Wikipedia
18 sentyabr
Avqust – Sentyabr – Oktyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
18 sentyabr — ilin 261-ci günü (uzun illərdə 262-ci). İlin sonuna 104 gün qalır.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1048 - Səlcuq və Bizans qoşunları arasında döyüş birincinin qələbəsi ilə başa çatmış, səlcuqlular çoxlu qənimət ələ keçirmişlər.
- 1851 - New York Times qəzeti yayıma başlamşdır.
- 1932 - Səudiyyə Ərəbistanı dövləti yaradılmışdır.
- 1934 - SSRİ Millətlər Cəmiyyətinə daxil olmuşdur.
- 1967 - ABŞ Çinin hücumlarından qorunmaq üçün raketdən müdafiə sistemi quracağını bəyan etmişdir.
- 1972 - Münhen Olimpiadasında İsrail idmançılarına qarşı terror aktı həyata keçirilmişdir.
- 1973 - ADR və AFR BMT-yə üzv olmuşlar.
- 1981 - Fransada ölüm hökmü ləğv olunmuşdur.
- 1987 - Moskva və Vaşinqton nüvə silahları barədə razılıq imzalamışlar.
- 1994 - Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuşdur.
- 2006 - Antalyada türkdilli dövlətlərin və icmaların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilmişdir.
- 2006 - Qafqaz Müsəlmanları Ruhani İdarəsi Roma Papası XVI Benediktin İslam dininə qarşı iftiralarına qarşı bəyanatla çıxış etmişdir.
- 2012 - Çinin Uhan şəhəri ilə İtaliyanın Neapol şəhəri arasında dostluq əlaqələri qiurulmuşdur.
Azərbaycanda olan hadisələr
- 1923 - Xankəndinin adı dəyişdirililərək, "Stepanakert" adlandırılır.[1]
- 1992 - Azərbaycan Respublikası Livan ilə diplomatik əlaqələr qurmuşdur.
- 2008 - Bakı Musiqi Akademiyasına yenidən Üzeyir Hacıbəyovun adı verilmişdir.
Doğumlar
- 1799 — “Toshiba Corporation” şirkətinin banilərindən biri, yapon tədqiqatçısı və ixtiraçısı Hisasige Tanaka anadan olmuşdur.
- 1885 — Müslüm Maqomayev - bəstəkar.
- 1885 — Üzeyir Hacıbəyov - azərbaycanlı bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim.
- 1905 — Qreta Qarbo - isveçli aktrisa.
- 1932 — Nikolay Rukavişnikov - sovet kosmonavtı.
- 1933 — Bob Dilan - amerikalı müğənni və şair.
- 1961 — Bernar Verber - fransız yazıçı.
- 1976 – Ronaldo – futbolçu.
Ölümlər
- 1783 - Leonard Eyler - isveçrəli riyaziyyatçı (d. 1707).
- 1988 - Məhəmmədhüseyn Şəhriyar - şair.
- 2020 - A.Kalanitxi - hind deputat və həkim.
Bayramlar və xüsusi günlər
İstinadlar
- ↑ (PDF). 2010-07-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
- ↑ Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995 tarixli, 385 nömrəli Fərmanı[ölü keçid]
