Wikipedia
2 aprel
2 aprel — Qriqorian təqvimi ilə ilin 92 — ci (uzun illərdə 93 — cü) günü.
Əhəmiyyətli hadisələr
- 1917 — ABŞ Birinci Dünya müharibəsinə qoşuldu.
- 1918 — Van rus və erməni işğalından xilas edilir.
Dünyada olan hadisələr
Azərbaycanda olan hadisələr
- 1992 — Azərbaycan Respublikası Çin ilə diplomatik əlaqələr qurmuşdur.
- 1992 — Azərbaycan Respublikası Yunanıstan ilə diplomatik əlaqələr qurmuşdur.
- 1992 — Azərbaycan Respublikası Danimarka ilə diplomatik əlaqələr qurmuşdur.
- 1993 — Azərbaycan Respublikasının ərazisi olan Kəlbəcər rayonu Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Doğumlar
- 1725 — Cakomo Kazanova — italyan dələduzu.
- 1805 — Hans Xristian Andersen — danimarkalı məşhur nağılbaz.
- 1840 — Emil Zolya — fransız yazıçı.
- 1875 — Volter Kraysler — amerikalı sənayeçi.
- 1899 — Peyami Safa — türk roman və hekayə yazıçısı.
- 1927 — Ferents Puşkaş — Macarıstanın məşhur futbolçusu.
- 1928 — Serj Gensbur — Fransa şairi, bəstəkarı, müğənnisi, aktyoru, ssenaristi və kinorejissoru.
- 1939 — Marvin Gey — amerikalı müğənni, aranjemançı, bəstəkar və prodüser.
- 1977 — Maykl Fassbender — milliyətcə həm Alman, həm də İrland olan aktyor.
Ölümlər
- 1872 — Samuel Morze — amerikalı portret və tarixi səhnələr rəssamı, tək telli teleqraf sisteminin, Morze əlifbasının yaradıcısı.
- 1891 — Əhməd Vəfik paşa — məşhur Osmanlı dövlət xadimi, diplomat, dramaturq və Tanzimat dövrü tərcüməçisi idi.
- 1948 — Səbahəddin Əli — Türkiyə şairi və yazıçısı.
- 1974 — Jorj Pompidu — Fransanın 19 — cu prezidenti
- 2005 — Papa II İohan Pavel — Roma Papası, ilahiyyat elmlər doktoru.
- 2012 — Fatma Nəslişah Sultan — son Osmanlı padşahı VI Mehmed (Sultan Vahidəddin)və son xəlifə II Əbdülməcidin nəvəsi
- 2016 — Murad Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı.
- 2016 — Murad Məmmədov (şəhid) — "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı kavaleri.
- 2016 — Ülvin Məmmədov — "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı kavaleri.
- 2016 — Sarvan Mehralıyev — "İgidliyə görə" medalı kavaleri.
- 2016 — Əbu Bəkir İsmayılov — "Azərbaycan Bayrağı" ordeni kavaleri.
- 2016 — Rasim Məmmədov (şəhid) — "Qüsursuz xidmətə görə" II dərəcəli medalı kavaleri.
- 2016 — Raquf Orucov — "İgidliyə görə" medalı kavaleri.
- 2016 — Mirzə Novruzov — "Vətən uğrunda" medalı kavaleri.
- 2016 — Urfan Vəlizadə — "Azərbaycan Bayrağı" ordeni kavaleri.
- 2016 — Elnur Əliyev — "Vətənə xidmətə görə" ordeni III dərəcəli kavaleri.
Bayramlar və xüsusi günlər
- Beynəlxalq Uşaq Kitab Günü
- Dünya Autizm Məlumatlandırma Günü