Qırılı
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Qırılı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.
Qırılı | |
---|---|
41°05′36″ şm. e. 45°30′47″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Gəncə-Qazax iqtisadi rayonu |
Rayon | Ağstafa rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 351 m |
Saat qurşağı | UTC+4, yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 7.000 nəfər |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0523 |
Haqqında
Qırılı Kəndi Ağstafa rayonunun ən qədim kəndlərindən biridir. Bura rayon mərkəzindən 6 km məsafədə yerləşir. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Bir sıra mühim neft və qaz kəmərləri kəndin ərazisindən keçərək dünya bazarına çıxır. Buna Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum Boru Xəttini və Trans-Anadolu qaz boru kəmərini misal gösdərmək olar. Kəntdə müasir tipli Sirac Əliyev adına tam orta məktəb, körpələr evi, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi, poçt, elektron tipli ATS fəaliyyət gösdərir. Hal-hazırkı statistikaya əsasən kəntdə əhalinin sayı 7000-dən çox, evlərin sayı isə 1400 -ə yaxındır. Kənd ərazisi bir çox məhəllələrdən ibarətdir:
1. Cağallı, 2. Cırdaxan, 3. Bozdağanlı, 4. Məmmədli, 5. Tut bağı, 6. Təpəbaşı, 7. Gödəklər, 8. Usublu, 9. Gödək oba, 10. Mahmudlu, 11. Təzə məhəllə, 12. Zəryərli, 13. Xallar, 14. Tanrıverdilər, 15. Allahverənli
Tarixi
Kəndin ərazisində bir sıra qədim yaşayış məskənləri vardır. Buna Qarğalar təpəsini misal göstərmək olar. Aparılmış arxeoloji araşdırmalardanda bəlli olurku hətta E.ə. V - VI Minilliklərdə (Neolit dövrü) bu ərazidə yaşayış olub və insanlar oturaq həyat tərzi keçirərək maldarlıqla, əkinçiliklə məşğul olmaqla yanaşı, misdən soyuq döymə üsulu ilə müxtəlif əşya və bəzəklərin düzəldilməsi ilə məşğul olublar. Araşdırılmalar nəticəsində həmçinin buradan gildən düzəldilmiş qadın fiquru və ən qədim metal əşya, mis muncuq tapılmışdır. Kəntdə ilk insanlar Həsənsuçayının sol sahilində məskunlaşmışlar. Buna sübut olaraq köhnə qəbirsanlığın orda olmasıdır. Sonradan çayın sağ tərəfinə (indiki Tanrıverdilər məhəlləsinə) köçərək burada məskən salmışlar. Kəndin ağsaqqallarının dediklərinə əsaslanaraq, deyə bilərəmki bu kəndə ilk gəlib məskunlaşanlar Yuxarı Göycəli kəndindən qaçıb gələnlər olublar. Elə bu səbəbdən kəndin adı Qırılı adlandırılıb.(Yəni Y.Göycəli kəndindən qırılıb ayrılmışlar)
1926-cı ildə el ağsaqqalı, öz dövrünün görkəmli şəxsiyyətlərindən olan Kərbalayı Alyar Qasımzadənin təşəbbüsü ilə əhalinin içməli suya olan təlabatını ödəmək üçün Eynallı kəndindən kəndin mərkəzinə kəhriz çəkilmişdir.
Görkəmli şəxsləri
- Sirac Əliyev - (25.08.1973 - 27.03.1993) Birinci Qarabağ müharibəsi şəhidi;
- Nəriman Həsənov - (20.02.1969 - 17.02.1994) Birinci Qarabağ müharibəsi şəhidi;
- Vüsal Rzayev - (17.07.1975 - 16.02.1994) Birinci Qarabağ müharibəsi şəhidi;
- Xəyyad Abbasov - (13.03.1963 - 17.02.1994) Birinci Qarabağ müharibəsi şəhidi;
- Bakir Abbasov - (03.03.1965 - 21.04.1994) Birinci Qarabağ müharibəsi şəhidi;
- Elvin İmaməliyev - (09.05.1989 - 09.11.2020) Müəllim, Məktəb direktoru, İkinci Qarabağ müharibəsi şəhidi;
- Əliheydər Hüseynli - (14.04.1994 - 09.11.2020) Gənc ziyalı, İkinci Qarabağ müharibəsi şəhidi;
- Emin Əmrahov - (09.06.1989 - 27.10.2020) Hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi;
- Təbriz Quliyev - (05.08.1994 - 27.10.2020) Hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi;
- Elgün Abdullayev - (01.04.1994 - 09.11.2020) Hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi;
- Rəhman Musayev - (07.02.1997 - 14.08.2017) Hərbi qulluqçu, Şəhid;
- Habil Haqverdiyev - (15.03.1939) Fəlsəfə doktoru, Dosent;
Mənbə
https://agstafaliseyi.ucoz.ru/news/2009-11-22-6 http://azhistorymuseum.gov.az/az/exhibit/32
İstinadlar
- Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
Xarici keçidlər
- Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmi saytı