Wikipedia
11 sentyabr
Avqust – Sentyabr – Oktyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
11 sentyabr — təqvim ilinin 254-cü günü (uzun illərdə 255-ci). İlin sonuna 111 gün qalır.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1823 – Ingilis iqtisadçısı David Rikardo vəfat edib.
- 1830 - Ekvador dövlətinin yaranması
- 1853 – İlk dəfə teleqraf xətti işləmişdir.
- 1881 – İsveçdə yer sürüşməsi nəticəsində 1200-ə yaxın insan həlak olur.
- 1888 – Torontodakı sənaye sərgisində ilk dəfə olaraq təkrar edilmək üçün insan səsi yazılmışdır.
- 1914 – Rusiya Ordusu Avstriya-Macarıstan üzərində qələbə çalır.
- 1926 – İtaliya lideri Benito Mussoliniyə qarşı uğursuz sui-qəsd edilir.
- 1944 – İkinci dünya müharibəsi dövründə ABŞ qoşunları müttəfiq qoşunları arasında ilk olaraq Almaniya ərazisinə daxil olmuşdur.
- 1954 – ABŞda ilk gözəllik müsabiqəsi keçirilir.
- 1962 – Rəsmi Moskva Kennediyə Kuba barədə xəbərdarlıq edir (Karib böhranının ilkin əlaməti)
- 1973 – Auqusto Pinoçetin rəhbərliyi altında Çilidə dövlət çevrilişi baş verir. Ölkə prezidenti Salvador Alyende çevriliş zamanı qətlə yetirilir.
- 1980 – Çilidə keçirilən referendumda general Auqusto Pinoçetin prezidentlik dövrü səkkiz il uzadılır.
- 1990 – Prezident Corc Buş (ata) "Dünyada yeni sistem" barədə danışır.
- 2001 – ABŞ-da 11 sentyabr terror aktı: Dünya Ticarət Mərkəzinin əkiz qüllələri və ABŞ Müdafiə Nazirliyinin binası təyyarə hücumlarına məruz qaldı, 2 metro stansiyası yararsız hala düşdü.
- 2003 – Aşqabadda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 11-ci iclası keçirilir.
- 2008 – ABŞ Konqresində Cənubi Qafqazla bağlı dinləmələr keçirilir.
- 2008 – La Manş tunelində yanğında onlarla insan xəsarət alır.
Azərbaycanda olan hadisələr
- 1992 – Azərbaycan Respublikası Qana ilə diplomatik əlaqələr qurmuşdur.
- 2003 – Almaniya Azərbaycana prezident seçkiləri üçün 5 min ədəd şəffaf seçki qutusu hədiyyə edir.
- 2003 – Azərbaycanın Xarici İşlər Naziri Vilayət Quliyevin Türkiyəyə rəsmi səfəri başlayır.
- 2006 – Azərbaycan Prezidenti İlham Əliyevin İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu ilə görüşü.
- 2006 – Ekmələddin İhsanoğlu Qafqaz Müsəlmanları Ruhani İdarəsinin "Şeyxülislam" ordeni ilə təltif olunur.
- 2007 – Azərbaycan və Çexiya Maliyyə Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanır.
- 2007 – Azərbaycanın Makedoniya Respublikasında səfirliyi – Türkiyədəki səfir həm də Makedoniya Respublikasında diplomatik fəaliyyət göstərir
- 2008 – Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana səfəri baş tutur.
Doğumlar
- 1851 – İsmayıl Qaspıralı – məşhur pedaqoq, naşir və türkoloq (ö:1914).
- 1937 – İosif Kobzon – müğənni.
- 1966 – İn-Qrid – müğənni.
- 1966 – Lada Dens – müğənni.
- 1976 – Fidan Hacıyeva - opera müğənnisi, Azərbaycanın Xalq Artisti.
- 1988 – Bağırov Ayaz Cavanşir oğlu.
- 1965 - Bəşər Əsəd - Suriya prezidenti.
Ölümlər
- 1948 – Məhəmməd Əli Cinnah – Pakistan general-qubernatoru,ölkənin qurucu şəxsiyyəti
- 1970 – Nikita Xruşşov – Sovet İttifaqı rəhbəri
- 1973 – Salvador Alyende – Çili prezidenti (çevriliş zamanı qətlə yetirildi)
Bayramlar və xüsusi günlər
- Dünya Kataloniya günü