Wikipedia
15 sentyabr
Avqust – Sentyabr – Oktyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
15 sentyabr — ilin 258-ci günü (uzun illərdə 259-cu). İlin sonuna 107 gün qalır.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1514 – Osmanlı ordusu Təbrizi tutmuşdur.
- 1798 – İrlandiyanı ələ keçirməyə çalışan fransız qoşunları ingilislərə təslim olmuşlar.
- 1847 – ABŞ qoşunları Mexikoya daxil olmuşlar.
- 1916 – Birinci dünya müharibəsi zamanı ingilislər ilk dəfə olaraq tanklardan istifadə etmişlər.
- 1917 – Rusiyada Müvəqqəti hökumət qurulmuşdur.
- 1924 – Bessarabiya separatçıları Rumıniyadan ayrılaraq SSRİ ilə birləşmək üçün üsyana qalxmışlar.
- 1928 – İngilis mikrobioloqu Aleksandr Frleminq penisillini kəşf etmişdir.
- 1930 – Avstriya vətəndaşı Adolf Hitlerin Reyxstaqın deputatı olmaq arzusu baş tutmamışdır.
- 1942 – İkinci dünya müharibəsi zamanı alman qoşunları Stalinqrada hücuma keçirmişlər.
- 1959 – Xruşşovun ABŞa 13 günlük səfəri başlamışdır.
- 1971 – "Green Peace" təşkilatı yaradılmışdır.
- 1975 – Pink Floyd qrupunun "Wish You Were Here" albomu satışa çıxarılmışdır.
- 1981 – Kanadanın Albert şəhərində dünyanın ən böyük ticarət mərkəzi açılmışdır (483 000 m2)
- 1982 – İsrail ordusu Qərbi Beyrutu tutmuşdur.
- 1993 – Maykl Cekson ilk dəfə Moskvaya konsert proqramı ilə gəlmişdir.
- 2000 – Çin arxeoloqları Çingiz xanın qəbrini tapmışlar.
- 2011 — Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur.
Azərbaycanda olan hadisələr
- Bilik Günü kimi qeyd edilir.
- 1918 – Bakı Qafqaz İslam Ordusu tərəfindən daşnak və eserlərdən azad olunaraq Azərbaycanın paytaxtı elan edilmişdir.
- 2004 – Astanada Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti Robert Köçəryan ilə təkbətək görüşü olmuşdur.
- 2008 – Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantlarının təntənəli hərbi andiçmə mərasimi keçirilmişdir.
Doğumlar
- 1254 – Marko Polo – italyan səyyah (ö. 1324)
- 1613 – Fransua de Laroşfuko – fransız yazıçı (ö. 1680)
- 1789 – Ceyms Fenimor Kuper – amerikalı yazıçı (ö. 1851)
- 1828 – Aleksandr Butlerov – rus kimyaçı, üzvi kimyanın banisi (ö. 1886)
- 1830 – Porfirio Dias – Meksika prezidenti (ö. 1915)
- 1857 – Uilyam Taft – ABŞ-ın 27-ci prezidenti (ö. 1930)
- 1867 – Vladimir May-Mayevski – rus əks-inqilabçısı (ö. 1920)
- 1876 – Bruno Valter – alman dirijor (ö. 1962)
- 1881 – Ettore Buqatti – italyan avtomobil mühəndisi və dizayner (ö. 1947)
- 1890 – Aqata Kristi – ingilis detektiv yazıçı, "Erkül Puaro" və "Miss Marpl" obrazlarının yaradıcısı (ö. 1976)
- 1894 – Jan Renuar – fransız kinorejissor, məşhur impressionist rəssam Pyer-Ogüst Renuarın oğlu, Oskar mükafatı laureatı (ö. 1979)
- 1904 – II Umberto - İtaliya kralı (ö. 1983)
- 1907 – Qunnar Ekelöf – İsveç şairi və yazıçısı (ö. 1968)
- 1907 – Fey Rey - amerikalı kinoaktrisa (ö. 2004)
- 1914 – Adolfo Byoy Kasares – argentinalı yazıçı (ö. 1999)
- 1914 – Orxan Kamal – türk yazıçı (ö. 1970)
- 1924 – Bobbi Şort – amerikalı musiqiçi (ö. 2005)
- 1925 – Kiril Lavrov – rus aktyor, SSRİ xalq artisti (ö. 2007)
- 1926 – Jan-Pyer Serr – fransız riyaziyyatçı.
- 1929 – Mürrey Gell-Mann – Amerikalı fizik, 1969-cu il Nobel Fizika Mükafatı laureatı
- 1937 – Robert Lukas – Amerika iqtisadçısı, 1995-ci il Nobelin İqtisadiyyat Mükafatı laureatı
- 1937 – Fernando de la Rua – Argentinanın 51-ci prezidenti
- 1941 – Miroslav Hermaşevski (Mirosław Hermaszewski) – Polşa kosmonavtı, Sovet İttifaqı qəhrəmanı
- 1941 – Yuri Norşteyn – rus animatoru
- 1945 – Hans-Gert Pötterinq – alman siyasətçisi, Avropa Parlamentinin sədri
- 1946 – Tommi Li Cons – Amerikalı aktyor, Oskar mükafatı laureatı
- 1946 – Oliver Stoun – Amerikalı rejissor
- 1959 – Brilliant Dadaşova – Azərbaycan Respublikasının xalq artisti
- 1984 – Uels şahzadəsi Henry – şahzadə Çarlz və şahzadə Diananın ikinci oğlu
Ölümlər
- 668 – Bizans imperatoru II Konstant, (d. 630)
- 1700 – Andre Lenotr (André Le Nôtre) – fransız memarı (d. 1613)
- 1835 – Sara Noks Teylor – Cefferson Devisin xanımı (d. 1814)
- 1842 – Fransisko Morasan (José Francisco Morazán Quezada) – Mərkəzi Amerika Federativ Respublikasının prezidenti (d. 1792)
- 1926 – Rudolf Kristof Eyken (Rudolf Christoph Eucken) – alman yazıçısı, 1908-ci il Nobel Ədəbiyyat Mükafatı laureatı (d. 1846)
- 1945 – Andre Tardyö (André Tardieu) – 1929-1932-ci illərdə Fransanın baş naziri (d. 1876)
- 1945 – Anton Vebern – Avstriya bəstəkarı (d. 1883)
- 1973 – İsveç kralı VI Qustav Adolf (d. 1882)
- 1978 – Villi Messerşmit (Wilhelm Emil Messerschmitt) – alman təyyarə dizayneri (d. 1898)
- 1980 – Bill Evans – Amerika caz pianisti (d. 1929)
- 1989 – Robert Pen Uorren – Amerikalı yazıçı-şair (d. 1905)
- 2003 – Yozef Hirsal (Josef Hirsal) – çex yazıçısı (d. 1920)
- 2005 – Sidni Luft – Amerikalı kinorejissor (d. 1915)
- 2007 – Kolin Makrey (Colin McRae) – şotland ralli sürücüsü (d. 1968)
- 2007 – Ser Ceremi Mur – Folklend müharibəsində Britaniya quru qoşunlarının komandanı (d. 1928)
- 2008 – Riçard Rayt (Richard Wright) – pianoçu və Pink Floyd qrupunun yaradıcılarından biri (d. 1943)
Bayramlar və xüsusi günlər
- Qvatemala, Honduras, Nikaraqua, Kosta-Rika və Salvadorda Müstəqillik günü
- Azərbaycan, Bilik günü
- Beynəlxalq Demokratiya günü
İstinad
- Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004 tarixli, 114 nömrəli Fərmanı[ölü keçid]