Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Qafan hadisələri Qafan faciəsi və ya Qafan qırğını 1987 ci ilin noyabrından 1988 ci ilin fevralına qədər SSRi tərkibində

Qafan hadisələri

Qafan hadisələri
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Qafan hadisələri, Qafan faciəsi və ya Qafan qırğını — 1987-ci ilin noyabrından 1988-ci ilin fevralına qədər SSRİ tərkibindəki Ermənistan SSR-nin Qafan rayonu ərazisində yaşayan azərbaycanlı əhalinin zorakı və məcburi şəkildə qovulması. Qafan rayonunda Ermənistanda digər ərazilərə nisbətdə daha çox azərbaycanlı yaşayırdı, 1979-cu ildə burada yaşayanların 10 minə yaxını azərbaycanlı idi.

Qafan hadisələri
Əsas münaqişə: Dağlıq Qarabağ münaqişəsi
Ümumi məlumatlar
Yeri Qafan rayonu, Ermənistan SSR, SSRİ
Hücumun hədəfi Yerli azərbaycanlılar
Tarix
  • noyabr 1987 – fevral 1988 (3 ay, )
Hücum metodu , qarət, talan
Ölü sayı

Tomas de Vaala görə:

  • yoxdur

Azərbaycan mənbələrinə əsasən:

  • 7 nəfər
Yaralı sayı naməlum
4 minə yaxın azərbaycanlı qovulmuşdur

Azərbaycanla açıq qarşıdurmadan xeyli əvvəl Ermənistanda ərazi iddialarını əsaslandıran fikirlər yayılırdı. Bunun Azərbaycana da təsir etməsi nəticədə qarşılıqlı inamsızlıq və düşmənçilik formalaşdırmışdı. 1987-ci ilin sonlarından başlayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlılarla ermənilər arasında qarşıdurmalar yaşanmış, onlardan biri də Qafanda baş vermişdir. Rayon ərazisində azərbaycanlıların yaşadığı kəndlərə hücumlar edilmiş, yerlilər evlərindən qovulmuşdur. Qafanlılar Ermənistandan gələn ilk məcburi köçkünlərə çevrilmiş, vaqonlar və avtobuslarda Bakıya, Sumqayıta gəlmişlər. Buna baxmayaraq, yerli sovet rəhbərliyi hadisələri ört-basdır etmişdir. Həmçinin, şahidlərin ifadələrinə baxmayaraq, ermənilər azərbaycanlıların Qarabağda böhranın baş verməsindən əvvəl Ermənistandan qovulmalarını qəti şəkildə inkar edirlər.

Baş verən hadisələrin işıq üzünə çıxmasının fonunda Azərbaycan SSR-də ictimai-siyasi çalxalanmalar meydana çıxmağa başlamışdır. Azərbaycanlılar üçün bu hadisələr Mart soyqırımı və Zəngəzur qətliamlarının oxşarı idi. Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərliyinin Azərbaycan SSR-dən ayrılmaq haqqında qərar qəbul etməsi ilə gərginliyin pik həddə çatması nəticəsində, 1988-ci ilin fevralında Sumqayıtda poqrom aktı baş tutmuş, hadisələrdə Qafandan olan qaçqınlar da iştirak etmişdir.

Zəmin

image
Qafan rayonunun Ermənistan SSR xəritəsindəki yeri.

Qafan rayonu o vaxt SSRİ respublikalarından olan Ermənistan SSR-in rayonlarından biri idi. Bu ərazidə azərbaycanlıların sayı respublikanın digər rayonlarına nisbətdə daha çox idi. 1979-cu ilə aid statistik məlumatlara görə, Qafanda 9,307 nəfər azərbaycanlı yaşayırdı.SSRİ-nin dağılmasından sonra rayon müstəqil Ermənistan Respublikasının bir hissəsi olmuş, lakin inzibati ərazi vahidi daha sonra ləğv edilmiş və Sünik mərzi ilə əvəz edilmişdir.

Dövrün cənubi qafqazlı mütəxəssislərinə görə, yaşanan hadisələr gözlənilməz deyildi. Azərbaycanla açıq qarşıdurmadan xeyli əvvəl Ermənistanda ərazi iddialarını əsaslandıran fikirlər yayılırdı. Bunun Azərbaycana da təsir etməsi nəticədə qarşılıqlı inamsızlıq və düşmənçilik formalaşdırmışdı.

Hadisələr

1987-ci ilin noyabrındaQafan rayonu ərazisində əsasən azərbaycanlıların yaşadığı kəndlərə çoxsaylı hücumlar gerçəkləşdirilmişdir. Şahidlərin sözlərinə görə, zorakılıqlar yerli partiya rəhbərləri tərəfindən təhrik edilmişdir. 1987-ci ilin noyabr və dekabr aylarında baş tutan hücumlarda yüzlərlə azərbaycanlı evlərini tərk etməyə məcbur edilmişdir. Bu hadisələri öz gözü ilə sovet yazıçısı Aleksandr Proxanov da görmüşdü. 1987-ci ilin noyabrında Qafandan qaçan azərbaycanlıları daşıyan iki yük qatarı Bakıya gəlmişdir. Baş verən hadisə haqqında ətraflı məlumat yoxdur, çünki yerli dövlət rəsmiləri, o cümlədən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi hadisələri ört-basdır edirdi. Buna baxmayaraq, şahidlərin dediklərinə görə, onların üzərilərində zorakılıq əlamətləri var idi.

1988-ci ilin yanvarında da azərbaycanlılara qarşı zorakılıq halları baş tutmuş, çoxlu sayda azərbaycanlı Ermənistandan qaçmışdır. Bakı və Sumqayıta gələn yeni məcburi köçkün dalğasının tərkibi olanların təqribən 2 mini Qafandan idi, lakin Azərbaycan mənbələrinə görə, bu say 4 minə yaxın idi. Tarixçi Arif Yunus həmin ərəfədə Qafandan qaçmış dörd avtobus dolusu azərbaycanlı görmüşdür. Məcburi köçkünlər arasında bir neçə gənc azərbaycanlı olsa da, onların çoxusu qadınlar, uşaqlar və yaşlılar idi. Məcburi köçkünlərin çoxusu döyülmüşdü. Qafanlılar Ermənistandan qovulan ilk azərbaycanlılar idi. Həmçinin, 1988-ci ildə Ermənistandan gələn məcburi köçkünlərin çoxu keçmiş Qafan sakinləri idi.

image
Qafan şəhərinin ümumi görüntüsü. 2012-ci il.

Britaniyalı jurnalist Tomas de Vaala görə, hadisələr vaxtı heç bir ölüm halı qeydə alınmamışdır. Azərbaycan mənbələrinə görə, Qafandakı hadisələr nəticəsində 7 azərbaycanlı döyülmə və vurulma kimi müxtəlif səbəblərdən həlak olmuşdur.

Nəticə

1988-ci ilin fevralında hadisələr artıq Sumqayıtda işıq üzünə çıxmışdı. Yerli partiya rəhbərləri belə bu hadisələrdən bəhs edirdi. Azərbaycanlılar üçün bu hadisələr Mart soyqırımı və Zəngəzur qətliamlarının oxşarı idi. 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərliyi Azərbaycan SSR-dən ayrılmaq qərarı alır və gərginlik pik həddə çatır. Bunun nəticəsində Sumqayıtda poqrom aktı baş verir; zorakılıq aktlarında iştirak edənlərin "qisas almaq" istəyən məcburi köçkünlər idi. Buna baxmayaraq, sovet mətbuatında qafanlı bir məcburi köçkün olduğunu edən bir şəxsin əslində əvvəllər həbs edilmiş bir cinayətkar olduğunu bildirmişdir.Sumqayıt hadisələri zamanı 32 nəfər həlak olmuşdur. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı idi.

İlk məcburi köçkünlərin və icmalararası zorakılığın baş tutma tarixi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi mübahisələrin mövzusudur. Ermənilər azərbaycanlıların Qarabağda böhranın baş verməsindən əvvəl Ermənistandan qovulmalarını qəti şəkildə inkar edirlər. Erməni alimlərə görə, azərbaycanlılar 1988-ci ilin fevralından əvvəl Ermənistandan qovulmamışdır. Qafan rayon komitəsinin ikinci katibi Aramayis Babayan 1987-ci ilin noyabrında azərbaycanlıların Qafanı tərk etməsi faktını inkar etməmişdir. Buna baxmayaraq o, heç bir zorakılığın olmadığını, köçə söz-söhbətlərin və təxribatların səbəb olduğunu iddia etmişdir. Erməni jurnalist Viken Çeteryan iddia edir ki, 1988-ci ilin fevralında Ermənistandakı azərbaycanlıların evlərindən didərgin düşməsinə səbəb olacaq zorakılıq baş tutmamışdı. Onun fikrincə, bu baxış bucağı Sumqayıt hadisələrinin siyasi tələblərə deyil, erməni zorakılığına reaksiya kimi təqdim edir.

Hadisələr vaxtı SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndəsi olan Vyaçeslav Mixaylovun sözlərinə görə, azərbaycanlıların Ermənistandan qovulması Sumqayıt faciəsindən əvvəl başlamışdı.

Mənbə

İstinadlar

  1. Центральный Исполнительный Комитет Союза ССР, Всероссийский центральный исполнительный комитет. Административно-территориальное деление союза ССР (Районы и города СССР). Издательство "Власть Советов" при Президиуме ВЦИК Москва, 1931, страницы 234–237
  2. Broers, 2019b. səh. 12–13
  3. Ermənistan Milli Məclisi, 1995
  4. Qlants, 1991. səh. 11
  5. BBC, 2005
  6. Yunusov, 2005. səh. 39
  7. Broers, 2019b. səh. 4
  8. Yunusov, 2005. səh. 38
  9. Həmid, 2020
  10. de Vaal, 2013. səh. 19–20
  11. Bağırov, 1998
  12. Bölükbaşı, 2011. səh. 86
  13. Kornell, 1998. səh. 52
  14. Mustafa, Arzumanlı, 1998. səh. 120–121
  15. de Vaal, 2013. səh. 20
  16. Vəliməmmədov, 2019. səh. 14
  17. Bölükbaşı, 2011. səh. 106
  18. de Vaal, 2013. səh. 31
  19. Mustafa, Arzumanlı, 1998. səh. 192–193
  20. Broers, 2019a. səh. 16
  21. Bölükbaşı, 2011. səh. 87
  22. Şahmuradyan, 1990. səh. 139
  23. Kuliş, Məlikov, 1988
  24. Broers, 2019b. səh. 22
  25. de Vaal, 2013. səh. 343
  26. Akopyan, 2010. səh. 39–44
  27. Oqanezov, Xaratyan, 2014. səh. 94
  28. Çeteryan, 2008. səh. 105–106

Ədəbiyyat

  • Broers, Laurens. A Violent Unravelling // Armenia and Azerbaijan: Anatomy of a Rivalry (ingilis). Edinburgh University Press. 2019. ISBN .
  • Broers, Laurens. Displacements // Armenia and Azerbaijan: Anatomy of a Rivalry (ingilis). Edinburgh University Press. 2019. ISBN .
  • Akopyan, Tatul. Karabakh Diary, Green and Black: Neither War nor Peace (ingilis). Antelias Publishing. 2010. ISBN .
  • Oqanezov, Qrişa; Xaratyan, Hranuş. Самооборона армян Кировабада в 1988-1989 гг. глазами очевидцев (rus). Гитутюн. 2014.
  • Şahmuradyan, Semyuel. The Sumgait Tragedy. 1. Aristide Caratzas and the Zoryan Institute. 1990. ISBN .
  • Bölükbaşı, Suha. Azerbaijan: A Political History. London: I. B. Taurus. 2011. ISBN .
  • "Карабах: хронология конфликт". BBC Russian Service (rus). BBC. 29 avqust 2005. 2012-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-18.
  • de Vaal, Tomas. Black Garden: Armenia and Azerbaijan through Peace and War (ingilis) (10th Anniversary, Revised, Updated). NYU Press. 2013. ISBN .
  • Çeteryan, Viken. War and Peace in the Caucasus: Russia's Troubled Frontier (ingilis). Armenian Research Center, Oxford University Press. 2008. ISBN .
  • Kornell, Svante E. "Turkey and the Conflict in Nagorno Karabakh: A Delicate Balance". Middle Eastern Studies (ingilis). Taylor & Francis. 34 (1). 1998. JSTOR 4283917.
  • Vəliməmmədov, Məmməd. Очерки по Карабахской войне (rus). ЛитРес. ISBN .
  • Bağırov, Adil. "Top 5 Myths Circulating about the Nagorno-Karabakh Conflict". Azerbaijan International Magazine (ingilis). Bakı. 1998.
  • Yunusov, Arif. Karabakh : past and present (PDF) (ingilis). Bakı: Turan İnformasiya Agentliyi. 2005. ISBN .
  • Həmid, Tural. "Bakı erməniləri: Qarabağın qurbanları". AzLogos (az.). 17 noyabr 2020. 2022-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-14.
  • Arzumanlı, Vaqif. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq (PDF) (az.). Bakı: "Qartal" nəşriyyatı. 1998. (#first_missing_last)
  • "Закон Республики Армения №С-062-1-ЗР-18 "Об административно-территориальном делении Республики Армения"". Ermənistan Milli Məclisi (rus). 28 yanvar 2014 tarixində arxivləşdirilib.
  • Qlants, Yuri. "Когда мертвые держат живых". Диалог (rus) (11). iyul 1991.
  • Kuliş, O.; Məlikov, D. "Черным семенам не прорасти". Социалистическая индустрия. 27 mart 1988.

Xarici keçidlər

  • . "SSRİ-də ilk etnik təmizləmə: Qafan hadisələri (1987-1988)" (az.). www.top-center.org. 2023-02-20. 2023-02-27 tarixində . İstifadə tarixi: 2023-02-27.

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Qafan hadiseleri Qafan faciesi ve ya Qafan qirgini 1987 ci ilin noyabrindan 1988 ci ilin fevralina qeder SSRI terkibindeki Ermenistan SSR nin Qafan rayonu erazisinde yasayan azerbaycanli ehalinin zoraki ve mecburi sekilde qovulmasi Qafan rayonunda Ermenistanda diger erazilere nisbetde daha cox azerbaycanli yasayirdi 1979 cu ilde burada yasayanlarin 10 mine yaxini azerbaycanli idi Qafan hadiseleriEsas munaqise Dagliq Qarabag munaqisesiUmumi melumatlar39 06 sm e 46 18 s u Yeri Qafan rayonu Ermenistan SSR SSRIHucumun hedefi Yerli azerbaycanlilarTarix noyabr 1987 fevral 1988 3 ay Hucum metodu qaret talanOlu sayi Tomas de Vaala gore yoxdur Azerbaycan menbelerine esasen 7 neferYarali sayi namelum 4 mine yaxin azerbaycanli qovulmusdur Azerbaycanla aciq qarsidurmadan xeyli evvel Ermenistanda erazi iddialarini esaslandiran fikirler yayilirdi Bunun Azerbaycana da tesir etmesi neticede qarsiliqli inamsizliq ve dusmencilik formalasdirmisdi 1987 ci ilin sonlarindan baslayaraq Ermenistan SSR de yasayan azerbaycanlilarla ermeniler arasinda qarsidurmalar yasanmis onlardan biri de Qafanda bas vermisdir Rayon erazisinde azerbaycanlilarin yasadigi kendlere hucumlar edilmis yerliler evlerinden qovulmusdur Qafanlilar Ermenistandan gelen ilk mecburi kockunlere cevrilmis vaqonlar ve avtobuslarda Bakiya Sumqayita gelmisler Buna baxmayaraq yerli sovet rehberliyi hadiseleri ort basdir etmisdir Hemcinin sahidlerin ifadelerine baxmayaraq ermeniler azerbaycanlilarin Qarabagda bohranin bas vermesinden evvel Ermenistandan qovulmalarini qeti sekilde inkar edirler Bas veren hadiselerin isiq uzune cixmasinin fonunda Azerbaycan SSR de ictimai siyasi calxalanmalar meydana cixmaga baslamisdir Azerbaycanlilar ucun bu hadiseler Mart soyqirimi ve Zengezur qetliamlarinin oxsari idi Dagliq Qarabag Muxtar Vilayeti rehberliyinin Azerbaycan SSR den ayrilmaq haqqinda qerar qebul etmesi ile gerginliyin pik hedde catmasi neticesinde 1988 ci ilin fevralinda Sumqayitda poqrom akti bas tutmus hadiselerde Qafandan olan qacqinlar da istirak etmisdir ZeminQafan rayonunun Ermenistan SSR xeritesindeki yeri Qafan rayonu o vaxt SSRI respublikalarindan olan Ermenistan SSR in rayonlarindan biri idi Bu erazide azerbaycanlilarin sayi respublikanin diger rayonlarina nisbetde daha cox idi 1979 cu ile aid statistik melumatlara gore Qafanda 9 307 nefer azerbaycanli yasayirdi SSRI nin dagilmasindan sonra rayon musteqil Ermenistan Respublikasinin bir hissesi olmus lakin inzibati erazi vahidi daha sonra legv edilmis ve Sunik merzi ile evez edilmisdir Dovrun cenubi qafqazli mutexessislerine gore yasanan hadiseler gozlenilmez deyildi Azerbaycanla aciq qarsidurmadan xeyli evvel Ermenistanda erazi iddialarini esaslandiran fikirler yayilirdi Bunun Azerbaycana da tesir etmesi neticede qarsiliqli inamsizliq ve dusmencilik formalasdirmisdi Hadiseler1987 ci ilin noyabrindaQafan rayonu erazisinde esasen azerbaycanlilarin yasadigi kendlere coxsayli hucumlar gerceklesdirilmisdir Sahidlerin sozlerine gore zorakiliqlar yerli partiya rehberleri terefinden tehrik edilmisdir 1987 ci ilin noyabr ve dekabr aylarinda bas tutan hucumlarda yuzlerle azerbaycanli evlerini terk etmeye mecbur edilmisdir Bu hadiseleri oz gozu ile sovet yazicisi Aleksandr Proxanov da gormusdu 1987 ci ilin noyabrinda Qafandan qacan azerbaycanlilari dasiyan iki yuk qatari Bakiya gelmisdir Bas veren hadise haqqinda etrafli melumat yoxdur cunki yerli dovlet resmileri o cumleden Azerbaycan Kommunist Partiyasi Merkezi Komitesi hadiseleri ort basdir edirdi Buna baxmayaraq sahidlerin dediklerine gore onlarin uzerilerinde zorakiliq elametleri var idi 1988 ci ilin yanvarinda da azerbaycanlilara qarsi zorakiliq hallari bas tutmus coxlu sayda azerbaycanli Ermenistandan qacmisdir Baki ve Sumqayita gelen yeni mecburi kockun dalgasinin terkibi olanlarin teqriben 2 mini Qafandan idi lakin Azerbaycan menbelerine gore bu say 4 mine yaxin idi Tarixci Arif Yunus hemin erefede Qafandan qacmis dord avtobus dolusu azerbaycanli gormusdur Mecburi kockunler arasinda bir nece genc azerbaycanli olsa da onlarin coxusu qadinlar usaqlar ve yaslilar idi Mecburi kockunlerin coxusu doyulmusdu Qafanlilar Ermenistandan qovulan ilk azerbaycanlilar idi Hemcinin 1988 ci ilde Ermenistandan gelen mecburi kockunlerin coxu kecmis Qafan sakinleri idi Qafan seherinin umumi goruntusu 2012 ci il Britaniyali jurnalist Tomas de Vaala gore hadiseler vaxti hec bir olum hali qeyde alinmamisdir Azerbaycan menbelerine gore Qafandaki hadiseler neticesinde 7 azerbaycanli doyulme ve vurulma kimi muxtelif sebeblerden helak olmusdur Netice1988 ci ilin fevralinda hadiseler artiq Sumqayitda isiq uzune cixmisdi Yerli partiya rehberleri bele bu hadiselerden behs edirdi Azerbaycanlilar ucun bu hadiseler Mart soyqirimi ve Zengezur qetliamlarinin oxsari idi 1988 ci ilin fevralinda Dagliq Qarabag Muxtar Vilayeti rehberliyi Azerbaycan SSR den ayrilmaq qerari alir ve gerginlik pik hedde catir Bunun neticesinde Sumqayitda poqrom akti bas verir zorakiliq aktlarinda istirak edenlerin qisas almaq isteyen mecburi kockunler idi Buna baxmayaraq sovet metbuatinda qafanli bir mecburi kockun oldugunu eden bir sexsin eslinde evveller hebs edilmis bir cinayetkar oldugunu bildirmisdir Sumqayit hadiseleri zamani 32 nefer helak olmusdur Onlardan 26 si ermeni 6 si ise azerbaycanli idi Ilk mecburi kockunlerin ve icmalararasi zorakiligin bas tutma tarixi Dagliq Qarabag munaqisesi ile bagli siyasi mubahiselerin movzusudur Ermeniler azerbaycanlilarin Qarabagda bohranin bas vermesinden evvel Ermenistandan qovulmalarini qeti sekilde inkar edirler Ermeni alimlere gore azerbaycanlilar 1988 ci ilin fevralindan evvel Ermenistandan qovulmamisdir Qafan rayon komitesinin ikinci katibi Aramayis Babayan 1987 ci ilin noyabrinda azerbaycanlilarin Qafani terk etmesi faktini inkar etmemisdir Buna baxmayaraq o hec bir zorakiligin olmadigini koce soz sohbetlerin ve texribatlarin sebeb oldugunu iddia etmisdir Ermeni jurnalist Viken Ceteryan iddia edir ki 1988 ci ilin fevralinda Ermenistandaki azerbaycanlilarin evlerinden didergin dusmesine sebeb olacaq zorakiliq bas tutmamisdi Onun fikrince bu baxis bucagi Sumqayit hadiselerinin siyasi teleblere deyil ermeni zorakiligina reaksiya kimi teqdim edir Hadiseler vaxti SSRI Kommunist Partiyasi Merkezi Komitesinin numayendesi olan Vyaceslav Mixaylovun sozlerine gore azerbaycanlilarin Ermenistandan qovulmasi Sumqayit faciesinden evvel baslamisdi MenbeIstinadlar Centralnyj Ispolnitelnyj Komitet Soyuza SSR Vserossijskij centralnyj ispolnitelnyj komitet Administrativno territorialnoe delenie soyuza SSR Rajony i goroda SSSR Izdatelstvo Vlast Sovetov pri Prezidiume VCIK Moskva 1931 stranicy 234 237 Broers 2019b seh 12 13 Ermenistan Milli Meclisi 1995 Qlants 1991 seh 11 BBC 2005 Yunusov 2005 seh 39 Broers 2019b seh 4 Yunusov 2005 seh 38 Hemid 2020 de Vaal 2013 seh 19 20 Bagirov 1998 Bolukbasi 2011 seh 86 Kornell 1998 seh 52 Mustafa Arzumanli 1998 seh 120 121 de Vaal 2013 seh 20 Velimemmedov 2019 seh 14 Bolukbasi 2011 seh 106 de Vaal 2013 seh 31 Mustafa Arzumanli 1998 seh 192 193 Broers 2019a seh 16 Bolukbasi 2011 seh 87 Sahmuradyan 1990 seh 139 Kulis Melikov 1988 Broers 2019b seh 22 de Vaal 2013 seh 343 Akopyan 2010 seh 39 44 Oqanezov Xaratyan 2014 seh 94 Ceteryan 2008 seh 105 106 Edebiyyat Broers Laurens A Violent Unravelling Armenia and Azerbaijan Anatomy of a Rivalry ingilis Edinburgh University Press 2019 ISBN 9781474450522 Broers Laurens Displacements Armenia and Azerbaijan Anatomy of a Rivalry ingilis Edinburgh University Press 2019 ISBN 9781474450522 Akopyan Tatul Karabakh Diary Green and Black Neither War nor Peace ingilis Antelias Publishing 2010 ISBN 9953018162 Oqanezov Qrisa Xaratyan Hranus Samooborona armyan Kirovabada v 1988 1989 gg glazami ochevidcev rus Gitutyun 2014 Sahmuradyan Semyuel The Sumgait Tragedy 1 Aristide Caratzas and the Zoryan Institute 1990 ISBN 0892414901 Bolukbasi Suha Azerbaijan A Political History London I B Taurus 2011 ISBN 1780767595 Karabah hronologiya konflikt BBC Russian Service rus BBC 29 avqust 2005 2012 07 11 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 01 18 de Vaal Tomas Black Garden Armenia and Azerbaijan through Peace and War ingilis 10th Anniversary Revised Updated NYU Press 2013 ISBN 0814760325 Ceteryan Viken War and Peace in the Caucasus Russia s Troubled Frontier ingilis Armenian Research Center Oxford University Press 2008 ISBN 185065929X Kornell Svante E Turkey and the Conflict in Nagorno Karabakh A Delicate Balance Middle Eastern Studies ingilis Taylor amp Francis 34 1 1998 JSTOR 4283917 Velimemmedov Memmed Ocherki po Karabahskoj vojne rus LitRes ISBN 9785532102002 Bagirov Adil Top 5 Myths Circulating about the Nagorno Karabakh Conflict Azerbaijan International Magazine ingilis Baki 1998 Yunusov Arif Karabakh past and present PDF ingilis Baki Turan Informasiya Agentliyi 2005 ISBN 950021135811 Hemid Tural Baki ermenileri Qarabagin qurbanlari AzLogos az 17 noyabr 2020 2022 01 14 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 01 14 Arzumanli Vaqif Tarixin qara sehifeleri Deportasiya Soyqirim Qacqinliq PDF az Baki Qartal nesriyyati 1998 first missing last Zakon Respubliki Armeniya S 062 1 ZR 18 Ob administrativno territorialnom delenii Respubliki Armeniya Ermenistan Milli Meclisi rus 28 yanvar 2014 tarixinde arxivlesdirilib Qlants Yuri Kogda mertvye derzhat zhivyh Dialog rus 11 iyul 1991 Kulis O Melikov D Chernym semenam ne prorasti Socialisticheskaya industriya 27 mart 1988 Xarici kecidler SSRI de ilk etnik temizleme Qafan hadiseleri 1987 1988 az www top center org 2023 02 20 2023 02 27 tarixinde Istifade tarixi 2023 02 27

Nəşr tarixi: İyul 03, 2024, 20:09 pm
Ən çox oxunan
  • Mart 28, 2025

    Saymon Conson (iqtisadçı)

  • Mart 12, 2025

    Sayonci Kinmoçi

  • Aprel 28, 2025

    Savoyyalı Mariya Kristina (Siciliya kraliçası)

  • Mart 03, 2025

    Savanna (dəqiqləşdirmə)

  • Mart 03, 2025

    Savanna (Corciya)

Gündəlik
  • Valentin Qluşko

  • Daşıyıcı raket

  • Sədərək

  • Ermənistan

  • Kərki

  • Fars dili

  • Çingizlilər

  • Terror təşkilatı kimi tanınmış qrupların siyahısı

  • 1940

  • Niderland

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı