Təbriz Quliyev
Təbriz İlqar oğlu Quliyev (5 avqust 1994; Qırılı, Ağstafa rayonu — 27 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Təbriz Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qırılı, Ağstafa rayonu, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Zəngilan rayonu, Azərbaycan |
Dəfn yeri | Qırılı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2013–2014; 2018–2020 |
Rütbə | |
Vəzifəsi | Mexanik tankçı |
Döyüşlər | Vətən müharibəsi • Zəngilan döyüşləri • Qubadlı döyüşləri |
Təltifləri |
Həyatı
Təbriz Quliyev 1994-cü il avqustun 5-də Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2001–2012-ci illərdə S. Əliyev adına Qırılı kənd tam orta məktəbində təhsil alıb.
Hərbi xidməti
Təbriz Quliyev 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Təbriz Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Quliyev oktyabrın 27-də Zəngilan döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Quliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Quliyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra)
- (25.12.2020) — "Zəngilanın azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (azərb.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində (PDF). İstifadə tarixi: 2020-12-10.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 18.12.2020. 2020-12-18 tarixində . İstifadə tarixi: 18.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 25.12.2020. 2021-01-03 tarixində . İstifadə tarixi: 25.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Döyüşdə fərqlənməyə görə" medalı" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (azərb.)). 18.12.2020. 2020-12-18 tarixində . İstifadə tarixi: 18.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (azərb.)). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.