Wikipedia
20 sentyabr
Avqust – Sentyabr – Oktyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
20 sentyabr — ilin 263:cü günü (uzun illərdə 264-cü). İlin sonuna 102 gün qalır.
Əhəmiyyətli hadisələr
Kosmosla bağlı hadisələr
Dünyada olan hadisələr
- E.ə. 480 — Yunanlar farslar üzərində qələbə qazanmışlar.
- E.ə. 331 — Makedoniyalı İsgəndər Fərat çayını keçmişdir.
- 622 — Məhəmməd peyğəmbərlə Əbu Bəkr Mədinəyə hicrət etmişlər.
- 1187 — Səlahəddin Əyyubi Yerusəlimi ələ keçirmişdir.
- 1519 — Portuqaliyalı səyyah Fernan Magellan 270 nəfər və 5 gəmiylə İspaniyadan yola çıxmışdır.
- 1918 — 26 Bakı Komissarı Türkmənistandakı Ağcaqum çölündə güllələnmişdir.
- 1922 — Fransa və İtaliya qoşunları Çanaqqaladan geri çəkilmişlər.
- 1928 — İtaliyada "Ali Faşist Təşkilatı" ölkənin ən ali qanunverici orqanı olmuşdur.
- 1946 — Fransada Kann kinofestivalının ilk açılış mərasimi olmuşdur.
- 1952 — Türkiyə NATO-ya üzv qəbul olunmuşdur.
- 1974 — Hondurasda baş verən tufan nəticəsində 10 min nəfər həlak olmuşdur.
- 1977 Vyetnam BMT-yə üzv qəbul olunmuşdur.
- 1981 — İran 149 solçunu edam etdiyinin açıqlamışdır.
- 1984 — Beyrutdakı ABŞ səfirliyinə hücum edən partlayıcı yüklənmiş maşının partlaması nəticəsində 40 nəfər həlak olmuşdur.
- 1990 — Cənubi Osetiya qondarma "müstəqilliyini" elan etmişdir.
- 2002 — İsrail əskərləri Fələstinin baş naziri Yasir Ərəfatın qərargahı yerləşən üç binanı dağıtmışlar.
- 2003 — Litva əhalisinin 67%-i Avropa Birliyinə daxil olmağın lehinə səs vermişdir.
Azərbaycanda olan hadisələr
- 1991 — Xankəndi şəhərində Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur.
- 1993 — Azərbaycan Parlamenti MDB-yə üzv olmaq bərədə qərar qəbul etmişdir.
- 1994 — Bakıda ümummilli liderimiz Heydər Əliyevin başçılığı və təşəbbüskarlığı ilə "Əsrin Müqaviləsi" adlı neft sazişi imzalanmışdır. Böyük Britaniyanın "BP", ABŞ-ın "AMOCO", "Penzol", Rusiyanın "Lukoyl" və "TPAO" şirkətləri bir konsorsiumda birləşmişlər.
- 2004 — Naxçıvanda "Azərbaycanlıların soyqırımı mərkəzi" yaradılmışdır.
Doğumlar
- 1878 — Epton Sinkler: Amerikan yazıçı, jurnalist və publisist
- 1928 — Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin Sədri (1996:2005.,
- 1934 — Sofi Loren: italyan kinoaktrisa, Oskar mükafatı laureatı.
- 1963 — Andrey Derjavin: rus müğənni.
- 1975 — Xuan Pablo Montoya: kolumbiyalı avtoyarışçı.
- 1975 — Aziya Arcento: aktrisa.
- 1977 — Namie Amuro: yapon müğənni.
- 1982 — Begüm Birgörən: türk aktrisa.
- 1932 — Rəfiqə Əliyeva (ö. 2017): Azərbaycanın görkəmli kimya alimi,kimya elmləri doktoru,professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik), "Şöhrət" ordeni laureatı, Əməkdar elm xadimi
- 1948 — Corc Martin: Amerikalı yazıçı
Bayramlar və xüsusi günlər
Ölümlər
Bayramlar və xüsusi günlər
İstinadlar
- ↑ Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2001 tarixli, 558 nömrəli Fərmanı[ölü keçid]