Mons Selmerlöv
Mons Petter Albert Semerlöv (isv. Måns Petter Albert Zelmerlöw; doğ. 13 iyun 1986) - isveçli pop musiqiçisi, teleaparıcı, müğənni və aktyor.
Mons Selmerlöv | |
---|---|
Måns Zelmerlöw | |
Ümumi məlumatlar | |
Doğum adı | Måns Petter Albert Zelmerlöw |
Doğum tarixi | |
Doğum yeri | Lund, Skonye, İsveç |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, televiziya aparıcısı, aktyor |
Fəaliyyət illəri | 2005-bu günə kimi |
Janr | pop |
Albom şirkəti | Warner Music Sweden |
mzw.se manszelmerlow.se | |
Vikianbarda əlaqəli mediafayllar |
O, Idol 2005 yarışmasına qatılaraq beşinci yeri tutmuş, “Let's Dance” yarışmasının birinci mövsümünü isə birinci yerdə bitirmişdir. “Stand by for” adlı ilk albomundan çıxardığı “Cara Mia” adlı ilk sinqlla “2007 Melodifestivalen” yarışmasına qatılan Mons bu yarışmanı üçüncü yerdə bitirmişdir. 2011-2013-cü illərdə Selmerlöv “Allsång på Skansen” adlı televiziya şousunun aparıcısı olmuşdur. 2007, 2009 və 2015-ci illərdə “Melodifestivalen” yarışmasına qatılmış Mons üçüncü dəfə yarışmanın qalibi olmuşdur.
2015-ci ildə “Heroes” mahnısı ilə İsveçi Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Selmerlöv 365 xalla müsabiqənin qalibi olmuşdur və onun topladığı xal göstəricisi Avroviziya Mahnı Müsabiqəsi tarixində üçüncü ən böyük göstərici olmuşdur.
Erkən həyatı və təhsili
Lund şəhərində doğulmuş Mons Selmerlöv Lund Universitetinin professoru Bircitta Sahlen və cərrah Sven-Olof Selmerlövün övladıdır. Lund şəhərində oxuduğu gimnaziyada musiqi təhsili almış Mons məktəb xorunda iştirak etmişdir. 2002-ci ildən etibarən Selmerlöv Malmö şəhərindəki Slagthuset teatrında Endryu Lloyd Vebberin “İosif və möhtəşəm rəngli yuxu plaşı” adlı myuziklında qardaşlardan birini canlandırmışdır.
Yaradıcılığı
2005: Idol
Selmerlöv ilk dəfə 2005-ci ildə İsveçin TV4 telekanalında yayımlanan Idol yarışmasının İsveç versiyasının ikinci mövsümünə qatılmaqla ictimayətin diqqətini cəlb edə bilmişdi; səkkiz həftəlik yarışma müddətindən sonra 11 noyabr 2005-ci ildə Selmerlöv yarışmanı beşinci yerdə bitirmişdir.
Həftə# | Mövzu | Mahnı | Orijinal ifaçı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dinləmə | N/A | "Hero" | Enrike İqlesias | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Final təsnifat | N/A | "Flying Without Wings" | Westlife | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həftə 1 | Mənim şəxsi idolum | "Millennium" | Robbi Vilyams | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həftə 2 | 80s | "The Look" | Roxette | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həftə 3 | İsveç hitləri | "Astrologen" | Maqnus Uqla | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həftə 4 | Pop hitlər | "Escape" | Enrike İqlesias | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həftə 5 | Disko | "Relight My Fire" | Den Hartman | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həftə 6 | Koktel | "It's Not Unusual" | Tom Cons | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həftə 7 (1) | Rok | "Beautiful Day" | U2 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həftə 7 (2) | Rok | "The Reason" | Hoobastank |
2006: Let's Dance
2006-cı ildə baş tutan “Let's Dance” yarışmasının birinci mövsümünə rəqs partnyoru Mariya Karlssonla birlikdə qatılan Selmerlöv yarışmanın finalında müğənni Anna Buka qalib gələrək birinci olmuşdur.
Həmin il Selmerlöv Cim Ceykobs və Uorren Keysinin “Briolin” myuziklının İsveç səhnələşdirməsində Denni Zuko adlı əsas rolu canlandırmışdır. Bu roldan sonra Mons “Warner Music Sweden”ə daxil olan “M&L Records”la solo albomun çıxarılması haqqında müqavilə bağlaya bilmişdir.
2007–08: Melodifestivalen və Stand by For...
2006-cı ilin noyabrında, Selmerlövün İsveçin Avroviziya təmsilçisinin seçilməsi üçün keçirilən Melodifestivalen 2007 yarışmasına qatılacağı açıqlandı. Yarışmada İsveçi 2007-ci ildə Finlandiyanın Helsinki şəhərində baş tutacaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək müğənni seçilməli idi. 17 fevral 2007-ci ildə “Cara Mia” mahnısı ilə Örnsköldsvik şəhərində keçirilən üçüncü yarımfinaldan müsabiqəyə qatılan Selmerlöv finala yüksəlmişdir. 10 mart 2007-ci ildə Stokholm Globen Arenasında keçirilən finalda Selmerlöv üçüncü yerdə yarışmanı başa vuraraq “The Ark” qrupu və “Andreas Conson”dan geri qalmışdır. Qısa müddət sonra “Cara Mia” mahnısı Monsun “Stand by For...” albomunun ilk sinqlı kimi satışa çıxarılmışdır. İsveç hit-paradlarında birinci yerə kimi yüksələn albom Beynəlxalq Fonoqram İstehsalçıları Federasiyası tərəfindən platinum sertifikatına layiq görülmüşdür. Albomdan dörd sinql çıxarılmışdır ki, onlar da İsveçdə top 50 siyahısına daxil ola bilmişlər. 2007-ci ilin sentyabrında albom həm də Polşada çıxarılmışdır.
5 oktyabr 2007-ci ildə Mons SVT-də yayımlanan “Lilla Melodifestivalen” yarışmasının aparıcısı olmuşdur. Həmin il, “Futluz” myuziklının İsveç versiyasında rol alan Mons Tommi obrazını canlandırmışdır. Myuzikl həm Stokholmda, həm də Qotenburqda göstərilmişdir. 2008-ci ildə Mons Lizi Holm, Linda Benqsinq, Lotta Engberq, Tomas Pettersson, Molli sanden və Nanni Qrünvalla birlikdə "Diggiloo" turuna qatılmışdır.
2009: Melodifestivalen və MZW
18 noyabr 2008-ci ildə Monsun növbəti dəfə "Hope & Glory" mahnısı ilə Melodifestivalen yarışmasına qatılacaı elan edildi. 2009-cu il festivalında Monsdan başqa, əvvəllər yarışmada iştirak etmiş Sara Doun Fayner, Sofia, BWO və Emi Daymons kimi ifaçılar da iştirak edirdilər. 14 fevral 2009-cu ildə baş tutmuş ikinci yarımfinalda çıxış edən Mons yenidən finala yüksələ bilmişdi. 14 mart 2008-ci ildə baş tutmuş finalda isə münsiflər heyətindən ən çox xal alan müğənni olmasına baxmayaraq, Mons yalnız dördüncü yer tuta bilmişdir.
2008-ci ildə Mons MZW adlı ikinci solo albomunun üzərində işləməyə başlamış və albom 2009-cu il mart ayının sonlarında çıxarılmışdır. İsveç hit-paradlarında birinci yerə yüksələn albom Beynəlxalq Fonoqram İstehsalçıları Federasiyası tərəfindən qızıl sertifikatına layiq görülmüşdür. Albom həm də Polşada çıxarılmışdır. 2009-cu ildə İsveç turnesinə çıxan müğənni, turne boyunca hər iki albomdan olan mahnıları ifa etmişdir.
2010–11: Melodifestivalen aparıcılığı və Allsång på Skansen
10 noyabr 2009-cu ildə Monsun Dolf Landqrin və Kristin Meltzer ilə birlikdə Mons Semerlövün 2010 Melodifestivalen yarışmasının aparıcısı olacağı açıqlandı. O, birinci yarımfinalda və finalda Landqrin və Meltzerlə birlikdə səhnəyə çıxdı. Birinci yarımfinalda Mons Duran Duran qrupunun "A View to a Kill" mahnısını finalda isə digər aparıcılarla birlikdə Surviver qrupunun "Eye of the Tiger" mahnısını ifa etmişdir. Həmin il “Romeo və Cülyetta” myuziklında Romeo rolunu canlandıran Mons, SVT-də yayımlanan “Jakten på Julia” adlı istedad şousunun çəkilişlərində iştirak etmiş və müsabiqənin qalibi olan Lizett Paqler sonradan Cülyetta rolunu canlandırmışdır. Myuziklın premyerası dekabrda Göta Lejon teatrında baş tutmuşdur.
2011-ci ildə Mons Selmerlövün Anders Lundinin yerinə SVT-də yayımlanan “Allsång på Skansen” şousunun aparıcısı olacağı elan edildi. Sonradan Mons həmin şounun 2012-ci il efirində də aparıcı oldu.
2013–14: Barcelona Sessions
2013-cü ilin martında Selmerlöv “Barcelona Sessions” adlı üçüncü solo albomu üzərində işə başladığını elan etdi və albomdan ilk sinql olan “Broken Parts” mahnısını təqdim etdi. Daha sonra o, İsveç telekanallarında “Run For Your Life” adlı yeni mahnısını təqdim etdi. 2013-cü ilin sentyabrında Selmerlöv albomdan ikinci sinql olan “Beautiful Life” mahnısını təqdim etdi, bir müddət sonra isə “Parallels” adlı yeni mahnını çıxardı. Monsun üçüncü solo albomu 5 fevral 2014-cü ildə satışa çıxarıldı.
2013-cü ilin yayında SVT-də “Allsång på Skansen ” şousunun aparıcısı olan Mons 13 avqustda final efirindən sonra şounu tərk edəcəyini açıqladı. Selmerlövün aparıcı kürsüsünü isə müğənni Petra Marklund tutmuşdur.
2013 Melodifestivalen yarışmasına musiqi yazarı kimi qatılan Monsun yazdığı “Hello Goodbye” mahnısı Erik Segerstedt və Ton Damli tərəfindən ifa edilmişdir. 2013-cü ilin sonlarında Mons Selmerlöv Loa Falkman, Sussi Eriksson və Lena Filipssonla birlikdə “Spök” adlı myuziklda əsas rollardan birini canlandırmışdır.
2015–bu günə kimi: Avroviziya Mahnı Müsabiqəsi və Perfectly Damaged
2015-ci ildə növbəti dəfə Melodifestivalen yarışmasına qatılan Mons, "Heroes" mahnısı ilə 288 xal toplayıb finalda qalib gəldi. Həin müsabiqədə ifa Behranq Miri tərəfindən ifa edilmiş "Det rår vi inte för" mahnısının da müəlliflərindən biri Mons olmuşdur.
11 may 2015-ci ildə Selmerlöv dördüncü studio albomu olan "Perfectly Damaged" albomunun üz qabığının 5 iyun 2015-ci ildə təqdim ediləcəyini açıqladı. 17 may 2015-ci ildə Mons "Heroes" mahnısını ilk dəfə Belqradda X Factor Adria yarışmasının ilk canlı efirində ifa etdi.
2015 Avroviziya Mahnı Yarışmasından qabaq əksər qiymətləndirmə təşkilatları Monsun qalib gələcəyini iddia edirdilər. 21 mayda ikinci yarımfinalda çıxış edən Mons 217 xalla (Avroviziya tarixində yarımfinalda toplanmış ən böyük xal göstəricisi) finala keçdi. Finalda 365 xal toplayan Mons 2015 Avroviziya Mahnı Müsabiqəsinin qalibi oldu və onun xal göstəricisi Avroviziya tarixində üçüncü ən böyük göstərici oldu.
17 sentyabrda Avropa turnesinə başlamazdan əvvəl, müğənni, yay aylarında İsveç və Finlandiyada bir neçə müsabiqədə qonaq qismində çıxış edib.
Şəxsi həyatı
Selmerlövün özündən balaca bir bacısı var. O, boş vaxtlarında futbol, tennis və qolf oynamağı sevir.
2004-cü ildə Selmerlöv ailəsi ilə birlikdə Tailandın Kao Lak kurort şəhərində istirahət edərkən Hind okeanında zəlzələ baş vermiş və sahilyanı ərazilərə ciddi ziyan dəymişdir. Lakin Mons və ailəsi bu faciədən xilas ola bilmişdi.
2008-2011-ci illərdə Mons İsveç pop qrupu “A-Teens”in keçmiş üzvü, müğənni və model Mari Serneholtla əlaqədə olmuşdur.
Mübahisələr
2014-cü ilin martında “Pluras kök” adlı İsveç yemək şousuna qatılan Selmerlöv şou zamanı homoseksuallığı “avvikelse” (təxminən sapma və ya çaşma) hesab etdiyini demişdi. Şouda o, bildirmişdi ki, homoseksuallığın səhv bir şey olduğunu fikirləşmir, lakin bunun bioloji baxımdan təbii olduğunu da düşünmür. Sonradan işlətdiyi bu ifadəyə görə bir neçə dəfə üzr istəyən Selmerlöv bunun bir səhv anlaşılma olduğunu bildirmişdi. Selmerlövün Melodifestivalen yarışmasında qalib gəlməsi və ölkəsini Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi dəqiqləşdikdən sonra bu qalmaqal beynəlxalq mətbuat səhifələrinə çıxmış, lakin həm İsveç LGBT birlikləri, həm də Avroviziya media iştirakçıları Selmerlövü müdafiə etmişlər. Yarışma qabağı verdiyi müsahibədə Selmerlöv çoxlu gey dostlarının olduğunu, həmçinin ətrafındakı homoseksual insanlarla çox yaxşı münasibəti olduğunu bildirmişdi. Müsabiqədən sonra Mons Selmerlövün adı naməlum olan başqa bir oğlanla görüşməsi haqqında məlumat və onların öpüşmələrini əks etdirən fotolar yayılmışdır.
Diskoqrafiyası
- Stand by For... (2007)
- MZW (2009)
- Christmas with Friends (2010)
- Kära vinter (2011)
- Barcelona Sessions (2014)
- Perfectly Damaged (2015)
İstinadlar
- "Måns Zelmerlöw – Heroes". SVT. İstifadə tarixi: 24 May 2015.
- "Jag har fått så mycket gratis". Aftonbladet. İstifadə tarixi: 13 iyul 2015.
- "Jag framstår som en alkis". Aftonbladet. İstifadə tarixi: 13 iyul 2015.
- Sveriges Radio. "Cara Mia". İstifadə tarixi: 13 iyul 2015.
- ↑ "Måns utröstad ur "Idol"". Expressen. İstifadə tarixi: 13 iyul 2015.
- "Idolartisterna framåt i melodifestivalen". Göteborgs-Posten. İstifadə tarixi: 13 iyul 2015.
- "Måns och Maria vann "Let's dance"". Aftonbladet. İstifadə tarixi: 13 iyul 2015.
- Stockholm TT Spektra (17 February 2011). "Tajta jeans för Måns Zelmerlöw i "Grease"". Metro. İstifadə tarixi: 13 iyul 2015.
- Stockholm TT. "Måns Zelmerlöw öppnar för schlagern". SvD.se. İstifadə tarixi: 13 iyul 2015.
- "Tredje gången gillt för Måns Zelmerlöw". İstifadə tarixi: 13 iyul 2015.
- ↑ Stockholm TT. "Måns Zelmerlöw gör schlagercomeback". Svenska Dagbladet. İstifadə tarixi: 13 iyul 2015.
- "Stand By for..." musiXmatch. İstifadə tarixi: 13 iyul 2015.
- "Plats 1: Måns Zelmerlöw". Expressen. İstifadə tarixi: 13 iyul 2015.
- "Zelmerlöw leder Lilla Melodifestivalen". Aftonbladet. İstifadə tarixi: 13 iyul 2015.
- ↑ "Stjärnorna i ny musikal". Expressen. İstifadə tarixi: 13 iyul 2015.
- ↑ "Måns Zelmerlöw laddar om för 2008". Expressen. İstifadə tarixi: 13 iyul 2015.
- "Måns Zelmerlöw om Melodifestivalen: 'Allvarligt – nu ska jag vinna skiten'". Aftonbladet. İstifadə tarixi: 13 iyul 2015.
- Matilda Källén. "Måns Zelmerlöw har hittat hem". Kristianstadsbladet. İstifadə tarixi: 13 iyul 2015.
- Paulina Stoltz. "Recension: MZW – Måns Zelmerlöw (Pop) – Musik". Svenska Dagbladet. İstifadə tarixi: 13 iyul 2015.
- "De leder Melodifestivalen 2010". Sydsvenskan. İstifadə tarixi: 13 iyul 2015.
- . Muzik Kitabi. 2015-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
- "Här kysstränar de – med Måns Zelmerlöw". Aftonbladet. İstifadə tarixi: 13 iyul 2015.
- ↑ "– Det är lätt att bli nykär med Lisette". Aftonbladet. İstifadə tarixi: 13 iyul 2015.
- Stockholm TT Spektra. "Måns Zelmerlöw har hittat lugnet". Svenska Dagbladet. İstifadə tarixi: 13 iyul 2015.
- "Måns Zelmerlöw - "Run for your life"". Expressen. İstifadə tarixi: 13 iyul 2015.
- "Måns Zelmerlöws "Barcelona sessions"". Expressen. İstifadə tarixi: 13 iyul 2015.
- "Zelmerlöws besked: Slutar med Allsången". Expressen. İstifadə tarixi: 13 iyul 2015.
- ↑ "Det här kommer att bli helt sjukt kul". svt.se. İstifadə tarixi: 13 iyul 2015.
- . Poplight. 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
- Stockholm TT Spektra. "80-tals musikalen "Spök" återuppstår – Kultur". Svenska Dagbladet. İstifadə tarixi: 4 March 2015.
- Sveriges Radio. "Saade and Zelmerlöw favourites for Melodifestivalen 2015". İstifadə tarixi: 13 iyul 2015.
- TT (25 November 2014). "Saade och Zelmerlöw siktar mot seger". Trelleborgs Allehanda. İstifadə tarixi: 13 iyul 2015.
- "Eurovision Sweden: Måns Zelmerlöw wins Melodifestivalen 2015!". esctoday.com. İstifadə tarixi: 13 iyul 2015.
- ""Det rår vi inte för" skrevs för Måns Zelmerlöw". svt.se. İstifadə tarixi: 13 iyul 2015.
- ""Måns Zelmerlöw at Twitter". twitter.com. İstifadə tarixi: 13 iyul 2015.
- "Taggad Måns siktar på seger". İstifadə tarixi: 13 iyul 2015.
- "Eurovision Sweden: Måns to perform on X Factor Adria". esctoday.com. İstifadə tarixi: 13 iyul 2015.
- "Odds Eurovision Song Contest 2015". Eurovisionworld. İstifadə tarixi: 13 iyul 2015.
- "Eurovision 2015 Betting Odds". Oddschecker.com. İstifadə tarixi: 13 iyul 2015.
- "Måns succé – till final i ESC efter nervpärs". Expressen. İstifadə tarixi: 13 iyul 2015.
- "Måns Zelmerlöw, a Eurovision hero for Sweden". Eurovision.tv. İstifadə tarixi: 13 iyul 2015.
- ↑ "Eurovision Song Contest: Sweden's Mans Zelmerlow wins". BBC News. İstifadə tarixi: 13 iyul 2015.
- "Sweden Wins Eurovision Song Contest 2015". Sky News. İstifadə tarixi: 13 iyul 2015.
- . 2015-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
- . 29 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
- "Måns Zelmerlöw var med om tsunamin 2004: Det var ofattbart hemskt – Nöjesbladet – Aftonbladet". Aftonbladet. İstifadə tarixi: 13 iyul 2015.
- . 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
- "Måns Zelmerlöw och Marie Serneholt gjorde slut mitt under allsången: Vi är inte ett par längre – Klick!". Aftonbladet. İstifadə tarixi: 13 iyul 2015.
- . Wiwibloggs. 2018-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2015.
- "Eurovision Song Contest 2015: Sweden selects singer who made anti-gay remarks". The Independent. İstifadə tarixi: 13 iyul 2015.
- Larsson, Ronny (3 November 2014). "Måns "Jag passerade gränsen på så många sätt"". QX. İstifadə tarixi: 20 March 2015.
- "Måns: Försökt att få den delen bortklippt". Expressen. İstifadə tarixi: 13 iyul 2015.
- Fahl, Hanna (16 March 2015). . DN.se. 20 March 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 March 2015.
- Larsson, Ronny (18 March 2015). "Comment: Swedish Eurovision star shouldn't get nul points for his comments about gays". Pink News. İstifadə tarixi: 13 iyul 2015.
- Adams, William Lee. "Måns Zelmerlöw: Melodifestivalen winner is not a homophobe MÅNS ZELMERLÖW: MELODIFESTIVALEN WINNER IS NOT A HOMOPHOBE". Wiwibloggs. Wiwibloggs. İstifadə tarixi: 13 iyul 2015.
- Elmervik, Linn (11 May 2015). "Zelmerlöw: Kan tänka mig att dejta en kille". Aftonbladet. İstifadə tarixi: 13 iyul 2015.
- Duffy, Nick (18 May 2015). "Swedish Eurovision favourite: I would 'absolutely' date a man". Pink News. İstifadə tarixi: 13 iyul 2015.
Xarici keçidlər
- Mons Selmerlöv rəsmi saytı
Sələfləri yox | Let's Dance qalibi I mövsüm (2006, Mariya Karlssonla birlikdə) | Xələfləri Martin Lidberq & Sisilya Erlinq |
Sələfləri Sloveniya Saša Lendero | OGAE Second Chance Müsabiqəsinin qalibi 2007 | Xələfləri İsveç Sanna Nilsen |
Sələfləri Avstriya Konçita Vurst | Avroviziya Mahnı Müsabiqəsinin qalibi 2015 | Xələfləri hazırkı |