Mübariz Əsgərov
Mübariz Ağali oğlu Əsgərov (20 yanvar 1962, Ucar) — telejurnalist, prodüser, yazıçı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti.
Mübariz Əsgərov | |
---|---|
Əsgərov Mübariz Ağali oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ucar, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Dini | İslam |
İxtisası | jurnalistika - televiziya |
Təhsili | Moskva Dövlət Universiteti |
Fəaliyyəti | jurnalist, prodüser, ssenarist, yazıçı |
Fəaliyyət illəri | 1992-indiyədək |
Tanınır | Qulp və Rezonans verilişlərinin müəllifi, aparıcısı |
Mükafatları |
Həyatı
Mübariz Əsgərov 1962-ci il yanvarın 20-də Ucar şəhərində anadan olub. Moskva Dövlət Universitetinın Jurnalistika (Radio və Televiziya) fakültəsini fəxri (qırmızı) diplomla bitirib. 2015-ci ildə Əməkdar jurnalist adına layiq görülüb. Ailəlidir, 3 övladı var.
Fəaliyyəti
1992-1998-ci illərdə AzTV-də və 1998-ci ildən ANS TV-də layihə rəhbəri vəzifəsində çalışıb. Qulp satirik telelayihəsinin, "Mübarizə" və "Xalq şairi" verilişlərinin müəllifi olub. Sonralar Xəzər TV və ARBTV-də "Rezonans" verilişinin müəllifi və aparıcısı olmuşdur. Bir neçə sənədli filmin müəllifidir. "Qulp Studio" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. "Obyektiv Milli Dəyərlərin təbliğinə dəstək" İctimai Birliyinin sədridir.
29 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.
Filmoqrafiya
- Bəy havası (sənədli film, 2010) (müəllif) | https://wwww.youtube.com/watch?v=_Fa1mFj5v5k[ölü keçid]
- 1 mətbuat konfransının tarixi (film, 2015) (sənədli film) (müəllif) | https://www.youtube.com/watch?v=r0PgMwKcuXI
- Qarabağ: əsirlər və girovlar. Közərən xaç (film, 2017) | https://www.youtube.com/watch?v=l2nxB1fFJdc
- Şuşanın dağları qara dumanlı (sənədli film, 2017) (müəllif) | https://www.youtube.com/watch?v=GZzkumdn_CE
- Xocalı dərsi (sənədli film, 2018) (müəllif) | https://www.youtube.com/watch?v=pIhxN4hP_MI
- Ölüm hökmü - ömürlük cəza (sənədli film, 2019) (müəllif) | https://www.youtube.com/watch?v=IT3E9kjK86o
- Kəlbəcərin son günü (film, 2020) (sənədli film) (müəllif) | https://www.youtube.com/watch?v=IaHh2r6zgQo
İstinadlar
- Azərbaycan Respublikasının Prezidenti (2015-07-20). "Əməkdar jurnalist, Fərman" (azərb.). president.az. 2015-07-24 tarixində . İstifadə tarixi: 2021-01-30.
- Azərbaycan Respublikası Televiziyası (2019-06-28). "AzTv-də QULP verilişi" (azərb.). aztv.az. İstifadə tarixi: 2021-01-30.
- https://president.az/articles/51332
- APA TV (31.03.2017). ""Qarabağ: əsirlər və girovlar. Közərən xaç" filminin təqdimatı keçirilib" (azərb.). YouTube. İstifadə tarixi: 2017-03-31.
- ARB 24 (31.03.2017). ""Qarabağ: Əsirlər və girovlar. Közərən xaç"" (azərb.). YouTube. İstifadə tarixi: 2017-03-31.
- Səs TV (31.03.2017). "FİLM - Qarabağ əsirlər və girovlar. Közərən xaç" (azərb.). YouTube. İstifadə tarixi: 2017-03-31.