və dörd qazı ilə birlikdə ordunun başında Dəməşqə yollanmışdır. Bundan xəbər tutan Qaraca bəy Zülqədəroğulları ərazisinə çəkilmişdir. Üsyançı valilər Hələbdə sığınacaq tapmaq qərarına gəlmişdilər, lakin şəhər sakinləri onları içəri buraxmamışdır. Üsyançılar bir müddət şəhəri mühasirədə saxlaməşdılar, lakin tezliklə geri çəkilib Əlbistana qaçmağa məcbur olmuşdular. Dəməşqə gələn sultan Saləh Hələbə Arqun Kamili, Tazı və üsyançıları təqib etmək üçün göndərmişdir. Onlar Hələbdən Qaraca bəyə məktub göndərərək üsyançıları təhvil verməyi təklif etmişdilər və bunun qarşılığında üsyana qatıldığına görə sultandan əfv vəd etmişdilər. Bütün tələblərə baxmayaraq, Qaraca bəy üsyançıları təhvil verməkdən imtina etmişdir. Qaraca bəyin bu davranışı sultanı qəzəbləndirmişdir və o, Kilikiyada yaşayan Ramazan tayfasının başçısına Zülqədəroğulları ərazisi üzərində hüquqlar vermişdir.
Hələb valisi Arqun Kamil Qaraca bəyə başqa bir məktub göndərmiş və müharibənin nəticələrini xatırladaraq onun zərərli olduğunu izah etməyə çalışmışdır. Bu dəfə Arqun Kamil sultandan basqın hazırlamağa icazə istəniş və Zülqədəroğulları bəyliyinin ərazisində yerli əhali arasında səpələnəcək 120-yə qədər agent göndərməyi təklif etmişdir. Nəticədə Qaraca bəy türkmanlar üzərindəki nüfuzunu itirmiş, onların dəstəyini hiss etməmiş və buna görə də öz himayəsində gizlənən üsyançı əmirləri təhvil vermişdir. Onlar dərhal edam olunmuşdular. Misiri idarə edən Taz və Şeyxu Qaraca bəyi cəzalandırmaqda qərarlı idilər. Onların planına görə, Arqun Kamil Qaraca bəyi tələyə salaraq yaxalamalı idi. Plana görə, Arqun Kamil Qaraca bəyi xalat almaq üçün Hələbə dəvət etmişdir, lakin Qaraca bəy təhlükəni hiss edərək Hələbə getməkdən imtina etmişdir. Qaraca bəydən qurtulmağın yeganə yolu hərbi kampaniya idi. Buna görə Qahirədən Hələb valisi Arqun Kamilə Zülqədəroğulları bəyliyinə yürüş təşkil etmək və həyata keçirmək əmri gəlmişdir, lakin Arqun Kamil Qaraca bəyə üsyançıları təhvil verdiyi təqdirdə ona qarşı müharibə başlatmayacağına söz verdiyini xatırlatmışdır.
Hakimiyyətinin süqutu
Taz və Şeyxu Qaraca bəyi ələ keçirmək və Əlbistanı işğal etmək fikrindən əl çəkməmişdilər. Onlar Arqun Kamili inandırmaq üçün İzzəddin Toqtayı Arqunun sarayına göndərmişdilər. Toqtayın missiyası uğurlu olmuş və Arqun Kamil Əlbistana yollanmışdır. Onun rəhbərliyi altında 10–25 min nəfər qoşundan ibarət Məmlük ordusu və Zülqədəroğullarına düşmən olan türkmanlar var idi. Məmlük ordusu Əlbistanı ələ keçirmiş və oranı yandırmışdır. Yalnız şəhər yox, ətraf kəndlər də yandırılmışdır. Məmlük koalisiyasına qarşı dura bilməyəcəyini anlayan Qaraca bəy Düldül dağına çəkilmişdir. O, dağın ətəyində və aşırımında iyirmi gün Məmlük koalisiyası ilə toqquşmuşdur, lakin nəticədə məğlub olaraq döyüş meydanından qaçmışdır. Onun iki oğlu, o cümlədən varisi Qarsəddin Xəlil bəy Məmlük qüvvələrinə qarşı müqavimət göstərməyə çalışmış, lakin məğlub olaraq əsir alınmışdılar. Məmlüklər qadınları, uşaqları və mal-qaranı da ələ keçirmiş, sonra onları Suriya və Misirdə satmışdılar. 1353-cü ildə Kayseridə Qaraca bəy Ərətna hökmdarı I Qiyasəddin Məhəmməd bəyin sarayında sığınacaq tapmışdır. Məmlüklərin tələbi ilə o, zəncirlənərək 22 sentyabr 1353-cü ildə Hələbə göndərilmiş və buna görə Məhəmməd bəyə 500 min dinar ödənilmişdir.
Qaraca bəyin oğullarından biri bədəvi lideri Cabbar ibn Müənna ilə Hələbə hücum edərək atasını xilas etmək üçün razılaşmışdı. Bu cəhd uğursuz olmuş və döyüşdə 700 nəfər həlak olmuşdur. Bu, sultan Salehi daha da qəzəbləndirmişdir. O, Qaraca bəyin Qahirəyə köçürülməsini tələb etmişdir. onu şəxsən danlamış və Qahirə qalasında həbs etmişdir. Qaraca bəy 48 gün həbsdə qaldıqdan sonra, 11 dekabr 1353-cü ildə işgəncə ilə öldürülmüşdür. Onun cəsədi üç gün ərzində asılı vəziyyətdə qalmışdır.
Orta əsr ərəb tarixçiləri tərəfindən təkzib edilməyinə baxmayaraq, son Osmanlı mənbələri, məsələn, və Əhməd Arifi paşa Qaraca bəyin Məmlüklərə qarşı müqavimətini davam etdirdiyini və təxminən 100 yaşında, 1378-ci və ya 1379-cu ildə qocalıqdan öldüyünə geniş şəkildə inanırdılar.
Ailəsi
Qaraca bəyin 6 oğlu var idi: Xəlil, İbrahim, İsa, Sülü, Osman və Davud. Qarsəddin Xəlil bəy Qaraca bəy sonra Zülqədəroğulları bəyliyinin ikinci hökmdarı olmuşdur, Sülü bəy isə Zülqədəroğulları bəyliyinin ikinci hökmdarı idi. Səriməddin İbrahim bəy Harputun hökmdarı olmuş və Məmlüklər tərəfindən atası Qaraca bəyi müttəfiq saxlamaq üçün xoş niyyət jesti olaraq Dəməşqin əmir təblxanəsi (hərf. "ar" – hərf. orkestr əmiri) təyin edilmişdir. Qaraca bəyin bir qardaşı və əmisioğlu olduğu məlumdur. Onların hər ikisinə 1344-cü və ya 1345-ci ildə Məmlük sultanı tərəfindən torpaq verilmişdi.
Qeydlər
- hərf. "Məlum hökmdar"
- hərf. "Qalib hökmdar"
Mənbə
İstinadlar
- Bosworth, 1996. səh. 238
- Alıç, 2020. səh. 85
- Kaya, 2014. səh. 83
- Venzke, 2017
- Mordtmann-Ménage, 1991
- Yinanç, 1988. səh. 7—8
- Uzunçarşılı, 1969. səh. 169
- Alıç, 2020. səh. 84
- Yinanç, 1988. səh. 9
- Bosworth, 2014, Ch.12, §129
- Uzunçarşılı, 1969. səh. 169—170
- Yinanç, 1988. səh. 8
- Yinanç, 1988. səh. 9—10
- Kaya, 2014. səh. 86–88
- Sinclair, 1987. səh. 518
- Kaya, 2014. səh. 88
- Yinanç, 1988. səh. 11–12
- Oberling, 1995. səh. 573–574
- Har-El, 1995. səh. 40
- Yinanç, 1988. səh. 10—11
- Kaya, 2014. səh. 87
- Yinanç, 1988. səh. 11
- Yinanç, 1988. səh. 12
- Solak, 2012. səh. 579
- Yinanç, 1988. səh. 12—13
- Solak, 2012. səh. 580
- Yinanç, 1988. səh. 13
- Yinanç, 1994
- Yinanç, 1988. səh. 13—14
- Yinanç, 1988. səh. 14
- Toursarkisian, 1897. səh. 29–30
- Merçil, 1991. səh. 291
- Yinanç, 1988. səh. 14—15
- Yinanç, 1988. səh. 15
- Uzunçarşılı, 1969. səh. 170
- Yinanç, 1988. səh. 15—16
- Merçil, 1991. səh. 313
- Yinanç, 1988. səh. 16
- Solak, 2012. səh. 580—582
- Yinanç, 1988. səh. 17
- Yinanç, 1988. səh. 17—18
- Uzunçarşılı, 1969
- Yinanç, 1988. səh. 8—19
- Yinanç, 1988. səh. 18
- Alıç, 2020. səh. 85–86
- Alıç, 2020. səh. 86
- von Zambaur, 1927. səh. 159
- Venzke, 2000. səh. 412
Ədəbiyyat
- . Dulkadir oğulları // Anadolu beylikleri ve Akkoyunlu, Karakoyunlu devletleri. An.: Türk Tarih Kurumu Basımevi. 1969. 169–175. (türk.)
- Alıç, Samet. "Memlûkler Tarafından Katledilen Dulkadir Emirleri" [The Dulkadir's Emirs Killed by the Mamluks]. The Journal of Selcuk University Social Sciences Institute (türk) (43). 2020: 83–94. İstifadə tarixi: 19 mart 2023.
- . New Islamic Dynasties: A Chronological and Genealogical Manual. . 1996.
- Har-El, Shai. Struggle for Domination in the Middle East: The Ottoman-Mamluk War, 1485-91. E.J. Brill. 1995. ISBN . İstifadə tarixi: 19 mart 2023.
- Kaya, Abdullah. "Dulkadirli Beyliği'nin Eratnalılar ile Münasebetleri" [Relations between Dulkadirli Beylik and the Eretnids]. Mustafa Kemal University Journal of Graduate School of Social Sciences (türk). 11 (25). 2014: 81–97. İstifadə tarixi: 20 mart 2023.
- Merçil, Erdoğan. Müslüman-Türk devletleri tarihi [A history of Muslim-Turkish states] (türk). Turkish Historical Society Press. 1991.
- Johannes Heinrich Mordtmann-V. L. Ménage. Ḏh̲u 'l-Ḳadr // Encyclopaedia of Islam, Second Edition. II. Leiden: . edited by B. Lewis; J. Schacht & Ch. Pellat. Assisted by J. Burton-Page, C. Dumont and V. L. Ménage. 1991. 239–240.
- Oberling, Pierre. Ḏu'l-Qadr // (redaktor). Encyclopædia Iranica, Volume VII/6: Drugs–Ebn al-Aṯir. London and New York: Routledge & Kegan Paul. 1995. 573–574. ISBN .
- Sinclair, Thomas Alan. Eastern Turkey An Architectural and Archaeological Survey. II. Pindar Press. 1987.
- Toursarkisian, Garabed. "Histoire de Zeïtoun" [A history of Zeytun (now Süleymanlı)]. (fransız). 1897: 25–175. İstifadə tarixi: 20 mart 2023.
- Venzke, Margaret L. "The Case of a Dulgadir-Mamluk Iqṭāʿ: A Re-Assessment of the Dulgadir Principality and Its Position within the Ottoman-Mamluk Rivalry". Journal of the Economic and Social History of the Orient. 43 (3). 2000: 399–474. doi:10.1163/156852000511349. JSTOR 3632448. İstifadə tarixi: 22 mart 2023.
- Venzke, Margaret L. Dulkadir // Encyclopaedia of Islam (3rd ed.). Brill Online. 2017. ISSN 1873-9830.
- von Zambaur, Eduard Karl Max. Manuel de généalogie et de chronologie pour l'histoire de l'Islam avec 20 tableaux généalogiques hors texte et 5 cartes [Handbook of genealogy and chronology for the history of Islam: with 20 additional genealogical tables and 5 maps] (fransız). H. Lafaire. 1927. İstifadə tarixi: 20 mart 2023.
- Solak K. İbn Tagriberdi'nin "En-Nucûm Ez-Zâhire" Adlı Eserinde Geçen Dulkadiroğulları Beyliği İle İlgili Kayıtlar I // Tarih İncelemeleri Dergisi . 26(türk) (2). Ege Üniversitesi. 2012. 547—596. ISSN 2687-2072.
- Yinanç, Refet. Dulkadir Beyliği (türk). Ankara: Turkish Historical Society Press. 1988.
- Yinanç R. Dulkadiroğulları // . 9. 1994. (türk.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu texelluslu muxtelif sexsler haqqinda meqaleler var bax Zulqeder Zeyneddin Ehmed Qaraca bey Zulqeder oglu osman زین الدین قراجه بك turk Zeyneddin Karaca Bey ve ya Zulqederoglu Zeyneddin Qaraca Turkmani 3 ereb ذولكاديروعلو زاينألءدين قاراجا اتءتوركماني v 11 dekabr 1353 Qahire Anadolunun cenubunda ve Suriyanin simalinda hokmranliq etmis Zulqederogullari beyliyinin ve eyniadli sulalenin banisi 1337 1353 cu illerde hokmdari lokal turkman tayfa bascisi Zeyneddin Qaraca bey Zulqederosman زین الدین قراجه بك Zulqederogullari beyi1337 1353Evvelkivezife legv olunubSonrakiQarseddin Xelil bey Sexsi melumatlar Vefat tarixi 11 dekabr 1353 1353 12 11 Vefat yeri Qahire Memluk dovleti Misir Atasi Zulqeder Usaqlari Xelil Ibrahim Isa Sulu Osman Davud Hakimiyyete gelmezden evvel Qaraca bey Memluklerin simal serhedinin idareciliyi uzerinde diger yerli turkman serkerdesi Taraqli Xelil bey ile reqabet aparirdi O 1335 ci ilde Hulakuler dovletinin dagilmasindan istifade ederek Kilikiya regionunda yerlesen erazileri ele kecirmeye baslamisdir Qaraca bey Memluk sultani Nesreddin Mehemmed terefinden tanindiqdan sonra Memluk sultanliginin Anadolu uclarinda vassal dovletin bascisi olmusdur Hokmranligi dovrunde Qaraca bey iddiali olmus ve tesirini genislendirmesine qarsi olan muxtelif Memluk valileri ile toqqusmusdur Qaraca bey Memlukler daxilinde bas tutan siyasi qarisiqliqdan istifade ederek 1348 ci ilde musteqilliyini elan etmisdir lakin bu onun hebs edilmesine ve 1353 cu ilde edam olunmasina sebeb olmusdur Mundericat 1 Erken heyati 2 Hakimiyyeti 2 1 Beyliyin qurulmasi 2 2 Serhedlerin genislendirilmesi 2 3 Qarisiqliq dovru 2 4 Kilikiyaya yurusleri 2 5 Baybuga usyani 2 6 Hakimiyyetinin suqutu 3 Ailesi 4 Qeydler 5 Menbe 5 1 Istinadlar 5 2 EdebiyyatErken heyatiredakteXIII esrde Anadolunun cenubunda yerlesen Maras regionu Kilikiya carligi terefinden idare olunurdu Bu region 1298 ci ilde merkezi Misirde olan Memluk sultanliginin hakimiyyeti altina kecmisdir Qaraca bey Memlukler terefinden regionun bir hissesini idare etmek huququ verilmis yerli turkman beylerinden biri idi Qaraca bey Elxanlilar dovletinden ayrilaraq turk monqol zabiti Eretna terefinden idare olunan Eretna beyliyinin Merkezi ve Serqi Anadoluda ortaya cixdigi dovrde Zulqederogullari beyliyini qurmusdur 4 Zulqederogullari beyliyinden evvel Anadolunun cenubu ve Suriyanin simali Tarixciler Qaraca beyin Bayat tayfasindan oldugunu guman edirler Tayfanin yay otlaqlari Tavr daglarinin serqinde yerlesirdi 5 Osmanli tarixi uzre ixtisaslasmis Turkiye tarixcisi Yinancin yazdigina gore Zulqederogullari camaatinin teskil etdiyi icmalar Bayat Efsar ve Beydili tayfalarindan ibaret idi lakin Zulqederogullari beylerinin hansina mensub oldugu namelumdur Zulqederogullari arasinda Bayat tayfasinin numayendeleri coxluq teskil etdiyine gore beylerin de Bayat tayfasindan olmasi mumkundur 6 Zamanta qalasi yaxinliginda yerlesen Suleyman bey mescidinde ailenin koklerinin Xorasandan oldugunu bildiren kitabe var 7 Atasi 1310 cu ve ya 1311 ci ilde vefat etdikden sonra Qaraca bey Suriyanin simalinda Bozox tayfa konfederasiyasinin lideri olmusdur 8 Onun haqqinda menbelerde ilk defe 1317 ci ilde behs edildiyi guman edilir O zaman Memluk sultani Nesreddin Mehemmed Birqada yasayan bir turkman beyine emir titulu vermisdi 9 Qaraca beyin adinin Qaraca ibn Zulqeder olmasi sebebile onun atasinin adinin Zulqeder oldugu qenaetine gelinir Zulqeder adinin ve ya leqebinin menasi ve menseyi deqiq melum deyil lakin onun turkmenseli oldugu guman edilir Basqa bir varianta gore bu Ebdulqedir adinin tehrif olunmus halidir Annemari fon Qabayn adin tefsirinin basqa variantini teklif etmisdir tulqa dar debilqe taxan 5 Sonradan bu ad ereblesdirilmis ve tehrif edilmisdir Zulqeder ereb dilinde qudretli demekdir ve bu variant sonraki Osmanli menbelerinde rast gelinir 10 11 HakimiyyetiredakteBeyliyin qurulmasiredakte Nesreddin Mehemmedin hakimiyyeti dovrunde 1310 1341 Memluk sultanliginin texmini serhedleri ve Memluklerin qonsulari o cumleden Zulqederogullari beyliyi Mehemmed Olcaytunun oglu Ebu Seid Bahadur xan 1335 ci ilde vefat etmisdir Onun olumunden sonra Hulakuler dovletinin parcalanmasi baslamisdir Bu Anadoluda bir cox kicik dovletlerin musteqillik qazandigi bir qarisiqliq dovru idi 1335 ci ilin mayinda Zeyneddin Qaraca bey 5 min atli ile ilk defe Kilikiya carliginin erazisini isgal etmisdir 12 Basqa bir lokal hokmdar Taraqli Xelil bey ibn Tarafi daha evvel Eretna beyliyinden Elbistani ele kecirmisdi 13 Memluk sultanligina sedaqet andi icerek bolgedeki nufuzunu genislendirmek ucun Taraqli Heleb emiri Altunbogaya 100 at hediyye gondermis ve Qahirede sultani ziyaret etmisdi Bu Qaraca beyin siyasi movcudluguna tehdid yaratdigina gore Qaraca bey oz oglu Qarseddin Xelil beyi ordu ile Taraqli Xelil beye qarsi gondermisdi 14 1335 15 1337 ci 16 illerde Taraqli Xelil beyi meglub eden Zulqederogullari beyliyi Elbistani ele kecirdi 13 Taraqli Xelil beyin muttefiqi Altunboga Qaraca beyi tehdid ederek Helebe gelmesini teleb etmisdir Bu sebebden Qaraca bey Altunboganin reqibi ve Demesqin valisi Deniz ile ittifaq qurmusdur 17 Sultan sonda valiler Taraqli beyi ve Qaraca beyi Qahireye cagirmisdir Deniz Qaraca beyi mudafie ederek sultana onun regionda Memluk hakimiyyetini daha yaxsi qoruya bileceyini tovsiye etmis ve Taraqli Xelil beyin min atlidan artiq quvveye malik olmadigini vurgulamisdir Bu sebebden Nesreddin Mehemmed 1337 ci ilde Qaraca beyi Turkmanlarin emiri 16 ve Marasdan Elbistana qeder uzanan torpaqlarin naibi kimi tanimisdir 18 19 Serhedlerin genislendirilmesiredakte Anadoluda monqol hakimiyyetinin suqut etmesi Qaraca beyin regionda irelilemesine serait yaratmisdi 20 Novbeti il Qaraca bey Eretna beyliyinden Harput Gemerek ve Gurunu de ele kecirmisdir 15 21 1338 ci ilin avqustunda Darende velisi Mercan Xesim Eretna bey ile meslehetlesmek ucun Sivas seherine getmisdi Bundan istifade eden Qaraca bey sehere hucum etmisdir Gece saatlarinda Zulqederogullari beyliyine tabe doyusculer qala muhafizecilerinden birinin onlara endirdiyi kendirlerden istifade ederek seher divarlarina dirmasmisdilar Qisamuddetli ve qanli doyusden sonra muhafizeciler oldurulmus qala Qaraca beyin eline kecmisdir Qaraca bey bunu derhal Demesq validi Denize bildirmis ve ondan Darendeni nezarete goturmek ucun qosun gondermesini istemisdir Feth edilen seheri qebul eden Memluk sultani Qaraca beye xelet gondererek minnetdarligini bildirmisdir 22 Eretna beyi bu hucumdan qezeblenmis ve 1339 cu ilde onunla Qaraca bey arasinda doyus bas tutmusdur Her iki terefden 500 nefer itki olmusdur Eleddin Eretna bey doyus meydanini terk ede bilmisdi lakin Qaraca bey onun her iki oglunu ve qenimeti ele kecirmisdi Tezlikle sultan Nesreddin Mehemmedin vasiteciliyi ile Zulqederogullari Eretna beyliyinden qesb olunmus 20 000 bas iribuynuzlu mal qaranin bir hissesini qaytarmaga mecbur olmusdular 22 Qaraca beyin Eretna torpaqlarina basqini zamani turkman emirinin oglu Dasqin Zulqederogullari beyliyine hucum etmisdir Dasqin Helebin valisi Altunboganin desteyini almisdi cunki Altunboga oz himayesindeki Taraqli Xelil beyin nezaretinde olmus Elbistanin Qaraca bey terefinden alinmasindan qezeblenmisdi Dasqin ile mubarize aparmaq ucun Qaraca bey Demesqin valisi Denizden komek istemeli olmusdur Deniz Altunbogaya tezyiq gostererek Dasqini cezalandirmis ve neticede Dasqin hebs edilmisdir Deniz 1340 ci ilde Cukurovaya ekspedisiyasindan qayidan zaman Dasqini oldurmeye cehd etmisdi lakin Dasqin ona sadiq doyusculerin komeyi ile hebsden qacmisdir 22 Qaraca bey ile Eretna bey arasinda sulh uzun surmemisdi 1340 ci ilde Qaraca bey yeniden qonsu eraziye hucum etmisdir Tarixci Yinanca gore bu hucum Memluk sultani terefinden emr edilmisdi Eretna beyin elcisi Qahireye Zulqederogullarinin qaretciliyinden sikayet etmek ucun gelen zaman ona Eretna beyliyinde xutbede Memluk sultani adinin oxunmamasi ve pullarin sultanin adina sikke edilmemesi gunah kimi qoyulmusdu Cezasizliqdan istifade eden Qaraca bey Eretna beyliyi erazisine basqinlarini davam edirmis ve Deniz Qaraca beyin hereketlerini desteklemeye davam etmisdir Eretna bey Qahireye getmek ucun hazirlasan zaman Demesqin valisi Deniz ona oz erazisinden kecmeye icaze vermemisdir Bu dostluq munasibetleri sultan Nesreddin Mehemmedde Denizin Qaraca ile birleserek usyan qaldiracagi qorxusunu oyatmisdi Sultan Denizi Isgenderiyye seherine cagirmis ve orada hebs etmisdir Bir az sonra 1341 ci ilde Deniz edam olunmusdur 23 Qarisiqliq dovruredakte Dostu ve himayedari Denizin oldurulmesi Qaraca beyi qezeblendirmisdi ve o Memluk sultanligi ile elaqeleri kesmisdir Qaraca beyin musteqil hokmdar olmaq iddiasi Memluk sultani Nesreddin Mehemmedin 1341 ci ilde vefat etmesinden ve Misirde bu sebeble bas vermis qarisiqliqlardan sonra uze cixmisdir O Helebi ele kecirmek ucun birge kampaniya teskil etmek meqsedile Eretna beyin etibarini qazanmaga calismisdir Helebin emiri Dasteymur Misirden komek istemis lakin Qahirede saray daxilinde hakimiyyet ugrunda davam eden mubarizeler sebebinden bu istek neticesiz qalmisdir 23 24 Memluk emiri Qavsun Mansur Ebu Bekri devirerek ucun Ebu Bekrin yeddi yasli qardasi Esref Kucuyu Memluk taxtina oturtmusdur Bu Dasteymurun usyan qaldirmagina sebeb olmus ve o artiq umumi veziyyetin deyisdiyini gorub Memluklerden qacaraq Qaraca beyin himayesi ile simalda Eretna beye siginmisdir 25 26 Demesq valisi Altunboga Dasteymuru ve onun muttefiqi Qaraca beyi Antep seherine qeder teqib etmisdir Bu esnada bezi Memluk serkerdeleri Altunboganin Demesqde olmamasindan istifade ederek seheri ele kecirmis ve Nesreddin Mehemmedin diger oglu Nesir Sihabeddin Ehmedi sultan elan etmis Emir Qavsunun butun terefdarlarini oldurmusduler Sihabeddin Ehmed Dasteymuru yeni vezife ucun Qahireye devet eden zaman Qaraca bey ona Qahireye qeder yoldasliq etmisdir lakin Dasteymur namelum sebeblere gore hebs olunmus ve edam edilmisdir Qaraca bey ise tezlikle simala Maras seherine qayitmisdir 27 1343 cu ilin evvelinde Eretna bey Qarambukada Seyx Heseni meglub etmisdir O qenimetin bir hissesini Heleb valisi Yalbugaya hediyye olaraq Helebe gondermisdi Qaraca beyin Memluklerle munasibetleri 1343 cu ilde Zulqederogullari turkmanlarinin Eretna beyin Yalbugaya gonderdiyi hediyyeleri dasiyan karvani qaret etmesinden sonra daha da pislesmisdi 21 Yalbuga bunu quldurluq kimi qiymetlendirmis ve 1343 cu ilin martinda Qaraca beyi cezalandirmaq ucun ordu gondermis lakin Zulqederogullari beyliyine tabe quvveler Memluk ordusunu meglub etmis ve onlar geri cekilmeye mecbur qalmisdilar Bu meglubiyyet Yalbugani novbeti yurusu daha ciddi teskil etmeye vadar etmisdir Qaraca bele bir quvveye qarsi dura bilmeyeceyini anlayaraq telesik Duldul daginda siginacaq tapmisdir lakin o erzaqla dolu karvani daga qaldirmaga vaxt tapa bilmemisdir Yalbuga karvani ele kecirerek Zulqederogullari ordusunun butun erzaqlarini elece de qadin ve usaqlari ele kecirmisdir 27 Duldul dagi Marasin cenub qerbinde yerlesir Bu ugurdan sonra Yalbuga ehtiyatini itirmis ve meslehetcilerinin etirazina baxmayaraq dagda gizlenmis turkmanlara hucum etmisdir Memluk qosunlari yamaclara qalxmaga baslayanda Zulqederogullari pusqudan hucum ederek onlari meglub etmisdiler 28 29 Yalbuganin ati oxla vurulmus ve o bayragini itirerek cetinlikle canini qurtarmisdir lakin Qaraca daha ehtiyatli davranmisdir Qisasdan cekinen Qaraca bey Qahireye uzr mektubu gondermus ve munaqiseye gore mesuliyyeti Heleb valisinin boynuna armisdir Sultanin qezebini celb etmemek ucun hemcinin esir goturulmus Memluk qosunlarini ve karvana hucum etmis quldurlari Qahireye gondermisdir 30 Qaraca bey neticede Memluk sultani terefinden efv edilmisdir 21 Kilikiyaya yurusleriredakte Yalbuga Omeri uzerindeki bu qelebe Qaraca beyin nufuzunu yukseltmisdir Bir cox turkman onun tebeesi olmaq isteyirdi neticede ise Qaraca beyin ve onun beyliyinin movqeyi mohkemlenmisdi Bu sebeble Memluk sultani Saleh Imameddin Ismayil Zulqederogullari beyliyinin musteqilliyini tanidigini tesdiq etmeye mecbur qalmisdir 30 Qaraca bey Kilikiya carligina bir nece basqin kecirmis orada bas tutan qarisiliqdan istifade ederek 1345 ci ilde regionu talan etmis hemcinin Andirin ve Qebeni isgal etmisdir 31 32 Kilikiya cari III Konstantin seheri geri almaga cehd etmis lakin meglubiyyete ugramisdir Vassali olaraq Qaraca bey sultana yeni feth haqqinda melumat vermisdir lakin o Helebin yeni velisi Eriktayin mudaxilesi ile uzlesmisdir Eriktay her yeni fethin sultanliga aid olmasini esas getirerek esgerlerini Qeben qalasinda yerlesdirmek isteyirdi Qaraca beyin muqavimeti ile qarsilasan Ariktay qalani ele kecirmeye cehd etmisdir ve bu onunla Qaraca beyi arasinda bohrana sebeb olmusdur 30 Qaraca bey Qeben qalasini cemi il bir elinde saxlaya bilmisdi 28 cunki III Konstantin bu munaqiseden istifade ederek 1346 ci ilin oktyabrinda qalani geri almaga muveffeq olmusdur 33 Zulqederogullari Memlukler munasibetleri Qaraca beyin Heleb valisi ile elaqeleri ile six bagli idi Heleb valisi vezifesine Eriktayin yerine Arqunsahin teyin edilmesi veziyyeti duzeltmisdi Arqunsahin Memluk emiri Yagmuroglu Serimeddin Ibrahim Qaraca beyin itaetini temin etmeli idi O Marasda yasayir ve ayliq vergi yigirdi Buna baxmayaraq bir il sonra Qaraca beyin Memluklerle munasibetleri yeniden pislesmisdi 1347 ci ilde Qahirede Ebu Meali Hesen hakimiyyete gelmis ve 1348 ci ilin martinda Qaraca beyin reqibi Eriktayi yeniden Heleb valisi teyin etmisdir Qaraca bey bunu sultanin dusmencilik elameti kimi qiymetlendirmisdi Qaraca bey Memluk sultanliginda tez tez hakimiyyet deyisikliyi ve cevrilisler sebebinden yaranan qeyri sabitlikden istifade ederek esl musteqilliye nail olmaq ucun yaxsi furset elde etmisdir O bu zaman Kilikiya carindan Qahirenin aldigi xeraci ona odemesini teleb etmisdir 34 35 Baybuga usyaniredakte 1348 ci ilde Qaraca ozunu mektublarinda ozunu Melik ez Zahir adlandirirdi 34 35 Hemcinin hemin il qelebelerinden cesaret alan Qaraca bey Melik el Qahir kimi oz musteqilliyini elan etmisdir 32 1349 cu ilde Arqunsahin oldurulmesi Qaraca beyin Memluklere qarsi nifretini daha da artirmisdi O tereddud etmeden Suriyada Qahireye qarsi butun usyanlara qosulmaga baslamisdir 36 1351 ci ilde Emir Taz el Heseni taxtdan saldi ve Nesreddin Mehemmedim diger oglu Saleh Selaheddini taxta oturtmusdur Bu hem Qahirede hem de Suriyada qanli igtisaslara sebeb olmusdur 36 1352 ci ilin avqustunda Baybuga Suriyada ozunu sultan elan etmisdir Ona Hema ve Tripoli valileri destek vermis Qaraca bey de bu usyana qatilmisdir 37 O Yalbugani meglub etmis 32 fursetden istifade ederek Demesqe gedib seheri ve bolgeni talan etmisdir Demesqin valisi Arqun Kamil Qezzeye sultanin yanina qacmes ve sultana usyani sexsen yatirmali oldugunu bildirmisdir Sultan Saleh xelife Motezid ve dord qazi ile birlikde ordunun basinda Demesqe yollanmisdir Bundan xeber tutan Qaraca bey Zulqederogullari erazisine cekilmisdir Usyanci valiler Helebde siginacaq tapmaq qerarina gelmisdiler lakin seher sakinleri onlari iceri buraxmamisdir Usyancilar bir muddet seheri muhasirede saxlamesdilar lakin tezlikle geri cekilib Elbistana qacmaga mecbur olmusdular Demesqe gelen sultan Saleh Helebe Arqun Kamili Tazi ve Seyxunu usyancilari teqib etmek ucun gondermisdir Onlar Helebden Qaraca beye mektub gondererek usyancilari tehvil vermeyi teklif etmisdiler ve bunun qarsiliginda usyana qatildigina gore sultandan efv ved etmisdiler Butun teleblere baxmayaraq Qaraca bey usyancilari tehvil vermekden imtina etmisdir Qaraca beyin bu davranisi sultani qezeblendirmisdir ve o Kilikiyada yasayan Ramazan tayfasinin bascisina Zulqederogullari erazisi uzerinde huquqlar vermisdir 38 39 Heleb valisi Arqun Kamil Qaraca beye basqa bir mektub gondermis ve muharibenin neticelerini xatirladaraq onun zererli oldugunu izah etmeye calismisdir Bu defe Arqun Kamil sultandan basqin hazirlamaga icaze istenis ve Zulqederogullari beyliyinin erazisinde yerli ehali arasinda sepelenecek 120 ye qeder agent gondermeyi teklif etmisdir Neticede Qaraca bey turkmanlar uzerindeki nufuzunu itirmis onlarin desteyini hiss etmemis ve buna gore de oz himayesinde gizlenen usyanci emirleri tehvil vermisdir Onlar derhal edam olunmusdular Misiri idare eden Taz ve Seyxu Qaraca beyi cezalandirmaqda qerarli idiler Onlarin planina gore Arqun Kamil Qaraca beyi teleye salaraq yaxalamali idi Plana gore Arqun Kamil Qaraca beyi xalat almaq ucun Helebe devet etmisdir lakin Qaraca bey tehlukeni hiss ederek Helebe getmekden imtina etmisdir Qaraca beyden qurtulmagin yegane yolu herbi kampaniya idi Buna gore Qahireden Heleb valisi Arqun Kamile Zulqederogullari beyliyine yurus teskil etmek ve heyata kecirmek emri gelmisdir lakin Arqun Kamil Qaraca beye usyancilari tehvil verdiyi teqdirde ona qarsi muharibe baslatmayacagina soz verdiyini xatirlatmisdir 40 Hakimiyyetinin suquturedakte Taz ve Seyxu Qaraca beyi ele kecirmek ve Elbistani isgal etmek fikrinden el cekmemisdiler Onlar Arqun Kamili inandirmaq ucun Izzeddin Toqtayi Arqunun sarayina gondermisdiler Toqtayin missiyasi ugurlu olmus ve Arqun Kamil Elbistana yollanmisdir Onun rehberliyi altinda 10 25 min nefer qosundan ibaret Memluk ordusu ve Zulqederogullarina dusmen olan turkmanlar var idi 2 Memluk ordusu Elbistani ele kecirmis ve orani yandirmisdir Yalniz seher yox etraf kendler de yandirilmisdir Memluk koalisiyasina qarsi dura bilmeyeceyini anlayan Qaraca bey Duldul dagina cekilmisdir 40 O dagin eteyinde ve asiriminda iyirmi gun Memluk koalisiyasi ile toqqusmusdur lakin neticede meglub olaraq doyus meydanindan qacmisdir 41 Onun iki oglu o cumleden varisi Qarseddin Xelil bey Memluk quvvelerine qarsi muqavimet gostermeye calismis lakin meglub olaraq esir alinmisdilar 2 Memlukler qadinlari usaqlari ve mal qarani da ele kecirmis sonra onlari Suriya ve Misirde satmisdilar 1353 cu ilde Kayseride Qaraca bey Eretna hokmdari I Qiyaseddin Mehemmed beyin sarayinda siginacaq tapmisdir 15 Memluklerin telebi ile o zencirlenerek 22 sentyabr 1353 cu ilde Helebe gonderilmis ve buna gore Mehemmed beye 500 min dinar odenilmisdir 42 28 43 Qaraca beyin ogullarindan biri bedevi lideri Cabbar ibn Muenna ile Helebe hucum ederek atasini xilas etmek ucun razilasmisdi Bu cehd ugursuz olmus ve doyusde 700 nefer helak olmusdur 44 Bu sultan Salehi daha da qezeblendirmisdir O Qaraca beyin Qahireye kocurulmesini teleb etmisdir Sultan Saleh onu sexsen danlamis ve Qahire qalasinda hebs etmisdir Qaraca bey 48 gun hebsde qaldiqdan sonra 11 dekabr 1353 cu ilde isgence ile oldurulmusdur Onun cesedi uc gun erzinde Bab Zuveylede asili veziyyetde qalmisdir 45 Orta esr ereb tarixcileri terefinden tekzib edilmeyine baxmayaraq son Osmanli menbeleri meselen Xelil Edhem ve Ehmed Arifi pasa Qaraca beyin Memluklere qarsi muqavimetini davam etdirdiyini ve texminen 100 yasinda 1378 ci ve ya 1379 cu ilde qocaliqdan olduyune genis sekilde inanirdilar 46 AilesiredakteQaraca beyin 6 oglu var idi Xelil Ibrahim Isa Sulu Osman ve Davud 4 Qarseddin Xelil bey Qaraca bey sonra Zulqederogullari beyliyinin ikinci hokmdari olmusdur Sulu bey ise Zulqederogullari beyliyinin ikinci hokmdari idi Serimeddin Ibrahim bey Harputun hokmdari olmus 4 47 ve Memlukler terefinden atasi Qaraca beyi muttefiq saxlamaq ucun xos niyyet jesti olaraq Demesqin emir teblxanesi herf ar herf orkestr emiri teyin edilmisdir 4 Qaraca beyin bir qardasi ve emisioglu oldugu melumdur Onlarin her ikisine 1344 cu ve ya 1345 ci ilde Memluk sultani terefinden torpaq verilmisdi 48 Qeydlerredakte herf Melum hokmdar herf Qalib hokmdar MenberedakteIstinadlarredakte Bosworth 1996 seh 238 1 2 3 Alic 2020 seh 85 Kaya 2014 seh 83 1 2 3 4 Venzke 2017 1 2 Mordtmann Menage 1991 Yinanc 1988 seh 7 8 Uzuncarsili 1969 seh 169 Alic 2020 seh 84 Yinanc 1988 seh 9 Bosworth 2014 Ch 12 129 Uzuncarsili 1969 seh 169 170 Yinanc 1988 seh 8 1 2 Yinanc 1988 seh 9 10 Kaya 2014 seh 86 88 1 2 3 Sinclair 1987 seh 518 1 2 Kaya 2014 seh 88 Yinanc 1988 seh 11 12 Oberling 1995 seh 573 574 Har El 1995 seh 40 Yinanc 1988 seh 10 11 1 2 3 Kaya 2014 seh 87 1 2 3 Yinanc 1988 seh 11 1 2 Yinanc 1988 seh 12 Solak 2012 seh 579 Yinanc 1988 seh 12 13 Solak 2012 seh 580 1 2 Yinanc 1988 seh 13 1 2 3 Yinanc 1994 Yinanc 1988 seh 13 14 1 2 3 Yinanc 1988 seh 14 Toursarkisian 1897 seh 29 30 1 2 3 Mercil 1991 seh 291 Yinanc 1988 seh 14 15 1 2 Yinanc 1988 seh 15 1 2 Uzuncarsili 1969 seh 170 1 2 Yinanc 1988 seh 15 16 Mercil 1991 seh 313 Yinanc 1988 seh 16 Solak 2012 seh 580 582 1 2 Yinanc 1988 seh 17 Yinanc 1988 seh 17 18 Uzuncarsili 1969 Yinanc 1988 seh 8 19 Yinanc 1988 seh 18 Alic 2020 seh 85 86 Alic 2020 seh 86 von Zambaur 1927 seh 159 Venzke 2000 seh 412 Edebiyyatredakte Uzuncarsili Ismail Hakki Dulkadir ogullari Anadolu beylikleri ve Akkoyunlu Karakoyunlu devletleri An Turk Tarih Kurumu Basimevi 1969 169 175 turk Alic Samet Memlukler Tarafindan Katledilen Dulkadir Emirleri The Dulkadir s Emirs Killed by the Mamluks The Journal of Selcuk University Social Sciences Institute turk 43 2020 83 94 Istifade tarixi 19 mart 2023 Bosworth Clifford Edmund New Islamic Dynasties A Chronological and Genealogical Manual Edinburgh University Press 1996 Har El Shai Struggle for Domination in the Middle East The Ottoman Mamluk War 1485 91 E J Brill 1995 ISBN 9004101802 Istifade tarixi 19 mart 2023 Kaya Abdullah Dulkadirli Beyligi nin Eratnalilar ile Munasebetleri Relations between Dulkadirli Beylik and the Eretnids Mustafa Kemal University Journal of Graduate School of Social Sciences turk 11 25 2014 81 97 Istifade tarixi 20 mart 2023 Mercil Erdogan Musluman Turk devletleri tarihi A history of Muslim Turkish states turk Turkish Historical Society Press 1991 Johannes Heinrich Mordtmann V L Menage Ḏh u l Ḳadr Encyclopaedia of Islam Second Edition II Leiden E J Brill edited by B Lewis J Schacht amp Ch Pellat Assisted by J Burton Page C Dumont and V L Menage 1991 239 240 Oberling Pierre Ḏu l Qadr Yarshater Ehsan redaktor Encyclopaedia Iranica Volume VII 6 Drugs Ebn al Aṯir London and New York Routledge amp Kegan Paul 1995 573 574 ISBN 978 1 56859 024 0 Sinclair Thomas Alan Eastern Turkey An Architectural and Archaeological Survey II Pindar Press 1987 Toursarkisian Garabed Histoire de Zeitoun A history of Zeytun now Suleymanli Mercure de France fransiz 1897 25 175 Istifade tarixi 20 mart 2023 Venzke Margaret L The Case of a Dulgadir Mamluk Iqṭaʿ A Re Assessment of the Dulgadir Principality and Its Position within the Ottoman Mamluk Rivalry Journal of the Economic and Social History of the Orient 43 3 2000 399 474 doi 10 1163 156852000511349 JSTOR 3632448 Istifade tarixi 22 mart 2023 Venzke Margaret L Dulkadir Encyclopaedia of Islam 3rd ed Brill Online 2017 ISSN 1873 9830 von Zambaur Eduard Karl Max Manuel de genealogie et de chronologie pour l histoire de l Islam avec 20 tableaux genealogiques hors texte et 5 cartes Handbook of genealogy and chronology for the history of Islam with 20 additional genealogical tables and 5 maps fransiz H Lafaire 1927 Istifade tarixi 20 mart 2023 Solak K Ibn Tagriberdi nin En Nucum Ez Zahire Adli Eserinde Gecen Dulkadirogullari Beyligi Ile Ilgili Kayitlar I Tarih Incelemeleri Dergisi 26 turk 2 Ege Universitesi 2012 547 596 ISSN 2687 2072 Yinanc Refet Dulkadir Beyligi turk Ankara Turkish Historical Society Press 1988 Yinanc R Dulkadirogullari Islam Ansiklopedisi 9 1994 turk Menbe https az wikipedia org w index php title Zeyneddin Qaraca bey Zulqeder amp oldid 8342485