Valeriya Kiselyova
Valeriya Kiselyova (rus. Вале́рия Киселёва; 7 fevral 1951, Xabarovsk – 1 fevral 2015, Sankt-Peterburq) — sovet və rus aktrisası, Rusiya Federasiyasının əməkdar artisti (2000).
Valeriya Kiselyova | |
---|---|
rus. Вале́рия Киселёва | |
Doğum tarixi | |
Doğum yeri | Leninqrad, SSRİ |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya |
Vəfat səbəbi | Qrip |
Vətəndaşlığı | SSRİ → Rusiya |
Həyat yoldaşı | |
Uşağı | |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1983—2015 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID 0457150 |
Həyatı
Valeriya Kiselyova 7 fevral 1951-cı ildə Leninqradda anadan olub. Atası İvan Kiselyov Böyük Vətən müharibəsində iştirak edib, o qələbədən sonra 22 il yaşayıb. Aktrisanın anası müharibə zamanı hələ uşaq idi. Valideynləri müharibədən sonra evləniblər.
Valeriya teatr institutuna daxil olmağı çox istəyirdi. 20 yaşında olarkən Leninqrad Dövlət Teatr Sənəti İnstitutuna qəbul olub.
Ali məktəbi bitirdikdən sonra V.F. Komissarjevski adına Sankt-Peterburq Akademik Teatrında işləməyə başlayıb. Burada 8 mövsüm işlədikdən sonra iş yerini dəyişmək qərarına gəlir və N.Akimov adına Sankt-Peterburq Akademik Komediya Teatrına keçir.
Valeriya Kiselyovanın kinoda debüt işi 1981-ci ildə çəkilmiş "Axtarışa verilib" filmində olmuşdur. 1986-cı ildə ekranlara Kiselyovanın iştirakı ilə rejissor Vladimir Tumaevin "Oğluna səfər" qısametrajlı filmi çıxıb. Film bir çox beynəlxalq kino festivallarının mükafatçısı olub. Aktrisa 90-cı illərin əvvəllərində iki uşaq filmində çəkilib: "Nağıl ardınca nağıl" və "Deyingən arvad". Kiselyova sonuncu dəfə "Hamiləlik testi" və "Taun" seriallarında rol alıb. Ümumilikdə aktrisanın filmoqrafiyasında 29 rol var.
66 yaşlı Valeriya Kiselyova gözlənilmədən 2015-ci il fevralın 1-nə keçən gecə dünyasını dəyişib. Aktrisa sağlam olub, heç bir xroniki xəstəliyi olmayıb. Onun ölümünə bir neçə gün əvvəl yoluxduğu qrip səbəb olub. Təcili tibbi yardım heç nə edə bilməyib — həkimlər gəldikdə aktrisa artıq keçinmişdi. Aktrisanın gözlənilməz vəfatı qohumları və həmkarları üçün əsl faciə olub.
Ailəsi
- Birinci əri — Andrey Urqant (doğ. 1956), sovet və rus aktyoru, teleaparıcı, şoumen.
- Oğlu — İvan Urqant (doğ. 1978), rusiyalı aktyor, şoumen, teleradio aparıcısı, müğənni, musiqiçi, prodüser. Hazırda "Pervıy Kanal"da yayımlanan "Urqantın gecəsi" və "Smak" verilişlərinin aparıcısı, "Projektorperishilton" verilişinin isə aparıcılarından biri.
- Nəvəsi — Nina Urqant (doğ. 2008)
- Nəvəsi — Valeriya Urqant (doğ. 2015)
- Oğlu — İvan Urqant (doğ. 1978), rusiyalı aktyor, şoumen, teleradio aparıcısı, müğənni, musiqiçi, prodüser. Hazırda "Pervıy Kanal"da yayımlanan "Urqantın gecəsi" və "Smak" verilişlərinin aparıcısı, "Projektorperishilton" verilişinin isə aparıcılarından biri.
- İkinci əri (1982-ci ildən ölümünə qədər) — Dmitri Ladıqin (doğ. 1956), Leninqradlı aktyor.
- Qızı — Valentina Ladıqina (doğ. 1983), aktrisa.
- Qızı — Aleksandra Ladıqina (doğ. 1988), aktrisa.
İstinadlar
- ↑ "Валерия Киселева". 24smi.org. 3 İyun 2017 tarixində .
- Почётное звание присвоено указом президента России № 1809 от 27 октября 2000 года[ölü keçid]
- "АНДРЕЙ УРГАНТ". Kino-teatr.ru. 30 May 2017 tarixində .
- "ВЕЧЕРНИЙ УРГАНТ О проекте". "Pervıy Kanal". 2 Aprel 2017 tarixində .
- "СМАК О проекте". "Pervıy Kanal". 2 Aprel 2017 tarixində .
- "ПРОЖЕКТОРПЕРИСХИЛТОН О проекте". "Pervıy Kanal". 2 Aprel 2017 tarixində .
- ↑ "Наталья Кикнадзе". 24smi.org. 30 May 2017 tarixində .
- "Отчим Ивана Урганта Дмитрий Ладыгин: Наша семья жила бедно, пока Ваня не стал звездой". "Komsomolskaya pravda". 2 Aprel 2017 tarixində .
- "ВАЛЕНТИНА ЛАДЫГИНА (II)". Kino-teatr.ru. 30 May 2017 tarixində .
- "АЛЕКСАНДРА ЛАДЫГИНА". Kino-teatr.ru. 30 May 2017 tarixində .
Xarici keçidlər
- Valeriya Kiselyova (ing.) Internet Movie Database saytında (ing.)