Wikipedia
12 oktyabr
Sentyabr – Oktyabr – Noyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
12 oktyabr — Qriqorian təqvimi ilə ilin 285-ci günü (uzun illərdə 286-cı). İlin sonuna 80 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1492 - Kolumb Amerikanı kəşf etmişdir.
- 1775 - ABŞ hərbi-dəniz flotu qurulmuşdur.
- 1813 - Gülüstan müqaviləsi imzalanıb. Azərbaycanda rus işğalının birinci mərhələsi başa çatdı.
- 1929 - Beynəlxalq aviasiya daşımalarını tənzimləyən Varşava sazişi imzalanmışdır.
- 1931 - Rio de Janeyronun rəmzi sayılan "Xilaskar" heykəlinin açılışı olmuşdur.
- 1956 - TU-104 şərnişin təyyarəsi ilə ilk reys həyata keçirilmişdir.
- 1960 - Sovet lideri Nikita Xruşşov Nyu-Yorkda çıxışı zamanı ayaqqabı ilə BMT tribunasını döyəcləmişdir. Sonradan nəvəsi həmin ayaqqabını hərracda 30 000 ABŞ dolları qiymətinə satmışdır.
- 1968 - Ekvatorial Qvineya müstəqillik əldə etmişdir.
- 1968 - Meksikada XIX Yay Olimpiya Oyunları başlamışdır.
- 1986 - İran Kərkükdəki İraq neft terminalını tamamilə məhv etdiyini bəyan etmişdir.
- 1990 - Polaroid Kodaka qarşı məhkəmə iddiasını qazanmış, ikinci 900 milyon dollar təzminat ödəməyə məcbur olmuşdur.
- 1997 - Azərbaycanda Space televiziya kanalı yayıma başlamışdır.
- 1999 - yer kürəsində altı milyardıncı insan Sarayevoda dünyaya gəlmişdir.
- 2006 - Orxan Pamuk Nobel Ədəbiyyat Mükafatına layiq görülmüşdür.
Doğumlar
- 1537 - VI Eduard, İngiltərə kralı (ö.1553).
- 1875 - Alister Krouli, britaniyalı yazıçı (ö.1947).
- 1935 - Luçano Pavarotti - məşhur italyan tenoru (ö. 2007)
- 1945 - Hacı Sabir Həsənli, islam teoloqu.
- 1950 - Çen Şuybyan, Tayvanın eks-prezidenti.
- 1955 - Sevil Əliyeva, "Space Tv"-nin qurucusu, bəstəkar.
- 1968 - Hyu Cekman, avstraliyalı aktyor.
- 1974 - Ebru Gündeş, türk müğənnisi.
- 1981 - Engin Akyürək, türk aktyoru.
Ölümlər
- 1844 - Anatol Frans, fransız yazıçısı və ədəbi tənqidçisi, 1921 Nobel Ədəbiyyat Mükafatının laureatı (ö.1924).
- 1944 - Gəray Əsədov, Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı