Mehr Xəbər Agentliyi (fars. خبرگزاری مهر; Abr: MNA; Rom: Xabâr-gozâri Mehr) — İran hökumətinin yarım rəsmi xəbər agentliyidir. Qəzetin baş ofisi Tehran şəhərində yerləşir və İslam İnkişaf Təşkilatına (IIDO) məxsusdur. Mehr öz veb-saytında yayımladığı bütün məzmunları Creative Commons Attribution 4.0 Beynəlxalq lisenziyası əsasında dərc edir.
Mehr Xəbər Agentliyi | |
---|---|
![]() | |
URL | mehrnews.com |
Tipi | Xəbər agentliyi |
Dilləri | Ərəbcə, İngiliscə, Farsca, Kürdcə, Türkcə, Urduca |
Sahibi | İslam İnkişaf Təşkilatı |
Açılma tarixi | 22 iyun 2003 |
![]() |
Tarixi
22 iyun 2003-cü ildə tarixində yaradılmış və İran İslam Respublikasının ən çoxdilli (sayt xəbərlərini və fotoşəkillərini altı dildə dərc edir) xəbər agentliyi olan Mehr Xəbər Agentliyinin ilk icraçı direktoru və baş direktoru Pərviz İsmayili, hal-hazırkı icraçı direktoru və baş direktoru isə Məhəmməd Mehdi Rəhmətidir. Agentliyin direktoru İranın Ali Rəhbəri tərəfindən seçilir.
MNA-nın fəaliyyət sahələri aşağıdakıları əhatə edir:
- İncəsənət (film, teatr, musiqi, təsviri incəsənət)
- Mədəniyyət və ədəbiyyat (şeir, hekayə, kitab)
- Din və dini düşüncə
- Seminariya və ali təhsil
- Müasir texnologiyalar
- Sosial sahələr
- İqtisadiyyat
- Siyasət
- Beynəlxalq siyasət
- İdman
- Jurnallar
- Şəkillər
- Yerli xəbərlər
MNA-nın ölkə daxilində beş regional mərkəzi mövcuddur: şimali, cənubi, mərkəzi, şərqi və qərbi İran.
Bundan başqa Avropa, Cənubi Amerika, Türkiyə, Şərqi Asiya, Fars körfəzi ilə həmsərhəd olan bəzi ölkələrdə və Müstəqil Dövlətlər Birliyi ölkələrində müxbirləri mövcuddur.
Saytın altı dildə xəbər və foto yayım xidməti mövcuddur: fars, ingilis, ərəb, türk, urdu və kürd.
Ölkənin 30 vilayətində 300-dən çox müxbir və fotoqraf ilə fəaliyyət göstərən MNA İranda ən böyük xəbər şəbəkəsi xidmətinə malikdir.
Beynəlxalq əməkdaşlıq
Xəbər agentliyi 2007-ci ildə İndoneziyanın paytaxtı olan Cakartada keçirilmiş 13-cü Baş Assambleyasında Asiya Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) 40-cı üzvü qəbul edilmişdir. Agentlik 2009-cu ildə təşkil edilmiş Asiya Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının 31-ci İdarə Heyətinin Yığıncağına (EBM) və 25-ci Redaksiya-Texniki Ekspertlər Qrupunun (ETEG) İclasına ev sahibliyi etmişdir. Bundan əlavə iki beynəlxalq sammitdə fəal iştirak etmişdir: bunlardan birincisi 2009-cu ildə Çinin paytaxtı Pekində keçirilmiş Ümumdünya Media Sammiti, ikincisi isə 2010-cu ildə Cənubi Koreyanın Seul şəhərində keçirilmiş Asiya Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının Sammiti idi.
Agentlik həmçinin 19-23 oktyabr 2010-cu il tarixlərində Argentinada keçirilmiş III Dünya Xəbər Agentlikləri Konqresinin (NAWC) xüsusi qonağı olmuşdur.
MNA həmçinin 2010-cu ilin noyabr ayında İstanbulda keçirilmiş Asiya Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) Baş Assambleyasında və 2011-ci ilin iyun ayında Ulan-Batorda keçirilmiş Asiya Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının 26-cı Redaksiya-Texniki Ekspertlər Qrupunun (ETEG) 32-ci və İdarə Heyətinin Yığıncağı (EBM) iclaslarında iştirak etmişdir.
Asiya Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) katibinin İstanbul Assambleyasına təqdim etdiyi hesabata əsasən, 2007-ci ildən OANA-nın üzvü olan MNA təşkilatın saytında dərc olunan xəbər və fotoşəkillərin sayına görə OANA-ya üzv agentliklər arasında ikinci yerdə qərarlaşmışdır.
Tənqidlər
2006-cı ildə Mehr Xəbər Agentliyi Artur Batç (ing. Arthur Butz), II Maykl A. Hoffman (ing. Michael A. Hoffman II), Fridrix Toben (ing. Fredrick Toben), Pol Fromm (ing. Paul Fromm), Mark Veber (ing. Mark Weber) və Robert Forisson (ing. Robert Faurisson) adlı Holokostu inkar edənlər ilə aldığı müsahibələri dərc etdiyi üçün İftira ve İnkarla Mübarizə Liqası tərəfindən "məşhur Holokostu inkar edənlər üçün meqafon" elan edilmişdir.
İstinadlar
- Alimagham, Pouya. Contesting the Iranian Revolution: The Green Uprisings. Cambridge University Press. 2020. səh. 27. ISBN .
- Mohammadi, Dr Majid. Under the Leader’s Cloak: How Khamenei’s Office Operates (ingilis). Partridge Publishing Singapore. 2021-03-31. ISBN .
- "عکس". خبرگزاری مهر | اخبار ایران و جهان | Mehr News Agency (fars). İstifadə tarixi: 2025-04-18.
- "Media Environment Guide: Iran" (PDF). BBC Monitoring. 30 iyul 2009. 1 avqust 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 sentyabr 2014.
- "Tehran Times new managing director introduced". Tehran Times. 24 sentyabr 2019. 24 sentyabr 2019 tarixində arxivləşdirilib.
- "Oana News". 9 avqust 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2013.
- "Oana News". Oana News. 12 dekabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2013.
- "The 31st OANA Executive Board Meeting". Oana News. 17 noyabr 2011. 3 noyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2013.
- "WMS opens at Great Hall of the People in Beijing". Xinhuanet. 9 oktyabr 2009. 18 oktyabr 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2013.
- "Arxivlənmiş surət" (PDF). 17 aprel 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 noyabr 2011.
- "Yonhap News" (koreya). 24 aprel 2010. 26 may 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2013.
- "III News Agencies World Congress". Nawc. 26 iyun 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2013.
- "Anadolu Agentliyi". AA. 27 sentyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2013.
- "Oana News". 28 sentyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2013.
- "Arxivlənmiş surət". 27 dekabr 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2019.
- "Peine avec sursis pour Faurisson". Libération. 4 oktyabr 2006. 6 aprel 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2010.
Xarici keçidlər
Vikianbarda Mehr Xəbər Agentliyi ilə əlaqəli mediafayllar var.
- mehrnews.com — rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Mehr deqiqlesdirme Mehr Xeber Agentliyi fars خبرگزاری مهر Abr MNA Rom Xabar gozari Mehr Iran hokumetinin yarim resmi xeber agentliyidir Qezetin bas ofisi Tehran seherinde yerlesir ve Islam Inkisaf Teskilatina IIDO mexsusdur Mehr oz veb saytinda yayimladigi butun mezmunlari Creative Commons Attribution 4 0 Beynelxalq lisenziyasi esasinda derc edir Mehr Xeber AgentliyiURL mehrnews comTipi Xeber agentliyiDilleri Erebce Ingilisce Farsca Kurdce Turkce UrducaSahibi Islam Inkisaf TeskilatiAcilma tarixi 22 iyun 2003 Vikianbarda elaqeli mediafayllarTarixi22 iyun 2003 cu ilde tarixinde yaradilmis ve Iran Islam Respublikasinin en coxdilli sayt xeberlerini ve fotosekillerini alti dilde derc edir xeber agentliyi olan Mehr Xeber Agentliyinin ilk icraci direktoru ve bas direktoru Perviz Ismayili hal hazirki icraci direktoru ve bas direktoru ise Mehemmed Mehdi Rehmetidir Agentliyin direktoru Iranin Ali Rehberi terefinden secilir MNA nin fealiyyet saheleri asagidakilari ehate edir Incesenet film teatr musiqi tesviri incesenet Medeniyyet ve edebiyyat seir hekaye kitab Din ve dini dusunce Seminariya ve ali tehsil Muasir texnologiyalar Sosial saheler Iqtisadiyyat Siyaset Beynelxalq siyaset Idman Jurnallar Sekiller Yerli xeberler MNA nin olke daxilinde bes regional merkezi movcuddur simali cenubi merkezi serqi ve qerbi Iran Bundan basqa Avropa Cenubi Amerika Turkiye Serqi Asiya Fars korfezi ile hemserhed olan bezi olkelerde ve Musteqil Dovletler Birliyi olkelerinde muxbirleri movcuddur Saytin alti dilde xeber ve foto yayim xidmeti movcuddur fars ingilis ereb turk urdu ve kurd Olkenin 30 vilayetinde 300 den cox muxbir ve fotoqraf ile fealiyyet gosteren MNA Iranda en boyuk xeber sebekesi xidmetine malikdir Beynelxalq emekdasliqXeber agentliyi 2007 ci ilde Indoneziyanin paytaxti olan Cakartada kecirilmis 13 cu Bas Assambleyasinda Asiya Sakit Okean Olkeleri Xeber Agentlikleri Teskilatinin OANA 40 ci uzvu qebul edilmisdir Agentlik 2009 cu ilde teskil edilmis Asiya Sakit Okean Olkeleri Xeber Agentlikleri Teskilatinin 31 ci Idare Heyetinin Yigincagina EBM ve 25 ci Redaksiya Texniki Ekspertler Qrupunun ETEG Iclasina ev sahibliyi etmisdir Bundan elave iki beynelxalq sammitde feal istirak etmisdir bunlardan birincisi 2009 cu ilde Cinin paytaxti Pekinde kecirilmis Umumdunya Media Sammiti ikincisi ise 2010 cu ilde Cenubi Koreyanin Seul seherinde kecirilmis Asiya Sakit Okean Olkeleri Xeber Agentlikleri Teskilatinin Sammiti idi Agentlik hemcinin 19 23 oktyabr 2010 cu il tarixlerinde Argentinada kecirilmis III Dunya Xeber Agentlikleri Konqresinin NAWC xususi qonagi olmusdur MNA hemcinin 2010 cu ilin noyabr ayinda Istanbulda kecirilmis Asiya Sakit Okean Olkeleri Xeber Agentlikleri Teskilatinin OANA Bas Assambleyasinda ve 2011 ci ilin iyun ayinda Ulan Batorda kecirilmis Asiya Sakit Okean Olkeleri Xeber Agentlikleri Teskilatinin 26 ci Redaksiya Texniki Ekspertler Qrupunun ETEG 32 ci ve Idare Heyetinin Yigincagi EBM iclaslarinda istirak etmisdir Asiya Sakit Okean Olkeleri Xeber Agentlikleri Teskilatinin OANA katibinin Istanbul Assambleyasina teqdim etdiyi hesabata esasen 2007 ci ilden OANA nin uzvu olan MNA teskilatin saytinda derc olunan xeber ve fotosekillerin sayina gore OANA ya uzv agentlikler arasinda ikinci yerde qerarlasmisdir Tenqidler2006 ci ilde Mehr Xeber Agentliyi Artur Batc ing Arthur Butz II Maykl A Hoffman ing Michael A Hoffman II Fridrix Toben ing Fredrick Toben Pol Fromm ing Paul Fromm Mark Veber ing Mark Weber ve Robert Forisson ing Robert Faurisson adli Holokostu inkar edenler ile aldigi musahibeleri derc etdiyi ucun Iftira ve Inkarla Mubarize Liqasi terefinden meshur Holokostu inkar edenler ucun meqafon elan edilmisdir IstinadlarAlimagham Pouya Contesting the Iranian Revolution The Green Uprisings Cambridge University Press 2020 seh 27 ISBN 978 1108475440 Mohammadi Dr Majid Under the Leader s Cloak How Khamenei s Office Operates ingilis Partridge Publishing Singapore 2021 03 31 ISBN 978 1 5437 6282 2 عکس خبرگزاری مهر اخبار ایران و جهان Mehr News Agency fars Istifade tarixi 2025 04 18 Media Environment Guide Iran PDF BBC Monitoring 30 iyul 2009 1 avqust 2014 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 7 sentyabr 2014 Tehran Times new managing director introduced Tehran Times 24 sentyabr 2019 24 sentyabr 2019 tarixinde arxivlesdirilib Oana News 9 avqust 2008 tarixinde arxivlesdirilib Istifade tarixi 26 sentyabr 2013 Oana News Oana News 12 dekabr 2011 tarixinde arxivlesdirilib Istifade tarixi 26 sentyabr 2013 The 31st OANA Executive Board Meeting Oana News 17 noyabr 2011 3 noyabr 2011 tarixinde arxivlesdirilib Istifade tarixi 26 sentyabr 2013 WMS opens at Great Hall of the People in Beijing Xinhuanet 9 oktyabr 2009 18 oktyabr 2009 tarixinde arxivlesdirilib Istifade tarixi 26 sentyabr 2013 Arxivlenmis suret PDF 17 aprel 2012 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 14 noyabr 2011 Yonhap News koreya 24 aprel 2010 26 may 2012 tarixinde arxivlesdirilib Istifade tarixi 26 sentyabr 2013 III News Agencies World Congress Nawc 26 iyun 2012 tarixinde arxivlesdirilib Istifade tarixi 26 sentyabr 2013 Anadolu Agentliyi AA 27 sentyabr 2013 tarixinde arxivlesdirilib Istifade tarixi 26 sentyabr 2013 Oana News 28 sentyabr 2013 tarixinde arxivlesdirilib Istifade tarixi 26 sentyabr 2013 Arxivlenmis suret 27 dekabr 2006 tarixinde arxivlesdirilib Istifade tarixi 6 fevral 2019 Peine avec sursis pour Faurisson Liberation 4 oktyabr 2006 6 aprel 2012 tarixinde arxivlesdirilib Istifade tarixi 9 iyun 2010 Xarici kecidlerVikianbarda Mehr Xeber Agentliyi ile elaqeli mediafayllar var mehrnews com resmi sayti