Azərbaycan 2012 Yay Paralimpiya Oyunlarında
Azərbaycan — 2012-ci ildə Birləşmiş Krallıqın paytaxtı London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında. 29 avqust-9 sentyabr tarixləri arasında Birləşmiş Krallıqın ev sahibliyində baş tutan XIV Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması, 21 idmançı ilə 6 idman növü üzrə təmsil olundu.
Azərbaycan 2012 Yay Paralimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Paralimpiya Komitəsi | ||||||||
London, Birləşmiş Krallıq 29 avqust – 9 sentyabr | |||||||||
İdmançı sayı | 21 idmançı (6 idman növü üzrə) | ||||||||
Bayraqdar | İlham Zəkiyev (Açılış mərasimi) | ||||||||
Medallar Yer: 27 |
| ||||||||
Yay Paralimpiya Oyunları | |||||||||
Azərbaycan yığması, XIV Yay Paralimpiya Oyunlarında 12 medal (4 qızıl, 5 gümüş və 3 bürünc) qazandı. Azərbaycana medalları cüdo yarışlarında çıxış edən Ramin İbrahimov (qızıl), Afaq Sultanova (qızıl) və İlham Zəkiyev (bürünc), yüngül atletlər Oleq Panyutin (qızıl), Vladimir Zayets (gümüş) və Hüseyn Həsənov (bürünc), həmçinin 1 qızıl və 4 gümüş medala sahib olan üzgüçü Natali Pronina, habelə Elçin Muradov, Rza Osmanov, Oleq Panyutin və Vladimir Zayetsdən ibarət Azərbaycan yığması (bürünc) qazandırdı.
XIV Yay Paralimpiya Oyunlarında 4 qızıl, 5 gümüş və 3 bürünc medal qazanan Azərbaycan yığması, 164 dövlət sırasında medalların əyarına görə 27-ci yeri, sayına görə isə 30-cu yeri tutdu.
Azərbaycan yığmasının ən gənc idmançısı, 25 yaşlı üzgüçü Natali Pronina, ən yaşlı idmançısı isə, 51 yaşlı atıcı Yelena Taranova idi.
Ümumi məlumat
Medalçıların siyahısı
| İdman növləri |
London Paralimpiadasında medala görə pul müкafatı
4 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Birləşmiş Krallıqın paytaxtı London şəhərində baş tutacaq XIV Yay Paralimpiya Oyunlarında medal qazanan, Azərbaycan idmançıları və məşqçiləri üçün pul mükafatının müəyyən edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, London Paralimpiadasında qızıl medal qazanan idmançıya 200 000 (onun məşqçisinə 100 000), gümüş medal qazanan idmançıya 100 000 (onun məşqçisinə 50 000), bürünc medal qazanan idmançıya 50 000 (onun məşqçisinə isə 25 000) pul mükafatı müəyyən edildi.
Nəticələri
Atıcılıq
- Q = Növbəti mərhələyə vəsiqə qazandı
- DNS = Yarışmadı
London Paralimpiadasında atıcılıq idman növü üzrə yarışlar 30 avqust-6 sentyabr tarixləri arasında Şahzadə Artilleriyasının Kazarmasında baş tutdu. Azərbaycanı bu idman növü üzrə, Əkbər Muradov və Sidney Paralimpiadasında gümüş, Afina Paralimpiadasında isə bürünc medal qazanan Yelena Taranova təmsil etdi. Bu idman növü üzrə yığmanın baş məşqçisi Vitali Sotnikov, məşqçisi isə Əfqan Əhmədov idi.
Kişilər
London Paralimpiadasında I Qarabağ müharibəsinin qazisi Əkbər Muradov, üç yarışda mübarizə apardı. 10 metr məsafəyə SH1 hava tapançası atəşaçma yarışının təsnifat mərhələsində o, 554 xallıq nəticə ilə 21-ci yerdə qərarlaşdı.
Digər yarışlarda da, Əkbər Muradov, uğursuz çıxış etdi. O, 25 metr məsafəyə SH1 tapançası atəşaçma yarışında 549 xal topladı və 16-cı pilləni tutdu, 50 metr məsafəyə SH1 tapançası atəşaçma yarışında isə 515 xal topladı və 18-ci pilləni tutdu.
İdmançı | Yarış | Təsnifat mərhələsi | Final | ||
---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | ||
Əkbər Muradov | 10 m., hava tapançası SH1 | ||||
25 m., tapançası SH1 | |||||
50 m., tapançası SH1 |
Qadınlar
Avqustun 31-də Yelena Taranova, London Paralimpiadasında mübarizəyə qoşuldu. 10 metr məsafəyə SH1 hava tapançasından atəşaçma yarışının təsnifat mərhələsində o, 372 xallıq nəticə göstərdi və 14 idmançı sırasında 5-ci yeri tutaraq həlledici, final mərhələsinə vəsiqə qazandı. Finalda isə Yelena Taranova, 465.9 xal topladı və London Paralimpiadasını 7-ci pillədə başa vurdu.
Digər yarışlarda da, o, medal qazana bilmədi. 51 yaşlı Yelena Taranova, 25 metr məsafəyə SH1 tapançasından atəşaçma yarışında çıxış etmədi, 25 metr məsafəyə SH1 tapançasından atəşaçma yarışının təsnifat mərhələsində isə 513 xalla 20-ci yeri tutdu və XV Yay Paralimpiya Oyunlarını medalsız bitirdi.
İdmançı | Yarış | Təsnifat mərhələsi | Final | ||
---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | ||
Yelena Taranova | 10 m., hava tapançası SH1 | ||||
25 m., tapançası SH1 | |||||
50 m., tapançası SH1 |
Cüdo
Kişilər
Sentyabrın 30-da, Ramin İbrahimov və Bayram Mustafayev mübarizəyə qoşuldu. -60 kiloqram çəki dərəcəsində çıxış edən Pekin Paralimpiadasının bürünc medalçısı, 2007 və 2009-cu illərin Avropa çempionu Ramin İbrahimov, birinci görüşdə Cənubi Koreya nümayəndəsi Min Jae Lee ilə üz-üzə gəldi. Həmin görüşdə Ramin İbrahimov, ippon fəndi ilə qələbə qazandı və 1/4 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə o, Fransa cüdoçusu Kevin Villemont ilə qarşılaşdı və onu, vaza-ari fəndi ilə məğlub etdi. Finala gedən yolda isə Ramin İbrahimov, Yaponiya nümayəndəsi Takaaki Hirai ilə üz-üzə gəldi və onun, üzərində də, vaza-ari fəndi ilə qələbə qazanaraq həlledici, final görüşünə adladı. Final görüşündə 34 yaşlı Ramin İbrahimov, Çin cüdoçusu Xiaodonq Lini ippon fəndi ilə məğlub etdi və XIV Yay Paralimpiya Oyunlarının qalibi oldu.
Həmin gün həmdə, -66 kiloqram çəki dərəcəsində mübarizə aparan Bayram Mustafayev çıxış etdi.
31
Rövşən
1
Tofiq
Kərim
İlham
İdmançı | Yarış | 1/8 final | 1/4 final | 1/2 final | Təsəlliverici qrup | Final/BM | Yer | |
---|---|---|---|---|---|---|---|---|
1-ci oyun | 2-ci oyun | |||||||
Ramin İbrahimov | -60 kq. | Qəl. 101:000 | Qəl. 020:000 | Qəl. 020:000 | Qəl. 101:000 | |||
Bayram Mustafayev | -66 kq. | Qəl. 003:000 | Məğ. 000:001 | Məğ. 000:102 | ||||
Rövşən Səfərov | -81 kq. | Məğ. 000:020 | ||||||
Tofiq Məmmədov | -90 kq. | Məğ. 000:001 | ||||||
Kərim Sərdarov | -100 kq. | Məğ. 000:100 | ||||||
İlham Zəkiyev | +100 kq. | Qəl. 100:000 | Məğ. 000:100 | Qəl. 100:000 | Qəl. 020:000 |
Qadınlar
Avqustun 31-i, -57 kiloqram çəki dərəcəsində çıxış edən Afaq Sultanova mübarizə aparadı. Afaq Sultanova, 1/4 final mərhələsində Fransa cüdoçusu Marion Koadou ilə üz-üzə gəldi. Həmin görüşdə o, ippon fəndi ilə qələbə qazandı, 100:000. Finala gedən yolda isə Afaq Sultanova, Türkiyə nümayəndəsi Duyğu Çete ilə qarşılaşdı. Gərgin şəraitdə baş tutan qarşılaşmada Afaq Sultanova, yuko xalı ilə qələbə qazandı və həlledici, final görüşünə adladı. Final görüşündə o, Braziliya cüdoçusu Lusia da Silva Teyşeyra Araujo ilə üz-üzə gəldi. Həlledici görüşdə 25 yaşlı Afaq Sultanova, rəqibini ippon fəndinə salaraq qələbə qazandı və London Paralimpiadasının çempionu oldu.
O, həmdə, Paralimpiya Oyunlarında qızıl medal qazanan birinci Azərbaycan idmançısı oldu.
İdmançı | Yarış | 1/4 final | 1/2 final | Final | Yer |
---|---|---|---|---|---|
Afaq Sultanova | -57 kq. | Qəl. 100:000 | Qəl. 002:000 | Qəl. 100:000 |
Kamandan oxatma
- Qəl. = Qalib gəldi
- Məğ. = Məğlub oldu
London Paralimpiadasında kamandan oxatma idman növü üzrə yarışlar 30 avqust-5 sentyabr tarixləri arasında Şahzadə Artilleriyasının Kazarmasında baş tutdu. Azərbaycanı bu idman növü üzrə, Zinyət Vəliyeva təmsil etdi. Bu idman növü üzrə yığmanın məşqçisi, Tahir Adilov idi.
Qadınlar
Avqustun 30-da Zinyət Vəliyeva, London Paralimpiadasında mübarizəyə qoşuldu. Reytinq mərhələsində o, 435 xallıq nəticə göstərdi və yalnızca, Kanada nümayəndəsi Line Trembleyi arxada qoyaraq 20 idmançı sırasında 19-cu yeri tutdu.
1 gün sonra baş tutan 1/16 final mərhələsində isə Zinyət Vəliyeva, Pekin Paralimpiadasının bürünc medalçısı Çexiyalı Marketa Sidkova ilə üz-üzə gəldi. Təcrübəli rəqibi ilə qarşılaşmada Zinyət Vəliyeva, Marketa Sidkovaya 0:6 hesabı ilə məğlub oldu və XIV Yay Paralimpiya Oyunlarını medalsız başa vurdu.
İdmançı | Yarış | Reytinq | 1/16 final | 1/8 final | 1/4 final | 1/2 final | Final | |
---|---|---|---|---|---|---|---|---|
Xal | Yer | |||||||
Zinyət Vəliyeva | Fərdi | Məğ. 0:6 |
Pauerliftinq
XIV Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növü üzrə yarışlar 30 avqust-5 sentyabr tarixləri arasında London Sərgi Mərkəzində baş tutdu. Azərbaycanı bu idman növü üzrə, Elşən Hüseynov və Məhərrəm Əliyev təmsil etdi. Bu idman növü üzrə yığmanın məşqçisi, Vaqif Müsəddiq idi. Həm Elşən Hüseynov, həmdə Məhərrəm Əliyev, London Paralimpiadasında uğursuz çıxış etdi.
Kişilər
XIV Yay Paralimpiya Oyunlarında, Elşən Hüseynov sentyabrın 5-də mübarizə apardı. -100 kiloqram çəki dərəcəsində çıxış edən Elşən Hüseynov, 1-ci cəhdində 230.0 kiloqramlıq ştanqı qaldırsada, 2-ci və 3-cü cəhdində müvafiq olaraq 234.0 və 236.0 kiloqramlıq ştanqa sifariş verdi və her iki cəhdini uğursuz yerinə yetirdi. Nəticədə o, London Paralimpiadasını 10 idmançı sırasında 4-cü yerdə başa vurdu.
Həmin gün mübarizə aparan Məhərrəm Əliyev da, uğursuz çıxış etdi. +100 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Məhərrəm Əliyev, hər üç cəhdində 232.0 kiloqramlıq ştanqa sifariş verdi və hər üç cəhdində ştanqı qaldıra bilmədi. Bu nəticə ilə Elşən Hüseynov, XV Yay Paralimpiya Oyunlarını 10 idmançı sırasında sonuncu, 10-cu pillədə başa vurdu.
İdmançı | Yarış | 1-ci c. | 2-ci c. | 3-cü c. | Yer |
---|---|---|---|---|---|
Elşən Hüseynov | -100 kq. | ||||
Məhərrəm Əliyev | +100 kq. |
Üzgüçülüк
Qadınlar
İdmançı | Yarış | Təsnifat mərhələsi | Final | ||
---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | ||
Natali Pronina | 50 m., sərbəst, S12 | ||||
100 m., sərbəst, S12 | |||||
400 m., sərbəst, S12 | |||||
100 m., brass, SB12 | |||||
100 m., arxası üstə, S12 | |||||
200 m., qarışıq, SM12 |
Yüngül atletiкa
Kişilər
İdmançı | Yarış | Təsnifat mərhələsi | Yarım-final | Final | |||
---|---|---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | Nəticə | Yer | ||
Elçin Muradov bələdçi: Pavel Setin | 100 m., T11 | ||||||
200 m., T11 | |||||||
Rza Osmanov | 200 m., T12 | ||||||
400 m., T12 | |||||||
Elçin Muradov bələdçi: Pavel Setin Oleq Panyutin Rza Osmanov Vladimir Zayets | 4 x 100 m., T11/T12/T13 | ||||||
Samir Nəbiyev | Lövhə atma, F57/F58 | ||||||
Hüseyn Həsənov | Uzunluğa tullanma, F46 | ||||||
Üçtəkanla tullanma, F46 | |||||||
Oleq Panyutin | Üçtəkanla tullanma, T12 | ||||||
Vladimir Zayets | |||||||
Oloxan Musayev | Nüvə atma, F56 | ||||||
Lövhə atma, F56 |
Qadınlar
İdmançı | Yarış | ||
---|---|---|---|
Mədinət Abdullayeva | |||
İstinadlar
- "Əkbər Muradovun www.london2012.com saytında profili. (ing.)". www.london2012.com (XIV Yay Paralimpiya Oyunlarının rəsmi saytı). 2016-09-09 tarixində (#archive_missing_url). (#cite_web_url)
- "Yelena Taranovanın www.london2012.com saytında profili. (ing.)". www.london2012.com (XIV Yay Paralimpiya Oyunlarının rəsmi saytı). 2016-09-09 tarixində (#archive_missing_url). (#cite_web_url)
- "Zinyət Vəliyevanın www.london2012.com saytında profili. (ing.)". www.london2012.com (XIV Yay Paralimpiya Oyunlarının rəsmi saytı). 2016-09-09 tarixində (#archive_missing_url). (#cite_web_url)
Xarici кeçidlər
- https://paralympic.az 2020-10-26 at the Wayback Machine