Sənan Qurbanov
Sənan Qurbanov (rus. Курбанов, Санан Шамиль оглы; {{dil-az|Sənan Şamil oğlu Qurbanov; 12 avqust 1938, Bakı – 24 dekabr 1999, Bakı) — Azərbaycanlı heykəltəraş və qrafika ustası, Azərbaycan və SSRİ Rəssamlar İttifaqlarının üzvü. Sənan Qurbanov eyni zamanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlanmış tamaşaların səhnə tərtibatı ilə də məşğul olmuşdur.
Sənan Qurbanov | |
---|---|
rus. Курбанов, Санан Шамиль оглы | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Fəaliyyəti | heykəltəraş |
Təhsili | |
Janrı | Heykəltəraşlıq |
sanankurbanov.com |
Həyatı
Sənan Qurbanov 1938-ci ilin 12 avqust tarixində Bakı şəhərində anadan olub. 1955 - 1959-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin heykəltəraşlıq faklütəsi üzrə təhsil almışdır. 1960 - 1963-cü illərdə təhsilini Sankt-Peterburq şəhərində yerləşən Rəssamlıq məktəbində davam etdirmişdir. 1963-cü ildə təhsil aldığı dövrdə qərb burjua mədəniyyətini ali təhsil müəssisəsində yayması ittihamı ilə universitetdən xaric edilmişdir. 1963-1967-ci illərdə geridə qalan təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tamamlamışdır.
Ekspozisiyalar
- 1992-ci ildə Vyana şəhərində yerləşən Arik Brauer Qalereyasında sərgi.
- 1995-ci ildə Azərbaycan Rəssamlar İttifaqının qalereyasında solo sərgi.
- 1999-cu ildə Volqa üzərində Azərbaycan rəssamları adlı sərgi.
- 2000-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyi və Muzey Mərkəzində sərgilər.
- 2008-ci ildə rəssamın xatirəsinə Bakı Müasir İncəsənət Muzeyində sərgi..
Qalereya
İstinadlar
- Художники Азербайджана на Волге
- . 2014-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-10.
Xarici keçidlər
- Журнал "Культура" 26 апреля 2012 (rusca)
- Спектакли в Национальном Драматическом Академическом Театре (rusca)
- Газета "Известия" 22 Февраля 2006 года стр.3 (rusca)
- Галерея художника. 2014-09-15 at the Wayback Machine (rusca)