Vera Lantratova
Vera Lantratova (rus. Ве́ра Лантра́това; doğ. 11 may 1947, Bakı, Azərbaycan SSR, SSRİ — 20 aprel 2021) — keçmiş sovet voleybolçusu, SSRİ yığmasının və Neftçi klubunun oyunçusu. Olimpiya, dünya və Avropa çempionu. SSRİ əməkdar idman ustası (1991).
Vera Lantratova | ||
Şəxsi məlumatlar | ||
---|---|---|
Vətəndaşlığı | SSRİ → Rusiya | |
Doğum tarixi | 11 may 1947 | |
Doğum yeri | Bakı Azərbaycan SSR | |
Vəfat tarixi | 20 aprel 2021 (74 yaşında) | |
Boyu | 1.74 sm | |
Çəкisi | 72 kq | |
Zərbəsi | ??? sm | |
Bloкu | ??? sm | |
Mövqeyi | Hücumçu | |
Klub karyerası | ||
İl | Klub | |
????–???? | Neftçi | |
Milli komanda karyerası | ||
İl | Komanda | |
1967–1970 | SSRİ |
Həyatı
Klub səviyəsində yalnız Bakının "Neftçi" komandasında çıxış edib. Bu komandanın heyətində SSRİ çempionatının ikiqat bürünc mükafatçısı olub. 1967-ci ildə Azərbaycan SSR milli komandasının heyətində SSRİ çempionatının və SSRİ xalqları Spartakiadasının gümüş mükafatçısı olub.
1966-cı ildə gənc komandalar arasında Avropa çempionu olub. 1967-1970-ci illərdə SSRİ yığmasında çıxış edib. Yığmanın heyətində Olimpiya (1968), dünya (1970) və Avropa (1967) çempionu olub.
Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) məzunudur (1971).
İdmançı karyerasını bitirdikdən sonra Bakı Ali Partiya Məktəbində (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) kafedra müdiri işləyib. Sonralar Leninqrada köçüb və orada orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyib.
İstinadlar
- ↑ . Sports-reference.com. 2020-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-23.
- ↑ "ЛАНТРАТОВА ВЕРА СТЕПАНОВНА (СССР)". Sportbiography.ru.[ölü keçid]
- ↑ "ЛАНТРАТОВА (ГАНЖЕНКО) Вера Степановна". İnfosport.ru.