Wikipedia
17 iyun
17 iyun — Qriqorian təqvimi ilə ilin 168-ci (uzun illərdə 169-cu) günü.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 334 — İmperator Konstantin dul və yetimlər üçün himayə qanunu çıxarmışdır.
- 1631 — Mümtaz Mahal uşaq dünyaya gətirərkən vəfat etmişdir.
- 1885 — Azadlıq heykəli Nyu-York limanına gətirilmişdir.
- 1921 — Türkiyənin Sivas, Ərzincan və Tunceli bölgələrində 3,5 ay davam edən Koçgiri üsyanı türk ordusu tərəfindən yatırılmışdır.
- 1944 — İslandiya Danimarkadan ayrılmış və respublika elan edilmişdir.
- 1967 — Çin Xalq Respublikası ilk hidrogen bombasını sınaqdan keçirmişdir.
- 1940 — SSRİ ordusu Latviyaya daxil olmuşdur.
Azərbaycanda olan hadisələr
- 1918 — Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyi yaradılmışdır.
- 1984 — Bakıda 106 saylı sərnişin avtobusu erməni terrorçusu Vartanov tərəfindən partladıldı, nəticədə, iki uşaq anası olan bir qadın həlak oldu, bir neçə nəfərsə yaralandı[1].
- 1992 — Azərbaycan Respublikası Belçika ilə diplomatik əlaqələr qurmuşdur.
- 1993 — Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Bakı şəhərindən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndinə getmişdir.
Doğumlar
- 1898 — Lətifə Uşşaqi — Mustafa Kamal Atatürkün həyat yoldaşı.
- 1909 — Mövlan Əliyev — azərbaycanlı hərbçi.
- 1918 — Firudin Hüseynov — AMEA-nın müxbir üzvü, professor.
- 1926 — Elbəy Rzaquliyev — azərbaycanlı rəssam, Azərbaycan SSR xalq rəssamı (1977), Dövlət mükafatı laureatı (1986).
- 1929 — Tiqran Petrosyan — Sovet və Ermənistan qrossmeysteri.
- 1942 — Məhəmməd Əl-Baradei — əslən Misirdən olan Beynəlxalq Nüvə Enerjisi Agentliyinin rəhbəri, Nobel Sülh Mükafatı laureatı.
- 1947 — Fidan Qasımova — Azərbaycanın opera müğənnisi.
- 1960 — Tomas Heyden Çörç — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
- 1970 — Kamel Daoud — Əlcəzair yazıçısı.
- 1972 — Nicat Kazımov — Azərbaycan rejissor, Azərbaycan Respublikasının Əməkdar artisti.
- 1972 — Elnarə Abdullayeva — xanəndə, Azərbaycan Respublikasının Əməkdar artisti.
- 1980 — Sıla — türk pop müğənnisi, musiqiçi və prodüser.
Ölümlər
- 1631 — Mümtaz Mahal — Böyük Moğol İmperiyasının VI hökmdarı (d. 1593).
- 1868 — Corc Arnott Arnott — Şotlandiya botaniki (d. 1799).
- 2015 — Süleyman Dəmirəl — Türkiyənin 9-cu prezidenti (d. 1924).
Bayramlar və xüsusi günlər
- Tibb işçilərinin Peşə Bayramı Günü
- Uşaqlar Günü
- İstiqlal Günü
İstinadlar
- ↑ "Azərbaycan ərazisində erməni quldur və terror birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar" (yaddaş kitabçası), (tərtib edəni: Anar İsgəndərov), Bakı, 2011. səh.16
