Wikipedia
25 iyun
25 iyun — Qriqorian təqvimi ilə ilin 176-cı (uzun illərdə 177-ci) günü.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1801 — Qahirədəki işğalçı fransız ordusu türk ordusuna təslim olmuşdur.
- 1861 — Sultan I Əbdülməcid vəfat etmiş, Sultan I Əbdüləziz Osmanlı imperatoru olmuşdur.
- 1903 — Mariya Küri Paris Universitetinə təqdim etdiyi tezislərində radiumu kəşf etdiyini açıqlamışdır.
- 1923 — Mustafa Kamal Atatürk İzmirdən millət vəkili seçilmişdir.
- 1950 — Şimali Koreya ordusu Cənubi Koreya üzərinə hücuma keçmiş və Koreya müharibəsi başlanmışdır.
- 1981 — Microsoft, öz evində Washington əyalətində anonim şirkət olmaq üzrə yenidən qurulub
- 1991 — Sloveniya ve Xorvatiya müstəqilliklərini elan etmişlər.
- 1993 — Tansu Çillər Türkiyənin ilk qadın baş naziri olmuşdur.
- 1998 — Microsoft Windows 98-i bazara çıxarmışdır.
Azərbaycanda olan hadisələr
- 1996 — Azərbaycan Respublikası Peru ilə diplomatik əlaqələr qurmuşdur.
- 2014 — Azərbaycan Respublikasında Dənizçi Günü
Doğumlar
- 1903 — Corc Oruell: yazıçı (ö. 1950).
- 1932 — Piter Bleyk: rəssam.
- 1945 - Hüseynbala Mirələmov - yazıçı, professor.
- 1963 — Corc Maykl: Böyük Britaniya müğənnisi.
- 1975 — Vladimir Kramnik: rus şahmatçısı.
- 1728 — II Aləm Şah: Moğol imperiyasının hökmdarı.
Ölümlər
- 1861 — Sultan I Əbdülməcid: Osmanlı imperatoru.
- 1997 — Jak-İv Kusto: fransız dəniz səyyahı, kino rejissoru.
- 2012 — Baltacı Araz: Şair (d. 1953)
- 2009 — Maykl Cekson: ABŞ müğənnisi (d. 1958)
- 2005 - Kazım Koyuncu: laz mənşəli Türkiyə musiqiçisi (d. 1971)
Bayramlar və xüsusi günlər
