Wikipedia
10 iyun
10 iyun — Qriqorian təqvimi ilə ilin 161-ci (uzun illərdə 162-ci) günü.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1916 — Məkkə şəhəri Osmanlı dövlətindən, üsyan nəticəsində, ərəblərin əlinə keçmişdir.
- 1930 — Türkiyə ilə Yunanıstan arasında "Əhali mübadiləsi razılaşması" imzalanmışdır.
- 1934 — İran şahı Rza Pəhləvi, Türkiyəni ziyarət məqsədi ilə Gürbulakda Türkiyə sərhəddinə gəlmiş və təntənəli şəkildə qarşılanmışdır.
- 1940 — Mussolini Hitlerin müttəfiqi olaraq İkinci Dünya müharibəsinə girmişdir.
- 1946 — İtaliyada monarxiya ləğv olunmuş, respublika elan edilmişdir.
- 1967 — Ərəb-İsrail mühəribəsində İsrail; Qəzzə zolağı, Qolan təpələri, Şərqi Qüds, İordan çayının qərb hissəsi və Sinay yarımadasını işğal etmişdir.
- 2000 — Suriya prezidenti Hafiz Əsəd vəfat etmiş, yerinə oğlu Bəşşər Əsad gətirilmişdir.
Azərbaycanda olan hadisələr
Doğumlar
- 1933 - Rafiq Mehdiyev - xalq rəssamı
- 1989 — Aleksandra Stan — rumın müğənni.
- 1965 — Elizabet Hörli — ingilis model.
Ölümlər
- E.ə. 323 — Makedoniyalı İsgəndər — makedoniyalı hökmdar.
- 1923 — Pyer Loti — fransız yazıçı.
- 1966 — Həmdullah Sübhi Tanrıövər — türk ədəbiyyatçı, yazıçı, pedaqoq, millət vəkili, siyasətçi.
- 2000 — Hafiz Əsəd — Suriya prezidenti
- 2004 — Rey Çarlz — amerikalı musiqiçi.
- 2008 — Çingiz Aytmatov — qırğız yazıçı.
- 2010 — Bəhram Nərimanov — əməkdar bədən tərbiyəsi və idman xadimi