| Sülü bəy Zülqədər | |
|---|---|
| türk. Sevli Bey | |
| 1386 – 1389 | |
| Əvvəlki | Qarsəddin Xəlil bəy |
| Sonrakı | Sədəqə bəy |
| Şəxsi məlumatlar | |
| Vəfat tarixi | 1398 |
| Vəfat yeri | Maraş yaxınlığında yerləşən yaylaq |
| Fəaliyyəti | monarx |
| Atası | Zeynəddin Qaraca bəy Zülqədər |
| Uşaqları | Sədəqə bəy Əminə Xatun (mübahisəli) |
Sülü Şaban bəy Qaraca bəy oğlu Zülqədər (türk. Şaban Süli Bey), həmçinin Süli bəy (türk. Süli Bey) və ya Sevli bəy (türk. Sevli Bey; v. 1398) — 1386-cı ildən 1398-ci ilə qədər Zülqədəroğulları bəyliyinin üçüncü hökmdarı. O, bəyliyin qurucusu və ilk hökmdarı, türkman tayfa başçısı Qaraca bəyin (hakimiyyəti: 1337–1353) oğlu idi. Qaraca bəy Anadolunun cənubu və Suriyanın şimalında Məmlük sultanlığının vassalı olaraq bəyliyi qurmuşdu. Qaraca bəydən sonra digər oğlu Xəlil bəy hakimiyyətə gəlmişdir.
1386-cı ildə Xəlil bəyin Məmlük sultanı (1382–1389, 1390–1399) tərəfindən öldürülməsindən sonra Şaban Sülü bəy bəyliyin hökmdarı olmuşdur. Əvvəlcə Məmlüklər Sülü bəyi taxtdan salmağa çalışmışdılar, lakin Sülü bəy Məmlüklərlə bir sıra toqquşmalarda iştirak etmiş və qələbə qazanmış, beləliklə sultanlığın şimal sərhədlərində sülhü təmin etmək üçün Məmlükləri onu bəy kimi tanımağa məcbur etmişdir. Bərkuk Sülü bəyin rəqiblərini dəstəkləməyə davam etmiş və 1389-cu ildə Sülü bəy dövlətə qarşı üsyana qoşulmuşdur. O, 1391-ci ilin yanvarında əfv olunmuşdur, lakin bu dəfə Əmir Teymur (hakimiyyəti: 1370–1405) ilə ittifaq quraraq Suriyaya hücum etmişdir. Sülü bəy 1395-ci ilin martında Məmlüklər tərəfindən böyük məğlubiyyətə uğradılmışdır. O, Xəlil bəyin siyasətini davam etdirərək 1398-ci ilə qədər hakimiyyətdə olmuş və o da sultan Bərkukun əmri ilə öldürülmüşdür. Bundan sonra Sülü bəyin oğlu Sədəqə bəy hakimiyyətə gəlmiş, lakin onun hakimiyyəti cəmi üç ay davam etmişdir. Osmanlı sultanı I Bayezid Sədəqə bəyi devirmiş və Xəlil bəyin oğlu Mehmed bəyi Zülqədəroğulları taxtına oturtmuşdur.
Erkən həyatı
| ]Qaraca bəyin dövründə
| ]Şaban Sülü bəy Məmlüklər tərəfindən regionun bir hissəsini idarə etmək hüququ verilmiş yerli türkman bəylərindən biri Zeynəddin Qaraca bəyin altı oğlundan biri idi. Onun qardaşları Xəlil bəy, Davud, İbrahim, Osman, İsa idi. Qaraca bəy Elxanlılar dövlətindən ayrılaraq türk-monqol zabiti Ərətna tərəfindən idarə olunan Ərətna bəyliyinin Mərkəzi və Şərqi Anadoluda ortaya çıxdığı dövrdə Zülqədəroğulları bəyliyini qurmuşdur.Məmlük sultanı Nəsrəddin Məhəmməd 1337-ci ildə Qaraca bəyi "Türkmanların əmiri" və Maraşdan Əlbistana qədər uzanan torpaqların kimi tanımışdır. Başqa bir lokal hökmdar – Taraqlı Xəlil bəy ibn Tarafi, daha əvvəl Ərətna bəyliyindən Əlbistanı ələ keçirmişdi. Bu, Qaraca bəyin siyasi mövcudluğuna təhdid yaratdığına görə Qaraca bəy Taraqlı Xəlil bəyə qarşı hücum etmiş, Əlbistan 1335-ci və ya 1337-ci ildə Zülqədəroğulları bəyliyi tərəfindən ələ keçirilmiş, Taraqlı Xəlil bəy məğlub edilmişdir. Beləliklə, Əlbistan dövlətin süqutuna qədər Zülqədəroğulları bəyliyinin paytaxtı olmuşdur. Qaraca bəy vəfat edənə qədər qonşuları ilə mübarizədə və Misir hökmdarlığına qarşı üsyanlarda iştirak etmişdir.

Zülqədəroğulları–Məmlüklər münasibətləri Qaraca bəyin Hələb ilə əlaqələri ilə sıx bağlı idi. Hələb valisi vəzifəsinə Arqunşahın təyin edilməsi illərdir gərgin olan münasibətləri düzəltmişdi. Buna baxmayaraq, tezliklə Qaraca bəyin Məmlüklərlə münasibətləri yenidən pisləşmişdi. 1347-ci ildə Qahirədə Əbu Məali Həsən hakimiyyətə gəlmiş və 1348-ci ilin martında Qaraca bəyin rəqibi Əriktayı yenidən Hələb valisi təyin etmişdir. Qaraca bəy bunu sultanın düşmənçilik əlaməti kimi qiymətləndirmişdi. O, Məmlük sultanlığında tez-tez hakimiyyət dəyişikliyi və çevrilişlər səbəbindən yaranan qeyri-sabitlikdən istifadə edərək əsl müstəqilliyə nail olmaq üçün yaxşı fürsət əldə etmişdir. 1349-cu ildə Qaraca bəyin müttəfiqi Arqunşahın öldürülməsi onun Məmlüklərə qarşı nifrətini daha da artırmışdı. O, tərəddüd etmədən Suriyada Qahirəyə qarşı bütün üsyanlara qoşulmağa başlamışdır.
1348-ci ildə Qaraca özünü məktublarında özünü "Məlik əz-Zahir" adlandırırdı. Həmçinin, həmin il qələbələrindən cəsarət alan Qaraca bəy "Məlik əl-Qahir" kimi öz müstəqilliyini elan etmişdir. 1352-ci ilin avqustunda Suriyada özünü sultan elan etmişdir, Qaraca bəy də bu üsyana qatılmış və məğlub etmişdir.Dəməşq valisi Arqun Kamil Qaraca bəyi cəzalandırmaq üçün Əlbistana yollanmışdır. Onun rəhbərliyi altında 10–25 min nəfər qoşundan ibarət Məmlük ordusu və Zülqədəroğullarına düşmən olan türkmanlar var idi. Məmlük ordusu Əlbistanı ələ keçirmiş, şəhəri və ətraf kəndləri yandırmışdır. Məmlük koalisiyasına qarşı dura bilməyəcəyini anlayan Qaraca bəy Düldül dağına çəkilmişdir. O, dağın ətəyində və aşırımında iyirmi gün Məmlük koalisiyası ilə toqquşmuşdur, lakin nəticədə məğlub olaraq döyüş meydanından qaçmışdır.
1353-cü ildə Kayseridə Qaraca bəy Ərətna hökmdarı I Qiyasəddin Məhəmməd bəyin sarayında sığınacaq tapmışdır. Məmlüklərin tələbi ilə o, zəncirlənərək 22 sentyabr 1353-cü ildə Hələbə göndərilmiş və buna görə Məhəmməd bəyə 500 min dinar ödənilmişdir. Qaraca bəyin oğullarından biri bədəvi lideri Cabbar ibn Müənna ilə Hələbə hücum edərək atasını xilas etmək üçün razılaşmışdı. Bu cəhd uğursuz olmuş və döyüşdə 700 nəfər həlak olmuşdur. Bu, sultan Salehi daha da qəzəbləndirmişdir. O, Qaraca bəyin Qahirəyə köçürülməsini tələb etmişdir. onu şəxsən danlamış və Qahirə qalasında həbs etmişdir. Qaraca bəy 48 gün həbsdə qaldıqdan sonra, 11 dekabr 1353-cü ildə işgəncə ilə öldürülmüşdür. Onun cəsədi üç gün ərzində asılı vəziyyətdə qalmışdır. Qaraca bəyin edam edilməsindən cəmi iki il sonra Xəlil bəyi Məmlük sultanı tərəfindən Zülqədəroğulları bəyi kimi tanınmışdır.
Xəlil bəyin dövründə
| ]Qaraca bəyin ölümündən sonra Xəlil bəy Məmlüklər tərəfindən yeni hökmdar kimi tanınmamışdı. Məmlük sultanı 1354-cü ildə Qahirədə Ramazanoğulları bəyliyinin hökmdarı Ramazan bəyyə Qaraca bəyin torpaqlarını idarə etmək hüququ vermiş, Məmlüklər Ramazan bəyi "Türkmanların əmiri" kimi tanımışdılar. Çukurovada Üçok tayfa konfederasiyasına rəhbərlik edən Ramazanoğulları bəyləri Zülqədəroğulları bəyləri və Xəlil bəyin təsiri altında olan qonşu Bozox tayfa konfederasiyasının üzərində hakimiyyətlərini qura bilməmişdilər. Daha çox toqquşmaların qarşısını almaq məqsədilə Məmlüklər 1355-ci ildə Xəlil bəyi Zülqədəroğulları bəyliyinin yeni hökmdarı kimi tanımışdılar.
Xəlil bəy öz hakimiyyəti dövründə Zülqədəroğulları bəyliyinin sərhədlərini genişləndirmiş, Məmlüklər və Ərətna bəyliyi ilə tez-tez qarşılıqlı əlaqədə olmuşdur. Xəlil bəyin atası kimi müstəqil olmaq və nüfuzunu artırmaq arzusu Zülqədəroğulları–Məmlüklər münasibətlərini gərginləşdirmişdir. Nəticədə, Xəlil bəyin nəzarətində olan ərazilər Maraş, , , Divriği, Malatya, Harput, , Amid və ibarət idi.
Xəlil bəy çox keçməmiş, Ərətnaoğulları və Məmlük sultanlığına qarşı müharibədə başlatmışdır. 1379-cu ilin sonunda Məmlüklər Dəməşqin valisi Baydəmir Xarəzminin komandanlığı altında Zülqədəroğulları bəyliyinə qarşı hərbi kampaniya təşkil etmişdilər. Bərkuk bəzi şəhərlərə yeni valilər təyin etmiş və bütün Suriya naiblərinə Xəlil bəyə qarşı mübarizə aparmaq üçün qoşunlarını gətirməyi əmr etmişdir. Həmçinin, Bərkuk verdiyi fərman ilə Xəlil bəyi vəzifəsindən azad edərək Əlbistana Malatyanın valisi Altunboğanı təyin etmişdir, Malatyaya isə Altunboğanın yerinə valisi Teymurbuğa Mintaş təyin olunmuşdur, lakin bu təyinatlar sadəcə de-yure olaraq qalmışdır və orduya Böyük Həciv Şögen rəhbərlik etmişdir. Birəcik valisi Sudun Muzəffəri və Malatyanın valisi Mintaş ordunun sıralarına qoşulmuşdular. Xəlil bəy və Sülü bəy rəhbərliyində olan Zülqədəroğulları ordusu Maraş yaxınlığında böyük qələbə qazanmışdır. Mintaş yaralanmış, Həciv Şögen döyüş meydanında həlak olmuş, Əlbistana çata bilməyən və oranın valisi təyin edilmiş Altunbuğa isə digər komandirlərlə birlikdə Hələbə qaçmışdır. Ramazanoğulları bəyliyi ilə birlikdə Xəlil bəy irəliləmiş, onu ilhaq etmiş və Hələbin ətrafını talan etmişdir.
Bərkuk 1381-ci ildə yeni ekspedisiya təşkil etmişdir və bu ekspedisiyada bütün Suriya naibləri iştirak etmişdir. Hələbə Dəməşq valisi Aşıq Teymur Mərdani, Hələb valisi İnal Yusuli, Həma valisi Daşteymur Qasımi, Safed valisi Daşteymur Əlai, Tərabülüs əş-Şam valisi Gümüşbuğa Yalbuğavi öz qoşunları ilə gəlmişdilər. Ordunun sıralarına Bozdoğanoğlu Ziyanülmülkün komandanlığı altında türkmanlar, ərəb və kürd qəbilələri də qoşulmuşdular. Çağdaş tarixçi bu nəhəng ordunun Antep vasitəsilə hərəkət etdiyini müşahidə etmişdir. Ordu 3 iyul 1381-ci ildə Maraşa yaxınlaşmışdır.
Xəlil bəyin qardaşı Sülü Şaban bəy şəhər yaxınlığında sərt yamaclar arasında pusquda dayanmışdı. Məmlük ordusu yaxınlaşan zaman dəstəsi ilə gözlənilməz bir hücum edərək kürd lideri Şərəfəddin Xəzərbanını əsir almışdır. 6 iyulda qanlı döyüş baş vermiş, bu döyüşdə Məmlük ordusu qələbə qazanmış və Maraşı ələ keçirmişdir. Sülü Şaban bəy Əlbistana çəkilmiş, lakin onu saxlaya bilməmişdir və ardınca Fərat çayını keçərək Xəlil tərəfindən möhkəmləndirilmiş Harputa çatmışdır, lakin Xəlil bəy Malatyaya qaçmışdır. Məmlük ordusu bir ay Əlbistanda qaldıqdan sonra Xəlil bəyin ardınca Malatyaya yönəlmişdir, lakin Fərat çayını keçə bilməmiş və bir müddət sonra Hələbə qayıtmışdılar.
Zülqədəroğulları bəylərinin məğlubiyyəti Ramazanoğulları bəyliyinin hökmdarı İbrahim bəyi Kozan valisi Tarıntay ilə əlaqə qurmağa sövq etmişdir. Onun vasitəsilə İbrahim bəy Zülqədəroğulları bəyliyinə yardım etdiyinə görə üzr istəmişdir. Məğlub olmuş və müttəfiqlərdən məhrum qalmış Xəlil bəy və Sülü Şaban Məmlük komandirlərinə tabe olmağa razılıqlarını bildirən məktub göndərmişdilər, lakin Zülqədəroğulları bəylərinin Məmlüklərə tabeliyi müvəqqəti olmuşdur. Zülqədəroğulları bəyliyi iki əsas şəhəri – Maraş və Əlbistanı itirmişdi, buralara vali kimi Ələddin Altunbuğa təyin edilmişdi və Xəlil bəy Harputda yaşamağa məcbur olmuşdur. Məmlük ordusu gedən kimi Zülqədəroğulları bəyləri Nur silsiləsi və Amik vadisi ətrafında köçəri türkman başçılarının dəstəyi ilə Hələbə yenidən hücum etmişdir. Şəhəri türkman hücumlarından qorumaq üçün 1382-ci ilin aprelində şəhərin valisi Yelbuğa Nəsiri ordusu ilə Zülqədəroğulları bəylərini izləmiş, onlar isə dağlara qalxaraq gizlənməli olmuşdur.
Ardıcıl məğlubiyyətlər Zülqədəroğulları sarayında qardaşlar arasında ixtilaflara səbəb olmuşdur, Məmlüklər isə bu daxili ailə məsələlərindən istifadə etmişdilər. İbrahim, Osman və İsa Məmlüklərin tərəfinə keçmişdilər. 4 aprel 1385-ci ildə Sülü Şaban bəy Hələb valisinin yanına gəlmişdir. Sülü bəyin Hələbdə olması xəbərini alan sultan Bərkuk onun həbs edilməsini və Qahirəyə göndərilməsini əmr etmişdir. Vali Yalbuğa Sülü bəyi Hələb qalasında həbs etmiş, lakin sultana məhbusun əfv edilməsini xahiş etmişdir. Buna baxmayaraq, Bərkuk Sülü bəyi Qahirədə görmək istəyirdi. Nəticədə, Sülü bəy Qahirəyə göndərilmiş, lakin elə həmin gün qaçmışdır. Tarixçilər güman edirlər ki, Sülü bəyin qaçmasında vali Yalbuğanın rolu olmuşdur.
Tezliklə, sultan Xəlil bəydən qurtulmaq qərarına gəlmişdir. O, türkman komandirlərindən biri və Xəlil bəyin qardaşı olan Səriməddin İbrahim Yağmuroğluna Xəlili öldürməyi tapşırmışdır. İbrahim saha əvvəl Məmlüklərdən Harputun hakimi kimi tanınmaq məqsədilə Qahirəyə getmişdi. 1386-cı il aprelin əvvəlində Hələbdən yola çıxan İbrahim Yağmuroğlu Antep ilə Maraş arasında yerləşən yaylaqda Xəlil ilə görüşə getmişdir, lakin başqa bir versiyaya görə, bu hadisə Harputda baş vermişdir. Razılaşmaya əsasən, onlar təkbətək görüşməli idilər, buna görə Xəlil bəy öz qvardiyasını kənarda qoymuşdur, İbrahim isə öz adamlarını əvvəlcədən pusquda gizlətmişdi. Xəlil bəy yaxınlaşan zaman onlar ona hücum edərək öldürmüşdülər. Onlar Xəlil bəyin kəlləsini kəsmiş və tezliklə geri çəkilmişdilər.
Hakimiyyəti
| ]İqtidara yüksəlməsi
| ]Sülü bəy Xəlil bəyin öldürülməsindən sonra Zülqədəroğulları bəyliyinin taxtına çıxmışdır. Məmlük sultanı Zülqədəroğulları bəyliyi sultanlığa birləşdirmək istəyirdi və o, bunun üçün Qaraca bəyin bütün varisləri neytrallaşdırmalı idi. Xəlil bəyin kəsilmiş kəlləsi Qahirəyə gətirilən zaman sultan Bərkuk dərhal Xəlil bəyin bütün qohumlarının həbsə atılmasını və nəzarətdə saxlanılmasını əmr etmişdir. Yalnız Sülü bəy azadlıqda qala bilmişdir. Onu tutmaq üçün Həma və Hümsdən toplanılmış qoşunlardan ibarət ordu Zülqədəroğulları bəyliyinə göndərilmişdir. Əlbistandan öz ordusu ilə çıxan Sülü bəy Məmlük ordusu ilə qarşılaşmışdır. Qanlı toqquşmada Məmlüklər məğlub olmuşdular. Döyüşdə Həma və valiləri, həmçinin Suriyadan olan on yeddi aşağı rütbəli sərkərdəsi həlak olmuşdur. Bu qələbə Qahirədə Sülü bəyin qardaşları İbrahim və Osmanın həbsdən azad edilməsinə səbəb olmuşdur. Sultanın planına görə, onlar Sülü bəyə rəqib olmalı idilər. Osman Sülü bəyə sadiq qalmış və onunla rəqabətə girməmişdir. İbrahim bin Yağmur Qahirədə Məmlük sultanının himayəsinə alınmışdır, lakin Məmlüklərə tabe olan Suriya türkmanlarının verdiyi dəstəyə baxmayaraq, 1387-ci ilin mayında Maraşda Sülü bəy tərəfindən məğlub edilmişdir. Nəticədə, Bərkuk başa düşmüşdür ki, sultanlığın şimal sərhədlərinin təhlükəsizliyi yalnız Sülü bəyin hökmdar kimi tanınması ilə təmin edilə bilər.
1388-ci ilin yayında Sülü bəyə qarşı Xəlil bəyin oğlu Nəsrəddin Mehmed çıxmışdır. Sülü bəyin tərəfində Malatyanın valisi Mintaş, Mehmedin tərəfində isə Kozanın valisi çıxış edirdi. Mintaş və Sülü bəy məğlub olmuş, Sülü bəy əmir Cüneydin yanına, Dəvəliyə sığınmışdır. Sülü bəy Qaramanoğulları bəyliyinin köməyi ilə Qazi Bürhanəddinə qarşı üsyan qaldıran əmir Cüneyidi dəstəkləmiş, lakin 1388-ci və ya 1389-cu ildə Qazi Bürhanəddin Dəvəlini mühasirəyə almış və əmir Cüneydin qüvvələrini məğlub etmişdir. Sülü bəyin qardaşı Davud da taxt iddiası irəli sürmüş və iyulda Bərkuk tərəfindən dəstəklənmişdir, ona "əmir əşərə" titulubu vermişdir, lakin o da uğur qazana bilməmişdir.
Məmlüklərlə mübarizə
| ]1389-cu ildə Bərkuka qarşı müstəqil Suriya dövlətini qurmaq üçün üsyan qaldırmışdır. O, Qazi Bürhanəddini və Mintaşı Məmlük sultanlığına qarşı ittifaq qurmağa çağırmışdır. Xəlil bəyin dostu və müttəfiqi olan Qazi Bürhanəddin Bərkuka qarşı ittifaq qurmağa hazır idi. Sülü bəy də üsyançıları dəstəkləmiş və onlara əlavə qüvvə göndərmişdir. Üsyançılar Suriyanı işğal edərək Qahirəyə yönəlmiş və Barququ Əl-Salih Hacı lehinə taxtdan imtina etməyə məcbur etmişdilər, lakin tezliklə Yalbuğa ilə Mintaş arasındakı ittifaq ləğv edilmiş və Qahirədəki döyüşlərdən sonra Mintaş Yalbuğanı üstələmişdir. Bərkuk həbs olunaraq Əl-Kərəkə sürgün edilmişdir, lakin taxta qayıtmaq üçün dəstək tapa bilmişdir. Bərkukun tərəfdarları qalanı ələ keçirərək Əl-Salih Hacını həbs etmişdilər. Beləliklə, 1390-cı ilin fevralında Bərkuk yenidən sultan olmuşdur. Sülü bəy Barququn hakimiyyəti bərpa olunduqdan sonra bir müddət Mintaşa sadiq qalmışdır. 1390-cı ildə Sülü bəy Antepi ələ keçirməyə cəhd etmişdir. O, 10,000-dən çox qoşun ilə şəhərə gəlmiş və Mintaşın komandanlığı altında min nəfər türkman ona qoşulmuşdur. 1390-cı ilin sentyabr sonunda Sülü bəy şəhəri fəth edərək qalanı mühasirəyə almışdır. O dövrdə qardaşı ilə birlikdə şəhərdə olan tarixçi mühasirə zamanı əhalinin yaşadıqlarını belə təsvir etmişdir:
| Antepi mühasirəyə alanlar insanları əzablara məruz qoyur, qadınları qaçırırdılar. Katapultlar qala divarlarını dağıdan əsnada əsgərlər qala komendantının rəhbərliyi altında böyük cəsarət və fədakarlıqla qalanı müdafiə edirdilər. İçməyə su yox idi, lakin heç kəs şikayət etmirdi. |
Mühasirə uzandıqda Sülü bəy Mintaşı tərk edərək Maraşa çəkilmişdir. Bərkuk Sülü bəy ilə Mintaşın ittifaqını dağıtmaq istəyirdi və buna görə də o, Sülü bəyə onun hökmdarlığını tanıdığını bildirmişdir. 1391-ci ilin yanvarına qədər Sülü bəy də sultanın hakimiyyətini tanımalı olmuşdur. Mintaş yeni Hələb valisi Qara Dəmirtaşın qoşunla gəldiyini eşidəndə mühasirəni qaldırmışdır.
Bir müddət sonra Bərkuk Mintaşa qarşı ordu göndərmişdir. Kozan qalasını ələ keçirmiş Sülü bəy ekspedisiyanın ona qarşı yönəldiləcəyindən ehtiyatlanmışdır. O, sultan üçün hədiyyə olaraq Dəməşqə 200 at və 200 yük qiymətli parça göndərmişdir. Sülü bəy Kozanın açarlarını Hələb valisinə göndərmiş, təslim aktını qəbul etmək üçün bir komandir göndərməsini xahiş etmişdir.

Təxminən 1394-cü ildə Anadolu bəyliklərinin hökmdarları Əmir Teymura tabe olmağı tələb edən məktublar almışdılar. Sülü bəy bu təklifi qəbul etmiş və hətta Suriyasa yürüşdə Əmir Teymurun ordusuna rəhbərlik etməyi təklif etmişdir. Bunu öyrənən Bərkuk Zülqədəroğulları bəyliyinə qarşı ordu göndərmişdir. 1395-ci ilin martında Sülü bəy məğlub olmuş və əsir düşməkdən çətinliklə qurtulmuşdur. Sülü bəy ilə Barquq arasındakı münasibətlər daha da kəskinləşmişdi. Sülü bəy artıq sultanlığın Suriya torpaqlarına hücum etməyə cəsarət göstərmirdi. O, hücumlarının istiqamətini dəyişərək Ağacəri elinə qarşı müdafiə xətti qurmaq məqsədilə Qazi Bürhanəddin bəyliyinin ərazisinə basqınlar təşkil etməyə başlamışdır. Qazi Bürhanəddin Zülqədəroğulları bəyliyindən gələn basqınçılara qarşı müqavimət göstərmək üçün ölkənin cənub sərhədində iki qala inşa etmişdir. 1398-ci ildə Qazi Bürhanəddin ilə Sülü bəy arasında basqınçılıqla bağlı münaqişə yaranmışdır. Qazi Bürhanəddin Sülü bəyə təhdid məktubu göstərmişdir, lakin Sülü bəyin buna reaksiyası məlum deyil.
Bərkuka görə, Sülü bəyə Xəlil bəy qədər təhlükəli bir hökmdar idi. Dövrün tarixçilərinin yazdıqlarına görə, 1398-ci ilin mayında Sülü bəy Bərkukun əmri ilə Maraş yaxınlığında yerləşən yaylaqda oğlu ilə çadırda yatarkən öldürülmüşdür. Qatil Sülü bəyin oğlu Sədəqə bəy in qvardiyasından olan Əli xan idi. Məkrizi bir qədər fərqli versiya bildirmişdir. Onun yazdıqlarına görə, Əli xan Sülü bəyin qohumu idi. Əli xan öz nökəri Əli Qəssiri şimala göndərmişdi. O, ağası Əli xan tərəfindən ağır şəkildə döyüldüyünü söyləyərək Sulü bəyin düşərgəsində qalmışdır. Məkrizi bildirmişdir ki, Sülü bəy öz çadırında sərxoş vəziyyətdə huşunu itirmiş və daha sonra Əli Qəssir tərəfindən öldürülmüşdür. Digər mənbələrə görə, Sülü bəy çadırında yatan zaman bıçaqlanaraq öldürülmüşdü. Əli xan cinayət yerindən qaçmağa nail olmuş, hədiyyələrlə mükafatlandırılmış və Antakyada yüksək vəzifə almışdır. Məkrizi qeyd etmişdir ki, Bərkuk Əli Qəssirə "əmir Əşərə" və Əli xana "əmir əl-təbl" rütbəsi vermişdir. Sülü bəyin oğlu Sədəqə bəy onun yerinə taxta çıxmışdır.
Şəxsiyyəti
| ]Ərəb tarixçiləri Sülü bəyi cəsur, xalq arasında populyar, öz təbəələrinə qarşı ədalətli və mərhəmətli, lakin düşmənlərinə qarşı amansız və qəddar bir insan kimi təsvir etmişdilər. Sülü bəyin müasiri, tarixçi Antepin mühasirəsi zamanı Süli ilə görüşmüşdü və bəy haqqında fərqli bir təsvir buraxmışdı. Sülü bəuin ölümü onu çox sevindirmişdi. Onun sözlərinə görə, Sülü bəy həmişə sərxoş olur və insanları əzablara məruz qoymağı sevirdi.
Ailəsi
| ]Sülü bəyin oğlu Sədəqə bəy idi. Sülü bəyin qızı Qazi Bürhanəddinin hərəmində onun yoldaşlarından biri idi. Tarixçilər tərəfindən ehtimal olunur ki, Sülü bəyin qızı Osmanlı sultanı I Mehmedin yoldaşı və II Muradın anası olan Əminə Xatun idi. Babinger və Uzunçarşılı Əminə Xatunun atasının Sülü bəyin olduğunu düşünürdülər, halbuki Yinanç istinadən Əminə Xatunun atasının Mehmed olduğunu qeyd etmişdir.
Qeydlər
| ]- Xəlil bəyin qatili müxtəlif mənbələrdə fərqli adlarla xatırlanır. Bu variantlara İbrahimdən başqa Yağmur, Xamur, Ömər və Umur aiddir.
Mənbə
| ]İstinadlar
| ]- Mordtmann-Ménage, 1991
- Bosworth, 2014, 129, Dhu'l Qadrids
- Uzunçarşılı, 1969
- Alderson, 1956, table XXV, comm.4
- Yinanç, 1988. səh. 28
- Yinanç, 1994
- Venzke, 2017
- Kaya, 2014. səh. 88
- Oberling, 1995. səh. 573–574
- Har-El, 1995. səh. 40
- Yinanç, 1988. səh. 9—10
- Kaya, 2014. səh. 86–88
- Sinclair, 1987. səh. 518
- Yinanç, 1988. səh. 7—17
- Yinanç, 1988. səh. 15
- Uzunçarşılı, 1969. səh. 170
- Yinanç, 1988. səh. 15—16
- Merçil, 1991. səh. 291
- Merçil, 1991. səh. 313
- Alıç, 2020. səh. 85
- Yinanç, 1988. səh. 17
- Yinanç, 1988. səh. 17—18
- Yinanç, 1988. səh. 8—19
- Yinanç, 1988. səh. 18
- Alıç, 2020. səh. 85–86
- Yinanç, 1988. səh. 18—19
- Yinanç, 1988. səh. 18–19
- Alıç, 2020. səh. 86
- Alıç, 2020. səh. 86–87
- Yinanç, 1988. səh. 22
- Yinanç, 1988. səh. 22–23
- Yinanç, 1988. səh. 24
- Yinanç, 1994. səh. 553–557
- Yinanç, 1988. səh. 26–27
- Yinanç, 1988. səh. 27
- Yinanç, 1988. səh. 27—34
- Yinanç, 1988. səh. 29
- Yinanç, 1988. səh. 30
- Yinanç, 1988. səh. 31–32
- Peirce, 2003. səh. 23
- Yinanç, 1988. səh. 32
- Yinanç, 1988. səh. 32—33
- Venzke, 2000. səh. 413
- Babinger, 1950. səh. 222,comm.3
- Yinanç, 1988. səh. 41
Ədəbiyyat
| ]- . Dulkadir oğulları // Anadolu beylikleri ve Akkoyunlu, Karakoyunlu devletleri. An.: Türk Tarih Kurumu Basımevi. 1969. 169–175. (türk.)
- Alıç, Samet. "Memlûkler Tarafından Katledilen Dulkadir Emirleri" [The Dulkadir's Emirs Killed by the Mamluks]. The Journal of Selcuk University Social Sciences Institute (türk) (43). 2020: 83–94. İstifadə tarixi: 19 mart 2023.
- Har-El, Shai. Struggle for Domination in the Middle East: The Ottoman-Mamluk War, 1485-91. E.J. Brill. 1995. ISBN . İstifadə tarixi: 19 mart 2023.
- Alderson Anthony Dolphin. The Structure of the Ottoman Dynasty (PDF). Oxf.: . 1956.
- Babinger Franz. Mehmed's II. Heirat mit Sitt-Chatun (1449) // Der Islam (alman) (2). B.: 1950. 217–235. doi:10.1515/islm.1950.29.2.217. (#bad_doi). ISSN 1613-0928.
- New Islamic Dynasties. Edinburgh: . 2014. ISBN . (ing.)
- Kaya, Abdullah. "Dulkadirli Beyliği'nin Eratnalılar ile Münasebetleri" [Relations between Dulkadirli Beylik and the Eretnids]. Mustafa Kemal University Journal of Graduate School of Social Sciences (türk). 11 (25). 2014: 81–97. İstifadə tarixi: 20 mart 2023.
- Merçil, Erdoğan. Müslüman-Türk devletleri tarihi [A history of Muslim-Turkish states] (türk). Turkish Historical Society Press. 1991.
- Johannes Heinrich Mordtmann-V. L. Ménage. Ḏh̲u 'l-Ḳadr // Encyclopaedia of Islam, Second Edition. II. Leiden: . edited by B. Lewis; J. Schacht & Ch. Pellat. Assisted by J. Burton-Page, C. Dumont and V. L. Ménage. 1991. 239–240.
- Sinclair, Thomas Alan. Eastern Turkey An Architectural and Archaeological Survey. II. Pindar Press. 1987.
- . Morality Tales: Law and Gender in the Ottoman Court of Aintab. University of California Press. 2003. ISBN . OCLC 52471062. İstifadə tarixi: 23 fevral 2023.
- Venzke, Margaret L. "The Case of a Dulgadir-Mamluk Iqṭāʿ: A Re-Assessment of the Dulgadir Principality and Its Position within the Ottoman-Mamluk Rivalry". Journal of the Economic and Social History of the Orient. 43 (3). 2000: 399–474. doi:10.1163/156852000511349. JSTOR 3632448. İstifadə tarixi: 22 mart 2023.
- Venzke, Margaret L. Dulkadir // Encyclopaedia of Islam (3rd ed.). Brill Online. 2017. ISSN 1873-9830.
- von Zambaur, Eduard Karl Max. Manuel de généalogie et de chronologie pour l'histoire de l'Islam avec 20 tableaux généalogiques hors texte et 5 cartes [Handbook of genealogy and chronology for the history of Islam: with 20 additional genealogical tables and 5 maps] (fransız). H. Lafaire. 1927. İstifadə tarixi: 20 mart 2023.
- Oberling, Pierre. Ḏu'l-Qadr // (redaktor). Encyclopædia Iranica, Volume VII/6: Drugs–Ebn al-Aṯir. London and New York: Routledge & Kegan Paul. 1995. 573–574. ISBN .
- Yinanç, Refet. Dulkadir Beyliği (türk). Ankara: Turkish Historical Society Press. 1988.
- Yinanç R. Dulkadiroğulları // . 9. 1994. (türk.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya sehifesinden istiqametlendirilmisdir Vikipediyada bu texelluslu muxtelif sexsler haqqinda meqaleler var bax Zulqeder Sulu bey Zulqederturk Sevli BeyZulqederogullari beyi1386 1389EvvelkiQarseddin Xelil beySonrakiSedeqe beySexsi melumatlarVefat tarixi 1398 1398 Vefat yeri Maras yaxinliginda yerlesen yaylaqFealiyyeti monarxAtasi Zeyneddin Qaraca bey ZulqederUsaqlari Sedeqe bey Emine Xatun mubahiseli Sulu Saban bey Qaraca bey oglu Zulqeder turk Saban Suli Bey hemcinin Suli bey turk Suli Bey ve ya Sevli bey turk Sevli Bey v 1398 1386 ci ilden 1398 ci ile qeder Zulqederogullari beyliyinin ucuncu hokmdari O beyliyin qurucusu ve ilk hokmdari turkman tayfa bascisi Qaraca beyin hakimiyyeti 1337 1353 oglu idi Qaraca bey Anadolunun cenubu ve Suriyanin simalinda Memluk sultanliginin vassali olaraq beyliyi qurmusdu Qaraca beyden sonra diger oglu Xelil bey hakimiyyete gelmisdir 1386 ci ilde Xelil beyin Memluk sultani 1382 1389 1390 1399 terefinden oldurulmesinden sonra Saban Sulu bey beyliyin hokmdari olmusdur Evvelce Memlukler Sulu beyi taxtdan salmaga calismisdilar lakin Sulu bey Memluklerle bir sira toqqusmalarda istirak etmis ve qelebe qazanmis belelikle sultanligin simal serhedlerinde sulhu temin etmek ucun Memlukleri onu bey kimi tanimaga mecbur etmisdir Berkuk Sulu beyin reqiblerini desteklemeye davam etmis ve 1389 cu ilde Sulu bey dovlete qarsi usyana qosulmusdur O 1391 ci ilin yanvarinda efv olunmusdur lakin bu defe Emir Teymur hakimiyyeti 1370 1405 ile ittifaq quraraq Suriyaya hucum etmisdir Sulu bey 1395 ci ilin martinda Memlukler terefinden boyuk meglubiyyete ugradilmisdir O Xelil beyin siyasetini davam etdirerek 1398 ci ile qeder hakimiyyetde olmus ve o da sultan Berkukun emri ile oldurulmusdur Bundan sonra Sulu beyin oglu Sedeqe bey hakimiyyete gelmis lakin onun hakimiyyeti cemi uc ay davam etmisdir Osmanli sultani I Bayezid Sedeqe beyi devirmis ve Xelil beyin oglu Mehmed beyi Zulqederogullari taxtina oturtmusdur Erken heyati span Qaraca beyin dovrunde span Saban Sulu bey Memlukler terefinden regionun bir hissesini idare etmek huququ verilmis yerli turkman beylerinden biri Zeyneddin Qaraca beyin alti oglundan biri idi Onun qardaslari Xelil bey Davud Ibrahim Osman Isa idi Qaraca bey Elxanlilar dovletinden ayrilaraq turk monqol zabiti Eretna terefinden idare olunan Eretna beyliyinin Merkezi ve Serqi Anadoluda ortaya cixdigi dovrde Zulqederogullari beyliyini qurmusdur Memluk sultani Nesreddin Mehemmed 1337 ci ilde Qaraca beyi Turkmanlarin emiri ve Marasdan Elbistana qeder uzanan torpaqlarin kimi tanimisdir Basqa bir lokal hokmdar Taraqli Xelil bey ibn Tarafi daha evvel Eretna beyliyinden Elbistani ele kecirmisdi Bu Qaraca beyin siyasi movcudluguna tehdid yaratdigina gore Qaraca bey Taraqli Xelil beye qarsi hucum etmis Elbistan 1335 ci ve ya 1337 ci ilde Zulqederogullari beyliyi terefinden ele kecirilmis Taraqli Xelil bey meglub edilmisdir Belelikle Elbistan dovletin suqutuna qeder Zulqederogullari beyliyinin paytaxti olmusdur Qaraca bey vefat edene qeder qonsulari ile mubarizede ve Misir hokmdarligina qarsi usyanlarda istirak etmisdir Zulqederogullari beyliyinden evvel Anadolunun cenubu ve Suriyanin simali Zulqederogullari Memlukler munasibetleri Qaraca beyin Heleb ile elaqeleri ile six bagli idi Heleb valisi vezifesine Arqunsahin teyin edilmesi illerdir gergin olan munasibetleri duzeltmisdi Buna baxmayaraq tezlikle Qaraca beyin Memluklerle munasibetleri yeniden pislesmisdi 1347 ci ilde Qahirede Ebu Meali Hesen hakimiyyete gelmis ve 1348 ci ilin martinda Qaraca beyin reqibi Eriktayi yeniden Heleb valisi teyin etmisdir Qaraca bey bunu sultanin dusmencilik elameti kimi qiymetlendirmisdi O Memluk sultanliginda tez tez hakimiyyet deyisikliyi ve cevrilisler sebebinden yaranan qeyri sabitlikden istifade ederek esl musteqilliye nail olmaq ucun yaxsi furset elde etmisdir 1349 cu ilde Qaraca beyin muttefiqi Arqunsahin oldurulmesi onun Memluklere qarsi nifretini daha da artirmisdi O tereddud etmeden Suriyada Qahireye qarsi butun usyanlara qosulmaga baslamisdir 1348 ci ilde Qaraca ozunu mektublarinda ozunu Melik ez Zahir adlandirirdi Hemcinin hemin il qelebelerinden cesaret alan Qaraca bey Melik el Qahir kimi oz musteqilliyini elan etmisdir 1352 ci ilin avqustunda Suriyada ozunu sultan elan etmisdir Qaraca bey de bu usyana qatilmis ve meglub etmisdir Demesq valisi Arqun Kamil Qaraca beyi cezalandirmaq ucun Elbistana yollanmisdir Onun rehberliyi altinda 10 25 min nefer qosundan ibaret Memluk ordusu ve Zulqederogullarina dusmen olan turkmanlar var idi Memluk ordusu Elbistani ele kecirmis seheri ve etraf kendleri yandirmisdir Memluk koalisiyasina qarsi dura bilmeyeceyini anlayan Qaraca bey Duldul dagina cekilmisdir O dagin eteyinde ve asiriminda iyirmi gun Memluk koalisiyasi ile toqqusmusdur lakin neticede meglub olaraq doyus meydanindan qacmisdir 1353 cu ilde Kayseride Qaraca bey Eretna hokmdari I Qiyaseddin Mehemmed beyin sarayinda siginacaq tapmisdir Memluklerin telebi ile o zencirlenerek 22 sentyabr 1353 cu ilde Helebe gonderilmis ve buna gore Mehemmed beye 500 min dinar odenilmisdir Qaraca beyin ogullarindan biri bedevi lideri Cabbar ibn Muenna ile Helebe hucum ederek atasini xilas etmek ucun razilasmisdi Bu cehd ugursuz olmus ve doyusde 700 nefer helak olmusdur Bu sultan Salehi daha da qezeblendirmisdir O Qaraca beyin Qahireye kocurulmesini teleb etmisdir onu sexsen danlamis ve Qahire qalasinda hebs etmisdir Qaraca bey 48 gun hebsde qaldiqdan sonra 11 dekabr 1353 cu ilde isgence ile oldurulmusdur Onun cesedi uc gun erzinde asili veziyyetde qalmisdir Qaraca beyin edam edilmesinden cemi iki il sonra Xelil beyi Memluk sultani terefinden Zulqederogullari beyi kimi taninmisdir Xelil beyin dovrunde span Qaraca beyin olumunden sonra Xelil bey Memlukler terefinden yeni hokmdar kimi taninmamisdi Memluk sultani 1354 cu ilde Qahirede Ramazanogullari beyliyinin hokmdari Ramazan beyye Qaraca beyin torpaqlarini idare etmek huququ vermis Memlukler Ramazan beyi Turkmanlarin emiri kimi tanimisdilar Cukurovada Ucok tayfa konfederasiyasina rehberlik eden Ramazanogullari beyleri Zulqederogullari beyleri ve Xelil beyin tesiri altinda olan qonsu Bozox tayfa konfederasiyasinin uzerinde hakimiyyetlerini qura bilmemisdiler Daha cox toqqusmalarin qarsisini almaq meqsedile Memlukler 1355 ci ilde Xelil beyi Zulqederogullari beyliyinin yeni hokmdari kimi tanimisdilar Xelil bey oz hakimiyyeti dovrunde Zulqederogullari beyliyinin serhedlerini genislendirmis Memlukler ve Eretna beyliyi ile tez tez qarsiliqli elaqede olmusdur Xelil beyin atasi kimi musteqil olmaq ve nufuzunu artirmaq arzusu Zulqederogullari Memlukler munasibetlerini gerginlesdirmisdir Neticede Xelil beyin nezaretinde olan eraziler Maras Divrigi Malatya Harput Amid ve ibaret idi Xelil bey cox kecmemis Eretnaogullari ve Memluk sultanligina qarsi muharibede baslatmisdir 1379 cu ilin sonunda Memlukler Demesqin valisi Baydemir Xarezminin komandanligi altinda Zulqederogullari beyliyine qarsi herbi kampaniya teskil etmisdiler Berkuk bezi seherlere yeni valiler teyin etmis ve butun Suriya naiblerine Xelil beye qarsi mubarize aparmaq ucun qosunlarini getirmeyi emr etmisdir Hemcinin Berkuk verdiyi ferman ile Xelil beyi vezifesinden azad ederek Elbistana Malatyanin valisi Altunbogani teyin etmisdir Malatyaya ise Altunboganin yerine valisi Teymurbuga Mintas teyin olunmusdur lakin bu teyinatlar sadece de yure olaraq qalmisdir ve orduya Boyuk Heciv Sogen rehberlik etmisdir Birecik valisi Sudun Muzefferi ve Malatyanin valisi Mintas ordunun siralarina qosulmusdular Xelil bey ve Sulu bey rehberliyinde olan Zulqederogullari ordusu Maras yaxinliginda boyuk qelebe qazanmisdir Mintas yaralanmis Heciv Sogen doyus meydaninda helak olmus Elbistana cata bilmeyen ve oranin valisi teyin edilmis Altunbuga ise diger komandirlerle birlikde Helebe qacmisdir Ramazanogullari beyliyi ile birlikde Xelil bey irelilemis onu ilhaq etmis ve Helebin etrafini talan etmisdir Berkuk 1381 ci ilde yeni ekspedisiya teskil etmisdir ve bu ekspedisiyada butun Suriya naibleri istirak etmisdir Helebe Demesq valisi Asiq Teymur Merdani Heleb valisi Inal Yusuli Hema valisi Dasteymur Qasimi Safed valisi Dasteymur Elai Terabulus es Sam valisi Gumusbuga Yalbugavi oz qosunlari ile gelmisdiler Ordunun siralarina Bozdoganoglu Ziyanulmulkun komandanligi altinda turkmanlar ereb ve kurd qebileleri de qosulmusdular Cagdas tarixci bu neheng ordunun Antep vasitesile hereket etdiyini musahide etmisdir Ordu 3 iyul 1381 ci ilde Marasa yaxinlasmisdir Xelil beyin qardasi Sulu Saban bey seher yaxinliginda sert yamaclar arasinda pusquda dayanmisdi Memluk ordusu yaxinlasan zaman destesi ile gozlenilmez bir hucum ederek kurd lideri Serefeddin Xezerbanini esir almisdir 6 iyulda qanli doyus bas vermis bu doyusde Memluk ordusu qelebe qazanmis ve Marasi ele kecirmisdir Sulu Saban bey Elbistana cekilmis lakin onu saxlaya bilmemisdir ve ardinca Ferat cayini kecerek Xelil terefinden mohkemlendirilmis Harputa catmisdir lakin Xelil bey Malatyaya qacmisdir Memluk ordusu bir ay Elbistanda qaldiqdan sonra Xelil beyin ardinca Malatyaya yonelmisdir lakin Ferat cayini kece bilmemis ve bir muddet sonra Helebe qayitmisdilar Zulqederogullari beylerinin meglubiyyeti Ramazanogullari beyliyinin hokmdari Ibrahim beyi Kozan valisi Tarintay ile elaqe qurmaga sovq etmisdir Onun vasitesile Ibrahim bey Zulqederogullari beyliyine yardim etdiyine gore uzr istemisdir Meglub olmus ve muttefiqlerden mehrum qalmis Xelil bey ve Sulu Saban Memluk komandirlerine tabe olmaga raziliqlarini bildiren mektub gondermisdiler lakin Zulqederogullari beylerinin Memluklere tabeliyi muveqqeti olmusdur Zulqederogullari beyliyi iki esas seheri Maras ve Elbistani itirmisdi buralara vali kimi Eleddin Altunbuga teyin edilmisdi ve Xelil bey Harputda yasamaga mecbur olmusdur Memluk ordusu geden kimi Zulqederogullari beyleri Nur silsilesi ve Amik vadisi etrafinda koceri turkman bascilarinin desteyi ile Helebe yeniden hucum etmisdir Seheri turkman hucumlarindan qorumaq ucun 1382 ci ilin aprelinde seherin valisi Yelbuga Nesiri ordusu ile Zulqederogullari beylerini izlemis onlar ise daglara qalxaraq gizlenmeli olmusdur Ardicil meglubiyyetler Zulqederogullari sarayinda qardaslar arasinda ixtilaflara sebeb olmusdur Memlukler ise bu daxili aile meselelerinden istifade etmisdiler Ibrahim Osman ve Isa Memluklerin terefine kecmisdiler 4 aprel 1385 ci ilde Sulu Saban bey Heleb valisinin yanina gelmisdir Sulu beyin Helebde olmasi xeberini alan sultan Berkuk onun hebs edilmesini ve Qahireye gonderilmesini emr etmisdir Vali Yalbuga Sulu beyi Heleb qalasinda hebs etmis lakin sultana mehbusun efv edilmesini xahis etmisdir Buna baxmayaraq Berkuk Sulu beyi Qahirede gormek isteyirdi Neticede Sulu bey Qahireye gonderilmis lakin ele hemin gun qacmisdir Tarixciler guman edirler ki Sulu beyin qacmasinda vali Yalbuganin rolu olmusdur Tezlikle sultan Xelil beyden qurtulmaq qerarina gelmisdir O turkman komandirlerinden biri ve Xelil beyin qardasi olan Serimeddin Ibrahim Yagmurogluna Xelili oldurmeyi tapsirmisdir Ibrahim saha evvel Memluklerden Harputun hakimi kimi taninmaq meqsedile Qahireye getmisdi 1386 ci il aprelin evvelinde Helebden yola cixan Ibrahim Yagmuroglu Antep ile Maras arasinda yerlesen yaylaqda Xelil ile goruse getmisdir lakin basqa bir versiyaya gore bu hadise Harputda bas vermisdir Razilasmaya esasen onlar tekbetek gorusmeli idiler buna gore Xelil bey oz qvardiyasini kenarda qoymusdur Ibrahim ise oz adamlarini evvelceden pusquda gizletmisdi Xelil bey yaxinlasan zaman onlar ona hucum ederek oldurmusduler Onlar Xelil beyin kellesini kesmis ve tezlikle geri cekilmisdiler Hakimiyyeti span Iqtidara yukselmesi span Sulu bey Xelil beyin oldurulmesinden sonra Zulqederogullari beyliyinin taxtina cixmisdir Memluk sultani Zulqederogullari beyliyi sultanliga birlesdirmek isteyirdi ve o bunun ucun Qaraca beyin butun varisleri neytrallasdirmali idi Xelil beyin kesilmis kellesi Qahireye getirilen zaman sultan Berkuk derhal Xelil beyin butun qohumlarinin hebse atilmasini ve nezaretde saxlanilmasini emr etmisdir Yalniz Sulu bey azadliqda qala bilmisdir Onu tutmaq ucun Hema ve Humsden toplanilmis qosunlardan ibaret ordu Zulqederogullari beyliyine gonderilmisdir Elbistandan oz ordusu ile cixan Sulu bey Memluk ordusu ile qarsilasmisdir Qanli toqqusmada Memlukler meglub olmusdular Doyusde Hema ve valileri hemcinin Suriyadan olan on yeddi asagi rutbeli serkerdesi helak olmusdur Bu qelebe Qahirede Sulu beyin qardaslari Ibrahim ve Osmanin hebsden azad edilmesine sebeb olmusdur Sultanin planina gore onlar Sulu beye reqib olmali idiler Osman Sulu beye sadiq qalmis ve onunla reqabete girmemisdir Ibrahim bin Yagmur Qahirede Memluk sultaninin himayesine alinmisdir lakin Memluklere tabe olan Suriya turkmanlarinin verdiyi desteye baxmayaraq 1387 ci ilin mayinda Marasda Sulu bey terefinden meglub edilmisdir Neticede Berkuk basa dusmusdur ki sultanligin simal serhedlerinin tehlukesizliyi yalniz Sulu beyin hokmdar kimi taninmasi ile temin edile biler 1388 ci ilin yayinda Sulu beye qarsi Xelil beyin oglu Nesreddin Mehmed cixmisdir Sulu beyin terefinde Malatyanin valisi Mintas Mehmedin terefinde ise Kozanin valisi cixis edirdi Mintas ve Sulu bey meglub olmus Sulu bey emir Cuneydin yanina Develiye siginmisdir Sulu bey Qaramanogullari beyliyinin komeyi ile Qazi Burhaneddine qarsi usyan qaldiran emir Cuneyidi desteklemis lakin 1388 ci ve ya 1389 cu ilde Qazi Burhaneddin Develini muhasireye almis ve emir Cuneydin quvvelerini meglub etmisdir Sulu beyin qardasi Davud da taxt iddiasi ireli surmus ve iyulda Berkuk terefinden desteklenmisdir ona emir esere titulubu vermisdir lakin o da ugur qazana bilmemisdir Memluklerle mubarize span 1389 cu ilde Berkuka qarsi musteqil Suriya dovletini qurmaq ucun usyan qaldirmisdir O Qazi Burhaneddini ve Mintasi Memluk sultanligina qarsi ittifaq qurmaga cagirmisdir Xelil beyin dostu ve muttefiqi olan Qazi Burhaneddin Berkuka qarsi ittifaq qurmaga hazir idi Sulu bey de usyancilari desteklemis ve onlara elave quvve gondermisdir Usyancilar Suriyani isgal ederek Qahireye yonelmis ve Barququ El Salih Haci lehine taxtdan imtina etmeye mecbur etmisdiler lakin tezlikle Yalbuga ile Mintas arasindaki ittifaq legv edilmis ve Qahiredeki doyuslerden sonra Mintas Yalbugani ustelemisdir Berkuk hebs olunaraq El Kereke surgun edilmisdir lakin taxta qayitmaq ucun destek tapa bilmisdir Berkukun terefdarlari qalani ele kecirerek El Salih Hacini hebs etmisdiler Belelikle 1390 ci ilin fevralinda Berkuk yeniden sultan olmusdur Sulu bey Barququn hakimiyyeti berpa olunduqdan sonra bir muddet Mintasa sadiq qalmisdir 1390 ci ilde Sulu bey Antepi ele kecirmeye cehd etmisdir O 10 000 den cox qosun ile sehere gelmis ve Mintasin komandanligi altinda min nefer turkman ona qosulmusdur 1390 ci ilin sentyabr sonunda Sulu bey seheri feth ederek qalani muhasireye almisdir O dovrde qardasi ile birlikde seherde olan tarixci muhasire zamani ehalinin yasadiqlarini bele tesvir etmisdir Antepi muhasireye alanlar insanlari ezablara meruz qoyur qadinlari qacirirdilar Katapultlar qala divarlarini dagidan esnada esgerler qala komendantinin rehberliyi altinda boyuk cesaret ve fedakarliqla qalani mudafie edirdiler Icmeye su yox idi lakin hec kes sikayet etmirdi Muhasire uzandiqda Sulu bey Mintasi terk ederek Marasa cekilmisdir Berkuk Sulu bey ile Mintasin ittifaqini dagitmaq isteyirdi ve buna gore de o Sulu beye onun hokmdarligini tanidigini bildirmisdir 1391 ci ilin yanvarina qeder Sulu bey de sultanin hakimiyyetini tanimali olmusdur Mintas yeni Heleb valisi Qara Demirtasin qosunla geldiyini esidende muhasireni qaldirmisdir Bir muddet sonra Berkuk Mintasa qarsi ordu gondermisdir Kozan qalasini ele kecirmis Sulu bey ekspedisiyanin ona qarsi yoneldileceyinden ehtiyatlanmisdir O sultan ucun hediyye olaraq Demesqe 200 at ve 200 yuk qiymetli parca gondermisdir Sulu bey Kozanin acarlarini Heleb valisine gondermis teslim aktini qebul etmek ucun bir komandir gondermesini xahis etmisdir Zulqederogullari beyliyi Anadolu xeritesinde Teqriben 1400 cu il Texminen 1394 cu ilde Anadolu beyliklerinin hokmdarlari Emir Teymura tabe olmagi teleb eden mektublar almisdilar Sulu bey bu teklifi qebul etmis ve hetta Suriyasa yurusde Emir Teymurun ordusuna rehberlik etmeyi teklif etmisdir Bunu oyrenen Berkuk Zulqederogullari beyliyine qarsi ordu gondermisdir 1395 ci ilin martinda Sulu bey meglub olmus ve esir dusmekden cetinlikle qurtulmusdur Sulu bey ile Barquq arasindaki munasibetler daha da keskinlesmisdi Sulu bey artiq sultanligin Suriya torpaqlarina hucum etmeye cesaret gostermirdi O hucumlarinin istiqametini deyiserek Agaceri eline qarsi mudafie xetti qurmaq meqsedile Qazi Burhaneddin beyliyinin erazisine basqinlar teskil etmeye baslamisdir Qazi Burhaneddin Zulqederogullari beyliyinden gelen basqincilara qarsi muqavimet gostermek ucun olkenin cenub serhedinde iki qala insa etmisdir 1398 ci ilde Qazi Burhaneddin ile Sulu bey arasinda basqinciliqla bagli munaqise yaranmisdir Qazi Burhaneddin Sulu beye tehdid mektubu gostermisdir lakin Sulu beyin buna reaksiyasi melum deyil Berkuka gore Sulu beye Xelil bey qeder tehlukeli bir hokmdar idi Dovrun tarixcilerinin yazdiqlarina gore 1398 ci ilin mayinda Sulu bey Berkukun emri ile Maras yaxinliginda yerlesen yaylaqda oglu ile cadirda yatarken oldurulmusdur Qatil Sulu beyin oglu Sedeqe bey in qvardiyasindan olan Eli xan idi Mekrizi bir qeder ferqli versiya bildirmisdir Onun yazdiqlarina gore Eli xan Sulu beyin qohumu idi Eli xan oz nokeri Eli Qessiri simala gondermisdi O agasi Eli xan terefinden agir sekilde doyulduyunu soyleyerek Sulu beyin dusergesinde qalmisdir Mekrizi bildirmisdir ki Sulu bey oz cadirinda serxos veziyyetde husunu itirmis ve daha sonra Eli Qessir terefinden oldurulmusdur Diger menbelere gore Sulu bey cadirinda yatan zaman bicaqlanaraq oldurulmusdu Eli xan cinayet yerinden qacmaga nail olmus hediyyelerle mukafatlandirilmis ve Antakyada yuksek vezife almisdir Mekrizi qeyd etmisdir ki Berkuk Eli Qessire emir Esere ve Eli xana emir el tebl rutbesi vermisdir Sulu beyin oglu Sedeqe bey onun yerine taxta cixmisdir Sexsiyyeti span Ereb tarixcileri Sulu beyi cesur xalq arasinda populyar oz tebeelerine qarsi edaletli ve merhemetli lakin dusmenlerine qarsi amansiz ve qeddar bir insan kimi tesvir etmisdiler Sulu beyin muasiri tarixci Antepin muhasiresi zamani Suli ile gorusmusdu ve bey haqqinda ferqli bir tesvir buraxmisdi Sulu beuin olumu onu cox sevindirmisdi Onun sozlerine gore Sulu bey hemise serxos olur ve insanlari ezablara meruz qoymagi sevirdi Ailesi span Sulu beyin oglu Sedeqe bey idi Sulu beyin qizi Qazi Burhaneddinin hereminde onun yoldaslarindan biri idi Tarixciler terefinden ehtimal olunur ki Sulu beyin qizi Osmanli sultani I Mehmedin yoldasi ve II Muradin anasi olan Emine Xatun idi Babinger ve Uzuncarsili Emine Xatunun atasinin Sulu beyin oldugunu dusunurduler halbuki Yinanc istinaden Emine Xatunun atasinin Mehmed oldugunu qeyd etmisdir Qeydler span Xelil beyin qatili muxtelif menbelerde ferqli adlarla xatirlanir Bu variantlara Ibrahimden basqa Yagmur Xamur Omer ve Umur aiddir Menbe span Istinadlar span Mordtmann Menage 1991 Bosworth 2014 129 Dhu l Qadrids Uzuncarsili 1969 Alderson 1956 table XXV comm 4 Yinanc 1988 seh 28 Yinanc 1994 Venzke 2017 Kaya 2014 seh 88 Oberling 1995 seh 573 574 Har El 1995 seh 40 Yinanc 1988 seh 9 10 Kaya 2014 seh 86 88 Sinclair 1987 seh 518 Yinanc 1988 seh 7 17 Yinanc 1988 seh 15 Uzuncarsili 1969 seh 170 Yinanc 1988 seh 15 16 Mercil 1991 seh 291 Mercil 1991 seh 313 Alic 2020 seh 85 Yinanc 1988 seh 17 Yinanc 1988 seh 17 18 Yinanc 1988 seh 8 19 Yinanc 1988 seh 18 Alic 2020 seh 85 86 Yinanc 1988 seh 18 19 Yinanc 1988 seh 18 19 Alic 2020 seh 86 Alic 2020 seh 86 87 Yinanc 1988 seh 22 Yinanc 1988 seh 22 23 Yinanc 1988 seh 24 Yinanc 1994 seh 553 557 Yinanc 1988 seh 26 27 Yinanc 1988 seh 27 Yinanc 1988 seh 27 34 Yinanc 1988 seh 29 Yinanc 1988 seh 30 Yinanc 1988 seh 31 32 Peirce 2003 seh 23 Yinanc 1988 seh 32 Yinanc 1988 seh 32 33 Venzke 2000 seh 413 Babinger 1950 seh 222 comm 3 Yinanc 1988 seh 41 Edebiyyat span Dulkadir ogullari Anadolu beylikleri ve Akkoyunlu Karakoyunlu devletleri An Turk Tarih Kurumu Basimevi 1969 169 175 turk Alic Samet Memlukler Tarafindan Katledilen Dulkadir Emirleri The Dulkadir s Emirs Killed by the Mamluks The Journal of Selcuk University Social Sciences Institute turk 43 2020 83 94 Istifade tarixi 19 mart 2023 Har El Shai Struggle for Domination in the Middle East The Ottoman Mamluk War 1485 91 E J Brill 1995 ISBN 9004101802 Istifade tarixi 19 mart 2023 Alderson Anthony Dolphin The Structure of the Ottoman Dynasty PDF Oxf 1956 Babinger Franz Mehmed s II Heirat mit Sitt Chatun 1449 Der Islam alman 2 B 1950 217 235 doi 10 1515 islm 1950 29 2 217 bad doi ISSN 1613 0928 New Islamic Dynasties Edinburgh 2014 ISBN 9780748696482 ing Kaya Abdullah Dulkadirli Beyligi nin Eratnalilar ile Munasebetleri Relations between Dulkadirli Beylik and the Eretnids Mustafa Kemal University Journal of Graduate School of Social Sciences turk 11 25 2014 81 97 Istifade tarixi 20 mart 2023 Mercil Erdogan Musluman Turk devletleri tarihi A history of Muslim Turkish states turk Turkish Historical Society Press 1991 Johannes Heinrich Mordtmann V L Menage Ḏh u l Ḳadr Encyclopaedia of Islam Second Edition II Leiden edited by B Lewis J Schacht amp Ch Pellat Assisted by J Burton Page C Dumont and V L Menage 1991 239 240 Sinclair Thomas Alan Eastern Turkey An Architectural and Archaeological Survey II Pindar Press 1987 Morality Tales Law and Gender in the Ottoman Court of Aintab University of California Press 2003 ISBN 9780520228924 OCLC 52471062 Istifade tarixi 23 fevral 2023 Venzke Margaret L The Case of a Dulgadir Mamluk Iqṭaʿ A Re Assessment of the Dulgadir Principality and Its Position within the Ottoman Mamluk Rivalry Journal of the Economic and Social History of the Orient 43 3 2000 399 474 doi 10 1163 156852000511349 JSTOR 3632448 Istifade tarixi 22 mart 2023 Venzke Margaret L Dulkadir Encyclopaedia of Islam 3rd ed Brill Online 2017 ISSN 1873 9830 von Zambaur Eduard Karl Max Manuel de genealogie et de chronologie pour l histoire de l Islam avec 20 tableaux genealogiques hors texte et 5 cartes Handbook of genealogy and chronology for the history of Islam with 20 additional genealogical tables and 5 maps fransiz H Lafaire 1927 Istifade tarixi 20 mart 2023 Oberling Pierre Ḏu l Qadr redaktor Encyclopaedia Iranica Volume VII 6 Drugs Ebn al Aṯir London and New York Routledge amp Kegan Paul 1995 573 574 ISBN 978 1 56859 024 0 Yinanc Refet Dulkadir Beyligi turk Ankara Turkish Historical Society Press 1988 Yinanc R Dulkadirogullari 9 1994 turk Kateqoriyalar Vikipediya Elifba sirasina gore yaxsi meqaleler1398 ci ilde vefat edenlerElifba sirasina gore vezifeli sexslerZulqederlerXIV esr Asiya hokmdarlariOldurulmus hokmdarlarGizli kateqoriyalar Seklin olcu vahidinde elave px olan sehifelerEynitexellusluler tek tek