Cim Torpe
Cim Torpe (tam adı: Ceyms Frensis Torpe; d. 28 may 1888 — ö. 28 mart 1953) — Amerikalı idmançı, müasir idman dünyasının çox istiqamətli atletlərindən biri sayılır. olimpiadalarda "pentatlon" ve "dekatlon" (atletizmdə müsabiqə növləri) üzrə qızıl medal sahibi, eyni zamanda amerikan futbolunda kollec və peşəkar liqalarda ulduz oyunçu, Amerika milli beysbol liqasında oyunçu və basketbolda karyerası olan bir idmançıdır. Olimpiadalarda yarışmadan əvvəl ikinci beysbol liqasında iki mövsüm peşəkar olaraq oynadığı ortaya çıxanda həvəskar müsabiqə qaydalarına zidd olması səbəbindən medallarını itirmişdir. Ancaq ölümündən otuz il sonra 1983-cü ildə bu medallar ona təkrar verilmişdir.
Cim Torpe | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Ceyms Frensis Torpe |
Vətəndaşlığı | ABŞ |
Doğum tarixi | |
Doğum yeri | Oklahoma, Prague |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Kaliforniya, Lomita |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Karyera illəri | 1920– |
Boyu | 1,9 m |
Çəkisi | 92 kq |
İdman növü | Beysbol, yüngül atletika, basketbol, Amerika futbolu |
Rəsmi saytı (ing.) |
Uşaqlığı və gəncliyi
Torpenin doğulması, tam adı və etnik mənşəyi haqqında olduqca fərqli məlumatlar var. Qəti olaraq bilinən Torpenin yerli torpaqlarda anadan olmasıdır, lakin onun doğum şəhadətnaməsi tapılmamışdır.
İddia edilir ki, Torpe 1888-ci il may ayının 28-də Amerika Birləşmiş Ştatlarında Oklahoma əyalətinin Praque şəhəri yaxınlarında doğulub . Tam adının Ceyms Frensis Torpe olduğu deyilsə də, bu, sübut olunmamışdır. Xaç şəhadətnaməsində adı "Yakobus Fransisk Torpe" olaraq qeyd edilmişdir.
Anasının və atasının etnik mənşəyi fərqli qruplardan gəlir. Atası Hiram Torpenin irlandiyalı bir atası və "Sac və Fox" (amerikalıların tanınmış federal tayfaları) millətindən olan yerli bir anası var idi. Anası Şarlotta Viexin atası fransız, anası isə böyük Sac döyüşçüsü "Black Hawkun" (Qara Qırğı) soyundan gələn bir yerli idi. Sac və Fox kimi yetişdirilən Torpenin öz dilindəki adı "parlaq yol" anlamına gələn "Wa-Tho-huk" idi. Sac və Fox millətinin adət-ənənəsinə uyğun olaraq, Torpe doğulduğu zaman meydana gələn bir hadisə, ona bu adın verilməsinə səbəb olmuşdur. Anadan olduğu evə gedən yolu günəşin işıqlandırması ilə əlaqədar ona bu ad verilmişdir. Bəzi məlumatlara görə, Hiram Torpenin beş həyat yoldaşı, ümumilikdə isə 19 uşağı olmuşdu və bu uşaqların ən azı on birinin anası Şarlotta Viex olmuşdur. Katolik olan anası Torpeni allaha inanan bir şəxs kimi yetişdirmişdir.
Torpe əkiz qardaşı Çarli ilə birlikdə Stroud, Oklahomadakı yerli məktəblərin birinə getmişdi. Doqquz yaşında olarkən qardaşı Çarli sətəlcəm xəstəliyindən öldü. Əvvəllər qardaşının köməyi ilə məktəbə davam edən Torpe qardaşının ölümündən təsirləndi və bir neçə dəfə məktəbdən qaçdı. Bundan sonra Hiram Torpe oğlunun bir daha qaçmaması üçün Lourensdə, Kanzasda məktəbə (hazırda Haskell Yerli Millətləri Universiteti adlanır) göndərdi. İki il sonra anasının ölüm səbəbi ilə depressiyaya düşən Torpe atası ilə bir neçə dəfə mübahisə etdikdən sonra məktəbdən qaçaraq bir at təsərrüfatında işləməyə başladı.
1904-cü ildə atasının yanına qayıdan Torpe Karlisdə (Pensilvaniya) yerləşən yerli sənaye peşə məktəbinə girməyə qərar verir. Bu məktəbdə oxuyarkən Amerika futbol tarixinin əvvəllərində ən nüfuzlu oyunçulardan biri olan Qlen Skobi Uorner ilə birlikdə işləməyə başlayır. Həmin ilin sonlarına doğru atası Hiram Torpenin ölməsi səbəbilə Torpe yenidən məktəbi buraxır. Bir neçə il təsərrüfatda işlədikdən sonra Karlisə geri dönərək atletika karyerasına başlayır.
Fəaliyyəti
Şayiələrə görə, Torpe atletika karyerasına 1907-ci ildə Karlisdə atletika eniş zolağından keçərkən əynindəki paltarlarla hazırlıqsız olaraq 1,75 metrlik sıçrayışla məktəbin yüksək atletlərini keçdikdən sonra başlamışdır. Bunun doğru olub-olmadığı bilinməsə də, Torpenin qeydə alınmış ən erkən atletika nəticələri 1907-ci ilə aiddir. Torpe atletika ilə yanaşı Karlisdə Amerika futbolu və beysbol, lacrosse (raketkaya bənzər dəyənəklərlə oynanan bir növ otüstü hokkey) və hətta rəqs komandalarında da iştirak etmişdir.
İlk olaraq 1911-ci ildə məktəbin futbol komandasında fərqli mövqelərdə oynayaraq diqqəti çəkmişdir. Karlisin Harvard komandasını 18:13 hesabı ilə məğlub etdiyi oyunda komandasının bütün qollarını Torpe vurmuşdu. Mövsümü 11:1 ilə tamamlayan Torpe Karlisdə növbəti mövsümdə 25 "touchdown" (qol) və 198 sayı ilə (12 oyunda) milli kollec çempionatında iştirak etmişdir. Karlisin 1912-ci ildə olan qarşılaşmaları içərisində Karlis-Vest Point qarşıdurmasında 27:6 hesabı diqqət çəkir. Torpenin 92 yard (Amerikada uzunluq vahidi) uzaqlıqdan vurduğu qol komanda yoldaşının etmiş olduğu penalti üzündən ləğv edilmiş, lakin buna baxmayaraq, Torpe növbəti oyunda 97 yard uzaqlıqda yenidən qol vurmağı bacarmışdır. Torpe 1911-12-ci illərdə Amerikanın milli komandasına seçilmişdir.
Oyun zamanı gələcəkdə ABŞ prezidenti olacaq Dvayt Eyzenhaver Torpeye mane olmağa çalışarkən dizini zədələmişdir. Eyzenhaver 1961-ci ildə etdiyi bir çıxışda Torpe haqqında demişdir: "Zaman-zaman doğuşdan üstün istedadlara sahib insanlarla qarşılaşırıq. Ağlıma Cim Torpe gəlir... Həyatında bir dəfə də olsun məşqə çıxmayıb, amma bu günə qədər gördüyüm futbol oyunçularından daha yaxşı oynaya bilirdi."
Futbol Torpenin ən çox sevdiyi idman növü idi və həmişə elə olaraq qaldı. Torpe atletika eniş zolağına ara-sıra çıxıb yarışırdı. Yenə də Torpe əsl görkəmini atletika ilə qazanmışdır.
Olimpiya qəhrəmanı
İsveçin paytaxtı Stokholmda keçirilən Yay Olimpiya Oyunlarında (1912) proqrama iki yeni atletika növü qoyulmuşdu: "Pentatlon" və "dekatlon". 1906-cı ildə keçirilən Yay Olimpiya Oyunlarında antik Yunan oyunlarındakına bənzər bir "pentatlon" qarşılaşması edilmişdi, lakin 1912-ci ildə keçirilən "pentatlon" qarşılaşmaları uzun tullanma, nizə atma, 200 metr qısa məsafəyə qaçış, disk atma və 1500 metr qaçış sahələrindən yaradılmışdı.
1880-ci ildən bəri ABŞ-da aparılmasına və Sankt-Luisdəki (1904) Yay Olimpiya Oyunlarında bir növ "dekatlon" qarşılaşması yer almasına baxmayaraq, "dekatlon" qarşılaşmaları atletika içində yeni bir növ idi və ABŞ olimpiadalarındakı "dekatlon" variantından fərqli idi. Karlisdə atletika yığmasında bir çox nominasiyada yarışan Torpe kimi çoxistiqamətli bir atlet üçün bu iki yeni qarşılaşma o qədər də çətin deyildi. Bu səbəbdən Torpe həm "pentatlon", həm də "dekatlon" üçün ABŞ Olimpiya Seçmələrində iştirak etdi.
Üç qarşılaşmanı qazanaraq şərq regionu seçmələrini asanlıqla qazanan Torpe aralarında daha sonra beynəlxalq olimpiya komitəsi sədri olacaq Yeyveri Brendecin də iştirak etdiyi "pentatlon" komandasına seçilib. "Dekatlon" komandası üçün yalnız bir neçə namizəd olması səbəbindən seçmələr ləğv edilib. Torpe olimpiadada olacaq ilk və yeganə "dekatlon" qarşılaşmasına qatılacaqdı.
Torpenin olimpiadalardakı qarşılaşma proqramı olduqca dolu idi, çünki "pentatlon" və "dekatlon" ilə yanaşı uzun tullanma və yüksək tullanma növlərində də yarışırdı. İlk qarşılaşma "pentatlon"-də oldu və beş fərqli filialın dördünü öndə bitirən Torpe 1912-ci ildən əvvəl heç oynamadığı nizə atma yarışında üçüncü yerin qalibi oldu. Müsabiqə nəticələri görüşlərdə sıralama xallarına görə müəyyən edilsə də, əldə edilən dərəcələrə görə də qiymətləndirmə aparılırdı. Torpe özündən sonra gələn norveçli rəqibi Ferdinand Bieni 400 xal qabaqlayaraq 4041.530 xal ilə "pentatlon"da birinci oldu.
"Pentatlon" qızıl medal qazandığı gün, yüksək tullanma finallarına qoşulmağa da haqq qazandı. Finalda dördüncü olan Torpe uzun tullanmağı da yeddinci olaraq tamamladı. Torpenin son qarşılaşması olan "dekatlon"da rəqibi ev sahibi Hüqo Vislander idi. Lakin Torpenin qarşısında davam gətirməyən Vislander qarşılaşmada ondan 700 xal geri qaldı. Torpe on oyun növünün dördündə birinci oldu.
O zamankı adətlərə görə, medallar atletlərə oyunların bağlanış mərasimində verilirdi. İki qızıl medalla yanaşı Torpe "dekatlon" üçün İsveç Kralı V Qustav və "pentatlon" üçün Rus Çarı II Nikolay tərəfindən verilən iki ayrı uğur mükafatını də qazandı. Kral Qustavın Torpeyə mükafatını verərkən "Cənab, siz dünya üzərindəki ən böyük atletsiniz!" və Torpenin cavabında "Təşəkkürlər, Kral" söylədiyi deyilir.
Torpenin uğuru ölkəsində də diqqətləri çəkdi və öz ölkəsinə qayıtdıqda Nyu-York şəhərinin məşhur Brodvey bulvarında alqışlarla qarşılandı. Torpe daha sonralar bu qarşılanmağa belə fikir bildirmişdir: "İnsanların qışqıraraq adımı dediklərini eşitdim və anlaya bilmirdim ki, bir nəfərin necə bu qədər dostu ola bilər ".
Torpe 1912-ci il Olimpiya Oyunlarında atletika ilə yanaşı, ABŞ atletlərindən ibarət olan iki komandanın apardığı iki beysbol şou qarşılaşmasının birində də iştirak etmişdir. Bu Torpenin beyzbolda ilk sınağı idi.
Peşəkarlığının elanı
1913-ci ildə keçirilən olimpiyadalara qatılan atletlərin həvəskar olması məsələsində çox qatı qaydalar var idi. Yarışdıqları üçün pul mükafatı alanlar, idman müəllimləri və daha əvvəl peşəkarlara qarşı yarışmış olanlar həvəskar idmançı sayılmırdı və olimpiyadalarda iştiraklarına icazə verilmirdi.
1913-cü il yanvar ayının sonlarına doğru ABŞ qəzetləri Torpenin daha əvvəl peşəkar beysbol oynadığı haqqında iddialar dərc etdilər. İlk olaraq hansı qəzetin bu iddianı gündəmə gətirdiyi məlum olmasa da, ən erkən təzyiq "Providence Times" qəzetinə məxsusdur, lakin iddiaların əvvəl "Vuster Teleqram" qəzetində dərc olunduğu deyilir. Həqiqətən də, Torpe 1909-10-ci illərdə Roki Maunt, Şimali Karolinada Şərqi Karolina Liqasında peşəkar beysbol oynamış və bunun qarşılığında da az miqdarda pul almışdır. Kollec oyunçuları, həqiqətən, müntəzəm olaraq yayda vaxtlarını peşəkar oyuna sərf edirdilər, lakin əksər oyunçulardan fərqli olaraq Torpe uydurma təxəllüsdən istifadə etmirdi.
İctimaiyyət Torpenin keçmişi ilə çox maraqlanmasa da Həvəskar Atletika Birliyi (Amateur Grand Union - AAU), xüsusən birliyin katibi Ceyms E.Sullivan bu hadisəni çox ciddiyə almışdır. Torpe Sullivana yarı-peşəkar olaraq beysbol oynaması ilə bağlı bir məktub göndərmişdir.
...Yalnız sadə bir yerli məktəb uşağı olduğum və belə şeylər haqqında bir şey bilmədiyim həqiqətinə görə, qisməndə olsa üzrlü görəcəyinizi ümid edirəm. Həqiqətən də, səhv bir şey etdiyimi bilmirdim, çünki bildiyim bir çox kollec tələbəsinin etdiyini edirdim, ancaq onlar öz adlarını istifadə etməmişdilər...
Məktubunun heç bir faydası olmadı və Həvəskar Atletika Birliyi keçmişə əsaslanaraq Torpenin həvəskarlığının ləğvinə qərar verdi və "İOC"n da eyni şəkildə davranmasını təklif etdi. Eyni ildə "İOC" ümumi qərar ilə Cim Torpenin bütün olimpiya medallarını, mükafatlarını geri aldı və onu peşəkar idmançı elan etdi.
Torpe pul qarşılığı ilə oynamasına baxmayaraq, kənarlaşdırılması qanundan kənar idi. 1912-ci ildə Olimpiyadanın qaydasına görə, hər hansısa bir narazılığa oyunların bağlanış mərasimindən sonra 30 gün ərzində baxılmalı idi. İddiaların qəzetlərdə yayımlanması 1913-cü il yanvar ayında, yəni Stokholm oyunlarının sonundan altı ay sonraya uyğun gəlir. Burdan "AAU" və "IOC"-da olan məsul şəxslərinin bu qaydadan xəbəri olmadığı və ya bilərəkdən nəzərə almadıqları anlaşılır.
Bu hadisənin Torpe üçün yeganə müsbət tərəfi peşəkar olduğunun elanından sonra Amerika Milli Beysbol Liqasındakı komandalardan təkliflər almasıdır.
Beysbol, Amerika futbolu və basketbol
1913-cü ildə Nyu-York "Giants" beysbol komandası ilə razılığa gələn Torpe üç mövsüm ərzində fasilələrlə xarici sahə oyunçusu kimi fəaliyyət göstərdi. 1916-cı il mövsümündə heç oyuna çıxmayan Torpe 1917-ci ildə beysbol oynamaq üçün "Giants" komandasına geri döndü, lakin mövsümün əvvəllərində "Cincinnati Reds" komandasına satıldı. Eyni mövsümün sonlarına doğru "Giants" komandasına geri satılan Torpe 1918-ci ildə də Giants komandanda fasilələrlə oynadı. 1919-cu il 21 may tarixində də Pat Raqan ilə transfer edilərək "Boston Braves" komandasına qoşuldu. Sıradan beysbol karyerası olan Torpe 91 vuruş etmişdir. Bunun 82-ni konkret olaraq vura bilmiş və 289 oyunda vuruş hesablaması 0,252 olmuşdur. 1922-ci ilə qədər ikinci liqalardakı komandalarda beysbol oynamağa davam etmişdir.
Həmin dövrdə Torpe Amerikan futbolunu da buraxmamışdır. 1915-ci ildə "Canton Bulldogs" komandası ilə müqavilə imzalayan Torpe oyun başına o dövr üçün həddindən çox sayıla biləcək bir rəqəm olan 250 dollara anlaşmışdı. Uğurlu olan komanda 1916, 1917 və 1919-cu illərdə çempion olmuşdu. 1920-ci ildə "Bulldogs" komandası "Amerikan Professional Amerikan Futbolu İttifaqı"nı (American Professional Football Association - APFA) təşkil edən on dörd komandadan biri olmuşdur. Bu birlik iki il sonra Amerika Milli Futbol Liqasına (National Football League - NFL) çevrildi. Torpe "Canton" komandasında oynamağa və eyni zamanda başqa komandada müəllimlik etməyə davam edərkən APFA-nın ilk sədri seçilmişdir. 1921-ci ildən 1923-cü ilə qədər Torpe La Rue, Ohayoda tamamilə Amerikan yerlilərdən ibarət olan "Oorang Indians" komandası üçün oynamışdır.
Torpe 1920-1928-ci illər arasında altı müxtəlif komandada oynadısa da, heç bir çempionat sırasında yer almamışdır. 52 NFL oyunu oynadıqdan sonra 41 yaşında ikən peşəkar Amerikan futbolunu buraxmışdır.
Thorpe idman dünyasında fəal olmağa davam etdi. Son zamanlar basketbol idmanı ilə də məşğul olduğuna dair sübutlar vardır. "Cim Thorpe və dünya şöhrətli yerliləri" adı altında iki il ərzində (1927-1928) Nyu-York, Pensilvaniya və Marion, Ohayoda qəsəbə qəsəbə gəzmişlər. Həyatının bu dövrünə aid çox az qeydə rast gəlməsi səbəbilə 2005-ci ilə qədər Torpenin bioqrafiyasını yazanlar basketbol karyerasından xəbərsiz idi.
Həyatının son dövrü və ölümü
Torpe 1913-cü ildə Karlisdə tanıdığı Iva Miller ilə evlendi. Cütlüyün 4 uşağı olmuşdur: Cim Cr (2 yaşında öldü), Qeyl, Şarlotta və Qraçiya. Torpenin zaman zaman çox içki içməsi böyük ehtimalla cütlüyün 1924-ci ildə boşanmasının başlıca səbəbi olmuşdur.
Torpe 1926-ci ildə Frida Kirkpatrik ilə evlənmiş və 4 oğlu olmuşdur: Karl, Uilyam, Riçard və Con. İdman həyatı başa çatdıqdan sonra Torpe ailəsini saxlamaq üçün çalışmışdır. İdmandan başqa işdə işləməyə çətinlik çəkən Torpe heç vaxt bir işdə uzun müddət qala bilməmişdir. Böyük böhranın da işləri çətinləşdirməsi Torpenin işdən işə keçməsinə səbəb olmuşdur. Müxtəlif kino filmlərində aktyor kimi iştirak etmiş, xüsusilə də kovboy filmlərində yerli şef rolunu oynamışdır. 1945-ci ildə bir inşaat işçisi, federal işçi kimi çalışmış, 1945-ci ildə qısa müddətə kommersiya yüklərini daşıyan gəmilərdə ekipaj olaraq çalışmışdır. Bundan dörd il əvvəl də xanımı Torpedən boşanmışdı.
1950-ci illərdə pulsuz qalan Torpe dodaq xərçəngi səbəbilə xəstəxanaya yatırıldı.
Üç il sonra üçüncü xanımı Patrisia Askev ilə Lomita, Kaliforniyadakı evində axşam yeməyi yeyərkən üçüncü infaktını keçirmiş, süni tənəffüs ilə qısa müddət həyata qaytarıldıqdan sonra şüurunu yenidən itirmiş və 1953-cü il mart ayının 28-də 65 yaşında vəfat etmişdir.
Öldükdən sonra
Torpenin üçüncü xanımı Patrisia kiçik Pensilvaniya qəsəbəsi Mauch Chunkun ümidsiz bir şəkildə iş imkanlarını artırmağa çalışdığını eşidəndə qəsəbə ilə bir müqavilə bağladı. Torpenin cənazəsini satın alan qəsəbə onun adına bir abidə ucaltdı və qəsəbənin adını Cim Torpe olaraq dəyişdirdi. Üzərində İsveç Kralı V Gustavın çıxışının yazılı olduğu abidə hələ də qəsəbədədir.
Torpe mətbuatdan da böyük rəğbət qazanmışdı. 1950-ci ildə "Associated Press" tərəfindən idman yazarları arasında keçirilən sorğuya görə, Torpe 20-ci əsrin ilk yarısının ən böyük atleti seçilmişdir. Həmin dövrdə başqa bir sorğuda də ən yaxşı Amerika futbolu oyunçusu seçilmişdir. 20-ci əsrin sonuna doğru Cim Torpenın adı yaddaşlardan silinməyə başlasa da, "əsrin atleti" sıralamasının çoxunda hələ də üst sıralarda yer alırdı.
1951-ci ildə Torpe hələ həyatda ikən, məşhur Kasablanka filminin rejissoru Maykl Kurtizin rejissorluğu ilə Burt Lankasterin baş rolu oynadığı "Cim Torpe: All-American" adlı film çəkilmişdir. 1931-ci ildə film haqlarını "Metro-Goldwyn-Mayer" 1.500 dollar qarşılığında satan Torpenin filmdən heç bir qazancı olmamışdır.
1963-ci ildə Cim Torpe NFL-in ən böyük şərəf mükafatı olan "Peşəkar Amerikan futbolu xatirə evi"nə qəbul edildi. Hər nə qədər "Xatirə Evi"nə alınan ilk oyunçu olduğu deyilsə də, əslində ilk alınan oyunçu Çikaqo Bears komandasının təsisçisi, sahibi və oyunçusu olan Corc Halasdır. "Xatirə Evi"ndə həmçinin oyunçunun bir heykəli də var.
1986-ci ildə Cim Torpe mükafatı kollec amerikan futbolunda ən yaxşı geri müdafiə oyunçusuna verilməyə başlandı. 1999-cu ildə ən son oyununun üzərindən 81 il, ölümünün üzərindən 46 il keçmiş olmasına baxmayaraq, "The Sporting News" qəzetinin ən böyük 100 amerika futbolu oyunçusu siyahısında 88-ci sırada yer almışdır. NFL qurulmadan əvvəl peşəkar futbol oynayıb siyahıya alınan yeganə oyunçudur.
Titulların geri verilməsi
İllər boyu, ilk dəfə Torpenin həyatdakı yeddi uşağından birinin təşəbbüsü ilə olimpiya titullarının geri verilməsi istiqamətində iş başladıldı. Bunların arasında ən israrlı olanı, Robert Uiler və Florençiya Ridlonun cəhdidir. Nəticə olaraq həm AAU həm də Amerika Birləşmiş Ştatları Olimpiya Komitəsinin (United States Olympıc Committee -usoc) qərarlarını dəyişdirməsi və Torpeyə 1913-ci ildən əvvəlki həvəskar statusu qaytarılması istiqamətində uğurlu olmuşlar.
1982-ci ildə Cim Torpe fondunu yaratmış, ABŞ Konqresinin dəstəyini də almışlar və bu dəstəklə birlikdə 1912-ci ildə Torpenin uzaqlaşdırılmasının 30 günlük müddətdən kənar olduğu faktlarını da göstərərək Torpeyə adlarını geri qaytarmaq üçün daha əvvəl heç bir təşəbbüs etməmiş olan "IOC"nin də diqqətini çəkməyi bacardılar.
1982-ci ilin oktyabrında "IOC" icra qurulu Torpeyə titullarının geri qaytarılmasına qərar verdi. Lakin qeyri-adi bir qərarla Bie və Vislander birlikdə birinci elan edildi. 1983-cü il yanvar ayının 18-də keçirilən bir mərasimdə Torpenin uşaqlarından ikisi olan Qeyl və Billə xatirə medalları təqdim edildi. Orijinal medallar muzeylərdə saxlanılsa da, oğurlanmış və hələ də tapılmamışdır.
İstinadlar
- ↑ Magill. pg. 2320
* Gerasimo and Whiteley. sayfa. 28
* World-Class Athlete Jim Thorpe Was Born May 28, 1888, americaslibrary.gov, 22 Nisan 2008'de erişildi. - ↑ O'Hanlon-Lincoln. sayfa 129
- ↑ Jim Thorpe Is Dead On West Coast at 64, The New York Times, 29 Mart 1953, 22 Nisan 2008'de erişildi.
- O'Hanlon-Lincoln. sayfa. 131
- Jim Thorpe – Fast facts 2007-10-21 at the Wayback Machine, cgmworldwide.com, 22 Nisan 2008'de erişildi.
- ↑ Jim Thorpe - Olympic Hero and Native American 2011-06-21 at the Wayback Machine, olympics30.com, 22 Nisan 2008'de erişildi.
- ↑ Hoxie. sayfa 628
- ↑ Botelho, Greg. Roller-coaster life of Indian icon, sports' first star, CNN.com, 14 Temmuz 2004, 22 Nisan 2008'de erişildi.
- Encyclopedia of World Biography. Jim Thorpe, Thomson-Gale, Haziran 2005, 22 Nisan 2008'de erişildi.
- . 3 Kasım 2012 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 2008-04-15.
- Indian Thorpe in Olympiad.; Redskin from Carlisle Will Strive for Place on American Team., The New York Times, 28 Nisan 1912, 22 Nisan 2008'de erişildi.
- Jeansonne. sayfa: 60
- ↑ Jim Thorpe, usoc.org, 22 Nisan 2008'de erişildi.
- O'Hanlon-Lincoln. sayfa. 144
* Jim Thorpe, profootballhalloffame.com, 22 Nisan 2008'de erişildi. - ↑ Flatter, Ron. Thorpe preceded Deion, Bo, ESPN.com, 22 Nisan 2008'de erişildi.
- ↑ Anderson, Dave. Jim Thorpe's Family Feud, The New York Times, 7 Şubat 1983, 22 Nisan 2008'de erişildi.
- Schaffer and Smith. sayfa 50
- Rogge, Johnson, and Rendell. sayfa 60
- Jim Thorpe's Speed Big Hit In A.A., The Janesville Daily Gazette , 10 Temmuz 1916, 22 Nisan 2008'de erişildi.
- Jim Thorpe, baseball-reference.com, 22 Nisan 2008'de erişildi.
- Neft, Cohen, and Korch. sayfa 18
- Neft, Cohen, and Korch. sayfa 20
- Neft, Cohen, and Korch. sayfa 34
- pbs.org22 Nisan 2008'de erişildi.
- List of marriages, divorces, births, and deaths, TIME, 6 Nisan 1925, 22 Nisan 2008'de erişildi.
- Associated Press (March 7 2007). "Freeda Thorpe, former wife of Jim Thorpe, dies at 101, Seattle Post-Intelligencer"]. Erişim tarihi: 22 Nisan 2008.
- O'Hanlon-Lincoln. sayfa: 144–5
- Briefs, TIME, 22 Şubat 1943, 22 Nisan 2008'de erişildi.
- Associated Press. Thorpe Has Cancerous Growth Removed From Lip in Hospital at Philadelphia, The New York Times, 10 Kasım 1951, 22 Nisan 2008'de erişildi.
- O'Hanlon-Lincoln. sayfa 148
- Associated Press. Top 100 athletes of the 20th century, USA Today, 21 Aralık 1999, 22 Nisan 2008'de erişildi.
- Top N. American athletes of the century, espn.com, 22 Nisan 2008'de erişildi.
- Landrum. sayfa 17.
- O'Hanlon-Lincoln. sayfa 145
- Anderson, Dave. Jim Thorpe's Medals, The New York Times, 22 Haziran 1975, 22 Nisan 2008'de erişildi.
- O'Hanlon-Lincoln. sayfa: 132
Ədəbiyyat
- The Best of the Athletic Boys: The White Man's Impact on Jim Thorpe, Jack Newcombe, 1975.
- Jim Thorpe, the Legend Remembered, Rosemary Kissinger Updyke, 1997
- In the Matter of Jacobus Franciscus Thorpe, The 1912 Olympic Games - Results for All Competitors in All Events, with Commentary içinde, Bill Mallon and Ture Widlund, 2002.
- The Complete Book of the Summer Olympics (Sydney 2000 Edition) David Wallechinsky, 2000.
- Jim Thorpe: The World's Greatest Athlete Robert W. Wheeler, 2003
- History Detectives: The Jim Thorpe Ticket PBS, 2005.
Həmçinin bax
Xarici keçidlər
- Why Are Jim Thorpe's Olympic Records Still Not ...
- Jim Thorpe
- JIM THORPE
- Jim Thorpe: The Worlds Greatest Athlete